Ana səhifə »  İqtisadiyyat »  Nazir Mikayıl Cabbarov: Vergi islahatları çox vacib prosesdir və davam etdiriləcək
A+   Yenilə  A-
Nazir Mikayıl Cabbarov: Vergi islahatları çox vacib prosesdir və davam etdiriləcək

Vergi inzibatçılığının səmərəliliyinin artırılması məqsədilə bir çox sahələrdə və klasterlərdə sistemli tədbirlər həyata keçirilib. Yeni vergi dəyişiklikləri müsbət nəticələrini verməkdədir. Biz Azərbaycanda fəaliyyət göstərən sərmayədarlar, biznesləri birləşdirən müxtəlif təşkilatlar, xarici ölkələrin ticarət palataları ilə fəaliyyətimizi bundan sonra da əlaqəli şəkildə quracağıq. Gələcəkdə bu məsələlər ətrafında fikir mübadiləsini davam etdirəcəyik. Yerli vergi orqanlarımız öz fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun qurmalıdır. Bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Respublikasının vergilər naziri Mikayıl Cabbarov söyləyib. Müsahibəni təqdim edirik.
- Mikayıl müəllim, 2019-cu ilin 4 ayı arxada qalıb. Fiskal göstəricilər barədə nə deyə bilərsiniz və ümumilikdə vergi sahəsində ilkin nəticələr nəyi göstərir?
- Biz 2019-cu ilin ilkin nəticələrini xüsusi səbirsizliklə gözləyirdik. Çünki ölkəmizin bir sıra digər sahələrində olduğu kimi, vergi sahəsində də genişmiqyaslı islahatlar həyata keçirilir. Bu islahatlara 2018-ci ildə dövlətimizin başçısının müəyyənləşdirdiyi siyasi çərçivəyə uyğun olaraq başlamışıq.
2018-ci ildə vergiödəyiciləri üçün keçid ili fəlsəfəsini təqdim etdik. Bu fəlsəfə vergi inzibatçılığında və vergi qanunvericiliyində mövcud olan vərdişlərdən şəffaf münasibətlərə, vergi müfəttişi ilə vergiödəyicisi arasında münasibətlərin təbiətinin dəyişməsinə, şəffaflaşmasına, müasirləşməsinə, müstəqil Azərbaycanın vətəndaş-dövlət münasibətlərinə uyğunlaşmasına keçməkdən ibarət olub.
2019-cu ilin ilkin nəticələrinə əsasən deyə bilərik ki, yanvarın 1-dən qüvvəyə minmiş yeni vergi dəyişiklikləri istədiyimiz nəticələri verməkdədir. İlin birinci rübündə də, 4 ayda da biz bu tendensiyanı qorumağa nail olmuşuq.
Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilomalar proqnozlardan daha yüksək icra olunub. Belə ki, həm neft, həm də qeyri-neft sektorunda ödənilən vergilərin həcmi istər 2018-ci ilin eyni dövründən, istərsə də proqnoz göstəricilərdən daha yüksək olub. Birinci rübdə dövlət büdcəsinə vergi proqnozlarından 10,4 faiz çox vəsait təmin edilib. Ötən ilə nisbətən artım 16,5 faiz təşkil edir. Aprel ayında da bu dinamika qorunub saxlanılıb. Bu rəqəmlər, müvafiq olaraq, proqnoza nisbətən 111 faiz təşkil edir və ötən illə müqayisədə 18 faiz daha çoxdur.
Qısaca desək, biz islahatların ilkin nəticələrini müşahidə etməkdəyik. Sevindirici hal ondan ibarətdir ki, bu, vergiödəyiciləri ilə Vergilər Nazirliyi arasında münasibətlərdə və həmin münasibətlərin təbiətində də öz əksini tapır.
- Vergi daxilolmaları üzrə gözləntilər artıqlaması ilə yerinə yetirilib. Bu, nəyin hesabına mümkün olub?
- Burada bir neçə amil var. Birincisi, vurğulamalıyıq ki, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar iqtisadi artımla nəticələnir. Belə ki, birinci rüb ərzində ümumi daxili məhsul (ÜDM) artıb. Doğrudur, vergi daxilolmalarının artım tempi ÜDM-in artım tempini bir neçə dəfə üstələyir. Eyni zamanda, ÜDM-in birinci rübdə real artımı 3 faizdən çox olub. Bu, müsbət fon yaradır.
İkinci mühüm məsələ, qeyd etdiyim kimi, vergiödəyiciləri ilə qurulmuş yeni münasibətlərdir. Bilirsiniz ki, 2018-ci ildən başlayaraq ümumilikdə səyyar vergi yoxlamalarının sayının azaldılmasına üstünlük verilir. Bu resurslar daha çox vergiödəyicisinin maariflənməsinə, ona xidmət göstərilməsinə yönəldilib. Nəticədə, könüllü vergi əməletməsi əhəmiyyətli dərəcədə artıb. Əgər ötən illərdə vergi daxilolmalarının böyük hissəsi səyyar vergi yoxlamaları nəticəsində baş verirdisə, bu il həmin dinamika əhəmiyyətli dərəcədə dəyişib. Lakin bu, o demək deyil ki, vergi orqanları vergi sahəsində olan qanun pozuntularına göz yumur və ya göz yummaq niyyətindədir. Tam əksinə. Biz yoxlamaların sayını azaltmaqla qanun pozuntularına görə məsuliyyətin artırılması yolu ilə gedirik. Buna da əsasımız var. 2019-cu ildən bir çox sahələrdə vergi yükü azaldılıb. Eyni zamanda, bütün sivil cəmiyyətlərdə qəbul olunduğu kimi, vergi öhdəliklərinin hər bir vergiödəyicisi tərəfindən tam həcmdə, istisnasız qarşılanması tələbi irəli sürülüb.
Nəhayət, üçüncüsü, vergi inzibatçılığının səmərəliliyinin artırılması məqsədilə bir çox sahələrdə və klasterlərdə sistemli tədbirlər həyata keçirilib. Nümunə olaraq aksizli malların klasterini, klinikaları, pərakəndə ticarət, ictimai iaşə sektorunu, daş, qum, çınqıl karxanalarını qeyd edə bilərəm. Əvvəllər bu və digər sahələrdə sistemli şəkildə rast gəlinən boşluqlara, bu klasterlərdə fəaliyyət göstərən əksər, bəlkə də bütün vergiödəyiciləri tərəfindən yol verilən eyni vergi pozuntularına bir çox hallarda göz yumulurdu. Beləliklə, vergi inzibatçılığının təkmilləşdirilməsi müsbət amillərdən biridir.
- Biznesin fəaliyyətinin leqallaşdırılması buna nə dərəcədə təsir etdi?
- Bu, ən vacib amillərdən biridir. Çünki həyata keçirilən vergi islahatlarının əsas məqsədi məhz “kölgə iqtisadiyyatı”nın azaldılmasından, “kölgə”də fəaliyyət göstərənlərin “kölgə”dən çıxmasından ibarət idi. Lakin vurğulamalıyıq ki, qeyd olunan problemin tam həlli və yaxud köklü həlli barədə bu gün danışmaq çox tezdir.
Biz işimizi vergiödəyicisi ilə münasibətin təbiətinin dəyişdirilməsi üzərində qururuq. Çünki istənilən dəyişiklik yalnız o halda dönməz olur ki, bu dəyişikliklərə “qol gücü”, inzibati resurs hesabına deyil, münasibətin təbiətinin dəyişdirilməsi, şüurlu, təfəkkürlü qarşılıqlı münasibətin qurulması hesabına nail olunsun. Bu da təbii olaraq həm uzun, həm də bir çox hallarda çətin yoldur.
Bu ilin 4 ayında çalışmışıq ki, vergiödəyicisi özü biznesini leqallaşdırsın və “kölgə”dən çıxsın. Biz yenə də buna imkan verəcəyik. Azərbaycan Prezidentinin təşəbbüsü ilə Vergi Məcəlləsinə edilən dəyişikliklər paketinə belə bir yenilik əlavə olunub ki, əksər biznes sahələrində baş verən və “kölgə” mahiyyəti daşıyan pozuntular ilk dəfə aşkarlandıqda sahibkara maliyyə sanksiyası deyil, xəbərdarlıq edilir.
Fikrimcə, bu, açıq və aydın şəkildə dövlətin siyasətini əks etdirir. Yəni, burada məqsəd heç bir şəkildə cərimə və sanksiya ilə deyil, ilk növbədə, vergiödəyicisinə onun yol verdiyi pozuntunu göstərərək, şüurlu şəkildə aradan qaldırması üçün daha bir şans verməkdir. Amma bu baş vermədiyi təqdirdə, təbii ki, bütün məsələlər hüquqi çərçivədə həll edilməli və dövlətin qanunlarına riayət olunmalıdır. Dövlət orqanlarının və konkret olaraq Vergilər Nazirliyinin işi məhz bundan ibarətdir. Bunun üçün bizim həm səlahiyyətimiz, həm peşəkar bacarıqlarımız mövcuddur. Leqallaşma könüllü şəkildə baş vermədiyi halda, biz öz səlahiyyətlərimizdən istifadə edirik.
Ona görə də, sualınıza qısa cavab olaraq deyə bilərəm ki, hazırda biz leqallaşmanın səmərəsini qismən görürük. Lakin mən inanıram ki, biz bu səmərəni daha aydın şəkildə görəcəyik. Biz bir neçə sahədə bu prosesin daha surətlə getdiyini müşahidə edirik. Məsələn, pərakəndə və topdansatış ticarət, ictimai iaşə, qida məhsullarının satışı kimi sahələrdə vergi dövriyyələrinin artım templəri çox yüksək olub - bəzi hallarda 30 faiz, bəzi hallarda isə 50-55 faiz. Bu inanılmaz artım tempidir. Əslində, bu, bazarda olan “kölgə səviyyəsi”nin və həmin klasterlərdə fəaliyyət göstərən vergiödəyicilərinin hansı həddə “kölgə”də olmasının göstəricisidir. Qeyd etdiyim kimi, bu proseslər davam etdiriləcək.
- Yeri gəlmişkən, 2019-cu ildən etibarən sığorta ayırmalarının toplanması prosesi Vergilər Nazirliyinə həvalə edilib. Bu gün üçün hansısa nəticələrdən danışmaq olar?
- Yanvarın 1-dən bu yığımların inzibatçılığı Vergilər Nazirliyinə həvalə olunub. Mən fürsətdən istifadə edərək qeyd etmək istəyirəm ki, biz 2018-ci ilin sonundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki həmkarlarımızla bu proseslərdə yaxından çalışmışıq. Qısa müddət ərzində bu keçidi uğurla başa çatdıra bilmişik. Doğrudur, yanvar-fevral aylarında müəyyən çətinliklər yaranmışdı. Lakin bütün çətinliklər artıq aradan qaldırılıb. İnanıram ki, vergiödəyiciləri üçün daha rahat bir sistem yaradılıb. Çünki onlar müxtəlif dövlət qurumları ilə deyil, bir dövlət orqanı ilə ünsiyyətdə olurlar. Sığorta yığımları üzrə daxilolmaların artımı bu islahatın da səmərəliliyinə nail olunduğunu tam şəkildə əks etdirir.
- Siz bir qədər əvvəl qeyd etdiniz ki, biznesdə sahibkarlarla münasibətlər həm qanun çərçivəsində, həm də Vergilər Nazirliyinin fəaliyyəti baxımından çox humanist və xoş məram nümayiş etdirilərək qurulur. Ümumiyyətlə, biznesdə münasibətlərin tənzimlənməsi və daha da yaxşılaşdırılması üçün gələcək planlar nədir və 2019-cu ildə nə gözləmək olar?
- Mən humanizm məsələsinə xüsusi toxunmaq istəyirəm. Bilirsiniz ki, dövlət siyasətində humanizm var və bu, daim olacaq. Lakin biz hər zaman xatırlamalıyıq ki, humanizm qanuna və qaydaya riayət edən cəmiyyətlərin xüsusiyyətidir. Humanizm birtərəfli yol deyil. Dövlət tərəfindən real çətinlik, real obyektiv vəziyyət tanınaraq hansısa bir addım, güzəşt, borcun ödənilməsində kömək kimi birdəfəlik addımlar atılır. Lakin bundan sonra da güzəştlərin müqabilində vətəndaşdan, vergiödəyicisindən qanunlara tam riayət edilməsi gözlənilir.
Biz bu sahədə dəyişikliklərə özümüzdən başlamışıq. Vergilər Nazirliyinin işçilərinin mütləq əksəriyyəti layiqli dövlət qulluqçusu, öz peşə vəzifələrini bacarıqla və ləyaqətlə həyata keçirən insanlardır. Lakin son ilyarım ərzində bir çox işçilərlə yollarımızı ayırmışıq. Bu müddət ərzində Vergilər Nazirliyində çalışan 15 əməkdaşa münasibətdə yalnız əmək müqavilələrini dayandırmamışıq, həm də onların fəaliyyətinin müvafiq hüquq-mühafizə orqanları tərəfindən araşdırılması üçün aidiyyəti üzrə təqdimatlar vermişik. Çünki bu daxili təmizləmə prosesləri olmasa, bizim vergiödəyicisinə “qanuna riayət elə, qanunla yaşa, dünənki əyri yollardan əl çək” kimi mesajımız, məncə, inandırıcı olmaz və lazımi səmərəni verməz.
Gələcək addımlar baxımından qarşımızda duran strateji məqsədləri iki istiqamətə bölərdim. Birinci strateji istiqamət ondan ibarətdir ki, qanunvericilikdə edilmiş bir çox dəyişikliklər vergi inzibatçılığının daha da təkmilləşdirilməsini tələb edir. Ona görə bizim yerli vergi orqanlarımız öz fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun qurmalıdır.
Digər məsələ isə vergiödəyiciləri tərəfindən yeni reallığın qəbul edilməsidir. Yeni vergi çərçivəsi, qeyd etdiyim kimi, vergidən azad edilmə, vergi dərəcəsinin aşağı salınması kimi birtərəfli yol deyil, bunun müqabilində qanuna uyğun olaraq fəaliyyət göstərməkdir. Əgər sahibkar obyektiv çətinliklərlə rastlaşırsa, Vergilər Nazirliyi onun birinci ünvanıdır, ona müvafiq xidmət təqdim etmək bizim borcumuzdur. Lakin qanuna riayət etməyən, vergidən yayınma ilə məşğul olan vergiödəyiciləri üçün, təbii olaraq, qanunda nəzərdə tutulan bütün sanksiyalar tətbiq ediləcək.
Bu, davamlı bir işdir. Yenə də vurğulayıram, bu iş nə bir günə, nə bir aya başa çatmayacaq. Amma biz necə çətin bir yola çıxdığımızı bilirik. Tam əminliklə deyə bilərəm ki, bu yolu uğurla başa çatdırmaq üçün bizim nazirliyin həm peşəkarlığı, həm də güclü iradəsi mövcuddur. Biz bu yolda tək deyilik. Əksər vergiödəyiciləri məhz bu prinsiplə yaşamaq istəyir. Biz bütün hədəflərə birlikdə nail ola biləcəyik.
- İstər sosial mediada, istər kütləvi informasiya vasitələrində, istərsə də şəhərin mərkəzi küçələrində Vergilər Nazirliyinin “Birlikdə kölgədən işığa doğru” adlı şüarına rast gəlmək olar. Burada əsas açar sözlər kölgə, işıq və birlikdir. Bu o deməkdirmi ki, Vergilər Nazirliyi özü də “kölgə”dən çıxmaq istəyir?
- Hər hansı bir problemi həll etmək istəyiriksə, o problemi tanımalıyıq. Əgər biz həmin problemi düzgün müəyyən etmiriksə və tanımırıqsa, problemin həlli şansı sıfıra bərabərdir. Ona görə biz qəbul etməliyik ki, bir il yarım əvvələ qədər müşahidə etdiyimiz vəziyyətin formalaşmasında tək bir tərəfi günahlandırmaq haqsızlıq olardı. Burada vergiödəyicisi məsuliyyət daşıdığı kimi, vergi orqanı da məsuliyyət daşıyır. Bu məsələlər ətrafında kifayət qədər danışılıb və kütləvi informasiya vasitələrində də işıqlandırılıb. Qeyd etdiyim kimi, bu, daimi bir prosesdir və davam etdiriləcək. Biz məhz birlikdə işıqlı, aydın və şəffaf iqtisadi fəaliyyətlə, fiskal nizam-intizamla fəxr edəcəyik. Çünki bundan hər bir vətəndaş, bütövlükdə müstəqil Azərbaycan dövləti faydalanacaq. İqtisadiyyatı güclü, büdcə imkanları geniş olan dövlət və cəmiyyət bunu təhsilin keyfiyyətində də, yolların rahatlığında da, elektrik enerjisinin fasiləsiz təminatında da, qüdrətli orduda da, cəmiyyətin firavan və azad yaşamasında da görür. Biz də bu istiqamətdə üzərimizə düşən funksiyaları yerinə yetirməliyik.

 
  • Oxunub:  7440  |  
  • Tarix:  09-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

17 Avqust 15:43
Anna Netrebko Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib
17 Avqust 15:02
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb
17 Avqust 13:36
Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə
17 Avqust 12:31
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17 Avqust 12:27
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
17 Avqust 10:38
Bakalavrların nəzərinə: qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər
17 Avqust 10:36
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
17 Avqust 10:33
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17 Avqust 10:02
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
17 Avqust 09:57
İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17 Avqust 09:50
“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb
17 Avqust 09:48
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır
16 Avqust 21:23
Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16 Avqust 21:16
Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar
16 Avqust 20:24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Beynəlxalq Bank ilə əməkdaşlıq edəcək
16 Avqust 20:17
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir
16 Avqust 19:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
16 Avqust 19:55
General-mayor Elçin İbrahimov: Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər
16 Avqust 19:48
Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib
16 Avqust 19:35
Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
16 Avqust 18:07
Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib
16 Avqust 17:53
Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir
16 Avqust 17:41
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
16 Avqust 17:33
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib
16 Avqust 17:10
“DOST” mərkəzinə 25 mininci vətəndaş müraciəti qeydə alınıb
16 Avqust 17:04
Prezident İlham Əliyev DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib
16 Avqust 17:03
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Ağstafada iki rayonun sakinlərini qəbul edib
16 Avqust 16:52
DSX-nin fəaliyyəti dövründə sərhədçilərimiz tərəfindən 10 min 989 sərhəd pozucusu saxlanılıb
16 Avqust 16:47
Dövlət sərhədinin mühafizə altında götürülməsi sərhədçilərimiz üçün mühüm vəzifədi
16 Avqust 16:26
ADA Universitetinin bakalavr pilləsinə abituriyentlərin qeydiyyatı başlanıb
16 Avqust 16:15
Əsas kapitala yönəldilən ümumi vəsaitin 67,7 faizi tikinti işlərinə sərf olunub
16 Avqust 15:51
Şəkinin kəndlərində üç modul tipli məktəb quraşdırılır
16 Avqust 15:47
Sumqayıtlı əkiz qardaşlardan qəbul imtahanlarında yüksək nəticə – biri 694, digəri isə 676 bal toplayıb
16 Avqust 15:41
Yaponiyanın İto şəhərindən olan qonaqlar İsmayıllıya gəliblər
16 Avqust 15:37
Qusarda Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün “Yay məktəbi” keçiriləcək
16 Avqust 15:34
Məlumat Hesablama Mərkəzinin stendi I Xəzər İqtisadi Forumunda maraqla qarşılanıb
16 Avqust 15:29
Xəzər İqtisadi Forumu: perspektivli yeni əməkdaşlıq formatı
16 Avqust 15:24
Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir
16 Avqust 15:11
Zaqatalada "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib
16 Avqust 15:00
2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək
16 Avqust 14:53
“Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı işçi qrupu yaradılıb
16 Avqust 14:49
Səid Rəsuli: İran ilə Azərbaycanın dəmir yolları arasında faydalı əməkdaşlıq əlaqələri mövcuddur
16 Avqust 14:43
Qazaxda taxıl sahələrində orta məhsuldarlıq 33,7 sentner təşkil edib
16 Avqust 14:06
Abşeronda “Grand Aqro” tərəfindən 80 hektarda badam, 287 hektarda isə zeytun bağı salınıb
16 Avqust 13:58
Azərbaycanın Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının bağlanış mərasimində iştirak edəcək
16 Avqust 12:36
İlin əvvəlindən ölkə əhalisinin sayı 10 milyon 19 min 575 nəfərə çatıb
16 Avqust 12:31
DSX-nin rəhbərliyi və şəxsi heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 Avqust 12:28
Otel əməkdaşlarının xoşuna gəlməyən davranışlar
16 Avqust 12:10
“Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” sənədli filminin təqdimatı olub
16 Avqust 12:05
“Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlərimiz medalla təltif olunub
16 Avqust 12:02
“Jizel” baleti Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq
16 Avqust 11:56
Yeddi ayda qeyri-neft-qaz sektorunda məhsul istehsalı 15,8 faiz artıb
16 Avqust 11:50
“Nəsimi ili” ilə əlaqədar açıq havada sərgi təşkil edilib
16 Avqust 11:39
Muxtar respublikada keyfiyyət standartlarına nəzarət olunur
16 Avqust 11:25
Azərbaycanlı alim Birinci Xəzər İqtisadi Forumunda çıxış edib
16 Avqust 11:19
Şabran rayonunda 25 kilometrlik avtomobil yolu yenidən qurulur
16 Avqust 11:12
“5-ci kolon”un biri “5-ci kolon”..!
16 Avqust 11:01
Azərbaycan İlahiyyat İnstitutuna qəbul planı 100 faiz yerinə yetirilib
16 Avqust 10:41
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
16 Avqust 10:36
BMT-də “kosmik silahlanma” təhlükəsi ilə bağlı diskussiya keçirilib
16 Avqust 10:26
Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
16 Avqust 10:22
Ermənistan silahlı qüvvələrinin bölmələri snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
16 Avqust 10:19
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasına start verilir
16 Avqust 09:33
Azərbaycan polisinin uğurlu fəaliyyəti cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir
16 Avqust 09:31
Beynəlxalq yardımların idarə olunmasında səmərəliliyin artırılması ölkəmiz üçün prioritetdir
16 Avqust 09:29
Dövlətin göstərdiyi diqqət və qayğı sayəsində təhsildə yüksək uğura nail olan gənclərin sayı artır
16 Avqust 09:24
Daşkəsəndə su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb
16 Avqust 09:23
“Beşinci kolon” Azərbaycan dövlətinin və xalqının maraqlarını hədəfə alıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA