Ana səhifə »  İqtisadiyyat »  Prezident İlham Əliyev: Doqquz ayın sosial-iqtisadi göstəriciləri müsbətdir. İqtisadi artım təmin olunub
A+   Yenilə  A-
Prezident İlham Əliyev: Doqquz ayın sosial-iqtisadi göstəriciləri müsbətdir. İqtisadi artım təmin olunub

Ölkəmizdə uğurla aparılan kompleks islahatlar milli iqtisadiyyatımızın qarşısında yeni inkişaf perspektivləri açıb
Son 16 ildə dünya miqyasında iqtisadi sahədə Azərbaycan kimi dinamik inkişaf göstəriciləri qazanan ölkələrin sayı çox az olub. Bəhs olunan dövrdə milli iqtisadiyyatımız 3 dəfədən çox genişlənib ki, bu da kifayət qədər yaxşı göstəricidir. Ölkəmizin iqtisadi sahədə qazandığı uğurlardan söhbət açarkən burada konkret hədəflərə hesablanan məqsədyönlü siyasət, o cümlədən də islahatlar sayəsində inkişafın ardıcıllığının təmin olunması amilinin önəmini xüsusi vurğulamaq lazımdır. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji yol xəritələrinin, çevik tədbirlərin nəticəsidir ki, ölkəmizdə iqtisadi inkişafla bağlı bütün şərtlər yüksək səviyyədə təmin olunub və iqtisadiyyatın müxtəlif sahələrində ilbəil daha yaxşı göstəricilər əldə olunur. Deyilənlər baxımından 2019-cu ilin arxada qalan 9 ayı da istisna təşkil etməyib. İlin əvvəlindən bəri iqtisadiyyatımızda istehsal artıb, yeni ixrac imkanları yaranıb, büdcəmizə əlavə vəsaitlər cəlb olunub. Yeri gəlmişkən, oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə söylədiyi nitqində dövlət başçımız iqtisadiyyatımızda vəziyyəti geniş təhlil edərək müşahidə edilən müsbət dinamikanı məmnunluq hissi ilə nəzərə çatdırıb. “Doqquz ayın sosial-iqtisadi göstəriciləri müsbətdir. İqtisadi artım təmin olunub”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Şaxələndirmə ilə bağlı tədbirlər öz nəticəsini verir
Məlumdur ki, tarixən Azərbaycan iqtisadiyyatı neft amili ilə sıx bağlı olub və bu gün də ölkəmizdə uğurlu enerji siyasəti həyata keçirilir. Ancaq “neft sindromu”nun acı fəsadları ilə üzləşən ayrı-ayrı ölkələrdən fərqli olaraq, müstəqil Azərbaycan öz inkişaf perspektivlərini heç də yalnız karbohidrogen amili ilə bağlamayıb. Əksinə, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi davamlı olaraq diqqət mərkəzində saxlanılır. Azərbaycanın xoşbəxtliyi ondadır ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu yeni neft strategiyasında qarşıya enerji sektorunun inkişafı ilə yanaşı, neftdənkənar iqtisadiyyatın potensialının artırılması ilə bağlı hədəflər qoyulub. Son 16 ildə ölkəmizdə bu strategiya Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla davam etdirilir və Onun siyasi iradəsi əsasında milli iqtisadiyyatımızda ağırlıq mərkəzinin tədricən neftdənkənar sahələrə keçirilməsinə hesablanan məqsədyönlü tədbirlər görülür. Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq ötən 16 ildə ölkənin neft-qaz satışından əldə etdiyi gəlirlər məqsədyönlü şəkildə neftdənkənar iqtisadiyyatın inkişafına yönəldilib. Eyni zamanda, qeyri-neft sektorunda istehsal imkanlarının genişləndirilməsinə möhkəm hüquqi baza yaradılıb, genişmiqyaslı təşviq tədbirləri görülüb.
Son 16 ildə ölkəmizdə qeyri-neft iqtisadiyyatının üstün inkişafını hədəfləyən siyasət öz müsbət nəticəsini verir. Həyata keçirilən bu və ya digər tədbirlərin nəticəsində neftdən asılılıq əhəmiyyətli dərəcədə aradan qaldırılıb. Başqa sözlə desək, aparılan uğurlu şaxələndirmə siyasəti Azərbaycan iqtisadiyyatının inkişafına yeni impuls verib. Son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi məmnunluq doğurur. Bir vaxtlar ölkədə istehsal olunan ümumi daxili məhsulda neft sektorunun çəkisi 80 faiz civarında idi. Hazırda isə ÜDM-də qeyri-neft sektorunun payı 70 faizə çatıb.
Son illərdə milli iqtisadiyyatımızda qeyri-neft sektorunun mühüm qolu olan özəl bölmənin xüsusi çəkisinin getdikcə artması ölkəmizin müsbət reallıqlarından biri kimi diqqəti cəlb edir. Hazırda sənayedə özəl sektorun payı təxminən 83 faizə çatıb. Eyni zamanda, aqrar sektorda sahibkarların investisiyaları hesabına yaradılan iri fermer təsərrüfatları, müasir aqroparklar regionlarda iqtisadi aktivliyin artmasında mühüm rol oynayır.
Respublikamızda özəl sektorun dəstəklənməsi strategiyası çərçivəsində kiçik və orta biznesin (KOB) iqtisadiyyatda rolunun artırılması davamlı olaraq diqqət mərkəzində saxlanılır. KOB-lara dəstək məqsədi ilə yaradılmış Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 2019-cu ilin əvvəlindən bəri mikro, kiçik və orta sahibkarların məlumatlandırılması, onlara müxtəlif xidmətlərin göstərilməsi, yeni dəstək mexanizmlərinin yaradılması, KOB-ların maraqlarının müdafiəsi istiqamətində müvafiq tədbirlər görülüb.
Respublikamızda sahibkarlıq fəaliyyətinin təşviq edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən söhbət açarkən İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin respublikanın bölgələrində reallaşdırdığı “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) proqramının önəmini də vurğulamaq lazımdır. KOB dostları mikro, kiçik və orta biznes subyektlərinin təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılması, yeni KOB subyektlərinin yaradılması və inkişafının bütün mərhələlərində, eləcə də sahibkarların hüquqlarının müdafiəsi istiqamətində KOB-lara dəstək göstərən mexanizmdir. Hazırda Lənkəran, Quba-Xaçmaz, Aran, Gəncə-Qazax, Şəki-Zaqatala və Abşeron iqtisadi rayonlarında yaradılan “KOB Dostu” şəbəkəsi uğurla fəaliyyət göstərir.
Həyata keçirilən bu kimi dəstək tədbirlərinin nəticəsidir ki, 2019-cu ilin 9 ayında da ölkəmizdə neftdənkənar iqtisadiyyat üzrə yaxşı göstəricilər əldə olunub. Prezident İlham Əliyev ilin əvvəlindən bəri qeyri-neft sektorunda qazanılan uğurlardan bəhs edərək “Sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çoxdur. Bu, onu göstərir ki, şaxələndirmə ilə bağlı tədbirlər öz nəticəsini verir. Əlbəttə, biz istərdik ki, artım daha da yüksək olsun. Hesab edirəm ki, buna nail olmaq üçün kifayət qədər imkanlar, potensial var. Sadəcə olaraq, biz bu potensialdan maksimum səmərə ilə istifadə etməliyik”, - deyə vurğulayıb.
2019-cu ilin doqquz ayında ölkəmizdə qeyri-neft sənayesi 15 faiz artıb
Müasirləşməni strateji xətt kimi seçən Azərbaycanın hədəfləri sırasında neftdən kənar iqtisadiyyat üzrə innovativ əsaslı sənaye quruculuğu mühüm yer tutur. Burada respublikamız bir neçə məqsəd güdür. Belə ki, ölkəmiz sənaye quruculuğuna ciddi önəm verməklə, bu prosesi həm siyasi, həm də maddi cəhətdən dəstəkləməklə bir tərəfdən iqtisadi inkişafı müasir qlobal trendlərə uyğunlaşdırmaq, digər tərəfdən isə daxili istehlakda yerli məhsulların xüsusi çəkisini artırmaq, özünün ixrac imkanlarını genişləndirmək, eləcə də məşğulluq kimi ciddi sosial məsələnin həllində daha yaxşı nəticələrə nail olmaq niyyətindədir. Əvvəlki illərdə, həmçinin 2019-cu ilin əvvəlindən bəri əldə olunan göstəricilərə istinad edərək deyə bilərik ki, müəyyənləşdirilən strateji xəttə uyğun olaraq həyata keçirilən tədbirlər özünün müsbət nəticələrini verir. Belə ki, ölkəmizin sənaye sektorunda istehsal və ixrac imkanları getdikcə artır. Milli iqtisadiyyatımızda 2019-cu ilin 9 ayında ən yaxşı göstərici də məhz qeyri-neft sənayesində qeydə alınıb. Prezident İlham Əliyev məmnunluq hissi ilə bildirib ki, son illərdə respublikamızda qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verir: “Yenə də qeyri-neft sənayesi sahəsində yüksək göstəricilər mövcuddur. Beləliklə, qeyri-neft sənayemiz 15 faizdən çox artıb. Bu, onu göstərir ki, son illərdə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verir. Deyə bilərəm ki, qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər”.
Azərbaycan sənaye quruculuğu siyasətində qabaqcıl dünya təcrübəsinə istinad edir. Bu baxımdan ölkəmizdə yüksək infrastruktur təminatına malik sənaye parklarının yaradılması təqdirəlayiq haldır. Hazırda Prezident İlham Əliyevin müvafiq Fərman və sərəncamlarına uyğun olaraq ölkəmizdə kimya, təkrar emal, yüngül sənaye, gəmiqayırma, əczaçılıq sahələrində ixtisaslaşmış sənaye parkları fəaliyyət göstərir. İndiyədək ölkəmizdə yaradılan 9 sənaye pakı və məhəllələrində 78 rezident qeydiyyatdan keçib, 45 rezident artıq fəaliyyətə başlayıb. Nəzərdə tutulan 6,4 milyard manat sərmayədən 5,7 milyard manatı faktiki olaraq qoyulub və bu layihələrin yerinə yetirilməsi nəticəsində 11 mindən çox yeni iş yeri açılıb. Eyni zamanda, bu layihələrin fəaliyyəti nəticəsində indiyədək 1,5 milyard manatlıq məhsul istehsal olunub ki, onun da 300 milyon manatlıq hissəsi ixraca yönəlib.
Ölkəmizdə güclü dövlət dəstəyi hesabına yaradılan sənaye parklarında buraxılan məhsulların çeşidi müxtəlifdir. Belə ki, sənaye parklarındakı müəssisələr ən müasir avadanlıqlarla təchiz edilib və həmin müəssisələrdə yüksək tələbat duyulan tanker və gəmilər, elektron təhsil avadanlıqları, metal konstruksiyaları, maşınqayırma avadanlıqları, polad və polietilen borular, mexaniki və hidrotexniki avadanlıqlar, polipropilen, pestisidlər, müxtəlif növ sürtkü yağları, xortumlar və fitinqlər, kabellər, polimer məmulatlar, texniki qazlar, alüminium və plastik profillər, pambıq iplikləri və s. istehsal edilir. Qeyd edək ki, ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq rezidentlərin sənaye parklarına investisiya yönəltmələri güclü şəkildə təşviq edilir. Sənaye parkları üçün infrastruktur təminatı, bir qayda olaraq, dövlət vəsaiti hesabına yaradılır. Bundan başqa, sənaye parklarının rezidentləri qeydiyyata alındığı gündən etibarən 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, eləcə də parka istehsal məqsədilə gətirilən texnika, texnoloji avadanlıqlar və qurğulara görə əlavə dəyər vergisindən, həmçinin gömrük rüsumundan azaddırlar. Sənaye parklarında rezidentlərin qeydiyyatı “bir pəncərə” sistemi ilə həyata keçirilir.
Ölkəmizdə Prezident İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli Fərmanı əsasında təşkil olunan Sumqayıt Kimya Sənaye Parkı respublikamızda yaradılan ilk və ən böyük sənaye parkıdır. Parkın 508 hektarlıq ümumi ərazisinin 450 hektarı sənaye zonasıdır. Artıq burada 75 faiz məskunlaşma qeydə alınıb. Sənaye parkında qeydə alınan rezidentlərin layihələrinin investisiya dəyəri 2,8 milyard dollardır ki, bunun da 2,2 milyard dolları artıq layihələrə yatırılıb. Hazırda Sumqayıt Kimya Sənaye Parkının ərazisində yeni istehsalatların yaradılması istiqamətində işlər uğurla davam etdirilir. Parkın ərazisində cari ilin əvvəlində istifadəyə verilən “SOCAR karbamid” zavodu geniş istehsal imkanlarına malik olan müəssisədir. Dəyəri təxminən 800 milyon avro təşkil edən “SOCAR karbamid” zavodunun istehsala başlaması azot gübrəsi idxalına ehtiyacı aradan qaldıracaq, bununla da ölkənin xarici valyuta xərcləri azalacaq. Eyni zamanda, istehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulur ki, bu da ölkəyə hər il 160 milyon dollara qədər əlavə gəlirin daxil olmasına imkan verəcək.
Respublikamızda uğurla reallaşdırılan “SOCAR Polymer” layihəsinin önəmini də xüsusi qeyd etmək lazımdır. Xatırladaq ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən ilk müəssisə - polipropilen zavodu 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyevin və ölkəmizdə səfərdə olan İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə istifadəyə verilib. Layihə çərçivəsində növbəti müəssisə - yüksəksıxlıqlı polietilen zavodu 2019-cu il fevralın 18-də işə salınıb. Haqqında bəhs olunan layihənin əsas məqsədi idxalın əvəz olunması və ölkənin ixrac potensialının artırılmasıdır. “SOCAR Polymer” zavodları ildə 10 çeşiddə 184 min ton polipropilen və 4 çeşiddə 120 min ton yüksəksıxlıqlı polietilen istehsal edəcək. SOCAR-ın yeni sənaye kompleksi daxili bazarın tələbatını tam ödəyəcək və məhsulun izafi qalan 75 faizini Türkiyə və Avropa bazarlarına ixrac edəcək. “SOCAR Polymer” zavodlarının fəaliyyəti Azərbaycanın qeyri-neft sektorunun ixrac gəlirlərini 15 faiz artıracaq.
Regionlarda sənaye məhəllələrinin təşkili də ölkə üzrə iqtisadi aktivliyin artmasına öz müsbət təsirini göstərir. Qeyd edək ki, respublikamızda ilk sənaye məhəlləsi 2017-ci ildə Neftçalada istifadəyə verilib. 2018-ci ildə Neftçala Sənaye Məhəlləsində “Azərmaş” ASC və “İran Khodro” şirkətlərinin birgə yaratdığı “Xəzər” avtomobil zavodu işə salınıb.
Ötən il açılan və kiçik və orta sahibkarlığın inkişafında əhəmiyyətli rolu olan Masallı Sənaye Məhəlləsində hazırda 10 müəssisə fəaliyyət göstərir. Sənaye Məhəlləsinə sahibkarlar tərəfindən 5,3 milyon manat investisiya yatırılıb və 200-dən çox iş yeri açılıb. Hacıqabul Sənaye Məhəlləsində tikinti-quraşdırma işləri başa çatdırılıb, Sabirabad Sənaye Məhəlləsində isə tikinti işləri davam etdirilir.
Cari il aprelin 19-da isə Hacıqabul Sənaye Məhəlləsində “Azərmaş” ASC-nin “Qartal” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə avtobus və yük avtomobilləri istehsalı zavodunun təməli qoyulub. Zavodda birinci mərhələdə 500 ədəd müxtəlif tutumlu avtobus, ikinci mərhələdə 1000 ədəd avtobus və yük avtomobili istehsal ediləcək. Layihənin ümumi dəyəri 10 milyon avrodur.
Ümumilikdə, indiyədək ölkəmizdə istifadəyə verilən 2 sənaye məhəlləsinə 50 milyon manatdan çox özəl investisiya yatırılıb, 700-dək iş yeri yaradılıb. Digər 2 sənaye məhəlləsinin istifadəyə verilməsi ilə açılan iş yerlərinin sayı 1800-ə çatacaq, 77 milyon manat özəl investisiya yatırılacaq.
İqtisadi islahatların dərinləşdirilməsi əsas vəzifə kimi müəyyənləşdirilib
Ölkəmizdə davamlı iqtisadi inkişafı şərtləndirən amillər sırasında aparılan islahatların önəmini ayrıca qeyd etmək lazımdır. Qabaqcıl dünya təcrübəsinin, müasir təsərrüfatçılıq metodlarının, yeni təşəbbüslərin tətbiqinə, liberal transformasiyalara uğurlu keçidin təmin olunmasına hesablanan kompleks islahatlar postneft dövründə milli iqtisadiyyatımızın inkişafı üçün münbit zəmin rolunda çıxış edərək onun qarşısında yeni perspektivlər açıb. Ölkədə aparılan islahatların yüksək qiymətləndirildiyini bildirən Prezident İlham Əliyev “Əlbəttə ki, əsas vəzifəmiz iqtisadi inkişafı şərtləndirən islahatları dərinləşdirməkdir. Bütövlükdə Azərbaycanda iqtisadi sahədə islahatlar uğurla gedir. Beynəlxalq aparıcı maliyyə qurumları bu sahədəki fəaliyyətimizi yüksək qiymətləndirirlər. Mənim Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı beynəlxalq maliyyə qurumlarının rəhbərləri ilə çoxsaylı görüşlərim deməyə əsas verir ki, Azərbaycanda aparılan islahatlar yüksək qiymətləndirilir”, - deyə vurğulayıb.
Yeni iqtisadi şəraitdə ölkəmizdə aparılan islahatlar kompleks səciyyə daşıyır və bir-birini tamamlayır. Prezident İlham Əliyev ölkədə bank-maliyyə sektorunda inklüzivliyin daha da artırılması, sahibkarların vergi yükünün azaldılması yolu ilə vergi bazasının genişləndirilməsi, gömrük nəzarətinin sadələşdirilməsi və şəffaflığın təmin olunması, istehsal imkanlarının genişləndirilməsi, “Made in Azerbaijan” brendinin yaradılması və sosial sfera da daxil olmaqla digər sahələri əhatə edən Fərman və sərəncamlar imzalayıb. Dövlət başçısının 2016-cı il 6 dekabr tarixində imzaladığı Fərmanla təsdiqlənən milli iqtisadiyyat perspektivi və onun 11 sektoru üzrə strateji yol xəritələri yaxın, orta və uzunmüddətli dövrlərdə ölkəmizin hərtərəfli inkişafına hesablanıb.
Biz yuxarıda ölkəmizdə güclü sahibkarlar ordusunun formalaşmasından söhbət açdıq. Respublikamızda özəl sektorun yeni inkişaf mərhələsinə yüksəlməsində islahatların xüsusi rolu olub. Respublikamızda qısa müddətdə özəl bölmənin milli iqtisadiyyatımızın güclü bir qoluna çevrilməsində, iqtisadi proseslərə təsir imkanları artan sahibkarlar ordusunun formalaşmasında məqsədyönlü şəkildə reallaşdırılan islahatlar çox mühüm rol oynayıb. Ötən dövrdə respublikamızda biznes mühitinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb. Respublikamızda özəl bölmənin inkişafına yönələn islahatların əhatə dairəsi kifayət qədər genişdir. O cümlədən sahibkarlıq subyektlərində yoxlamaların dayandırılmasının müddəti 2021-ci ilədək uzadılıb, investisiyaların qorunması, ixracın təşviqi ilə bağlı səmərəli mexanizmlər işə salınıb, vegi bazasının genişləndirilməsi yolu ilə sahibkarların vergi yükü azaldılıb, biznesə başlama, enerji sisteminə və digər kommunikasiya şəbəkələrinə qoşulma prosedurları, lisenziyalaşdırma mexanizmi sadələşdirilib, elektron xidmətlər şəbəkəsi genişləndirilib.
Yeni iqtisadi şəraitdə həyata keçirilən islahatlar çərçivəsində özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi sahibkarlar üçün yeni imkanlar açıb. Qeyd edək ki, dövlət başçısının “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 2018-ci il 31 iyul tarixli Fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondu ləğv edilərək İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi yaradılıb və “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası” təsdiq edilib. Yeni qaydalara əsasən, güzəştli kreditlərdən daha səmərəli istifadə məqsədilə Sahibkarlığın İnkişafı Fondunun kreditlərinin illik faiz dərəcəsi 6 faizdən 5 faizə endirilib. Eyni zamanda, yeni qaydalarda ortahəcmli kreditlərin hədləri dəyişdirilərək 50 001 manatdan 1 000 000 manatadək artırılıb. Bütövlükdə, son 16 ildə ölkə üzrə investisiya layihələrinin ümumi dəyəri 5,1 milyard manat olan 35 mindən çox sahibkara 2,3 milyard manat güzəştli kredit verilib.
Yeni şəraitdə respublikamızda aparılan iqtisadi islahatlar çərçivəsində ölkədə ixracın səmərəli təşviqi mexanizmi işə salınıb ki, burada da əsas məqsədlərdən biri xarici bazarlara daha çox mal çıxartmaqla ölkəyə valyuta daxilolmalarını artırmaqdır.
Eyni zamanda, daxili istehsalın dəstəklənməsi istiqamətində həyata keçirilən zəruri tədbirlər böyük aktuallıq daşıyır. Qeyri-neft sektorunda istehsal və ixrac imkanlarının genişləndirilməsi məqsədilə özünütəminetmə səviyyəsi və yerli istehsal potensialı yüksək olan məhsullar üzrə idxala spesifik rüsumlar tətbiq edilir. Milli sahibkarlar ölkədə daxili istehsalın dəstəklənməsinə yönələn tədbirlərdən maksimum dərəcədə bəhrələnməyə çalışırlar. Təsadüfi deyil ki, özəl bölmə təmsilçiləri son vaxtlarda istehsal təyinatlı müəssisələrin yaradılmasına məmnuniyyətlə investisiyalar yönəldirlər.
Mübariz

 
  • Oxunub:  7050  |  
  • Tarix:  18-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib
12 Noyabr 11:03
12 noyabr - Konstitusiya Günüdür
12 Noyabr 10:05
Konstitusiyamız və milli ideologiyamız
12 Noyabr 10:02
Şanxay idxal sərgisində 71,13 milyard dollarlıq razılaşmalar əldə olunub
12 Noyabr 09:58
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
12 Noyabr 09:37
Moldova Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib
12 Noyabr 09:35
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub
11 Noyabr 22:51
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
11 Noyabr 22:32
Azərbaycanın Dövlət Bayrağı Günü Ankarada qeyd olunub
11 Noyabr 20:00
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
11 Noyabr 18:19
Azərbaycan XİN Lavrovun Yerevanda Ermənistan-Azərbaycan münaqişəsinə dair səsləndirdiyi fikirlərə münasibət bildirib
11 Noyabr 17:55
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcək
11 Noyabr 17:40
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
10 Noyabr 16:16
Düşənbədə MDB ölkələrinin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının XXX yubiley iclası keçirilib
10 Noyabr 16:06
“Modern Diplomacy” portalında Ermənistanda faşistlərin və terrorçuların qəhrəmanlaşdırılmasına dair məqalə yayılıb
10 Noyabr 16:01
Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü Türkiyədə müxtəlif tədbirlərlə qeyd edilir
10 Noyabr 15:55
Naxçıvan Qarnizonu qoşunlarında Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edilib
10 Noyabr 13:57
Sabah ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək
10 Noyabr 11:58
Azərbaycanlı tələbələr Qars şəhərinin küçə və meydanlarında dövlət bayrağımızı dalğalandırıblar
10 Noyabr 11:25
Dövlət Bayrağı Günü Niderlandda da qeyd olunub
10 Noyabr 10:27
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
10 Noyabr 10:21
Bakı bütünlüklə Azərbaycan bayrağıyla bəzənib
09 Noyabr 20:51
Milli Məclis aparatının əməkdaşları Gürcüstan parlamentində olublar
09 Noyabr 20:11
"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 91-ci kitabı çapdan çıxıb
09 Noyabr 20:10
Zaqatalada Bayraq yürüşündə üç mindən çox gənc iştirak edib
09 Noyabr 19:45
Dövlət Bayrağı günü Yevlaxda təntənə ilə qeyd edilib
09 Noyabr 19:32
Gəncədə ikinci “Fantaziya” Mədəni İrs Festivalı çərçivəsində silsilə tədbirlər keçirilir
09 Noyabr 19:20
İƏT Nazirlər Şurasının qəbul etdiyi Antalya Komünikesində Ermənistanın işğalçılıq siyasəti qətiyyətlə pislənib
09 Noyabr 19:14
Müdafiə naziri: Azərbaycan Ordusu sürətlə inkişaf edir
09 Noyabr 18:54
İstanbulda Bayraq gününə həsr olunan “İSTİQLAL” Beynəlxalq Bilik Yarışmasına start verildi – Gənclər Fondunun dəstəyi ilə - FOTOLAR
09 Noyabr 18:40
Naxçıvanda Dövlət Bayrağı Gününə həsr olunmuş iməcilik keçirilib
09 Noyabr 18:17
Mövlud Çavuşoğlu: Həqiqi soyqırımı ermənilər tərəfindən yaxın tariximizdə Xocalıda törədilib
09 Noyabr 17:00
İlahiyyat İnstitutu tərəfindən Cocuq Mərcanlıda “Qarabağ Azərbaycandır!” lövhəsi açılıb
09 Noyabr 16:05
Paytaxtda növbəti iməcilik keçirilib
09 Noyabr 15:54
Pensiya sistemi ilə bağlı qanunvericiliyə dair ictimai müzakirə keçirilib
09 Noyabr 15:37
Tbilisidə “Azərbaycan bayrağı” adlı fləşmob keçirilib
09 Noyabr 15:32
Mövlud Çavuşoğlu: Türkiyə bundan sonra da Azərbaycanın haqq işini müdafiə edəcək
09 Noyabr 14:50
DSX-nın gənc əsgərləri Vətənə sədaqət andı içiblər

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA