Ana səhifə »  KİVDF »  2015-ci il Azərbaycanda kənd təsərrüfatının inkişafı baxımından xüsusilə yaddaqalan olub
A+   Yenilə  A-
2015-ci il Azərbaycanda kənd təsərrüfatının inkişafı baxımından xüsusilə yaddaqalan olub

Dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkəmizdə kənd təsərrüfatının, o cümlədən heyvandarlığın inkişafında mühüm irəliləyişlərə nail olunub
Məlum olduğu kimi, Azərbaycanın sürətli sosial-iqtisadi inkişaf dinamikasında regionların payı ilbəil artır. Bu da, ilk növbədə, bölgələrin ənənələri, inkişaf perspektivləri, əmək resursları və digər cəhətlər nəzərə alınmaqla qəbul edilən Dövlət proqramları nəticəsində mümkün olur. Belə ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları bölgələrin tarazlı inkişafını şərtləndirir. Bu baxımdan 2015-ci il də uğurlarla yadda qalıb. Daha dəqiq desək, Dövlət proqramları çərçivəsində bundan əvvəlki illərdə olduğu kimi, 2015-ci ildə də respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib, çoxsaylı sənaye, xidmət, ticarət müəssisəsi fəaliyyətə başlayıb.
Heç şübhəsiz, 2015-ci il ölkəmizdə kənd təsərrüfatının inkişafı baxımından xüsusilə yaddaqalan olub. Bunun da yetərli səbəbləri var. Əvvəla ona görə ki, güclü sənaye potensialı olan Azərbaycan həmçinin kənd təsərrüfatının geniş inkişaf perspektivlərinə malik ölkədir. Əlverişli coğrafi-iqlim xüsusiyyətləri ölkəmizdə aqrar sektorun geniş inkişaf imkanlarına malik olmasını şərtləndirir. Respublika əhalisinin təxminən yarısının bölgələrdə yaşadığını və məşğul əhalinin 40 faizinin kənd təsərrüfatında çalışdığını nəzərə alsaq, deyə bilərik ki, aqrar sektorun inkişafı sosial baxımdan da ciddi önəm kəsb edir. Digər tərəfdən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında məlum Fərmanından sonra aqrar islahatların həyata keçirilməsi üçün kompleks tədbirlər görülüb.
Ümumiyyətlə, son illərdə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətində kənd təsərrüfatında yüksək inkişafa nail olunması mühüm yer tutur. Eyni zamanda, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlar, həmçinin Dövlət proqramları çərçivəsində atılan addımlar kənd təsərrüfatının bütün sahələrinin, o cümlədən heyvandarlığın inkişafına təkan verib. Hər halda respublikanın müxtəlif regionlarında heyvandarlığın inkişafı ilə bağlı atılan addımlar və əldə edilən nəticələr belə deməyə əsas verir.
Ötən il ölkəmizdə heyvandarlıq məhsullarının istehsalında artım qeydə alınıb
Məsələn, “Kənd təsərrüfatı ili” olan 2015-ci ildə Azərbaycanın bir çox regionlarında olduğu kimi, Şamaxı rayonunda da aqrar sektorun aparıcı sahələrində bütün göstəricilər üzrə məhsul istehsalı 2014-cü ilə nisbətən xeyli artıb. Belə ki, 2015-ci ildə bölgədə diri çəkidə 4867,3 ton ət, 23 min 146 ton süd, 17 milyon 76 min ədəd yumurta, 377,7 ton yun istehsal edilib. 2014-cü ilə nisbətən ət istehsalı 23,6 ton, süd istehsalı 135 ton, yumurta 490 min ədəd, yun istehsalı isə 2,3 ton çox olub. Ümumiyyətlə, rayonda mövcud olan əlverişli torpaq-iqlim şəraiti yerli sahibkarlara təsərrüfatın bu gəlirli sahəsini inkişaf etdirməyə imkan verir. Təsadüfi deyil ki, keçən il 2014-cü ilə nisbətən iribuynuzlu mal-qaranın sayı 260 baş artaraq 38171 başa, davarların sayı 1538 baş artaraq 192 min 108 başa, quşların sayı 4554 baş artaraq 273 min 670 başa çatıb.
Ağsu rayonunda da aqrar sektorun aparıcı sahələrindən olan heyvandarlıqda dinamik inkişaf davam edir. Rayon statistika idarəsindən verilən məlumatda bildirilir ki, 2015-ci ildə heyvandarlıq məhsulları istehsalı üzrə bütün göstəricilər əvvəlki ildəkinə nisbətən xeyli artıb. Ötən il rayonda ət istehsalı 160 ton artaraq 4903 tona (diri çəkidə), süd istehsalı 1527 ton artaraq 29419 tona çatıb. Habelə yumurta istehsalı 367 min ədəd çoxalaraq 7 milyon 786 min ədəd, yun istehsalı isə 3 ton artaraq 301 ton olub.
Verilən məlumatlara görə, ötən il Kürdəmir rayonunun heyvandarları üçün də uğurlu olub. Belə ki, bütün göstəricilər üzrə məhsul istehsalı inişilkinə nisbətən xeyli artıb. 2015-ci ildə Kürdəmirdə 9860 ton (diri çəkidə) ət istehsal olunub. Bu göstərici 2014-cü ilə nisbətən 42 ton çoxdur. Habelə, süd istehsalı 166 ton artaraq 41 min 786 tona, yumurta istehsalı 47 min ədəd artaraq 15 milyon 544 min ədədə, yun istehsalı isə 5,2 ton artaraq 221 tona çatıb.
Məhsul istehsalçılarına dövlət tərəfindən hərtərəfli dəstək göstərilir
Təbii ki, Azərbaycanın ayrı-ayrı regionlarında əldə edilən bu uğurlar sözügedən sahəyə dövlət tərəfindən göstərilən hərtərəfli dəstəyin nəticəsidir. Və ölkəmizdə məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi, öz növbəsində, Lənkəran rayonunda da aqrar bölmənin digər sahələri kimi, heyvandarlığın inkişafı üçün də geniş imkanlar yaradıb. Sözügedən rayonun heyvandarlıq təsərrüfatlarında süni mayalanma yolu ilə iribuynuzlu mal-qaranın cins tərkibi yaxşılaşdırılır, heyvandarlıqla məşğul olan fermerlər yüksək məhsuldarlığa nail olmaq və daha çox gəlir əldə etmək üçün xaricdən lizinq yolu ilə mal-qara gətirməyə üstünlük verirlər.
Məsələn, AZƏRTAC xəbər verir ki, lənkəranlı fermer İntiqam Məmmədovun təsərrüfatında 23 baş çins iribuynuzlu mal-qarası var idi. O, Almaniyadan gətirilmiş bu inəkləri lizinq yolu ilə güzəştli qiymətə alıb. Cins mal-qara 5 ay əvvəl bala verib və hazırda onların sayı 40 başa çatıb. Təsərrüfatını daha da genişləndirmək istəyən İntiqam Məmmədovun sözlərinə görə, ətlik və südlük olan bu heyvanlara yaxşı xidmət olunarsa, gündə 40 litrə qədər süd verə bilər.
İntiqam Məmmədov fermer təsərrüfatını genişləndirdikdən, heyvanların sayını artırdıqdan sonra mal-qaranın bir qismini ətlik istiqamətində inkişaf etdirməklə satışa çıxarmaq niyyətindədir.
Göstərilən diqqət və qayğı sayəsində həmçinin cəbhə bölgəsində yerləşən Ağdam rayonunda da kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıqda məhsul istehsalı artıb. Rayon statistika idarəsindən bildiriblər ki, 2015-ci ildə təsərrüfatlarda 39 min 762 baş iribuynuzlu mal-qara, 105 min 611 baş qoyun və keçi, 329 baş at, 229 min 785 ev quşu, 367 arı ailəsi olub. Əvvəlki illə müqayisədə iribuynuzlu mal-qara 1,8 faiz, o cümlədən inək və camışlar 2 faiz, qoyun və keçilər müvafiq olaraq 0,3 və 8,2 faiz, quşların sayı 6 faiz çoxalıb. Ötən il rayonda 4086,4 ton ət, 33 min 312 ton süd, 156,3 ton yun istehsal edilib. 2014-cü ilə nisbətən ət istehsalı 1,7 faiz, süd istehsalı 2,3 faiz, yun istehsalı 0,2 faiz artıb.
Heyvandarlığın kənd təsərrüfatının aparıcı sahələrindən olan Qobustan rayonunda da son illərdə uğurlar əldə edilib. Bu barədə verilən məlumatda deyilir ki, həyata keçirilən məqsədyönlü işlər sayəsində rayonda heyvandarlığın dinamik inkişafı təmin edilib. Həmçinin ötən il mal-qaranın və davarların baş sayı 2014-cü ilə nisbətən artıb. Belə ki, heyvandarlıq məhsulları üzrə bütün göstəricilər 1,1 faizdən 5,6 faizədək çoxalıb. Ötən il inək və camışların sayı 11 min 352 başa, davarların sayı isə 190 min 270 başa çatıb. Keçən il rayonda 5666 ton (diri çəkidə) ət, 18 min 42 ton süd, 352,5 ton yun istehsal olunub.
Cins maldarlığın inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir
Öz növbəsində, Şəki rayonunda fəaliyyət göstərən “Şəki Aqro İndastris” MMC-nin südçülük-maldarlıq üzrə özəl damazlıq təsərrüfatı rayonda cins maldarlığın inkişafına mühüm töhfələr verir. Rayonun Orta Zəyzid kəndinin ərazisində yerləşən müasir tipli bu heyvandarlıq kompleksində hazırda “Holştein-friz” (Hollandiya) cinsindən olan 1160 baş iribuynuzlu heyvan saxlanılır.
Müəssisədən verilən məlumata görə, 2015-ci ildə təsərrüfatda hər 100 baş maldan 84 bala olmaqla, ümumilikdə, 448 buzov alınıb. Ötən il müəssisədə 2 min 432 ton süd istehsal olunub. Hər inəkdən, orta hesabla, 4 min 546 kiloqram süd sağılıb.
Xatırladaq ki, 2008-ci ildə dövlətin maliyyə dəstəyi ilə yaradılan bu iri heyvandarlıq kompleksinə fermalar, sağım sexi, laboratoriya və yardımçı tikililər daxildir. Kompleksdə Almaniyanın “GEA” şirkətinin istehsal etdiyi bir mərkəzdən idarə olunan ən müasir avadanlıq quraşdırılıb. Sağım sexində quraşdırılan avadanlığın köməyi ilə bir dəfəyə 40 baş inəyin südünün ətraf mühitlə təması olmadan sağılması, toplanması, soyudulması və saxlanması təmin olunur.
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da son illərdə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün sahibkarlara lizinq yolu ilə güzəştli şərtlərlə yüksək məhsuldar damazlıq heyvan satılması və heyvanlar arasında aparılan süni mayalama tədbirləri genişləndirilib. Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, 2015-ci ildə sahibkarlara lizinq yolu ilə güzəştli şərtlərlə 14 baş yüksək məhsuldar damazlıq heyvan satılıb. Rayonda fəaliyyət göstərən süni mayalama texnikləri tərəfindən 1267 baş inək və düyə süni yolla mayalandırılıb, 738 baş sağlam cins buzov alınıb. Heyvanlar arasında süni mayalama tədbirlərinin aparılması mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına, təbii cütləşmə yolu ilə yayılan xəstəliklərin qarşısının alınmasına, ət və süd istehsalının artmasına təsir göstərir.
Ötən il Tərtər rayonunda heyvanların baş sayında da artım müşahidə edilib. Rayon statistika idarəsindən verilən məlumata görə, 2015-ci ildə təsərrüfatlarda 26 min 567 baş iribuynuzlu mal-qara, 73 min 83 baş qoyun və keçi, 261 min 809 baş quş, 725 baş at, 2817 arı ailəsi olub. Mal-qaranın 11 min 867 başını ana inək və camış təşkil edir. Əvvəlki illə müqayisədə mal-qaranın sayı 1,5 faiz, qoyun və keçilər 1,6 faiz, quşlar 0,9 faiz, atlar 8,9 faiz, arı ailələri 4,2 faiz artıb.
Yevlax rayonunda da heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Yevlax rayon Baytarlıq İdarəsindən verilən məlumata əsasən, son illər rayona 89 baş “Holştein-friz”, “Simmental”, “Şvis”, “Şarole” cinsli düyələr gətirilərək lizinq yolu ilə 50 faiz güzəştlə fermerlərə satılıb. Gətirilmiş cins düyələr baytar nəzarətinə götürülüb və artırılaraq 159 başa çatdırılıb.
Bundan əlavə, rayonda mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədi ilə heyvanların süni mayalanması da həyata keçirilir. Rayon baytarlıq diaqnostik kabinetinin direktoru İsrafil Nəsibov deyib ki, 2015-ci ildə 818 baş inək və düyə süni yolla mayalandırılıb, 497 baş sağlam cins buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz”, “Simmental” cinsindən olan buğaların toxumlarından istifadə edilir. Görülən tədbirlər sayəsində Yevlax rayonunda heyvanların cins tərkibi xeyli yaxşılaşıb, heyvandarlıq məhsulları istehsalı artıb. Rayon statistika idarəsindən verilən məlumata görə, ötən il rayonda 8955,6 ton ət, 36 min 534 ton süd, 389,6 ton yun istehsal edilib. 2014-cü illə müqayisədə ət istehsalı 12,6 ton, süd istehsalı 22 ton, yun istehsalı 4,9 ton çox olub.
Süni mayalanmadan söz düşmüşkən, məlum olduğu kimi, Prezident İlham Əliyevin 2015-ci il 19 avqust tarixli Sərəncamı ilə süni mayalanmadan alınan hər buzova görə fermerlərə 100 manat yardım müəyyən edilib. Bu Sərəncamdan irəli gələn vəzifələri yerinə yetirmək üçün Nazirlər Kabineti “Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyaların verilməsi Qaydası”nı təsdiqləyib.
Sözügedən qaydaya əsasən, süni mayalanmadan alınan buzova görə veriləcək vəsait hər bir heyvan sahibinin bank hesabına fərdi qaydada ödəniləcək. Məqsəd isə fermerlərin heyvanların süni mayalanma yolu ilə çoxaldılmasına marağını artırmaqdır. Yeni qaydalara əsasən, heyvan süni mayalandırılarkən müvafiq birka vasitəsilə indentikləşdiriləcək və bununla bağlı informasiya mütəxəssis tərəfindən vahid sistemə daxil ediləcək. Bu barədə məlumat əvvəlcə zona baytarlıq laboratoriyasına, sonra isə Kənd Təsərrüfatı Nazirliyinə göndəriləcək.
Nazirliyin şöbə müdiri Qabil Əbdüləliyev bildirib ki, heyvan doğulduqda onun sahibi süni mayalama mütəxəssisinə bu barədə məlumat verəcək. Mütəxəssis informasiya aldıqdan sonra 10-15 gün ərzində heyvan sahibinin təsərrüfatına gedərək, doğulmuş buzovu indentikləşdirəcək və bu barədə informasiyanı vahid sistemə daxil edəcək.
Yeni qaydalara görə, süni mayalandıqdan sonra heyvan dərhal, buzov isə doğulduqdan 10 gün sonra mütəxəssis tərəfindən uçota alınır. Yalnız hər sağlam buzova görə subsidiya ödəniləcək. Əkiz və ya üçəm buzovlar isə ayrılıqda uçota götürülür.
Subsidiya verilmiş heyvan sahiblərinin rayonlar və kəndlər üzrə siyahısı Kənd Təsərrüfatı Nazirliyinin rəsmi internet saytında yerləşdiriləcək. Süni mayalanma yolu ilə alınan buzovlar həm ətlik, həm də südlük baxımından yerli heyvanlardan sərfəlidir. Yeni qaydalar xüsusən ailə təsərrüfatına stimul olacaq.
Beləliklə, əksər ekspertlərin də vurğuladıqları kimi, süni mayalanmadan alınan hər baş buzova görə 100 manat subsidiyanın verilməsi ilə bağlı Prezident İlham Əliyevin 2015-ci ildə imzaladığı Sərəncam ölkədə heyvandarlığın inkişafı üçün stimul yaradıb. Və bütün regionlarda olduğu kimi, cənub bölgəsində də heyvandarlıqla məşğul olan fermerlər, həmçinin fiziki şəxslər dövlətimizin başçısının bu Sərəncamını heyvandarlığın inkişafı istiqamətində mühüm addım kimi dəyərləndirirlər.
Məsələn, uzun illərdir heyvandarlıqla məşğul olan fermer Fərhad Mirzəyev təsərrüfatında süni mayalanma ilə bağlı əldə olunan nəticədən razı qaldığını bildirib. Onun sözlərinə görə, süni mayalanmanın keyfiyyəti çox yüksəkdir. Yaxşı cins inəkdən gün ərzində 25-30 litr süd almaq olur. Yerli inək isə gündə 5-6 litr süd verir. Eyni zamanda, bu heyvanlar ətlik istiqamətlidir.
Fermerlər heyvandarlığın inkişafının yeni istehsal sahələrinin açılması zərurətini ortaya çıxardığını vurğulayıblar. Qeyd ediblər ki, bu baxımdan bölgədə ət kombinatının yaradılması məqsədəuyğun olardı. Bu həm alıcılar, həm də məhsul istehsalçıları üçün sərfəlidir. Çünki əgər ət kombinatı yaradılarsa, istehsalçı əti özü birbaşa alıcıya satmaq imkanı əldə edəcək ki, bu da qiymətin aşağı düşməsinə təsir göstərəcək.
Qəbələdə yetişdirilən iribuynuzlu cins heyvanların Türkmənistana ixracına başlanılıb
Bu məqamda vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyevin ötən ili “Kənd təsərrüfatı ili” elan etməsi Qəbələdə bu sahənin daha da inkişafına təkan verib. Rayonda heyvandarlığın inkişafı istiqamətində görülən işlərin müsbət nəticəsi kimi, 2015-ci ildə respublikamızda ilk dəfə olaraq Qəbələdən xarici ölkəyə iribuynuzlu cins damazlıq düyələr ixrac edilməyə başlanılıb.
Məlumat üçün bildirək ki, Gilan Holdinqə məxsus “Qəbələ-Aqro Kompleks” MMC tərəfindən yaradılan müasir heyvandarlıq kompleksi dövlətimizin başçısının iştirakı ilə 2013-cü ildə istifadəyə verilib. Müəssisə heyvandarlıq və bitkiçilik sahəsində inkişafını uğurla davam etdirir. Kompleksin nəzdində 2014-cü ildə damazlıq heyvandarlıq təsərrüfatı yaradılıb. Prezident İlham Əliyevin aqrar sahədə apardığı uğurlu islahatlar nəticəsində gündən-günə inkişaf edən bu heyvandarlıq kompleksi ilk dəfə olaraq Türkmənistana damazlıq düyələr ixrac etməyə başlayıb.
Ümumilikdə, 244 baş damazlıq düyənin ixracı ilə bağlı Türkmənistanın heyvandarlıq kompleksi ilə müqavilə bağlanılıb. İlk mərhələdə kompleksdə yetişdirilən 32 baş cins damazlıq heyvan Türkmənistana yola salınıb. Müqaviləyə uyğun olaraq yaxın vaxtlarda digər heyvanların da göndərilməsi nəzərdə tutulur. Qeyd edək ki, hazırda kompleksdə Avstriyadan gətirilmiş 1650 baş iribuynuzlu heyvan bəslənilir.
Heyvandarlığın inkişafı yeni ildə də əsas hədəflərdən biridir
Məhz bütün bu sadalananların fonunda birmənalı olaraq qeyd etmək olar ki, Azərbaycanda kənd təsərrüfatının, o cümlədən heyvandarlığın inkişafı yeni ildə də əsas hədəflərdən biridir. Yəni bu istiqamətə dövlət dəstəyinin davam etdirilməsi ilə yanaşı, aqrar sektorun inkişafı üçün yeni layihələrin icrasının reallaşdırılması da nəzərdə tutulub. Elə ilin əvvəlindən etibarən atılan addımlar da bunu bir daha təsdiqləyir.
Məlumat üçün bildirək ki, ötən ay kənd təsərrüfatı naziri Heydər Əsədov Göygöldə tikilən Respublika Süni Mayalama Mərkəzinin inşası ilə tanış olub. 3 hektar sahədə inşa olunan mərkəzdə əsaslı tikinti-quraşdırma işləri başa çatıb. İkimərtəbəli inzibati bina da artıq hazırdır. Burada yardımçı təsərrüfat yaradılacaq, laboratoriya, klinika və əməliyyat otağı fəaliyyət göstərəcək. Heyvandarlıq sahəsi üzrə elmi işlər aparmaq, zootexniklərin süni mayalama mütəxəssisi kimi regionlarda fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılacaq.
Müasir avadanlıqların quraşdırılacağı mərkəzdə xüsusi cinsli 40 buğa qapalı rejimdə bəslənəcək və karantin müddəti yekunlaşdıqdan sonra onlardan toxum götürüləcək. Ötən il 100 minə yaxın düyə və inək süni mayalanıb, onların 60 faizindən çoxunda müsbət nəticə əldə edilib. Martın sonunadək istifadəyə verilməsi planlaşdırılan, Qafqazda analoqu olmayan Respublika Süni Mayalama Mərkəzi bu sahədə göstəriciləri daha da yüksəltməyə imkan verəcək.
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Xaçmaz rayonunun Yalama qəsəbəsində yaradılan, 523 hektar sahəni əhatə edən “Yalama Aqropark”da işlərin ikinci mərhələsi yekunlaşır. İlkin mərhələdə aqroparkda 385 hektar ərazidə ABŞ istehsalı olan süni yağış yağdırma üsulu ilə müasir suvarma sistemi quraşdırılıb. Bununla yanaşı, buradakı təsərrüfatın fasiləsiz su ilə təminatı üçün Samur-Abşeron kanalından 3,2 kilometr uzunluğunda beton suvarma kanalı çəkilib və tutumu 50 min kubmetr olan su hovuzu tikilib. Bu, təsərrüfatın suya olan tələbatını ödəməklə yanaşı, ətraf kəndlərin də suvarma suyuna olan ehtiyacının ödənilməsində mühüm rol oynayacaq.
Müasir texnologiyanın tətbiqi yüksək məhsuldarlığa imkan yaradıb. Ötən il 242 hektar ərazidə dənlik, 143 hektar sahədə isə silosluq qarğıdalı səpini həyata keçirilib. Bu sahələrdən, ümumilikdə, 8 min 753 ton qarğıdalı əldə olunub. Aqroparkın ərazisində bu ilin məhsulu üçün 225 hektar arpa və 130 hektar yonca əkilib.
Aqroparkın direktoru Azər Nəsibov AZƏRTAC-a müsahibəsində bildirib ki, “Yalama Aqropark”da istehsal və emal müəssisələrinin yaradılmasında ABŞ, İsveç, İtaliya, Hollandiya və Türkiyə istehsalı olan avadanlıqlardan istifadə olunur. Hazırda layihənin ikinci mərhələsi çərçivəsində heyvanların qida təminatının təşkili məqsədilə aqroparkın ərazisində saatda 5 ton yem istehsal edən zavodun tikintisi davam etdirilir.
Bununla yanaşı, aqroparkda müasir texnologiyanın tətbiqi ilə cins iribuynuzlu heyvandarlıq kompleksinin qurulması işləri də yekunlaşmaq üzrədir. Artıq heyvandarlıq kompleksində saxlanılmaq üçün Avstriyadan 500 başa yaxın “Simmental” cinsindən olan düyələr gətirilib. Müasir tipli pilot heyvandarlıq müəssisəsində, ümumilikdə, 1100 baş inəyin saxlanılması nəzərdə tutulub.
Növbəti mərhələdə “Yalama Aqropark”da gündəlik istehsal gücü 50 tona çatan süd emalı müəssisəsi də qurulacaq. Kompleksin tərkibində 10 hektar ərazidə istixanalar yaradılacaq və intensiv bağçılıq təsərrüfatı salınacaq. Layihənin icrası nəticəsində 200-dən artıq yeni iş yeri açılacaq.
Aqroparkların yaradılmasında əsas məqsəd yüksək məhsuldarlığa nail olunması, ixracın coğrafiyasının genişləndirilməsi, həcminin artırılması, milli brendlərin formalaşdırılması, intensiv metodların tətbiqi, istehsalçı, emalçı və istehlakçı arasında əlaqələrin möhkəmləndirilməsi və yeni iş yerlərinin yaradılmasıdır.
Nadir AZƏRİ

 
  • Oxunub:  13800  |  
  • Tarix:  12-02-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək səviyyəli infrastruktur quruculuğu Azərbaycanda prioritet sahə kimi müəyyənləşdirilib

23 Avqust 17:21
Səyyad Salahlı: Din xadimləri də sosial şəbəkələrdən fəal istifadə etməlidirlər
23 Avqust 17:11
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizə başlayıb
23 Avqust 17:09
Türkiyədə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə sikkəsi buraxılıb
23 Avqust 16:53
Beyləqanda “Pambıq yığımına hazırlıq və qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
23 Avqust 16:48
Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi Baş katib Antonio Quterreşə məktub ünvanlayıb
23 Avqust 16:42
Əmlak Məsələləri Dövlət Komitəsində vətəndaşların müraciət və qəbulları canlı bağlantı ilə aparılacaq
23 Avqust 16:35
Məhəbbət Vəliyeva: Bu tədris ili üçün 7 mindən artıq vakant müəllim yeri var
23 Avqust 16:29
Azər Badamov: Həyata keçirilən tədbirlər nəticəsində aqra sahədə daha böyük nailiyyətlər qazanılacaq
23 Avqust 16:24
Tahir Mirkişili: Texnoloji dünyada onun sirlərini və şərtlərini daha yaxşı mənimsəyərək öz milli maraqlarımızı qorumalıyıq
23 Avqust 16:20
Pərvin Kərimzadə: Mehriban xanım Əliyevanın çoxistiqamətli fəaliyyətinin əsasında xalq sevgisi dayanır
23 Avqust 16:17
Fransanın Azərbaycanda yeni səfiri təyin olunub
23 Avqust 16:11
Ramin Quluzadə Tovuzda, birinci müavini Ağstafada vətəndaşları qəbul edib
23 Avqust 16:07
Sabah Fransada G7 sammiti başlayacaq
23 Avqust 15:47
Srisuda Vanapinyosak: Azərbaycan ilə Tailand arasında birbaşa aviareysin açılması hər iki ölkəyə turist axınını artıracaq
23 Avqust 15:42
Qusarın fındıq bağlarından 4 min tona yaxın məhsul toplanacaq
23 Avqust 15:13
Mehriban xanım Əliyeva müasir Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir
23 Avqust 14:54
Qarabağ müharibəsi veteranları “Qazax” əlahiddə sərhəd diviziyasında olublar
23 Avqust 14:42
Azərbaycanın xarici dövlət borcu açıqlanıb
23 Avqust 14:19
Kənd Təsərrüfatı naziri Beyləqanda vətəndaşları qəbul edib
23 Avqust 14:15
İlin sonunadək Şəkidə 13 subartezian quyusu istismara veriləcək
23 Avqust 14:10
Bu il 750-dək məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub
23 Avqust 14:01
Vüqar Rəhimzadə: Bu gün Azərbaycan dövləti və xalqı əleyhinə satqınlardan ibarət “virtual terrorçular” fəaliyyət göstərir
23 Avqust 12:57
KOB-lar “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda maarifləndirilib
23 Avqust 12:54
Hava hücumundan müdafiə vasitələri döyüş atışları icra edib
23 Avqust 12:52
Naxçıvanda Dövlət Bayrağı Muzeyinin yaradılmasının beş illiyi qeyd olunub
23 Avqust 12:43
Səidə Əhmədova: Müəllimlər işə qəbul olunarkən onların psixoloji hazırlıq səviyyəsi nəzərə alınmalıdır
23 Avqust 12:37
Gənclər və İdman naziri Göygöl rayonunda vətəndaşları qəbul edib
23 Avqust 12:09
Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanda səfərdədir
23 Avqust 12:03
Şərurda icbari tibbi sığortanın tətbiqi ilə bağlı ikigünlük təlim başa çatıb
23 Avqust 12:01
UNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil olan müsəlman qəbiristanlığı
23 Avqust 11:42
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında hərbi hissənin yaradılmasının 27-ci ildönümü qeyd olunub
23 Avqust 11:36
Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzi bəyanat yayıb
23 Avqust 11:31
Azərbaycanda istilik təchizatı sisteminin səmərəliliyinin artırılması mövzusunda İşçi Qrupunun iclası keçirilib
23 Avqust 11:05
Jewish Journal: Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi tamam olur
23 Avqust 10:40
Dünya birjalarında neftin qiyməti bahalaşıb
23 Avqust 10:13
Bu gün Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 26-cı ildönümü tamam olur
23 Avqust 10:03
Füzuli rayonunun tarixi memarlıq və arxeoloji abidələri erməni vəhşiliyinin qurbanına çevrilib
23 Avqust 10:00
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
23 Avqust 09:58
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Füzuli və Cəbrayıl rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb
23 Avqust 09:49
Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür
23 Avqust 09:44
Nur-Sultanda “Etnos günü” festivalında qədim adətlərimiz nümayiş olunub
23 Avqust 09:43
UEFA Avropa Liqasının play-off mərhələsinin oyunları keçirilib
23 Avqust 09:40
Yüksək səviyyəli infrastruktur quruculuğu Azərbaycanda prioritet sahə kimi müəyyənləşdirilib
23 Avqust 09:36
Birinci xanım nümunəsi: Azərbaycan qadınının xeyirxahlığı, müasirliyi və fəallığı modeli
23 Avqust 09:33
Koreya Respublikasının Azərbaycandakı səfiri Pirşağı tullantı sutəmizləyici qurğusunun tikintisi ilə tanış olub
23 Avqust 09:31
“Nar”-ın abunəçi bazası sürətlə artmaqdadır
23 Avqust 09:29
Əli Kərimlinin budəfəki avantürası alınmadı
22 Avqust 22:13
“Linfild” və “Qarabağ” komandalarının start heyətləri məlum olub
22 Avqust 22:10
Azərbaycan XİN: Ermənistan heç bir halda demokratiyanın qasidi statusuna iddia edə bilməz
22 Avqust 20:47
“KOB Dostu” Xəzər rayonunda sahibkarlara xidmət göstərəcək
22 Avqust 20:45
Kiçik dövlət müəssisələrində çalışanlar güzəştli satışı xidmətindən elektron formada istifadə edə bilər
22 Avqust 20:38
Vergilər Nazirliyi: Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır
22 Avqust 20:32
Vergilər nazirinin müavini Qobustanda vətəndaşları qəbul edib
22 Avqust 20:28
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
22 Avqust 18:14
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Mədəniyyətlərarası dialoqa Azərbaycanın töhfəsi” mövzusunda konfrans keçirilib
22 Avqust 18:11
Beynəlxalq Cüdo Federasiyasının növbəti konqresi keçirilib
22 Avqust 17:43
AFFA-da “Elit məşq” layihəsinin təqdimatı olub
22 Avqust 17:40
Bəhruz Quliyev: Belə hadisələrin siyasi mübarizə predmetinə çevrilməsinə imkan verməməliyik
22 Avqust 17:06
Bakı metrosunda daha iki yeni qatar xəttə buraxılıb
22 Avqust 17:01
Flora Qasımova: İqtisadi və siyasi böhran işğalçı Ermənistanı uçuruma aparır
22 Avqust 17:00
Mübariz Qurbanlı: Bu il Azərbaycanda dünya din xadimlərinin sammiti keçiriləcək
22 Avqust 16:59
Pərvin Kərimzadə: Azərbaycanda həyata keçirilən uğurlu siyasət istənilən hədəflərə nail olmağa əlverişli şərait yaradır
22 Avqust 16:53
Baş Prokurorluqda Tofiq Yaqubluya xəbərdarlıq edilib
22 Avqust 16:31
Əli Əhmədov: Hökumət süni qiymət artımına yol verilməməsi üçün lazımi tədbirlər görür
22 Avqust 16:29
Məcburi köçkün məktəbləri üzrə şagirdlərin elektron yerdəyişməsinə avqustun 26-dan başlanılacaq
22 Avqust 16:25
Azərbaycan XİN separatçı rejimin hesabatının BMT-də yayılmasına münasibət bildirib
22 Avqust 16:23
Əli Həsənov: Maraqlı dairələr Azərbaycanda özünün koloniyasını yaratmaq istəyirdi
22 Avqust 16:20
“Avro 2020”nin sponsorlarının nümayəndələri Bakıda səfərdədir
22 Avqust 16:19
BMT-nin Baş katibi dini mənsubiyyət və inancına görə zorakılığa məruz qalmış qurbanlarla bağlı müraciət edib
22 Avqust 16:16
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəmkir və Tovuzda vətəndaşları qəbul edib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+35 +38
gecə+20 +24