Ana səhifə »  İqtisadiyyat »  Türkiyəli nazir: Azərbaycanın son dövrlərdə nəqliyyat sahəsində reallaşdırdığı irimiqyaslı layihələr bizi qürurlandırır
A+   Yenilə  A-
Türkiyəli nazir: Azərbaycanın son dövrlərdə nəqliyyat sahəsində reallaşdırdığı irimiqyaslı layihələr bizi qürurlandırır

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə indiyədək 184 min ton yük daşınıb. Bunun 17 min 500 tonu Türkiyə ərazisindən keçərək daşınan yüklərdir. Çindən yola düşən 26 konteynerlik ilk blok qatarı isə aprelin 15-də Türkiyənin Köseköy bölgəsinə çatıb. Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşıyacaq qatarın iş prinsipi və proqramının hazırlanması üçün tərəflər mayın 24-25-də Ankarada toplaşacaqlar. Görüşdə qatarın həftəlik hərəkət günləri və saatları, biletlərin qiyməti və sair məsələlərin müzakirə olunaraq müvafiq qərarların qəbul edilməsi gözlənilir. Azərbaycan və Türkiyənin Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edəcək yük vaqonlarının birgə istehsalını həyata keçirəcəyi zavod isə layihələndirmə mərhələsindədir. Zavodun tikintisinə texniki dəstəyi Türkiyə tərəfi göstərəcək. Həmçinin zavodda istifadə olunacaq avadanlıqları da Türkiyə təmin edəcək. Hava nəqliyyatına gəldikdə isə yay aylarında “Pegasus” aviaşirkəti İzmir-Bakı-İzmir reyslərinə başlayacaq. Cari ildə ötən illə müqayisədə Türkiyə və Azərbaycan arasında aviareyslərin sayında 30 faiz artımın olacağını proqnozlaşdırırıq. Bu faktları AZƏRTAC-a eksklüziv müsahibəsində Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan səsləndirib.
Mehmet Cahit Turhan Azərbaycan ilə Türkiyə arasında nəqliyyat sahəsində görüləcək işləri, Bakı-Tbilisi-Qars dəmir yoluna dair gələcək planları, hava nəqliyyatında yeni inkişafları, iki qardaş ölkənin dünya xəritəsində nəqliyyat mərkəzi kimi çıxış etməsi və bunun əhəmiyyəti barədə AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.
- Azərbaycanla Türkiyənin nəqliyyat sahəsindəki əməkdaşlığını necə qiymətləndirirsiniz?
- Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri Türkiyədir. Azərbaycanın müstəqilliyinin ilk illərindən bu vaxtadək Türkiyə hər zaman lazımi dəstəyi göstərib və göstərməkdə də davam edəcək. Birgə həyata keçirdiyimiz Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Baku-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP kimi irimiqyaslı layihələr regiona da öz töhfəsini verir. Türkiyə Azərbaycandakı ən böyük investorlardan biridir. Ümid edirik ki, tezliklə Azərbaycan da Türkiyədə eyni mövqeyə sahib olacaq. Bütün bunlara baxmayaraq, yenə də etdiklərimizlə kifayətlənmirik. Gələcəkdə daha böyük vəzifələr, hədəflər bizi gözləyir. Öhdəmizə düşən əsas vəzifə isə iki ölkə arasındakı əlaqələri daha da möhkəmləndirərək gələcək nəsillər üçün miras qoymaqdır.
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi və Azərbaycanın Türkiyə ilə dəmir yolu əlaqəsinin yaranması hər iki ölkənin bir-birinə nə qədər yaxın olduğunun götəricisidir. Avropa və Asiyanı bir-biri ilə əlaqələndirən ən qısa, etibarlı və iqtisadi cəhətdən əlverişli dəmir yolunun qurulması və Xəzər dənizindən istifadə edilməsi logistika sahəsində alternativ yaradır, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələri dərinləşdirir. Bu baxımdan Azərbaycanın son vaxtlar həyata keçirdiyi irimiqyaslı layihələrdən qürur duyuruq.
Həm Azərbaycan, həm də digər region ölkələri ilə aramızdakı ən böyük logistik layihələrdən biri hesab edilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti və “Lapis Lazuli” Nəqliyyat Dəhlizi Qədim İpək Yolunun keçdiyi məntəqələrdən biri olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əsas dayaqlarıdır. Bu layihələr Türkiyənin Xəzər dənizi, Mərkəzi Asiya və Cənubi Asiya ilə əlaqələrini gücləndirəcək və regionda logistik gücə sahib olmasına xidmət edəcək. Bundan əlavə, həyata keçirilən layihələrin məqsədi Qədim İpək Yolunu canlandırmaq və Avropanın yükdaşıma şəbəkəsini Mərkəzi Asiya və Cənubi Asiya üzərindən Çin ilə Hindistana gətirib çıxarmaqdır. Bu, region ölkələrinin əhəmiyyətini daha da artıracaq. Buna görə də, son illərdə sürətlə inkişaf edən Türkiyə qarşıdakı dövrdə də bu inkişafı davam etdirmək üçün istehsal və ixrac istiqamətində ticarət dövriyyəsini artırmağı hədəfləyir. Azərbaycanla yanaşı, bütün Mərkəzi və Cənubi Asiya ölkələri ilə bu hədəfi həyata keçirmək üçün nəqliyyat sahəsi də mühüm vasitədir.
- Gələcəkdə Azərbaycanla nəqliyyat sahəsində yeni layihələr həyata keçirməyi düşünürsünüzmü?
- Hazırda Türkiyə ilə Azərbaycan Avrasiyanın nəqliyyat xəritəsini yenidən yaradır. Birgə həyata keçirdiyimiz layihələr gücümüzü artırmaqla yanaşı, digər ölkələrlə əməkdaşlığı da inkişaf etdirəcək və regionda nəqliyyat infrastrukturunun qurulmasına şərait yaradacaq. Bu layihələr və təşəbbüslər təkcə iqtisadi deyil, həm də böyük siyasi məna daşıyır, təhlükəsizliyi və sabitliyi artırır. Türkiyənin nəqliyyat sahəsində gördüyü işlər dünyaya səs salır. Azərbaycanla birgə həyata keçirilən layihələr Avropa İttifaqı-Çin ticarət şəbəkəsinə alternativ olub və Şərq-Qərb istiqamətində əhəmiyyətli bir marşrut yaradıb.
Azərbaycan və Türkiyə coğrafi mövqelərinə görə regionun ən vacib tranzit mərkəzlərindəndir. Azərbaycan Mərkəzi Asiyaya açılan qapıdır, Türkiyə isə üç qitənin kəsişdiyi ərazidə yerləşir. Biz yükdaşıyıcılarına həm fərqli marşrutlar, həm də fərqli nəqliyyat vasitələri təklif edərək onlara fayda verməyə çalışırıq. Öz ölkəmizlə yanaşı, region ölkələrinin ixrac mallarının çeşidlənməsinə şərait yaradır, iqtisadi mənada qazanclarını artırmağa səbəb oluruq. Bununla bağlı ən gözəl nümunə Bakı-Tbilisi-Qars dəmir yolu xəttidir. İxrac mallarını dəmir yolu ilə daşıyaraq başlanğıc və son mərhələlərini quru, dəniz yolu ilə həyata keçirərək bir çox ərazilərə çatdırırıq. Şərq ilə Qərb arasında alternativ marşrut təklifi ilə yanaşı, Şimal-Cənub istiqamətində də alternativ olmağı düşünürük.
Bütün bunlarla yanaşı, Qars Logistika Mərkəzində Azərbaycan tərəfindən bəzi investisiyaların qoyulacağının elan edilməsi, Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin, bir sıra əməkdaşlıq proqramlarının hazırlanması, birgə enerji layihələrinin davam etdirilməsi, Türkiyənin Serhat bölgəsi ərazisindəki sənaye infrastrukturunun Azərbaycanın tələbatına uyğun formada inkişafı bu əlaqələrin gələcəyi haqda fikir formalaşdırır. Həmçinin yüksəksürətli qatar, sürət qatarı, logistik mərkəz, hava limanları və avtomobil yolları layihələri də hər iki ölkənin taleyini birləşdirəcək şəkildə planlanlaşdırılır. Türkiyənin 2023-cü il hədəfləri istiqamətində Azərbaycanla əlaqələri genişləndirmək mühüm əhəmiyyət kəsb edir.
- Türkiyə “Bir kəmər, bir yol” təşəbbüsünün region üçün əhəmiyyətini necə görür?
- “Bir kəmər, bir yol” təşəbbüsü Çin, Asiya, Yaxın Şərq və Avropanı bir-birinə birləşdirən böyük bir nəqliyyat, investisiya, enerji və ticarət şəbəkəsini formalaşdırmağı hədəfləyir. Ölkələrimizin bu artan ticarət dövriyyəsindən və investisiya mühitindən daha çox pay götürməsi üçün əsas nəqliyyat dəhlizləri üzərində yerləşmək və nəqliyyat infrastrukturunu həmin istiqamətdə inkişaf etdirmək məcburiyyətindəyik.
Müasir İpək Yolu da adlandırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Şərqlə Qərb arasındakı mövcud yolları tamamlayıcı və təhlükəsiz bir marşrut edir. Həmçinin Türkiyənin son 16 ildə nəqliyyat siyasətindəki əsas hədəfi Çindən Londonadək fasiləsiz yükdaşıma xətti yaratmaq və böyük həcmdə infrastrukturla bağlı investisiyalar həyata keçirmək olub. Uzaq Şərqdən Avropaya qədər uzanan, yüz illər ərzində ticarət karvanlarının keçdiyi məntəqə kimi tanınan Qədim İpək Yolunun Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə inkişaf etdirilməsi üçün həm Anadoluda, həm də Qafqaz regionu və Mərkəzi Asiyada dəmir yolu şəbəkəsinin təşkil edilməsi və avtomobil yollarının yenilənməsi ilə bağlı xeyli vaxtdır region ölkələri ilə əməkdaşlığımızı davam etdiririk. Bu məqsədlə Asiya-Avropa-Yaxın Şərq istiqamətində nəqliyyat şəbəkəsini inkişaf etdirmək üçün mühüm addımlar atır, ölkə daxilində də Şərq-Qərb və Şimal-Cənub istiqamətində layihələr reallaşdırırıq.
Çünki “Bir kəmər, bir yol” təşəbbüsü bizim coğrafiyamızda yerləşən ölkələrin gələcəyi deməkdir. İnanırıq ki, Anadolu, Qafqaz regionu və Mərkəzi Asiya üçbucağında yükdaşımalar orta müddətdə indiki iqtisadi vəziyyətinin daha yüksək mərhələsinə çatacaq. Təbii ki, bu təşəbbüs təkcə iqtisadi deyil, xalqlar arasında mədəni və sosial əlaqələri də gücləndirəcək.
Bakı-Tbilisi-Qars dəmir yolu xətti Çin və Mərkəzi Asiyadan ölkəmizə gələn bütün yolları birləşdirən mühüm infrastruktur olaraq çox böyük əhəmiyyət daşıyır. Bu layihə sadəcə üç ölkəni birləşdirmir. İngiltərə, Fransa, Belçika, Almaniya, Avstriya, Macarıstan, Serbiya, Bolqarıstan, Türkiyə, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Türkmənistan və Çini dəmir yolu ilə bir-birinə bağlayır. Bakıdan Qarsa qədər uzanan 829 kilometrlik dəmir yolu xətti Xəzərdən keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun vacib bir hissəsini tamamlayır. Lakin bu layihənin əhəmiyyəti qarşıdakı illərdə daha çox aydın olacaq. Çin və Avropa arasındakı ticarət hazırda günlük 1,5 milyard dollara çatır. Bu ticarət axınının artaraq davam etməsi və qarşıdakı 5-6 ildə ticarət dövriyyəsinin gündəlik 2 milyard dolları keçəcəyi gözlənilir.
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tam gücü ilə işləməsi, bu xəttin tamamlayıcısı olan yolların inşasının başa çatdırılması mühüm əhəmiyyət daşıyır. Buna görə də Marmaray xətti, Yavuz Sultan Səlim körpüsü, Şimal Mərmərə avtomobil yolu və Avrasiya tuneli, Osmanqazi körpüsü, sürət qatarı və yüksəksürətli qatar xətti, Şimal Egey limanı, Gebze-Osmanqazi-İzmir avtomobil yolu, “1925 Çanaqqala” körpüsü, İstanbul Hava Limanı kimi irimiqyaslı layihələrlə də BTQ-nin yaratdığı imkanları və onun əhəmiyyətini artırırıq. Xüsusilə də, bu dəmir yolu xəttinin davamı olan layihələri dövlətin özəl tərəfdaşları ilə birgə həyata keçirərək həm sürətli, həm daha az xərclə, həm də özəl sektorun dinamikliyindən istifadə edərək reallaşdırırıq. Tükənən ehtiyatlar ilə, tükənməyən tələbatları ödəyirik.
- Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi istifadəyə verildikdən sonra Türkiyəyə məxsus və bu ölkədən tranzit keçərək daşınan yüklərin həcmi nə qədərdir? Türkiyədən daşınan ümumi yüklərin neçə faizi BTQ-nin payına düşür?
- BTQ ilə bu vaxtadək ümumilikdə 184 min ton yük daşınıb. Bunun 17 min 500 tonu Türkiyə ərazisindən keçərək daşınan yüklərdir. 2018-ci ildə Türkiyənin beynəlxalq yükdaşımalarının 6,8 faizi BTQ-nin payına düşür.
- Türkiyə BTQ ilə yükdaşımalara yeni ölkələrin diqqətini çəkmək üçün danışıqlar aparırmı və bunlar hansı ölkələrdir? Bu dəmir yolu xətti ilə daşınan yüklərə tərəfinizdən hansı güzəştlər tətbiq edilir?
- Nazirliyin nəzdində olan Türkiyənin dövlət dəmir yolu şirkəti tərəfindən yükdaşımalarla bağlı bütün sərgi və tədbirlərdə BTQ barədə məlumat verilir. Dəmir yolunun inkişaf etdirilməsi, yük və istiqamət növlərinin artırılması məqsədilə başda Çin, Almaniya və Avstriya olmaqla müxtəlif Avropa və Asiya ölkələrinin nümayəndələri ilə görüşlər keçirilir.
Türkiyə yanvar ayında Çinlə Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə ilk dəfə yükdaşımalara başlayıb. Həmin ay Çindən Türkiyənin Köseköy bölgəsinə 4 konteyner, fevralda isə 5 konteyner daşınıb. Çindən çıxan 26 konteynerlik ilk blok qatarı isə aprelin 15-də Köseköyə çatıb. Qatar 1974 kilometrlik Türkiyə yolunu 57 saat 30 dəqiqədə tamamlayıb.
Qısa zaman ərzində Türkiyə və Çin arasında, həmçinin Türkiyədəki Marmaray xətti istifadə edilməklə Çin-Avropa arasında davamlı blok yük qatarlarının istifadəsi ilə bağlı əhəmiyyətli nailiyyətlər əldə edilib. BTQ dəmir yolunda yüklərin sürətli və sərfəli qiymətlərlə daşınması üçün xüsusi tariflər də tətbiq olunur.
- Martın sonlarında Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarı Bakıya gətirilib. Sərnişindaşımaya başlanandan sonra Türkiyə əhalisinin neçə faizinin bu xətdən istifadə edəcəyini düşünürsünüz? Türkiyə BTQ-də öz sərnişin qatarlarını istifadə edəcəkmi?
- BTQ dəmir yolu xətti ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin “Stadler” şirkətindən təmin etdiyi 10 ədəd vaqonla sərnişin daşınmasına başlanılacaq. Sözügedən vaqonların sərnişin tutumu 257 nəfərdir və qatarda 9 sərnişin vaqonu, bir restoran mövcuddur. Qatarın iş prinsipi və proqramının hazırlanması üçün tərəflər mayın 24-25-də Ankarada toplaşacaq. Görüşün yekununda qatarın həftəlik hərəkət günləri və saatları, biletlərin qiymətləri və sair məsələlərin müzakirə edilərək müvafiq qərarların qəbul olunması gözlənilir.
Nazirliyə bununla bağlı daxil olan müraciətlərdən sərnişin sıxlığının çox olacağını proqnozlaşdırırıq. Bu dəmir yolu ilə hərəkət edəcək qatarlar “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus dar və geniş izdə hərəkət edən vaqonlardan ibarət olacaq. İzlərin fərqli olması isə Türkiyəyə məxsus vaqonların hərəkətinə çətinlik yaradır.
- Türkiyə ilə Azərbaycan BTQ xəttində istifadə olunacaq birgə vaqon istehsalına nə vaxt başlayacaq?
- Nazirliyin tabeliyindəki “Türkiye Demiryolu Makinaları Sanayi A.Ş.” (TÜDEMSAŞ) tərəfindən istehsal olunan 150 yük vaqonu hazırda BTQ dəmir yolu xəttində yükdaşıma həyata keçirir. İndi isə Azərbaycan və Türkiyə birgə vaqon istehsalı zavodu inşa edəcək və həmin vaqonlar məhz BTQ xəttində işləyəcək. Bununla bağlı rəhbər şəxslərimiz həmkarları ilə görüşüb. Zavodun tikintisinə texniki dəstək Türkiyə tərəfindən göstəriləcək. Həmçinin zavodda istifadə olunacaq avadanlıqları da Türkiyə təmin edəcək. Hazırda işlər layihələndirmə mərhələsindədir.
Bundan əlavə, xüsusilə Türkiyə-Azərbaycan arasında istismar olunacaq vaqonların TÜDEMSAŞ tərəfindən istehsal olunması məqsədilə işlərə başlanılıb. Bu çərçivədə Azərbaycandan bir ədəd EA tipli vaqonlar alınaraq Türkiyəyə gətirilib və TÜDEMSAŞ tərəfindən yeni vaqon layihələndirilib. İki ədəd prototip istehsalı planlanlaşdırılır və cari il ərzində işlərin tamamlanması nəzərdə tutulur. Azərbaycan tərəfindən 600 vaqona ehtiyacın olduğu bildirilib.
- Azərbaycan və Türkiyənin hava nəqliyyatı ilə sərnişin daşınmasında bu il gözlənilən yeniliklər nələrdir?
- Ötən il iki qardaş ölkə arasında 7 min 919 aviareys həyata keçirilib və 972 min 533 sərnişin daşınıb. Həmçinin Türkiyə-Azərbaycan arasında keçən il 17 min 527 ton yükdaşıma reallaşdırılıb.
Artıq “Türk Hava Yolları” tərəfindən Antalya-Bakı-Antalya istiqamətində mövsümi aviareyslər həyata keçirilir. Yay aylarında “Pegasus” aviaşirkəti İzmir-Bakı-İzmir istiqamətində reyslərə başlayacaq və iki ölkənin nəqliyyat şəbəkəsi daha da güclənəcək.
Cari ildə keçən illə müqayisədə Türkiyə və Azərbaycan arasında aviareyslərin sayında 30 faiz artımın olacağını proqnozlaşdırırıq. Uçuşlardakı artım iki ölkənin iqtisadi və mədəni əlaqələrinə öz müsbət təsirini göstərəcək. Həmçinin Türkiyə və Azərbaycanın Hava Nəqliyyatı Sazişinin yenilənməsi üçün Mülki Aviasiya Qaydaları ilə bağlı işlər yekunlaşmaq üzrədir və mülki aviasiyanın tələbatına tam cavab verəcək yeni sazişin tezliklə imzalanacağını düşünürük.
- Maraqlı müsahibə üçün təşəkkür edirik.

 
  • Oxunub:  4290  |  
  • Tarix:  03-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Qafqaz zubrları Azərbaycan təbiətinə qaytarılır

23 May 21:07
FHN-in Akademiyasında İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd edilib
23 May 21:05
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
23 May 21:02
Şahin İsmayılov: İdmanın siyasi alətə çevrilməsi yolverilməzdir
23 May 21:00
Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib
23 May 19:51
"Tarixçi-alimlərimiz" layihəsi çərçivəsində Bakı Dövlət Universitetində professor İradə Hüseynova ilə görüş keçirilib
23 May 19:40
Almaniya Bundestaqının nümayəndələri Qəbələdə məcburi köçkünlərlə görüşüblər
23 May 19:29
“Duzdağ” Fizioterapiya Mərkəzinin 40 illik yubileyi münasibətilə təltiflərin təqdimatı olub
23 May 18:34
Səməd Seyidov: Ermənistan apardığı mənfur siyasəti artıq gizlədə bilmir
23 May 18:22
Müdafiə Nazirliyi: Armen Qriqoryanın səsləndirdiyi sərsəm fikirlər gülünc doğurur
23 May 18:18
Azərbaycan-Çin münasibətləri inkişaf edir
23 May 18:16
Dünyanın bir sıra aparıcı KİV-ləri UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa dair məqalələr yayıb
23 May 18:02
Konstitusiya Məhkəməsində Rusiyanın Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunun nümayəndə heyəti ilə görüş keçirilib
23 May 18:00
Regionda mühüm rola malik Azərbaycan Almaniya üçün çox vacib tərəfdaşdır
23 May 17:42
Təlimlərin gecə vaxtı döyüş atışlı mərhələsi keçirilib
23 May 17:38
Gündüz İsmayılov: Elm, təhsil olmayanda din xurafata çevrilir
23 May 17:36
Gövhər Baxşəliyeva: Azərbaycan öz multikulturalizm siyasəti ilə tanınan ölkədir
23 May 17:31
Ziyad Səmədzadə: Azərbaycan iqtisadiyyatı dinamik artım nümayiş etdirir
23 May 17:25
Gənclər Fondu “Xaricdə təhsil” proqramını elan edib
23 May 17:20
Yohannes Kars: Azərbaycanın həm paytaxtı, həm də bölgələri sürətlə inkişaf edir
23 May 17:19
Natali Qule: İdman sülhün möhkəmlənməsi üçün məkan olmalıdır
23 May 17:16
The Associated Press: Mxitaryan UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununda siyasi səbəblərə görə iştirak etməyəcək
23 May 17:06
Niyazi Səfərov: Ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı prioritetdir
23 May 17:00
Oleq Kuznetsov: Qafqazşünasların II Beynəlxalq Forumu fikir mübadiləsi aparmaq üçün əla platformadır
23 May 16:57
YAP Yardımlı rayon təşkilatı GB-nın hesabat konfransı keçirilib
23 May 16:56
ARSENALI MXİTARYAN OLANLAR VƏ HEÇ OLMAYANLAR...
23 May 16:51
Vüqar Rəhimzadə: Bu “qüvvələr” köhnə “üsullarla” ara qatmağa, ürək bulandırmağa çalışırlar
23 May 16:35
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Kiyevdə müalicə alan Milli Qəhrəmanımızla görüşüb
23 May 16:21
Rusiya XİN: ATƏT Minsk qrupunun həmsədrləri əsirlərlə bağlı təklifləri Dağlıq Qarabağ münaqişəsinin tərəflərinə təqdim edəcək
23 May 16:11
Fransa Azərbaycanda bərpaolunan enerji sahəsində əməkdaşlıqda maraqlıdır
23 May 15:53
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib
23 May 15:36
UEFA Avropa Liqasının final oyununun açılış mərasimində ingiltərəli DJ Conas Blu çıxış edəcək
23 May 15:26
Hesablama Palatası bu il dövlət büdcəsinə 6 milyon manatdan çox vəsait qaytarıb
23 May 15:02
İsrailin İ24 xəbər telekanalı: Dağlıq Qarabağ Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmış ərazisidir
23 May 14:55
Hikmət Şikarov: “Amnesty International” təşkilatının qərəzli çağırışlarının heç bir əsası yoxdur
23 May 14:48
YAP Xızı rayon təşkilatının Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
23 May 14:41
Sabah Bakıda aerobika gimnastikası üzrə Avropa çempionatına start veriləcək
23 May 14:39
“Anatolian Phoenix-2019” təlimlərinin yekun mərhələsi icra olunub
23 May 14:31
Bu gün futzal üzrə Azərbaycan kubokunun sahibi müəyyənləşəcək
23 May 14:29
Memarlıq və İnşaat Universitetində beynəlxalq elmi konfrans öz işinə başlayıb
23 May 14:24
Daşkənddə Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram çərçivəsində keçirilən görüşdə Azərbaycan da iştirak edib
23 May 14:20
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Koreya İnkişaf İnstitutu ilə əməkdaşlıq edəcək
23 May 14:16
Rusiya Elmlər Akademiyasının vitse-prezidenti AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda olub
23 May 14:13
Londonda “Azərbaycan-Böyük Britaniya əməkdaşlığının 100 illiyi” kitabının təqdimat mərasimi keçirilib
23 May 14:11
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
23 May 14:08
Rusiyalı tarixçi və hüquqşünas Oleq Kuznetsova AMEA Tarix İnstitutunun fəxri doktoru diplomu təqdim olunub
23 May 14:05
“Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri” hesabatının təqdimatı olub
23 May 14:01
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
23 May 12:59
UEFA Avropa Liqasının final matçına bilet satışı davam edir
23 May 12:58
Aqrar sahədə ölkənin ixrac potensialının gücləndirilməsi istiqamətində fəal siyasət aparılır
23 May 12:36
DİM magistratura səviyyəsinə qəbul imtahanının II mərhələsini keçirəcək
23 May 12:34
Bu il Hacıqabulda 4 tondan çox barama istehsalı planlaşdırılır
23 May 12:22
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindəki Nəqliyyat Qovşağında məlumat lövhələri quraşdırılıb
23 May 12:05
Vüqar Gülməmmədov: Dövlət büdcəsinin gəlir və xərcləri son 7 ilin ən yüksək göstəriciləridir
23 May 11:41
Prezident İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib
23 May 11:33
Kənd təsərrüfatı naziri İnam Kərimov fransız həmkarı Didye Giyom ilə görüşüb
23 May 11:31
İran portalı Heydər Əliyev Beynəlxalq Aeroportundan yazıb
23 May 11:29
Prezident İlham Əliyev Çinin Xarici İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
23 May 11:27
Qafqazşünasların II Beynəlxalq Forumu keçirilir
23 May 11:24
Naxçıvanda “Sabahın müəllimi” layihəsinin təqdimatı olub
23 May 11:22
Heydər Əliyev Fondu müqəddəs Ramazan ayında rayonlarda iftar süfrələri təşkil edir
23 May 11:20
Bakıda Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının Dövlət Borcu üzrə İşçi Qrupunun toplantısı işə başlayıb
23 May 11:18
Bakıda MDB ölkələri Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin iclası keçirilir
23 May 11:16
Gallup: Erməniləri Qarabağ problemi az maraqlandırır
23 May 11:15
Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı
23 May 10:27
Ermənistan ordusu atəşkəs rejimini 21 dəfə pozub
23 May 10:20
Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində 15 ölkənin qastronomiyası təqdim olunub
23 May 10:17
ABŞ Konqresində Trans-Xəzər regionu ilə bağlı xüsusi brifinq keçirilib
23 May 10:13
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisinin açılış mərasimində iştirak edib
23 May 10:09
Cənubi Karolina ştatının qubernatoru ADR-in 101-ci ildönümü və Azərbaycan diplomatik xidmətinin 100 illiyi münasibətilə rəsmi bəyannamə imzalayıb
23 May 09:57
Bakıda I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi keçirilir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA