Ana səhifə »  İqtisadiyyat »  Orxan Məmmədov: Daxili bazar araşdırmalarına dövlət dəstəyi mexanizmi sahibkarlar tərəfindən razılıqla qarşılanır
A+   Yenilə  A-
Orxan Məmmədov: Daxili bazar araşdırmalarına dövlət dəstəyi mexanizmi sahibkarlar tərəfindən razılıqla qarşılanır

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq, sahibkarlar üçün daha bir dövlət dəstəyi mexanizmi işə düşüb. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin daxili bazar araşdırmalarının aparılmasına dəstəyin göstərilməsini nəzərdə tutan yeni mexanizm mövcud dövlət dəstəyi tədbirlərinin davamı olmaqla, sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsinə əlavə stimul yaradır. Daxili bazar araşdırmalarının aparılması üçün dəstək tədbirlərinin təşkili Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən həyata keçirilir. Daxili bazar araşdırması nədir və bu mexanizm çərçivəsində sahibkarlara hansı dəstək göstəriləcək? Bu barədə AZƏRTAC-ın suallarını KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov cavablandırıb.
- Orxan müəllim, daxili bazar araşdırması nədir və bu mexanizm biznesin inkişafının dəstəklənməsi baxımından hansı yenilik və üstünlüklər gətirəcək?
- Yeni biznesin uğur qazanması, mövcud sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün istehsal olunacaq məhsul və xidmətlərə tələbatın, müştərilərin, satış şəbəkəsinin öyrənilməsi önəmlidir. Bu istiqamətdə bazar araşdırmaları əhəmiyyətli məlumat mənbəyi rolunu oynayır. Bazarın araşdırılması həm də sahibkarın risklərini azaldır, fəaliyyətini düzgün istiqamətdə qurmağa və genişləndirməyə dəstək olur.
Hazırda ölkəmizdə bazar araşdırmaları sahibkarların özləri və bu sahədə ixtisaslaşmış şirkətlər tərəfindən aparılır. Yeni biznesə başlayan, bazara yeni məhsul və xidmətlər çıxarmaq istəyən sahibkarlar tərəfindən bazar araşdırmalarının aparılması hər zaman effektiv olmur. Bazar araşdırmalarının peşəkar konsaltinq şirkətləri tərəfindən aparılması isə müəyyən xərc tələb edir. Müşahidələrimiz göstərir ki, məhz bu səbəbdən sahibkarlar, xüsusilə də mikro və kiçik sahibkarlar bazar araşdırmalarının aparılmasından çəkinir.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli Fərmanı ilə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarının aparılmasına dövlət dəstəyi göstərilir. Sözügedən Fərmanla təsdiq olunmuş qaydaya uyğun olaraq, bu dəstək mexanizmindən mikro, kiçik və orta sahibkarlıq subyektləri yararlana bilər. Bu mexanizm çərçivəsində sahibkarların müraciəti əsasında müvafiq sahə üzrə daxili bazar araşdırmasının aparılması üçün onlara informasiya və maliyyə dəstəyi göstəriləcək. Sahibkarlar üçün yeni dövlət dəstəyi mexanizminin işə düşməsi bir daha göstərir ki, Prezident İlham Əliyev sahibkarların ən böyük dəstəkçisi və himayədarıdır.
Mikro, kiçik və orta sahibkarların daxili bazar araşdırmalarının aparılmasına dövlət dəstəyinin göstərilməsi ilə bir tərəfdən sahibkarın bu sahədə xərcləri azalacaq, digər tərəfdən rəqabətqabiliyyətli istehsalın stimullaşdırılması ilə yeni məhsul və xidmətlərin, müəssisə və obyektlərin yaradılmasına, özəl sektorda məhsul istehsalının artırılmasına dəstək göstəriləcək.
Artıq daxili bazar araşdırmalarının aparılması üçün sahibkarlardan müraciətlərin qəbuluna başlanılıb.
- Ümumiyyətlə, proses necə təşkil olunub və biznes subyektləri bu dəstəkdən hansı formada faydalanacaq?
- Bildiyiniz kimi, müvafiq qaydaya əsasən, mikro, kiçik və orta sahibkarların daxili bazar araşdırmalarına dövlət dəstəyinin təşkili Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən həyata keçirilir. Dövlətimizin başçısının müvafiq Fərmanının icrası ilə əlaqədar agentlikdə işçi qrup yaradılıb. Avqustdan etibarən daxili bazar araşdırmalarının aparılması üçün sahibkarlıq subyektlərindən müraciətlərin qəbuluna başlanılıb. Artıq müxtəlif sahələr üzrə daxili bazar araşdırmalarının aparılması üçün sahibkarlardan bir sıra müraciətlər də daxil olub.
Daxili bazar araşdırmaları barədə KOB-lar, eləcə də sıralarında yüzlərlə sahibkarı birləşdirən biznes assosiasiyaları və məsləhətçi şirkətlər müxtəlif tədbirlər çərçivəsində məlumatlandırılıb. Bu məqsədlə, həmçinin KOBİA-nın “www.smb.gov.az” rəsmi internet səhifəsində xüsusi bölmə yaradılıb, maarifləndirici çarx hazırlanaraq, televiziya kanallarında və sosial şəbəkələrdə yayımlanması təmin edilib.
Daxili bazar araşdırmalarının aparılması prosesini qısaca təsvir etsək, ilkin olaraq sahibkar onu maraqlandıran sahə üzrə bazar araşdırmasının aparılması üçün nümunəvi ərizə formasını doldurmaqla birbaşa və ya elektron qaydada KOBİA-ya müraciət etməlidir. Sahibkarın müraciəti agentlikdə yaradılmış işçi qrup tərəfindən dəyərləndirilir və müsbət qərar qəbul olunmuş daxili bazar araşdırmasının aparılması üçün “Dövlət satınalmaları haqqında” Qanununa uyğun olaraq bu sahədə ixtisaslaşmış məsləhətçi şirkətlərə sifariş verilir. Bazar araşdırmaları yerli və xarici hüquqi və fiziki şəxslər, yəni universitetlər, institutlar, xüsusi araşdırma və təhlil mərkəzləri, konsaltinq şirkətləri, habelə kiçik və orta biznesin inkişafı mərkəzləri tərəfindən aparıla bilər. Daxili bazar araşdırması hazır olduqdan sonra KOBİA hesabatı qiymətləndirir və sahibkara təqdim edir.
Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80 faizi, kiçik sahibkarlıq subyektinin müraciəti ilə aparılan daxili bazar araşdırmasına çəkilən xərcin isə 50 faizi dövlət tərəfindən qarşılanacaq. Ümumilikdə isə hər bir daxili bazar araşdırmasının aparılmasına görə ödəniləcək dəstək məbləği 20 min manata qədərdir. Orta sahibkarlıq subyektləri isə bu dəstək mexanizmindən ödənişsiz təlim və seminarlarda iştirak etməklə, müəyyən edilən sahələrdə mütəmadi informasiya dəstəyi göstərilməklə faydalanacaqlar.
Bazar araşdırmasının aparılması üçün sahibkarlar fərdi və ya qrup halında müraciət edə bilərlər. Bildiyiniz kimi, ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində biznes assosiasiyaları fəaliyyət göstərir. Daxili bazar araşdırmasının aparılması üçün sahibkarlar assosiasiyanın adından da müraciət edə bilərlər. Qeyd etmək istəyirəm ki, sahibkarın müraciəti əsasında hazırlanacaq bazar araşdırması yalnız həmin sahibkara təqdim olunacaq. Bundan başqa, KOBİA-nın təşəbbüsü ilə iqtisadiyyatın prioritet sahələri üzrə daxili bazar araşdırmalarının aparılması üçün də məsləhətçi şirkətlərə sifarişlər veriləcək. Məhz bu sifarişlər əsasında hazırlanacaq daxili bazar araşdırmaları bütün biznes subyektləri üçün açıq olacaq və agentliyin saytında yerləşdiriləcək.
- Daxili bazar araşdırmalarına dəstəyin göstərilməsinin yeni mexanizm olduğunu nəzərə alaraq, KOB-ların bu sahədə fəallığı barədə gözləntiləriniz nədən ibarətdir?
- Daxili bazar araşdırmalarının aparılmasına dövlət dəstəyinin göstərilməsi mexanizmi barədə biznes ictimaiyyətinin, xüsusilə də mikro, kiçik və orta sahibkarların məlumatlandırılması tədbirləri çərçivəsində sahibkarların bazar araşdırmalarının aparılmasında maraqlı olduğunu müşahidə etdik. Artıq qeyd etdiyim kimi belə araşdırmaların müəyyən xərc tələb etməsi səbəbindən əksər hallarda sahibkarlar bazar araşdırmalarının aparılmasından imtina etməli olurdular.
Digər bir müşahidəmiz isə biznesin qurulması zamanı bazar araşdırmasının aparılmasının zəruri olması barədə sahibkarların məlumatsız olması ilə bağlıdır. Biznesə başlayan, sahibkarlıq fəaliyyətini genişləndirməkdə maraqlı olan hər bir sahibkar bilməlidir ki, bazar araşdırmasının aparılması onların uğur qazanması üçün ilkin şərtlərdəndir.
Daxili bazar araşdırmalarına dövlət dəstəyinin göstərilməsi üçün sahibkarlardan müraciətlərin qəbuluna qısa müddət əvvəl başlanılsa da, KOBİA-ya daxil olan müraciətlər və suallar yeni mexanizmin sahibkarlar tərəfindən maraqla qarşılandığını göstərir. Sahibkarlar, həmçinin belə bir dəstək mexanizminin işə düşməsindən məmnundur və dövlət başçısının bu istiqamətdəki müvafiq Fərmanını razılıqla qarşılayırlar.
- KOBİA tərəfindən mikro, kiçik və orta sahibkarlara dəstək məqsədilə daha hansı mexanizmlərin tətbiqi planlaşdırılır?
- Agentlik mikro, kiçik və orta biznesin yaradılmasından başlayaraq, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə qədər olan bütün mərhələlərdə dövlət dəstəyi mexanizmləri və KOBİA-nın göstərdiyi xidmətlər çərçivəsində KOB-lara dəstək göstərməyi, bu sahədə dövlət qurumları ilə sahibkarlar arasında körpü rolunu oynamağı hədəfləyir. Ümumiləşdirsək agentliyin fəaliyyəti KOB-ların inkişafına dəstəyin göstərilməsi, onların maraqlarının müdafiəsi, yeni biznesin qurulması və mövcud biznesin inkişafı üçün sahibkarların təşviqi, yerli və xarici bazarlara çıxış və maliyyələşdirməyə dəstək göstərilməsi kimi istiqamətləri əhatə edir.
KOBİA-nın fəaliyyətə başlamasından ötən müddət ərzində KOB-ların maraqlarının müdafiəsi, investisiya layihələrinin təşviqi, satışa dəstəyin göstərilməsi, sahibkarların maarifləndirilməsi və sair kimi istiqamətlərdə bir çox işlər görülüb.
Agentlik sahibkarlarla 4 növ təmas platforması vasitəsilə ünsiyyətdə olmağı və xidmətlər göstərməyi hədəfləyir. Bunlar ərazi (KOB Dostu şəbəkəsi və KOB İnkişaf Mərkəzləri), sektoral (sahəvi assosiasiyalar və fokus qruplar, KOB klaster şirkətləri), bir məkan prinsipi (KOB evləri) və Elektron vasitə (E-KOB evi portalı) platformalarıdır ki, bu mexanizmlərin bir neçəsi artıq KOB-ların xidmətindədir. Digər dəstək mexanizmlərinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirilir və yaxın vaxtlarda sahibkarlar bu mexanizmlərdən də yararlana biləcəklər.
Bunlardan biri dövlət-sahibkar əməkdaşlığı platforması əsasında reallaşdırılan və hazırda sahibkarların xidmətində olan “KOB Dostu” mexanizmidir. Fəaliyyət göstərdiyi inzibati ərazidə mikro, kiçik və orta biznes subyektləri ilə birbaşa ünsiyyətdə olan, onların təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılması, yeni KOB subyektlərinin yaradılması və inkişafının bütün mərhələlərində, eləcə də sahibkarların hüquqlarının müdafiəsi istiqamətində KOB-lara dəstək göstərən KOB dostları artıq ölkənin 14 şəhər və rayonunda fəaliyyət göstərir. KOB Dostu şəbəkəsinin ölkəni tam əhatə etməsi planlaşdırılır.
Sahibkarlara bütün dövlət-biznes (“G2B”) və zəruri biznes-biznes (“B2B”) xidmətlərin vahid məkanda göstərilməsi məqsədilə hazırda Bakı şəhərində yaradılmaqda olan ilk kiçik və orta biznes evinin (KOB evi) təşkili istiqamətində tədbirlər davam etdirilir. KOB evində sahibkarlıq subyektləri öz bizneslərinin planlamasından başlayaraq biznesin idarə edilməsinin bütün mərhələlərində ehtiyac duyulan xidmətləri əldə edə biləcəklər. Burada biznesi planla, biznesə başla, biznesi işlət, biznesi inkişaf etdir kimi biznes prosesləri üzrə 30-dan çox dövlət qurumunun 100-dən artıq “G2B” və özəl qurumların “B2B” xidmətləri əlaqəli şəkildə təşkil olunacaq.
Eyni zamanda, elektron formada vahid platforma üzərindən xidmətlərin göstərilməsini təmin edəcək “e-KOB evi” portalının yaradılması istiqamətində də müvafiq tədbirlər görülür. “e-KOB evi” portalı KOB-lar üçün dəstək mexanizmlərini vahid elektron platforma üzərindən “nonstop shop” rejimində təmin edəcək.
Bu mexanizmlərindən başqa, KOB klasterlərin yaradılması və fəaliyyətinin stimullaşdırılması, startapların dəstəklənməsi, ticarət şəbəkələrində satışın təşkili üçün mikro və kiçik sahibkarların işinin asanlaşdırılması, KOB-ların kadr potensialının artırılması, KOB reyestrinin yaradılması və digər dəstək mexanizmləri üzərində də işlər aparılır. Bundan başqa, agentliyin strukturuna daxil olan kiçik və orta biznesin inkişafı mərkəzlərinin, Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin, kiçik və orta biznesin inkişafı fondlarının təşkili istiqamətində də fəaliyyətimiz davam edir ki, bu mexanizmlər də KOB-lara müxtəlif dəstək tədbirlərini özündə birləşdirəcək.

 
  • Oxunub:  2850  |  
  • Tarix:  08-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır

22 Oktyabr 17:46
Bahar Muradova: Azərbaycan dövləti hər zaman olduğu kimi bu cür hərəkətlərin qiymətini hüquqi müstəvidə verməklə yanaşı, öz yoluna davam edəcək
22 Oktyabr 17:42
Prezident İlham Əliyev Şahin Mustafayevi yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib
22 Oktyabr 17:38
Yaxın Şərqdə geosiyasi dinamikada yeni mərhələ: Türkiyə faktorunun təsiri
22 Oktyabr 17:35
Akademik Gövhər Baxşəliyeva: Biz hamımız vahid komandanın üzvləriyik
22 Oktyabr 17:31
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələri yaradılacaq
22 Oktyabr 17:30
Ölkə başçısı tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında Sərəncam imzalayıb
22 Oktyabr 17:22
Polis Akademiyasını bitirmiş 45 nəfərin zabit yerlərinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib
22 Oktyabr 17:19
Pekində əcnəbi jurnalistlər üçün “Bir kəmər, bir yol” informasiya şəbəkəsi çərçivəsində ikinci tədris proqram-seminarı açılıb
22 Oktyabr 17:13
İkinci “Bakı Elektron Ticarət Forumu” davam edir
22 Oktyabr 17:11
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22 Oktyabr 17:08
Bakı Limanı ilə Aktau və Kurik limanları bilet satışlarını vahid onlayn rejim üzərindən aparacaq
22 Oktyabr 17:07
Suraxanı rayonunda Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
22 Oktyabr 17:03
Prezident İlham Əliyev Macarıstanın milli bayramı münasibətilə Prezident Yanoş Aderi təbrik edib
22 Oktyabr 16:58
Ziyafət Əsgərov: Azərbaycan bundan sonra da inkişaf edəcək və dünyanın ən seçilən dövlətlərindən biri olacaq
22 Oktyabr 16:55
Hikmət Babaoğlu: Belə təxribatlar nə qədər cox olacaqsa, Azərbaycan xalqı radikalları bir o qədər də küncə sıxışdıracaq (VİDEO)
22 Oktyabr 16:53
Eldar İbrahimov: Azərbaycan xalqı onları yaxşı tanıyır
22 Oktyabr 16:51
Siyavuş Novruzov: Hər kəs qanunsuz aksiyalar keçirməklə qarşıdurma yaratmaq istəyənlərin hərəkətlərinə münasibət bildirməlidir
22 Oktyabr 16:32
Lənkəranda çoxmənzilli binaların dam örtükləri dəyişdiriləcək
22 Oktyabr 16:04
Azərbaycan Prezidenti rusiyalı həmkarına başsağlığı verib
22 Oktyabr 15:55
Nigar Arpadarai: Formula 1 yarışına dördgünlük biletlər 20 faiz endirimlə təklif edilir
22 Oktyabr 15:53
Soçidə Rusiya və Türkiyə prezidentlərinin görüşü keçirilir
22 Oktyabr 15:38
Gəncə-Qazax iqtisadi rayonundakı sahibkarlara 631 min manat güzəştli kredit verilib
22 Oktyabr 15:21
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında “Vikipediya” Metodik Mərkəzi yaradılıb
22 Oktyabr 15:15
Azərbaycanda ilk dəfə “StartupFest 2019” adlı beynəlxalq startap festivalı keçiriləcək
22 Oktyabr 15:08
Prezident İlham Əliyevin müəllifi olduğu yeni islahatlar strategiyası inkişafı sürətləndirməkdədir
22 Oktyabr 14:55
Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib
22 Oktyabr 14:43
Sofiyada Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına həsr olunan dəyirmi masa təşkil olunub
22 Oktyabr 14:15
Siyavuş Novruzov: Heydər Əliyev heç bir təhlükə və təhdidin onu yolundan çəkindirməyəcəyini qayıdışı ilə hər kəsə sübut etdi
22 Oktyabr 14:00
Yaxın günlərdə daha 121 şəhidin 177 vərəsəsinə birdəfəlik ödəmə veriləcək
22 Oktyabr 13:41
Rövzət Qasımov Mərkəzi Seçki Komissiyasına üzv təyin edilib
22 Oktyabr 13:35
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı qatılacaq
22 Oktyabr 13:33
Azərbaycan ilə Rusiyanın Primorsk diyarı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
22 Oktyabr 13:29
Monitorinq insidentsiz başa çatıb
22 Oktyabr 13:27
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı təsdiqlənib
22 Oktyabr 13:01
Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışına start verilib
22 Oktyabr 12:58
Naxçıvan Dövlət Universitetində “Akademik İsa Həbibbəyli-70” mövzusunda elmi konfrans keçirilib
22 Oktyabr 12:56
Yubiley “BakuBuild 2019” sərgisi açılıb
22 Oktyabr 12:51
Maksim Şevçenko: Aİ Azərbaycandakı aksiyadan narahatlıq ifadə etməkdənsə, İspaniya hökumətinə qarşı bəyanatlar versin
22 Oktyabr 12:48
Bu il TANAP-la 1,8 milyard kubmetrədək təbii qaz nəql olunub
22 Oktyabr 12:42
Brüsseldə Pan Avropa Regional Şurasının İcraiyyə Komitəsinin iclası keçirilib
22 Oktyabr 12:38
Milli Məclisin növbəti plenar iclası keçirilir
22 Oktyabr 12:16
Azərbaycana 10 min tonadək çay idxal edilib
22 Oktyabr 12:13
Oktyabrın 29-da Belarusda Azərbaycan Gəncləri Günlərinə start veriləcək
22 Oktyabr 12:06
Azərbaycanı səsimizlə birinci edək
22 Oktyabr 11:57
Pekində Azərbaycan və Çin Müdafiə nazirlərinin görüşü keçirilib
22 Oktyabr 11:40
Azərbaycanın şimal rayonlarında 12 modul tipli yeni məktəb binası quraşdırılır
22 Oktyabr 11:28
Giorgi Qaxariya: Regionda həyata keçirilən layihələrin çox böyük əhəmiyyəti var
22 Oktyabr 11:05
Beynəlxalq Enerji Agentliyi: "Cənub Qaz Dəhlizi" Avropaya tədarükün təhlükəsizliyinin təmin olunmasında vacib amil olacaq
22 Oktyabr 10:52
UEFA Çempionlar Liqası: bu gün üçüncü tura start verilir
22 Oktyabr 10:51
Təhsil Nazirliyi yanında İctimai Şuranın Əsasnaməsi qəbul edilib
22 Oktyabr 10:48
Mirzəcan Xəlilov: Azərbaycan sosial-iqtisadi sahədə inkişafını uğurla davam etdirir
22 Oktyabr 10:38
Sahibə Qafarova: İmkan vermək olmaz ki, xaricdən tapşırıq alan hansısa qruplar ölkəmizdəki sabitliyə xələl yetirsin
22 Oktyabr 10:34
“Üçüncü Tbilisi İpək Yolu Beynəlxalq Forum”u işə başlayıb
22 Oktyabr 10:21
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
22 Oktyabr 10:19
Sevinc Fətəliyeva: Radikal müxalifətin bütün fəaliyyəti xalqın deyil, şəxsi maraqların təminatına, ölkədəki sabitliyin pozulmasına istiqamətlənib
22 Oktyabr 10:17
İradə Hüseynova: Biz Liderimizin ətrafında daha da sıx birləşməli, ziyalı olaraq dövlətimizin başçısına hər zaman dəstək olmalıyıq
22 Oktyabr 10:14
Naqif Həmzəyev: Xalq dağıdıcı müxalifətin pafoslu çağırışlarını rədd edir
22 Oktyabr 09:50
Azərbaycan Prezidenti İlham Əliyev MDBMİ-ni yubiley münasibətilə təbrik edib
22 Oktyabr 09:46
Yaponiya paytaxtında İmperator Naruhitonun taxta çıxması mərasimi keçiriləcək
22 Oktyabr 09:40
Azərbaycan ilə Meksika gömrük məsələlərində qarşılıqlı inzibati yardıma dair saziş imzalayacaq
22 Oktyabr 09:34
YAP Nərimanov rayon təşkilatının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üzrə ərazi ilk partiya təşkilatında tədbir keçirilib
22 Oktyabr 09:33
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır
22 Oktyabr 09:32
Siyavuş Novruzov: Onlar mitinq yox, təxribat həyata keçirməyi planlaşdırırdılar
22 Oktyabr 09:30
Türkiyə səfirliyində Azərbaycan media təmsilçiləri ilə görüş keçirilib
22 Oktyabr 09:27
Əli Kərimlinin təxribat planı yenə baş tutmadı
22 Oktyabr 09:26
Əhalinin siyahıyaalınması: dayanıqlı inkişaf üçün mühüm informasiya mənbəyi
22 Oktyabr 09:24
Zəfərin Komandanı
22 Oktyabr 09:21
Ağcabədidə bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə hazırlıq işləri görülür
22 Oktyabr 09:19
Euronews: Zubrlar Qafqaza gedir
21 Oktyabr 21:12
Prezident İlham Əliyev Baş Nazirin müavini Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+19 +22
gecə+15 +17