Ana səhifə »  KİVDF »  Azərbaycanda inkişaf bütün regionları əhatə edir
A+   Yenilə  A-
Azərbaycanda inkişaf bütün regionları əhatə edir

Dövlət proqramlarının uğurlu icrası bölgələrin tərəqqisini şərtləndirən əsas amillərdən biridir
Dünya miqyasında sürətli inkişaf tempinə malik olan Azərbaycanda həyata keçirilən davamlı islahatlar sayəsində bütün sahələrin paralel tərəqqisi təmin edilib. İnkişafın Azərbaycan modelinin formalaşdırılması və səmərəli iqtisadi siyasət sayəsində hədəflənən nəticələrin əldə olunması, sosial-iqtisadi islahatların mütəmadi qaydada həyata keçirilməsi, həmçinin digər bu kimi tədbirlər ölkəmizin dinamik inkişafını təmin etməklə yanaşı, perspektiv tərəqqinin əsaslarını formalaşdırıb. Ümumiyyətlə, bu gün Azərbaycanın dinamik iqtisadi inkişafı, o cümlədən həyata keçirilən iqtisadi siyasət və formalaşdırılmış iqtisadi inkişaf modeli inkişaf etməkdə olan ölkələr üçün nümunə qismində çıxış edir. Həyata keçirilən davamlı islahatlar isə müəyyən olunmuş hədəflərə çatmaq üçün strateji zəmin formalaşdırır. Bu kontekstdə ötən ilin yekunları da Azərbaycanın inkişaf və sabitliyinin davamlı olacağına dəlalət edir.
Yeri gəlmişkən, yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirilən müşavirədə də bu məsələlər diqqət mərkəzində olub. Prezident İlham Əliyev ümumdünya iqtisadi böhranının Azərbaycana mənfi təsirlərinin müşahidə olunduğu və enerji resurslarının qiymətlərinin kəskin şəkildə aşağı düşdüyü hazırkı dövrdə həyata keçiriləcək yeni iqtisadi siyasətin əsas konturlarını müəyyən edib. Dövlət başçısı qarşıdan gələn dövrdə görüləcək işlərlə bağlı dövlət strukturlarına müvafiq tapşırıqlar verib. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər də deməyə əsas verir ki, iqtisadi böhran və enerji resurslarının qiymətinin aşağı düşməsi bütün ölkələrin iqtisadiyyatına mənfi təsir göstərir. Bütövlükdə isə, dövlət başçısının məlum müşavirədəki nitqinin təhlili ona dəlalət edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni iqtisadi kursunun başlıca istiqamətləri müəyyənləşdirilib. Şübhəsiz, yeni mərhələdə iqtisadi sektorda ardıcıl islahatların davam etdirilməsi müəyyən olunmuş hədəflərə çatmağa imkan verəcək. Əlbəttə, ötən dövr ərzində qeyri-neft sektorunun inkişaf etdirilməsi, paytaxtda və regionlarda sosial və iqtisadi infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün tam şərait yaradır. Bu da, öz növbəsində, Azərbaycan Prezidentinin praqmatik və uzaqgörən siyasət yürütdüyünü təsdiq edir. 2004-cü ildə iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsi və müasir cəmiyyət quruculuğuna dair mühüm qərarların qəbul olunması, həmçinin son 12 il ərzində müxtəlif istiqamətlər üzrə zəruri tədbirlər həyata keçirilməsi hazırkı dövrdə effektiv iqtisadi-maliyyə və sosial siyasətin yürüdülməsinə etibarlı zəmin yaradır.
Bunlarla yanaşı, yeni iqtisadi kursun fonunda sahibkarlığın inkişafına davamlı dəstək verilməsi, Azərbaycanın iş adamlarının, ilk növbədə, ölkəmizə sərmayə qoymalarının stimullaşdırılması və təmin olunması, daxili bazarda istehsal məhsullarının qiymətlərinin təbii yolla tənzimlənməsi üçün tədbirlər görülməsi, bank sektorunun tənzimlənməsi prosesinin başa çatdırılması, bu sektorun qeyri-neft sektoruna xüsusi diqqət göstərməsi, iqtisadi fəallığın artırılması, geniş özəlləşdirmə proqramının hazırlanması və həyata keçirilməsi, həm xarici, həm yerli investorların bu işə cəlb edilməsi və bu kimi qarşıda duran digər vəzifələri xüsusi qeyd etmək lazımdır. Başlıca məqam budur ki, yeni iqtisadi inkişaf kursu fonunda regionların sosial-iqtisadi inkişafının davamlılığının təmin edilməsi də xüsusi diqqət mərkəzindədir. Azərbaycanın sürətli sosial-iqtisadi inkişaf dinamikasında regionların payı ilbəil artır. Bu da, ilk növbədə, bölgələrin ənənələri, inkişaf perspektivləri, əmək resursları və digər cəhətlər nəzərə alınmaqla qəbul edilən məqsədli Dövlət proqramları nəticəsində mümkün olur.
Vurğulamaq gərəkdir ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları bölgələrin tarazlı inkişafını şərtləndirir. Belə ki, Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib, çoxsaylı sənaye, kənd təsərrüfatı, xidmət, ticarət müəssisəsi fəaliyyətə başlayıb. Tərəddüdsüz qeyd etmək olar ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı konseptual əsaslara söykənir. Dövlət başçısı İlham Əliyev 2003-cü ildə vəzifəsinin icrasına başlayarkən regionların sosial-iqtisadi inkişafını Özünün fəaliyyətinin əsas istiqamətlərindən biri kimi elan etmişdi. Bu hədəfə çatmaq üçün ötən müddət ərzində regionların sosial-iqtisadi inkişafına dair 3 Dövlət Proqramı hazırlanıb və 2-si artıq uğurla həyata keçirilib. Hazırda isə üçüncü Dövlət Proqramı icra edilir. 2004-cü il fevralın 11-də təsdiqlənmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı bölgələri dirçəldən mühüm ilkin konsepsiya adlandırmaq olar. 2004-2008-ci illəri əhatə edən ilk proqramda qarşıya qoyulan hədəflərə vaxtından tez çatmaq mümkün olub. Regionların inkişafına dair birinci Dövlət Proqramının uğurla həyata keçirilməsinin ardınca 2009-cu il aprelin 14-də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqləndi. Həmin proqramda qarşıya qoyulan vəzifələr də uğurla yerinə yetirildi. Nəticədə yerlərdə istehsal və emal potensialı gücləndirildi. Əvvəlki illərdə yaradılan baza və qazanılan təcrübə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının qəbul edilməsi üçün möhkəm əsas oldu. Hazırda yeni Dövlət Proqramı da böyük müvəffəqiyyətlə yerinə yetirilir. Bu məqamda vurğulamaq gərəkdir ki, regionların inkişafı ilə bağlı 2004-cü ildən başlayaraq həyata keçirilən təsirli və kompleks tədbirlərin icrasının mövcud tendensiyası, qazanılmış misilsiz nailiyyətlər tam əsasla bir real tezisi meydana çıxarır: ötən müddət ərzində Azərbaycan iqtisadi, sosial, siyasi, ictimai, humanitar, elmi-mədəni cəhətdən əsaslı dönüşə nail olan modern dövlətə çevrilib. Digər tərəfdən Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları respublikamızın dinamik inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşması, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayıb. İstehsal müəssisələrinin fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, aqrar sektorda intensiv metodlardan istifadə, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə dəstək məqsədilə müxtəlif servis mərkəzlərinin, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması və digər kompleks tədbirlərin görülməsi nəticəsində regionların sosial-iqtisadi inkişafında dönüş yaranıb. Şübhəsiz, regionların inkişafı bütövlükdə respublikanın ümuminkişaf göstəricilərinə təsir edən mühüm faktordur. O da qeyd edilməlidir ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməklə yanaşı, işsizliyin aradan qaldırılması prosesinə əhəmiyyətli zəmin yaradıb. Regionların sosial-iqtisadi inkişafını əsaslandıran Dövlət proqramlarının ən mühüm tədbirlərindən biri yoxsulluğun azalmasına yönəlib. Yoxsulluğa qarşı mübarizənin vacib şərtlərindən birini bölgələrdə yaşayış şəraitini yaxşılaşdırmaq və çoxlu sayda yeni iş yerləri yaratmaq təşkil edir. Bölgələrdə yeni iş yerlərinin açılması və işsizlik probleminin, demək olar ki, həlli ölkəmizdə yoxsulluğun aradan qaldırılmasına əhəmiyyətli təsir edib.
Məlumdur ki, Azərbaycanın bütün rayonlarında böyük infrastruktur layihələri həyata keçirilir. Buna paralel olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına təkan verən addımlarından biri də sahibkarlara güzəştli kreditlərin ayrılmasıdır. Dövlət başçısının müvafiq göstərişlərindən sonra respublikada iri, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi, sahibkarlara güzəştli kreditlərlə maliyyə dəstəyinin verilməsi, müasir texnologiyalara əsaslanan istehsal və emal sahələrinin inkişafını stimullaşdıran infrastruktur layihələrinin maliyyələşdirilməsi, yüksəkkeyfiyyətli, idxalı əvəz edən, rəqabətədavamlı, ixrac qabiliyyətli məhsullar istehsalının stimullaşdırılması istiqamətində işlər görülüb. Xüsusən bölgələrdə kiçik sahibkarlığın inkişafı iqtisadiyyatın qeyri-neft sahəsində yeni iş yerlərinin açılmasına imkan yaradıb.
Nəticə etibarilə, ölkəmizin ümumi iqtisadi, sosial inkişafını şərtləndirən əsas amillər arasında mütləq şəkildə regionların inkişafını nəzərdə tutan konkret proqram və layihələrin rolu əvəzsizdir. Bunun nəticəsidir ki, ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı sayəsində bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsinə nail olunub. Hazırda Azərbaycanın bütün rayonlarında böyük infrastruktur layihələri həyata keçirilir. İqtisadiyyatın yeni sektorlarına fəal qaydada sərmayə yatırılır.
Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafı ilə bağlı proqramlara əlavə xarakteri daşıyan tədbirlər planları da yeni dövrün tələblərindən meydana çıxır, innovasiyaların tətbiqi zərurətindən yaranır.
Regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramının icrasına start veriləndən etibarən Azərbaycanın bölgələrində 64 mindən çox müəssisə fəaliyyətə başlayıb. Bu müddət ərzində regionlarda ümumi məhsul buraxılışı 3,2, sənaye məhsulu 3,1, rabitə xidmətləri 6,1, əhalinin gəlirləri 6,3, orta aylıq əməkhaqqı 7,3, əhaliyə göstərilən pullu xidmətlər 6 dəfə artıb. Ən önəmli cəhətlərdən biri odur ki, Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bir çox göstəricilər üzrə bölgələrdə artım tempi ölkə üzrə müvafiq göstəriciləri üstələyib. Belə ki, son illərdə regionlardan vergi ödənişləri 14,2 dəfə artıb. Artıq 5 şəhər və rayonda xərclər yerli gəlirlər hesabına maliyyələşdirilir. Ümumilikdə, proqramların icrasına bütün mənbələr hesabına 50,7 milyard, o cümlədən birinci proqramın icrasına 16 milyard, ikinci proqramın icrasına isə 34,7 milyard manat vəsait yönəldilib. Bu gün bölgələrin hər bir guşəsində quruculuq işlərinin aparılması, yeni yolların çəkilməsi, su və kanalizasiya xətlərinin dəyişdirilməsi, qazlaşdırmanın aparılması, məktəb, xəstəxana və digər sosial obyektlərin istifadəyə verilməsi hazırkı müasir inkişaf mərhələsinin reallıqlarıdır. Amma qarşıdakı illərdə yeni dövrün tələbləri başqa cür olacaq. Azərbaycan inkişaf etdikcə ölkə qarşısında yeni proqressiv meyillərə uyğun sosial-iqtisadi məsələlər meydana çıxmaqdadır. Dövlət isə bütün bu tədbirləri də perspektiv inkişaf planında nəzərə alacaq, gələcəkdə daha yeni layihələrin hazırlanaraq həyata keçirilməsinə qərar verəcək. Qeyd etdiyimiz kimi, ölkəmizdə modern inkişaf strategiyasının əsas hədəflərindən biri Azərbaycanı yüksək infrastruktur təminatına malik ölkəyə çevirməkdən ibarətdir. Bu baxımdan dövlət başçısının müvafiq fərmanları ilə təsdiqlənən və ölkəmizdə 2004-cü ildən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən layihələr respublikamızı infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri sırasına çıxarıb.
Onu da vurğulayaq ki, respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq özəl bölməyə göstərilən dövlət dəstəyi bu sahədə diqqətəlayiq uğurların əldə olunması ilə nəticələnib. Son 12 ildə respublikamızda məşğulluqda və vergi daxilolmalarında özəl bölmənin çəkisi 70 faizi ötüb. Ölkəmizdə sahibkarlıq subyektlərinin sayı 2004-cü illə müqayisədə 2,5 dəfə artaraq 400 minə yaxınlaşıb. Özəl bölmədə inkişaf tendensiyası 2015-ci ildə də davam edib. Özəl sektora maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ötən il ərzində 5243 sahibkara 248,5 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər hesabına 9900-dək yeni iş yerinin yaradılması nəzərdə tutulub. Kreditlərin 47 faizi büdcə, 53 faizi isə qaytarılmış vəsaitlər hesabına verilib. Ayrılan kreditlərin 64 faizi regionların, 36 faizi Bakı şəhərinin qəsəbələrinin payına düşür.
O da xüsusi olaraq qeyd edilməlidir ki, bu kontekstdə bütün ölkə boyu yol-nəqliyyat infrastrukturunun yenilənməsi müasir Azərbaycanın mənzərəsini xarakterizə edən əsas cəhətlərdəndir. Son 12 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yol infrastrukturunun yenilənməsi istiqamətində irimiqyaslı layihələr həyata keçirilib, dünya standartlarına cavab verən yeni yollar çəkilib, yol ötürücüləri, körpülər, yeraltı və yerüstü piyada keçidləri tikilib. Ümumiyyətlə, Azərbaycanda hər bir sahədə müşahidə edilən yüksək inkişaf tendensiyası nəqliyyat sektorunda da nəzərə çarpmaqdadır. Təsadüfi deyil ki, nəqliyyat infrastrukturunun şaxələndirilməsi və inkişafı istiqamətində ardıcıl və yüksək göstəricilərə əsaslanan uğurlu addımlar atılmaqdadır. Belə ki, atılan bu addımlarla mövcud zəngin potensialdan səmərəli şəkildə istifadə edilərək yol infrastrukturunun və buna yaxın sahələrin inkişafı istiqamətində uğurlu nəticələr əldə edilir. Bununla da nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi istiqamətində qarşıda duran bütün vəzifələr uğurla reallaşdırılır. Bu isə onu deməyə əsas verir ki, bu sahə davamlı iqtisadi inkişafın başlıca strateji istiqamətlərindən və göstəricilərindən birini təşkil etməkdədir. Ölkəmizdə aparılan abadlıq və yenidənqurma işləri, eləcə də nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi sosial, iqtisadi, mədəni, ekoloji və digər sahələr baxımından mühüm əhəmiyyət kəsb etməkdədir. Belə ki, nəqliyyat sisteminin təkmilləşdirilməsi və bu yöndə aparılan abadlıq-quruculuq işlərinin daha da intensivləşdirilməsi vətəndaşlara daha təhlükəsiz, iqtisadi cəhətdən əlverişli və rahat nəqliyyat əlaqəsi yaratmağa imkan verir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarına uyğun olaraq bütün ölkə boyu yaradılan müasir infrastruktur sayəsində son illərdə Azərbaycanın tranzit imkanları əhəmiyyətli dərəcədə artıb və respublikamız bütövlükdə regionun nəqliyyat mərkəzinə çevrilməkdədir. Son 12 ildə Azərbaycanda yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı statistika kifayət qədər zəngindir. Dövlət proqramlarında dəmir yolu, hava, su nəqliyyatı və avtomobil yolları ilə bağlı 64 tədbir nəzərdə tutulub. Artıq nəzərdə tutulan layihələrin bir çoxu yüksək səviyyədə tamamlanıb. Belə ki, ilk 2 Dövlət Proqramının həyata keçirildiyi 2004-2013-cü illərdə respublikada yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yolların uzunluğu 9 min kilometri ötüb, bu müddətdə 250 yeni körpü, tunel və yol ötürücüsü inşa edilib. Haqqında bəhs olunan dövrdə Azərbaycanın bölgələrində 6 aeroport tikilib ki, onlardan da 4-ü beynəlxalq səviyyəlidir. Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni terminal binası isə ötən il istifadəyə verilib. Bütün bunların nəticəsidir ki, indi respublikanın bölgələrindən də beynəlxalq uçuşlar həyata keçirilir və bu amil Azərbaycanın regionlarının inkişafına əlavə impuls verir. Vurğulamaq gərəkdir ki, yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı layihələr regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı çərçivəsində də intensiv şəkildə davam etdirilir. Yeni Dövlət Proqramının icrasının birinci ili ərzində daha 960 kilometr ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 30-dan çox yeni körpü və yol ötürücüləri tikilib və ya təmir olunub. O cümlədən cari ildə Qəbələ-Ağdaş, Kürdəmir-İmişli, Bəhramtəpə-Biləsuvar, Cəlilabad-Yardımlı, İsmayıllı-Lahıc, Qusar-Ənik-Ləzə, Şəki-Qax və digər avtomobil yollarında əsaslı təmir işləri davam etdirilir. Hacıqabul-Kürdəmir (80 km), Kürdəmir-Ucar-Yevlax (87 km) avtomobil yollarının birinci texniki dərəcə səviyyəsində tikintisi, Muğanlı-Yevlax yolunun yenidən qurulması (115 km), Bakı-Şamaxı-Yevlax yolunun 15-67-ci kilometrlik hissəsində əlavə 2 zolağın tikintisi (52 km), Ələt-Astara avtomobil yolunun Masallı-Lənkəran (22 km) hissəsinin, Kür çayı üzərində yeni körpünün tikintisi davam etdirilib. Bundan başqa, avtomobil nəqliyyatı sahəsində daşımaların tənzimlənməsi, xidmət səviyyəsinin yüksəldilməsi, hərəkətin təhlükəsizliyinin təmin olunması üzrə davamlı tədbirlər həyata keçirilməkdədir. Bu məqsədlə Bərdə, Ağsu, Gədəbəy, Qəbələ, Şamaxı, Xaçmaz, Quba, Yevlax, Daşkəsən, İsmayıllı və Goranboyda yeni avtovağzallar tikilib, Qusar, Oğuz, Xudat, Biləsuvar və Tovuz avtovağzalları yenidən qurulub. Hazırda Gəncə, Horadiz və Quzanlıda yeni avtovağzallar inşa olunur. Bu kontekstdə ötən il avqustun 24-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sabirabad rayonunun Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən 22 min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 1,5 milyon (bir milyon beş yüz min) manatı Sabirabad rayon İcra Hakimiyyətinə ayrılıb. Sərəncamla Maliyyə Nazirliyinə maliyyələşmənin müəyyən olunmuş qaydada təmin edilməsi tapşırılıb. Qeyd edək ki, ötən ilin dekabrında Prezident İlham Əliyev Sabirabad rayonuna səfəri çərçivəsində bu yolun müəyyən hissəsinin açılışında iştirak edib. Bunlarla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev cari il yanvarın 8-də “İmişli rayonunun Sarıxanlı-Boşçalılar-Cəfərli-Əliqulular avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, 15 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Sarıxanlı-Boşçalılar-Cəfərli-Əliqulular avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Prezidentin ehtiyat fondundan İmişli rayon İcra Hakimiyyətinə 1,1 milyon manat ayrılıb. Digər tərəfdən, Hacıqabul-Horadiz avtomobil yolundan İmişli şəhəri istiqamətində isə 7 kilometr uzunluğunda yolun tikintisi davam edir. Bəndbərkitmə işləri başa çatıb, yol yatağı genişləndirilib. Hazırda asfalt örtüyünün döşənməsi işləri görülür. Tikintinin sürətlə aparılması üçün əraziyə kifayət qədər müxtəlif təyinatlı texnika və lazımi qədər işçi qüvvəsi cəlb edilib. Yolun inşasının yaxın günlərdə başa çatdırılması nəzərdə tutulub. Yol istifadəyə verildikdən sonra rayonun bir neçə yaşayış məntəqəsi və İmişli şəhərindən Hacıqabul-Horadiz avtomobil yoluna daha rahat çıxmaq mümkün olacaq.
Beləliklə, regionların inkişafının fonunda yol-nəqliyyat infrastrukturunun yenilənməsi də xüsusi diqqət mərkəzindədir. Bu işlər davamlı xarakter daşıyır.
Nardar BAYRAMLI

 
  • Oxunub:  11430  |  
  • Tarix:  02-03-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: 2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir

17 Fevral 11:41
Gəncənin "İmamzadə" dini kompleksində ehsan süfrəsi açılıb
17 Fevral 11:32
Ötən il Azərbaycanda 868,6 ton yaşıl çay yarpağı istehsal olunub
17 Fevral 11:30
Qlobal böhrana doğru: bir müqavilənin ləğvi və dünya üçün yeni risklər
17 Fevral 11:29
Elçin Əhmədov: Qaradağlı soyqırımı Xocalıya gedən yolun başlanğıcı idi
17 Fevral 11:25
Sevinc Fətəliyeva: Məişət zəminində baş vermiş adi kriminal hadisədən sui-istifadə etmək cəhdləri heç bir nəticə verməyəcək
17 Fevral 11:22
Azərbaycan və Almaniya arasında əməkdaşlığın gündəliyi müzakirə olunub
17 Fevral 11:19
Qaradağlı faciəsindən 27 il ötür
17 Fevral 11:18
Münxendə Azərbaycanın xarici işlər naziri ilə Xorvatiya Baş nazirinin müavininin görüşü olub
17 Fevral 11:12
Astanada keçirilən beynəlxalq təhsil sərgisində ADA Universiteti də iştirak edib
17 Fevral 11:08
Azərbaycanın Rusiyadakı səfirliyi: Feyk xəbərlərə və təxribat xarakterli bəyanatlara inanmamağı təkidlə xahiş edirik
17 Fevral 11:02
Azərbaycan ilə ABŞ arasında ikitərəfli dialoq və əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb
17 Fevral 10:56
Heydər Əliyev Sarayında “Zima-2019” beynəlxalq uşaq festivalı keçirilib
17 Fevral 10:49
Azərbaycan Balkan Atletika Assosiasiyasına üzv olub
17 Fevral 10:48
Elçin Əhmədov: Xırda məişət hadisəsini şişirdərək münaqişə kimi təqdim etmək təxribatdan başqa bir şey deyil
16 Fevral 18:22
Naxçıvanda sahibkarlarla görüş olub
16 Fevral 18:17
Депутат Госдумы прокомментировал произошедший в Москве инцидент между азербайджанцами и чеченцами
16 Fevral 18:15
Руководитель азербайджано-российской межпарламентской рабочей группы прокомментировал инцидент между азербайджанцами и чеченцами в Москве
16 Fevral 18:13
Джамбулат Умаров: Мы не допустим разжигания конфликта между азербайджанским и чеченским народами (Эксклюзив)
16 Fevral 15:38
Azərbaycan ilə Qırğızıstan arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb
16 Fevral 15:36
Əbülfəs Qarayev Koventri Universitetində tələbələr qarşısında çıxış edib
16 Fevral 15:33
Builki Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar 2445 marşal müraciət edib
16 Fevral 14:06
Millət vəkili: Moskvada azərbaycanlılarla çeçenlər arasındakı insident heç bir halda millətlərarası münaqişə kimi təqdim edilə bilməz
16 Fevral 13:31
Şahin İsmayılov: Ölkəmizdə gənclərin yüksək təhsil almaları üçün bütün imkanlar yaradılıb
16 Fevral 13:28
Hicran Hüseynova: Ailənin vətəndaş cəmiyyətinin inkişafında xüsusi rolu var
16 Fevral 13:21
Təqaüdlərin artırılması ölkə rəhbərinin öz vətəndaşlarına olan insani münasibətinin nəticəsidir
16 Fevral 13:16
Ziyad Səmədzadə: Verilən qərarlar əhalinin yaşayış səviyyəsinin və rifahının xeyli yaxşılaşmasına yönəlib
16 Fevral 12:55
Pərviz Şahbazov: Cənub Qaz Dəhlizi gələcəkdə daha çox Avropa ölkəsini əhatə edə bilər
16 Fevral 12:52
Gəncədə Region Gənclərinin I Sahibkarlıq Forumu keçirilib
16 Fevral 12:44
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial şəbəkələrdə yayılan əsassız fikirlərə münasibət bildirib
16 Fevral 12:27
İsmayıl İsmayılov: Mehriban Əliyevanın əzmkar rəhbərliyi sayəsində Azərbaycan gimnastikasına münasibət əsaslı şəkildə dəyişib
16 Fevral 12:25
VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Ulu Öndərin və şəhidlərin xatirəsini anıblar
16 Fevral 12:23
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışlarının açılış mərasimi olub
16 Fevral 12:21
Nurlana Məmmədzadə: Mehriban Əliyeva Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra Azərbaycanda bu idman növünün intibah dövrü başladı
16 Fevral 10:42
Ermənistan ordusu atəşkəs rejimini 25 dəfə pozub
16 Fevral 10:36
Bundestaqın üzvü Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqların hazırkı vəziyyəti barədə məlumatlandırılıb
16 Fevral 10:32
Azərbaycanın enerji daşıyıcılarının Ukraynaya nəqli imkanları müzakirə edilib
16 Fevral 10:25
Akademik Arif Paşayev - intellektual və mənəvi səma zirvəsində
16 Fevral 10:23
HEYDƏR ƏLİYEV İDEYALARINA SADİQ OLAN MÖHKƏM ƏQİDƏLİ, PRİNSİPİAL VƏ VƏTƏNPƏRVƏR ŞƏXSİYYƏT
16 Fevral 10:21
Dövlət Komitəsinin sədri Mərakeş Krallığının Azərbaycandakı səfiri ilə görüşüb
16 Fevral 10:20
General-leytenant Ziya Yusifzadənin 90 illik yubileyinə həsr olunmuş xatirə tədbiri keçirilib
16 Fevral 10:19
Prezident İlham Əliyev: 2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir
16 Fevral 10:14
Medianı öz çirkli əməllərinə alət edən cinayətkarlar məsuliyyətə cəlb olunmalıdırlar
16 Fevral 10:12
YAP Sumqayıt şəhər təşkilatında fəaliyyət göstərən Heydər Əliyev Məktəbində gənclərlə görüş keçirilib
16 Fevral 10:11
“Heydər Əliyev və ədəbiyyat məsələləri” mövzusu tədqiqat müstəvisində
16 Fevral 10:09
Qətərli və livanlı jurnalistlər Mətbuat Şurasında olublar
16 Fevral 10:09
Antimilli ünsürlərin əməlləri xalqımıza qarşı mənəvi terrora cəhddir
16 Fevral 10:07
Dövlət Aqrar Ticarət Şirkəti fermerləri Bakıda keçiriləcək Novruz bayramı yarmarkasına dəvət edir
16 Fevral 10:07
Azercell-in Barama Mərkəzi yeni inkubasiya proqramına başlayır
16 Fevral 10:06
“Nar” müştəri məmnuniyyəti üzrə yüksək artım nümayiş etdirib
16 Fevral 10:04
Azərbaycanın regionlarında meyvəçiliyin geniş inkişaf potensialı var
15 Fevral 20:36
“Toplan” sahibsiz itlərə qayğı mərkəzinin növbəti hissəsinin təməli qoyulub
15 Fevral 20:21
Buzovnadakı psixonevroloji sosial xidmət müəssisəsinin yenidənqurmadan sonra açılışı olub
15 Fevral 20:19
Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri müzakirə edilib
15 Fevral 19:08
Əli Həsənov: Məişət zəminində yaşanan hər hansı insident Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olmuş dostluq və qardaşlıq əlaqələrinə xələl gətirə bilməz
15 Fevral 17:52
Mediaya açıq Prezident: İlham Əliyev fikirlərini KİV-lə bölüşür
15 Fevral 17:47
Konstitusiya Məhkəməsi gənc hüquqşünasları könüllü fəaliyyətə dəvət edir
15 Fevral 17:46
Neftçalada özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış olub
15 Fevral 17:41
Pərvin Kərimzadə: Dövlət başçısının imzaladığı sərəncamlar gənclərin elm və təhsil sahəsinə marağının artmasını stimullaşdıracaq
15 Fevral 17:38
Azərbaycanda yeni "ASAN Xidmət" mərkəzləri açılacaq
15 Fevral 17:34
Prezident İlham Əliyev Sabirabad və Salyan rayonlarında qış otlaqlarında meliorativ tədbirlərin davam etdirilməsinə 30 milyon manat ayırıb
15 Fevral 17:34
Eldəniz Səlimov: Demokratiya, söz azadlığı o demək deyil ki, hər kəs istənilən zaman başqalarını təhqir edə bilər
15 Fevral 17:32
Prezident İlham Əliyev Tovuzda yol tikintisinə 3,3 milyon manat ayırıb
15 Fevral 17:31
“ASAN xidmət” və Diasporla İş üzrə Dövlət Komitəsi xaricdəki vətəndaşlarımız üçün səyyar xidmətlər göstərəcək
15 Fevral 17:28
Bərdədə məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib
15 Fevral 17:24
Neftçalada kütləvi tibbi müayinəyə 65 min nəfərdən çox sakin cəlb olunacaq
15 Fevral 17:05
Göyçaya rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların istehsalı diqqət mərkəzində saxlanılacaq
15 Fevral 17:02
Əli Məsimli: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq və qitəyə daha güclü inteqrasiya edəcək
15 Fevral 16:58
İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyinin xaricdə təhsil almış əməkdaşları ilə görüşüb
15 Fevral 16:57
İsmayıllıda əsas kapitala 6,7 faiz çox investisiya qoyulub
15 Fevral 16:44
Böyük Britaniya baş nazirinin ticarət elçisi Bakıda bir sıra mədəni tədbirlərdə iştirak etməyi planlaşdırır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA