Ana səhifə »  KİVDF »  Regional inkişaf proqramları bölgələrdə investisiya qoyuluşunun artmasında mühüm rol oynayıb
A+   Yenilə  A-
Regional inkişaf proqramları bölgələrdə investisiya qoyuluşunun artmasında mühüm rol oynayıb

Yeni yaradılan istehsal müəssisələrində işlə təmin olunan vətəndaşların rifahını xarakterizə edən keyfiyyət göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb
Son illər Azərbaycanın bölgələrinin tarazlı və hərtərəfli inkişafında, iqtisadi fəallığın yüksəlməsində, iqtisadiyyatın rəqabət qabiliyyətinin artmasında, iş yerlərinin və yeni müəssisələrin yaradılmasında, əhalinin məşğulluğunun yaxşılaşmasında, ümumilikdə respublikamızın dayanıqlı və sürətli inkişafının təmin olunmasında regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası mühüm əhəmiyyət kəsb edir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən siyasət iqtisadi tərəqqinin əsas amilinə, sistemli və dayanıqlı inkişafın dövlət tənzimlənməsinin mütərəqqi bir metoduna çevrilib. Bölgələrdə milli iqtisadi ehtiyatların tam səfərbər olunmasına, sahibkarlıq sektorunun dirçəlməsinə, azad biznesin inkişafına, rəqabətqabiliyyətli istehsal sektorunun formalaşmasına dərin zəmin yaradıb. Bu siyasət ölkəmizdə sosial infrastrukturun, kommunal xidmət sektorunun, enerji və nəqliyyat sisteminin etibarlı təminatını, təhlükəsizliyini möhkəmləndirib. Regionların inkişafına dair həyata keçirilən proqramlar Azərbaycanın iqtisadi siyasətinin ümumi tərkib hissəsi olmaqla uzunmüddətli və davamlı inkişafa, gələcəyə hesablanmış “yol xəritəsi” hesab oluna bilər. Əslində, Azərbaycanın regionlarının inkişafının prioritetləri və bu siyasətin konturları Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf konsepsiyasına əsaslanır. Ulu öndər Heydər Əliyevin fəaliyyətinin ana xəttində həmişə respublikamızın hərtərəfli inkişafı, bütün iqtisadi rayonlarda iqtisadi yüksəlişin təmin olunması prinsipi mühüm yer tuturdu. Müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə də Ulu öndər Heydər Əliyev üçün bir məqsəd, amal var idi: Azərbaycan iqtisadiyyatını inkişaf etdirmək və ölkəmizin dünya dövlətləri sırasında öz layiqli yerini tutmasını təmin etmək. Ulu öndər, ilk növbədə, çoxmülkiyyətli bazar iqtisadiyyatının başlıca tələblərinin təmin olunması istiqamətində siyasi iradə nümayiş etdirdi və əhatəli iqtisadi islahatlara başladı. Ölkəmizin neft satışından əldə etdiyi gəlirlər iqtisadiyyatın çoxşaxəli inkişafına, regionlarda iqtisadi sahələrin dirçəldilməsinə yönəldildi. 1999-cu ildə ilk mənfəət neftinin satışından ölkəyə daxil olan investisiyalar iqtisadiyyatın yeniləşməsi - sahibkarlığın və qeyri-neft sektorunun inkişafına istiqamətləndi. Uğurlu torpaq islahatları və özəlləşdirmə prosesi uğurla həyata keçirildi, liberal bazar iqtisadiyyatının ən mütərəqqi modelləri ilə yanaşı, səmərəli və güzəştli vergi-maliyyə-fiskal siyasət yürüdüldü.
Regionların inkişafı Prezident İlham Əliyevin fəaliyyətinin ana xəttini təşkil edir...
Ümummilli lider Heydər Əliyevin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” imzaladığı Fərman regionların sosial-iqtisadi inkişafının konturlarının müəyyən edilməsində və birinci Dövlət Proqramının hazırlanmasında baza sənədi oldu. Sənəddə respublikamızda sosial-iqtisadi inkişafın sürətləndirilməsi, Azərbaycanın hərtərəfli inkişafı və iqtisadi cəhətdən qüdrətli dövlətə çevrilməsindən ibarət yeni sosial-iqtisadi inkişaf strategiyasını formalaşdırdı. Bu strategiyanın yerinə yetirilməsi üçün regional inkişaf proqramlarının hazırlanması və digər müxtəlif xarakterli təşkilati, idarəetmə tədbirlərinin həyata keçirilməsini bir vəzifə kimi qarşıya qoydu. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi altında işlənib hazırlanmış və ardıcıllıqla həyata keçirilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” bu dövrə aid vəzifələrin yerinə yetirilməsində həlledici mərhələ oldu. 2004-cü ildən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları rayonların iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşmasına səbəb olub, bununla da ölkənin strateji inkişaf hədəflərinə, müəyyən edilmiş məqsədlərə nail olunmasına əhəmiyyətli töhfəsini verib.
Regionların inkişafı Dövlət proqramlarının icrası daim Prezident İlham Əliyevin diqqət mərkəzində olub, ölkə başçısı 11 il ərzində bölgələrə davamlı şəkildə səfərlər etməklə proqram çərçivəsində əlavə tədbirlərin görülməsinə qərar verib. Ölkə başçısı ötən dövrdə yüzlərlə müxtəlif təyinatlı infrastruktur obyektlərinin və yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində şəxsən iştirak edib, iri müəssisələrin fəaliyyəti ilə yaxından tanış olub. Rayon ictimaiyyəti ilə keçirilən görüşlərdə qaldırılmış məsələlərin həlli məqsədilə əlavə olaraq regionlara vəsaitlərin ayrılması barədə sərəncamlar imzalayıb. Bu, Prezident İlham Əliyevin regionların inkişafına göstərdiyi diqqətin ən yüksək təcəssümüdür.
Ötən 11 ilin təcrübəsi göstərir ki, ölkənin sosial-iqtisadi inkişafında prioritet kimi müəyyən edilmiş və neft-qaz gəlirlərindən səmərəli istifadə etməklə regional tarazlığın təmin edilməsində regional inkişaf üzrə Dövlət proqramları mühüm rol oynayıb. Dövlət proqramları çərçivəsində Azərbaycanın iqtisadi qüdrəti daha da yüksəlib, ölkədə işgüzar fəallıq artıb, regionlarda sahibkarlıq fəaliyyəti daha da genişlənib, geniş və ölkənin bütün coğrafi hüdudlarını əhatə edən iri infrastruktur layihələri həyata keçirilib. Bölgələrdə ən müasir texnologiyaların tətbiq olunduğu və beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlər yaradılıb. İstehsal müəssisələrində işlə təmin olunan vətəndaşların rifahını xarakterizə edən keyfiyyət göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Dövlət proqramlarının icrası ölkənin makroiqtisadi göstəricilərinin sürətlə yaxşılaşmasına səbəb olub, bu dövrdə (2004-2014-cü illər ərzində) Ümumi Daxili Məhsul (ÜDM) 3,2 dəfə, adambaşına ÜDM-in həcmi 2,8 dəfə, qeyri-neft sektoru 2,6 dəfə artıb və ölkəmizdə orta illik iqtisadi artım 12,9 faiz təşkil edib. Strateji valyuta ehtiyatları 31 dəfə, xarici ticarət dövriyyəsi 6,6 dəfə, ixrac 9,3 dəfə, idxal 4,1 dəfə, qeyri-neft ixracı 4,7 dəfə artıb. Dövlət büdcəsinin gəlirləri 16 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə, pensiyalar 9,6 dəfə, əhalinin əmanətləri 27 dəfə artıb. Minimum əməkhaqqının məbləği ötən 10 ildə 11,7 dəfə artıb, yoxsulluğun səviyyəsi 2003-cü ildəki 44,7 faizdən 2013-cü ildə 5,3 faizə düşüb. Hazırda Cənubi Qafqazın ümumi iqtisadiyyatının dörddə üçü respublikamızın payına düşür.
Son 11 ildə regionlara 55 milyard manatdan artıq sərmayə yatırılıb...
Regional inkişaf proqramları ölkə iqtisadiyyatının çoxşaxəli inkişafının təmin olunmasında güclü təkanverici faktora çevrilən bölgələrə investisiya qoyuluşunun artmasında da mühüm rol oynayıb. Yaradılan əlverişli sərmayə iqlimi və həyata keçirilən səmərəli investisiya siyasəti nəticəsində daxili investisiyalar 14,6 dəfə, qeyri-neft sektoruna investisiyalar 12,9 dəfə artıb. Son 11 ildə regionlara bütün mənbələr hesabına 55 milyard manatdan artıq vəsait yönəldilıb. Bütün bu tədbirlər nəticəsində ölkədə 1,2 milyondan çox yeni, o cümlədən, 900 min daimi iş yeri açılıb, 55,6 min yeni müəssisə yaradılıb. İş yerlərinin 80 faizə yaxını regionların payına düşür.
Son 11 il ərzində Sahibkarlara Kömək Milli Fondunun xətti ilə 2 milyard dollar məbləğində güzəştli kreditlər verilib. Bu kreditlər iqtisadiyyatın real sektoruna ayrılıb. Hazırda icrası davam etdirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə makroiqtisadi sabitliyin təmin olunmasında, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, nəticədə əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynamaqdadır. Proqramın icrasından ötən bir il ərzində regionların inkişafına ötən il bütün mənbələr hesabına 4,5 milyard manat vəsait yönəldilib. Son bir ildə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 5560 sahibkara 50 faizi qaytarılmış vəsait hesabına olmaqla 295 milyon manatdan çox güzəştli kredit verilib və 78 faizi regionlara yönəldilmiş bu güzəştli kreditlər hesabına 2014-cü ildə 39 iri istehsal, emal və infrastruktur müəssisəsi istifadəyə verilib. 2015-ci ildə isə daha 81 müəssisənin istifadəyə veriləcəyi gözlənilir. Son bir ildə regionlarda sosial infrastruktur və kommunal xidmət təminatı da əhəmiyyətli dərəcədə yaxşılaşıb. Respublika üzrə 960 kilometr ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 30 yeni körpü və yolötürücüləri tikilib və ya təmir olunub. Əhalisi 960 min nəfər olan 597 yaşayış məntəqəsini birləşdirən 1300 kilometr uzunluğunda kənd yollarının çəkilməsi və yenidən qurulması işləri aparılıb, regionlarda 155 məktəb, 30 tibb müəssisəsi, 11 gənclər və idman, 43 mədəniyyət və digər sosial obyektlər tikilib və ya əsaslı təmir olunub, məcburi köçkünlər üçün 7 yeni yaşayış kompleksi salınıb, 4450 ailənin və ya 22 min məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb, əlil və şəhid ailələri üçün 5 yaşayış binası tikilib.
2014-cü ilin “Sənaye ili” elan edilməsi və bu çərçivədə tədbirlər planının icrası regionlarda da sənayenin inkişafına təkan verib, ötən il regionlarda 105 sənaye müəssisəsi açılıb. “Sənaye ili”ndə görülən tədbirlər nəticəsində qeyri-neft sənayesi 9 faiz artıb. Son illərdə sənayedə həyata keçirilən dövlət dəstəyi tədbirləri, o cümlədən, 124 layihənin maliyyələşdirilməsinə 380 milyon manat güzəştli kreditin verilməsi nəticəsində bir sıra sənaye məhsulları üzrə idxaldan asılılıq azalıb, bəziləri üzrə isə ixrac potensialı yaranıb. Prezident İlham Əliyevin iştirakı ilə keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının 1-ci ilinin yekunları”na həsr olunmuş konfransda qeyd olunduğu kimi regionların sosial iqtisadi inkişafını nəzərdə tutan tədbirlərin icrası nəticəsində ölkə iqtisadiyyatının dinamik inkişafı, o cümlədən, regionlarda irimiqyaslı layihələrin həyata keçirilməsi uğurla təmin edilib. Dövlətimizin başçısınin bəyan etdiyi kimi, üçüncü Dövlət Proqramının qəbulundan ötən 1 il ərzində dünyada siyasi, iqtisadi və maliyyə böhranının yeni mərhələsinin başlanmasına baxmayaraq, Azərbaycanda sabitlik və inkişaf hökm sürüb.
Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bildirmişdi ki, 2014-cü ildə əldə olunmuş inkişaf göstəriciləri 2015-ci il üçün əlverişli zəmin deməkdir və cari ildə ölkəmizin iqtisadiyyatında artımın davam edəcəyini nikbinliklə söyləmək olar: “Qeyri-neft sektorunun inkişafı bizə imkan verir ki, ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf etsin və iqtisadiyyatımızın dayanıqlı inkişafı təmin edilsin”.
Yeri gəlmişkən, ötən ilki proqnozlarda 2015-ci ildə qeyri-neft sektorundan daxilolmaların həcminin artırılması hesabına ümumi büdcə gəlirlərinin təmin edilməsi də nəzərdə tutulur, dövlət büdcəsi gəlirlərində qeyri-neft sektoru üzrə daxilolmaların 10 faizdən çox artacağı proqnozlaşdırılırdı ki, bu ilin 6 ayının göstəriciləri proqnozların təsdiqinə işarə edir. Dünya Bankı növbəti üç il ərzində Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımı ilə bağlı proqnozunu açıqlayıb və təşkilatın dərc etdiyi “Qlobal iqtisadi göstəricilər-2015” adlı hesabatda bu il ölkəmizdə ÜDM-in 4,4 faiz olacağı bildirilir. Bu rəqəm 2016-cı ildə 4,1 faiz, 2017-ci ildə isə 3,8 faiz təşkil edəcək. İqtisadiyyatın şaxələndirilməsində qeyri-neft sektorunda investisiya fəallığı və ixrac potensialının reallaşdırılması da mühüm rol oynayır. Hökumətin proqnozlarına görə, bu il də iqtisadiyyatın qeyri-neft bölməsinə əhəmiyyətli dərəcədə sərmayə yatırılmalıdır və ötən 6 ay bu istiqamətdə işlərin uğurlu getdiyindən xəbər verir. 2014-cü ildə ölkə iqtisadiyyatına 27 milyard dollar investisiya qoyulub ki, bunun da 16 milyardı daxili sərmayədir. Sərmayə portfelində əsas vəsaitlər isə qeyri-neft sektorunun payına düşür. Dövlətimizin başçısı regionların inkişafında sahibkarlar ordusunun fəaliyyətinin də mühüm rol oynadığına toxunub və bu təbəqəyə xüsusi diqqət göstərdiyini vurğulayıb. “Mən sahibkarlarla mütəmadi qaydada görüşürəm. Son on il ərzində bölgələrdə 1200-dən çox obyektin açılışında şəxsən iştirak etmişəm. Sahibkarlara öz dəstəyimi həmişə göstərmişəm, göstərəcəyəm. Bu dəstək həm siyasi, eyni zamanda, maddi dəstəkdir”, - deyən dövlət başçısı bu dəstəyin qarşıdakı 5 ildə - üçüncü regional inkişaf proqramı çərçivəsində davam etdiriləcəyini bildirib.
Prezident İlham Əliyev deyib ki, bu dəstək hesabına böyük işlər görülüb: “Son 10 il ərzində Azərbaycanda 55 min yeni müəssisə yaradılmışdır. Dövlət xətti ilə bir milyard 200 milyon manat güzəştli şərtlərlə kredit verilmişdir. Gələcəkdə biz hər il təxminən 270-300 milyon manat həcmində güzəştli kreditlər verəcəyik. Beləliklə, proqramın sonuna - 2018-ci ilə qədər təxminən bir milyard yarım manat vəsait kredit veriləcəkdir. Bu vəsait də iqtisadiyyatın real sektoruna qoyulacaqdır”.
Gələcəyə baxış ... Regionların inkişafının əsas prioritetləri...
Azərbaycan Prezidenti sözügedən konfransda bir daha qarşıdakı dövrlərdə ölkəmizin və regionların inkişafının, nəzərdə tutulan islahatların ana konturlarını, inkişaf ssenarilərini açıq şəkildə bəyan etdi və dövlət başçısının bu fikirləri çox ümidverici, nikbin və daha irəliyə baxmaq üçün stimullu fundamental konsepsiya təsiri bağışlayır. Bu konsepsiyanın başlıca məzmunu Azərbaycanın yeni iqtisadi siyasətini müəyyən edən, yeni istiqamətlər açan, sosial dövlət-sosial cəmiyyətin inkişafına geniş imkanlar yaratmaqdan ibarətdir. Bir sözlə, ölkə başçısı cəmiyyətə Azərbaycanın gələcək obrazını canlandıran milli inkişaf trendlərinin mesajını verdi.
Yeri gəlmişkən, Prezident İlham Əliyev ölkədə demokratik cəmiyyət quruculuğunun, siyasi və iqtisadi islahatların dönməzliyinin təmin edilməsi, yeni islahatlar kursunun həyata keçirilməsini davamlı hesab edir və qarşıdakı mərhələdə bu istiqamətdə tədbirlərin sürətləndirilməsi əsas planlardandır. Azərbaycan hökumətinin müəyyən etdiyi uzunmüddətli strategiyanın əsas istiqamətləri qeyri-neft sektorunun ölkə iqtisadiyyatının inkişafında əsas aparıcı bölmə kimi dominantlığını möhkəmləndirməkdən ibarətdir. XXI əsrin birinci onilliyində respublikamızın iqtisadi inkişafında neft gəlirləri başlıca valyuta mənbəyi olsa da, ikinci onillikdə qeyri-neft məhsullarının istehsalının və ixracının yüksəlməsi valyuta resurslarının strukturunun dəyişməsinə imkan yaradır. Növbəti beşillik regional inkişaf proqramının əsas ana xətti də məhz regionlardakı qeyri-neft ehtiyatlarının səfərbər olunaraq istehsal imkanlarının artırılmasını strateji hədəf seçib. 2014-2018-ci illərdə inkişaf doktrinasının əsas şaxələrindən biri regionların tarazlı inkişaf coğrafiyasını genişləndirmək, bölgələrdə istehsalın səviyyəsini və müəssisələrin sayını artırmaq, liberal və maliyyə baxımından özünü təsdiqləyən milli istehsalçıların sırasının çoxalmasına çatmaqdır. Proqramın əsas hədəfi regionlardakı iqtisadi sərvətləri tam hərəkətə gətirmək, dövriyyəyə cəlb etmək, istifadə olunmamış iqtisadi resursları, xammal ehtiyatlarını istehsal prosesinin əsas mühüm hissəsinə çevirməklə iqtisadi gücü ən azı 2 dəfə artırmaqdan ibarətdir. Bu məqsədlə ölkənin malik olduğu təbii sərvətlərdən səmərəli istifadə edilməsi və regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi və regionlar arasında mövcud olan differensiasiyanın minimuma endirilməsi, milli iqtisadiyyatın rəqabətqabiliyyətlilik səviyyəsinin yüksəldilməsi, iqtisadiyyatın diversifikasiyasının sürətləndirilməsi və qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, qeyri-neft məhsullarının ixracının genişləndirilməsi, ölkənin ixrac potensialının artırılması prioritetləri daxildir.
Yaxın illərdə inkişafın lokomotivi qeyri-neft sektoru olacaq...
2014-2018-ci illərdə sahibkarlığın inkişafı sahəsində əsas hədəflər bu sahənin milli iqtisadiyyatda payının daha da yüksəldilməsindən ibarətdir. Bu məqsədlə, regional sahibkarlığın maliyyə təminatının təkmilləşdirilməsi, bu istiqamətdə məqsədli dövlət maliyyələşməsi ilə yanaşı, alternativ maliyyə mənbələrinin daha da aktivləşdirilməsi üzrə zəruri mühitin yaradılması, kiçik və orta sahibkarların maliyyəyə çıxış imkanlarının daha da artırılması, kreditlərin sığortalanması mexanizminin formalaşdırılması üçün təkliflərin hazırlanması nəzərdə tutulur. Hər bir rayonda sənaye zonalarının, sənaye məhəllələrinin, biznes-inkubatorların yaradılması işlərini sürətləndirəcək. Bundan başqa, Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılması məqsədilə ərazilərin və müvafiq sahələrin müəyyən edilməsi və bu təsisatların işinin beynəlxalq təcrübəyə əsaslanaraq qurulması əsas hədəflərdəndir.
Hazırda sənayeləşmənin ən innovativ və mütərəqqi modeli olan sənaye texnoparklarının yaradılması isə güclü zəmin yaratmaqdadır. Xüsusilə də bu proses daha çox regional xarakter almağa yönəlib və Sumqayıt, Gəncə, Mingəçevir, Daşkəsən kimi regionlarda ən müasir texnologiyalar və yüksək məhsuldarlıqlı avadanlıqlar əsasında yenidən qurulan sənaye texnoparklarının yaradılması istiqamətində işlər gedir.
Hökumət iqtisadiyyatın inkişafında sənaye texnoparklarının ən mühüm layihələrdən biri olmasını nəzərə alaraq bu kimi modellərin tətbiqini genişləndirmək niyyətindədir. Sənayeləşmə strategiyasına uyğun olaraq sənaye məhəllələrinin yaradılması, hər bir rayonda sənaye zonasının təşkili nəzərdə tutulur. Bu cür layihələr sənaye sektorunun inkişaf etdirilməsi ilə yanaşı, eyni zamanda, həmin regiona investisiyanın cəlb edilməsinə, bölgələrdə qeyri-neft sənayesinin inkişafına səbəb olacaq. Bu cür zonaların ilkin olaraq Gəncəətrafı rayonlarda, eləcə də, Şirvan və Siyəzən rayonlarında yaradılması planlaşdırılır. Növbəti mərhələdə digər rayonlarda da bu layihənin tətbiqi nəzərdə tutulur. Nəticədə, bu təcrübə Azərbaycanın digər yaşayış məntəqələrini də əhatə edəcək. Sənaye sektorunda olduğu kimi, aqrar bölmədə də texnoparkların yaradılması planlaşdırılır. Strateji plana əsasən, kənd təsərrüfatı məhsullarının tədarükü və emalı ilə bağlı özəl tədarük-satış bazalarının, Bakı şəhərinin rayonlarında və iri şəhərlərdə daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış “fermer mağazaları” və “yaşıl marketlər” şəbəkəsinin yaradılaraq sayının artırılması, kənd təsərrüfatı məhsulları istehsalının stimullaşdırılması və daxili bazarın qorunmasının gücləndirilməsi nəzərdə tutulur. Regionlarda ən mühüm layihələrdən biri aqrar parkların yaradılmasıdır və bu istiqamətdə mühüm işlər aparılır. Aqrar parkların yaradılması isə qeyri-neft sənayesinin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Aqroparkların əsas hədəflərindən biri ərzaq təhlükəsizliyi ilə bağlı daha güclü mexanizmlərin tətbiqinın həyata keçirilməsidir. Məqsəd Azərbaycanda aqrar sektorda fəaliyyət göstərən və xüsusilə də aqrar biznesdə rəqabətin artırılmasına, ərzaq məhsullarının keyfiyyət və təhlükəsizlik standartlarına cavab verməsinə şərait yaratmaq, yeni məhsulların istehsalını və bazar əlaqələrini inkişaf etdirmək, mülkiyyətçilərin maliyyə xidmətlərinə çıxışını artırmaqdır. Layihə çərçivəsində aqrar sahəyə maliyyə dəstəyi və özəl bankların bu istiqamətdə kapitallaşmanı gücləndirməsi nəzərdə tutulur. Proqnozlara görə, yaxın 10 ildə aqrar sahəyə maliyyə dəstəyi 2000-2010-cu illərlə nisbətdə üç dəfəyə yaxın artacaq. Qarşıdakı mərhələdə respublikamızın hər bir bölgəsində yeni istehsal və emal müəssisələrinin, xidmət və digər infrastruktur, turizm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələr üzrə obyektlərin yaradılması əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə, onların güzəranının xeyli yaxşılaşdırılmasına təkan verəcək, nəticədə bütün rayonların sosial həyatında ciddi dəyişikliklər müşahidə olunacaq. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, makroiqtisadi sabitliyin təmin olunmasında, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, nəticədə əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynayacaq.
Nardar BAYRAMLI

 
 
  • Oxunub:  14880  |  
  • Tarix:  23-07-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə layiq olan ölkə kimi tanınır

16 İyul 09:53
Türkiyə parlamentində 15 İyul - Demokratiya və Milli Birlik Günü ilə əlaqədar xüsusi iclas keçirilib
16 İyul 09:51
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi başlayıb
16 İyul 09:46
“Harda Azərbaycan adı eşitsək, dərhal Heydər Əliyev yada düşür”
16 İyul 09:44
YAP Gənclər Birliyinin Oğuz rayonunda təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri”nin ikinci turu başlayıb
16 İyul 09:43
YAP-ın təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri”nin ikinci turu start götürüb
16 İyul 09:42
YAP Gənclər Birliyinin Oğuz rayonunda təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri” layihəsinin ikinci turu gənclərdə xoş təəssürat yaradıb
16 İyul 09:39
“Yay məktəbləri” layihəsi çərçivəsində Azərbaycan gəncliyi özünü bir daha sübut etmək, malik olduğu keyfiyyətləri üzə çıxarmaq imkanı əldə edir
16 İyul 09:38
Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri Azərbaycanın dünyada tolerant ölkə kimi tanınmasına töhfə verir
16 İyul 09:33
Prezident İlham Əliyev: Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə layiq olan ölkə kimi tanınır
16 İyul 09:30
Türkiyədə Azərbaycan dilində olan xəbər portalı fəaliyyətə başlayıb
15 İyul 21:17
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Azərbaycandakı tolerant mühit barədə məlumatlandırılıb
15 İyul 21:13
Diaspor gəncləri ilə görüş olub
15 İyul 21:01
SOCAR-ın “ENOC” şirkəti ilə müxtəlif layihələrə sərmayə yatırımları imkanları müzakirə olunub
15 İyul 21:00
Gürcüstan DİN ölkə ictimaiyyətinə müraciət edib
15 İyul 20:58
Pakistan Azərbaycanla bütün sahələrdə əlaqələrin daha da inkişafında maraqlıdır
15 İyul 20:56
Səudiyyə Ərəbistanı ilə ədliyyə sahəsində Əməkdaşlıq Proqramı imzalanıb
15 İyul 20:53
Təhsil Nazirliyində Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsinin 50 illiyi ilə bağlı tədbir keçirilib
15 İyul 20:52
Azərbaycan-Gürcüstan-Türkiyə parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli görüşü uğurlu platformadır
15 İyul 20:47
Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib
15 İyul 20:45
Polis Akademiyasında ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib
15 İyul 20:41
“Qarabağ” – “Partizani” görüşünü moldovalı hakimlər briqadası idarə edəcək
15 İyul 20:35
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın aktual aspektləri Tuskun səfəri fonunda
15 İyul 20:32
Voleybol üzrə qadınlardan ibarət milli komandamız ölkə xaricində təlim-məşq toplanışını davam etdirir
15 İyul 17:45
Şamaxı Astrofizika Rəsədxanası kosmik hava proqnozunu açıqlayıb
15 İyul 17:41
Silahlı Qüvvələrin Hərbi Akademiyasında ingilis dili kursunun buraxılış mərasimi olub
15 İyul 17:28
"Gənc liderlər üçün yay məktəbləri”nin Oğuz turu uğurla davam edir
15 İyul 17:25
Azərbaycan və İsrail arasında innovasiya layihələri sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
15 İyul 17:23
Xarici İşlər Nazirliyi ADA Universiteti ilə birlikdə “Azərbaycan diplomatiyası–100 il” adlı diplomatiya həftəsi təşkil edib
15 İyul 17:12
DSX: Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib
15 İyul 17:10
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Anlaşma Memorandumu imzalayıb
15 İyul 17:08
Polis Akademiyasının əyani şöbəsini bitirmiş məzunlar orta rəis heyəti vəzifələrinə təyin olunublar
15 İyul 17:02
Azərbaycan ilə Əfqanıstan arasında ali təhsil sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib
15 İyul 16:59
Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
15 İyul 16:40
Lerikdə “Heydər Əliyev gənclərin düşüncəsində – 50 il” mövzusunda müzakirə aparılıb
15 İyul 16:31
Zviad Dzidziguri: Gürcüstan-Azərbaycan parlamentlərarası münasibətləri yüksək səviyyədədir
15 İyul 16:27
Sabirabadda “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib
15 İyul 16:26
Magistr təhsili almaq üçün qəbul olunanlar Qida Təhlükəziliyi Agentliyinə müsahibəyə dəvət edilirlər
15 İyul 16:18
Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli iclası keçirilir
15 İyul 16:06
Şəkinin “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi Xan Sarayı istisna olmaqla turistlərin üzünə tam açıqdır
15 İyul 15:52
“Beynəlxalq əmək standartları” mövzusunda konfrans keçirilir
15 İyul 15:29
Fərdi təhsil üzrə nümunəvi tədris planı təsdiqlənib
15 İyul 15:20
Rektor yüksək nəticə göstərmiş məzunlarla görüşüb
15 İyul 15:05
Rusiya-Azərbaycan: Sənaye kooperasiyası genişlənir
15 İyul 14:58
Lerikdə gənclərin sosial şəbəkə təlimi
15 İyul 14:56
Hesablama Palatasında nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub
15 İyul 14:54
Azərbaycanda səhralaşma problemi müzakirə olunub
15 İyul 14:46
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsi davam edir
15 İyul 14:12
“Visa” ölkəmizin işğal olunmuş ərazilərində fəaliyyətini tam dayandırıb
15 İyul 14:02
DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi vətəndaşlara müraciət edib
15 İyul 13:49
Dövlət Turizm Agentliyi: Şəki Xan Sarayının ərazisinə giriş bir müddət bağlı olacaq
15 İyul 13:46
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi başlayıb
15 İyul 13:42
İyulun 16-da hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq
15 İyul 13:37
Baş Prokurorluq: Şəki Xan Sarayının həyətindəki ağacın budaqlarının qırılmasına əlverişsiz hava şəraiti səbəb olub
15 İyul 13:10
YAP gənclər arasındakı ünsiyyəti və əlaqələri möhkəmləndirən yeganə siyasi təşkilatdır
15 İyul 12:45
Ümumtəhsil məktəblərinin 2019-2020-ci dərs ilinə aid tədris planları təsdiq edilib
15 İyul 12:25
Sumqayıtda Aprel şəhidləri Raquf Orucov və Seymur Baxışovun xatirəsi anılıb
15 İyul 12:17
Füzulililər ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini minnətdarlıq hissi ilə anıblar
15 İyul 12:06
Azərbaycandan 102 ölkəyə məhsul ixrac olunub, 163 ölkədən isə idxal edilib
15 İyul 11:57
Altı ayda Azərbaycanda ÜDM 2,4 faiz artıb
15 İyul 11:56
BMT İnkişaf Proqramı KOBİA ilə birgə layihələrin reallaşdırılmasında maraqlıdır
15 İyul 11:52
Ulu Öndərin respublika rəhbərliyinə gəlişinin 50-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
15 İyul 11:43
Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət
15 İyul 11:32
Azərbaycan nümayəndə heyəti Vaşinqtonda keçiriləcək konfransda iştirak edəcək
15 İyul 11:30
İbtidai sinif müəllimi olmaq istəyən namizədlər imtahan verirlər
15 İyul 11:27
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Ulu Öndərin və şəhidlərin xatirəsini anıblar
15 İyul 11:12
Azərbaycan atleti Serbiyada keçirilən Balkan çempionatında gümüş medal qazanıb
15 İyul 10:54
Gənc liderlər üçün yay məktəblərinin II Lerik turunun iştirakçıları yola salınıb
15 İyul 10:45
Səhiyyə Nazirliyi Şəkidə baş verən hadisə ilə bağlı xəsarət alanların son vəziyyəti barədə açıqlama verib
15 İyul 10:38
Cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub
15 İyul 10:08
Milli Dram Teatrı mövsümü “Qarabağnamə” ilə bağlayıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+29 +33
gecə+21 +24