Ana səhifə »  KİVDF »  Regionların fasiləsiz elektrik enerjisi ilə təminatı diqqət mərkəzindədir
A+   Yenilə  A-
Regionların fasiləsiz elektrik enerjisi ilə təminatı diqqət mərkəzindədir

Dövlət proqramlarının icrası nəticəsində bu istiqamətdə mühüm uğurlar əldə edilib
Ölkəmizin iqtisadi inkişafının, eləcə də bölgələrin əsaslı yüksəlişinin təməl bazası sayılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası nəticəsində regionların siması əhəmiyyətli şəkildə dəyişib, onların dinamik inkişafı təmin edilib. Bu gün regionlarda həyata keçirilən tikinti, abadlıq-quruculuq işləri, eləcə də yeni sənaye müəssisələrinin fəaliyyəti istər rayonlarda vətəndaşların sosial rifahının yüksəlməsinə, istərsə də bölgələrin iqtisadi sıçrayışına yol açıb.
Bir sözlə, inkişafının yeni mərhələsinə qədəm qoyan Azərbaycanda ötən illər ərzində bütün sahələrdə uğurlar əldə edilib. Bir zamanlar müxtəlif problemlərin yaşandığı sahələrdə belə artıq işlər günün tələbləri çərçivəsində, yüksək şəkildə tənzimlənir. Məsələn, müstəqilliyimizin ilk dövrlərində Azərbaycanın qarşılaşdığı əsas çətinliklərdən biri də ölkədə enerji çatışmazlığı ilə bağlı idi. Bu, təsərrüfatda böyük qüsurlara gətirib çıxarırdı. Bu mənada bölgələrdə vəziyyət daha acınacaqlı idi. Əhalinin enerji, təbii qazla təchizatı fasilələrlə həyata keçirilirdi. Təbii ki, belə şəraitdə iri şəhərlərdə və regionlarda yeni sənaye güclərinin, istehsal, emal müəssisələrinin yaradılması da iş adamları üçün perspektivsiz görünürdü. Lakin 1993-cü ilin iyunundan sonra sözügedən sahədə atılan addımlar öz bəhrəsini verdi. Və ölkədə etibarlı enerji təchizatı sisteminin yaradılması əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, həmçinin Prezident İlham Əliyev tərəfindən davam etdirilən inkişaf siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Məhz bunun nəticəsidir ki, hazırda bölgələrdə elektrik enerjisi ilə təminatda heç bir problem yoxdur.
Elektrik enerjisi ilə təminat məsələsindən danışarkən vurğulamaq yerinə düşər ki, “Mingəçevir Su Elektrik Stansiyaları Silsiləsi”ndə (SESS) avadanlığın iş səmərəliliyinin artırılması məqsədilə bir sıra təmir və texniki təftiş işləri aparılıb, enerjinin ötürülməsi sisteminin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində isə bir sıra tədbirlər həyata keçirilib. Bunun nəticəsində bu ilin yanvar ayında silsilədə 31,1 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunub. Onu da qeyd edək ki, ötən il ərzində “Mingəçevir SESS-də 450,3 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib. Silsilədə yanğın təhlükəsizliyinə qarşı bir sıra tədbirlər də həyata keçirilib. Bütün yanğın kranları yoxlanılaraq tam işçi vəziyyətə gətirilib, şaxtaya qarşı profilaktik tədbirlər həyata keçirilib. Yarımstansiya və avtotransformatorların əraziləri quru otlardan təmizlənib.
Bununla yanaşı əvvəlki illərdə olduğu kimi, 2015-ci ildə bir çox rayonlarda elektrik enerjisinin təminatı ilə bağlı uğurlarla yadda qalıb. Məsələn, İsmayıllı Elektrik Şəbəkəsi 2015-ci ildə 23 min 898 abonentə xidmət göstərib. Onların da 20 min 786-sı əhali, 3112-si qeyri-əhali abonentdir. Ötən il İsmayıllı Elektrik Şəbəkəsinə 67 milyon 559 min kilovat-saat enerji daxil olub, istehlakçılara 56 milyon 376 min kilovat-saat faydalı enerji ötürülüb. İstehlak olunmuş enerjiyə görə 3 milyon 23 min manat vəsait ödənilib. Bu sahədə əsaslı və cari təmir işləri aparılıb, rayon əhalisi fasiləsiz elektrik enerjisi ilə təmin olunub, istehlakçıların hüquqları müdafiə olunaraq şəbəkəyə daxil olan bütün müraciətlər həll edilib.
Kürdəmir rayonunda da ötən il əhalinin elektrik enerjisi ilə fasiləsiz təmin edilməsi məsələsi daim diqqət mərkəzində saxlanılıb. Şəhər və şəhərə yaxın kənd ərazisinin SİP kabellərlə təmin edilməsi ilə bağlı rayonda kabelləşmə işinə başlanılıb. Hazırda Şəhər-1, Cənub, Trest və ABZ hava xətlərinin SİP kabellə çəkilişi başa çatdırılıb, Şəhər-2 və Şəhər-3 hava xətlərində isə SİP kabelləşmə işləri davam etdirilir. Ötən il rayon mərkəzində və kəndlərdə qəzalı vəziyyətdə olan elektrik dirəklərinin, köhnəlmiş naqillərin, texniki cəhətdən nasaz olan sayğacların dəyişdirilməsi, sıradan çıxmış transformatorların yenisi ilə əvəz olunması təmin edilib. Şəhər ərazisində 20,1 km 10 kv-luq hava xətti və 24,5 km 0,4 kv-luq hava xətti yenidən qurulub, 2059 ədəd smart kart tipli sayğac quraşdırılıb, əhalinin enerji təchizatının yaxşılaşdırılması üçün 14 ədəd elektrik transformatoru əhalinin istismarına verilib. Rayonun Sığırlı kəndində “Azərişıq” ASC tərəfindən 2 ədəd yeni müasir tipli transformator quraşdırılıb, 1,5 km 10 kv-luq və 8,5 km 0,4 kv-luq hava xətti SİP kabellə əvəz olunub, 185 ədəd elektron tipli sayğac quraşdırılıb.
Rayonun Şilyan, Qarasu, Qaramahmudlu, Şüşün, Qarasaqqal, Pirli, Təklə kəndlərində 8 ədəd yeni transformator fəaliyyətə başlayıb. 10 kv-luq Göydəlləkli, “Kolxoz-2”, ABZ, “28 May”, “Şirvan” hava xətlərinin ümumilikdə 18,1 km hissəsi yenidən qurulub. Rayon ərazisində 19 ədəd elektrik transformatoru əsaslı, 24 ədəd isə cari təmir olunub, 5,8 km 10 kv-luq və 6,9 km 0,4 kv-luq hava xətləri yaşıl kütlədən təmizlənib.
Eləcə də Qazax rayonunda 2015-ci ildə əhalinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması sahəsində məqsədyönlü tədbirlər həyata keçirilib. Dövlət Proqramına əsasən Qazax şəhərinin elektrik daşıyıcılarının SİP kabellə əvəz olunması işlərinə başlanılıb. Hazırda Qazax şəhərində Birinci Şıxlı və Xanlıqlar kəndlərində istismar vaxtı keçmiş, dəfələrlə təmir olunmuş transformatorların əvəzinə 22 ədəd yeni müasir tipli qapalı TM-i ayrılıb. Həmin transformatorlardan 10 ədədi sxemaya qoşulub, onlardan qidalanacaq 0,4 kv-luq xətlərdə 16,6 km uzunluğunda kabelləşmə işləri aparılıb, 462 ədəd yeni metal dayaqlar quraşdırılıb, 823 ədəd evə giriş xətləri çəkilib və müasir tipli elektron sayğaclar quraşdırılıb.
Lerik rayonunda da əhalinin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi daim nəzarətdə saxlanılır. Lerik şəhərində 17 meqavatlıq modul tipli elektrik stansiyasının tikintisi ilə əlaqədar olaraq 35 kv-luq yüksək gərginlikli Lerik-Telavar-Yardımlı elektrik hava xətti yenidən inşa olunub, Lənkəran-Hamarat-Lerik elektrik hava xətti isə əsaslı təmir olunub.
“Azərişıq” ASC tərəfindən Cəngəmiran, Şingədulan, Mistan, Lüləkəran, Kəlvəz və Blaband kəndlərində yeni transformatorlar quraşdırılması, elektrik dirəklərinin və xətlərinin dəyişdirilərək SİP kabellə əvəz edilməsi işlərinə start verilib. Nəzərdə tutulan işlər Mistan kəndində yekunlaşdırılıb, Kəlvəz kəndində isə son tamamlama işləri aparılır.
Tərtər rayonunda yeni park ərazilərindən keçən yüksəkgərginlikli elektrik hava xətləri kənarlaşdırılıb. Rayonun Famil Qulami küçəsində 1500 metr məsafədə gecə işıqlanması sistemi quraşdırılıb. Gənclər Mərkəzi və Təhsil şöbəsinin, eləcə də digər inzibati binaların fasad hissələri gecə işıqlanması sistemi ilə təchiz edilib. Rayon mərkəzinin Heydər Əliyev prospektində yüksək gərginlikli hava xəttinin 1300 metri SİP kabellə yeraltı üsulla çəkilib, ərazidə olan köhnə işıq dirəkləri ləğv edilib.
Biləsuvar rayonunda da əhalinin elektrik enerjisi ilə təmin edilməsi və infrastrukturun yenilənməsi istiqamətində ötən 2015-ci ildə əsaslı işlər görülüb. Rayonun ayrı-ayrı yaşayış məntəqələrində müasir standartlara cavab verən 21 ədəd yeni transformator quraşdırılaraq ərazisi abadlaşdırılıb. 1157 ədəd dəmir elektrik dirəkləri quraşdırılıb, 26 km SİP kabel çəkilib. 25 ədəd müxtəlif kilovoltluq elekrtik transformatoru, 7,1 km hava verlişi xətləri təmir edilib.
Eləcə də Cəlilabad rayonunda “Azərişıq” Səhmdar Cəmiyyəti yarandıqdan sonra əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi istiqamətində bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib. Belə ki, Cəlilabad və Göytəpə şəhərlərində, Günəşli, Üçtəpə, Əliqasımlı, Uzuntəpə, Seyidbazar, Alar və Sərhədabad kəndlərində 21 ədəd yeni transformator quraşdırılıb, 25 kənddə 1312 ədəd dəmir dayaq basdırılıb və enerji təchizatının etibarlılığı yüksəldilib. Bundan başqa, 150 abonentə yeni sayğac quraşdırılıb, 500 sayğac isə yenisi ilə əvəz edilib.
Masallı rayonunda 2015-ci ildə “Azərişığ”ın Masallı Elektrik şəbəkəsi tərəfindən 10/04 kvt-lıq xətlərdə təmir-bərpa işləri aparılıb, əhalini daha dayanıqlı enerji ilə təmin etmək və itkilərin qarşısını almaq məqsədilə Masallı şəhərinin elektrik xətt təsərrüfatı yenidən qurulub və abonentlər “Smart” tipli sayğaclarla təmin olunub. Növbəti mərhələdə rayonun ən böyük yaşayış məntəqələrindən biri olan Ərkivan qəsəbəsinin elektrik xətt təsərrüfatının yenidən qurulması nəzərdə tutulub ki, artıq bu istiqamətdə işlərə başlanılıb və qəsəbə ərazisində yol boyu 36 ədəd 0,4 kv-luq dayaq dəyişdirilib, naqillər SİP kabelləşdirilib. Bundan əlavə, rayonun Qızılağac, Əhmədli, Hüseynhacılı kəndlərində 597 ədəd 0,4 kv-luq köhnə dayaqlar yeni dəmir dayaqlarla əvəz edilib, 8587 metr naqil SİP kabellə əvəz olunub. Təklə kəndində isə 150 ədəd 0,4 kv-luq köhnə dayaqlar yeni dəmir boru dayaqlarla əvəzlənib, SİP kabellərin çəkilişinə başlanılıb.
Sonda bir daha vurğulayaq ki, ölkəmizin ümumi sosial-iqtisadi inkişafını şərtləndirən əsas amillər arasında mütləq şəkildə regionların inkişafını nəzərdə tutan konkret proqram və layihələrin rolu əvəzsizdir. Bunun nəticəsidir ki, ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı sayəsində bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsinə nail olunub. Hazırda Azərbaycanın bütün rayonlarında böyük infrastruktur layihələri həyata keçirilir. Bölgələrin elektrik enerjisi ilə təminatı ilə bağlı həyata keçirilən layihələr də bu baxımdan müstəsna əhəmiyyətə malikdir. Dövlət proqramlarının uğurlu icrası isə vətəndaşlarımızın sosial rifahının, eləcə də enerji təminatının yaxşılaşdırılması istiqamətində xüsusi önəm daşıyır.
Pərviz SADAYOĞLU

 
  • Oxunub:  11280  |  
  • Tarix:  01-03-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
“Dünya dini liderlərinin II Bakı sammiti” ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib

19 Aprel 20:27
Vyetnamın Baş naziri OANA İcraiyyə Komitəsi iclasının bir qrup iştirakçısını qəbul edib
19 Aprel 20:22
Ekspert: Ölkəmizin uğurları erməni lobbisini, anti-Azərbaycan qüvvələri və daxildəki “5-ci kolon”u ciddi narahat edir
19 Aprel 18:08
Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası fiziki şəxslərin problemli kreditləri ilə bağlı açıqlama yayıb
19 Aprel 18:05
Azərbaycan Ordusunun nümayəndələri NATO-nun çoxmillətli tibb təlimində iştirak edib
19 Aprel 17:57
Paşinyan hökumətində böyük korrupsiya qalmaqalı
19 Aprel 17:48
Azərbaycan və Rusiyanın təhsil müəssisələri arasında təcrübə mübadiləsinə dair müzakirələr aparılıb
19 Aprel 17:46
Seymur Orucov: Bakı şəhərində keçirilən “Formula 1” yarışına dünyada maraq ildən ilə artır
19 Aprel 17:45
Hadi Rəcəbli: Azərbaycanın iqtisadi uğurları nəticəsində əhalinin sosial müdafiəsi daha da gücləndirilib
19 Aprel 17:43
YAP Gənclər Birliyi “YAP GB K-2019” adlı kartinq yarışı keçirib
19 Aprel 17:36
YAP Qaradağ rayon təşkilatının Gənclər Birliyinin V konfransı keçirilib
19 Aprel 17:27
Ermənistanda saxta hökumət fəaliyyət göstərir
19 Aprel 17:27
İlyas Umaxanov: Azərbaycanlı həmkarımızın çıxışında qaldırılan məsələlərin əksəriyyəti konfransın yekun sənədində öz əksini tapacaq
19 Aprel 17:24
Maliyyə Nazirliyi birinci rübdə dövlət büdcəsinin icrasına dair məlumat yayıb
19 Aprel 17:21
Səudiyyə Ərəbistanı mətbuatı AZAL-ın bu ölkənin bir neçə şəhərinə yeni aviareyslərinin təqdimatından yazır
19 Aprel 17:18
Birinci rübdə əhalinin gəlirləri 5,5 faiz artıb
19 Aprel 17:09
Sankt-Peterburqda MDB Parlament Assambleyasının 49-cu plenar iclası keçirilib
19 Aprel 17:08
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 16:52
Qubada dövlət-din münasibətləri ilə bağlı ikigünlük seminar-müşavirə davam edib
19 Aprel 16:45
Azərbaycanın iki güləşçisi dünya reytinqində liderliyə yüksəlib
19 Aprel 16:39
Sədaqət Vəliyeva: Tibbi sığorta insanların sağlamlığının “qızıl zəmanəti”dir
19 Aprel 16:32
Pirallahı rayonunda avtomobil yollarının yenidən qurulmasına 1,9 milyon manat ayrılıb
19 Aprel 16:29
Daxili işlər naziri polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19 Aprel 16:25
Yaxın Şərqdə iki təhlükəli proses: dağıdıcı trendlərin güclənməsi
19 Aprel 16:06
Məleykə Abbaszadə Qəbələdə vətəndaşları qəbul edib
19 Aprel 16:03
İran nümayəndə heyəti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
19 Aprel 15:57
İsrailli jurnalistlər işğalçı ermənilərin vandalizminin və qəddarlığının nəticələrini öz gözləri ilə görüblər
19 Aprel 15:37
Səyyar “ASAN xidmət” Qazaxda
19 Aprel 15:35
Rusiya-Azərbaycan: ölkələri və qitələr birləşəndə
19 Aprel 15:24
Binəqədi rayonunda yeni salınmış abad məhəllədə sakinlərlə görüş olub
19 Aprel 15:01
Respublika ərazisində keçirilən “Təmiz hava” aylığı davam edir
19 Aprel 14:44
Baş prokuror Ucar rayonunda vətəndaşları qəbul edib
19 Aprel 14:41
Azərbaycanda uşaqlara yönələn dayanıqlı inkişaf məqsədlərinin milliləşdirilməsi üzrə seminar keçirilib
19 Aprel 14:38
Yekaterinburqda “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi” təqdimatı olunub
19 Aprel 14:34
Prezident İlham Əliyev hər addımı ilə vətəndaşın yanında olduğunu sübut edir
19 Aprel 14:26
PA rəsmisi: Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib
19 Aprel 14:26
Zaqatalada fermerlər üçün təlim keçirilib
19 Aprel 14:19
“Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 14:18
UNEC alimlərinin dünya elminə töhfəsi
19 Aprel 14:14
“Azərmaş” ASC İranın “Maral” şirkəti ilə distribüterlik müqaviləsi imzalayıb
19 Aprel 14:11
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Cocuq Mərcanlıda vətəndaşları qəbul edib
19 Aprel 14:07
Azərbaycanla İran gömrük xidmətlərinin nümayəndələri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər
19 Aprel 14:01
Birinci rübdə Gürcüstan Azərbaycandan 22,2 milyon dollarlıq elektrik enerjisi alıb
19 Aprel 13:55
Milli Kitabxanada “İsmayıl Şıxlı. Biblioqrafiya” kitabının təqdimatı olub
19 Aprel 13:50
Leyla Abdullayeva: Ermənistan XİN-i “3+2” formatında qəbul edilmiş bəyanatlara qoşulmağa dəvət edirik
19 Aprel 13:46
Rusiyalı tarixçi: Ermənilər qədim keçmişə sahib olmadıqları üçün hansısa yolla öz mövcudluqlarını saxlamaq məcburiyyətindədirlər
19 Aprel 12:54
Millət vəkili: Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan uğurla inkişaf edəcək
19 Aprel 12:44
Ekologiya və təbii sərvətlər naziri Ağcabədi rayonunda vətəndaşların müraciətlərini dinləyib
19 Aprel 12:41
“Xəmsə” milli intellektual oyunu üzrə “Heydər Əliyev kuboku”nun ilk seçim mərhələsi başa çatıb
19 Aprel 12:40
AMEA-nın Şərqşünaslıq İnstitutunda akademik Həmid Araslının xatirəsi anılıb
19 Aprel 12:38
Diplomatik korpus nümayəndəliklərinin rəhbərləri Şamaxı rayonuna səfər edib
19 Aprel 12:35
ADU-da “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 12:34
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ağcabədidə vətəndaşları qəbul edəcək
19 Aprel 12:31
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
19 Aprel 12:29
Nqiem Vu Kay: Coğrafi baxımdan uzaqda yerləşən Azərbaycanın Vyetnama çox isti münasibəti var
19 Aprel 11:56
“Azərbaycan Respublikasının innovasiya strategiyası”nın layihəsinin hazırlanması ilə bağlı müzakirələr aparılıb
19 Aprel 11:53
YAP Səbail rayon təşkilatında könüllülər birliyinin təqdimatı keçirilir - YENİLƏNƏCƏK
19 Aprel 11:51
“İçərişəhər” və “Qala” qoruqlarında “Açıq qapı” günü keçirilib
19 Aprel 11:36
Nazir: İlin ilk iki ayında Azərbaycanla İranın ticarət dövriyyəsi 4,5 dəfə artıb
19 Aprel 11:16
Siyavuş Novruzov: Ermənistan kimi müqavilə əsasında yaranan dövlətlər qonşu ölkələrin mədəniyyətindən, tarixindən oğurluq edirlər
19 Aprel 11:13
Paytaxt məktəblərində “Oxu günü” çərçivəsində tədbirlər keçirilir
19 Aprel 11:11
Şamil Ayrım: Ulu öndər Heydər Əliyev ilə bağlı əsərlər Türkiyə kitabsevərləri üçün böyük sərvətdir
19 Aprel 11:00
Moldova Prezidenti Azərbaycan diasporunun fəalını mükafatlandırıb
19 Aprel 10:53
Hacıqabul Sənaye Məhəlləsində avtobus və yük avtomobillərinin istehsalı zavodunun təməli qoyulub
19 Aprel 10:51
Bakıda "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir" mövzusunda konfrans keçirilir
19 Aprel 10:48
Hanoyda AZƏRTAC-ın sədrliyi ilə OANA İcraiyyə Komitəsinin 44-cü iclası işə başlayıb
19 Aprel 10:46
Azərbaycan-İran iqtisadi əməkdaşlığı müzakirə edilib
19 Aprel 10:42
“Piylənmənin idarə olunmasında ən yeni tendensiyalar” mövzusunda elmi-praktik konfrans keçirilir
19 Aprel 10:30
Müdafiə naziri Hərbi Hava Qüvvələrinin təlim-məşq mərkəzinin açılışında iştirak edib
19 Aprel 10:23
Fəlsəfə İnstitutunda “Azərbaycan tarixinin fəlsəfi dərki və müasir dövr” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 10:21
Valentina Matviyenko: Mehriban xanım çox maraqlı həmsöhbətdir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA