Ana səhifə »  İqtisadiyyat »  Bakıda “SHE Congress 2019”: Dəyişikliklərə doğru” qadınların liderlik və sahibkarlığına dair konqres keçirilib
A+   Yenilə  A-
Bakıda “SHE Congress 2019”: Dəyişikliklərə doğru” qadınların liderlik və sahibkarlığına dair konqres keçirilib

Martın 6-da Bakıda III “SHE Congress 2019”:Dəyişikliklərə doğru” qadınların liderlik və sahibkarlığına dair konqres keçirilib.
AZƏRTAC xəbər verir ki, konqresin açılış mərasimində “Azərbaycanın 100 işgüzar qadını” cəmiyyətinin rəhbəri, “Red communications” agentliyinin icraçı partnyoru Tatyana Mikayılova “Dəyişikliklərə doğru”nun “SHE Congress 2019”un builki şüarı olduğunu deyib. Bildirib ki, dünya hər an dəyişir və bizim məqsədimiz yenilik və dəyişiklikləri yaradıcı məcraya istiqamətləndirməkdə uğurlu bələdçi olmaqdır.
Qeyd olunub ki, tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən dəstəklənir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, dünya arenasında Azərbaycanın gələcək inkişafı üçün bizə iqtisadi cəhətdən müstəqil və güclü qadınlar lazımdır: “Komitə qadınların işgüzar mühitdə fəal olmaları üçün çalışır və onların təhsil səviyyəsini artırmaq üçün bütün imkanları genişləndirir. Azərbaycanda qadın sahibkarlığının inkişafı daim ölkə başçısının və dövlət siyasətinin diqqət mərkəzindədir. Son illərdə bu istiqamətdə mühüm addımlar atılıb. Bu istiqamətdə ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilən layihələri xüsusi qeyd etmək lazımdır. Bu gün Azərbaycanda güclü və sahibkar qadınların sayı çoxalır. Sevindirici haldır ki, artıq ölkəmizdə 200-dən çox qadın QHT-si var”.
“Azərbaycanda qadınlar əvvəllər yalnız sosial problemlərinin həlli üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edirdilər, indi edilən müraciətlər isə daha çox onların ictimai fəallığı ilə bağlıdır. Qadınlar komitəyə hansısa ictimai təşkilatların, müəssisələrin açılması üçün müraciət edirlər. Bu da bizi sevindirir. Bu gün dövlət orqanlarında qadınlar yüksək vəzifələri tutur. Azərbaycan qadınlarının qarşısında hazırda yeni vəzifələr dayanıb. Biz necə etməliyik ki, qadın inkişafa tab gətirə bilsin. Qadın, ilk növbədə, yüksək təhsilli olmalıdır ki, əmək bazarında rəqabətə davamlı olsun. Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti Azərbaycan qadınlarının hansı səviyyəyə yüksəldiyini göstərir. Uzun zaman belə bir streotip yaranıb ki, Azərbaycan qadınları yalnız yaxşı evdar xanım, yaxşı ana olmalıdırlar. Ancaq Azərbaycan qadını ictimai-siyasi sahədə də fəal ola bilir”, - deyə komitə sədri bildirib.
H.Hüseynova vurğulayıb ki, qadınlar dövlətimizin yaratdığı bütün imkanlardan istifadə edir və dövlətin qayğısını görürlər: “Çox yaxşı haldır ki, bu gün qadınlar, xüsusilə gənc qızlar ictimai-siyasi proseslərə fəal cəlb olunurlar. Ölkəmizdə keçirilən ilk bələdiyyə seçkilərində qadınlar özlərinə inanmırdılar. Amma sonradan aparılan təbliğat nəticəsində qadınların bələdiyyə orqanlarında təmsilçiliyi artdı. Güclü, professional qadının fəaliyyətinin qarşısını heç kim ala bilmir. Hazırda qadın sahibkarların sayı ölkədəki bütün sahibkarların 30 faizini təşkil edir. Əvvəllər bu rəqəm 4 faiz idi. Azərbaycanın gənc dövlət olduğunu nəzərə alsaq, qısa zaman ərzində belə yüksəlişin olması təqdirəlayiqdir”.
KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov deyib ki, qadın sahibkarlığının inkişafı agentliyin strategiyasının ayrılmaz hissəsidir: “Ölkənin iqtisadi inkişaf prioritetlərini və milli dəyərləri nəzərə alaraq, biz qadın sahibkarlığını fəal dəstəkləyirik”.
O, ölkə iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafının Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycanda qadınlar digər sahələrdə olduğu kimi sahibkarlığın inkişafında da mühüm rol oynayır və biznes fəaliyyəti ilə fəal şəkildə məşğul olurlar: “Qadınların iqtisadi təşəbbüskarlığının artması, mikro, kiçik və orta biznesdə geniş təmsil olunması ölkənin sosial-iqtisadi inkişafı, məşğulluğun təmin olunması baxımından əhəmiyyətlidir. Ölkə üzrə fərdi sahibkarların təqribən 20 faizini qadınlar təşkil edir. Qadın sahibkarlığın inkişaf etdirilməsi KOBİA-nın əsas fəaliyyət istiqamətlərindəndir və bu sahədə bir sıra tədbirlər həyata keçirilir. Agentliyin yanında fəaliyyət göstərən İctimai Şurada Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası aktiv təmsil olunur, Azərbaycan-Almaniya Birgə Proqramı çərçivəsində biznesin idarə edilməsi üzrə Almaniyada ixtisasartırma kursu keçmiş iştirakçıların təxminən 20 faizdən çoxu qadın sahibkarlardır. Ölkəmizdə qadın sahibkarlığının inkişafı məqsədilə həyata keçirilən tədbirlərin miqyası və əhatə dairəsi genişləndiriləcək. Qadın sahibkarlığın inkişafı, o cümlədən qadın sahibkarlar üçün maarifləndirmə və konsaltinq xidmətləri, kreditləşmə və digər güzəştləri nəzərdə tutan stimullaşdırıcı mexanizmlərin işlənib hazırlanması Azərbaycanda qadınların iqtisadi təşəbbüskarlığının reallaşdırılması imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Bu istiqamətdə layihə və proqramların hazırlanması zamanı xüsusilə regionlarımızda qadın məşğulluğu diqqət mərkəzində olacaq, qadın məşğulluğunun daha perspektivli istiqamətləri müəyyənləşdirilərək müvafiq tədbirlər görüləcək. Qadın sahibkarlığına dəstək məqsədilə xüsusi qadın biznes inkubatorların yaradılması da nəzərdən keçiriləcək. Bütün bunlar isə kiçik və orta sahibkarlar arasında qadınların sayını daha da artıracaq”.
Konqresdə ABŞ, Böyük Britaniya, Almaniya, İsrail, Kanada, Türkiyə, Fransa, Ukrayna və Estoniyadan olan ekspertlərin çıxışları dinlənilib. Bildirilib ki, təşkilati yeniliklər baxımından “SHE Congress 2019” birbaşa olaraq tədbirin şüarını təcəssüm edir. Tədbir iştirakçıları, həmçinin Böyük Britaniyadan olan fasilitatorlar tərəfindən icra olunan interaktiv proqramda iştirak edib.
Tədbir işini panel sessiyalarla davam etdirib. Konqres almaniyalı ekspert Arlett Bentsen tərəfindən təqdim olunan “Happiness” paneli ilə yekunlaşıb.
Xatırladaq ki, “SHE Congress” beynəlxalq qadınlar konqresi Bakıda üçüncü dəfədir keçirilir. Konqresin əsası 2014-cü ildə Kiyevdə qoyulub.

 
  • Oxunub:  7410  |  
  • Tarix:  07-03-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Əhmədov: Cümhuriyyəti quranlar bugünkü Azərbaycanla fəxr edərdilər

25 May 19:43
Milli Məclisin deputatları Bişkekdə TÜRKPA-nın komissiya iclasında iştirak edəcəklər
25 May 19:40
Aerobika gimnastikası üzrə XI Avropa çempionatının ikinci günü maraqlı idman mübarizəsi ilə yadda qalıb
25 May 19:37
Maykl Ouen: Bakı çox inkişaf edib, gözəlləşib və müasirləşib
25 May 19:34
Parisdə AŞPA-nın Mədəniyyət komitəsinin iclası keçiriləcək
25 May 18:47
İyulda Bakıda Azərbaycan-Əfqanıstan Birgə İşçi Qrupunun ilk iclası keçiriləcək
25 May 18:28
Qusarda “Oxu günü” təşkil olunub
25 May 18:11
Kiyevdə Nəsiminin heykəlinin rəsmi açılış mərasimi Ukrayna mətbuatında işıqlandırılıb
25 May 18:10
28 May - Respublika Günü İstanbulda qeyd edilib
25 May 18:01
Almaniyalı məşqçi: Bakıda özümüzü doğma vətənimizdəki kimi hiss edirik
25 May 17:48
Respublika Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilir
25 May 17:21
Leyla Abdullayeva: Monoetnik ölkə olan Ermənistanın Azərbaycanı irqçilikdə ittiham etməsi absurddur
25 May 16:17
Avroliqanın final oyunu ilə əlaqədar 450-dək avtobus ayrılacaq
25 May 15:47
Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov: “Azərbaycan-İsrail strateji münasibətləri bütün regionda sülhə və təhlükəsizliyə xidmət edir”
25 May 15:45
Qeyri-formal məşğulluqla mübarizədə icbari tibbi sığortanın tətbiqindən effektiv istifadə məsələləri müzakirə edilib
25 May 15:26
Dövlət Gömrük Komitəsinin sədri “Mazımçay” gömrük postunda mövcud vəziyyətlə tanış olub
25 May 15:19
Azərbaycan-Fransa parlamentlərarası münasibətləri müzakirə edilib
25 May 14:43
Bir qrup mədəniyyət xadiminə fəxri adlar verilib
25 May 14:41
Gömrük Komitəsinin rəhbərliyi Balakən, Zaqatala və Qaxda vətəndaşları qəbul edib
25 May 14:39
“Intermountain Jewish News” qəzeti Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrindən yazır
25 May 14:30
Əli Əhmədov: Azərbaycanın güclü ordusu, xalqın iradəsi, cənab Prezidentin qətiyyəti torpaqlarımızın işğaldan azad olunması üçün əminlik yaradır
25 May 14:25
Eldəniz Səlimov: Hər hansı “qarayaxma” kampaniyaları ilə ölkəmizin nüfuzuna ziyan vura bilməyəcəklər
25 May 14:24
Taleh Ziyadov: Bakı Limanının daşıma əməliyyatlarında artım proqnozlaşdırılır
25 May 14:01
Əli Əhmədov: Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində əlamətdar və şanlı səhifələrdən birini təşkil edir
25 May 13:57
Rauf Əliyev: Ölkəmizdə qeyri-neft sənayesi uğurla inkişaf edir
25 May 13:55
Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun 75 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilir
25 May 13:53
Bakı Limanının əməliyyatlarının 85 faizi tranzit əməliyyatlarıdır
25 May 13:45
YAP-ın Mərkəzi qərargahında 28 May Respublika Günü münasibətilə Azərbaycan Xalq Cümhuriyətinə həsr olunmuş “Son iclas” filminin təqdimatı keçirilib
25 May 13:30
“Made in Azerbaijan” məhsulları Çindao sərgisində nümayiş olunur
25 May 13:21
Bakıda ilk dəfə “Port Festival” keçirilir
25 May 13:06
Əbülfəs Qarayev: Repressiyaya məruz qalanların sırasında böyük ədiblərin, şəxsiyyətlərin, ziyalıların adları daha çoxdur
25 May 13:02
Baş nazirin müavini: Məcburi köçkünlər yeni və müasir qəsəbələrə köçürülənə qədər onların yaşadığı ictimai binalarda təhlükəsizliyin təmin edilməsi aktuallıq kəsb edir
25 May 13:00
Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq
25 May 12:59
Hüseynbala Mirələmov: “Erməni havasına oynayan” təşkilatlar heç nə əldə etməyəcəklər
25 May 12:54
Mədət Quliyev: Dövlət başçısı sükanı düzgün saxlamasa, heç bir hüquq-mühafizə orqanı əmin-amanlığı saxlamağı bacarmaz
25 May 12:37
Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Ağsuda açıb
25 May 11:41
Giorgi Volski: Gürcüstan ilə Azərbaycan arasında danışıqlar strateji tərəfdaşlıq əsasında aparılmalıdır
25 May 11:26
ABŞ-ın Mayami-Deyd dairəsinin və Hallandeyl Biç şəhərinin merləri Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi ilə bağlı bəyannamələr imzalayıblar
25 May 11:02
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri başa çatıb
25 May 10:36
“SÖZ” layihəsi yeni təqdimatda
25 May 10:30
“Şəhər ekologiyası” layihəsi uğurla davam edir
25 May 10:28
Bakıda “Müasir abdominal cərrahiyyənin aktual problemləri” mövzusunda elmi-praktiki konfrans keçirilir
25 May 10:26
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində “Könüllü fəaliyyət” layihəsinin təqdimatı olub
25 May 10:24
UEFA-nın prezidenti Avroliqanın final oyununun Bakıda keçirilməsi qərarını müdafiə edib
25 May 10:22
YAP Nərimanov rayon təşkilatında ərazi ilk partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib
25 May 10:17
Siyasi diletant Əli Kərimlinin London-Bakı paradoksu
25 May 10:15
Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatında tədbir keçirilib
25 May 10:08
“Nar”-ın da dəstəyi ilə ADA Universitetində uğurlu innovativ layihələr seçilib
25 May 10:06
Azərbaycanın bölgələrində yeni xalçaçılıq müəssisələri yaradılır
25 May 10:03
“Fədaiyyə əl-Misriyyə” dövlət televiziya kanalında Azərbaycan-Misir mədəni əlaqələrindən danışılıb
24 May 21:52
Görkəmli alim Afad Qurbanovun xatirəsi yad olunub
24 May 21:50
Azərbaycanın BMT yanında daimi nümayəndəsi Təhlükəsizlik Şurasında silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsindən danışıb
24 May 21:48
Azərbaycan nümayəndə heyəti İstanbulda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib
24 May 21:45
Milli Dram Teatrında növbəti tədbir Xalq şairi Vaqif Səmədoğluya həsr edilib
24 May 21:39
Gənclər təşkilatlarının II respublika forumunun açılışı olub
24 May 21:35
BSU-da tədbir: Azərbaycan Xalq Cümhuriyyəti və onun ənənələri
24 May 21:23
Rusiya Əmək və Sosial Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti “DOST” mərkəzi ilə tanış olub
24 May 21:18
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
24 May 21:16
28 May - Respublika Günü Uruqvayda qeyd edilib
24 May 21:13
Azərbaycanla Rusiyanın nüvə və radiasiya texnologiyaları sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
24 May 21:04
Qars şəhərində Azərbaycan-Türkiyə qardaşlıq yürüşü keçirilib
24 May 20:44
Dövlət Sərhəd Xidmətinin inzibati binasında “Siyasi repressiya qurbanları muzeyi” açılıb
24 May 20:43
“Anatolian Phoenix-2019” təlimləri başa çatıb
24 May 20:40
Nursultan Nazarbayevə Türk Şurasının Fəxri prezidenti statusu verilib
24 May 20:38
Azərbaycan ilə Gürcüstan arasında Dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə komissiyaların 12-ci iclası keçirilib
24 May 20:34
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Milli Məclisdə olublar
24 May 19:31
Donald Tramp: ABŞ ilə Azərbaycan arasında bir çox ortaq maraqlar üzərində qurulmuş güclü tərəfdaşlıq mövcuddur
24 May 19:14
Vergilər Nazirliyində məcburi dövlət sosial sığortasına dair müzakirələr aparılıb
24 May 19:11
Metropoliten könüllüləri Avroliqanın xidmətində
24 May 19:07
Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Londonda rəsmi qəbul keçirilib
24 May 18:55
Dmitri Savelyev: Rusiya ilə Azərbaycan arasında münasibətləri korlamaq cəhdləri baş tutmayacaq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA