Ana səhifə »  İqtisadiyyat »  Avropaya ixracat: elektrik enerjisi sahəsində tarixi dönüş
A+   Yenilə  A-
Avropaya ixracat: elektrik enerjisi sahəsində tarixi dönüş

Mayın 1-dən etibarən “Azərenerji” ASC Yunanıstan, Rumıniya və Macarıstana elektrik enerjisinin ixracına başlayıb. Bir qədər sonra ixracatın məkanı daha da genişlənərək uzaq Avstriyanı belə əhatə edəcək. Sözsüz ki, müstəqilliyini əldə etmiş gənc ölkə üçün bu, ciddi uğurdur. Keçən əsrin 90-cı illərində elektrik enerjisi istehsalı və ötürülməsində bir sıra problemlər yaşayan bir ölkənin indi Avropanın inkişaf etmiş dövlətlərinə elektrik enerjisi verməsi, əlbəttə, xüsusi diqqətə layiq haldır. Bu, hər şeydən öncə, Azərbaycan rəhbərliyinin islahatları sistemli, ardıcıl və düşünülmüş şəkildə aparmasının göstəricisidir. O da şübhə doğurmur ki, ölkə rəhbərliyi həmin istiqamətdə yeni addımlar atacaq. Azərbaycan daha sıx surətdə Avropa ölkələri ilə əməkdaşlıq edəcək. Bunlarla yanaşı, təhlükəsizliyin təminində əhəmiyyətli addımların atıldığını da vurğulamaq lazımdır. Geniş mənada söhbət, ümumiyyətlə, Azərbaycanın milli təhlükəsizliyinin təminindən və dünyanın ən çox inkişaf etmiş məkanına inteqrasiyasından gedir. Bu məsələlərin prizmasından həm də ölkənin ərazi bütövlüyünün bərpa edilməsi üçün yeni imkanların yaranmasını vurğulamaq gərəkdir. Yəni məsələnin geosiyasi konteksti də əhəmiyyətlidir. Bütün bunların fonunda “Azərenerji”nin Avropa ölkələrinə elektrik enerjisi ixrac etməsinin geosiyasi təhlili aktuallıq kəsb edir. Bu məsələ üzərində geniş dayanmağa ehtiyac gördük.
Enerji siyasətinin vacib aspekti: elektrik enerjisi istehsalı və yeni infrastruktur
Müasir dünyada enerji faktoru ən yaxın ölkələri belə bir-birindən ayıra, ən uzaqları isə birləşdirə bilir. Böyük dövlətlərin mübarizəsi də əsasən enerji və enerjidaşıyıcıları ilə bağlıdır. Belə bir inam vardır: kim daha çox enerji ehtiyatlarına sahib olacaqsa, o qədər də söz sahibi olacaq. Siyasi aspektdə isə enerji siyasəti milli təhlükəsizliyin tərkib hissəsi kimi götürülür. Bu tezisin arxasında çox vacib faktorlar dayanır. Təcrübə göstərir ki, enerji təhlükəsizliyinin milli təhlükəsizliyin tərkib hissəsi olması, ümumiyyətlə, dünyada baş verən dəyişikliklərə sıx bağlıdır.
Məsələ ondan ibarətdir ki, enerji amili XXI əsrdə təbii mahiyyəti və təyinatı ilə yanaşı, sosial, siyasi və geosiyasi-hərbi məzmun da kəsb etməyə başlayıb. Daha sürətlə inkişaf etmək və suveren olmaq üçün lazımi səviyyədə enerjiyə malik olmalısan. Məsələn, Çin iqtisadiyyatının sürətli inkişafı üçün daha çox enerji sərf etməsi lazım idi. Bu səbəbdən ölkənin enerji ilə təmini birbaşa milli təhlükəsizliklə sıx bağlıdır. Təsadüfi deyil ki, Amerika Çini ilk öncə enerji sahəsində “vurmağa” çalışır.
Böyüyən Türkiyə və Avropa bazarı üçün də enerjiyə ehtiyac sürətlə artır. Həmin ölkələrin təhlükəsizliyi və suverenliyi enerji ilə nə dərəcədə təmin olunmaları faktorundan çox asılıdır. Şübhəsiz ki, yuxarıda vurğulanan məqamların Azərbaycan kimi gənc müstəqil ölkələrə də birbaşa aidiyyəti var. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin tərkib hissəsidir və ölkə rəhbərliyi məsələnin bu aspektinə ciddi diqqət yetirir. Həyata keçirilən hər bir enerji layihəsinin son təyinatı məhz milli təhlükəsizliyə xidmət edir.
Bu baxımdan neft-qaz layihələrinin reallaşması Azərbaycanın həm daxili inkişafına, həm də dünyaya inteqrasiyasına əhəmiyyətli dərəcədə yardım edir. Bu məsələnin müxtəlif aspektləri haqqında dünyanın böyük dövlətlərinin liderləri, tanınmış analitik və ekspertlər kifayət qədər fikir bildiriblər. Azərbaycan iqtisadiyyat, energetika, nəqliyyat sferalarında Avropa ilə getdikcə daha sıx əməkdaşlıq qurur. Müxtəlif qlobal layihələrdə Bakının aktiv iştirakı bu prosesə xüsusi məzmun verir. Neft, qaz və yüklərin daşınması ilə əlaqəli olan müxtəlif proyektlərin uğurlu olaraq həyata keçirilməsi ölkənin geosiyasi nüfuzunu da yüksəldir. Bütün bunlara elektrik enerjisinin ixracını da əlavə etmək tam yerinə düşərdi.
Elektrik enerjisinin istehsalı məsələsi xüsusi infrastruktur sisteminin formalaşdırılmasını tələb edir. SSRİ dağılandan sonra demək olar ki, bütün respublikalarda bu problem kəskinliklə qarşıda dayandı. Azərbaycanda da müəyyən çətinliklər yarandı. Hətta 90-cı illərdə elektrik enerjisi ilə təminatda ciddi problemlər özünü göstərdi. Ancaq Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra digərləri ilə yanaşı, bu istiqamətdə sistemli və ardıcıl layihələr həyata keçirilməyə başlandı. Ardıcıl aparılan işlər yeni elektrik enerji infrastrukturu formalaşdırmağa imkan yaratdı. Azərbaycan Rusiya və İranla elektrik enerjisi mübadiləsini davamlı hala gətirdi. Buraya Gürcüstan da daxil edildi. Bir neçə il öncə Gürcüstanda kəskin olaraq elektrik enerjisi böhranı yarananda Azərbaycan yardım əlini uzatdı. Qonşu ölkəni məhv olmaqdan sözün həqiqi mənasında Azərbaycan qurtardı.
Növbəti mərhələ: Avropaya ixracatın verəcəyi töhfələr
Lakin Azərbaycanın bu sahədə apardığı islahatlar daha böyük proqramların reallaşmasını tələb edirdi. O cümlədən elektrik enerjisi istehsalının və istifadəsinin milli inkişaf və təhlükəsizliyə daha çox töhfə verməsi lazım idi. Təcrübə bu məsələdə də Azərbaycanın uğurlu yol tutduğunu sübut etdi. “Azərenerji” ASC bu yaxınlarda maraqlı bir informasiya yaydı. Azərbaycan Yunanıstana, Rumıniyaya və Macarıstana elektrik enerjisi ixrac etməyə başlayıb! Bu, enerjinin Gürcüstan, Türkiyə və Bolqarıstan vasitəsilə ötürülməsi sayəsində baş tutub. Sonrakı mərhələdə isə Avstriya və İtaliyaya “Azərenerji” elektrik verməlidir. Bununla da, “Azərenerji” beynəlxalq miqyaslı əməkdaşlıq infrastrukturu yaratmış olur. Nəzərə almaq lazımdır ki, bir neçə ildir, Azərbaycan region dövlətlərinə - Rusiya, İran, Gürcüstana və eyni zamanda, Türkiyəyə elektrik enerjisi ixrac edir. Yəni söhbət artıq sadəcə enerji mübadiləsindən getmir, ixrac faktoru ortadadır!
Bu sistemə indi Avropa da daxil olur. Bu o deməkdir ki, Azərbaycan artıq Asiya və Avropanı birləşdirən enerji infrastrukturunun çox əhəmiyyətli bir məkanına çevrilib. Həmin hadisə üç aspektdən milli dövlətçilik baxımından əhəmiyyət daşıyır. İlk növbədə, ölkə rəhbərliyinin həyata keçirdiyi enerji siyasətinin çox səmərəli olmasını vurğulamaq gərəkdir. Prezident İlham Əliyevin elektrik enerjisi sahəsində həyata keçirdiyi islahatlar, istifadəyə verilən obyektlər, infrastrukturun müasir tələblər əsasında yenidən qurulması öz müsbət nəticələrini verir. Dövlət başçısı məlum Mingəçevir hadisəsinə çox həssas yanaşmaqla və həmin sferada lazımi tədbirlər görməklə prosesləri daha səmərəli müstəviyə keçirdi. “Azərenerji”də çalışan vətənpərvər və peşəkar kadrların da dövlət başçısının tapşırıqlarına ciddi əməl etməsi sayəsində təşkilat Avropa bazarına çıxa bildi.
İkincisi, dövlət başçısı neft və qaz sahəsi ilə bağlı olan layihələri uğurla elektrik enerjisi istehsalı və bu sahədə infrastrukturun yeniləşdirilməsi prosesi ilə yüksək dərəcədə uyğunlaşdıra bildi. Məsələnin bu tərəfi asan həll edilən deyil. Neft və qaz sahəsində Azərbaycanın həm zəngin təcrübəsi var, həm də bu layihələr beynəlxalq miqyasda daha çox dəstəklənir. Digər tərəfdən, “Yeni İpək Yolu” kimi layihələr çərçivəsində müxtəlif növ yükdaşımaları mexanizmlərinin inkişaf etdirilməsi lazım gəlir.
Bütün bunların fonunda elektrik enerjisinin həm istehsalı, həm də uzaq məsafələrə ötürülməsi mexanizmlərinin işlənib hazırlanması xüsusi fəaliyyət tələb edir. Bu baxımdan konkret olaraq elektrik enerjisi sferasında həyata keçirilən proqramları birbaşa enerji təhlükəsizliyi və milli təhlükəsizliyin ayrılmaz bir aspekti olaraq qəbul etmək gərəkdir.
Üçüncüsü, “Azərenerji” ASC bütövlükdə Azərbaycanın enerji siyasətinin reallaşmasında vacib bir struktur kimi özünü təsdiqləməkdədir. Bu təşkilatın dövlətçiliyin strateji maraqları üçün daha çox fəallıq göstərməsi təbii ki, tələbatdır. Bu istiqamətdə dövlət başçısının həyata keçirdiyi proqramların tam və tələb olunan səviyyədə yerinə yetirilməsi zərurətdir. Belə görünür ki, “Azərenerji” məhz həmin kontekstdə fəaliyyətini gücləndirməkdədir.
Bütün bunların, əlbəttə, Azərbaycanın geosiyasi nüfuzunun daha da yüksəlməsinə və beynəlxalq tərəfdaş kimi daha çox etibar qazanmasına təsiri danılmazdır. Avropa ölkələri enerjinin bir qismini Azərbaycandan alırsa, onlar arasında əməkdaşlığın daha sıx olması üçün əlavə imkanlar meydana gəlir. Təsəvvür edək ki, neft və qaz sahəsində Avropanın təhlükəsizliyində Azərbaycanın rolu getdikcə daha da artır. Bu prosesi elektrik enerjisi sferasında əməkdaşlıq tamamlayır. Deməli, faktiki olaraq, Azərbaycan dünyanın ən inkişaf etmiş məkanı ilə qarşılıqlı faydalı əməkdaşlıq prosesini yeni səviyyəyə yüksəldib. Dünyanın enerji və maliyyə böhranı içində olduğu bir mərhələ üçün bunun əhəmiyyətini anlamaq çətin deyildir.
Beləliklə, elektrik enerjisinin Avropa ölkələrinə ixrac edilməsi yalnız iqtisadi-energetik məzmunu olan hadisə deyil. Bunun geosiyasət və təhlükəsizliklə bağlı məzmun çalarları da vardır. Belə ki, Azərbaycan rəhbərliyi bütün sahələrdə islahatları dərinləşdirir və genişləndirir. Həyata keçirilən proqramların hər biri buna xidmət edir. Bununla Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq getdikcə daha çox sahələrdə dünyanın müxtəlif regionları ilə infrastruktur bağlantıları qurur. Bu, gənc müstəqil dövlət üçün nəhəng proqramdır. Bunun qarşısını kimsənin alması da mümkün deyildir.
Deməli, dünya Azərbaycanı getdikcə daha yaxşı duymağa və hiss etməyə məhkumdur. Bu gedişatın Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə də yardımçı olacağına şübhə yoxdur. Strateji olaraq bu gün Avropa ölkələrinə ixrac edilən elektrik enerjisi, bütün istiqamətlərdə Azərbaycan dövlətçiliyinin inkişafına və ərazi bütövlüyünün təmin edilməsinə xidmət edəcək. Artıq bu proses başlayıb!
Newtimes.az

 
  • Oxunub:  6450  |  
  • Tarix:  14-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

17 Avqust 15:43
Anna Netrebko Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib
17 Avqust 15:02
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb
17 Avqust 13:36
Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə
17 Avqust 12:31
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17 Avqust 12:27
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
17 Avqust 10:38
Bakalavrların nəzərinə: qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər
17 Avqust 10:36
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
17 Avqust 10:33
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17 Avqust 10:02
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
17 Avqust 09:57
İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17 Avqust 09:50
“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb
17 Avqust 09:48
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır
16 Avqust 21:23
Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16 Avqust 21:16
Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar
16 Avqust 20:24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Beynəlxalq Bank ilə əməkdaşlıq edəcək
16 Avqust 20:17
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir
16 Avqust 19:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
16 Avqust 19:55
General-mayor Elçin İbrahimov: Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər
16 Avqust 19:48
Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib
16 Avqust 19:35
Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
16 Avqust 18:07
Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib
16 Avqust 17:53
Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir
16 Avqust 17:41
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
16 Avqust 17:33
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib
16 Avqust 17:10
“DOST” mərkəzinə 25 mininci vətəndaş müraciəti qeydə alınıb
16 Avqust 17:04
Prezident İlham Əliyev DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib
16 Avqust 17:03
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Ağstafada iki rayonun sakinlərini qəbul edib
16 Avqust 16:52
DSX-nin fəaliyyəti dövründə sərhədçilərimiz tərəfindən 10 min 989 sərhəd pozucusu saxlanılıb
16 Avqust 16:47
Dövlət sərhədinin mühafizə altında götürülməsi sərhədçilərimiz üçün mühüm vəzifədi
16 Avqust 16:26
ADA Universitetinin bakalavr pilləsinə abituriyentlərin qeydiyyatı başlanıb
16 Avqust 16:15
Əsas kapitala yönəldilən ümumi vəsaitin 67,7 faizi tikinti işlərinə sərf olunub
16 Avqust 15:51
Şəkinin kəndlərində üç modul tipli məktəb quraşdırılır
16 Avqust 15:47
Sumqayıtlı əkiz qardaşlardan qəbul imtahanlarında yüksək nəticə – biri 694, digəri isə 676 bal toplayıb
16 Avqust 15:41
Yaponiyanın İto şəhərindən olan qonaqlar İsmayıllıya gəliblər
16 Avqust 15:37
Qusarda Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün “Yay məktəbi” keçiriləcək
16 Avqust 15:34
Məlumat Hesablama Mərkəzinin stendi I Xəzər İqtisadi Forumunda maraqla qarşılanıb
16 Avqust 15:29
Xəzər İqtisadi Forumu: perspektivli yeni əməkdaşlıq formatı
16 Avqust 15:24
Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir
16 Avqust 15:11
Zaqatalada "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib
16 Avqust 15:00
2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək
16 Avqust 14:53
“Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı işçi qrupu yaradılıb
16 Avqust 14:49
Səid Rəsuli: İran ilə Azərbaycanın dəmir yolları arasında faydalı əməkdaşlıq əlaqələri mövcuddur
16 Avqust 14:43
Qazaxda taxıl sahələrində orta məhsuldarlıq 33,7 sentner təşkil edib
16 Avqust 14:06
Abşeronda “Grand Aqro” tərəfindən 80 hektarda badam, 287 hektarda isə zeytun bağı salınıb
16 Avqust 13:58
Azərbaycanın Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının bağlanış mərasimində iştirak edəcək
16 Avqust 12:36
İlin əvvəlindən ölkə əhalisinin sayı 10 milyon 19 min 575 nəfərə çatıb
16 Avqust 12:31
DSX-nin rəhbərliyi və şəxsi heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 Avqust 12:28
Otel əməkdaşlarının xoşuna gəlməyən davranışlar
16 Avqust 12:10
“Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” sənədli filminin təqdimatı olub
16 Avqust 12:05
“Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlərimiz medalla təltif olunub
16 Avqust 12:02
“Jizel” baleti Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq
16 Avqust 11:56
Yeddi ayda qeyri-neft-qaz sektorunda məhsul istehsalı 15,8 faiz artıb
16 Avqust 11:50
“Nəsimi ili” ilə əlaqədar açıq havada sərgi təşkil edilib
16 Avqust 11:39
Muxtar respublikada keyfiyyət standartlarına nəzarət olunur
16 Avqust 11:25
Azərbaycanlı alim Birinci Xəzər İqtisadi Forumunda çıxış edib
16 Avqust 11:19
Şabran rayonunda 25 kilometrlik avtomobil yolu yenidən qurulur
16 Avqust 11:12
“5-ci kolon”un biri “5-ci kolon”..!
16 Avqust 11:01
Azərbaycan İlahiyyat İnstitutuna qəbul planı 100 faiz yerinə yetirilib
16 Avqust 10:41
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
16 Avqust 10:36
BMT-də “kosmik silahlanma” təhlükəsi ilə bağlı diskussiya keçirilib
16 Avqust 10:26
Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
16 Avqust 10:22
Ermənistan silahlı qüvvələrinin bölmələri snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
16 Avqust 10:19
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasına start verilir
16 Avqust 09:33
Azərbaycan polisinin uğurlu fəaliyyəti cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir
16 Avqust 09:31
Beynəlxalq yardımların idarə olunmasında səmərəliliyin artırılması ölkəmiz üçün prioritetdir
16 Avqust 09:29
Dövlətin göstərdiyi diqqət və qayğı sayəsində təhsildə yüksək uğura nail olan gənclərin sayı artır
16 Avqust 09:24
Daşkəsəndə su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb
16 Avqust 09:23
“Beşinci kolon” Azərbaycan dövlətinin və xalqının maraqlarını hədəfə alıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA