Ana səhifə »  İqtisadiyyat »  Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bakı Limanının fəaliyyəti ilə tanış olub
A+   Yenilə  A-
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bakı Limanının fəaliyyəti ilə tanış olub

İyulun 24-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sun Tao Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin fəaliyyəti ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan və Çin əlaqələrinin yüksələn inkişafından söz açıb. Bildirib ki, Azərbaycan ilə Çin arasında bütün sahələrdə yüksək səviyyədə əməkdaşlıq mövcuddur. 2015-ci il dekabrın 9-11-də Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri zamanı hər iki ölkə arasında imzalanan 10 sənəd qarşılıqlı dostluq əlaqələrinin bariz nümunəsidir. Bu sənədlər içərisində “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu”nu xüsusi qeyd etmək olar. Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulan ilk ölkələrdəndir. Həmçinin bu ilin aprelində isə Prezident İlham Əliyev “Bir kəmər, bir yol” Beynəlxalq Forumunda iştirak üçün Çinə rəsmi səfər edib. Səfər Azərbaycan ilə Çin əməkdaşlığının daha da genişlənməsi baxımından xüsusi əhəmiyyətə malikdir.
Çinin Sian şəhərindən yola düşən blok qatarının iyulun 6-da Bakıya çatdığını xatırladan nazir iki ölkənin iqtisadi cəhətdən möhkəm əlaqələrə malik olduğunu deyib. Qeyd edib ki, ötən il Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsinin həcmi 1 milyard 300 milyon dollardan çox olub. Azərbaycan Avropa və Asiyanı əlaqələndirən nəqliyyat dəhlizi və öz strateji mövqeyi ilə nəqliyyat və logistika qovşağı kimi əhəmiyyətli rol oynayır. Ölkəmiz Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərin üzərində yerləşməklə geniş tranzit imkanı yaradır.
“Azərbaycan və Çin partiyaları arasında da əməkdaşlıq yüksək səviyyədə inkişaf edir. Parlamentlərarası dostluq münasibətləri mövcuddur. İqtisadi sahədə əlaqələrimiz genişlənir. Azərbaycanın böyük potensialı var. Çin şirkətləri üçün burada əlverişli biznes mühiti mövcuddur. Çin şirkətləri ilə görüşlər keçirilir, yeni investisiyalar üçün bütün imkanlar yaradılır. Gələcəkdə ticarət dövriyyəsinin, qarşılıqlı investisiyaların qoyuluşunun daha da artacağına inanırıq”, - deyə nazir Ş.Mustafayev vurğulayıb.
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sun Tao ölkəsinin Azərbaycan ilə əməkdaşlığından məmnun olduğunu diqqətə çatdırıb. İki ölkə arasında iqtisadi əlaqələrdən danışan qonaq Azərbaycanın kənd təsərrüfatı məhsullarının Çinə idxalında maraqlı olduqlarını söyləyib. Bildirib ki, Çinin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Azərbaycanla əməkdaşlıq daha da genişlənəcək. Qarşılıqlı investisiyaların qoyuluşu, iqtisadi əlaqələr növbəti illərdə ticarət dövriyyəsini daha da artıracaq. Çin Azərbaycan ilə bütün sahələrdə əməkdaşlıq etməkdə maraqlıdır.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Taleh Ziyadov yeni Bakı Limanının fəaliyyəti, iş prinsipi barədə qonağı məlumatlandırıb. Bildirib ki, nəqliyyat dəhlizləri üzrə ölkəyə daxil olan yüklər yeni liman kompleksində toplanır, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropa istiqamətində və ya gəmilərlə şərq istiqamətində daşınır. Yeni limanın ərazisi də daxil olmaqla ətraf ərazidə sərbəst iqtisadi zona yaradılır. Bu, mühüm nəqliyyat qovşağı olan limanı tranzit və daşımalar üçün daha geniş imkanlarla təmin edəcək.
Limanın keçdiyi tarixi dövrdən və hazırda gördüyü işlərdən söz açan baş direktor Bakıda yerləşən bir çox şirkətlərin daşımaları bu liman vasitəsilə həyata keçirdiklərini söyləyib. Qeyd edib ki, hazırda qeyri-neft sektorunun inkişafına və logistika sahəsinə göstərilən diqqət nəticəsində bu limanın əhəmiyyəti daha da artıb. Müasir texnoloji həllərin tətbiq olunduğu limanda professional işçi kollektivinin formalaşması istiqamətində atılan addımları da qonağın diqqətinə çatdırıb.
T.Ziyadov qeyd edib ki, liman Çin hökuməti ilə yaxından əməkdaşlıq edir, keçən il 34 ədəd yükqaldırıcı və yüknəqledici avadanlıqlar (avtoyükləyicilər, teleskopik konteyner yükləyicisi, çətin relyefli kran və sair) quruma hədiyyə olunub. Bundan başqa, son 2 ildə 30-dək liman əməkdaşı Çində qısa və uzun müddətli təlimlərdə iştirak edib, hazırda iki əməkdaş magistratura təhsili almaqdadır.
Sonra qonaq limanda yaradılan infrastrukturla tanış olub.
İqtisadiyyat naziri Ş.Mustafayev məlumat verib ki, liman 400 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. Körpülərin ümumi uzunluğu 2100 metrə yaxındır. Müasir dövrün ən son mühəndislik yeniliklərindən olan dəmir-beton konstruksiyalı istinad divarının uzunluğu isə 1777 metr təşkil edir. Limanda Ro-Ro tipli gəmilər üçün 2 körpü, 7 körpüdən ibarət universal quru yük və konteyner terminalı, 2 bərə körpüsü, həmçinin xidməti donanma gəmiləri üçün bir körpü inşa edilib. Limanda xidməti donanma gəmiləri üçün körpünün uzunluğu 155 metrdir və buraya eyni vaxtda 11 gəmi yan ala bilər. Limanın yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min konteyner təşkil edir. Növbəti mərhələdə liman 17 körpüsü ilə 25 milyon ton yük, o cümlədən 500 min konteyner yükaşırma imkanına malik olacaq.

 
  • Oxunub:  11010  |  
  • Tarix:  25-07-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu

22 Yanvar 11:53
MSK Milli Məclisə seçkilərlə əlaqədar bülletenlərin çapına yaxın günlərdə başlayacaq
22 Yanvar 11:42
Əli Əhmədov: Azərbaycan islahatlara açıq ölkədir
22 Yanvar 11:38
Seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda layihəyə start verilib
22 Yanvar 11:31
Məzahir Pənahov: “İndiyə qədər MSK-ya 32 şikayət daxil olub”
22 Yanvar 11:25
Bu gün xalqımızın igid oğlu, general-mayor Həzi Aslanovun anadan olmasının 110 illik yubileyidir
22 Yanvar 11:23
Tieri Mariani: “Yeni tərkibli parlament ölkənin gələcək inkişafında mühüm rol oynayacaq”
22 Yanvar 11:16
19 saylı Nərimanov I seçki dairəsinin məntəqələri bütün zəruri avadanlıqlarla təmin olunub
22 Yanvar 11:13
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi vətəndaşların müraciətlərini dinləyib
22 Yanvar 10:07
IDEA İctimai Birliyi vətəndaşlara müraciət edib
21 Yanvar 22:58
Gürcüstan Parlamentinin sədri Azərbaycanın Müdafiə naziri ilə görüşüb
21 Yanvar 22:46
Arye Qut: Qanlı Qara Yanvar Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinin mərdlik və qəhrəmanlıq səhifəsidir
21 Yanvar 22:41
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda aparılan uğurlu islahatları yüksək qiymətləndirir
21 Yanvar 22:11
Prezident İlham Əliyev Davosda Xorvatiya Respublikasının Baş Naziri Andrey Plenkoviç ilə görüşüb
21 Yanvar 21:52
Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb
21 Yanvar 21:33
Prezident İlham Əliyev Davosda Türkiyənin Xarici İşlər naziri ilə görüşüb
21 Yanvar 20:47
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
21 Yanvar 20:32
"Signify" şirkətinin baş icraçı direktoru ilə görüşdə Azərbaycana yeni texnologiyaların gətirilməsi məsələsi müzakirə olunub
21 Yanvar 18:56
Azərbaycanın Müdafiə naziri Tbilisidə Qəhrəmanlar meydanını ziyarət edib
21 Yanvar 18:31
70 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizəd Məşhur Məmmədovun qadın seçicilərlə görüşü keçirilib
21 Yanvar 18:27
13 saylı Xəzər - Pirallahı seçki dairəsindən namizədliyi irəli sürülmüş Rauf Əliyevin Pirallahı qəsəbəsində ağsaqqal və ziyalı seçiciləri ilə görüşü keçirildi
21 Yanvar 18:26
Mustafa Şəntop: Türkiyə Dağlıq Qarabağ münaqişəsini özünün də çox ciddi problemi hesab edir
21 Yanvar 18:19
38 saylı dairənin seçiciləri: Birmənalı olaraq Naqif Həmzəyevə səs verəcəyik
21 Yanvar 18:15
Mövlud Çavuşoğlu: Türkiyənin məqsədi Liviyada daimi atəşkəsi təmin etməkdir
21 Yanvar 18:14
Səhər yuxudan oyanan kimi su için!
21 Yanvar 18:11
Milli Məclisə seçkilərlə əlaqədar 112 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
21 Yanvar 18:09
MSK: "95 nəfər namizədliyini geri götürərək mübarizəsini dayandırıb"
21 Yanvar 17:59
Deputatlığa namizəd Vüqar İskəndərov Şəki şəhərində Qarabağ qaziləri və şəhid ailələri ilə görüşüb
21 Yanvar 17:51
MSK sədri: "1542 nəfərin namizədliyi qeydə alınıb"
21 Yanvar 17:20
YAP tərəfindən 48 saylı Yevlax seçki dairəsindən deputatlığa namizəd İlham Məmmədovun seçicilərlə görüşü keçirilib
21 Yanvar 17:01
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüş keçirib
21 Yanvar 17:00
Yol hərəkəti təhlükəsizliyinin vəziyyəti müzakirə olunub
21 Yanvar 16:47
Azərbaycan və Gürcüstanın Müdafiə nazirlikləri arasında 2020-ci il üçün ikitərəfli əməkdaşlıq Planı imzalanıb
21 Yanvar 16:44
Ağdaş seçiciləri: Hər zaman yanımızda olan YAP-ın namizədinə səs verəcəyik
21 Yanvar 16:40
Vüsal Qasımlı: Azərbaycan Davos platformasından səmərəli istifadə edir
21 Yanvar 16:35
YAP-ın namizədi Emin Hacıyev Sumqayıt şəhərində seçicilərlə görüşüb
21 Yanvar 16:34
Azərbaycan ilə Dubay aqroturizm sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib
21 Yanvar 16:30
91 saylı Ucar seçki dairəsi üzrə YAP tərəfindən namizədliyi irəli sürülmüş Ramil Həsənin seçicilərlə görüşləri keçirilib
21 Yanvar 16:28
Zakir Həsənov: Azərbaycan və Gürcüstan həm ikitərəfli, həm də üçtərəfli formatlarda səmərəli əməkdaşlıq edir
21 Yanvar 16:22
Türkiyəli politoloq: “Azərbaycanda demokratik seçki ənənəsi formalaşıb”
21 Yanvar 16:06
YAP-ın 103 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizədi Sevinc Hüseynova Kiçik Qaramurad və Parakənd kəndlərinin seçiciləri ilə görüşüb
21 Yanvar 15:54
Anadolu Agentliyi 20 Yanvar faciəsi ilə bağlı infoqrafika hazırlayıb
21 Yanvar 15:50
ABŞ Konqresinin daha bir üzvü 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanat verib
21 Yanvar 15:34
MDB müşahidəçilər missiyası XİN, DİN və Baş Prokurorluqda görüş keçirəcək
21 Yanvar 15:21
68 saylı Cəlilabad kənd seçki dairəsində 74 müşahidəçi qeydiyyatdan keçib
21 Yanvar 15:02
Azərbaycanın Müdafiə naziri Tbilisidə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib
21 Yanvar 14:58
Akademik Musiqili Teatrın səhnəsində “Fransızsayağı qarnir” təqdim olunacaq
21 Yanvar 14:54
Multikulturalizm Mərkəzi 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş konfrans keçirib
21 Yanvar 14:51
Bakıda “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda beynəlxalq simpozium keçiriləcək
21 Yanvar 14:46
AŞPA nümayəndə heyəti sabah Azərbaycana gələcək
21 Yanvar 14:39
Dünya Səhiyyə Təşkilatı yanvarın 22-də təcili iclas çağırır
21 Yanvar 14:30
WhatsApp-da reklam göstərilməyəcək
21 Yanvar 14:26
Somalidə törədilən partlayış zamanı yaralananlar Türkiyəyə gətirilib
21 Yanvar 14:18
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonunda seçicilərlə görüşüb
21 Yanvar 14:15
Şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundovanın anadan olmasından 96 il ötür
21 Yanvar 14:07
Deputatlığa namizəd Ziyafət Əsgərov 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüşüb
21 Yanvar 14:03
Yeni Azərbaycan Partiyasının Milli Məclisə seçkilərlə əlaqədar yap2020.az seçki saytı fəaliyyətə başladı
21 Yanvar 12:51
“Carlsberg Group” şirkəti Azərbaycana investisiya qoyuluşunu artırmaq niyyətindədir
21 Yanvar 12:27
UNEC-də növbəti “Açıq qapı” günü
21 Yanvar 12:21
Elxan Şahinoğlu: “Formalaşacaq parlament ölkəmizdəki yeni çağırışlara cavab verməlidir”
21 Yanvar 12:11
Lev Spivak: Əminəm ki, formalaşacaq parlament ölkədəki yeniliklərə uyğun olacaq
21 Yanvar 12:09
Azərbaycanın Müdafiə nazirinin Gürcüstana səfəri başlayıb
21 Yanvar 12:03
Bakı Ali Neft Məktəbinin altı tələbəsi İspaniyada təhsil alacaq
21 Yanvar 11:59
Bu gün Davosda Dünya İqtisadi Forumu işə başlayır
21 Yanvar 11:47
Parlament seçkilərində heç bir siyasi təşkilat Yeni Azərbaycan Partiyasına rəqib ola bilməz
21 Yanvar 11:25
Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Hicran Hüseynovanın seşicilərlə görüşləri davam edir
21 Yanvar 11:20
Sədaqət Vəliyeva ev görüşlərinə şəhid Zakir Cəfərovun ailəsinin mənzilindən başladı
21 Yanvar 11:16
YAP parlament seçkilərində növbəti möhtəşəm qələbəsini qazanacaq
21 Yanvar 10:52
“Formalaşacaq parlament ölkədə davamlı siyasi sabitliyin daha da möhkəmləndirilməsində mühüm rol oyanyacaq”
21 Yanvar 10:47
MSK parlament seçkiləri ilə bağlı yeni kitabçalar nəşr edib
21 Yanvar 10:44
Osman Gündüz: “Seçkilərdə texnologiyaların tətbiqi şəffaflığın təmin edilməsində mühüm rol oynayır”

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +10
gecə0 +3