Ana səhifə »  İqtisadiyyat »  Mərkəzi Bank uçot dərəcəsini azaldıb
A+   Yenilə  A-
Mərkəzi Bank uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov uçot dərəcəsinin aşağı salınması barədə qərarı şərh edib
Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) idarə heyəti uçot dərəcəsinin 8,5 faizdən 8,25 faizə endirilməsi haqqında qərar qəbul edib. Faiz dəhlizinin yuxarı həddi 10,25 faiz, aşağı həddi isə 6,25 faiz (uçot dərəcəsinə ±2 faizlik diapazonda) müəyyən olunub.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov iyulun 26-da keçirdiyi mətbuat konfransında idarə heyətinin qərarını şərh edib.
O deyib ki, dəqiqləşdirilmiş proqnozlara görə, cari ilin sonuna qədər inflyasiyanın hədəf diapazonunda (4±2 faiz) olacağı, lakin daxili tələbin genişlənməsilə bağlı ilin axırına onun hədəf intervalının yuxarı hissəsində formalaşacağı gözlənilir.
İlin qalan dövründə pul siyasəti qərarları inflyasiya proqnozunun reallaşması, yeni trendin reallaşma potensialı, o cümlədən daxili və xarici risklər balansının qiymətləndirilməsi əsasında veriləcək.
İnflyasiya prosesləri
E.Rüstəmov qeyd edib ki, idarə heyətinin monetar siyasətə həsr olunmuş axırıncı toplantısından sonra mövsümi amillərin təsiri ilə deflyasiya qeydə alınıb, qiymətlərin ümumi səviyyəsi iyunda 0,5 faiz aşağı düşüb. On iki aylıq inflyasiya hədəf diapozonunun mərkəzindən aşağıda olmaqla 2,9 faiz təşkil edib.
İnflyasiya səviyyəsinə başlıca təsiri ərzaq qiymətlərinin artımı (4,3 faiz) göstərir. Tərəvəz məhsullarının, aksizli malların qiymət artımları ərzaq inflyasiyasının səviyyəsini şərtləndirən başlıca amillərdir. Qeyri-ərzaq (1,3 faiz) və xidmətlər üzrə illik qiymət artımı (2,3 faiz) inflyasiya hədəfi diapozonunun mərkəzindən aşağıda formalaşıb.
Məcmu tələbin genişlənməsi şəraitində anti-inflyasyon monetar şərait, habelə ikitərəfli və çoxtərəfli məzənnələrin dinamikası inflyasiya təzyiqini səngidir.
İnflyasiya gözləntiləri
Mərkəzi Bankın sədri deyib ki, real sektor monitorinqinin nəticələrinə əsasən, iyunda qiymət gözləntiləri əvvəlki aya nəzərən ticarət və tikinti sektorlarında azalıb, qeyri-neft emal sənayesində və xidmət sahələrində isə artıb. Ev təsərrüfatları arasında iyunda aparılan sorğunun nəticələrinə görə, inflyasiya tempinin yüksələcəyini gözləyən respondentlər azalmaqda davam edir və onların payı cəmi 2,3 faizdir. Bununla belə aparılmış təhlillər inflyasiya gözləntilərinin həssas və asimmetrik olduğunu göstərir.
Bu ilin sonuna inflyasiyanın hədəf daxilində (4±2 faiz) qalacağı, daxili tələbin genişlənməsilə bağlı ilin axırına onun hədəf intervalının yuxarı hissəsində formalaşacağı proqnozlaşdırılır.
Xarici şərait
O diqqətə çatdırıb ki, ölkənin xarici iqtisadi mövqeyi yaxşılaşmaqda davam edir. Xarici ticarət balansı profisitlidir və artmaqdadır. Yanvar-iyun aylarında malların ixracı 15,2 faiz, o cümlədən, qeyri-neft ixracı 13,5 faiz artmaqla monetar qızıl idxalı nəzərə alınmadan qeyri-neft idxalının artım tempini (11,6 faiz) üstələyib. Neftin orta qiyməti ilin ötən dövründə 66 dolları üstələyib (2018-ci ildə 72 dollar).
Profisitli tədiyə balansı şəraitində ölkənin strateji valyuta ehtiyatları ilin əvvəlindən 9,7 faiz və ya 4,3 milyard dollar artaraq 49,1 milyard dollara çatıb.
Beynəlxalq təşkilatlar cari ildə qlobal iqtisadi artım, o cümlədən ölkəmizin bir neçə əsas ticarət tərəfdaşları üzrə iqtisadi artım proqnozlarını azalmağa doğru təshih edib. Qlobal qeyri-müəyyənliklər və ticarət qarşıdurmaları qalmaqdadır.
Dünya ərzaq qiymətləri cari ilin əvvəlindən 7,1 faiz, o cümlədən ət məhsulları üzrə 8,4 faiz, süd məhsulları üzrə isə 17,2 faiz yüksəlib (Mənbə: BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı).
Xarici monetar şərait yumşalmaqda davam edir və inkişaf etməkdə olan ölkələr qrupuna daxil olan əsas xarici ticarət tərəfdaşlarında makroiqtisadi sabitliyə müsbət təsir göstərir.
İqtisadi aktivlik
E.Rüstəmov bildirib: “İqtisadi artım xarici tələb, istehlakın və qeyri-neft investisiyalarının genişlənməsi ilə dəstəklənir. Bu ilin ilk yarısında ötən ilin eyni dövrünə nəzərən ümumi daxili məhsul real olaraq 2,4 faiz artıb. Qeyri-neft sektorunda artım 3,2 faiz olub və əsasən ticari sektordan qaynaqlanmışdır. İqtisadiyyatın qeyri-neft sektoruna investisiyalar birinci yarımillikdə 5,1 faiz artıb. Ev təsərrüfatlarının gəlirlərinin artım tempinin yüksəlməsi müəyyən gecikmə effekti ilə pərakəndə ticarət və pullu xidmətlərin artım tempinin yüksəlməsi ilə müşayiət olunur. Real sektorun monitorinqi əsasında hesablanan biznes inam indeksi son ayda ticarət və xidmət sektorunda artıb”.
İnflyasiya riskləri
İnflyasiya üzrə risklər balansında xarici amillər əhəmiyyətli olaraq qaldığını deyən Mərkəzi Bankın sədri qeyd edib ki, geosiyasi və geoiqtisadi amillər dünya əmtəə bazarlarında volatilliyi və məzənnə, inflyasiya gözləntilərini gücləndirə bilər.
Mərkəzi Bank tərəfindən əhalinin gəlirlərinin və istehlak davranışının analizi göstərir ki, ilin ikinci yarısında bu amillərin inflyasiyaya təsiri bir qədər aktivləşə bilər. Hazırda isə valyuta bazarında, xüsusilə fiskal kanal vasitəsilə təklifin tələbi əhəmiyyətli üstələməsi milli valyutanın məzənnəsinin möhkəmlənməsinə davamlı təzyiq yaradır.
İnflyasiya risklərinin neytrallaşdırılması həlledici dərəcədə qəbul edilmiş makroiqtisadi çərçivənin effektli icrasından - büdcə qaydalarına əsaslanan fiskal intizamdan və qiymət sabitliyinə yönəlmiş çevik və müstəqil monetar siyasətdən asılıdır.
Monetar şərait
İdarə heyətinin monetar siyasətə həsr olunmuş son iclasından keçən dövrdə monetar şəraitin yumşalmasının davam etdiyini vurğulayan E.Rüstəmov deyib: “İlin əvvəlindən manatla pul bazası 7 faiz artıb. Pul təklifinin artım tempinin yüksəlməsi başlıca olaraq sosial xarakterli fiskal stimulların həyata keçirilməsi nəticəsində xəzinə hesabından xərcləmələrin aktivləşməsi ilə bağlıdır”.
Mərkəzi Bankın faiz dəhlizi parametrlərinin dəyişməsindən əlavə iyulun 1-dən etibarən Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətlər üzrə maksimal faizlərin azaldılması bank resurslarının dəyərini azaltmaqla kredit faizlərinə azaldıcı təsir göstərməlidir.
Faiz dəhlizinin parametrləri barədə növbəti qərarlar inflyasiya hədəfinə nail olunması vəziyyəti, xarici və daxili risk balansında dəyişikliklər, xüsusən də fiskal stimulların qiymətlərə transmissiyasından asılı olaraq qəbul ediləcək. İnflyasiya hədəf və proqnoz daxilində formalaşdığı təqdirdə monetar şəraitin neytrallığa doğru dəyişmə trendi davam etdirilə bilər.
Bu qərar iyulun 26-dan qüvvəyə minir. Mərkəzi Bankın idarə heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı barədə məlumat sentyabrın 13-də ictimaiyyətə təqdim ediləcək. Növbəti mətbuat konfransı isə qrafikə uyğun olaraq oktyabrın 25-də keçiriləcək.

 
  • Oxunub:  10710  |  
  • Tarix:  27-07-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu

22 Yanvar 11:53
MSK Milli Məclisə seçkilərlə əlaqədar bülletenlərin çapına yaxın günlərdə başlayacaq
22 Yanvar 11:42
Əli Əhmədov: Azərbaycan islahatlara açıq ölkədir
22 Yanvar 11:38
Seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda layihəyə start verilib
22 Yanvar 11:31
Məzahir Pənahov: “İndiyə qədər MSK-ya 32 şikayət daxil olub”
22 Yanvar 11:25
Bu gün xalqımızın igid oğlu, general-mayor Həzi Aslanovun anadan olmasının 110 illik yubileyidir
22 Yanvar 11:23
Tieri Mariani: “Yeni tərkibli parlament ölkənin gələcək inkişafında mühüm rol oynayacaq”
22 Yanvar 11:16
19 saylı Nərimanov I seçki dairəsinin məntəqələri bütün zəruri avadanlıqlarla təmin olunub
22 Yanvar 11:13
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi vətəndaşların müraciətlərini dinləyib
22 Yanvar 10:07
IDEA İctimai Birliyi vətəndaşlara müraciət edib
21 Yanvar 22:58
Gürcüstan Parlamentinin sədri Azərbaycanın Müdafiə naziri ilə görüşüb
21 Yanvar 22:46
Arye Qut: Qanlı Qara Yanvar Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinin mərdlik və qəhrəmanlıq səhifəsidir
21 Yanvar 22:41
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda aparılan uğurlu islahatları yüksək qiymətləndirir
21 Yanvar 22:11
Prezident İlham Əliyev Davosda Xorvatiya Respublikasının Baş Naziri Andrey Plenkoviç ilə görüşüb
21 Yanvar 21:52
Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb
21 Yanvar 21:33
Prezident İlham Əliyev Davosda Türkiyənin Xarici İşlər naziri ilə görüşüb
21 Yanvar 20:47
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
21 Yanvar 20:32
"Signify" şirkətinin baş icraçı direktoru ilə görüşdə Azərbaycana yeni texnologiyaların gətirilməsi məsələsi müzakirə olunub
21 Yanvar 18:56
Azərbaycanın Müdafiə naziri Tbilisidə Qəhrəmanlar meydanını ziyarət edib
21 Yanvar 18:31
70 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizəd Məşhur Məmmədovun qadın seçicilərlə görüşü keçirilib
21 Yanvar 18:27
13 saylı Xəzər - Pirallahı seçki dairəsindən namizədliyi irəli sürülmüş Rauf Əliyevin Pirallahı qəsəbəsində ağsaqqal və ziyalı seçiciləri ilə görüşü keçirildi
21 Yanvar 18:26
Mustafa Şəntop: Türkiyə Dağlıq Qarabağ münaqişəsini özünün də çox ciddi problemi hesab edir
21 Yanvar 18:19
38 saylı dairənin seçiciləri: Birmənalı olaraq Naqif Həmzəyevə səs verəcəyik
21 Yanvar 18:15
Mövlud Çavuşoğlu: Türkiyənin məqsədi Liviyada daimi atəşkəsi təmin etməkdir
21 Yanvar 18:14
Səhər yuxudan oyanan kimi su için!
21 Yanvar 18:11
Milli Məclisə seçkilərlə əlaqədar 112 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
21 Yanvar 18:09
MSK: "95 nəfər namizədliyini geri götürərək mübarizəsini dayandırıb"
21 Yanvar 17:59
Deputatlığa namizəd Vüqar İskəndərov Şəki şəhərində Qarabağ qaziləri və şəhid ailələri ilə görüşüb
21 Yanvar 17:51
MSK sədri: "1542 nəfərin namizədliyi qeydə alınıb"
21 Yanvar 17:20
YAP tərəfindən 48 saylı Yevlax seçki dairəsindən deputatlığa namizəd İlham Məmmədovun seçicilərlə görüşü keçirilib
21 Yanvar 17:01
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüş keçirib
21 Yanvar 17:00
Yol hərəkəti təhlükəsizliyinin vəziyyəti müzakirə olunub
21 Yanvar 16:47
Azərbaycan və Gürcüstanın Müdafiə nazirlikləri arasında 2020-ci il üçün ikitərəfli əməkdaşlıq Planı imzalanıb
21 Yanvar 16:44
Ağdaş seçiciləri: Hər zaman yanımızda olan YAP-ın namizədinə səs verəcəyik
21 Yanvar 16:40
Vüsal Qasımlı: Azərbaycan Davos platformasından səmərəli istifadə edir
21 Yanvar 16:35
YAP-ın namizədi Emin Hacıyev Sumqayıt şəhərində seçicilərlə görüşüb
21 Yanvar 16:34
Azərbaycan ilə Dubay aqroturizm sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib
21 Yanvar 16:30
91 saylı Ucar seçki dairəsi üzrə YAP tərəfindən namizədliyi irəli sürülmüş Ramil Həsənin seçicilərlə görüşləri keçirilib
21 Yanvar 16:28
Zakir Həsənov: Azərbaycan və Gürcüstan həm ikitərəfli, həm də üçtərəfli formatlarda səmərəli əməkdaşlıq edir
21 Yanvar 16:22
Türkiyəli politoloq: “Azərbaycanda demokratik seçki ənənəsi formalaşıb”
21 Yanvar 16:06
YAP-ın 103 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizədi Sevinc Hüseynova Kiçik Qaramurad və Parakənd kəndlərinin seçiciləri ilə görüşüb
21 Yanvar 15:54
Anadolu Agentliyi 20 Yanvar faciəsi ilə bağlı infoqrafika hazırlayıb
21 Yanvar 15:50
ABŞ Konqresinin daha bir üzvü 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanat verib
21 Yanvar 15:34
MDB müşahidəçilər missiyası XİN, DİN və Baş Prokurorluqda görüş keçirəcək
21 Yanvar 15:21
68 saylı Cəlilabad kənd seçki dairəsində 74 müşahidəçi qeydiyyatdan keçib
21 Yanvar 15:02
Azərbaycanın Müdafiə naziri Tbilisidə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib
21 Yanvar 14:58
Akademik Musiqili Teatrın səhnəsində “Fransızsayağı qarnir” təqdim olunacaq
21 Yanvar 14:54
Multikulturalizm Mərkəzi 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş konfrans keçirib
21 Yanvar 14:51
Bakıda “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda beynəlxalq simpozium keçiriləcək
21 Yanvar 14:46
AŞPA nümayəndə heyəti sabah Azərbaycana gələcək
21 Yanvar 14:39
Dünya Səhiyyə Təşkilatı yanvarın 22-də təcili iclas çağırır
21 Yanvar 14:30
WhatsApp-da reklam göstərilməyəcək
21 Yanvar 14:26
Somalidə törədilən partlayış zamanı yaralananlar Türkiyəyə gətirilib
21 Yanvar 14:18
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonunda seçicilərlə görüşüb
21 Yanvar 14:15
Şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundovanın anadan olmasından 96 il ötür
21 Yanvar 14:07
Deputatlığa namizəd Ziyafət Əsgərov 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüşüb
21 Yanvar 14:03
Yeni Azərbaycan Partiyasının Milli Məclisə seçkilərlə əlaqədar yap2020.az seçki saytı fəaliyyətə başladı
21 Yanvar 12:51
“Carlsberg Group” şirkəti Azərbaycana investisiya qoyuluşunu artırmaq niyyətindədir
21 Yanvar 12:27
UNEC-də növbəti “Açıq qapı” günü
21 Yanvar 12:21
Elxan Şahinoğlu: “Formalaşacaq parlament ölkəmizdəki yeni çağırışlara cavab verməlidir”
21 Yanvar 12:11
Lev Spivak: Əminəm ki, formalaşacaq parlament ölkədəki yeniliklərə uyğun olacaq
21 Yanvar 12:09
Azərbaycanın Müdafiə nazirinin Gürcüstana səfəri başlayıb
21 Yanvar 12:03
Bakı Ali Neft Məktəbinin altı tələbəsi İspaniyada təhsil alacaq
21 Yanvar 11:59
Bu gün Davosda Dünya İqtisadi Forumu işə başlayır
21 Yanvar 11:47
Parlament seçkilərində heç bir siyasi təşkilat Yeni Azərbaycan Partiyasına rəqib ola bilməz
21 Yanvar 11:25
Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Hicran Hüseynovanın seşicilərlə görüşləri davam edir
21 Yanvar 11:20
Sədaqət Vəliyeva ev görüşlərinə şəhid Zakir Cəfərovun ailəsinin mənzilindən başladı
21 Yanvar 11:16
YAP parlament seçkilərində növbəti möhtəşəm qələbəsini qazanacaq
21 Yanvar 10:52
“Formalaşacaq parlament ölkədə davamlı siyasi sabitliyin daha da möhkəmləndirilməsində mühüm rol oyanyacaq”
21 Yanvar 10:47
MSK parlament seçkiləri ilə bağlı yeni kitabçalar nəşr edib
21 Yanvar 10:44
Osman Gündüz: “Seçkilərdə texnologiyaların tətbiqi şəffaflığın təmin edilməsində mühüm rol oynayır”

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +10
gecə0 +3