Ana səhifə »  İqtisadiyyat »  Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin VI iclası keçirilib
A+   Yenilə  A-
Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin VI iclası keçirilib

Azərbaycan Regional Aqrar Tədqiqatlar və İnnovasiya Mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış edib
Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin VI iclası keçirilib.
Tədbirdə Kənd Təsərrüfatı naziri İnam Kərimov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, ECO-nun Baş Katibinin müavini Sayed Yahya Axlaqi, ECO-ya üzv ölkələrin Kənd Təsərrüfatı nazirləri - Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirli, Qırğızıstanın Kənd Təsərrüfatı, Qida Sənayesi və Meliorasiya naziri Erkinbek Çoduyev, Özbəkistanın Kənd Təsərrüfatı naziri Jamşid Xocayev, Tacikistanın Kənd Təsərrüfatı naziri Sattori İzzatullo, Qazaxıstanın Kənd Təsərrüfatı nazirinin müavini Nurbek Dairmekov, Kənd Təsərrüfatı Nazirliyi Aparatının və tabeli qurumların mütəxəssisləri, üzv ölkələrin kənd təsərrüfatı nazirliklərinin mütəxəssisləri və ECO-nun müvafiq qurumlarının nümayəndələri, təşkilatın katibliyinin rəhbər şəxsləri və əməkdaşları, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Azərbaycan nümayəndəliyinin təmsilçiləri, Türkiyə Azərbaycan Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, Türkiyə Böyük Millət Məclisinin Kənd Təsərrüfatı və Meşə Komissiyasının sədri, eləcə də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Dünya Bankının rəsmiləri, aqrar sahə üzrə ekspertlər iştirak edib.
İclası açan Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi, aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub: “Azərbaycan bölgədə sürətlə inkişaf edən iqtisadiyyata sahib olan ölkədir. Son 15 il ərzində iqtisadiyyatımız üç dəfədən çox artıb. Beynəlxalq təşkilatların hazırladıqları hesabatlarda Azərbaycanda sosial-iqtisadi islahatların uğurla aparıldığı qeyd olunur. Dünya Bankının “Doing Business 2020” hesabatında Azərbaycanın dünyanın ən çox islahat aparan 20 ölkəsindən biri seçilməsi bunu bir daha sübut edir. Ölkədə aqrar sahə qeyri-neft sektorunun ən aparıcı sahəsi elan edilib. Son illər bu istiqamətdə ölkəmizdə sistemli şəkildə həyata keçirilən islahatların, o cümlədən göstərilən yüksək dövlət qayğısının nəticəsi olaraq kənd təsərrüfatı sahəsində istehsal göstəriciləri davamlı olaraq yüksəlib. Təkcə bu ilin doqquz ayında aqrar sektorda artım yeddi faizdən çox olub. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir”.
İqtisadi Əməkdaşlıq Təşkilatının regional əməkdaşlıq və həmrəyliyin vacib platformalarından biri olduğunu deyən nazir İnam Kərimov əlavə edib ki, üzv ölkələr arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur. Regional əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu diqqətə çatdıran İnam Kərimov ECO-ya üzv ölkələrin Regional Aqrar Tədqiqatlar və İnnovasiya Mərkəzinin (ECO-RARiN) yaradılması təşəbbüsü ilə çıxış edib: “Mərkəzin fəaliyyəti ilə bağlı sənəd layihəsi Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanaraq yerli dövlət qurumları və üzv ölkələrlə razılaşdırılıb. Mərkəzin yaradılmasında əsas məqsəd aqrar tədqiqatlar, innovasiyaların tətbiqi və müasir texnologiyaların ötürülməsində ECO-ya üzv ölkələr arasında regional səviyyədə sıx və səmərəli əməkdaşlığın qurulmasına nail olmaqdır. Bu məqsədlə üzv ölkələrdə fəaliyyət göstərən bütün müvafiq qurumlar və ya mərkəzlər sıx əməkdaşlıq edəcək”.
Tədbirdə çıxış edən ECO-nun Baş Katibinin müavini Sayed Yahya Axlaqi təşkilatın fəaliyyət planı, icra olunan layihələr və həyata keçirilən tədbirlər barədə məlumat verib. O, ECO-ya üzv ölkələri kənd təsərrüfatı sahəsində mövcud potensialdan tam istifadə etməyə çağırıb.
Daha sonra Kənd Təsərrüfatı naziri İnam Kərimov İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin VI iclasının sədri seçilib və tədbirin gündəliyi təsdiqlənib.
Tədbirdə çıxış edən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev iqlim dəyişiklikləri və qida təhlükəsizliyi istiqamətində regional əməkdaşlığın gücləndirilməsinin vacib olduğunu diqqətə çatdırıb.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli isə Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər barədə iclas iştirakçılarını məlumatlandırıb.
Tədbirdə üzv ölkələrin kənd təsərrüfatı nazirləri, ECO-nun ixtisaslaşmış agentlikləri - regional təsisatlarının rəhbərləri çıxış edərək təşkilata üzv ölkələr arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarına toxunublar. İclasda ECO ölkələri arasında aqrar sahədə əməkdaşlığın mövcud vəziyyəti, təşkilatın və onun ixtisaslaşmış orqanlarının həyata keçirdiyi regional layihələr, üzv ölkələr tərəfindən irəli sürülən yeni təşəbbüslər və gələcək əməkdaşlıq istiqamətləri ətraflı müzakirə olunub.
İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin VI iclasının sonunda ECO regionunda kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlıq üzrə Bakı Bəyannaməsi və iclasın hesabatı qəbul edilib. Bakı Bəyannaməsində üzv ölkələr arasında kənd təsərrüfatı və ticarət sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin perspektivləri, ECO-ya üzv ölkələrin Regional Aqrar Tədqiqatlar və İnnovasiya Mərkəzinin yaradılması və digər məsələlər öz əksini tapıb.
Sonda birgə foto çəkdirilib.

 
  • Oxunub:  3540  |  
  • Tarix:  05-12-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycanın, o cümlədən gənc nəslin əsas ideyası və ideologiyası suverenlik, müstəqillik və öz ehtiyatlarımıza güvənməkdir

23 Yanvar 18:28
YAP-ın deputatlığa namizədi Aytən Hüseynova Səbail rayonu Bibiheybət qəsəbəsinin sakinləri ilə görüşüb
23 Yanvar 18:25
Naqif Həmzəyevin bu dəfəki görüşü Nərimanov prospekti və Şahsevənlər küçəsinin sakinləri ilə olub
23 Yanvar 18:22
Deputatlığa namizəd Ağalar Vəliyevin Goranboy rayonunun Şəfəq və Zeyvə kəndlərində seçicilərlə görüşü keçirilib
23 Yanvar 18:19
Nəsib Məhəməliyev növbəti görüşlərini Balakən rayonunun təhsil və səhiyyə işçiləri və Mazımqaray kənd seçiciləri ilə keçirib
23 Yanvar 18:18
Məzahir Pənahov siyasi partiyalara müraciət edib
23 Yanvar 18:13
Parlament seçkilərini izləmək üçün 42 min 257 yerli müşahidəçi qeydiyyatdan keçib
23 Yanvar 18:12
Yeni Azərbaycan Partiyasının namizədi Eldar Əsədovun seçicilərlə ilk görüşü keçirildi
23 Yanvar 18:10
MSK sədri: "1447 nəfərin namizədliyi qeydə alınıb"
23 Yanvar 17:42
Deputatlığa namizəd Nizami Cəfərov Ağstafanın Köhnəqışlaq, Tatlı və Göycəli kəndlərində seçicilələ görüşüb
23 Yanvar 17:17
Deputatlığa namizəd Musa Quliyev vətəndaş cəmiyyətinin nümayədələri ilə görüşüb
23 Yanvar 17:12
"Demokratik seçkilərin keçirilməsi üçün kifayət qədər ciddi siyasi iradə mövcuddur"
23 Yanvar 17:11
Vüqar Rəhimzadə: Azərbaycan dünyanın siyasi və iqtisadi elitasının diqqət mərkəzindədir
23 Yanvar 17:00
Azərbaycanda demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan dövlət idarəçilik sistemi yaradılıb
23 Yanvar 16:37
Yeni Azərbaycan Partiyası parlament seçkilərində parlaq qələbə qazanacaq
23 Yanvar 16:35
AVCİYA beynəlxalq təşkilatların seçkilərlə bağlı rəy və tövsiyələrindən ibarət kitab nəşr edib
23 Yanvar 16:12
Deputatlığa namizəd Hikmət Babaoğlu Nərimanov rayonunda yaşayan şəhid ailələrini ziyarət edib
23 Yanvar 15:42
Ceyhun Bayramov “Yüksəliş” müsabiqəsi ilə əlaqədar gənclərə dəvət ünvanlayıb
23 Yanvar 15:41
Futzal üzrə Azərbaycan millisi Özbəkistan yığmasına qalib gəlib
23 Yanvar 15:36
33 saylı Xətai birinci seçki dairəsindən YAP-ın deputatlığa namizədi Hüseynbala Mirələmov seçicilərlə görüşüb
23 Yanvar 15:30
“Bir dəfə Bağdadda” musiqili komediyası növbəti dəfə nümayiş olunacaq
23 Yanvar 15:28
“Qarabağ” klubu İspaniyanın “Leqanes” komandasının hücumçusunu transfer edib
23 Yanvar 15:09
Pərvin Kərimzadə seçicilərini daha güclü Azərbaycan naminə səs verməyə çağırıb
23 Yanvar 14:55
"Milli Məclisə keçiriləcək seçkilər transformasiyanın yeni mərhələsi olacaq" - Dmitri Savelyev
23 Yanvar 14:53
“Procter and Gamble Europe” şirkəti regional mərkəzini Bakıda yaradacaq
23 Yanvar 14:51
Azərbaycanda sığorta bazarının daha da inkişafı üçün “Swiss Re” şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub
23 Yanvar 14:38
YAP-ın namizədləri Binəqədidə gənc seçiciləri ilə görüşdü
23 Yanvar 14:09
Azərbaycan Monteneqroya ən çox investisiya yatıran ölkələrdəndir
23 Yanvar 13:57
Elçin Babayev: Bakı Dövlət Universitetində qış imtahan sessiyası obyektiv şəkildə aparılır
23 Yanvar 13:52
AŞPA-nın nümayəndə heyəti Milli Məclisdə olub
23 Yanvar 13:02
Moskvada Polad Bülbüloğlunun 75 illik yubileyi təntənəli şəkildə qeyd olunub
23 Yanvar 12:50
Seçkiləri müşahidə etmək üçün 210-dan çox beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
23 Yanvar 12:43
“Exit-poll” keçirmək istəyən təşkilatlar artıq MSK-ya müraciət ediblər"
23 Yanvar 12:41
Amerikalı ekspert Türkiyənin enerji təhlükəsizliyi üçün Azərbaycan qazının əhəmiyyətindən yazıb
23 Yanvar 12:37
Gürcüstan MSK-nın üzvləri Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər
23 Yanvar 12:34
AVCİYA seçkidən əvvəl media monitorinqinin nəticələrini açıqlayıb
23 Yanvar 12:32
Birinci vitse-prezident Mehriban Əliyeva Mixail Qusmanı 70 illik yubileyi münasibətilə təbrik edib
23 Yanvar 11:14
Milli Məclisə seçkilərlə əlaqədar aşağı seçki komissiyaları üçün treninqlər başlayıb
23 Yanvar 10:48
AŞPA-nın müşahidə missiyasının üzvləri parlamentdə təmsil olunan partiyaların nümayəndələri ilə görüşür
23 Yanvar 10:33
Oleq Kuznetsov: "Azərbaycanda seçki prosesi yüksək ictimai fəallıq şəraitində həyata keçirilir"
23 Yanvar 10:25
Hazırda deputatlığa namizədlərin sayı açıqlanıb
23 Yanvar 09:58
İctimai Televiziya və Radio Yayımları Şirkəti “Eurovision-2020” üçün mahnı qəbulunu elan edib
23 Yanvar 09:49
Azərbaycan Prezidenti: Bizim milli maraqlarımız həmişə birinci yerdədir
22 Yanvar 18:59
19 saylı Nərimanov birinci seçki dairəsindən YAP-ın deputatlığa namizədi Hikmət Babaoğlu gənclərlə görüşüb
22 Yanvar 18:37
Seçiciləri daha güclü Azərbaycan naminə YAP-ın namizədlərinə səs verməyə çağırıram
22 Yanvar 18:35
Deputatlığa namizəd Elman Nəsirov Cəlilabadda şəhid ailələrinin üzvləri ilə görüşüb
22 Yanvar 18:28
Dövlət Komitəsində QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun meneceri ilə görüş olub
22 Yanvar 18:23
Əbülfəs Qarayev Bruklin-Bakı Dostluq Assosiasiyasının rəhbəri ilə görüşüb
22 Yanvar 18:20
“Ətraf mühitin radioaktiv maddələrlə mühafizəsi tədbirləri” adlı layihənin açılışı keçirilib
22 Yanvar 18:10
Vilayət Eyvazov: Ötən il bağlı qalmış 329 cinayətin üstü açılıb
22 Yanvar 17:37
Əməkdar artist Almaz Mustafayevanın 70 illiyi qeyd olunacaq
22 Yanvar 17:32
Azərbaycan Prezidenti İlham Əliyev Davosda Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa ilə görüşüb
22 Yanvar 17:29
Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Andjey Dudanın Davosda görüşü olub
22 Yanvar 17:26
Çingiz Əliyev: “Azərbaycan zəngin seçki təcrübəsinə malik ölkədir”
22 Yanvar 17:23
Ağdaşda Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanovun təbliğat-təşviqat kampaniyası uğurla davam edir
22 Yanvar 17:21
Eli Naxt: “Azərbaycanda seçkilərin şəffaf keçirilməsi üçün ciddi işlər aparılır”
22 Yanvar 17:17
“SUEZ Group”un baş icraçı direktoru Azərbaycanda reallaşdırdıqları layihələr və perspektiv proqramlar barədə Prezident İlham Əliyevə məlumat verib
22 Yanvar 17:13
VI çağırış Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyasının 93 saylı Bərdə şəhər seçki dairəsindən deputatlığa namizədi Fatma Yıldırım (VİDEO)
22 Yanvar 16:55
AMEA-nın Humanitar Elmlər Bölməsi hesabat verib
22 Yanvar 16:51
Yeni TV-də qonaq Tahir Mirkişilidir. DAHA GÜCLÜ AZƏRBAYCAN NAMİNƏ! (VİDEO)
22 Yanvar 16:44
İtaliya qəzetində Azərbaycan səfirinin erməni yalanlarını ifşa edən cavab məktubu dərc olunub
22 Yanvar 16:40
Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Hicran Hüseynovanın seçicilərlə növbəti görüşü keçirilib
22 Yanvar 16:39
Musiqili Teatrın səhnəsində “999-cu gecə” olacaq
22 Yanvar 16:34
YAP-ın 98 saylı Şəmkir şəhər seçki dairəsindən namizədi Sahibə Qafarova seçicilərlə növbəti görüşlərini keçirib
22 Yanvar 16:33
İcbari tibbi sığortanın tətbiqindən sonra Qəbələ Müalicə və Diaqnostika Mərkəzinə 15 minədək sakin müraciət edib
22 Yanvar 16:30
Yeni Azərbaycan Partiyası tərəfindən mənə göstərilən etimadı ən yüksək səviyyədə doğrultmalıyam
22 Yanvar 16:17
Azərbaycanın Avropa İttifaqına üzv ölkələrdə fəaliyyət göstərən səfirliklərinin işçi iclası olub
22 Yanvar 16:13
YAP tərəfindən MM-in üzvlüyünə namizəd Afət Həsənova Əmircan qəsəbəsində şəhid Nurəli Hacıbaba oğlu Abdullayevin adına olan küçədə seçicilərlə görüşüb
22 Yanvar 16:10
Akademiya prezidenti Yüksək Texnologiyalar Parkında olub
22 Yanvar 16:04
MM-in üzvlüyünə namizəd Rauf Əliyevin Buzovna qəsəbəsində ağsaqqal və ziyalı seçiciləri ilə görüşü keçirildi
22 Yanvar 16:01
Hikmət Hacıyev: Azərbaycan və Avropa İttifaqı təhlükəsizlik, nəqliyyat və enerji sahələrində yaxından əməkdaşlıq edir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA