Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / SOCAR-ın ekologiya üzrə vitse-prezidenti “Metan Prinsipləri Təşəbbüsü”nün Londonda keçirilən tədbirində iştirak edib

SOCAR-ın ekologiya üzrə vitse-prezidenti “Metan Prinsipləri Təşəbbüsü”nün Londonda keçirilən tədbirində iştirak edib

17.01.2020 [09:33]

Yanvarın 16-da London şəhərində BP, ENİ, Equinor, ExxonMobil, Shell, Total və Wintershall şirkətlərinin təşəbbüsü ilə başladılmış “Metan emissiyalarının azaldılması üzrə rəhbər prinsiplər” təşəbbüsünə qoşulan tərəflərin növbəti görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə SOCAR-ı ekologiya üzrə vitse-prezident Rəfiqə Hüseynzadə təmsil edib.
Görüşün əsas məqsədi üzv şirkətlər tərəfindən ötən il ərzində görülmüş işlər və qarşıda duran perspektivlərin müzakirəsi olub.
Görüş zamanı çıxış edən Rəfiqə Hüseynzadə bildirib ki, BMT-nin “İqlim dəyişmələri haqqında” Çərçivə Konvensiyasına əsasən istilik effekti yaradan qazlar sırasında olan metan qazının azaldılması sahəsində dünya təcrübələri öyrənilərək SOCAR-da da bu istiqamətdə işlər görülür. SOCAR ötən il bu sahədə mövcud problemlərin aşkara çıxarılması və yeni fəaliyyət istiqamətlərinin müəyyən edilməsi üçün Norveçin beynəlxalq texniki-məsləhətçi şirkətini öz işlərinə cəlb edib. Artıq inventarlaşma işlərinə start verilib və fəaliyyət planı hazırlanmaqdadır.
Rəfiqə Hüseynzadə, həmçinin Azərbaycan üzrə illik 1,3 milyard kubmetr qazın sırf ekoloji layihələrdən əldə edilərək əhaliyə çatdırılması barədə görüş iştirakçılarına məlumat verib. Əldə olunmuş nəticələrdən də aydın görmək olar ki, atmosferə atılan qazların yığım göstəriciləri ildən-ilə artmaqdadır.
Qeyd edək ki, beynəlxalq neft-qaz şirkətlərinin təşəbbüsü ilə yaradılmış “Metan emissiyalarının azaldılması üzrə rəhbər prinsiplər”ə SOCAR ötən il Parisdə keçirilən görüş zamanı rəsmi qoşulduğunu bəyan edib.

Paylaş:
Baxılıb: 599 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30