Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / / Azərbaycanın bütün rayonlarında böyük infrastruktur layihələri həyata keçirilir

Azərbaycanın bütün rayonlarında böyük infrastruktur layihələri həyata keçirilir

28.05.2016 [08:45]

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər sırasında bölgələrin qazlaşdırılması ilə bağlı layihələr xüsusi əhəmiyyət kəsb edir
Hüquqi və sosial dövlət olan, ictimai-siyasi sabitliyin və iqtisadi inkişafın davamlı xarakter daşıdığı Azərbaycanın tərəqqisi real strateji və konseptual əsaslara söykənir. Ölkəmizdə mütəmadi surətdə həyata keçirilən institusional islahatlar mövcud inkişafı sürətləndirməklə yanaşı, yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsini şərtləndirir. Bundan başqa, son 12 ildə dünya miqyasında ən sürətli inkişaf tempinə malik olan Azərbaycanda həyata keçirilən davamlı islahatlar sayəsində bütün sahələrin paralel tərəqqisi təmin edilib. Milli inkişafın Azərbaycan modelinin formalaşdırılması və səmərəli iqtisadi siyasət sayəsində hədəflənən nəticələrin əldə olunması, sosial-iqtisadi islahatların mütəmadi qaydada həyata keçirilməsi, həmçinin digər bu kimi tədbirlər Azərbaycanın dinamik inkişafını, ictimai-siyasi sabitliyi təmin etməklə yanaşı, perspektiv tərəqqinin əsaslarını formalaşdırıb.
O da qeyd edilməlidir ki, ötən dövr ərzində qeyri-neft sektorunun inkişaf etdirilməsi, paytaxtda və regionlarda sosial və iqtisadi infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün tam şərait yaradır. Bu da, öz növbəsində, Azərbaycan Prezidentinin praqmatik və uzaqgörən siyasət yürütdüyünü təsdiq edir. 2004-cü ildə iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsi və müasir cəmiyyət quruculuğuna dair mühüm qərarların qəbul olunması, həmçinin son 12 il ərzində müxtəlif istiqamətlər üzrə zəruri tədbirlərin həyata keçirilməsi hazırkı dövrdə effektiv iqtisadi-maliyyə və sosial siyasətin yürüdülməsinə etibarlı zəmin yaradır.
Bunlarla yanaşı, ölkəmizdə yeni iqtisadi kursun fonunda sahibkarlığın inkişafına davamlı dəstək verilməsi, Azərbaycanın iş adamlarının, ilk növbədə, Azərbaycana sərmayə qoymalarının stimullaşdırılması və təmin olunması, daxili bazarda istehsal məhsullarının qiymətlərinin təbii yolla tənzimlənməsi üçün tədbirlər görülməsi, bank sektorunun tənzimlənməsi prosesinin başa çatdırılması, bu sektorun qeyri-neft sektoruna xüsusi diqqət göstərməsi, iqtisadi fəallığın artırılması, geniş özəlləşdirmə proqramının hazırlanması və həyata keçirilməsi, həm xarici, həm də yerli investorların bu işə cəlb edilməsi və bu kimi qarşıda duran digər vəzifələri xüsusi qeyd etmək lazımdır.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları bölgələrin dinamik inkişafını şərtləndirir
Başlıca məqam budur ki, yeni iqtisadi inkişaf kursu fonunda regionların sosial-iqtisadi inkişafının davamlılığının təmin edilməsi də xüsusi diqqət mərkəzindədir. Azərbaycanın sürətli sosial-iqtisadi inkişaf dinamikasında regionların payı ilbəil artır. Bu da, ilk növbədə, bölgələrin ənənələri, inkişaf perspektivləri, əmək resursları və digər cəhətlər nəzərə alınmaqla qəbul edilən məqsədli Dövlət proqramları nəticəsində mümkün olur. Vurğulamaq gərəkdir ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları bölgələrin tarazlı inkişafını şərtləndirir. Belə ki, Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib, çoxsaylı sənaye, kənd təsərrüfatı, xidmət, ticarət müəssisəsi fəaliyyətə başlayıb.
Bölgələrdə qazlaşdırma prosesi uğurla davam etdirilir
Bunlarla yanaşı, son 12 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər sırasında bölgələrin qazlaşdırılması ilə bağlı layihələrin əhəmiyyətini də xüsusilə vurğulamaq lazımdır. Dövlət başçısının ölkənin qazlaşdırılması ilə bağlı qarşıya qoyduğu hədəflərə uyğun olaraq SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, eləcə də “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində mühüm tədbirlər həyata keçirilir.
Beləliklə, bölgələrdə qazlaşdırma prosesi uğurla davam etdirilməkdədir. Hətta indiyə qədər təbii qazla təmin edilməmiş kəndlər belə “mavi yanacaq”la təmin olunurlar. Ümumiyyətlə, bu istiqamətdə görülən işlər davamlı xarakter daşıyır. Yeri gəlmişkən, İsmayıllı rayonu Sumağallı kəndinə “mavi yanacaq” verilib. Kəndin qazlaşdırılmasında 17200 metr müxtəlif diametrli metal və polietilen borulardan istifadə olunub, 301 fərdi tənzimləyici və sayğac quraşdırılıb. Kəndə “mavi yanacağ”ın verilməsi ilə əlaqədar açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Milli Məclisin deputatı Novruz Aslanov, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev və başqaları sakinləri təbrik edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi layihələrdən, dövlətimizin başçısının Azərbaycanın hər bir bölgəsində, o cümlədən ən ucqar yaşayış məntəqələrində belə insanların sosial problemlərinə göstərdiyi diqqət və qayğıdan danışıblar. Açılış mərasimində çıxış edənlər kəndə təbii qazın verilməsinə, onların məişət şəraitinin yüngülləşdirilməsinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qəbələ rayonunun daha bir ucqar yaşayış məntəqəsinə isə uzun illər fasilədən sonra təbii qaz verilib. Rayonun Həmzəli kəndinə təbii qazın verilməsi münasibətilə mayın 25-də keçirilən mərasimdə çıxış edənlər kənd sakinlərini uzun illərdən sonra təbii qazdan istifadəyə başlamaları münasibətilə təbrik ediblər. Ölkəmizdə reallaşan sosial layihələrdən bəhs edən natiqlər hər kənddə qazlaşdırmanın xüsusi diqqət mərkəzində saxlanıldığını, respublika üzrə qazlaşdırmanın uğurla başa çatdırılacağını bildiriblər. Tədbirdə qeyd edilib ki, kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 30 min poqonmetr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətti çəkilib. Kənddə 473 abonent “mavi yanacaq”la təmin olunub. Bütün evlərə qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb. Məlumat verilib ki, indiyədək Qəbələ rayonunda 32 kənd qazlaşdırılıb. Hazırda rayonun Nic qəsəbəsinin qazlaşdırılması üçün işlər görülür. Bu il Qəbələnin 4 kəndinə uzun illər fasilədən sonra təbii qaz verilib. Kənd ağsaqqalları, ziyalılar çıxışlarında əhaliyə təbii qazın verilməsinin kənddə əsl bayrama çevrildiyini bildiriblər.
Beyləqan rayonunun Türklər qəsəbəsinə də ilk dəfə təbii qaz verilib. Bu münasibətlə keçirilən mərasimdə rayon İcra Hakimiyyətinin, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, qəsəbə sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər sakinləri təbrik edib, əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıblar. Bildirilib ki, 333 abonenti olan qəsəbənin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 16 min 708 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 333 sayğac və fərdi tənzimləyici quraşdırılıb. Sakinlər və ictimaiyyət nümayəndələri onlara göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Bununla yanaşı, Göyçay rayonunun da daha bir ucqar yaşayış məntəqəsinə uzun illər fasilədən sonra təbii qaz verilib. Rayonun Qəbələ-Müskürlü kəndinə təbii qazın verilməsi münasibətilə mayın 26-da keçirilən mərasimdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər kənd sakinlərini uzun illərdən sonra təbii qazdan istifadəyə başlamaları münasibətilə təbrik ediblər. Qeyd olunub ki, kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2653 metr müxtəlif diametrli polietilen və 7293 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Kənddə 82 abonent “mavi yanacaq”la təmin olunub. Bütün evlərə qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb. Kənd ağsaqqalları, ziyalılar çıxışlarında əhaliyə təbii qazın verilməsinin kənddə əsl bayrama çevrildiyini bildiriblər. Həmçinin cəbhə bölgəsində yerləşən Tərtər rayonunun təbii qazla təmin edilən yaşayış məntəqələrinin sırasına Kəbirli kəndi də əlavə olunub. 179 abonenti olan kəndin birpilləli sistem əsasında yenidən qazlaşdırılması zamanı 12 min 927 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyici quraşdırılıb. Kəndə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə Tərtər rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər. Məlumat verilib ki, Tərtərin 51 yaşayış məntəqəsindən 38-i təbii qazla təmin olunub. Daha 4 kənddə qazlaşma işləri başa çatmaq üzrədir. İlin sonunadək rayonun qalan kəndlərinin də mavi yanacaqla təmin olunması nəzərdə tutulur. Çıxış edən sakinlər regionların inkişafına, əhalinin sosial problemlərinin həllinə göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Beləliklə, ölkəmizin ümumi iqtisadi, sosial inkişafını şərtləndirən əsas amillər arasında mütləq şəkildə regionların inkişafını nəzərdə tutan konkret proqram və layihələrin rolu əvəzsizdir. Bunun nəticəsidir ki, ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı sayəsində bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsinə nail olunub. Hazırda Azərbaycanın bütün rayonlarında böyük infrastruktur layihələri həyata keçirilir. Bölgələrin qazlaşdırılması ilə bağlı həyata keçirilən layihələr də bu baxımdan müstəsna əhəmiyyət kəsb edir və davamlı xarakter daşıyır.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 797 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30