Ana səhifə »  İqtisadiyyat »  Neft Daşları Azərbaycanın strateji habına çevriləcək
A+   Yenilə  A-
Neft Daşları Azərbaycanın strateji habına çevriləcək

Neft Daşları dənizdə neft hasilatının və ölkəmizin ikinci neft bumunun başlanğıc nöqtəsi, dənizdə gələcəkdə işlənməsi nəzərdə tutulan neft-qaz yataqlarını birləşdirən əsas infrastruktur qovşağıdır

 

“Neft Daşları olmadan Azərbaycanda heç bir böyük neft və yaxud qaz hasilatı layihəsi mümkün deyildir. Bizim bütün xətlərimiz və gələcəkdə istismara veriləcək yeni layihələr hamısı Neft Daşlarında birləşir”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

 

Noyabrın 7-də Neft Daşlarının 70 illiyi tamam olur. AZƏRTAC bu münasibətlə SOCAR-ın prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayevin məqaləsini təqdim edir.
Bu günlər xalqımız Azərbaycan neft-qaz sənayesi tarixinə əbədi həkk olunmuş əlamətdar günlərdən birini - Neft Daşları yatağında ilk neftin çıxarılmasının 70-ci ildönümünü qeyd edir. Xəzər dənizində polad dirəklər üzərində belə bir əfsanəvi şəhərin yaradılması Azərbaycan neftçilərinin qəhrəmanlıq salnaməsində parlaq səhifədir. Neft Daşlarında ilk neftin çıxarılması dünya əhəmiyyətli tarixi hadisədir. 1949-cu ilin 7 noyabr günü Bakı şəhərindən 110 kilometr şimal-şərqdə, Xəzər dənizində qazılmış neft quyusunun fontan vurması ilə dünya neft sənayesinin inkişafında yeni bir dövrün - açıq dənizdə stasionar platforma üzərindən neft hasilatının başlanğıcı qoyuldu. İndi, demək olar, bütün okean və dənizlərdə axtarış-kəşfiyyat və hasilat işləri aparılır. Neft Daşları yatağının kəşf edilməsi təkcə keçmiş SSRİ-ni əhatə edən Xəzərdə, Oxot, Barents dənizlərində, Qara dənizdə deyil, həm də dünyanın bütün dəniz və okeanlarında - Meksika körfəzində, Şimal dənizində axtarış-kəşfiyyat işlərinin inkişafına güclü təkan verdi. Hazırda dünya üzrə axtarış-kəşfiyyat işlərinin və karbohidrogen hasilatının əhəmiyyətli hissəsi dəniz akvatoriyalarının payına düşür. Okean və dəniz şelflərində işlərin miqyası sürətlə genişlənir. Suyun dərinliyi min metrdən çox olan sahələrdə karbohidrogen ehtiyatlarının mənimsənilməsi prosesi gedir və biz fəxrlə deyə bilərik ki, bu böyük prosesin əsası qəhrəman Azərbaycan neftçiləri tərəfindən qoyulub.
Neft Daşlarının kəşfi və istismarı Azərbaycan neft sənayesini inkişafın yeni pilləsinə qaldırdı, qazanılan təcrübə Xəzərin digər sahələrində axtarış-kəşfiyyat işlərinin sürətlənməsinə təkan verdi, qısa müddətdə yeni neft-qaz yataqlarının tapılmasına və işlənilməsinə yol açdı. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, “Yeni neft strategiyasının maddi və elmi təməli məhz Neft Daşları ilə qoyulmuşdur”.
Neft Daşlarının inkişaf tarixi Heydər Əliyevin adı ilə sıx bağlıdır. O, hələ keçmiş sovetlər dönəmində respublikamıza rəhbərlik etdiyi illərdə dəniz neftçilərinin əməyini daim yüksək qiymətləndirmiş, dəfələrlə Neft Daşlarına səfər etmiş, vəziyyətlə yerində tanış olaraq, mövcud problemlərin həlli üçün müvafiq tapşırıqlar vermiş, məsələləri şəxsi nəzarətində saxlamışdır. Ulu Öndərin Neft Daşlarının 25 illik yubileyində neftçilər qarşısında qoyduğu vəzifələr isə həqiqətən, tarixi əhəmiyyət kəsb edirdi. O vaxt Xəzər dənizinin 40 metrədək dərinliyində yerləşən yataqlar artıq kəşf edilmişdi. Ulu Öndər neft-qaz sənayesinin inkişafı istiqamətində mövcud elmi bilikləri ümumiləşdirərək, dənizin 100 metrdən artıq dərinliklərində işə başlamaq təşəbbüsü ilə çıxış etdi. Neftçilər bu təşəbbüsü böyük ruh yüksəkliyi ilə qarşıladılar və tezliklə Neft Daşlarının işlənməsi təcrübəsindən istifadə olunmaqla bu gün Azərbaycan iqtisadiyyatının qüdrətlənməsi üçün müstəsna əhəmiyyət kəsb edən “Günəşli”, “Çıraq”, “Azəri” və digər yataqlar kəşf olundu. Ümummilli Liderin diqqət və qayğısı dənizdə neftçıxarma sənayesinin müasir infrastrukturla təchiz olunmasında həlledici rol oynadı. O zaman keçmiş SSRİ-də yeganə ixtisaslaşdırılmış Neft Donanması Bakıda formalaşdı və dənizin dərinsulu hissələrində işlərin səmərəli aparılması üçün zəruri əhəmiyyət kəsb edən “Xəzər” və “Şelf” tipli 10-dan çox yarımdalma və özüqalxan qazma qurğusu, seysmik, mühəndis-geoloji elmi-tədqiqat gəmiləri, kran və borudüzən gəmilər, sərnişin və təchizat gəmiləri və digər texnika və avadanlıqlarla komplektləşdirildi. Heydər Əliyev şəxsi nüfuzundan istifadə edərək hazırda Onun adını şərəflə daşıyan və dəniz neft-qaz platformalarının inşasını uğurla həyata keçirən Dərin Özüllər Zavodunun Azərbaycanda tikilməsinə nail oldu. Ulu Öndər həmin dövrdə görülən işlərin tarixi miqyaslarından danışarkən deyirdi: “Neft Daşları - XX əsrdən XXI əsrə atılmış bir körpüdür. Yeni neft strategiyasının maddi və elmi təməli də məhz Neft Daşları ilə qoyulmuşdur”.
Ötən 70 il ərzində Neft Daşları böyük bir qəhrəmanlıq yolu keçərək nəhəng istehsal-yaşayış kompleksinə çevrilmişdir. Burada indiyədək 1939 quyu qazılmış, 200 kilometrdən çox estakada, 333 istehsal meydançası tikilmiş, 100 kilometrlərlə neft, qaz, su kəmərləri çəkilmiş, işlənmənin əvvəlindən 175,5 milyon ton neft və 14,3 milyard kubmetrdən çox qaz hasil olunmuşdur. Neft Daşları ona bitişik olan “Palçıq pilpiləsi” yatağı ilə birlikdə istismar dövründə Azərbaycanın neft hasilatının təqribən 13 faizini birbaşa təmin etmişdir. Hasilatının pik səviyyəsində - 1967-ci ildə Neft Daşlarında 7,6 milyon ton neft hasil olunmuşdur ki, bu da Azərbaycanın o dövrdə ümumi neft hasilatının 1/3 hissəsi idi. Hazırda Neft Daşlarında istismar fondunda olan 406 quyunun 399-u fəaliyyətdədir, yataq üzrə gündəlik hasilat 3050 ton neft, 300 min kubmetr qaz təşkil edir. Sulaşma göstəricisi 30 faiz təşkil edir ki, bu da işlənmənin son mərhələsində olan yataq üçün kiçik göstəricidir.
On il bundan əvvəl möhtərəm Prezidentimiz İlham Əliyev Neft Daşlarının 60 illik yubiley mərasimində etdiyi dərin məzmunlu çıxışı zamanı bizim qarşımızda yatağın işlənmə perspektivlərinin, rentabelliyinin və hasilatın artırılması istiqamətində mühüm vəzifələr qoymuşdu. Qürur hissi ilə deyə bilərik ki, dövlətimizin başçısının tapşırıq və tövsiyələri dəniz neftçilərimizin əməli fəaliyyət proqramına çevrilmiş, genişmiqyaslı iş aparılmış, verilən tapşırıqlara əməl olunmuşdur. Son 10 il ərzində yataqda 9 yeni özül tikilib istismara verilmiş, 183 quyu qazılmışdır ki, hazırda bu quyuların cari gündəlik hasilatı 1700 ton təşkil edir. Eyni zamanda, fəaliyyətsiz fonda daxil olan quyularda səmərələşdirici işlər aparılmışdır. Nəticə göz qabağındadır: Neft Daşları yatağı bu gün yeni intibah dövrünü yaşayır. 2018-ci ildə yataq üzrə hasilat 20 faiz artmışdır. İllik neft hasilatı 2010-cu ildə 904 min ton idisə, 2017-ci və 2018-ci illərdə 1 milyon tondan çox olmuşdur. Qaz hasilatında da ciddi artım müşahidə edilir. Ötən il yataqdan 81,2 milyon kubmetr qaz hasil edilmişdir. Neft Daşları yatağında yeni özüllərin tikilməsi və onlardan quyuların qazılması davam etdirilir.
Bu gün artıq SOCAR və onun müəssisələri, eləcə də digər Azərbaycan neft və qaz şirkətləri dünya üzrə tətbiq olunan əsas müasir texnoloji nailiyyətlərdən yararlanır. Ən mürəkkəb geoloji struktur şəraitində qazma, hasilat işləri aparır, dənizin dərinsulu hissələrində platformalar quraşdırır, yüksək təzyiq şəraitində quyular qazır, maili və üfüqi istiqamətdə qazma işlərinin aparılması üçün yeni metodlardan istifadə edir və bütün bunlar əvvəlki dövrlə müqayisədə bizim üçün adi prosesə çevrilib. Artıq “Şahdəniz” və AÇG layihələrinin bütün əsas tikinti-quraşdırma, qazma və digər xidmət işləri tam olaraq Azərbaycanın daxilində ən yüksək beynəlxalq standartlara uyğun həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qarşımızda qoyduğu əsas vəzifələrdən biri də SOCAR-ı qlobal miqyasda tanınan, çevik, müasir və rəqabətədavamlı transmilli şirkətə çevirməkdir. Bu istiqamətdə əhəmiyyətli uğurlar əldə edilmişdir. SOCAR dünya bazarlarına inamla daxil olaraq, özünə layiqli yer tutmuşdur və mövqelərini gücləndirməkdədir. İndi biz, demək olar, bütün qitələrdə fəaliyyət göstəririk. Ötən il 40 ölkənin 100-dən çox məntəqəsində müxtəlif kommersiya əməliyyatları həyata keçirilib ki, bu da SOCAR-ın nə qədər geniş və inkişaf etmiş qlobal ticarət və infrastruktur şəbəkəsinə malik olduğunun göstəricisidir. Həmin şəbəkəyə müxtəlif ölkələrdə neft və qaz məhsullarının nəqli üçün zəruri olan magistral boru kəmərləri, gəmilər, liman terminalları və digər imkanlar daxildir. Biz biznes portfelimizi davamlı olaraq diversifikasiya etməklə, beynəlxalq bazarlarda payımızı durmadan artırmaq xətti götürmüşük və mütəmadi olaraq bu xətt üzrə məqsədyönlü tədbirlər görürük. Bir sözlə, SOCAR inkişaf edir, böyüyür, imkanları genişlənir.
Bütün bu layihələrin uğurla həyata keçirilməsi üçün qarşımızda hər şeydən əvvəl neft hasilatının sabit saxlanılması, qaz hasilatının yüksəldilməsi vəzifələri durur. Bu gün bizim əldə etdiyimiz bütün nailiyyətlərin əsasında Neft Daşlarında, Xəzər dənizində qazanılmış zəngin təcrübə, yaradılmış təkmil infrastruktur, kadr potensialı dayanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri ilə desək, “Neft Daşları olmadan Azərbaycanda heç bir böyük neft və yaxud qaz hasilatı layihəsi mümkün deyildir. Bizim bütün xətlərimiz və gələcəkdə istismara veriləcək yeni layihələr hamısı Neft Daşlarında birləşir”. Bu, həqiqətən də belədir. Yaxın illərdə biz “Abşeron”, “Ümid” yataqlarında, “Qarabağ”, “Babək”, “Şəfəq”, “Asiman”, “Əşrəfi”, “Dan ulduzu”, “Aypara” strukturlarında genişmiqyaslı axtarış-kəşfiyyat və hasilat işlərinə başlamağı planlaşdırırıq. Bütün bu planların mərkəzində SOCAR-ın dənizdəki başlıca kommunikasiya qovşağına çevrilmiş Neft Daşları, burada qazanılmış zəngin təcrübə, yaradılmış təkmil infrastruktur, kadr potensialı dayanır. Yatağın işlənilmə perspektivləri də kifayət qədər böyükdür. Hazırda qalıq ehtiyatlar 210 milyon ton, çıxarıla bilən ehtiyatlar 18 milyon ton civarında qiymətləndirilir. Texnologiyalar inkişaf etdikcə, bu ehtiyatların daha böyük həcminin hasil olunması mümkündür. Qarşıdakı illərdə daha 5 özülün tikintisi və yeni quyuların qazılması nəzərdə tutulur.
Son illər ərzində Neft Daşlarının fəaliyyət sahələrində formalaşan lay sularının tam qapalı sistemdə idarə olunması təmin edilib ki, bu da Xəzər dənizinin ekoloji vəziyyətinin qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Böyük Britaniya istehsalı olan qurğu lay sularını müxtəlif mərhələlər üzrə neft və mexaniki qarışıqlardan təmizləyir. Təmizlənmiş lay suları suvurucu və uducu quyulara vurulur. Məişət çirkab suları da xüsusi qurğuda təmizlənib, tam zərərsizləşdirildikdən sonra laylara vurulur. Nəticədə həm dənizin çirklənməsinin qarşısı alınır, həm də laylarda təzyiq sabit saxlanılaraq, iqtisadi fayda əldə olunur. Dəniz suyunun təmizlənməsi, yaşıllıqların salınması, istilik effekti yaradan qazların atmosferə atılmasının qarşısının alınması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçiririk. SOCAR-ın ekoloji layihələri BMT səviyyəsində yüksək qiymətləndirilmiş, Dünya Bankı tərəfindən mükafatlara layiq görülmüşdür. Tullantıların İdarə Edilməsi Mərkəzimiz MDB və Xəzər regionunda neft sənayesi üzrə ixtisaslaşmış ilk belə obyektdir.
“Neft Daşları” NQÇİ-də işçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır. Dəniz neftçiləri bizim kadr ehtiyatlarımızın qızıl fondunu təşkil edir. Bu gün SOCAR-ın rəhbərliyində təmsil olunanların əksəriyyəti Neft Daşları məktəbini keçmiş şəxslərdir. Biz bununla fəxr edirik. İldə bir neçə dəfə rəhbərliyin dəniz mədənlərinə, ilk növbədə, Neft Daşlarına baş çəkməsi şirkətimizdə artıq bir ənənə halını almışdır. Yubiley ərəfəsində də polad dirəklər üzərində yaradılmış doğma şəhərciyimizə səfər etdik, keçmiş iş yoldaşlarımızla, yeni nəslin nümayəndələri ilə görüşdük, Neft Daşlarının problemləri ilə maraqlandıq, görüləcək işləri müzakirə etdik, nahar süfrəsi ətrafında səmimi söhbət apardıq. Şəhərciyin ərazisində, yataqxana korpuslarında, sərnişin gəmisinə minib-düşmə meydançasında təmir işləri həyata keçirilmiş, 1000-ə yaxın ağac və 8000 gül kolu alınaraq mərkəzi parkda əkilmişdir.
Dəniz neftçilərinin özlərinə məxsus şanlı ənənələri var və hazırda Neft Daşlarında estafeti qəbul etmiş gənc nəsil o ənənələri sədaqətlə yaşadır. Ölkənin ictimai həyatında yaxından iştirak etmək bu ənənələr içərisində xüsusi yer tutur. Son illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında respublikamızda aparılan sosial-iqtisadi inkişaf proseslərinə dəyərli töhfələr verən dəniz neftçiləri Prezidentimizin islahatlar kursunu ürəkdən dəstəklədiklərini, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əllərindən gələni edəcəklərini bildirdilər. Vətənimiz Azərbaycanın dayanıqlı inkişafının uzunmüddətli təminatına yönəlmiş uğurlu islahatlar siyasəti ilə cəmiyyətimiz və dövlətimiz faktiki olaraq yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun gücləndirilməsi islahatların əsas hədəfləridir. Bu mərhələdə SOCAR-ın üzərinə qeyri-neft sektorunun ölkə iqtisadiyyatının əsas gəlir mənbəyinə çevrilməsi üçün etibarlı zəmin yaratmaq vəzifəsi düşür. Bunun üçün qısa müddətdə qarşıda duran bir sıra məsələləri həll etməliyik: neft hasilatının təbii azalmasını mümkün qədər ləngitməli, təbii qaz hasilatını artırmaqla neft gəlirlərinin azalmasını tarazlaşdırmalı, fasiləsiz xammal təchizatı ilə qeyri-neft sektorunun inkişafını stimullaşdırmalı, kimya sənayesini genişləndirməli və mövcud neft-qaz-kimya kompleksini şaxələndirməli, yeni bazarlara daxil olaraq əlavə gəlir mənbələri yaratmalı, SOCAR-ı müasir enerji şirkətləri səviyyəsində rəqəmsal şirkətə çevirməliyik. Qeyd etməliyəm ki, artıq bütün bu istiqamətlərdə məqsədyönlü addımlar atılmış, müsbət nəticələr əldə olunmuşdur. Artıq mədənlərimizdə, o cümlədən Neft Daşlarında məlumatların rəqəmsal modullarla idarə olunmasına başlanılmışdır və yaxın gələcəkdə neft-qazçıxarma işlərinin səmərəsini artırmaq üçün SOCAR rəqəmsal şirkətə çevriləcəkdir.
Neft Daşlarında ilk neftin çıxarılmasının 70 illiyi Azərbaycan neft-qaz sənayesinin və bütün xalqımızın bayramıdır. Xalqımız Neft Daşlarının təməlini qoymuş Yusif Səfərovun, Ağaqurban Əliyevin, Mixail Kaveroçkin və onun briqadasının üzvlərinin, neft-qaz sənayesinin görkəmli təşkilatçısı Sabit Orucovun, Neft Daşlarının sonrakı inkişafında mühüm rol oynamış Qurban Abasovun, Nəsrulla Babayevin, Solomon Qrobşteynin, Əhəd Yaqubovun, Viktor Naqayevin, Bəxtiyar Məmmədovun, Fuad Səmədovun, Bəhmən Hacıyevin, Akif Cəfərovun, Həzrət Xadikovun, Mübarək Məmmədovun, Xanoğlan Bayramovun, Səyyad İbrahimovun, Fərhad Həmzəyevin, Əhməd Zeynalovun, bu gün öz tövsiyələri ilə neft sənayesi işçiləri üçün mayak rolunu oynayan ağsaqqal akademikimiz Xoşbəxt Yusifzadənin əməyini yüksək qiymətləndirir. Neftçilərimizin gənc nəsli onların əmək yolunu davam etdirməsindən şərəf duyurlar.
Bu gün Neft Daşları abad bir dəniz şəhəridir. Bu şanlı yubiley günlərində biz aydın görürük ki, Neft Daşlarının perspektivləri hələ böyükdür. Möhtərəm Prezidentimiz İlham Əliyevin dediyi kimi, Neft Daşları hələ bundan sonra da uzun illər Azərbaycanın iqtisadi cəhətdən qüdrətlənməsinə ləyaqətlə xidmət edəcək.
Rövnəq Abdullayev,
SOCAR-ın prezidenti,
Milli Məclisin deputatı

 
  • Oxunub:  3420  |  
  • Tarix:  07-11-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb

22 Noyabr 11:20
Abşeron rayonunun Qobu qəsəbəsində də 10 yeni fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
22 Noyabr 11:11
Xing Qu: Maddi mədəni irsin qorunması və davamlı inkişafı məsələsində həmişə Azərbaycanı dəstəkləyirik
22 Noyabr 10:53
Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Bolqarıstanın Daxili İşlər Nazirliyi arasında saziş imzalanıb
22 Noyabr 10:47
UNESKO Dünya Fəlsəfə Gününü qeyd edib
22 Noyabr 10:45
Quba, Qusar və Xızı rayonlarına qar yağıb
22 Noyabr 10:43
Energetika naziri ABŞ-da Azərbaycanın 25 illik nailiyyətlərindən danışıb
22 Noyabr 10:13
Polşa UNESKO-nun İcraiyyə Şurasının üzvü seçilib
22 Noyabr 10:10
Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaradılmasından 101 il ötür
22 Noyabr 10:09
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 21 dəfə pozub
22 Noyabr 10:01
Əli Həsənov: Mühacir ticarətini quran işbazlar, o cümlədən bu işdə əlini qızdıran bəzi siyasi partiyalar və siyasətçilər üzə çıxacaq
22 Noyabr 09:59
Xəzər türklərinin tarixindən bəhs edən tiralogiya
22 Noyabr 09:55
YAP-ın yaradılmasının 27-ci ildönümü münasibətilə “Neftçi” İdman Sağlamlıq Mərkəzində futbol yarışı keçirilib
22 Noyabr 09:52
Şabran rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
22 Noyabr 09:49
Görmə məhdudiyyətli insanlar üçün “Nar”ın “Canlı kitab” layihəsi davam edir
22 Noyabr 09:45
Azərbaycanın regionlarında xalçaçılığın inkişafı üçün çox böyük işlər görülür
21 Noyabr 22:05
LDP-nin siyasi şöbəsinin müdiri Akira Amari: Bundan sonra da Yaponiya-Azərbaycan əlaqələrinin inkişafına çalışacağam
21 Noyabr 22:02
Sumqayıtda bu gün istifadəyə verilən “Nizami” kinoteatrı ilk tamaşaçılarını qəbul edib
21 Noyabr 21:58
Yeni Azərbaycan Partiyası: xalqa və dövlətə xidmət amalı
21 Noyabr 21:55
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb
21 Noyabr 21:34
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Çinin ölkəmizdəki səfiri ilə görüşüb
21 Noyabr 21:29
“Daşnaklar Fərqanədən Qarabağa qədər” kitabının təqdimatı olub
21 Noyabr 21:27
Birinci vitse-prezident Mehriban Əliyeva “Lujniki” Olimpiya Kompleksində Gimnastika Mərkəzi ilə tanış olub
21 Noyabr 21:19
AzTU alimlərinin məqalələrinin yüksək indeksli jurnallarda dərc olunması imkanları artırılır
21 Noyabr 21:14
Ədliyyə Nazirliyinin iki əməkdaşına ali xüsusi rütbələr verilib
21 Noyabr 21:13
“Azərbaycan ailəsi-2019” film festivalının qalibləri mükafatlandırılıb
21 Noyabr 21:09
SOCAR və “Özbəkneftqaz” birgə treyder müəssisəsi açacaq
21 Noyabr 21:05
Azərbaycanın və Bolqarıstanın daxili işlər orqanları arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib
21 Noyabr 21:01
Türkiyə Xarici İşlər Nazirliyində Ermənistan-Azərbaycan münaqişəsinə dair müzakirələr aparılıb
21 Noyabr 20:58
Azərbaycan XİN: Nikol Paşinyanın Milanda söylədikləri onun öz əhalisini yanıltmaq cəhdidir
21 Noyabr 20:55
Ankarada “erməni-nasist əməkdaşlığı” mövzusunda konfrans keçirilib
21 Noyabr 20:53
YAP ölkəmizin aparıcı siyası qüvvəsi, regionun ən böyük partiyasıdır
21 Noyabr 20:35
Milli Məclisin Sədri Oqtay Əsədov Sankt-Peterburqda bir sıra görüşlər keçirib
21 Noyabr 20:27
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
21 Noyabr 17:55
Azərbaycan multikulturalizmi Polşada elmi konfransda müzakirə olunub
21 Noyabr 17:48
Hərbi qulluqçular uşaq evlərini ziyarət ediblər
21 Noyabr 17:46
Elman Nəsirov: Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişafının növbəti şərəfli mərhələsini yaşayır
21 Noyabr 17:44
YAP Gəncə şəhər təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
21 Noyabr 17:42
Sahibə Qafarova: 27 ildə Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizlə birgə addımlayıb, inkişaf edib və bu gün dünya miqyasında geniş nüfuzu olan siyasi təşkilata çevrilib
21 Noyabr 17:35
Təhsil nazirinin müavini Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin iclasında iştirak edib
21 Noyabr 17:31
Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Bakıda səfərdədir
21 Noyabr 17:14
Yeni tikilmiş 39 fərdi yaşayış evini şəhid ailələri və Qarabağ müharibəsi əlillərinın istifadəsinə verilib
21 Noyabr 17:12
UNEC-in kitabxana təcrübəsi öyrənilir
21 Noyabr 17:10
Bakıda “İtaliya mətbəxi həftəsi” keçirilir
21 Noyabr 17:05
Prezident İlham Əliyev Bolqarıstanın Daxili İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
21 Noyabr 17:01
YAP Qax rayon təşkilatının üzvləri ictimai-siyasi həyatda fəallıq nümayiş etdirirlər
21 Noyabr 16:49
AHİK sədri Ümum Həmkarlar İttifaqları Konfederasiyasının iclaslarında iştirak edib
21 Noyabr 16:41
Sumqayıt şəhər stadionunun yenidən qurulmasına ilkin olaraq 5 milyon manat ayrılıb – SƏRƏNCAM
21 Noyabr 16:40
AzTU-nun rektoru Fələstin səfiri ilə görüşüb
21 Noyabr 16:21
İqtisadiyyat naziri Moskvada işgüzar görüşlər keçirib
21 Noyabr 16:08
Ədəbiyyat İnstitutunda Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilə görüş
21 Noyabr 15:58
Ermənistan baş nazirinin Milanda səsləndirdiyi cəfəng iddialar azərbaycanlı gənclərin etirazı ilə qarşılanıb
21 Noyabr 15:55
UNESKO Baş Konfransının mədəniyyət komissiyasının iclasında ölkəmiz də təmsil olunub
21 Noyabr 15:51
Pərvin Kərimzadə: Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır
21 Noyabr 15:50
Sona Əliyeva: Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır
21 Noyabr 15:46
Rauf Əliyev: Yeni Azərbaycan Partiyası çətin və şərəfli bir yol keçib
21 Noyabr 15:44
Binəqədi rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibətilə təntənəli tədbir keçirildi
21 Noyabr 15:40
Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib
21 Noyabr 15:28
Əli Həsənov: Qanunsuz miqrasiya cinayətinə əli bulaşan insanlar layiqli cəzalarını alacaqlar
21 Noyabr 15:18
YAP sıralarına yeni qoşulan xaçmazlı gənclərə üzvlük vəsiqələri təqdim edilib
21 Noyabr 15:07
Əli Əhmədov: 1990-cı illərin əvvəlində parçalanmaq təhlükəsi ilə üz-üzə olan Azərbaycan indi dünyanın ən uğurlu gənc dövlətlərindən biri kimi qəbul olunur
21 Noyabr 15:04
“StartupFest 2019”a start verilib
21 Noyabr 15:03
Əli Əhmədov: 26 ildən çoxdur ki, YAP şərəflə, ləyaqətlə Azərbaycan xalqına xidmət edir
21 Noyabr 14:54
Gənc kadrlar dəmir yollarının şimal sahəsinin stansiyalarında işlə təmin olunublar
21 Noyabr 14:50
Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti müzakirə edilib
21 Noyabr 14:48
Prezident İlham Əliyev Sumqayıt Bulvar Kompleksinin yeni salınmış hissəsində yaradılan şəraitlə tanış olub
21 Noyabr 14:40
Sumqayıtda Muğam Mərkəzi istifadəyə verilib
21 Noyabr 14:34
Sumqayıtda “Nizami” kinoteatrının yeni binasının açılışı olub
21 Noyabr 14:21
Qida Təhlükəsizliyi İnstitutunda “Açıq qapı” günü keçirilib
21 Noyabr 14:20
Prezident İlham Əliyev Sumqayıtda Ulu Öndərin abidəsini ziyarət edib
21 Noyabr 14:17
Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA