Ana səhifə »  İqtisadiyyat »  Pekində Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının iclası keçirilib
A+   Yenilə  A-
Pekində Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının iclası keçirilib

Çinin “BHG” marketlər şəbəkəsində Azərbaycan şərablarının satışına başlanılıb
İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir. Nümayəndə heyətinə iqtisadiyyat, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirləri, Xarici İşlər, Kənd Təsərrüfatı, Energetika nazirliklərinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, Dövlət Gömrük Komitəsinin, SOCAR-ın, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbər şəxsləri və sahibkarlar daxildir. Komissiyanın həmsədri, Çinin Kommersiya Nazirliyinin Avrasiya departamentinin rəisi Lu Veydonun rəhbərlik etdiyi Çin nümayəndə heyətində isə bu ölkənin aidiyyəti dövlət qurumlarının rəhbərləri və iş adamları təmsil olunur.
AZƏRTAC xəbər verir ki, səfərin ilk günü Azərbaycan nümayəndə heyəti Çinin “Huawei” və “Çin Milli Elektrik Mühəndisliyi Ko. Ltd” (CNEEC) şirkətlərinin rəhbərləri ilə görüşlər keçirib, müzakirələr aparıb.
“Huawei” şirkətinin rəhbəri ilə görüşdə İKT sahəsində əməkdaşlığın inkişafı imkanları müzakirə edilib. Bildirilib ki, İKT-nin inkişafı Azərbaycan iqtisadiyyatının prioritet istiqamətlərindəndir. Bu baxımdan Azərbaycan dünyada aparıcı şirkətlərdən olan “Huawei” ilə əlaqələrin genişləndirilməsində maraqlıdır. Görüşdə “Huawei” şirkətinin istehsalı olan və müxtəlif sahələri əhatə edən yeni texnoloji həllərin təqdimatı keçirilib.
İqtisadiyyat naziri Şahin Mustafayevin “Çin Milli Elektrik Mühəndisliyi Ko. Ltd” şirkətinin prezidenti Zanq Yanfey ilə görüşündə şirkətin ölkəmizdə fəaliyyətinə və əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb. Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət və digər sahələrdə Çin sərmayəli şirkətlərin fəaliyyət göstərdiyini qeyd edən nazir CNEEC-in Azərbaycanda müxtəlif layihələrin icrasında iştirak etdiyini vurğulayıb.
CNEEC-in prezidenti Z.Yanfey şirkətin Azərbaycanla əməkdaşlıqda marağını ifadə edib. Görüşdə Azərbaycanda avtomobil şinlərinin istehsalının təşkili müzakirə olunub.
Səfər çərçivəsində Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 7-ci iclası keçirilib, Komissiyanın sonuncu iclasından keçən dövr ərzində görülən işlər və iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
İclasda iqtisadiyyat naziri, Komissiyanın həmsədri Ş.Mustafayev Azərbaycan-Çin münasibətlərinin qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslandığını vurğulayıb. Bildirib ki, əməkdaşlığımızın qədim tarixi var, hələ 2500 il bundan əvvəl xalqlarımız Qədim İpək Yolu vasitəsilə sıx ticari və humanitar əlaqələrə malik olub.
Nazir qeyd edib ki, Azərbaycan və Çinin dövlət başçılarının siyasi iradəsi, aparılan intensiv dialoq ölkələrimiz arasında əlaqələrin inkişafı üçün əlverişli zəmin yaradır. Prezident İlham Əliyevin Çin Xalq Respublikasına 2015-ci ildəki dövlət səfəri münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı olub. Səfər zamanı aparılan danışıqlar, əldə olunan mühüm razılaşmalar, imzalanmış dostluq və əməkdaşlıq haqqında Birgə Bəyannamə, “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi haqqında Anlaşma Memorandumu ölkələrimiz arasında əlaqələrin genişlənməsində xüsusi əhəmiyyət kəsb edir.
Bildirilib ki, 2018-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 1,3 milyard dollar təşkil edib. Çinin Cənubi Qafqaz ölkələri ilə ticarətinin təqribən 43 faizi Azərbaycanın payına düşür. Bununla belə, ticarət dövriyyəsinin artırılması üçün potensial böyükdür. Azərbaycanda 120-dək Çin kapitallı şirkət fəaliyyət göstərir. Çin şirkətləri Azərbaycana 800 milyon dollardan çox investisiya yatırıb.
Ölkəmizdə biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması üçün həyata keçirilən sistemli və ardıcıl tədbirlər barədə məlumat verən Ş.Mustafayev Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşdığını və 10 ən islahatçı ölkə sırasına daxil edildiyini diqqətə çatdırıb. Nazir Çin şirkətlərini Azərbaycanda yaradılan əlverişli biznes və investisiya mühitindən yararlanmağa, sənaye parklarında və məhəllələrində birgə müəssisələrin təşkilinə dəvət edib.
Komissiyanın iclasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən nəqliyyat-tranzit əlaqələrinin genişləndirilməsi müzakirə olunub. Bildirilib ki, Azərbaycan Çinin “Bir Kəmər və Bir Yol” strategiyasını dəstəkləyən ilk ölkələrdən olmaqla yanaşı, bu təşəbbüsün reallaşdırılmasında yaxından iştirak edir. Çinin “Bir Kəmər və Bir Yol” təşəbbüsü çərçivəsində Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin potensialından istifadə olunması iqtisadi sahədə, xüsusilə investisiya, ticarət, tranzit sahəsində əməkdaşlıq üçün geniş imkanlar açır.
Ş.Mustafayev Transxəzər Nəqliyyat Dəhlizinin üstünlükləri, Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınmasında Azərbaycanın nəqliyyat-logistika potensialından istifadənin səmərəliliyini diqqətə çatdırıb, Çində bu dəhlizin təşviqinin genişləndirilməsinin önəmini, ölkələrimiz arasında əməkdaşlığa töhfə verəcəyini qeyd edib.
Komissiyanın həmsədri, Çinin Kommersiya Nazirliyinin Avrasiya departamentinin rəisi L.Veydon ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bildirib, əlaqələrin inkişaf perspektivləri barədə fikirlərini bölüşüb. O, Azərbaycanın Cənubi Qafqazda Çinin əsas ticarət tərəfdaşı olduğunu, Azərbaycan-Çin iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində və yeni əməkdaşlıq imkanlarının təşviq olunmasında komissiyanın rolunu vurğulayıb.
İclasın sonunda Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 7-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri Şahin Mustafayev və Lu Veydon imzalayıb. İclas çərçivəsində müzakirə olunmuş məsələlərin və Komissiyanın gələcək fəaliyyət istiqamətlərinin əksini tapdığı sənəddə sənaye, kənd təsərrüfatı, tranzit-logistika, ticarət, investisiya, İKT, maliyyə, turizm, humanitar və sair sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Çinə səfər çərçivəsində iqtisadiyyat naziri Ş.Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirib. Çinin kommersiya naziri Conq Şan ilə görüşündə Ş.Mustafayev Azərbaycanın Çin ilə ikitərəfli əlaqələrə xüsusi əhəmiyyət verdiyini və bu əlaqələrin bütün sahələrdə genişlənməsində maraqlı olduğunu diqqətə çatdırıb. Bildirib ki, iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin inkişafı üçün böyük potensial mövcuddur.
Nazir Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının bu imkanları reallaşdırmaq üçün əlverişli platforma olduğunu vurğulayaraq, keçirilən 7-ci iclasın səmərəli olacağına və əldə ediləcək yeni razılaşmaların icrasının Azərbaycan-Çin əlaqələrinin inkişafına töhfə verəcəyini deyib. Bildirilib ki, Azərbaycan Çinlə ikitərəfli ticarət əlaqələrinin inkişafı istiqamətində bir çox tədbirlər görüb. Azərbaycanın Çində ticarət nümayəndəsi, Urumçidə və Şanxayda Azərbaycan şərab evləri, Lucouda Azərbaycan Ticarət Evi fəaliyyət göstərir, Çinə ixrac missiyaları təşkil edilir. Bu il Çinə daha 3 ixrac missiyasının təşkili nəzərdə tutulur. Bundan başqa, Çinin paytaxtında və müxtəlif regionlarında keçirilən sərgilərdə Azərbaycan şirkətlərinin məhsulları və xidmətləri nümayiş etdirilir, böyük maraqla qarşılanır. Çin ilə ikitərəfli ticarətin genişləndirilməsi üçün Birinci Çin Beynəlxalq İdxal Sərgisi platformasından da səmərəli istifadə olunub, 180 çeşiddən çox Azərbaycan məhsulu təqdim edilib. Nümayiş etdirilən məhsullarımıza çinli ziyarətçilər tərəfindən böyük maraq göstərilib.
Qeyd olunub ki, Azərbaycan Çinlə kənd təsərrüfatı sahəsində də əməkdaşlıqda maraqlıdır. Çəltikçilik, çayçılıq, pambıqçılıq, ipəkçilik, tütünçülük sahələrində əlaqələrin inkişafı üçün imkanlar genişdir. Çin şirkətləri artıq pambıqçılığın və ipəkçiliyin maddi-texniki bazasının inkişafında Azərbaycanla uğurlu əməkdaşlıq edir. Azərbaycan Çinə yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarını, o cümlədən pambıq, tütün, şərab, alüminium və kimya sənayesi məhsulları ixrac edə bilər. Ölkəmiz isə Çindən yüksək keyfiyyətli məhsulların idxalını dəstəkləyir. Bununla yanaşı, Azərbaycan Çinin regionları ilə əlaqələrin genişləndirilməsində, qarşılıqlı səfərlərin və tədbirlərin təşkilində də maraqlıdır.
Görüşdə Kommersiya Nazirliyinin tərkibində olan Çin İnvestisiyanın Təşviqi Agentliyi və Çin Avropa Texniki-İqtisadi Əməkdaşlıq Assosiasiyası tərəfindən Azərbaycan məhsullarının Çində daha geniş təşviqi və satışının təşkilinin genişləndirilməsii, infrastruktur, qida təhlükəsizliyi sahələrində əməkdaşlığın genişləndirilməsi və sair məsələlər müzakirə edilib.
Azərbaycan nümayəndə heyətinin Çinə səfəri çərçivəsində “Çin Xalq Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi arasında 2019-2023-cü illər üçün mədəni əməkdaşlıq haqqında” Protokol, “Çin Xalq Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi arasında çinli turistlərin Azərbaycan Respublikasına qrup səfərlərinin sadələşdirilməsi haqqında” Anlaşma Memorandumu imzalanıb.
Qeyd edək ki, fevralın 25-dən martın 1-dək İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə bu ilin ilk ixrac missiyası Çinin paytaxtı Pekinə təşkil olunub. Missiyaya qida, şərab və digər spirtli içki istehsalı sahəsində fəaliyyət göstərən 16 Azərbaycan şirkəti daxil edilib. İxrac missiyası çərçivəsində Çin və Azərbaycan şirkətlərinin iştirakı ilə dəyirmi masa keçirilib, Azərbaycan məhsulları barədə məlumat verilib, ixracın artırılması istiqamətində fikir mübadiləsi aparılıb.
Bu gündən etibarən Çinin “BHG” marketlər şəbəkəsində Azərbaycan şərablarının satışına başlanılıb.

 
  • Oxunub:  3330  |  
  • Tarix:  02-03-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Əhmədov: Əli İnsanov əvvəlki səhvinin mənəvi yükünü nəinki dərk edir, hətta onu yenidən etməyə hazırdır

24 Mart 11:55
Xarici işlər naziri Elmar Məmmədyarov Paraqvaya rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirib
24 Mart 11:51
Doqquz rayondan olan 360 məktəbli şimal-qərb bölgəsinə ekskursiya çərçivəsində Qəbələyə gəlib
24 Mart 11:47
Tur-aksiya iştirakçılarının Lənkərana ekskursiyası Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan başlayıb
24 Mart 11:40
Naxçıvan məktəbliləri İçərişəhərlə tanış olublar
24 Mart 11:35
Özbəkistanda keçirilən festivalda azərbaycanlı dizaynerin “Novruz” kolleksiyası nümayiş etdirilib
24 Mart 11:29
Qardaşlaşmış Xırdalan və Cocuq Mərcanlı məktəblərinin Novruz görüşü
24 Mart 11:24
Bakılı məktəblilər Naxçıvan şəhərindəki tarixi, mədəni və təhsil müəssisələri ilə tanış olublar
24 Mart 11:21
Ankarada birinci Türk Dünyası Qurultayı təşkil olunub
24 Mart 11:15
Uruqvayın xarici işlər naziri: Azərbaycanla münasibətləri gələcəkdə daha da dərinləşdirmək niyyətindəyik
23 Mart 17:13
Azərbaycan hərbçiləri Pakistanın Milli Gününə həsr olunmuş hərbi paradda iştirak ediblər
23 Mart 16:34
Azərbaycan ilə Uruqvay arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
23 Mart 16:20
İki ayda Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatları 60 milyon dollara çatıb
23 Mart 15:58
Hedva Ser: UNESCO-da “Yeddi gözəl” muğam konserti möhtəşəm oldu
23 Mart 13:49
Cenevrədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatında Beynəlxalq Novruz Günü qeyd edilib
23 Mart 13:41
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Novruz şənliyi təşkil edilib
23 Mart 10:11
Meksika senatında Novruz bayramı təntənəsi
23 Mart 09:49
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsinə start verilir
23 Mart 09:43
Azərbaycanın müdafiə naziri Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb
23 Mart 09:34
Ann-Sofi Kopən: Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
23 Mart 09:32
Azərbaycan nümayəndələri Dünya Bankının Daşkənddə keçirilən iclasında iştirak ediblər
23 Mart 09:29
Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub
23 Mart 09:23
Nazirlik: Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara da gələn aydan Prezidentin təqaüdü veriləcək
23 Mart 09:17
İstanbulda İƏT-in Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilib
23 Mart 09:13
Prezident Arif Alvi: Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
22 Mart 14:06
Azərbaycan və Argentina parlamentlərarası əlaqələrin daha da dərinləşdirilməsinə dair fikir mübadiləsi aparıb
22 Mart 13:59
Azərbaycan və Pakistan arasında hərblə bağlı sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
22 Mart 13:53
"The Washington Times" Azərbaycanın iqtisadi-siyasi nailiyyətlərindən yazıb
22 Mart 13:48
Jan Dürinq: Qarabağ, xüsusən də Şuşa Azərbaycan musiqisinin beşiyidir
22 Mart 13:44
“Saat Meydanı” Kompleksi sakinlərin və turistlərin rahatlığına hesablanıb
22 Mart 13:40
BMT-də Beynəlxalq Novruz Günü qeyd olunub
22 Mart 13:34
Türkiyə KİV-ləri Prezident İlham Əliyevin Azərbaycan xalqına bayram təbrikini geniş işıqlandırıb
22 Mart 13:31
Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
21 Mart 17:46
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21 Mart 17:42
Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq davam edir
21 Mart 17:39
Mənəvi dəyərlərimizə böyük qayğı
21 Mart 17:35
Əli Həsənov: Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək
21 Mart 15:07
Doğma bulvarda Novruz...
21 Mart 14:09
İstanbulda türk xalqlarının təmsil olunduğu Novruz şənliyi keçirilib
21 Mart 14:07
Suraxanı rayonunda Novruz bayramı geniş qeyd edilir
21 Mart 14:02
Azərbaycan və İran dövlət sərhədində Novruz bayramı münasibətilə tədbir təşkil olunub
21 Mart 13:53
Meksikada Novruz bayramı və Azərbaycan Mədəniyyəti Günü qeyd olunub
21 Mart 13:49
21 mart - Beynəlxalq Meşələr və Ağaclar Günüdür
21 Mart 13:43
Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında möhtəşəm qələbə qazanıb
21 Mart 13:38
Paytaxtımızda Novruz bayramı böyük təntənə ilə qeyd edilir
21 Mart 13:30
UNESCO-nun baş qərargahında Alim Qasımovun “Yeddi gözəl” muğam konserti olub
21 Mart 13:24
Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
21 Mart 10:16
Qırxa yaxın ölkənin iştirak etdiyi sərgidə XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi öz stendi ilə təmsil olunub
21 Mart 10:12
“Avro 2020”: Bu gün Azərbaycan millisi ilk oyununa çıxacaq
21 Mart 10:09
Azərbaycan və Xorvatiya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib
21 Mart 10:03
Elmar Məmmədyarov: Ermənistanın hərbi işğalına son qoyulacağı təqdirdə, Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək
21 Mart 09:58
Azərbaycana yaz gəldi…
20 Mart 17:30
Müdafiə Nazirliyinin rəhbərliyi Novruz bayramı münasibətilə hərbi hospitalda olub
20 Mart 16:09
Gürcüstan Prezidenti Salome Zurabişvili Qardabanidə azərbaycanlıların Novruz şənliklərinə qatılıb
20 Mart 16:00
Prezidentin Mətbuat Xidmətinin məlumatı
20 Mart 15:36
Azərbaycan Ordusunun nümayəndələri Pakistanın Milli Gününə həsr olunmuş paradda iştirak edəcəklər
20 Mart 15:25
Prezidentin Mətbuat Xidmətinin məlumatı
20 Mart 14:41
Novruz bayramı muxtar respublikamızda yüksək əhval-ruhiyyə ilə qeyd edilib
20 Mart 14:32
Azərbaycan ilə Çili arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün geniş potensial var
20 Mart 14:29
20 mart – Ümumdünya Yer Kürəsi Günüdür
20 Mart 14:24
Bayram konserti əsgər və zabitlərdə xoş əhval-ruhiyyə yaradıb
20 Mart 14:19
Hikmət Hacıyev: Azərbaycanın işğal edilmiş torpaqları azad olunmalı, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar
20 Mart 11:51
İsveçrədə Novruz bayramı sevinci yaşanıb
20 Mart 11:49
Prezident: Bizim beynəlxalq mövqelərimiz möhkəmlənir
20 Mart 11:45
“İdman – sağlamlıq, dostluq, birlik...” mövzusunda keçiriləcək rəsm müsabiqəsinin təqdimatı olub
20 Mart 11:43
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20 Mart 11:40
“Azərxalça”nın filiallarında Novruz şənlikləri keçirilib
20 Mart 11:37
Prezident: Cənub Qaz Dəhlizinin icrası ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcək
20 Mart 11:36
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20 Mart 11:34
Novruz bayramı - ortaq mənəvi dəyər kimi
20 Mart 11:33
Prezident İlham Əliyev: Bu gün Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA