Ana səhifə »  İqtisadiyyat »  Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib
A+   Yenilə  A-
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

Prezident İlham Əliyev: Sosial infrastruktur layihələrinin icrası ilə bağlı konkret proqramlar, planlar var və bunlar bizim Dövlət İnvestisiya Proqramında öz əksini tapır
Son 16 ildə bütün ölkə üzrə intensiv şəkildə həyata keçirilən yüksək səviyyəli infrastruktur quruculuğu Azərbaycanın dinamik iqtisadi inkişafını və insanların həyat səviyyəsinin yüksəlməsini şərtləndirən çox mühüm amil qismində çıxış edir. Bəhs olunan dövrdə paytaxt Bakıda və bölgələrdə reallaşdırılan çoxsaylı layihələr sayəsində respublikamız infrastruktur təminatı baxımından dünyanın qabaqcıl ölkələri səviyyəsinə yüksəlib. Prezident İlham Əliyev çox mühüm iqtisadi və sosial önəm daşıyan infrastruktur quruculuğunun ölkəmiz üçün prioritet olduğunu yüksəksəviyyəli tribunalardan dəfələrlə bəyan edib. “Bu ilin əvvəlində regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramı qəbul edilib. Bu, çox genişmiqyaslı proqramdır. Baxmayaraq ki, son illərdə infrastruktur layihələri ilə bağlı bir çox işlər görülmüşdür, bu günə qədər həllini tapmayan məsələlər də bu proqramın icrası nəticəsində öz həllini tapacaq. Bildiyiniz kimi, bu sahə bizim üçün prioritet sahədir”, - deyə dövlətimizin başçısı Onun yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədəki çıxışında vurğulayıb.
Bütün ölkə boyunca çoxlu sayda sosial infrastruktur obyektlərinin tikilməsi respublikamızda həyata keçirilən siyasəti əks etdirir
Azərbaycan sosial dövlətdir. Prezident İlham Əliyev qarşıya respublikamızda sosial sferanı dünyanın qabaqcıl ölkələrindəki səviyyəyə çatdırmaqla bağlı mühüm vəzifə qoyub. Yeri gəlmişkən, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədəki nitqində dövlət başçımız respublikamızda reallaşdırılan sosial siyasətin birmənalı olduğunu xüsusi olaraq nəzərə çatdırıb. Bu xüsusda fikirlərini ifadə edən dövlət başçısı deyib: “Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Hesab edirəm ki, Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir”.
Ölkəmizin nümunəvi sosial siyasətindən bəhs edərkən son illərdə respublikamızda geniş vüsət alan sosial infrastruktur quruculuğunun önəmini də xüsusi vurğulamaq lazımdır. Bütün ölkə boyunca çoxlu sayda sosial infrastruktur obyektlərinin tikilməsi respublikamızda həyata keçirilən siyasəti əks etdirir. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq respublikamızda sosial infrastruktur quruculuğu geniş vüsət alıb. Prezident İlham Əliyev sosial-iqtisadi sahə ilə bağlı müşavirədə bildirib ki, sosial infrastruktur layihələrinin icrası ilə bağlı konkret proqramlar, planlar var və bunlar bizim Dövlət İnvestisiya Proqramında öz əksini tapır.
Onu da vurğulayaq ki, Dövlət İnvestisiya Proqramı ilə yanaşı, Prezident İlham Əliyevin regionlara səfərləri çərçivəsində vətəndaşlardan aldığı müraciətlər əsasında imzaladığı çoxsaylı sənədlərlə də sosial təyinatlı obyektlərin tikintisinə əlavə maliyyə vəsaiti ayrılır. Ölkəmiz bu sahədə qazandığı təcrübəni perspektivdə də davam etdirmək əzmindədir. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı nitqində vurğulayıb ki, sosial infrastrukturun yaradılması prosesi davam etdiriləcək.
Qısa müddət ərzində ölkə ərazisində 640-dan çox müasir tibb müəssisəsi yaradılıb
Respublikamızda regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində səhiyyə infrastrukturunun yenilənməsi istiqamətində məqsədyönlü iş aparılır. Qeyd etmək yerinə düşər ki, son 16 ildə ölkə üzrə 600-dən çox tibb müəssisəsi tikilib və yaxud əsaslı şəkildə yenidən qurulub. Səhiyyə ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir avadanlıqlarla təchizatı da davamlı olaraq diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2019-cu il mayın 7-də Qobustan Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak ediblər. Rayon Mərkəzi Xəstəxanası üçün yeni binanın tikintisinə 2014-cü ildə başlanılıb. İnşaat işləri 2018-ci ildə başa çatdırılıb. 90 çarpayılıq Qobustan Rayon Mərkəzi Xəstəxanasının inşası müasir səviyyədə və yüksək keyfiyyətlə həyata keçirilib. Xəstəxananın ümumi ərazisi 2,6 hektardan çoxdur. Burada əsas korpusla yanaşı, terapiya və təcili-tibbi yardım binası, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qobustan Rayon Şöbəsinin binaları inşa olunub. Xəstəxanada əsasən Yaponiya, Koreya Respublikası, İtaliya və Türkiyədən alınan müasir tibbi avadanlıq quraşdırılıb. Bu avadanlığın hər biri istər müalicə, istərsə də müayinə işini ən yüksək səviyyədə və dəqiqliklə yerinə yetirməyə hərtərəfli imkan verir. Xəstəxanada cərrahiyyə, terapiya, təcili tibbi yardım, doğum və ginekologiya, uşaq xəstəlikləri, poliklinika, infeksiya xəstəlikləri, şüa-diaqnostika (radiologiya), reanimasiya və digər şöbələr fəaliyyət göstərir. Laboratoriyada müayinələri yüksək dəqiqliklə və qısa müddətdə aparmaq üçün hərtərəfli şərait var. Qobustan Rayon Mərkəzi Xəstəxanasında yaradılan şərait bir daha sübut edir ki, son illərdə Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində müasir tibb müəssisələrinin yaradılması, mövcud tibb ocaqlarının yüksək səviyyədə yenidən qurulması istiqamətində olduqca vacib layihələr icra edilir. Prezident İlham Əliyev açılış mərasimindən sonra tibb ocağının kollektivi ilə keçirilən görüşdə Azərbaycanın bölgələrində müasir standartlara cavab verən belə bir xəstəxananın yaradılmasını yüksək qiymətləndirib. “Ölkəmizin hər bir yerində yeni xəstəxanalar tikilir. Son illər ərzində 640-dan çox müasir tibb müəssisəsi yaradılıb. Bunun əsas məqsədi vətəndaşlara xidmət etməkdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Bəhs olunan görüşdə Prezident İlham Əliyev diqqəti həmçinin digər bir vacib məqama çəkib. Məlum olduğu kimi, son illərdə respublikamızda dövlət başçısının tapşırığı əsasında əhalinin pulsuz tibbi müayinəsi həyata keçirilir. Prezident İlham Əliyev hər il ölkəmizdə yüksək səviyyədə keçirilən və böyük vətəndaş məmnunluğu yaradan bu aksiyanı dünya miqyasında özünü doğruldan bir təcrübə kimi səciyyələndirərək deyib: “Bu il altı milyona yaxın insan dövlət xətti ilə müayinədən keçəcək. Biz bu proqramı bir neçə ildir ki, uğurla icra edirik. Hesab edirəm ki, dünya miqyasında bu, artıq özünü tam doğrultmuş bir təcrübədir”.
Bütövlükdə, ölkə üzrə müasir səhiyyə infrastrukturunun yaradılması ilə bağlı statistika kifayət qədər zəngindir. Qeyd edək ki, 2004-2018-ci illərdə ölkə üzrə 17 şəhər və rayonda mərkəzi xəstəxanalar yenidən tikilib. Bu illər ərzində regionlarda yerləşən 28 xəstəxana binası əsaslı təmir olunub. Hazırda ayrı-ayrı rayonlarda mərkəzi xəstəxana binalarının inşası və yaxud əsaslı şəkildə yenidən qurulması davam etdirilir. 2019-cu ilin sonunadək il ərzində inşa olunan mərkəzi rayon xəstəxanalarının sayı 10-a çatdırılacaq.
Güclü müasir infrastrukturun yaradılması təhsil sahəsində uğurların əsasını təşkil edir
Son 16 ildə respublikamızda həyata keçirilən bu və ya digər tədbirlərin, təhsilin inkişafı ilə bağlı qəbul edilən müvafiq Dövlət proqramlarının uğurla icra ediməsi sayəsində ölkəmizdə təhsil sahəsində keyfiyyət və kəmiyyət göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Təhsil sahəsində uğurlarımızın təməlində dayanan digər mühüm amil isə maddi-texniki baza ilə bağlıdır. Güclü müasir infrastrukturun yaradılması təhsil sahəsində davamlı uğurların əldə olunmasına öz müsbət təsirini göstərir. Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq təhsilin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir, o cümlədən yeni çoxsaylı təhsil müəssisələri tikilib istifadəyə verilir. Yeni tikilən təhsil ocaqları bir qayda olaraq ən müasir avadanlıqlarla təmin olunur. Son 16 ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə məktəb tikintisinə dair bir neçə ayrıca Dövlət Proqramı qəbul edilib. Bundan başqa, digər sahələri əhatə edən Dövlət proqramlarında da məktəb tikintisinə böyük diqqət yetirilir. Məsələn, regionların, Bakı şəhərinin və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı, eləcə də yoxsulluğun azaldılması, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması ilə bağlı Dövlət proqramlarında məktəb tikintisinə dair geniş müddəalar öz əksini tapıb. Eyni zamanda, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da təhsil müəssisələrinin infrastrukturunun yenilənməsinə geniş yer ayrılıb.
Respublikamızda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi ildən-ilə daha geniş vüsət alır. Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlar əsasında ölkə üzrə məktəb tikintisinə, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə böyük həcmlərdə maliyyə vəsaiti yönəldilir. Məsələn, dövlət başçısının 10 iyun 2019-cu il tarixində imzaladığı “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncamla Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə 40.0 (qırx) milyon manat vəsait ayrılıb. Prezident İlham Əliyev 11 iyun 2019-cu il tarixində isə “Azərbaycan Respublikasında təhsil müəssisələrinin qazlaşdırılması haqqında” Sərəncam imzalayıb. Bəhs olunan sənədə əsasən, təhsil müəssisələrinin qazlaşdırılması məqsədilə Təhsil Nazirliyinə 5,7 milyon (beş milyon yeddi yüz min) manat vəsait ayrılıb.
Ölkə boyu 2004-cü ildən etibarən yeni təhsil müəssisələrinin tikilməsi və yaxud mövcud məktəblərin əsaslı şəkildə yenidən qurulması sayəsində 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb. Prezident İlham Əliyev Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılış mərasimindəki çıxışında ölkəmizdə təhsilin inkişafı məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirildiyinə diqqət çəkərək vurğulayıb ki, Azərbaycanda təhsilə çox böyük diqqət yetirilir. Dövlət başçısı yeni məktəblərin inşasını təhsil sahəsinə böyük töhfə kimi dəyərləndirərək deyib: “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib. Bu, təhsil sahəsinə çox böyük töhfədir”.
Hazırda ölkə üzrə modul tipli məktəblərin tikintisi də intensiv şəkildə davam etdirilir. Yeri gəlmişkən, Prezident İlham Əliyevin 2019-cu il iyunun 10-da imzaladığı müvafiq Sərəncama əsasən, respublika ərazisində modul tipli məktəblərin quraşdırılması məqsədilə Təhsil Nazirliyinə 18,0 (on səkkiz) milyon manat vəsait ayrılıb.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  6480  |  
  • Tarix:  09-11-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
YAP İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən ağacəkmə kampaniyasında fəal iştirak edib

07 Dekabr 18:10
Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərə rəsmən start verib
07 Dekabr 16:56
Dövlət Dəstəyi Şurası və Vəkillər Kollegiyası QHT-lər üçün birgə məlumatlandırma sessiyası keçirib
07 Dekabr 16:35
Azərbaycan nümayəndə heyəti Brüsseldə bir sıra görüşlər keçirib
07 Dekabr 16:15
Mərkəzi Seçki Komissiyasının növbədənkənar parlament seçkiləri ilə bağlı iclası keçirilib
07 Dekabr 16:10
SOCAR “Total” şirkəti ilə “Abşeron” layihəsinə dair müzakirələr aparıb
07 Dekabr 16:04
Kamilə Əliyeva: Mehriban xanım Əliyevanın təşəbbüsü Azərbaycanın qlobal ekoloji tarazlığın qorunmasına töhfəsi, vətəndaş həmrəyliyimizin nümunəsi kimi yadda qalacaq
07 Dekabr 16:02
Səbail rayon seçiciləri Bələdiyyə seçkilərində YAP-ın namizədlərini dəstəkləyir
07 Dekabr 13:50
Vüqar Bayramov: TANAP daxil olmaqla Cənub Qaz Dəhlizinin reallaşması birbaşa Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində baş verib
07 Dekabr 13:41
Jalə Əliyeva: Bu məsələ ümummilli maraqları qorumaq deməkdir
07 Dekabr 13:33
Sevinc Hüseynova: Ölkəmizdə aparılan islahatlar son vaxtlar daha böyük vüsət alıb
07 Dekabr 12:49
Fəzail İbrahimli: Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə xalqımız üçün misilsiz xidmətlər göstərib
07 Dekabr 12:46
Gəncə gəncləri YAP-ın namizədlərinə səs verəcəklər
07 Dekabr 12:43
Nəriman Əliyev: Parlament islahatları ölkəmiz üçün təbii qanunauyğunluqdur
07 Dekabr 10:43
Ermənistan silahlı qüvvələrinin bölmələri snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 24 dəfə pozub
07 Dekabr 10:38
Moskvada MDB İqtisadi Şurasının 84-cü iclası keçirilib
07 Dekabr 10:32
YAP Qaradağ rayon təşkilatı Lökbatan qəsəbəsində seçicilərlə görüş keçirib
07 Dekabr 10:31
Tərtər seçiciləri YAP-ın namizədlərinə səs verəcəklər
07 Dekabr 10:30
Mingəçevirdə bələdiyyə seçkiləri ilə əlaqədar mədəniyyət işçiləri ilə görüş keçirilib
07 Dekabr 10:28
YAP Ağstafa rayon təşkilatında bələdiyyə seçkiləri ilə əlaqədar növbəti görüş keçirilib
07 Dekabr 10:24
Qazax rayonunun Birinci Şıxlı, İkinci Şıxlı, Aslanbəyli və Qaymaqlı kəndlərində seçicilərlə görüşlər keçirilib
07 Dekabr 10:23
Azərbaycan ilə Gürcüstan arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub
07 Dekabr 10:22
Bərdə rayonunda bələdiyyə seçkiləri ilə əlaqədar Həsənqaya, Tağılar, Hacallı kəndlərində seçicilərlə görüş keçirilib
07 Dekabr 10:20
YAP Sumqayıt şəhər təşkilatının seçki qərargahının üzvləri və namizədlər seçicilərlə görüş keçiriblər
07 Dekabr 10:19
YAP bu seçkilərin də qalibi olacaq
07 Dekabr 10:17
Multikulturalizm siyasətinin ölkəmiz üçün əhəmiyyəti
07 Dekabr 10:14
BDU-da Nəsiminin 650 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib
07 Dekabr 10:11
İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar bu sahə üzrə qanunvericilik təkmilləşdirilir
07 Dekabr 10:07
Ölkəmizdə aqrar sahənin inkişafında mühüm nəticələr əldə olunub
06 Dekabr 21:45
TRASEKA Hökumətlərarası Komissiyasına sədrlik Azərbaycana keçib
06 Dekabr 21:29
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən ekoloji aksiyada 650 mindən çox ağac əkilib
06 Dekabr 21:20
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
06 Dekabr 21:09
Şahbuz rayonunun Türkeş kəndində qapalı suvarma şəbəkəsi istifadəyə verilib
06 Dekabr 20:26
Yevlax: genişmiqyaslı kampaniya zamanı minlərlə ağac əkilib
06 Dekabr 17:53
YAP Zərdab rayon təşkilatı böyük Azərbaycan şairi və mütəfəkkiri Nəsiminin 650 illik yubileyi ilə bağlı ağacəkmə kampaniyası keçirib
06 Dekabr 17:52
YAP Bərdə rayon təşkilatı “Bir gündə 650 min ağac əkək” kampaniyasında fəal iştirak edib
06 Dekabr 17:47
Ekspert: Azərbaycan Prezidentinin islahatları rəqabətədavamlı dövlət və cəmiyyətin formalaşdırılmasına xidmət edir
06 Dekabr 17:38
Kənd Təsərrüfatı Nazirliyinin kollektivi “Bir gündə 650 min ağac əkək” kampaniyasında fəal iştirak edib
06 Dekabr 17:33
Mübariz Qurbanlı: Hər bir vətəndaş ətraf mühiti, təbiəti qorumaq üçün çox işlər görməlidir
06 Dekabr 17:30
650 min ağacın əkilməsi ekoloji təmizliyə, təbiətin yaşıllaşdırılmasına bir çağırışdır - Bəhruz Quliyev
06 Dekabr 17:26
Səhiyyə naziri Neftçalada vətəndaşları qəbul edib
06 Dekabr 16:57
Lənkəran və Cəlilabadda “KOB Dostu” fəaliyyətə başlayıb
06 Dekabr 16:55
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Gürcüstana səfər edib
06 Dekabr 16:48
Moldovada “Nəsimi dünya dilində” mövzusunda tədbir keçirilib
06 Dekabr 16:47
Almaniyada Azərbaycan mədəniyyətinə hər olunmuş tədbir təşkil edilib
06 Dekabr 16:31
Müdafiə Nazirliyi ağacəkmə aksiyasında iştirak edib
06 Dekabr 16:23
Xəzər rayonunda Nəsiminin 650 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib
06 Dekabr 16:14
Bir gündə 650 min ağac əkək: Nizami yurdunda əkilən minlərlə ağac təbiətə töhfədir
06 Dekabr 16:09
Nəsimi rayonunda ağacəkmə aksiyası keçirildi
06 Dekabr 16:08
Alessandro Frakasetti: Bu cür təşəbbüslər iqlim dəyişikliyinin fəsadları ilə mübarizə aparmağa kömək edir
06 Dekabr 15:41
Əli Əhmədov: 650 min ağacın əkilməsi kimi möhtəşəm aksiyanın təşəbbüskarı hər cür minnətdarlığa və ehtirama layiqdir
06 Dekabr 15:31
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
06 Dekabr 15:26
Elman Nəsirov: Ölkə üzrə 650 min ağacın əkilməsinin bir çox baxımdan böyük əhəmiyyəti var
06 Dekabr 15:21
Masallı sakinləri ağacəkmə aksiyasına yüksək əhval-ruhiyyə ilə qoşulublar
06 Dekabr 15:17
Bu gün Qaradağ rayonunda 2 mindən çox ağac əkilib
06 Dekabr 15:13
Ağacların əkilməsi ilə yanaşı, onlara qulluq edilməsi də diqqət mərkəzindədir
06 Dekabr 15:11
Tünzalə Ağayeva: Bugünkü ekoloji aksiyada ilk dəfə ağac əkdim
06 Dekabr 15:09
Milli Məclisin deputatları Gürcüstana səfər edəcəklər
06 Dekabr 14:55
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar
06 Dekabr 14:36
Nazir Mikayıl Cabbarov erməni nümayəndənin təxribat xarakterli fikrinə tutarlı cavab verib
06 Dekabr 14:34
Dmitri Savelyev: Mehriban Əliyeva Azərbaycanın müasir beynəlxalq imicini yaradır
06 Dekabr 14:27
Kestutis Yankauskas: Bir gündə 650 min ağacın əkilməsi ekologiyanın təmizlənməsində mühüm rol oynayacaq
06 Dekabr 14:24
Yeni Azərbaycan Partiyası İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən ağacəkmə kampaniyasında fəal iştirak edib
06 Dekabr 14:21
Ümumi təhsil məktəblərinin gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri üçün seminar-treninq keçirilib
06 Dekabr 14:17
“Əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatı: ixtisaslaşmış məhkəmələrin milli və beynəlxalq təcrübəsi” mövzusunda seminar işini davam etdirir
06 Dekabr 14:10
İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Nərimanov rayonunda ağacəkmə kampaniyası keçirilib
06 Dekabr 14:07
Bahar Muradova: Bu təşəbbüs torpağımızın yaşıllaşmasına, ekologiyanın sağlamlaşmasına çox böyük töhfədir
06 Dekabr 14:04
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir
06 Dekabr 13:59
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantlarının çöl çıxışları başlayıb
06 Dekabr 13:52
Qətər Azərbaycanın ərazi bütövlüyünü tanıyır və haqq işini dəstəkləyir
06 Dekabr 13:48
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çin Xalq Respublikasında fəaliyyətini gücləndirməkdədir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA