Ana səhifə »  İqtisadiyyat »  İlin ikinci yarısında Azərbaycandan Özbəkistana ticarət missiyasının təşkili planlaşdırılır
A+   Yenilə  A-
İlin ikinci yarısında Azərbaycandan Özbəkistana ticarət missiyasının təşkili planlaşdırılır

Azərbaycan nümayəndə heyəti Özbəkistanda səfərdə olub
Fevralın 4-5-də Azərbaycan nümayəndə heyəti Özbəkistanda səfərdə olub. Nümayəndə heyətində iqtisadiyyat və kənd təsərrüfatı nazirləri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, “Azərbaycan Dəmir Yolları”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-lərin rəhbər şəxsləri və sahibkarlar təmsil edilib.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində hər iki ölkənin rəsmilərinin və sahibkarların iştirakı ilə dəyirmi masa keçirilib, Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətləri müzakirə olunub.
İqtisadiyyat naziri Şahin Mustafayev iki ölkənin iqtisadi-ticarət əməkdaşlığının dərinləşməsi üçün böyük potensialın olduğunu vurğulayaraq, energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat, ticarət, turizm, mədəniyyət, İKT, innovasiyalar və digər sahələrdə əlaqələrin inkişaf perspektivlərini diqqətə çatdırıb. Bildirib ki, ölkələrimiz arasında birgə tədbirlər, biznes forumlar, sərgilər təşkil edilir, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir: “Azərbaycanda ticarət, sənaye, nəqliyyat, xidmət və sair sahələrdə Özbəkistan kapitallı 30-dək şirkət fəaliyyət göstərir. 2018-ci ildə ticarət dövriyyəsi 46,5 faiz artıb. Bununla belə, ticarət dövriyyəsinin artırılması üçün potensial böyükdür. Bu potensialın reallaşdırılması məqsədilə həyata keçiriləcək tədbirlərdən biri kimi cari ilin ikinci yarısında Özbəkistana ticarət missiyasının təşkili planlaşdırılır”.
Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Ş.Mustafayev qeyd edib ki, son 15 ildə ümumi daxili məhsul 3,3 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, ticarət dövriyyəsi 3,5 dəfə, qeyri-neft ixracı 4,2 dəfə artıb, ölkə iqtisadiyyatına 250 milyard ABŞ dolları investisiya qoyulub: “Qazanılan uğurlar, ölkəmizdəki əlverişli biznes və investisiya mühiti beynəlxalq reytinq təşkilatları tərəfindən yüksək qiymətləndirilir. Təsadüfi deyildir ki, Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb və 10 ən islahatçı ölkə sırasına daxil edilib”.
İqtisadiyyat naziri özbəkistanlı iş adamlarını Azərbaycandakı əlverişli işgüzar şəraitdən yararlanmağa, sənaye parklarında və məhəllələrində birgə müəssisələrin təşkilinə dəvət edib.
Azərbaycanın əlverişli geostrateji mövqedə, “Şimal-Cənub”, “Cənub-Qərb” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyini, ölkəmizin böyük tranzit potensialını vurğulayan Ş.Mustafayev logistika-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını, Özbəkistanın ölkəmizin nəqliyyat-tranzit potensialından daha geniş istifadə edə biləcəyini diqqətə çatdırıb: “Hər iki ölkənin nəqliyyat-tranzit potensialı böyükdür və bu sahədə əlverişli infrastruktur yaradılıb”.
Vurğulayıb ki, bu infrastrukturdan və potensialdan istifadə olunmaqla nəqliyyat-tranzit sahəsində əlaqələrin inkişafı üçün imkanlar genişdir.
İqtisadiyyat naziri əsrlər boyu xalqlarımız arasındakı dostluğa və dövlət başçılarının siyasi iradəsinə əsaslanan yüksək səviyyəli siyasi münasibətləri vurğulayıb, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə Özbəkistan tərəfinə minnətdarlıq edib. Qeyd edib ki, Özbəkistanın ədalətli mövqeyi ölkələrimiz və xalqlarımız arasında dostluq, qardaşlıq münasibətlərinin ruhuna tam uyğundur.
Özbəkistanın Baş nazirinin müavini Eler Qəniyev ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayaraq, Azərbaycan nümayəndə heyətinin Özbəkistana səfərinin, aparılan müzakirələrin iki ölkənin iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində əhəmiyyətli olacağını qeyd edib, ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.
Dəyirmi masada Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov, Özbəkistanın kənd təsərrüfatı naziri Jamşid Xocayev, investisiya və xarici ticarət naziri Sardor Umurzakov çıxış edərək iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşu, kənd təsərrüfatı sahəsində təcrübə, bu sahədə tətbiq olunan qabaqcıl texnologiyalar və yeniliklər, pambıqçılıq, ipəkçilik və digər sahələrdə təcrübə mübadiləsinə, əməkdaşlığa dair fikirlərini bölüşüblər. Tədbirdə özbəkistanlı investorların ölkəmizdəki aqroparklara cəlb olunması, ticarət əlaqələrinin genişləndirilməsi və sair məsələlər müzakirə edilib.
Həmçinin sahibkarlar arasında ikitərəfli formatda işgüzar görüşlər keçirilib, müzakirələr aparılıb.
Səfər zamanı Azərbaycan nümayəndə heyəti Özbəkistanın Baş naziri Abdulla Aripovla görüşüb. İqtisadiyyat naziri Ş.Mustafayev Özbəkistanla əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin mühüm əhəmiyyətini qeyd edib. Görüşdə xalqlarımız arasındakı tarixi dostluq əlaqələrinə və dövlət başçılarının siyasi iradəsinə əsaslanan yüksək səviyyəli münasibətlərin iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün geniş imkanlar açdığı vurğulanıb.
Bildirib ki, əlaqələrimiz 2004-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyənnaməyə uyğun olaraq inkişaf edir. İndiyədək Azərbaycan və Özbəkistan arasında 110-dan çox sənəd imzalanıb. Hər iki ölkənin iqtisadiyyatının davamlı inkişafı ikitərəfli ticari-iqtisadi əlaqələrin inkişafı üçün yeni imkanlar yaradır. Ölkələrimiz arasında sənaye, kənd təsərrüfatı, tekstil, xalçaçılıq, ipəkçilik, məişət texnikası istehsalı və digər sahələrdə əməkdaşlıq perspektivləri böyükdür. Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit əlaqələridir. Ölkələrimiz arasında dəmir yolu və hava nəqliyyatı, beynəlxalq avtomobil daşımaları, tranzit yükdaşımaların tənzimlənməsi sahələrində müqavilələr imzalanıb.
Azərbaycanın tranzit yükdaşımalar sahəsində etibarlı və stabil tərəfdaş olduğunu vurğulayan Ş.Mustafayev nəqliyyat-logistika strukturları arasında birbaşa və uzunmüddətli əlaqələrin genişləndirilməsinin, bu sahədə məlumat mübadiləsinin hər iki ölkə üçün əhəmiyyətini vurğulayıb.
Özbəkistanın Baş naziri A.Aripov dövlət başçılarının siyasi iradəsini, xalqlarımız arasında tarixən mövcud olan dostluq əlaqələrini vurğulayıb, hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş dəyirmi masanın, görüşlərin səmərəli olduğunu, aparılan müzakirələrin ikitərəfli əlaqələrin genişləndirilməsində önəmini qeyd edib.
Görüşdə investisiya, ticarət, nəqliyyat-tranzit, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq imkanlarından daha geniş və səmərəli istifadə edilməsi, tranzit daşımaların artırılması üçün əməkdaşlığın dərinləşdirilməsi istiqamətində müzakirələr aparılıb.
Azərbaycan nümayəndə heyətinin Özbəkistana səfəri çərçivəsində hər iki ölkənin aidiyyəti dövlət qurumlarının rəhbərləri arasında da görüşlər keçirilib və əməkdaşlığın inkişafı perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti “Bakan Tex” tekstil fabriki, “Artel” elektrik məişət texnikası, “Uzbekipaksanoat” ipək, “Uzaqrotexsanoatholdinq” kənd təsərrüfatı texnikası istehsalı müəssisələrinin fəaliyyəti ilə tanış olub.

 
  • Oxunub:  5400  |  
  • Tarix:  07-02-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
“Dünya dini liderlərinin II Bakı sammiti” ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib

19 Aprel 21:36
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib
19 Aprel 21:33
Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiqlənib
19 Aprel 21:28
Bakı Dövlət Universitetinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 21:23
Azərbaycan “Equinor” üçün mühüm ölkədir
19 Aprel 21:17
Bakıda İran Ticarət Mərkəzi açılıb
19 Aprel 21:04
Anar Bağırov: Vəkilliyə qəbulla bağlı namizədlər üçün hər cür şərait yaradılıb
19 Aprel 21:01
Gənclər Fondunun yenilənmiş veb-səhifəsinin təqdimatı olub
19 Aprel 20:55
Bakı Metropolitenində Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş seminar keçirilib
19 Aprel 20:53
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
19 Aprel 20:50
Bakıda “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans keçirilib
19 Aprel 20:45
Vüqar Rəhimzadə: Ölkəmizin uğurlu inkişafı antiazərbaycan qüvvələrin və “5-ci kolon”un çirkin kampaniyasına tutarlı cavabdır
19 Aprel 20:40
Mərakeş qəzeti Azərbaycanın əhalisinin sayının 10 milyona çatmasından bəhs edir
19 Aprel 20:37
Elçin Mirzəbəyli: Azərbaycana qarşı olan qüvvələr ölkə Prezidentinin böyük ictimai dəstəyə malik olmasından narahatdırlar
19 Aprel 20:27
Vyetnamın Baş naziri OANA İcraiyyə Komitəsi iclasının bir qrup iştirakçısını qəbul edib
19 Aprel 20:22
Ekspert: Ölkəmizin uğurları erməni lobbisini, anti-Azərbaycan qüvvələri və daxildəki “5-ci kolon”u ciddi narahat edir
19 Aprel 18:08
Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası fiziki şəxslərin problemli kreditləri ilə bağlı açıqlama yayıb
19 Aprel 18:05
Azərbaycan Ordusunun nümayəndələri NATO-nun çoxmillətli tibb təlimində iştirak edib
19 Aprel 17:57
Paşinyan hökumətində böyük korrupsiya qalmaqalı
19 Aprel 17:48
Azərbaycan və Rusiyanın təhsil müəssisələri arasında təcrübə mübadiləsinə dair müzakirələr aparılıb
19 Aprel 17:46
Seymur Orucov: Bakı şəhərində keçirilən “Formula 1” yarışına dünyada maraq ildən ilə artır
19 Aprel 17:45
Hadi Rəcəbli: Azərbaycanın iqtisadi uğurları nəticəsində əhalinin sosial müdafiəsi daha da gücləndirilib
19 Aprel 17:43
YAP Gənclər Birliyi “YAP GB K-2019” adlı kartinq yarışı keçirib
19 Aprel 17:36
YAP Qaradağ rayon təşkilatının Gənclər Birliyinin V konfransı keçirilib
19 Aprel 17:27
Ermənistanda saxta hökumət fəaliyyət göstərir
19 Aprel 17:27
İlyas Umaxanov: Azərbaycanlı həmkarımızın çıxışında qaldırılan məsələlərin əksəriyyəti konfransın yekun sənədində öz əksini tapacaq
19 Aprel 17:24
Maliyyə Nazirliyi birinci rübdə dövlət büdcəsinin icrasına dair məlumat yayıb
19 Aprel 17:21
Səudiyyə Ərəbistanı mətbuatı AZAL-ın bu ölkənin bir neçə şəhərinə yeni aviareyslərinin təqdimatından yazır
19 Aprel 17:18
Birinci rübdə əhalinin gəlirləri 5,5 faiz artıb
19 Aprel 17:09
Sankt-Peterburqda MDB Parlament Assambleyasının 49-cu plenar iclası keçirilib
19 Aprel 17:08
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 16:52
Qubada dövlət-din münasibətləri ilə bağlı ikigünlük seminar-müşavirə davam edib
19 Aprel 16:45
Azərbaycanın iki güləşçisi dünya reytinqində liderliyə yüksəlib
19 Aprel 16:39
Sədaqət Vəliyeva: Tibbi sığorta insanların sağlamlığının “qızıl zəmanəti”dir
19 Aprel 16:32
Pirallahı rayonunda avtomobil yollarının yenidən qurulmasına 1,9 milyon manat ayrılıb
19 Aprel 16:29
Daxili işlər naziri polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19 Aprel 16:25
Yaxın Şərqdə iki təhlükəli proses: dağıdıcı trendlərin güclənməsi
19 Aprel 16:06
Məleykə Abbaszadə Qəbələdə vətəndaşları qəbul edib
19 Aprel 16:03
İran nümayəndə heyəti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
19 Aprel 15:57
İsrailli jurnalistlər işğalçı ermənilərin vandalizminin və qəddarlığının nəticələrini öz gözləri ilə görüblər
19 Aprel 15:37
Səyyar “ASAN xidmət” Qazaxda
19 Aprel 15:35
Rusiya-Azərbaycan: ölkələri və qitələr birləşəndə
19 Aprel 15:24
Binəqədi rayonunda yeni salınmış abad məhəllədə sakinlərlə görüş olub
19 Aprel 15:01
Respublika ərazisində keçirilən “Təmiz hava” aylığı davam edir
19 Aprel 14:44
Baş prokuror Ucar rayonunda vətəndaşları qəbul edib
19 Aprel 14:41
Azərbaycanda uşaqlara yönələn dayanıqlı inkişaf məqsədlərinin milliləşdirilməsi üzrə seminar keçirilib
19 Aprel 14:38
Yekaterinburqda “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi” təqdimatı olunub
19 Aprel 14:34
Prezident İlham Əliyev hər addımı ilə vətəndaşın yanında olduğunu sübut edir
19 Aprel 14:26
PA rəsmisi: Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib
19 Aprel 14:26
Zaqatalada fermerlər üçün təlim keçirilib
19 Aprel 14:19
“Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 14:18
UNEC alimlərinin dünya elminə töhfəsi
19 Aprel 14:14
“Azərmaş” ASC İranın “Maral” şirkəti ilə distribüterlik müqaviləsi imzalayıb
19 Aprel 14:11
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Cocuq Mərcanlıda vətəndaşları qəbul edib
19 Aprel 14:07
Azərbaycanla İran gömrük xidmətlərinin nümayəndələri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər
19 Aprel 14:01
Birinci rübdə Gürcüstan Azərbaycandan 22,2 milyon dollarlıq elektrik enerjisi alıb
19 Aprel 13:55
Milli Kitabxanada “İsmayıl Şıxlı. Biblioqrafiya” kitabının təqdimatı olub
19 Aprel 13:50
Leyla Abdullayeva: Ermənistan XİN-i “3+2” formatında qəbul edilmiş bəyanatlara qoşulmağa dəvət edirik
19 Aprel 13:46
Rusiyalı tarixçi: Ermənilər qədim keçmişə sahib olmadıqları üçün hansısa yolla öz mövcudluqlarını saxlamaq məcburiyyətindədirlər
19 Aprel 12:54
Millət vəkili: Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan uğurla inkişaf edəcək
19 Aprel 12:44
Ekologiya və təbii sərvətlər naziri Ağcabədi rayonunda vətəndaşların müraciətlərini dinləyib
19 Aprel 12:41
“Xəmsə” milli intellektual oyunu üzrə “Heydər Əliyev kuboku”nun ilk seçim mərhələsi başa çatıb
19 Aprel 12:40
AMEA-nın Şərqşünaslıq İnstitutunda akademik Həmid Araslının xatirəsi anılıb
19 Aprel 12:38
Diplomatik korpus nümayəndəliklərinin rəhbərləri Şamaxı rayonuna səfər edib
19 Aprel 12:35
ADU-da “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 12:34
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ağcabədidə vətəndaşları qəbul edəcək
19 Aprel 12:31
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
19 Aprel 12:29
Nqiem Vu Kay: Coğrafi baxımdan uzaqda yerləşən Azərbaycanın Vyetnama çox isti münasibəti var
19 Aprel 11:56
“Azərbaycan Respublikasının innovasiya strategiyası”nın layihəsinin hazırlanması ilə bağlı müzakirələr aparılıb
19 Aprel 11:53
YAP Səbail rayon təşkilatında könüllülər birliyinin təqdimatı keçirilir - YENİLƏNƏCƏK
19 Aprel 11:51
“İçərişəhər” və “Qala” qoruqlarında “Açıq qapı” günü keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA