Ana səhifə »  KİVDF »  Azərbaycanda aqrar sektorun inkişafı ölkəmizin etibarlı ərzaq təminatının yaradılmasına mühüm töhfə verir
A+   Yenilə  A-
Azərbaycanda aqrar sektorun inkişafı ölkəmizin etibarlı ərzaq təminatının yaradılmasına mühüm töhfə verir

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində aqrar sektorun uğurla inkişaf etdirilməsi nəticəsində respublikamızda əhalinin ət və ət məhsullarına, üzümə, kartofa, tərəvəzə olan tələbatının yerli istehsal hesabına təmin olunmasının səviyyəsi 100 faizə çatıb
Hazırda Azərbaycanın qarşıya qoyduğu əsas hədəflərdən biri də daxili istehsal hesabına ölkənin ərzaq təhlükəsizliyinə nail olmaqdan ibarətdir. Respublikamızda 2004-cü ildən etibarən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində bu istiqamətdə zəruri tədbirlər həyata keçirilib və son dərəcə yaxşı nəticələr qazanılıb. Belə ki, artıq respublika əhalisinin bir sıra ərzaq məhsullarına olan tələbatı 100 faiz daxili istehsal hesabına ödənilir. Dövlət başçısının müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq yaxın perspektivdə ölkənin bütün pozisiyalar üzrə ərzağa olan tələbatının tam yerli istehsal hesabına ödənilməsi hədəf seçilib. Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində bu strateji hədəflə bağlı fikirlərini ifadə edərək deyib: “Mən hesab edirəm ki, üçüncü proqramın başa çatması nəticəsində biz bütün bu rəqəmləri 100 faizdən artıq səviyyədə görməliyik və görəcəyik!”
Müasir dövrdə ərzaq təhlükəsizliyi hər bir ölkə üçün böyük önəm daşıyır
Ölkəmizin yaxın perspektivdə etibarlı ərzaq təminatının yaradılmasına nail olunması ilə bağlı hədəf müəyyənləşdirməsi, ilk növbədə, müasir dünya çağırışları ilə bağlıdır. İndiki dövrdə etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi təhlükəsizliyinin əsas komponentlərindən biri qismində çıxış edir. Dünya Səhiyyə Təşkilatının yaydığı hesabatda bildirilir k, Yer üzündə təxminən 3,7 milyard insan lazımi səviyyədə qidalana bilmir. Haqqında bəhs olunan hesabatda bu rəqəmin ildən-ilə artdığı vurğulanır və buna səbəb kimi dünyada ərzaq təklifinin tələbə cavab vermədiyi göstərilir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən aparılan araşdırmalarda isə dünyada aclıq həddində yaşayan insanların sayının 925 milyon nəfəri ötdüyü qeyd olunur. Beynəlxalq səviyyəli ayrı-ayrı qurumların proqnozlarına əsasən, 2050-ci ildə dünyada ərzağa olan tələbat 2006-cı ildəki ilə müqayisədə 70 faiz artacaqdır. Ciddi narahatlıq yaradan həm də o amildir ki, qlobal istiləşmə, iqlim dəyişkənliyi insanların ərzaq məhsullarına olan tələbatının ödənilməsində əhəmiyyətli rol oynayan kənd təsərrüfatı sektoruna mənfi təsir göstərir.
Bütün bu faktlar bir daha təsdiqləyir ki, müasir dövrdə aqrar sektorun inkişaf etdirilməsi, ələlxüsus da, ərzaq təhlükəsizliyinə nail olunması hər bir ölkə və xalq üçün ümummilli, strateji mahiyyət kəsb edir. Bu mənada Prezident İlham Əliyevin ölkənin ərzaq təhlükəsizliyini daim diqqət mərkəzində saxlaması və bu məqsədlə ölkəmizdə davamlı olaraq zəruri tədbirlər həyata keçirilməsi nikbinlik doğurur. Dövlət başçısı haqqında bəhs olunan konfransdakı nitqində ərzaq təhlükəsizliyinin hər bir ölkə üçün böyük önəm daşıdığını xüsusi olaraq nəzərə çatdırıb.
Azərbaycanın zəngin potensialı ölkədə etibarlı ərzaq təminatı yaradılmasına geniş imkanlar açır
Qeyd edək ki, yeni dünya çağırışlarına uyğun olaraq Azərbaycanın regionlarında da kənd təsərrüfatının intensiv inkişaf etdirilməsi sayəsində etibarlı ərzaq təminatı yaradılması real zəminə və respublikanın güclü iqtisadi potensialına əsaslanır. Elə ölkələr var ki, sırf coğrafi-iqlim xüsusiyyətləri baxımından kənd təsərrüfatının inkişaf etdirilməsi və ərzaq məhsulları istehsalının genişləndirilməsi qeyri-mümkündür. Azərbaycanda isə bu baxımdan vəziyyət tamam fərqlidir. Əlverişli coğrafi-iqlim xüsusiyyətləri ölkəmizdə aqrar sektorun geniş inkişaf imkanlarına malik olmasını şərtləndirir. Respublika əhalisinin təxminən yarısının bölgələrdə yaşadığını və məşğul əhalinin 40 faizinin kənd təsərrüfatında çalışdığını nəzərə alsaq, deyə bilərik ki, aqrar sektorun inkişaf etdirilməsi sosial baxımdan da ciddi önəm kəsb edir.
Respublikamızda son illərdə aqrar sektorun dinamik inkişaf relslərinə çıxmasına və bu əsasda ərzaq məhsulları istehsalının artmasına təsir göstərən vacib amillərdən biri də ölkəmizin güclü iqtisadi potensialı, geniş maliyyə imkanları ilə bağlıdır. Məlumdur ki, ölkəmizdə neft gəlirləri Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq davamlı şəkildə iqtisadiyyatın diversifikasiya edilməsinə, qeyri-neft sektorunun üstün inkişafının təmin olunmasına yönəldilir. Bu baxımdan son illərdə respublikanın regionlarında kənd təsərrüfatının maliyyə təminatının gücləndirilməsi ərzaq məhsulları istehsalında əsaslı dönüşə səbəb olub. Ölkədə kənd təsərrüfatının inkişafına göstərilən dövlət qayğısı çoxşaxəlidir. Respublikamızda “Aqrolizinq” ASC-nin fəaliyyəti dövlət tərəfindən dəstəklənir. Sahibkarlığa Kömək Milli Fondunun kredit portfelinin 65-70 faizi kənd təsərrüfatı istehsalına və kənd təsərrüfatı məhsullarının emalı sahələrinə yönəldilir. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün növ vergi ödənişlərindən azaddırlar. Müasir meliorasiya, irriqasiya sistemləri dövlət investisiyaları hesabına qurulur. Mineral gübrələrin dəyərinin 50 faizdən çoxu, texnikanın dəyərinin 40 faizi dövlət büdcəsinin vəsaitləri hesabına kompensasiya olunur. Mineral gübrələrin satış qiymətinə tətbiq edilən güzəştin həcmi 50 faizdən 70 faizə yüksəldilib. Ölkəmizdə hər il təqribən 600 min kənd təsərrüfatı məhsulları istehsalçısı dövlət dəstəyindən bəhrələnir. Son bir ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinqə verilmiş texnikalar əvvəlki illə müqayisədə 37 faiz, o cümlədən, taxılyığan kombaynlar 57 faiz, traktorlar 48 faiz, digər texnikalar isə 29 faiz artıb. O da əlamətdar haldır ki, kənd təsərrüfatı istehsalçılarına verilən texnikanın 83 faizini, kombaynların isə 79 faizini Avropa ölkələrinin ən tanınmış şirkətlərinin məhsulları təşkil edib. Tətbiq edilən güzəştlərin həcminin artırılması hesabına 2014-cü ildə fermerlər texnikanı əvvəlki ilə nisbətən 50 faiz, gübrəni isə 30 faiz aşağı qiymətlə əldə ediblər. Bu da məhsulun maya dəyərinin əhəmiyyətli dərəcədə azalması nəticəsində fermerlərin gəlirlərinin artmasına və investisiya imkanlarının genişləndirilməsinə müsbət təsir göstərib. Bitkiçiliyin inkişafına birbaşa dəstək tədbirləri çərçivəsində 2014-cü ilin məhsulu üçün buğda və çəltik səpininə görə 20,1 milyon manat, əkin sahələrinin və çoxillik bitkilərin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə isə 51,8 milyon manat yardım göstərilib.
Ölkəmizdə ərzaq təminatının daxili istehsal hesabına təmin olunmasında zəruri normativ-hüquqi bazanın yaradılması da müstəsna rol oynayır
Qeyd edək ki, müstəqil Azərbaycanda etibarlı ərzaq təminatına nail olunması siyasətinin əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən ötən əsrin 90-cı illərinin ortalarından etibarən qoyulub. Ulu öndərin böyük siyasi iradəsi sayəsində Azərbaycanda MDB ölkələri arasında ən sürətli torpaq islahatları həyata keçirilib, kənd təsərrüfatı istehsalçılarına yardım mexanizmləri formalaşdırılıb, beynəlxalq təşkilatlarla, o cümlədən, Dünya Bankı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birlikdə bu sahədə əhəmiyyətli layihələrin icrasına başlanıb. 2001-ci ildə ölkə rəhbərinin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” təsdiq edilib. Bu proqram çərçivəsində görülmüş işlər nəticəsində ərzaq məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artıb. Sonradan Azərbaycanda sürətli iqtisadi inkişafın başlaması nəticəsində aqrar sahənin daha da inkişaf etdirilməsi üçün görülən tədbirlər də genişlənib. Regionlarda aqrar sahənin inkişafı və bu əsasda ölkənin etibarlı ərzaq təhlükəsizliyinə nail olunması Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi strategiyasının başlıca istiqamətlərindən birini təşkil edib.
Ölkəmizdə ərzaq təminatının daxili istehsal hesabına təmin olunmasında zəruri normativ-hüquqi bazanın yaradılması müstəsna rol oynayır. Belə ki, Prezident İlham Əliyevin 25 avqust 2008-ci il tarixli müvafiq Sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” qəbul edilib. Dövlət başçısı 2014-cü il yanvarın 16-da isə “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sənəddə respublikanın ərzaq təhlükəsizliyi ilə bağlı qəbul edilən Dövlət Proqramının icrası sahəsində əlavə tədbirlərin görülməsi, kənd təsərrüfatı məhsullarının ixracının artırılması, aqrar sahədə istehsalçıların və istehlakçıların maraqlarının qorunması, ərzaq bazarının səmərəli fəaliyyətinin təşkil edilməsi ilə bağlı qarşıya mühüm vəzifələr qoyulub. Sərəncama uyğun olaraq qısa müddətdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Azərbaycan Respublikasında aqrar-sənaye kompleksinin inkişafı strategiyası”nın layihəsi hazırlanıb. Burada ölkədə gələcək aqrar siyasətin əsas prinsipləri, kənd təsərrüfatının inkişafı ilə bağlı strateji hədəflər və prioritet istiqamətlər öz əksini tapıb. Dövlət başçısı cari il 2 mart tarixində “Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamda ölkədə ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədi ilə yüksək məhsuldarlığa malik və quraqlığadavamlı yeni növ toxumlara tələbat yarandığı vurğulanır. Sərəncamla ölkədə məhsul istehsalçılarının yüksək məhsuldar toxumlara tələbatının dolğun şəkildə ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondunun yaradılması qərara alınıb. Dövlət başçısının imzaladığı bu sənədə əsasən, Nazirlər Kabinetinə Dövlət Toxum Fondunun fəaliyyətinin təmin edilməsi, habelə yüksək məhsuldar toxumların istehsalının və tədarükünün həyata keçirilməsini stimullaşdırmaq üçün zəruri tədbirlər həyata keçirmək tapşırılıb.
Kənd təsərrüfatının inkişafına dövlət dəstəyindən söhbət açarkən son illərdə ölkəmizdə həyata keçirilən bir sıra infrastruktur layihələrinin əhəmiyyətini də xüsusi vurğulamaq lazımdır. Prezident İlham Əliyevin 2013-cü ilin sentyabrında Şabran rayonu ərazisində inşa olunan Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılış mərasimindəki çıxışında vurğuladığı kimi: “Kənd təsərrüfatının inkişafı böyük dərəcədə infrastruktur layihələrindən asılıdır”.
Əlamətdar haldır ki, Azərbaycan dövləti kənd təsərrüfatının inkişafı baxımından zəruri sayılan infrastruktur layihələrinin maliyyə təminatını öz öhdəsinə götürür, həmçinin, genişmiqyaslı meliorasiya və irriqasiya tədbirləri həyata keçirir. Son iki ildə istifadəyə verilən Taxtakörpü və Səmkirçay su anbarları aqrar sektorun inkişafı baxımından çox mühüm əhəmiyyət daşıyan layihələrdir. Samur-Abşeron suvarma sisteminin yenidənqurulması layihəsi çərçivəsində inşa edilən Taxtakörpü su anbarının sahəsi 8,71 kvadratkilometrdir. Bu qurğunun ümumi su tutumu 270 milyon kubmetr, gölün faydalı su həcmi 238,4 milyon kubmetrdir. Dövlət Neft Fondunun vəsaiti hesabına inşa olunan Taxtakörpü su anbarı son illərdə qeyri-neft sektorunda ən böyük investisiya tutumlu layihələrdən biridir. Layihənin icrasına təxminən 1 milyard manat vəsait yönəldilib. Prezident İlham Əliyev layihənin icrasını tarixi hadisə kimi dəyərləndirərək bildirib ki, ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün çox gözəl imkanlar yaradılır: “O ki qaldı suvarma sisteminin yenidən qurulmasına, bu, qeyd etdiyim kimi, tarixi layihədir. Taxtakörpü su anbarının və Vəlvələçay-Taxtakörpü, Taxtakörpü-Ceyranbatan su kanallarının fəaliyyətə başlaması nəticəsində 150 min hektar torpaqda suvarma yaxşılaşdırılacaq, 30 min hektar isə yenidən əkin üçün yararlı olacaqdır. Bu torpaqların böyük hissəsi, təqribən 11 min hektarı Şabran rayonunun ərazisinə düşür. Yəni kənd təsərrüfatının inkişafı üçün çox gözəl imkanlar yaradılır”.
Son illərdə reallaşdırılan və aqrar sektorun inkişafı baxımından ciddi önəm daşıyan böyük investisiya tutumlu layihələrdən biri də ötən ilin noyabr ayında dövlət başçısının iştirakı ilə istifadəyə verilən Şəmkirçay su anbarıdır. Şəmkirçay su anbarı, su elektrik stansiyası, su kanalları vahid bir kompleks təşkil edir. Bu infrastruktur obyektinin fəaliyyəti ölkə iqtisadiyyatına, kənd təsərrüfatına, sahibkarlığın inkişafına çox böyük dəstəkdir. Bu su anbarının fəaliyyəti nəticəsində 54 min hektar torpaqda suvarma, 17 min hektar torpaqda isə yenidən suvarma imkanları yaxşılaşıb. Prezident İlham Əliyevin Şəmkirçay su anbarının açılış mərasimindəki çıxışında vurğuladığı kimi, bu layihələr Azərbaycan dövlətinin gücünü və ölkədə aparılan siyasətin istiqamətini göstərir: “Bu, çox böyük investisiyatutumlu layihədir. 700 milyon manatdan çox dövlət vəsaiti qoyulmuşdur və Taxtakörpü su anbarından sonra qeyri-neft sektoruna qoyulan ikinci böyük investisiyadır”.
Ölkədə əsas ərzaq məhsullarına olan daxili tələbatın 100 faiz yerli istehsal hesabına ödənilməsi təmin edilib
Son illərdə Prezident İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradəyə uyğun olaraq respublikanın ərzaq təhlükəsizliyinin daxili istehsal hesabına təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin miqyası kifayət qədər genişdir. Respublikanın 19 rayonunda 40 quşçuluq təsərrüfatına, 13 rayonda 20 heyvandarlıq və 8 rayonda südçülük komplekslərinə, 6 rayonda 7 ət kəsimi və emalı müəssisəsinə 240 milyon manat güzəştli kreditin verilməsi istehsalın artması, ət və ət məhsullarının idxalının əhəmiyyətli dərəcədə azalması ilə nəticələnib. Bundan başqa, 20 rayonda 33 intensiv bağçılıq və üzümçülük təsərrüfatına, 9 rayonda 37 istixana kompleksinə və 11 rayonda 16 meyvə-tərəvəz emalı müəssisəsinə 171 milyon manat güzəştli kreditlərin verilməsi bu məhsullara daxili tələbatın ödənilməsini təmin edib və yeni ixrac imkanları yaradıb. Ötən illər ərzində kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı infrastrukturunun yaradılması, o cümlədən, 26 rayonda tutumu 290 min ton olan 48 logistik mərkəzin və 14 rayonda tutumu 340 min ton olan 22 taxıl anbarı kompleksinin yaradılması əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında mühüm rol oynayır, istehlak bazarında qiymətlərin sabitliyini təmin edir.
Həyata keçirilən bu və digər tədbirlər nəticəsində ölkəmizin aqrar sektorunda ərzaq məhsulları istehsalı imkanları əhəmiyyətli dərəcədə artıb. Dünya Bankının hesabatına əsasən, son 10 ildə dünyada ərzaq məhsullarının istehsalında artım 18 faiz olduğu halda, ölkəmizdə bu göstərici 39 faiz təşkil edib. Belə yüksək dinamikanın nəticəsidir ki, son illərdə ölkəmizin bir sıra ərzaq məhsulları ilə təminatı sırf daxili istehsal hesabına həyata keçirilir. Respublikamızda əhalinin ət və ət məhsullarına, üzümə, kartofa, tərəvəzə olan tələbatının yerli istehsal hesabına təmin olunmasının səviyyəsinin 100 faizə çatması məmnunluq doğurur.
Ölkəmizdə ərzaq təminatı ilə bağlı qarşıya qoyulan hədəf isə belədir: Növbəti 5 il ərzində Azərbaycan bütün istiqamətlər üzrə daxili tələbatı tam şəkildə yerli istehsal hesabına təmin etməlidir. Prezident İlham Əliyevin yuxarıda haqqında bəhs olunan konfransdakı çıxışında vurğuladığı kimi: “Biz özümüzü ərzaq məhsulları ilə 100 faiz təmin etməliyik və ixrac etməliyik”.
İri fermer təsərrüfatlarının yaradılması ilə respublikada taxıl tədarükü də artacaq
Ölkələrin ərzaq təhlükəsizliyi proqramlarında daxili taxıl tədarükü müstəsna əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında respublikamızda taxıl istehsalının artırılmasının zəruriliyini bir daha gündəmə gətirib. Dövlət başçısı son illərdə bir sıra istiqamətlər üzrə daxili tələbatın yerli istehsal hesabına ödənilməsindən məmnunluğunu ifadə etsə də, ərzaq təminatında ən ağır pozisiyanın məhz taxılçılıqla bağlı olduğunu bildirib: “Biz bütün bu pozisiyalar üzrə 100 faiz səviyyəsinə çatmalıyıq. Burada ən ağır pozisiya, əlbəttə ki, taxıldır. Ancaq hesab edirəm ki, iri fermer təsərrüfatlarının yaradılması nəticəsində biz bu məqsədə çatacağıq”.
Qeyd edək ki, hazırda respublika üzrə taxıl istehsalında məhsuldarlıq hər hektarda cəmi 23-24 sentner təşkil edir. Bu, əlbəttə ki, aşağı göstəricidir. Bunun əsas səbəbi isə taxil istehsalının xırda təsərrüfatlarda cəmləşməsi ilə bağlıdır. Təcrübə göstərir ki, iri fermer təsərrüfatlarında daha yüksək məhsuldarlığa nail olmaq mümkündür. Buna görə də respublikamızda taxılçılıq üzrə iri fermer təsərrüfatlarının yaradılmasına start verilib. İlkin nəticələrə əsasən, iri fermer təsərrüfatlarında məhsuldarlıq hər hektar üzrə 55 sentner səviyyəsində olub ki, bu da kifayət qədər yüksək göstəricidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, respublikamızda bu proses davam etdiriləcək: “Yəni bu proses davam etdiriləcək. Birinci mərhələdə 4 min 8 yüz hektar torpaq sahəsi əhatə edilmişdir. İndi icra edilən layihələr çərçivəsində 30 min hektar torpaqda iri fermer təsərrüfatları fəaliyyət göstərəcək”.
Respublikada ərzaq məhsulları istehsalı imkanları isə daha genişdir
Son illərdə respublikanın aqrar sektorunda əhəmiyyətli kəmiyyət və keyfiyyət artımına nail olunsa da, bu sahədə potensial daha genişdir. Azərbaycanın əlverişli coğrafi-iqlim xüsusiyyətləri, ölkənin güclü iqtisadi-maliyyə imkanları respublikamızda ərzaq məhsulları istehsalını daha da genişləndirməyə və hətta xarici bazarlara böyük həcmlərdə kənd təsərrüfatı məhsulları çıxartmağa imkan verir. Prezident İlham Əliyev respublikada daxili tələbatın ödənilməsinin və məhsul ixracının vahid bir sistem kimi qurulmasının, eləcə də, kənd təsərrüfatında intensiv metodlardan istifadə edilməsinin zəruriliyini qarşıya yeni hədəflərdən biri kimi qoyub.
Son iki ildə dövlətin ayırdığı investisiyalar hesabına inşa olunan Taxtakörpü və Şəmkirçay su anbarları, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində görülən işlər respublikada on minlərlə yeni torpaq sahələrinin suvarılmasına, əkilib becərilməsinə imkan yaradıb. On minlərlə hektar torpaq sahələri dövriyyəyə buraxılacaq. Artıq cari ildən bu istiqamətdə işlərə start verilib. Ölkənin regionlarında suvarılmayan torpaqların dövriyyəyə cəlb edilməsi üçün geniş meliorasiya-irriqasiya tədbirləri reallaşdırılır.
İndiki dövrdə torpaqlardan səmərəli istifadə olunması da çox aktual məsələdir. Lakin sirr deyil ki, bir sıra hallarda torpaqlardan lazımi səmərə ilə istifadə olunmur. Ölkədə istifadəsiz qalan torpaqlar da çoxdur. Dövlət başçısının vurğuladığı kimi, torpaqların istifadəsiz saxlanılması, onlardan təyinatı üzrə istifadə olunmaması və yaxud əkinəyararlı torpaqlarda müxtəlif obyektlərin tikilməsi yolverilməzdir. Torpaqlar onu əkib-becərənə verilməlidir. Qeyd edək ki, hazırda ölkə üzrə torpaq fondu ciddi şəkildə öyrənilir və istifadəsiz qalan torpaqların uçotu aparılır, yeni xəritələr hazırlanır. Şübhə yoxdur ki, bu kimi tədbirlər nəticəsində respublikada dövriyyəyə yeni torpaq sahələri cəlb olunacaq ki, bu da ərzaq istehsalının daha da genişlənməsi ilə nəticələnəcək.
Mübariz ABDULLAYEV

 
 
  • Oxunub:  12810  |  
  • Tarix:  25-07-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Son 15 ildə Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət Azərbaycana bütün sahələrdə böyük uğurlar qazandırıb

17:54
17 Oktyabr
Bakıda “Milli müstəqilliyimiz-mənəvi gücümüz” mövzusunda konfrans keçirilib
17:51
17 Oktyabr
Azərbaycan beynəlxalq antikorrupsiya mübarizəsində fəal iştirak edir
17:43
17 Oktyabr
XİN: Dövlət Dumasının üzvünün Dağlıq Qarabağa qanunsuz səfərdə iştirakının müqabilində Rusiya XİN-nin açıqlaması təsirli xarakter daşımır
17:38
17 Oktyabr
Hadi Rəcəbli: Prezident İlham Əliyevin siyasətinin əsasında xalqın maraqları, dövlətin mənafeyi, əhalinin sosial müdafiəsi dayanır
17:36
17 Oktyabr
İstanbul Əsgəri Muzeyində qorunan Şirvanşahlar dövlətinə aid hərbi geyim və silahlar Azərbaycana gətirilib
17:29
17 Oktyabr
Fərhad Bədəlbəyli Müslüm Maqomayev adına müsabiqənin münsiflər heyətinə daxil edilib
17:26
17 Oktyabr
Tahir Mirkişili: Bir çox göstəricilər üzrə Azərbaycan dünya ölkələri arasında qabaqcıl yerlərə sahibdir
17:21
17 Oktyabr
Hikmət Babaoğlu: “2018-2019 Qlobal Rəqabətlilik Hesabatı” Azərbaycanda inklüziv cəmiyyətin mövcudluğundan xəbər verir
17:20
17 Oktyabr
Xarici KİV-lər “On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi” məqaləsini yaymaqda davam edir
17:05
17 Oktyabr
Şəmkirdə ötən doqquz ayın yekunları müzakirə olunub
17:00
17 Oktyabr
Muxtar respublikada aztəminatlı ailələrin özünüməşğulluğunun təmin olunması diqqət mərkəzindədir
16:51
17 Oktyabr
UNEC “Təhsil almaq üçün hansı universiteti seçərdiniz?” nominasiyasının qalibi olub
16:44
17 Oktyabr
Tahir Rzayev: Qlobal Rəqabətlilik Hesabatında Azərbaycanın bir sıra istiqamətlər üzrə aparıcı mövqeyini qoruyub saxlaması mühüm əhəmiyyətə malikdir
16:42
17 Oktyabr
Seyfəddin Talıbov: Aqrar sahənin inkişafı daim dövlətimizin diqqət mərkəzindədir
16:39
17 Oktyabr
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Pirallahı rayon MKTB ərazi ilk partiya təşkilatında iclas keçirilib
16:36
17 Oktyabr
Aparılan islahatlar Qlobal Rəqabətlilik Hesabatında Azərbaycanın liderlik mövqeyini qoruyub saxlamasına səbəb olub
16:30
17 Oktyabr
Nikolay Qolovatıy: Son 15 ildə Azərbaycan beynəlxalq birlikdə nüfuzlu, sayılıb-seçilən ölkəyə çevrilib
16:23
17 Oktyabr
Altınay Omurbekova: Azərbaycanın inkişafı ilə qürur duyuruq
16:11
17 Oktyabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
15:45
17 Oktyabr
Hava Hücumundan Müdafiə bölmələri “OSA” zenit-raket komplekslərindən döyüş atışlarını yerinə yetiriblər
15:36
17 Oktyabr
Aqiyə Naxçıvanlı: Uşaqların zərərli informasiyalardan qorunması vacib məsələdir
15:28
17 Oktyabr
“Əl-Cəridə” qəzeti: Azərbaycan ilə Küveyt arasında sıx münasibətlər qurulub
15:25
17 Oktyabr
Bəhruz Quliyev: Dünya İqtisadi Forumunun hesabatı Azərbaycanda həyata keçirilən inkişaf siyasətinin alternativi olmadığını nümayiş etdirir
15:24
17 Oktyabr
Latviya Yerli İcra Orqanları İttifaqının sədri: Azərbaycan məhsulları ölkəmizdə yaxşı tanınır
15:23
17 Oktyabr
Mili Kitabxanada “18 oktyabr Dövlət Müstəqilliyi Günüdür” adlı sərgi açılıb
15:11
17 Oktyabr
Tələbələrə sağlam qidalanma ilə bağlı maarifləndirici buklet paylanılıb
15:08
17 Oktyabr
Azərbaycan bərpaolunan enerji sahəsində “Masdar” şirkəti ilə əməkdaşlıq edəcək
15:03
17 Oktyabr
Elmar Məmmədyarov: Mehriban qonşuluq münasibətləri qurulmadan Ermənistanda dayanıqlı inkişafa nail olmaq mümkün deyil
15:01
17 Oktyabr
Sədaqət Vəliyeva: Azərbaycan dünya ölkələri üçün dinamizm və dayanıqlılıq nümunəsinə çevrilib
14:57
17 Oktyabr
Fərasət Qurbanov: Ötən 10 ildə 500-dən çox QHT-nin milli maraqlara xidmət edən layihəsinə dəstək göstərilib
14:53
17 Oktyabr
Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi Heydər Əliyevin rəhbərliyə qayıdışından sonra təmin edilib
14:51
17 Oktyabr
İordaniyalı senator: Beynəlxalq birlik Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün daha qətiyyətli addımlar atmalıdır
14:49
17 Oktyabr
“Uşaq Avroviziya 2018" mahnı müsabiqəsində təmsilçimizin səsləndirəcəyi mahnı və promoçarxı təqdim olunub
14:43
17 Oktyabr
BƏƏ-nin “Aviamost” qəzetində “Azərbaycanın Müstəqillik Günü” sərlövhəli məqalə dərc olunub
14:42
17 Oktyabr
Fransa portalı Nəsimi festivalından yazıb
14:39
17 Oktyabr
Ekspert: Azərbaycan sosial və səhiyyə istiqamətləri üzrə də aparıcı ölkələrlə yanaşı sıralardadır
14:34
17 Oktyabr
Dünya Ərzaq Günü 2018
14:32
17 Oktyabr
Azərbaycan ilə Malayziya arasında turizm sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb
14:30
17 Oktyabr
Bakıda “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilir
14:27
17 Oktyabr
Avropa Yenidənqurma və İnkişaf Bankının Şərqi Avropa və Qafqaz üzrə yeni direktoru təyin olunub
14:22
17 Oktyabr
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Xırdalanda vətəndaşları qəbul edib
14:18
17 Oktyabr
Aydın Hüseynov: Azərbaycanın Qlobal Rəqabətlilik Hesabatında yüksək nəticələr əldə etməsi ölkəmizdə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi islahatların real nəticəsidir
14:16
17 Oktyabr
Müstəqillik milli sərvətimizdir
12:58
17 Oktyabr
Mədəniyyət naziri Mingəçevirdə vətəndaşları qəbul edib
12:56
17 Oktyabr
Mingəçevirdə 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə konfrans keçirilib
12:50
17 Oktyabr
Məcburi köçkün şagirdlər üçün ödənişsiz fizika kursları təşkil olunub
12:41
17 Oktyabr
Sabah Bakıda ilk Milli Turizm Sammiti keçiriləcək
12:37
17 Oktyabr
Azərbaycan 2017-ci ildə Qırğızıstan iqtisadiyyatına 18,8 milyon dollar sərmayə qoyub
12:25
17 Oktyabr
Bu il Azərbaycana 193 ölkədən 2,2 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
12:04
17 Oktyabr
Rauf Əliyev: Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında Azərbaycanla bağlı məqamlar ölkəmizdə həyata keçirilən səmərəli sosial-iqtisadi siyasətin müsbət nəticələrini əks etdirir
11:55
17 Oktyabr
Neft Fondu: İnvestisiya portfelində Koreya vonunun payının dəyişməsinə səbəb yatırımdakı səhm payının azaldılması olub
11:54
17 Oktyabr
MDBMİ-də Ümumdünya Ərzaq Gününə həsr edilmiş tədbir keçirilib
11:52
17 Oktyabr
ADU-da “Cümhuriyyət dövründə ədəbiyyat və mətbuat” mövzusunda müzakirələr aparılıb
11:50
17 Oktyabr
Azərbaycanın energetika naziri Çində səfərdədir
11:47
17 Oktyabr
ABŞ-da keçirilən simpoziumda Qafqaz dağ-meşə xoruzlarının Azərbaycandakı vəziyyətindən danışılıb
11:44
17 Oktyabr
Azərbaycan tingçiliyində yeni dövr: bir tumurcuqdan 105-107 ting alınacaq
11:41
17 Oktyabr
Azərbaycan nümayəndə heyəti Pekin şəhərinə yola düşüb
11:28
17 Oktyabr
BANM-də Prezident təqaüdçüləri ilə görüş
11:27
17 Oktyabr
AQTA əməkdaşları Azərbaycan Dillər Universitetində tələbələrlə görüşüb
11:06
17 Oktyabr
Kaliforniyanın San-Xose şəhərində 18 oktyabr “Azərbaycanın Müstəqillik Günü” elan edilib
10:59
17 Oktyabr
Əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsində BP ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
10:53
17 Oktyabr
Senatorlar Temmi Dakuort və Riçard Durbin ABŞ-da yaşayan azərbaycanlıları təbrik ediblər
10:41
17 Oktyabr
Madriddə Azərbaycan şərablarının təqdimat mərasimi keçirilib
10:37
17 Oktyabr
Qaxın daha iki kəndində modul tipli məktəblər quraşdırılır
10:32
17 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 30 dəfə pozub
21:45
16 Oktyabr
Fuad Nağıyev: Turizm sənayesi dövlətin və əhalinin gəlirlərinin formalaşmasına öz töhfəsini verəcək
18:34
16 Oktyabr
26 il: Qələbələr salnaməsi
17:50
16 Oktyabr
Neft Fondu indiyədək qaçqın və məcburi köçkünlərlə bağlı tədbirlərə 2,24 milyard manat ayırıb
17:49
16 Oktyabr
Berlində Azərbaycan-Almaniya münasibətlərinə həsr olunan konfrans təşkil edilib
17:45
16 Oktyabr
Azərbaycanda idmançıların hüquqları hərtərəfli müdafiə olunur

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+18 +22
gecə+12 +15