Ana səhifə »  KİVDF »  Azərbaycanda qeyri-neft sektorunun artım dinamikası 9 faizi ötüb
A+   Yenilə  A-
Azərbaycanda qeyri-neft sektorunun artım dinamikası 9 faizi ötüb

Dövlət proqramlarına uyğun olaraq regionların iqtisadi potensialından səmərəli istifadə edilməsi, öz növbəsində, ölkə iqtisadiyyatının neftdən asılılığının azalmasında mühüm rol oynayır
Ölkəmizdə Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən və 2004-cü ildən bəri uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində reallaşdırılan tədbirlər sayəsində bütövlükdə Azərbaycanın regionları da iqtisadi güc amilinə çevrilib. Dövlət proqramlarına uyğun olaraq regionların iqtisadi potensialından səmərəli istifadə edilməsi, öz növbəsində, ölkədə qeyri-neft sektorunun inkişafına təkan verib. Əlamətdar haldır ki, son illərdə ölkə iqtisadiyyatında qeyri-neft sektorunun üstün inkişafı müşahidə edilməkdədir. Ötən il bu sahədə 7 faiz civarında artıma nail olunub. Cari ilin 6 ayında isə qeyri-neft sektorunun artım dinamikası 9 faizi ötüb. Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində qeyri-neft sektorunun inkişafının ölkəmiz üçün prioritet olduğunu bir daha nəzərə çatdırıb: “Qeyri-neft sektorunun inkişafı bizim üçün həmişə prioritet olub. Bunun nəticəsidir ki, bu gün ölkə iqtisadiyyatı dünyada çoxşaxəli iqtisadiyyat kimi tanınır”.
Ölkədə iqtisadiyyatın şaxələndirilməsi siyasəti davamlı xarakter daşıyır
Məlumdur ki, dünyanın karbohidrogen ehtiyatları ilə zəngin olan bir sıra ölkələri “neftdən asılılıq sindromu” ilə üzləşərək ağır böhran vəziyyətinə düşmüşlər. Azərbaycan isə Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi və Onun səyləri ilə vaxtında lazımi tədbirlər görülməsi, iqtisadiyyatın məqsədyönlü şaxələndirilməsi sayəsində nəinki bu sindromdan yan keçməyə müvəffəq olub, eyni zamanda, neft gəlirlərindən məharətlə bəhrələnərək iqtisadiyyatın digər sahələrini inkişaf etdirib. Hazırda ölkə üzrə ümumi daxili məhsulun daha çox hissəsi - 60 faizdən çoxu məhz qeyri-neft sektorunda yaranır. Proqnozlara əsasən, gələcəkdə bu göstərici daha da artacaq.
Qeyri-neft sektorunun maliyyə təminatının gücləndirilməsi bu sahənin inkişafına güclü təkan verir. Qeyd edək ki, son 11 ildə Azərbaycan iqtisadiyyatına 180 milyard dollardan artıq investisiyalar yönəldilib. Ölkəmizin sərmayə qoyuluşu baxımından cəlbedici məkana çevrilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş praqmatik siyasətlə bağlıdır. Ölkədəki möhkəm daxili sabitlik, ardıcıl surətdə həyata keçirilən iqtisadi islahatlar, möhkəm qanunvericilik bazası, investisiyaların qorunmasına və təşviq edilməsinə dövlətin nümayiş etdirdiyi güclü siyasi iradə, ölkədə yaradılan əlverişli biznes mühiti Azərbaycanı investisiya qoyuluşu baxımından cəlbedici ölkəyə çevirib. Həyata keçirilən bütün bu və digər tədbirlər nəticəsində respublikada iqtisadi fəallıq artıb, ölkəmizdə yerli və xarici kapital əsasında qurulan çoxlu sayda yeni müəssisələr yaradılıb. Respublikamızda sərmayə qoyuluşunda prioritet istiqamətlər kimi neft sektorundan kənar sahələr - ağır sənaye, alternativ enerji, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, qida-emal sənayesi, logistika və daşıma, turizm kimi sahələr əsas götürülür.
Qeyri-neft sektorunun dəstəklənməsi yeni Dövlət Proqramının da əsas istiqamətlərindən birini təşkil edir
Qeyri-neft sektorunun inkişafının dəstəklənməsi, iqtisadiyyatın prioritet sahələrinə maliyyə dəstəyinin daha da gücləndirilməsi siyasəti regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının icrasının birinci ilində də davam etdirilib. Prezident İlham Əliyev 2014-cü ildə bölgələrə 23 səfəri çərçivəsində 120-yə qədər müxtəlif təyinatlı infrastruktur obyektinin, çoxlu sayda yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirak edib və dəyərli tövsiyələrini verib. Ümumiyyətlə, ötən il regionların inkişafına bütün mənbələr hesabına 4,5 milyard manat vəsait yönəldilib. 2014-cü ildə “Sənaye ili” çərçivəsində tədbirlər planının icrası regionlarda da sənayenin inkişafına təkan verib. Belə ki, təkcə ötən il regionlarda 105 sənaye müəssisəsi açılıb. Bütövlükdə “Sənaye ili”ndə görülən tədbirlər nəticəsində qeyri-neft sənayesi 9 faiz artıb.
Sumqayıt Kimya Sənaye Parkında xarici və daxili infrastrukturun yaradılması işləri cari ildə başa çatdırılacaq. Hazırda parkda 3 rezident qeydiyyata alınıb, 2 rezident ilə danışıqlar yekunlaşmaq üzrədir. Sözügedən layihələr üzrə investisiya qoyuluşu 650 milyon manat təşkil edəcək.
Son illərdə qeyri-neft sənayesində həyata keçirilən dövlət dəstəyi tədbirləri, o cümlədən, 124 layihənin maliyyələşdirilməsinə 380 milyon manat güzəştli kreditin verilməsi nəticəsində bir sıra sənaye məhsulları üzrə idxaldan asılılıq azalıb, bəziləri üzrə isə ixrac potensialı yaranıb. Respublikanın 14 rayonunda gündəlik istehsal gücü 820 ton olan 28 müasir çörək zavoduna 50 milyon manat güzəştli kredit ayrılıb və artıq 22 zavod istifadəyə verilib.
Regionlarda çoxsaylı sahibkarlar ordusu formalaşıb
Son illərdə dövlət başçısının elan etdiyi “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttə uyğun olaraq respublikanın regionlarında çoxsaylı sahibkarlar ordusunun formalaşması məmnunluq doğurur. Qeyd edək ki, hazırda respublikada istehsal olunan ümumi daxili məhsulda özəl bölmənin çəkisi 80 faizdən yuxarıdır. Son 11 il ərzində Sahibkarlara Kömək Milli Fondunun xətti ilə sahibkarlara iki milyard dollar məbləğində güzəştli kreditlər verilib. Bu kreditlər iqtisadiyyatın real sektoruna ayrılıb. Kreditlərin böyük əksəriyyəti kənd təsərrüfatı sahəsinə, qalan hissə isə sənaye müəssisələrinin yaradılmasına yönəldilib. Ümumiyyətlə, son illərdə Sahibkarlara Kömək Milli Fondunun kreditlərinin 78 faizi, açılan iş yerlərinin isə 81 faizi regionların payına düşüb.
Regionlarda yeni istehsal obyektlərinin yaradılmasında Azərbaycan İnvestisiya Şirkəti mühüm rol oynayır. Qeyd edək ki, “Milk Pro”, “Ağstafa Aqroservis”, “Azərtoxum”, “Dəvəçi Broyler” kimi irimiqyaslı layihələr məhz AİŞ-nin dəstəyi sayəsində həyata vəsiqə qazanıb.
Ümumiyyətlə, son 11 il ərzində regionlarda 500-dən çox sənaye müəssisəsi, o cümlədən, Sumqayıtda texnologiyalar və tekstil parkları, Naxçıvanda sement, mərmər və avtomobil, Qazaxda sement, Gəncədə alüminium, Goranboyda gips və gips məhsulları, Mingəçevirdə polietilen borular, elektron avadanlıqları, Sumqayıtda kağız emalı, bitki yağları, günəş panelləri, Masallıda və Abşeronda kərpic, Hacıqabulda seramik plitələr, Gədəbəy və Daşkəsəndə qızıl emalı, Oğuzda qarğıdalı emalı və qlükoza, İmişlidə şəkər, bitki yağları və qarışıq yem zavodları, Masallıda mebel fabriki, yüzlərlə digər tikinti materialı, emal, çörək və digər müasir müəssisələr fəaliyyətə başlayıb. Təkcə güzəştli kreditlər hesabına ümumi dəyəri 730 milyon manat olan 104 sənaye layihəsi maliyyələşdirilib. Bu layihələr üzrə 80 müəssisə istifadəyə verilib, 24 obyektdə isə işlər davam etdirilir.
Azərbaycanın regionlarında güclü milli sahibkarlar ordusunun formalaşmasına Prezident İlham Əliyev tərəfindən hər cür dəstək nümayiş etdirilir. Dövlətin sahibkarlara göstərdiyi dəstək maddi olmaqla yanaşı, həm də siyasi xarakter daşıyır. Aşağıdakı statistik rəqəmlərdə respublikamızda Prezident İlham Əliyevin qayğısı ilə qeyri-neft sektoruna, o cümlədən də, qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl bölməyə göstərilən dövlət dəstəyi öz əksini tapıb. Son 11 ildə respublikamızda sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artaraq 386 minə çatıb. Hazırda məşğulluqda və vergi daxilolmalarında özəl sektorun payı 70-80 faiz arasında dəyişir. Ötən il respublikamızda regionlardan vergi daxilolmaları 2013-cü ilə nisbətən 9,8 faiz artıb, xərclərini yerli gəlirlər hesabına maliyyələşdirən şəhər və rayonların sayı 6-ya çatıb.
Yeni Dövlət Proqramının icrası çərçivəsində regionlarda sahibkarlığın dəstəklənməsi və təşviq edilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Artıq gənclərin sahibkarlıq təşəbbüsünün dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması məqsədilə Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində ilk biznes inkubator fəaliyyətə başlayıb. 2014-cü ildə sahibkarların maarifləndirilməsi və nümunəvi layihələrin təqdim olunması ilə bağlı regionlarda minlərlə sahibkarın iştirakı ilə 169 tədbir keçirilib, 47 sahibkarın Almaniyada təcrübə keçməsi təşkil olunub. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 5560 sahibkara 50 faizi qaytarılmış vəsait hesabına olmaqla 295 milyon manat güzəştli kredit verilib və 12500-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb. Təxminən 78 faizi regionlara yönəldilmiş bu güzəştli kreditlər hesabına 2014-cü ildə 39 iri istehsal, emal və infrastruktur müəssisəsi istifadəyə verilib. Cari ildə isə daha 81 müəssisənin istifadəyə veriləcəyi gözlənilir.
Prezident İlham Əliyevin 2014-cü il martın 3-də imzaladığı “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı özəl bölmənin yeni mərhələsinin hüquqi təminatlarını özündə əks etdirir. Prezidentin imzaladığı bu Sərəncam ölkəmizdə özəl bölməyə dövlət dəstəyinin ardıcıllığını bir daha təsdiqləyir. Fərmana uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulan islahatlar çərçivəsində 6 qanunun qəbul olunması nəzərdə tutulub. Bunlardan iki qanun tamamilə yeni olacaq. Bunlar “Özəl kredit büroları haqqında” və “Təminatlı əqdlər haqqında” qanun layihələridir. Bu qanunların qəbul olunması bank xidmətləri sferasının genişlənməsinə, eləcə də, sahibkarların maliyyə xidmətlərinə çıxış imkanlarının daha da artırılmasına imkan yaradacaq.
Aqşin ŞAHİNOĞLU

 
 
  • Oxunub:  15210  |  
  • Tarix:  15-07-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
“Dünya dini liderlərinin II Bakı sammiti” ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib

19 Aprel 18:08
Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası fiziki şəxslərin problemli kreditləri ilə bağlı açıqlama yayıb
19 Aprel 18:05
Azərbaycan Ordusunun nümayəndələri NATO-nun çoxmillətli tibb təlimində iştirak edib
19 Aprel 17:57
Paşinyan hökumətində böyük korrupsiya qalmaqalı
19 Aprel 17:48
Azərbaycan və Rusiyanın təhsil müəssisələri arasında təcrübə mübadiləsinə dair müzakirələr aparılıb
19 Aprel 17:46
Seymur Orucov: Bakı şəhərində keçirilən “Formula 1” yarışına dünyada maraq ildən ilə artır
19 Aprel 17:45
Hadi Rəcəbli: Azərbaycanın iqtisadi uğurları nəticəsində əhalinin sosial müdafiəsi daha da gücləndirilib
19 Aprel 17:43
YAP Gənclər Birliyi “YAP GB K-2019” adlı kartinq yarışı keçirib
19 Aprel 17:36
YAP Qaradağ rayon təşkilatının Gənclər Birliyinin V konfransı keçirilib
19 Aprel 17:27
Ermənistanda saxta hökumət fəaliyyət göstərir
19 Aprel 17:27
İlyas Umaxanov: Azərbaycanlı həmkarımızın çıxışında qaldırılan məsələlərin əksəriyyəti konfransın yekun sənədində öz əksini tapacaq
19 Aprel 17:24
Maliyyə Nazirliyi birinci rübdə dövlət büdcəsinin icrasına dair məlumat yayıb
19 Aprel 17:21
Səudiyyə Ərəbistanı mətbuatı AZAL-ın bu ölkənin bir neçə şəhərinə yeni aviareyslərinin təqdimatından yazır
19 Aprel 17:18
Birinci rübdə əhalinin gəlirləri 5,5 faiz artıb
19 Aprel 17:09
Sankt-Peterburqda MDB Parlament Assambleyasının 49-cu plenar iclası keçirilib
19 Aprel 17:08
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 16:52
Qubada dövlət-din münasibətləri ilə bağlı ikigünlük seminar-müşavirə davam edib
19 Aprel 16:45
Azərbaycanın iki güləşçisi dünya reytinqində liderliyə yüksəlib
19 Aprel 16:39
Sədaqət Vəliyeva: Tibbi sığorta insanların sağlamlığının “qızıl zəmanəti”dir
19 Aprel 16:32
Pirallahı rayonunda avtomobil yollarının yenidən qurulmasına 1,9 milyon manat ayrılıb
19 Aprel 16:29
Daxili işlər naziri polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19 Aprel 16:25
Yaxın Şərqdə iki təhlükəli proses: dağıdıcı trendlərin güclənməsi
19 Aprel 16:06
Məleykə Abbaszadə Qəbələdə vətəndaşları qəbul edib
19 Aprel 16:03
İran nümayəndə heyəti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
19 Aprel 15:57
İsrailli jurnalistlər işğalçı ermənilərin vandalizminin və qəddarlığının nəticələrini öz gözləri ilə görüblər
19 Aprel 15:37
Səyyar “ASAN xidmət” Qazaxda
19 Aprel 15:35
Rusiya-Azərbaycan: ölkələri və qitələr birləşəndə
19 Aprel 15:24
Binəqədi rayonunda yeni salınmış abad məhəllədə sakinlərlə görüş olub
19 Aprel 15:01
Respublika ərazisində keçirilən “Təmiz hava” aylığı davam edir
19 Aprel 14:44
Baş prokuror Ucar rayonunda vətəndaşları qəbul edib
19 Aprel 14:41
Azərbaycanda uşaqlara yönələn dayanıqlı inkişaf məqsədlərinin milliləşdirilməsi üzrə seminar keçirilib
19 Aprel 14:38
Yekaterinburqda “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi” təqdimatı olunub
19 Aprel 14:34
Prezident İlham Əliyev hər addımı ilə vətəndaşın yanında olduğunu sübut edir
19 Aprel 14:26
PA rəsmisi: Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib
19 Aprel 14:26
Zaqatalada fermerlər üçün təlim keçirilib
19 Aprel 14:19
“Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 14:18
UNEC alimlərinin dünya elminə töhfəsi
19 Aprel 14:14
“Azərmaş” ASC İranın “Maral” şirkəti ilə distribüterlik müqaviləsi imzalayıb
19 Aprel 14:11
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Cocuq Mərcanlıda vətəndaşları qəbul edib
19 Aprel 14:07
Azərbaycanla İran gömrük xidmətlərinin nümayəndələri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər
19 Aprel 14:01
Birinci rübdə Gürcüstan Azərbaycandan 22,2 milyon dollarlıq elektrik enerjisi alıb
19 Aprel 13:55
Milli Kitabxanada “İsmayıl Şıxlı. Biblioqrafiya” kitabının təqdimatı olub
19 Aprel 13:50
Leyla Abdullayeva: Ermənistan XİN-i “3+2” formatında qəbul edilmiş bəyanatlara qoşulmağa dəvət edirik
19 Aprel 13:46
Rusiyalı tarixçi: Ermənilər qədim keçmişə sahib olmadıqları üçün hansısa yolla öz mövcudluqlarını saxlamaq məcburiyyətindədirlər
19 Aprel 12:54
Millət vəkili: Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan uğurla inkişaf edəcək
19 Aprel 12:44
Ekologiya və təbii sərvətlər naziri Ağcabədi rayonunda vətəndaşların müraciətlərini dinləyib
19 Aprel 12:41
“Xəmsə” milli intellektual oyunu üzrə “Heydər Əliyev kuboku”nun ilk seçim mərhələsi başa çatıb
19 Aprel 12:40
AMEA-nın Şərqşünaslıq İnstitutunda akademik Həmid Araslının xatirəsi anılıb
19 Aprel 12:38
Diplomatik korpus nümayəndəliklərinin rəhbərləri Şamaxı rayonuna səfər edib
19 Aprel 12:35
ADU-da “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 12:34
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ağcabədidə vətəndaşları qəbul edəcək
19 Aprel 12:31
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
19 Aprel 12:29
Nqiem Vu Kay: Coğrafi baxımdan uzaqda yerləşən Azərbaycanın Vyetnama çox isti münasibəti var
19 Aprel 11:56
“Azərbaycan Respublikasının innovasiya strategiyası”nın layihəsinin hazırlanması ilə bağlı müzakirələr aparılıb
19 Aprel 11:53
YAP Səbail rayon təşkilatında könüllülər birliyinin təqdimatı keçirilir - YENİLƏNƏCƏK
19 Aprel 11:51
“İçərişəhər” və “Qala” qoruqlarında “Açıq qapı” günü keçirilib
19 Aprel 11:36
Nazir: İlin ilk iki ayında Azərbaycanla İranın ticarət dövriyyəsi 4,5 dəfə artıb
19 Aprel 11:16
Siyavuş Novruzov: Ermənistan kimi müqavilə əsasında yaranan dövlətlər qonşu ölkələrin mədəniyyətindən, tarixindən oğurluq edirlər
19 Aprel 11:13
Paytaxt məktəblərində “Oxu günü” çərçivəsində tədbirlər keçirilir
19 Aprel 11:11
Şamil Ayrım: Ulu öndər Heydər Əliyev ilə bağlı əsərlər Türkiyə kitabsevərləri üçün böyük sərvətdir
19 Aprel 11:00
Moldova Prezidenti Azərbaycan diasporunun fəalını mükafatlandırıb
19 Aprel 10:53
Hacıqabul Sənaye Məhəlləsində avtobus və yük avtomobillərinin istehsalı zavodunun təməli qoyulub
19 Aprel 10:51
Bakıda "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir" mövzusunda konfrans keçirilir
19 Aprel 10:48
Hanoyda AZƏRTAC-ın sədrliyi ilə OANA İcraiyyə Komitəsinin 44-cü iclası işə başlayıb
19 Aprel 10:46
Azərbaycan-İran iqtisadi əməkdaşlığı müzakirə edilib
19 Aprel 10:42
“Piylənmənin idarə olunmasında ən yeni tendensiyalar” mövzusunda elmi-praktik konfrans keçirilir
19 Aprel 10:30
Müdafiə naziri Hərbi Hava Qüvvələrinin təlim-məşq mərkəzinin açılışında iştirak edib
19 Aprel 10:23
Fəlsəfə İnstitutunda “Azərbaycan tarixinin fəlsəfi dərki və müasir dövr” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 10:21
Valentina Matviyenko: Mehriban xanım çox maraqlı həmsöhbətdir
19 Aprel 10:19
“Beynəlxalq konfransın yüksək şəkildə keçirilməsinə nail olacağıq”
19 Aprel 10:17
İstanbulda Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA