Ana səhifə »  İqtisadiyyat »  Azərbaycan özünün sənaye potensialını daha da gücləndirir
A+   Yenilə  A-
Azərbaycan özünün sənaye potensialını daha da gücləndirir

Prezident İlham Əliyev: Sənayeləşmə öz gözəl nəticələrini verir. Keçən il qeyri-neft sektorunda sənaye istehsalı 9 faizdən çox artmışdır, bu ilin birinci ayında isə 14 faizə yaxın artmışdır
Qabaqcıl dünya təcrübəsindən də bəlli olduğu kimi, ayrı-ayrı ölkələr məhz özlərinin sənaye potensialını davamlı şəkildə artırmaqla yüksək inkişaf səviyyəsinə çatıblar. Azərbaycan da özünün geniş imkanlarından - zəngin təbii sərvətlərindən, tarixən formalaşan ənənələrindən, insan resurslarından bəhrələnməklə yüksək sənaye inkişafına, ələlxüsus da qeyri-neft sənayesində istehsal imkanlarının genişləndirilməsinə nail olmağı hədəfləyib. Son 15 ildə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında reallaşdırılan məqsədyönlü siyasət sayəsində ölkənin sənaye xəritəsi yeni istehsalatlar hesabına daha da zənginləşib. Cari il fevralın 18-də isə respublikamızın çoxsaylı sənaye müəssisələri sırasına daha bir nəhəng istehsalat əlavə olunub. Belə ki, bəhs olunan tarixdə Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən yüksəksıxlıqlı polietilen zavodu Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
“SOCAR Polymer” kimi iri layihələr Azərbaycanda sənayeləşmə siyasətinin uğurla həyata keçirildiyini təsdiqləyir
Ümumiyyətlə, son 15 ildə ölkəmizdə sənaye inkişafının həm siyasi, həm də maddi cəhətdən dəstəklənməsi öz müsbət nəticələrini verir. Hazırda sənaye sektoru milli iqtisadiyyatımızın aparıcı istiqamətlərindən biri qismində çıxış edir. Xüsusilə ölkəmizdə qeyri-neft sənayesinin üstün inkişafının təmin edilməsi məmnunluq doğurur. Yeri gəlmişkən, son illərdə bir sıra mühüm pozisiyalar üzrə daxili tələbat sırf yerli müəssisələrdə buraxılan yüksəkkeyfiyyətli məhsullar hesabına təmin edilir ki, bu da daha çox həcmdə valyutanın xaricə axınının qarşısının alınması deməkdir. Bütövlükdə, son illərdə ölkədə metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və Azərbaycan üçün ənənəvi olan digər sənaye sahələri genişlənib, həmçinin yeni sənaye sahələri də formalaşıb.
Əlamətdar haldır ki, artıq respublikamızın sənaye xəritəsi regionlara doğru genişlənir. 2018-ci ildə ölkə ərasizində sənaye məhəllələrinin yaradılması prosesi davam etdirilib. Qeyd edək ki, ilk sənaye məhəlləsi 2017-ci ildə Neftçalada istifadəyə verilib. Ötən il istifadəyə verilən Masallı Sənaye Məhəlləsində hazırda 10 müəssisə fəaliyyət göstərir. Sənaye Məhəlləsinə sahibkarlar tərəfindən 5,3 milyon manat investisiya yatırılıb. Hacıqabul Sənaye Məhəlləsində tikinti-quraşdırma işləri başa çatdırılıb, Sabirabad Sənaye Məhəlləsində isə tikinti işləri davam etdirilir. Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən yüksəksıxlıqlı polietilen zavodunun açılışından sonra müəssisənin kollektivi ilə görüşündə respublikamızda aparılan sənayeləşmə siyasətinin yaxşı nəticələr verməsindən məmnunluğunu bildirərək deyib: “Bundan sonra da Azərbaycanın sənaye potensialı inkişaf edəcək. Sənayeləşmə öz gözəl nəticələrini verir. Keçən il qeyri-neft sektorunda sənaye istehsalı 9 faizdən çox artmışdır, bu ilin birinci ayında isə 14 faizə yaxın artmışdır, o cümlədən bu zavodların fəaliyyətə başlaması nəticəsində. Əlbəttə ki, bundan sonra da qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, müasir zavodların, fabriklərin yaradılması prioritet olaraq qalacaqdır”.
O cümlədən “SOCAR Polymer” kimi iri layihələr Azərbaycanda sənayeləşmə siyasətinin uğurla həyata keçirildiyini təsdiqləyir. Xatırladaq ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən ilk müəssisə - polipropilen zavodu 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyevin və ölkəmizdə səfərdə olan İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə istifadəyə verilib. Haqqında bəhs olunan layihənin əsas məqsədi idxalın əvəz olunması və ölkənin ixrac potensialının artırılmasıdır. “SOCAR Polymer” zavodları ildə 10 çeşiddə 184 min ton polipropilen və 4 çeşiddə 120 min ton yüksəksıxlıqlı polietilen istehsal edəcək. SOCAR-ın yeni sənaye kompleksi daxili bazarın tələbatını tam ödəyəcək və məhsulun izafi qalan 75 faizini Türkiyə və Avropa bazarlarına ixrac edəcək. Artıq Türkiyə, Rusiya, Belarus və Ukraynadan sifarişlər qəbul edilib. Zavodda “Made in Azerbaijan” brendi ilə istehsal olunan polipropilen qatarla sifariş olunan ölkələrə yola salınıb.
Dünyadakı oxşarları ilə müqayisədə müasirliyi ilə diqqəti çəkən “SOCAR Polymer” zavodlarının təməli 2015-ci il oktyabrın 25-də Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Layihəsinin reallaşdırılmasına həm daxili, həm də xarici mənbələrdən investisiyalar yönəldilib. Müəssisəyə cəlb olunan investisiyaların 60 faizi Rusiyanın “Gazprombank”, qalan hissəsi isə müvafiq olaraq “SOCAR”, “Vitol”, “Paşa Holdinq”, “Gilan Holdinq” və “Azərsun Holdinq” tərəfindən təmin edilib. Prezident İlham Əliyev “SOCAR Polymer” müəssisələrinin tam gücü ilə fəaliyyətə başlamasını əlamətdar hadisə kimi səciyyələndirib. “SOCAR Polymer” tam gücü ilə işə başlayır. Bu, çox əlamətdar hadisədir. Bu, ölkəmizin inkişafını göstərir. Bu, ölkəmizə xarici maliyyə qurumları tərəfindən inamın təzahürüdür. Çünki bildiyiniz kimi, bu zavodun tikintisində xarici banklar fəal iştirak ediblər. Bu, bütövlükdə ölkəmizdə gedən sənayeləşmə siyasətinin gözəl nəticəsidir”, - deyə dövlət başçısı vurğulayıb.
Sumqayıt Kimya Sənaye Parkında 2019-cu ilin sonunadək daha bir neçə müəssisənin istifadəyə verilməsi nəzərdə tutulub
Hazırda ölkəmizdə eyni vaxtda bir neçə sənaye parkı yaradılır. İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, artıq Azərbaycanda kimya, təkrar emal, gəmiqayırma, yüksək texnologiyalar, yüngül sənaye, əczaçılıq sahələrində ixtisaslaşmış sənaye və texnologiyalar parkları fəaliyyət göstərir. Sənaye parklarında fəaliyyət göstərən müəssisələrdə tanker və gəmilər, elektron təhsil avadanlıqları, metal konstruksiyalar, maşınqayırma avadanlıqları, polad və polietilen borular, mexaniki və hidrotexniki avadanlıqlar, polipropilen, pestisidlər, müxtəlif növ sürtgü yağları, xortumlar və fitinqlər, kabellər, polimer məmulatlar, texniki qazlar, aliminium və plastik profillər, pambıq iplikləri və s. istehsal edilir.
Bütövlükdə, ölkədə yaradılan sənaye parklarının ümumi investisiya portfelinin həcmi 3,8 milyard ABŞ dolları təşkil edir. İndiyədək sənaye parklarına 2,9 milyard ABŞ dolları həcmində investisiya qoyulub. Təkcə 2018-ci ildə rezidentlər tərəfindən 450 milyon ABŞ dolları sərmayə yatırılıb. Sənaye parklarında 40, o cümlədən 2018-ci ildə 11 rezident qeydiyyata alınıb. Bu rezidentlərin 21-i artıq istehsal fəaliyyətinə başlayıb. Növbəti mərhələdə sənaye parklarına daha 1 milyard ABŞ dollarınadək investisiya qoyuluşu gözlənilir.
Ölkəmizdə Prezident İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli Fərmanı əsasında təşkil olunan Sumqayıt Kimya Sənaye Parkı respublikamızda yaradılan ilk və ən böyük sənaye parkıdır. Parkın 508 hektarlıq ümumi ərazisinin 450 hektarı sənaye zonasıdır. Artıq burada 75 faiz məskunlaşma qeydə alınıb. Burada qeydə alınan rezidentlərin layihələrinin investisiya dəyəri 2,8 milyard dollardır ki, bunun da 2,2 milyard dolları artıq layihələrə yatırılıb.
Ötən il Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” MMC-nin polipropilen zavodu ilə yanaşı, bir sıra digər istehsalatlar, o cümlədən inşaat kimyəviləri zavodu, “Tabaterra” QSC-nin tütün məmulatları istehsalı fabriki, əlvan metallar və ferroərintilər zavodu açılıb. Bundan başqa, 2018-ci ildə parkın ərazisində elektron təhsil avadanlıqları, şüşə və saxsı məmulatların istehsalı müəssisələri fəaliyyətə başlayıb. Sənaye Parkının ərazisində yeni məssisələrin istifadəyə verilməsi cari ildə də davam etdirilir. 2019-cu ilin yanvarında burada “SOCAR karbamid” zavodu istifadəyə verilib. “SOCAR karbamid” zavodu hazırda ölkədə qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihədir və ümumi dəyəri təxminən 800 milyon avro təşkil edir. “SOCAR karbamid” zavodunun istehsala başlaması azot gübrəsi idxalına ehtiyacı aradan qaldıracaq, bununla da ölkənin xarici valyuta xərcləri azalacaq. Zavod ildə 435 milyon kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İstehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulur ki, bu da ölkəyə hər il 160 milyon dollara qədər əlavə gəlirin daxil olmasına imkan verəcək. Bu zavodun işə düşməsi Azərbaycanda kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq. Belə ki, karbamid gübrəsi ən yüksək azot tutumuna malikdir və buna görə də ən keyfiyyətli azot gübrəsi hesab olunur.
Hazırda Sumqayıt Kimya Sənaye Parkının ərazisində yeni istehsalatların yaradılması istiqamətində işlər uğurla davam etdirilir. 2019-cu ilin sonunadək burada daha bir neçə müəssisənin istifadəyə verilməsi nəzərdə tutulub. Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının üstünlüklərini nəzərə çatdıraraq bildirib: “Sumqayıt Kimya Sənaye Parkının ərazisi 500 hektardan çoxdur və bu ərazidə bütün kommunikasiyalar, infrastruktur layihələri icra edildi ki, burada müasir sənaye mərkəzi yaradılsın. Biz buna nail ola bilmişik. Bu gün Sumqayıt Kimya Sənaye Parkında bir çox müəssisələr fəaliyyət göstərir və onların arasında “SOCAR Polymer”in əlbəttə ki, xüsusi yeri vardır”.
Yeni müəssisələr yaradılarkən iş yerlərinin açılması qarşıya qoyulan əsas məqsədlərdən biridir
Sosial dövlət olan Azərbaycanda fəal məşğul əhalinin əmək bazarına inteqrasiyasının təmin edilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev ölkədəki müsbət demoqrafik vəziyyətə adekvat olaraq qarşıya yeni iş yerlərinin yaradılmasını daimi prosesə çevirməklə bağlı mühüm vəzifə qoyub. Dövlət başçısının müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq paytaxt Bakıda olduğu kimi, bölgələrdə də iqtisadi aktivlik təmin olunur və son nəticədə bütün respublika üzrə insanların məşğulluq imkanları getdikcə genişlənir. Son 15 ildə respublika üzrə 1,9 milyon yeni iş yeri açılıb. Həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində ölkədə işsizliyin səviyyəsini 5 faizədək aşağı salmaq mümkün olub ki, bu da dünyada ən yaxşı göstəricilərdən hesab olunur. Təsadüfi deyil ki, Azərbaycanın əmək bazarının təkmilləşdirilməsi və əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində qazandığı uğurlar beynəlxalq reytinq agentlikləri tərəfindən də yüksək qiymətə layiq görülür. Məsələn, nüfuzlu Davos İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşan Azərbaycanın, eyni zamanda, əmək bazarının səmərəliliyi indikatoru üzrə mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Ölkəmiz bu kateqoriya üzrə 9 pillə irəliləyərək 17-ci yerə yüksəlib.
Ölkədə reallaşdırılan uğurlu sənayeləşdirmə siyasəti paytaxt Bakıda və bölgələrdə fəal məşğul əhalinin əmək bazarına inteqrasiyasında xüsusi rol oynayır. Yeni yaradılan iri sənaye müəssisələrinin əmək tutumu kifayət qədər genişdir və belə istehsalatlarda daha çox sayda insan iş yerləri ilə təmin olunur. Prezident İlham Əliyev vurğulayıb ki, bizim əsas məqsədimiz qeyri-neft ixracını artırmaq, ölkə iqtisadiyyatını şaxələndirmək, yeni iş yerləri açmaq və Azərbaycanda müasir texnologiyalı müəssisələrin yaradılmasına nail olmaqdır.
İndiyədək sənaye parklarının tikintisində və istehsalatda 10 minə yaxın iş yeri yaradılıb, növbəti mərhələdə isə sənaye parklarında daha 7 minədək yeni iş yerinin açılması planlaşdırılıb. Cari ildə istifadəyə verilən “SOCAR karbamid” zavodunda təxminən 500 nəfər daimi işlə təmin ediləcək. Bunun üçün SOCAR təhsil və təqaüd proqramları vasitəsilə ixtisaslı mütəxəssisləri əvvəlcədən hazırlayıb. Hazırda Balaxanı Sənaye Parkındakı müəssisələrdə 400-ə yaxın işçi çalışır. Burada yeni layihələrin reallaşdırılması hesabına işçilərin sayının 650-yə çatdırılması nəzərdə tutulur. Mingəçevir Sənaye Parkında ötən il istifadəyə verilən iki müəssisəsində 750 iş yeri açılıb. Gəmiqayırma sahəsində ixtisaslaşmış Qaradağ Sənaye Parkında fəaliyyət göstərən Bakı Gəmiqayırma Zavodunda 2 min nəfər işlə təmin olunub. İndiyədək regionlarda istifadəyə verilən Neftçala və Masallı sənaye məhəllələrində ümumilikdə 700-dək iş yeri yaradılıb. Digər 2 sənaye məhəlləsinin istifadəyə verilməsi ilə sənaye məhəllələrində açılan iş yerlərinin sayı 1800-ə çatacaq. Son illərdə Prezident İlham Əliyevin tapşırığına əsasən respublikanın regionlarında xalçaçılıq müəssisələrinin yaradılması geniş vüsət alıb. İndiyədək 20 rayonda xalça fabriki açılıb. Bu il daha 11 xalça fabrikinin istifadəyə verilməsi nəzərdə tutulub. Regionlarda yaradılan xalça fabrikləri əmək qabiliyyətli insanların, ələlxüsus da qadınların məşğulluğunun təmin olunmasında mühüm rol oynayır.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  4350  |  
  • Tarix:  20-02-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Əhmədov: Əli İnsanov əvvəlki səhvinin mənəvi yükünü nəinki dərk edir, hətta onu yenidən etməyə hazırdır

25 Mart 11:41
Pekin Xarici Dillər Universitetində Novruz şənliyi
25 Mart 11:24
Vaşinqtonda Novruz şənliyi keçirilib
25 Mart 11:21
Strasburqda “Azərbaycan Ədəbiyyatı Antologiyası” kitabının təqdimatı olub
25 Mart 11:18
"Avro-2020"-nin talismanı təqdim olunub
25 Mart 11:14
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
25 Mart 11:12
Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Gündəliyinin icrasında fəal rol oynayır
25 Mart 11:10
Amerikalı jurnalistlərə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər çatdırılıb
25 Mart 11:07
Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi: Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə böyük nəticələr əldə edir
24 Mart 11:55
Xarici işlər naziri Elmar Məmmədyarov Paraqvaya rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirib
24 Mart 11:51
Doqquz rayondan olan 360 məktəbli şimal-qərb bölgəsinə ekskursiya çərçivəsində Qəbələyə gəlib
24 Mart 11:47
Tur-aksiya iştirakçılarının Lənkərana ekskursiyası Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan başlayıb
24 Mart 11:40
Naxçıvan məktəbliləri İçərişəhərlə tanış olublar
24 Mart 11:35
Özbəkistanda keçirilən festivalda azərbaycanlı dizaynerin “Novruz” kolleksiyası nümayiş etdirilib
24 Mart 11:29
Qardaşlaşmış Xırdalan və Cocuq Mərcanlı məktəblərinin Novruz görüşü
24 Mart 11:24
Bakılı məktəblilər Naxçıvan şəhərindəki tarixi, mədəni və təhsil müəssisələri ilə tanış olublar
24 Mart 11:21
Ankarada birinci Türk Dünyası Qurultayı təşkil olunub
24 Mart 11:15
Uruqvayın xarici işlər naziri: Azərbaycanla münasibətləri gələcəkdə daha da dərinləşdirmək niyyətindəyik
23 Mart 17:13
Azərbaycan hərbçiləri Pakistanın Milli Gününə həsr olunmuş hərbi paradda iştirak ediblər
23 Mart 16:34
Azərbaycan ilə Uruqvay arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
23 Mart 16:20
İki ayda Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatları 60 milyon dollara çatıb
23 Mart 15:58
Hedva Ser: UNESCO-da “Yeddi gözəl” muğam konserti möhtəşəm oldu
23 Mart 13:49
Cenevrədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatında Beynəlxalq Novruz Günü qeyd edilib
23 Mart 13:41
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Novruz şənliyi təşkil edilib
23 Mart 10:11
Meksika senatında Novruz bayramı təntənəsi
23 Mart 09:49
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsinə start verilir
23 Mart 09:43
Azərbaycanın müdafiə naziri Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb
23 Mart 09:34
Ann-Sofi Kopən: Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
23 Mart 09:32
Azərbaycan nümayəndələri Dünya Bankının Daşkənddə keçirilən iclasında iştirak ediblər
23 Mart 09:29
Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub
23 Mart 09:23
Nazirlik: Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara da gələn aydan Prezidentin təqaüdü veriləcək
23 Mart 09:17
İstanbulda İƏT-in Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilib
23 Mart 09:13
Prezident Arif Alvi: Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
22 Mart 14:06
Azərbaycan və Argentina parlamentlərarası əlaqələrin daha da dərinləşdirilməsinə dair fikir mübadiləsi aparıb
22 Mart 13:59
Azərbaycan və Pakistan arasında hərblə bağlı sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
22 Mart 13:53
"The Washington Times" Azərbaycanın iqtisadi-siyasi nailiyyətlərindən yazıb
22 Mart 13:48
Jan Dürinq: Qarabağ, xüsusən də Şuşa Azərbaycan musiqisinin beşiyidir
22 Mart 13:44
“Saat Meydanı” Kompleksi sakinlərin və turistlərin rahatlığına hesablanıb
22 Mart 13:40
BMT-də Beynəlxalq Novruz Günü qeyd olunub
22 Mart 13:34
Türkiyə KİV-ləri Prezident İlham Əliyevin Azərbaycan xalqına bayram təbrikini geniş işıqlandırıb
22 Mart 13:31
Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
21 Mart 17:46
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21 Mart 17:42
Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq davam edir
21 Mart 17:39
Mənəvi dəyərlərimizə böyük qayğı
21 Mart 17:35
Əli Həsənov: Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək
21 Mart 15:07
Doğma bulvarda Novruz...
21 Mart 14:09
İstanbulda türk xalqlarının təmsil olunduğu Novruz şənliyi keçirilib
21 Mart 14:07
Suraxanı rayonunda Novruz bayramı geniş qeyd edilir
21 Mart 14:02
Azərbaycan və İran dövlət sərhədində Novruz bayramı münasibətilə tədbir təşkil olunub
21 Mart 13:53
Meksikada Novruz bayramı və Azərbaycan Mədəniyyəti Günü qeyd olunub
21 Mart 13:49
21 mart - Beynəlxalq Meşələr və Ağaclar Günüdür
21 Mart 13:43
Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında möhtəşəm qələbə qazanıb
21 Mart 13:38
Paytaxtımızda Novruz bayramı böyük təntənə ilə qeyd edilir
21 Mart 13:30
UNESCO-nun baş qərargahında Alim Qasımovun “Yeddi gözəl” muğam konserti olub
21 Mart 13:24
Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
21 Mart 10:16
Qırxa yaxın ölkənin iştirak etdiyi sərgidə XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi öz stendi ilə təmsil olunub
21 Mart 10:12
“Avro 2020”: Bu gün Azərbaycan millisi ilk oyununa çıxacaq
21 Mart 10:09
Azərbaycan və Xorvatiya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib
21 Mart 10:03
Elmar Məmmədyarov: Ermənistanın hərbi işğalına son qoyulacağı təqdirdə, Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək
21 Mart 09:58
Azərbaycana yaz gəldi…
20 Mart 17:30
Müdafiə Nazirliyinin rəhbərliyi Novruz bayramı münasibətilə hərbi hospitalda olub
20 Mart 16:09
Gürcüstan Prezidenti Salome Zurabişvili Qardabanidə azərbaycanlıların Novruz şənliklərinə qatılıb
20 Mart 16:00
Prezidentin Mətbuat Xidmətinin məlumatı
20 Mart 15:36
Azərbaycan Ordusunun nümayəndələri Pakistanın Milli Gününə həsr olunmuş paradda iştirak edəcəklər
20 Mart 15:25
Prezidentin Mətbuat Xidmətinin məlumatı
20 Mart 14:41
Novruz bayramı muxtar respublikamızda yüksək əhval-ruhiyyə ilə qeyd edilib
20 Mart 14:32
Azərbaycan ilə Çili arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün geniş potensial var
20 Mart 14:29
20 mart – Ümumdünya Yer Kürəsi Günüdür
20 Mart 14:24
Bayram konserti əsgər və zabitlərdə xoş əhval-ruhiyyə yaradıb
20 Mart 14:19
Hikmət Hacıyev: Azərbaycanın işğal edilmiş torpaqları azad olunmalı, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar
20 Mart 11:51
İsveçrədə Novruz bayramı sevinci yaşanıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA