Ana səhifə »  KİVDF »  Bölgələrdə ərzaq təhlükəsizliyinin təmin olunması yönündə mühüm işlər görülür
A+   Yenilə  A-
Bölgələrdə ərzaq təhlükəsizliyinin təmin olunması yönündə mühüm işlər görülür

Kənd təsərrüfatı məhsullarının istehsalı ildən-ilə artırılır
Azərbaycanın sürətli sosial-iqtisadi inkişaf dinamikasında regionların payı ilbəil artır. Bu da, ilk növbədə, bölgələrin ənənələri, inkişaf perspektivləri, əmək resursları və digər cəhətlər nəzərə alınmaqla qəbul edilən məqsədli Dövlət proqramları nəticəsində mümkün olur. Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları bölgələrin tarazlı inkişafını şərtləndirir.
Regionların sosial-iqtisadi inkişafı kontekstində ərzaq təhlükəsizliyinin təmin olunması da strateji əhəmiyyət kəsb edir və bu istiqamətdə həyata keçirilən ardıcıl islahatlar əhəmiyyətli nəticələrin əldə edilməsini şərtləndirib. Ümumiyyətlə, regionlarda aqrar sektorun intensiv inkişafı əhalinin ərzaq təminatına etibarlı zəmin yaradır. Məlum olduğu kimi, ölkəmizdə aqrar sektorun müasir inkişaf mərhələsində kənd təsərrüfatında yeni keyfiyyət dəyişikliyinə nail olunması ilə bağlı hədəflər qarşıya qoyulub. Dövlət başçısının “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” 16 yanvar 2014-cü il tarixli Sərəncamı və “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” 16 aprel 2014-cü il tarixli Fərmanı kənd təsərrüfatında müasir dünya çağırışları nəzərə alınmaqla müəyyənləşdirilən hədəflərə çatılması üçün idarəetmənin və institusional strukturun təkmilləşdirilməsinə, innovativ dəyişikliklərin həyata keçirilməsinə möhkəm hüquqi təminat yaradır. Dövlət başçısı 2015-ci ilin martında “Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamla ölkədə məhsul istehsalçılarının yüksək məhsuldar toxumlara tələbatının dolğun şəkildə ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondunun yaradılması qərara alınıb. Prezident İlham Əliyevin ötən ilin avqustunda imzaladığı müvafiq sərəncamlar isə ölkəmizdə heyvandarlığın maddi-texniki bazasının möhkəmləndirilməsi və cins tərkibinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Göründüyü kimi, ölkəmizdə ərzaq təminatının yüksəldilməsi istiqamətində davamlı işlər görülür. Bunun nəticəsidir ki, rayonlarda kənd təsərrüfatı məhsullarının istehsalı ildən-ilə artırılır. Ərzaq təhlükəsizliyinin təmin edilməsi ölkə qarşısında duran həlli vacib məsələlərdəndir. Problemin həlli məqsədilə Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, bir sıra rayonlarda olduğu kimi, Samuxda da iri aqrar layihələr həyata keçirilməyə başlanılıb.
İqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edən Samuxda əkinəyararlı torpaqlardan səmərəli istifadə olunması məqsədilə 3 min hektarlıq sahədə qarğıdalı, buğda, qismən də günəbaxan, soya və yonca bitkisinin becərilməsini nəzərdə tutan müasir təsərrüfat kompleksi yaradılır.
Rayonda əkin sahələrinin suvarılması üçün “ABKON” şirkəti tərəfindən yeni sistem quraşdırılır. Bu məqsədlə 13 kilometr əraziyə Sumqayıt istehsalı olan borular vasitəsilə kəmər çəkilir. Artıq 3 kilometrə yaxın boru montaj olunub. Layihə çərçivəsində yaxın günlərdə həcmi 5 min kubmetr olacaq iki su anbarının tikintisinə, 3 nasos stansiyasının qurulmasına və 40 kilometrə yaxın suvarma xəttinin çəkilməsinə başlanılacaq.
Təsərrüfat sahəsində tikinti işlərinin aparılması sürətlə davam etdirilir və bu işlərin icrası yerli şirkətlərə həvalə olunub. Artıq ərazidə inzibati binaların tikintisinə başlanılıb. Ofis binasının və iki anbarın təməli qoyulub. Böyük qarajın tikintisi ilə bağlı hazırlıq işləri gedir. Tutumu 60 min ton olacaq taxıl anbarında qazıntı, betonlama işləri başa çatıb.
Layihəyə əsasən, “Aqro Dairy” MMC tərəfindən xaricdən kənd təsərrüfatı texnikaları da gətirilib. Bu məqsədlə 24 traktor, 5 taxılbiçən kombayn, 2 yemyığan kombayn, 2 müasir çiləyici, kultivator və taxılsəpən alınıb. Hazırda təsərrüfat üçün yağışyağdırma üsuluna əsaslanan müasir suvarma sistemi qurulmaqdadır.
Təsərrüfatda əkin zamanı yüksəkkeyfiyyətli sortlardan istifadə edilməsi nəzərdə tutulur. Məhsul yığımı dövründə isə hər hektardan orta hesabla 80-100 sentner məhsul götürüləcəyi gözlənilir.
Tovuz rayonunun Düz Qırıqlı, Əyyublu, Dönük Qırıqlı kəndlərinin fermer təsərrüfatlarında da kartof əkininə başlanılıb. Ötən illərlə müqayisədə builki əkinlərin 90 faizi kənd təsərrüfatı texnikası vasitəsilə aparılır. Kartofsəpən maşınlar təxminən 100 fəhlənin bir həftəyə görə biləcəyi işi bir gündə yerinə yetirir. Bu isə daha baha başa gələn əl əməyini azaldır, məhsulun maya dəyərini aşağı salır.
Fermerlərin hesablamalarına görə, texnika ilə becərilən sahələrdə yüksək məhsuldarlıqla yanaşı, maya dəyəri əllə becərilən sahələrə nisbətən aşağı olur. Rayonda hər il 30-40 ton kartof toxumu əkən iri fermerlərin bütün becərmə işlərini görə biləcək kənd təsərrüfatı texnikaları var. Kiçik fermerlərin isə iri kooperativlər yaratmaları, onların dövlətdən güzəştli kredit və texnika almaları üçün qanunvericilik bazası yaradılıb. Vurğulamaq lazımdır ki, ötən il tovuzlu sahibkarlar 7668 hektar sahədən 165 min 322 ton kartof götürüblər.
Sabirabad rayonunda da yaz tarla işlərinə erkən başlanılıb. Rayonda fərdi təsərrüfatlar da daxil olmaqla mövcud olan suvarılan 40 min hektar əkin sahəsini bol su ilə təmin etmək üçün kanal və arxlar lildən təmizlənir, drenaj şəbəkələr tikilir, nasos stansiyalarında əsaslı və cari təmir işləri aparılır.
İndiyədək 20 üzən su nasos stansiyası əsaslı təmir olunub, 1150,8 kilometrdən artıq kanal lildən təmizlənib. Suvarmanın və arat işlərinin vaxtında aparılması üçün Mürsəlli, Nərimankənd, Kürkəndi və digər kəndlərdə yerləşən su nasosları, hidrotexniki qurğular da əsaslı təmir olunub.
Əkinçiliyin intensiv inkişafı üçün rayonun Kür-Araz ovalığında yerləşən Əsgərbəyli, Qasımbəyli, Muradbəyli və digər kəndlərinin ərazilərində yeni nasoslar quraşdırılıb, drenaj şəbəkələr çəkilib. Nəticədə 11 min 700 hektar əkin sahəsi yararlı vəziyyətə gətirilib.
İsmayıllı rayonunda isə saatda istehsal gücü 500 kiloqram olacaq yarımfabrikat kartof püresi istehsalı zavodunun inşasına başlanılıb. Yeni sahibkarlıq obyektində ən müasir xarici avadanlıqlar quraşdırılacaq. Zavodun yaxınlığında 1000 tonluq soyuducu anbar da tikilir. Burada yataqxana binası da inşa olunacaq.
Zavod üçün kartof həm əhalidən alınacaq, həm də müəssisə tərəfindən yetişdiriləcək. Bu məqsədlə cari ildə rayon ərazisində 100 hektarda kartof əkiləcək və əkin sahələri müasir texnologiya əsasında becəriləcək.
Qeyd edək ki, ötən il rayonlarda kənd təsərrüfatı məhsullarının istehsalı da gücləndirilib. Belə ki, 2015-ci il Quba rayonu üçün aqrar sahədə bir sıra uğurlarla əlamətdar olub. Bu mövsümdə rayon üzrə 14 min 724 hektar meyvə bağından 122 min ton meyvə toplanıb. Eyni zamanda, 14 min 418 hektar taxıl sahəsindən 38 min 852 ton məhsul yığılıb. Bunun da 33 min 873 tonu buğda, 4 min 979 tonu isə arpa olub. 2016-cı ilin məhsulu üçün şumlanan 13 min 482 hektar sahənin 12 min 948 hektarında artıq səpin aparılıb.
Kürdəmir rayonunda ötən il 13535 ton kartof, 22260 ton tərəvəz, 65921 ton bostan, 22,3 min ton meyvə, 128 ton günəbaxan, 47 ton yerfındığı məhsulu və 71,7 min ton yonca otu istehsal edilib.
Rayonda 109,2 min ton taxıl istehsal olunub ki, bunun da 38,3 min tonunu buğda məhsulu təşkil edir. Taxıl istehsalının qarğıdalı dəni hesabına artırılması tədbirləri görülüb, 821 hektarda dənlik qarğıdalı əkilib, 1936 tondan çox qarğıdalı dəni istehsal olunub. Bundan başqa, 6 min tonadək toxumluq dən hazırlanıb. Ötən ilin payızında taxıl əkinləri mütəşəkkil keçirilib, bu ilin məhsulu üçün 39609 hektardan çox sahədə taxıl əkilib. Əvvəlki ilə nisbətən kartofdan 2,9 sentner, tərəvəzdən 4,0 sentner, bostandan 41,9 sentner, günəbaxandan 0,3 sentner çox məhsul götürülüb. Rayonda 8 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir, bu il 4,5 min tondan çox yüksək reproduksiyalı toxum istehsal olunub.
Qeyd etdiyimiz kimi, milli təhlükəsizlik strategiyası kontekstində müəyyən olunmuş prioritetlərdən biri ərzaq təhlükəsizliyinin təmin olunmasıdır ki, bu da ölkəmizdə həyata keçirilən siyasətin mühüm istiqamətlərindəndir. Ümumiyyətlə, dünya əhalisinin sürətlə artdığı, təbii ehtiyatların tükəndiyi bir şəraitdə ərzaq təhlükəsizliyi məsələsi daha kəskin şəkildə özünü büruzə verir. Ərzaq təhlükəsizliyi probleminin kəskin xarakter almasından sonra bu problem istənilən dövlət, o cümlədən Azərbaycan üçün milli təhlükəsizliyin təmin edilməsi istiqamətində diqqət yetirilməsi zəruri olan ən mühüm məsələlərdən birinə çevrilib. Bu problemin həlli, ilk növbədə, ərzaq təminatının və ərzaq məhsullarından istifadənin səmərəsinin artırılması ilə bağlıdır. Onu da qeyd etmək lazımdır ki, ərzaq təhlükəsizliyinin təmin olunması, daxili bazarın idxaldan asılılığının aradan qaldırılması, yerli istehsalın inkişafı məqsədyönlü siyasətin əsas istiqamətlərini təşkil etməkdədir. Ümumilikdə, dövlətimiz tərəfindən ərzaq təhlükəsizliyinə bilavasitə aidiyyəti olan ayrı-ayrı sahələrdə kompleks tədbirlər görülür və mühüm nəticələr əldə edilməkdədir. Ölkəmizdə ərzaq məhsullarının istehsalının artırılması, əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması və digər istiqamətlərdə tədbirlər həyata keçirilib, səmərəli istehsal və satış infrastrukturunun yaradılması, ərzaq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi sahəsi üzrə əsaslı islahatlar reallaşdırılıb. Sadalanan faktlar göstərir ki, bu istiqamətdə regionların payı özünəməxsus, müstəsna əhəmiyyət kəsb edir və ərzaq təhlükəsizliyinin təmin olunması yönündə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün geniş potensial mövcuddur.
Pərviz SADAYOĞLU

 
  • Oxunub:  12900  |  
  • Tarix:  24-02-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

20 Avqust 00:13
Əli Kərimlinin dövlətçilik və hüquqi təfəkkürü məntiqsiz və natamamdır
19 Avqust 23:20
Altı ayın uğurları: Azərbaycan liderliyini saxlayır
19 Avqust 20:58
Yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artırılıb
19 Avqust 20:52
Çinin Şansi istedadlar dərnəyinin nümayəndə heyəti AZƏRTAC-da olub
19 Avqust 20:46
Rusiya-Azərbaycan: İqtisadi inkişafımızı bərabər həyata keçiririk
19 Avqust 20:44
Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub
19 Avqust 20:37
Cavanşir Paşazadə: Ölkəmizdə həyata keçirilən böyük sosial paketin əhatə dairəsi kifayət qədər genişdir
19 Avqust 18:04
Rafiq Bayramov: Mədəniyyət sahəsində müasir sistemin qurulması, xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl işlər aparılır
19 Avqust 18:02
“Suriya düyünü”: təhlükəsizlik zonası və risklər
19 Avqust 17:40
Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıblar
19 Avqust 17:30
“ASAN xidmət" mərkəzinin tikintisində "Yaşıl ASAN" konsepti tətbiq olunur
19 Avqust 17:26
Daxili İşlər naziri Daxili Qoşunların paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub
19 Avqust 16:45
Rauf Əliyev: Azərbaycan unikal sosial-iqtisadi inkişaf modelinə malik olan ölkədir
19 Avqust 16:16
İçərişəhər haqqında film beynəlxalq kinofestivalda göstəriləcək
19 Avqust 15:52
Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi icra olunur
19 Avqust 15:46
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək
19 Avqust 15:44
Sona Əliyeva: Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır
19 Avqust 15:27
İlham Məmmədov: Bu il ərzində ölkəmizdə minimum pensiya məbləğinin əhəmiyyətli şəkildə artması təmin edilib
19 Avqust 15:24
Peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşır
19 Avqust 15:05
“Avro 2020”: UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb
19 Avqust 14:57
Mir Şahin Gəncə teraktı ilə bağlı - şok VİDEO yaydı
19 Avqust 14:33
Azərbaycan Gürcüstanın ticarət tərəfdaşları sırasında ilk beşlikdədir
19 Avqust 14:06
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniya yığmasına qalib gəlib
19 Avqust 14:04
Sabah Abşeron çimərliklərində 25-27 dərəcə isti olacaq
19 Avqust 14:01
Çörək alarkən və saxlayarkən diqqət yetirilməli məsələlər
19 Avqust 12:33
Avqustun 19-u Ümumdünya Humanitar Yardım Günüdür
19 Avqust 12:25
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə elmi-tarixi və fəlsəfi müstəvidə baxış
19 Avqust 12:17
“Sosial bağlar” layihəsi çərçivəsində 250 ailə üçün meyvə bağlarının salınmasına başlanılıb
19 Avqust 11:45
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
19 Avqust 11:42
Bakı məktəblərində iki sinfin bütün şagirdləri ali məktəblərə qəbul olublar
19 Avqust 11:37
Futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turunun təqvimi açıqlanıb
19 Avqust 11:33
Maestro Niyazinin xatirəsi yad olunacaq
19 Avqust 11:23
Bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı davam edir
19 Avqust 11:19
Qazlı sudan aşırı dərəcədə istifadə insulta səbəb ola bilər
19 Avqust 10:53
“Azərsu” ASC-nin sədri Qazaxda vətəndaşları qəbul edib
19 Avqust 10:41
Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
19 Avqust 10:30
İlahiyyat İnstitutunun rektoru sənədlərin qəbul prosesini izləyib
19 Avqust 10:22
Azərbaycan Almaniyaya ixracı artıb
19 Avqust 10:16
Abituriyentlərin nəzərinə: boş qalan plan yerlərinə ixtisas seçimi bu gün başa çatır
19 Avqust 09:50
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
19 Avqust 09:43
Muğam Mərkəzində “Rast dünyası” adlı konsert olacaq
19 Avqust 09:38
Qusarda Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolu yenidən qurulur
19 Avqust 09:36
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
19 Avqust 09:33
Müdafiə Nazirliyi: Ordumuz düşmənin istənilən fəaliyyətini müxtəlif kalibrli silahların nişangahı altında saxlayır
17 Avqust 15:43
Anna Netrebko Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib
17 Avqust 15:02
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb
17 Avqust 13:36
Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə
17 Avqust 12:31
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17 Avqust 12:27
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
17 Avqust 10:38
Bakalavrların nəzərinə: qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər
17 Avqust 10:36
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
17 Avqust 10:33
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17 Avqust 10:02
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
17 Avqust 09:57
İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17 Avqust 09:50
“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb
17 Avqust 09:48
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır
16 Avqust 21:23
Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16 Avqust 21:16
Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar
16 Avqust 20:24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Beynəlxalq Bank ilə əməkdaşlıq edəcək
16 Avqust 20:17
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir
16 Avqust 19:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
16 Avqust 19:55
General-mayor Elçin İbrahimov: Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər
16 Avqust 19:48
Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib
16 Avqust 19:35
Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
16 Avqust 18:07
Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib
16 Avqust 17:53
Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir
16 Avqust 17:41
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
16 Avqust 17:33
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA