Ana səhifə »  İqtisadiyyat »  Azərbaycanın enerji resurslarının nəqlinin şaxələndirilməsi üçün müasir və yeni infrastruktur şəbəkəsi yaradılır
A+   Yenilə  A-
Azərbaycanın enerji resurslarının nəqlinin şaxələndirilməsi üçün müasir və yeni infrastruktur şəbəkəsi yaradılır

Prezident İlham Əliyev: Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbədir və təbii ki, yeni kəmərlər inşa etməklə biz enerji marşrutlarını şaxələndiririk
Azərbaycanın zəngin “Şahdəniz” yatağının resurslarının işlənməsinə və Avropaya nəqlinə hesablanan Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması istiqamətində daha bir mühüm addım atılıb. Belə ki, 2019-cu il 20 fevral tarixində Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçirilib. Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirlərinin və müxtəlif qurumların təmsilçilərinin, o cümlədən Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı, Məşvərət Şurasının fəaliyyətdə olan həmsədri Günter Ottingerin iştirak etdikləri tədbirdə layihənin icrası, eləcə də beynəlxalq komandanın əməkdaşlığının perspektivləri ilə bağlı aktual məsələlər müzakirə edilib. Toplantıda nitq söyləyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev layihədə iştirak edən dövlətlərə, şirkətlərə, həmçinin beynəlxalq maliyyə qurumlarına göstərdikləri səylərə görə təşəkkürünü bildirərək diqqəti bir sıra vacib məqamlara yönəldib. Cənub Qaz Dəhlizinin regional və qlobal önəmini diqqətə çatdıran Prezident İlham Əliyev vurğulayıb ki, biz Azərbaycanın enerji resurslarının nəqlinin şaxələndirilməsi üçün müasir və yeni infrastruktur şəbəkəsi yaradacağıq. “Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbədir və təbii ki, yeni kəmərlər inşa etməklə biz enerji marşrutlarını şaxələndiririk”, - deyə dövlət başçısı bildirib.
Azərbaycan 1994-cü ildən başlayaraq ölkəyə milyardlarla dollar xarici sərmayə cəlb etməyə nail olub
Məlumdur ki, hazırda Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələri sırasında yer alır. Ölkəmiz özünün iqtisadi və maliyyə müstəqilliyini tam təmin edib ki, bu da siyasi müstəqilliyimiz, milli maraqlarımızın qətiyyətlə qorunması baxımından çox önəmlidir.
Müstəqil Azərbaycanın davamlı dinamik inkişafını şərtləndirən bir neçə fundamental amil sadalamaq mümkündür ki, onların içərisində Ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə işləyib hazırladığı yeni neft strategiyasının uğurla reallaşdırılmasını və bunun sayəsində ölkəmizə böyük həcmlərdə sərmayələrin cəlb olunmasını xüsusi qeyd etmək lazımdır. Müdrik siyasətçi olan Ulu öndər Heydər Əliyev yeni neft strategiyasını işləyib hazırlayarkən respublikamızda onilliklər ərzində formalaşan ənənələri və mövcud potensialı əsas tutaraq qarşıya çox mühüm hədəflər qoymuşdu. Yeni neft strategiyasını səciyyələndirən əsas cəhət isə ondan ibarətdir ki, burada milli maraqlar qırmızı xətt kimi müəyyənləşdirilib. Zəngin neft-qaz resursları Azərbaycanın mənafeyinə, ölkənin iqtisadi qüdrətinin artmasına, yüksək səviyyəli insan kapitalının formalaşmasına xidmət etməlidir. Yeni neft strategiyasında bu kimi məqsədlər çox vacib çağırışlar kimi qarşıya qoyulub.
Başlanğıcda müstəqil Azərbaycanın dinamik, hərtərəfli inkişafını hədəfləyən yeni neft strategiyasının reallaşdırılmasına çox ciddi təhdidlər var idi. Daxildəki və xaricdəki bir sıra qüvvələr Azərbaycanın inkişafını istəmirdilər. Buna görə də ölkədə sabitliyi pozmağa, karbohidrogen ehtiyatlarının işlənməsi məqsədilə xarici investisiyaların cəlb olunmasının qarşısını almağa çalışırdılar. Bədxah qüvvələr öz məkrli planlarını həyata keçirmək üçün ən müxtəlif məqamları nəzərə alaraq fərqli ssenarilər hazırlamışdılar. Lakin Ulu öndər Heydər Əliyev Öz qətiyyəti və müdrikliyi ilə Azərbaycanı inkişafdan saxlamağa hesablanan bütün bədxah ssenarilərin qarşısını məharətlə aldı. Ulu öndər növbəti dəfə xalqına bağlılığını, əlçatmaz Lider keyfiyyətlərini nümayiş etdirdi və müstəqil Azərbaycanın zəfər salnaməsinin əsasını qoydu.
1994-cü il sentyabrın 20-də müstəqil Azərbaycanın həyatında tarixi hadisə baş verdi - Ulu öndər Heydər Əliyevin səyləri sayəsində Bakıda dünyanın altı dövlətini təmsil edən 11 transmilli neft şirkətinin iştirakı ilə Xəzərin Azərbaycan sektorundakı neft ehtiyatları ilə zəngin olan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənməsinə dair “Əsrin müqaviləsi” imzalandı. “Əsrin müqaviləsi”nin imzalanması Ulu öndər Heydər Əliyevin müstəsna xidməti idi. Çünki yuxarıda bəhs olunan çətinliklər fonunda xarici şirkətlər Azərbaycana sərmayə yönəltməkdən çəkinirdilər. Uzaqgörən siyasətçi Heydər Əliyev xarici investorların Xəzərin Azərbaycan sektorunda karbohidrogen ehtiyatlarının işlənməsinə irihəcmli sərmayələr yönəltmələrinə nail oldu. Azərbaycanın bu gün beynəlxalq miqyasda uğurlu model kimi qəbul edilən davamlı inkişaf strategiyasının əsası da məhz “Əsrin müqaviləsi” ilə qoyulub. Prezident İlham Əliyev 1994-cü ildən etibarən yeni neft strategiyasının uğurla reallaşdırılması çərçivəsində Azərbaycana gələn sərmayələrin ölkəmizin inkişafında mühüm rol oynadığına diqqət çəkərək bildirib: “Cənub Qaz Dəhlizi ümumi marağımızı əks etdirən və qarşılıqlı surətdə əhəmiyyətli layihədir. Bu, Azərbaycanın 1994-cü ildə təməli qoyulmuş enerji strategiyasının tərkib hissəsidir. O zaman Azərbaycan nəhəng “Azəri-Çıraq-Günəşli” neft yatağı ilə bağlı beynəlxalq neft şirkətlərindən ibarət konsorsiumla müqavilə imzaladı. Bu, bizim beynəlxalq enerji şirkətləri ilə əməkdaşlığımızın başlanğıcı idi. O vaxt Azərbaycan öz təbii resurslarını beynəlxalq əməkdaşlıq üçün əlçatan etdi. İlk dəfə beynəlxalq sərmayələr Xəzər dənizinə yatırıldı və 1994-cü il, əslində, Azərbaycanın inkişafı baxımından da dönüş nöqtəsi oldu. Azərbaycan o zaman yalnız üç il idi ki, gənc müstəqil dövlət idi və iqtisadi vəziyyət çox çətin idi. Ölkəni xarici sərmayə üçün açaraq biz milyardlarla dollarlıq sərmayə cəlb edə bildik. On minlərlə yeni iş yerləri açdıq, Azərbaycanın münbit sərmayə mühitinə malik dövlət olduğunu nümayiş etdirdik”.
Artıq 25 ildir ki, ölkəmizdə yeni neft strategiyası uğurla həyata keçirilir. 2017-ci ildə Azərbaycanda iki milyard ton neft hasil edilməsi təntənəli şəkildə qeyd olundu. Bu həcmin 700 milyon tonu müstəqillik dövründə hasil edilib ki, onun da 460 milyon tondan çoxu “Əsrin müqaviləsi” ilə yaradılan konsorsiumun payına düşür.
Məlumdur ki, Azərbaycan yeni iqtisadi şəraitdə qeyri-neft sektorunda istehsal və ixrac imkanlarının artırılmasını hədəfləyib. Bu məqsədlə respublikamızda neftdənkənar iqtisadiyyat həm siyasi, həm də maddi cəhətdən güclü şəkildə dəstəklənir. Bununla belə, perspektivdə də enerji sektoru milli iqtisadiyyatımızın lokomotivi rolunda çıxış edəcək. Prezident İlham Əliyev bunu nəzərə çatdıraraq deyib ki, enerji sektoru bundan sonra da Azərbaycanın iqtisadiyyatının aparıcı sahəsi və regional əməkdaşlığın mühüm komponentlərindən biri olacaq. 2017-ci il sentyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması deyilənləri bir daha təsdiqləyir. Yeni Sazişin imzalanması ilə böyük ehtiyatlara malik “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsində yeni mərhələ başlayıb.
Biz yuxarıda “Əsrin müqaviləsi”nin müstəqillik illərində ölkəmizin inkişafında oynadığı mühüm rol barədə qısa söhbət açdıq. Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişdə də Azərbaycanın milli maraqları maksimum dərəcədə nəzərə alınıb. Yeni Saziş çərçivəsində “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılıb. Sənədə əsasən, xarici investorlar tərəfindən ölkəmizə 3,6 milyard dollar həcmində bonus ödəniləcək və artıq prosesə başlanılıb.
“Əsrin müqaviləsi”ndən sonra ikinci böyük kontrakt “Şahdəniz” qaz yatağı üzrə imzalanıb. Xatırladaq ki, bu kontrakt 1996-cı il iyunun əvvəlində məhz Xəzər Neft-Qaz Sərgisinin keçirildiyi gündə imzalanıb. O vaxt dünyada enerji təhlükəsizliyi məsələlərində qaz amili ciddi rol oynamırdı. Hətta qaz yataqlarının işlənilməsi o qədər də böyük maraq doğurmurdu. Çünki mənfəət neft yataqları ilə müqayisədə daha aşağı idi. Ona görə bu layihəyə investorları cəlb etmək asan məsələ deyildi. Ancaq 2018-ci ildə Cənub Qaz Dəhlizinin açılışı təsdiqlədi ki, Azərbaycan zamanında nə qədər müdrik addım atıb. Beləliklə, Azərbaycan özünü dünyaya həm də qaz ölkəsi kimi təqdim edir. Cənub Qaz Dəhlizi layihəsinin resurs mənbəyi rolunda məhz “Şahdəniz” qaz yatağı çıxış edir. Ehtiyatları 1 trilyon kubmetrdən çox qiymətləndirilən “Şahdəniz” dünyanın ən böyük qaz yataqlarından biridir. Özlüyündə Cənub Qaz Dəhlizi investisiya tutumu kifayət qədər böyük olan bir layihədir. Bu layihənin icrasına bütövlükdə 45 milyard dollaradək sərmayə qoyuluşu gözlənilir. Qeyd edək ki, Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetr həcmində dəyərləndirilir.
Uğurla reallaşdırılan Cənub Qaz Dəhlizinin dörd seqmentindən üçü artıq hazırdır
Öz miqyasına görə kifayət qədər geniş olan Cənub Qaz Dəhlizi çox haqlı olaraq XXI əsrin qlobal layihəsi kimi səciyyələndirilir. Yuxarıda qeyd etdiyimiz kimi, zəngin “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsinə və Azərbaycan qazının Avropa ölkələrinə çatdırılmasına hesablanan bu layihənin təşəbbüskarı rolunda məhz ölkəmiz çıxış edib. Məlumdur ki, Avropanın getdikcə artan tələbatını ödəmək üçün yeni enerji mənbələri lazımdır. Azərbaycan isə “qoca qitə”nin bu ehtiyacını qarşılamağa qadir ölkədir. Azərbaycan reallıqları nəzərə alaraq yeni qazötürücü infrastrukturun - Cənub Qaz Dəhlizinin yaradılması təşəbbüsü ilə çıxış etdi. Təbii ki, müxtəlif maraqları uzlaşdırmaq, hamını ortaq məxrəcə gətirmək asan deyildi. Bununla belə, ölkəmiz güclü siyasi iradə ortaya qoydu və yeni layihəyə tərəfdaşlar cəlb etməyə nail oldu.
Təxminən 3500 kilometr məsafədə uzanaraq açıq dənizə çıxışı olmayan Azərbaycanı Aralıq və Adriatik dənizləri ilə birləşdirən layihə bir vaxtlar çoxlarına xəyal kimi görünsə də, artıq reallıqdır. 2018-ci il 29 may tarixində Bakıdakı Səngəçal terminalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniyanın və bir sıra digər dövlətlərin, həmçinin Avropa İttifaqının yüksək səviyyəli rəsmilərinin iştirakı ilə ayrı-ayrı mühüm parametrləri baxımından strateji önəm daşıyan Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib. Respublikamızın zəngin “Şahdəniz” yatağından çıxardılacaq “mavi yanacaq” bu kəmərlə daşınaraq regiondakı və Avropadakı istehlakçılara çatdırılacaq.
Cənub Qaz Dəhlizinin icrasına 2015-ci ildə Bakıda başlanılıb. İlk dəfə idi ki, Azərbaycan belə genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlıq tələb edən layihəyə start verirdi. Cənub Qaz Dəhlizi 4 mühüm seqmentdən ibarətdir. Bura “Şahdəniz” yatağının işlənməsi, genişləndirilmiş Cənubi Qafqaz boru kəməri, TANAP və TAP layihələri daxildir. Arxada qalan 5 il ərzində layihənin bütün seqmentləri üzrə böyük iş həcmi yerinə yetirilib. O cümlədən Azərbaycanda layihə çərçivəsində ilk qazın nəqlinə və sonradan hasilatın artırılmasına hazırlıq məqsədilə “Heydər Əliyev” və “İstiqlal” qazma qurğularından istifadə etməklə istismar quyuları qazılıb. “Şahdəniz Mərhələ 2” çərçivəsində əsas diqqət ildə əlavə 16 milyard kubmetr qaz və gündə 120 min barrelədək kondensat əldə etmək üçün hazırda istismar edilən lay intervallarında qalan ehtiyatlara yönəlib. “Şahdəniz Mərhələ 2”-yə bir-birinə körpü ilə birləşdirilən iki yeni hasilat platformasının, iki yarımdalma qazma qurğusundan qazılan 26 sualtı quyunun, suyun 550 metrədək dərinliyində quraşdırılan 500 kilometr uzunluğunda sualtı boru kəmərlərinin inşası və Səngəçal terminalının genişləndirilməsi işləri daxildir. Nəzərdə tutulan işlər tamamlandıqdan sonra Səngəçal terminalı dünyanın ən iri və müasir terminallarından birinə çevrilib.
Ötən il Cənub Qaz Dəhlizinin daha bir mühüm seqmentinin - Trans Anadolu Qaz Boru Kəmərinin (TANAP) inşası tamamlandı. 2018-ci il 12 iyun tarixində Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirildi. Qeyd edək ki, Avropaya alternativ qaz nəqli infrastrukturunun mühüm halqası olan TANAP üzrə anlaşmanı 2012-ci ildə İstanbul şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıblar.
Uzunluğu 1805 kilometr olan TANAP boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. Kəmərdən Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək.
TANAP Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirəcək. 2020-ci ildə bu kəmərlə nəql olunacaq qazın həcmi ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq.
Cənub Qaz Dəhlizinin digər bir seqmenti olan Trans Adriatik Boru Kəməri (TAP) seqmenti üzrə işlər də uğurla davam etdirilir. TAP TANAP layihəsinin davamı kimi seçilib. Azərbaycan qazı məhz TAP vasitəsilə Avropanın mərkəzi ölkələrinə çatdırılacaq. Hazırda bu seqment üzrə işlərin 87 faizi tamamlanıb. Prezident İlham Əliyev yeni qaznəqledici infrastrukturun yaradılması istiqamətində işlərin uğurla getməsindən məmnunluğunu bildirib. “Ötən ilin fevral ayındakı sonuncu görüşümüzdən sonra iki mühüm tədbir keçirildi - biri Azərbaycanda, digəri isə Türkiyədə. May ayında Cənub Qaz Dəhlizinin, iyunda isə TANAP-ın rəsmi açılışları baş tutdu. Bunlar “Şahdəniz” yatağının istismarı və Cənub Qaz Dəhlizinin həyata keçirilməsi baxımından mühüm hadisələr idi. Bu gün biz bu nəhəng enerji layihəsinin yekunlaşdırılmasına yaxınıq. Onun dörd elementindən üçü artıq hazırdır və istifadə olunur. TANAP layihəsinin istifadəyə verilməsindən sonra 1 milyard kubmetr qazın Türkiyə bazarına ixracı bizi məmnun edir”, - deyə dövlət başçısı vurğulayıb.
Cənub Qaz Dəhlizinin hər 4 seqmenti üzrə işlərin uğurla getməsini şərtləndirən amillər sırasında beynəlxalq komandanın səylərini xüsusi qeyd etmək lazımdır. Avropanın enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyan Cənub Qaz Dəhlizinə indiyədək Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya kimi ölkələr qoşulub. Eyni zamanda, üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro perspektivdə layihəyə qoşulmaq niyyətlərini bildiriblər. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısına Macarıstan, Rumıniya, Serbiya, San-Marino və Türkmənistandan olan nümayəndələrin də qatılması bu layihəyə maraq göstərən dövlətlərin sayının getdikcə artdığını təsdiqləyir. Layihənin icrasında Azərbaycanın beynəlxalq brendə çevrilən SOCAR şirkəti, BOTAŞ və BP kimi transmilli şirkətlər iştirak ediblər. Beləliklə, deyə bilərik ki, Cənub Qaz Dəhlizinin icrasına ümumi məqsədlər naminə çalışan vahid komanda cəlb olunub.
Şaxələndirilmiş nəql marşrutları sayəsində Azərbaycan vacib tranzit ölkəyə çevrilib
Azərbaycanın müasir çağırışlar və reallıqlar nəzərə alınmaqla hazırlanan yeni neft strategiyasında enerji nəqli marşrutlarının şaxələndirilməsi əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib. Marşrutların şaxələndirilməsi bu gün Azərbaycanın müstəqil enerji siyasəti həyata keçirməsini şərtləndirən çox mühüm amil qismində çıxış edir. Prezident İlham Əliyev Azərbaycanın enerji ehtiyatlarının nəqli marşrutlarının şaxələndirilməsi ilə bağlı qarşıya qoyduğu məqsədlərə çatdığını vurğulayaraq deyib: “Bizim enerji sahəsinin xronologiyasına nəzər salsaq görərik ki, tədricən məqsədimizə çatmışıq. Məqsəd enerji resurslarının nəqlinin şaxələndirilməsi və bunun üçün müasir infrastrukturun yaradılması idi”.
İndiyədək Azərbaycan güclü siyasi iradə nümayiş etdirərək bir neçə nəql marşrutunun yaradılmasına nail olub. 1990-cı illərin sonlarında Xəzər və Qara dənizləri birləşdirən Bakı-Supsa neft kəmərinin istifadəyə verilməsi enerji resurslarının nəqli və şaxələndirilməsi baxımından çox mühüm əhəmiyyət daşıyan hadisə idi. Daha sonra 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan kəməri istifadəyə verildi. Bu, tarixi hadisə idi. Bakı-Tbilisi-Ceyhanın istifadəyə verilməsi sayəsində şirkətlər daha çox sərmayə qoymaq və daha çox neft çıxarmaq imkanı əldə etdilər. Eyni zamanda, yeni nəql marşrutundan faydalanan Azərbaycan öz ixracını əhəmiyyətli dərəcədə artırmağa nail oldu. Əlamətdar haldır ki, bu gün Bakı-Tbilisi-Ceyhandan digər ölkələr də faydalanırlar. Belə ki, Xəzərin şərq sahilində yerləşən digər ölkələr tərəfindən hasil edilən neft də artıq bu kəmər vasitəsilə dünya bazarlarına çıxarılır. Beləliklə, Azərbaycan bu gün etibarlı tranzit ölkə kimi qonşu dövlətlərə öz imkanlarını təqdim edir. Prezident İlham Əliyev qürur hissi ilə bildirib ki, Azərbaycan neft ehtiyatlarının nəqli baxımından vacib tranzit ölkədir və əlbəttə ki, Azərbaycanın regiondakı rolu artmaqdadır. 2007-ci ildə daha bir nəql marşrutu - Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. Beləliklə, Azərbaycan ilk dəfə olaraq beynəlxalq bazarlara təbii qaz nəql edən dövlətə çevrildi.
Bu məqamda vurğulamaq yerinə düşər ki, enerji mənbələrinin və marşrutların şaxələndirilməsi Avropanın istehlakçı ölkələri üçün də strateji önəm daşıyır. Cənub Qaz Dəhlizi Avropa ölkələrinin enerji təminatında yeni imkanlar açaraq, qaz tədarükü mənbələrini şaxələndirməyə, yeni alternativ marşrutlardan istifadə etməyə imkan yaradacaq.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  11430  |  
  • Tarix:  22-02-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan Türkiyə-Azərbaycan münasibətləri uğurla inkişaf edir

28 Fevral 22:16
Əbülfəs Qarayev Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə görüşüb
28 Fevral 22:07
Azərbaycanın işğal edilmiş ərazilərində hərbi cinayətlərə dair məruzə BMT-nin rəsmi sənədi kimi yayılıb
28 Fevral 22:01
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı işini plenar sessiyalarla davam etdirib
28 Fevral 21:56
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
28 Fevral 21:51
Baş Nazirin müavini Misirin Azərbaycandakı səfirliyində başsağlığı verib
28 Fevral 21:11
Operativ qərargah: Karantin normalarını pozan hər kəsə qarşı qanunun tələblərinə uyğun şəkildə tədbirlər görüləcək
28 Fevral 21:10
Astarada Fövqəladə Hallar Nazirliyinin səyyar mobil hospitalı quraşdırılıb
28 Fevral 20:57
Bakıda "Ürək və Damar Cərrahiyyəsi" elmi-praktik jurnalının təqdimatı olub
28 Fevral 20:41
Azərbaycan zabiti Belarusda hərbi akademiyanı fərqlənmə diplomu ilə bitirib
28 Fevral 20:18
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı keçirilib
28 Fevral 17:48
Ağdamda 20 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılmasına 1,4 milyon manat ayrılıb – Sərəncam
28 Fevral 17:45
Pərviz Şahbazov: 2020-ci il Cənub Qaz Dəhlizinin tam istismara veriləcəyi tarixdir
28 Fevral 17:42
Azərbaycan Prezidenti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
28 Fevral 17:39
Asim Mollazadə: Nikol Paşinyan sülh danışıqlarının imitasiyası ilə məşğuldur
28 Fevral 17:30
TRT HABER Azərbaycan-Türkiyə münasibətlərinə dair xüsusi buraxılış yayıb
28 Fevral 17:25
Milli Olimpiya Komitəsi “Tokio-2020”yə hazırlıq çərçivəsində əməkdaşlığa dair memorandumlar imzalayıb
28 Fevral 17:12
Güllə atıcılarımız Polşada Avropa çempionatında mübarizəyə başlayırlar
28 Fevral 16:42
ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının sədr müavinləri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
28 Fevral 16:39
ABŞ Konqresinin üzvü Xocalı faciəsinin ildönümü ilə bağlı bəyanat verib
28 Fevral 16:31
Gündüz İsmayılov: Gənclərimizin milli-mənəvi dəyərlər ruhunda yetişmələri olduqca vacibdir
28 Fevral 16:13
“ASAN Həyat” Bahar Festivalı keçiriləcək
28 Fevral 16:07
Xaricə gedən azərbaycanlıların 84,2 faizi dəmir yolu və avtomobil nəqliyyatından istifadə edib
28 Fevral 16:04
Kənd Təsərrüfatı naziri İnam Kərimov Ucarda vətəndaşları qəbul edib
28 Fevral 15:39
“RİA Novosti” informasiya agentliyi Bakı haqqında fotolent təqdim edib
28 Fevral 15:34
Qax Damazlıq İpəkçilik Stansiyasında 146 kiloqram elit və hibrid ipəkqurdu toxumu istehsal olunub
28 Fevral 15:03
Gömrük Komitəsinin rəhbərliyi Xızı, Qobustan və Quba rayonlarında vətəndaşları qəbul edib
28 Fevral 14:56
Rusiya turoperatorları Azərbaycanın turizm imkanları ilə tanış olublar
28 Fevral 14:38
Vyetnam İctimai Elmlər Akademiyasında Xocalı soyqırımının ildönümü ilə bağlı tədbir keçirilib
28 Fevral 14:31
DİM Direktorlar Şurasının sədri Kürdəmir rayonunda vətəndaşları qəbul edib
28 Fevral 14:27
ADU-da Ali Attestasiya Komissiyasının sədri ilə görüş keçirilib
28 Fevral 14:26
Azərbaycanla Gürcüstanın enerji sistemləri arasındakı əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb
28 Fevral 13:54
Nepalın yüksəkvəzifəli nümayəndə heyəti “ASAN xidmət”də olub
28 Fevral 13:39
KOBİA və İslam İnkişaf Bankı Qrupu arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
28 Fevral 13:25
Elçin Əhmədov: Sumqayıt hadisələri erməni millətçilərinin məqsədyönlü şəkildə hazırladıqları planın tərkib hissəsi idi
28 Fevral 13:23
Bakıda “Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda respublika müşavirəsi keçirilir
28 Fevral 13:13
Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib
28 Fevral 12:57
Mərkəzi Bank “Visa kartları ilə ödəniş qazandırır!” lotereyasına start verir
28 Fevral 12:53
Baş prokuror Şirvan şəhərində vətəndaşları qəbul edib
28 Fevral 12:48
Qulam İshaqzai: Azərbaycanın müxtəlif formalarda BMT-yə dəstək verməsini yüksək dəyərləndiririk
28 Fevral 12:33
Zakir Həsənov Türkiyəyə başsağlığı verib
28 Fevral 12:05
Bakı Ali Neft Məktəbi və İstanbul Texnik Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
28 Fevral 11:59
Polkovnik Vaqif Dərgahlı: Azərbaycan ilə Türkiyə arasında hərbi əlaqələr yüksələn xətlə inkişaf edir
28 Fevral 11:55
Leyla Abdullayeva: Azərbaycan regionda sülhün bərpa olunması kimi missiyaların reallaşdırılması istiqamətində mühüm tədbirlər görür
28 Fevral 11:53
Bakıda BMT 75 təşəbbüsünün Azərbaycanda başlanılmasına həsr olunmuş tədbir keçirilir
28 Fevral 11:33
Paytaxtda itkin düşmüş kimi axtarışda olan beş nəfər tapılaraq ailəsinə təhvil verilib
28 Fevral 11:03
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
28 Fevral 10:56
Bakıda Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsindəki yeraltı piyada keçidinin açılışı olub
28 Fevral 10:40
Parisdə “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində beynəlxalq humanitar hüquq normalarının pozulması: əsir, girov, itkin düşmüş şəxslər problemi” mövzusunda konfrans keçirilib
28 Fevral 10:30
Sumqayıt hadisələrindən 32 il ötür
28 Fevral 10:02
Cənub Qaz Dəhlizi ilin sonuna kimi tam istismara veriləcək
28 Fevral 09:46
İtaliya dünyada Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır
28 Fevral 09:41
Azərbaycan-Türkiyə münasibətləri yeni inkişaf mərhələsinə keçib
28 Fevral 09:32
MƏŞĞULLUQ SİYASƏTİNİN SƏMƏRƏLİLİYİ DÖVLƏTİN SOSİAL SAHƏDƏKİ PERSPEKTİVLƏRİNİN İFADƏSİDİR
28 Fevral 09:29
Regionlarda Dövlət Proqramının icrası ilə əlaqədar bütün lazımi tədbirlər həyata keçirilir
28 Fevral 09:25
Magistratura üzrə respublika birincisi: Müəllimlərim mənə çox inanırdılar
28 Fevral 09:23
Azərbaycanda koronavirus aşkarlanmayıb
28 Fevral 09:21
Azərbaycanın regionlarında müasir sənaye quruculuğu geniş vüsət alıb
28 Fevral 09:19
Dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan Türkiyə-Azərbaycan münasibətləri uğurla inkişaf edir
27 Fevral 22:10
Azərbaycanla Böyük Britaniya arasında mədəniyyət və yaradıcı sənayelər sahəsində əməkdaşlıq müzakirə olunub
27 Fevral 22:00
Ombudsman 2019-cu il üzrə məruzəsini təqdim edib
27 Fevral 21:52
Azərbaycan Respublikasının prokurorluq orqanları beynəlxalq tərəfdaşları ilə əməkdaşlığı uğurla davam etdirir
27 Fevral 21:51
Londonda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
27 Fevral 21:49
Rumıniya artan təbii qaz tələbatının Azərbaycan resursları hesabına ödənilməsində maraqlıdır
27 Fevral 21:40
Azərbaycan Dillər Universiteti beynəlxalq əlaqələrini genişləndirir
27 Fevral 21:31
Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
27 Fevral 21:27
Bakıda İslam Əməkdaşlıq Təşkilatının Gənclər və İdman Nazirlərinin Daimi Şurasının iclası keçirilib
27 Fevral 21:06
AQTA laboratoriyaları koronavirusla bağlı gücləndirilmiş rejimdə çalışır
27 Fevral 20:58
Azərbaycan və Gürcüstan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
27 Fevral 20:40
UNEC-də konfrans: Universitetlərdə akademik tədqiqatların kommersiyalaşmasında beynəlxalq reallıqlar və yeni çağırışlar
27 Fevral 20:35
"Xocalıya ədalət!" kampaniyası çərçivəsində İsraildə soyqırımı qurbanlarının Xatirə günü keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA