Ana səhifə »  KİVDF »  Regionlarda yay turizm mövsümünə hazırlıqla bağlı müxtəlif tədbirlər keçirilir
A+   Yenilə  A-
Regionlarda yay turizm mövsümünə hazırlıqla bağlı müxtəlif tədbirlər keçirilir

Mütəxəssislər hesab edirlər ki, respublikamızın turist cəlbediciliyinin yüksəlməsi ölkəmizə gələn turistlərin sayının artacağını söyləməyə əsas verir
Məlum olduğu kimi, hazırda bir çox ölkələrin milli inkişaf strategiyalarında turizm sahəsinin xüsusi yeri və rolu var. Bu sahədən əldə olunan gəlirlər iqtisadi inkişaf proqramlarında mühüm mənbələrdən biri kimi nəzərdə tutulur. Dünyanın ayrı-ayrı ölkələrinin iqtisadiyyatında mühüm yer tutan turizmin Azərbaycanda da geniş inkişaf perspektivləri var. Prezident İlham Əliyev Azərbaycanda turizmin inkişafını qeyri-neft sektorunun əsas istiqamətlərindən biri elan edib və bu istiqamətdə atılan addımlar artıq öz bəhrəsini verir. Son illər ölkəmizin uğurlu sosial-iqtisadi inkişafı, möhkəm daxili sabitlik respublikamıza turist axınını şərtləndirən əsas amillərdəndir. Azərbaycanın coğrafi baxımdan əlverişli məkanda yerləşməsi, flora və fauna növlərinin müxtəlifliyi, Xəzər dənizi, infrastruktur təminatının yaxşılaşdırılması ölkəmizin turizm imkanlarını daha da artırır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsi bu sahənin daha da inkişaf etdirilməsinə güclü təkan verib. Respublikamızda turizm potensialı paytaxt Bakı ilə yanaşı, şimal, şimal-qərb, cənub və qərb bölgələrində inkişaf etdirilir.
Azərbaycan dünya miqyasında turizmin sürətlə inkişaf etdiyi ölkələrdən biridir
Ölkəmizdə turizmin inkişafı ilə bağlı həyata keçirilən təşkilati tədbirlər, bu sahədə qanunvericilik bazasının müasir dünya standartları nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycanı nəinki regionda, hətta dünya miqyasında turizmin sürətlə inkişaf etdiyi ölkələrdən biri səviyyəsinə yüksəldib. Ölkəmizdə həyata keçirilən uğurlu turizm siyasətinin nəticəsidir ki, Azərbaycan BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) 2013-cü il 24-29 avqust tarixində keçirilən XX Baş Assambleyasında qurumun İcraiyyə Şurasına üzv qəbul olunub. Bu uğur Azərbaycanın özünü turizm ölkəsi kimi təsdiqləməsinin, qlobal miqyasda respublikamızın turizm reytinqinin artmasının ifadəsidir. Hazırda Azərbaycan turizm sahəsində geniş beynəlxalq əlaqələr qurub. Belə ki, respublikamızla turizm sahəsində inkişaf etmiş 21 ölkə arasında “Turizm sahəsində əməkdaşlıq haqqında” hökumətlərarası saziş imzalanıb, 29 ölkə ilə isə saziş layihəsi hazırlanıb. Respublikamızın turizm təşkilatları Dünya Turizm Təşkilatının tədbirlərində yaxından iştirak edir. Artıq ölkəmizin çoxlu sayda turizm müəssisəsi DTT-nin assosiativ üzvləri sırasına daxil olub. Bu isə, öz növbəsində, DTT-yə üzv ölkələrdə respublikamızın tanınmasına və turizm potensialının təbliğinə geniş imkanlar açır. 2009-cu ildə Azərbaycan Turizm Assosiasiyasının yaradılması ölkəmizdə turizmin inkişafına yeni təkan verib. Qurum turizm şirkətlərini birləşdirir, onların fəaliyyətini əlaqələndirir. Assosiasiya Dünya Turizm Təşkilatının üzvüdür. Bu quruma 100-dən çox turizm şirkəti və 80-dən çox mehmanxana kompleksi daxildir. Yüksək dövlət qayğısı sayəsində respublikamızda turizmin qeyri-neft sektorunun mühüm istiqamətlərindən biri kimi sürətlə inkişaf etməsini 2002-ci ildən bəri respublikamızda təşkil olunan Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisinə marağın ildən-ilə artması da təsdiqləyir. Əgər 2002-ci ildə sərgiyə cəmi 14 ölkə qatılmışdısa, 2015-ci ildə onların sayı 42-yə çatıb. Ötən il bu ölkələrdən gələn 371 şirkət sərgidə ümumilikdə 80-dək turizm istiqamətini təqdim edib. Qeyd edək ki, Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi Dünya Turizm Təşkilatı, Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası tərəfindən dəstəklənir ki, bu da sərginin beynəlxalq əhəmiyyətindən xəbər verir.
Mütəxəssislər hesab edirlər ki, respublikamızın turist cəlbediciliyinin yüksəlməsi ölkəmizə gələn turistlərin sayının artacağını söyləməyə əsas verir. Belə ki, son bir neçə ildə dünyada və Avropa ölkələrində turistlərin gəlməsində cəmi 5 faiz artım müşahidə edilmişdirsə, Azərbaycana turist axınının artım dinamikası 10 faiz səviyyəsində olub.
Yüksək səviyyəli infrastruktur təminatı bu sahənin inkişafına mühüm təkan verir
Azərbaycanın zəngin turizm potensialı paytaxt Bakı ilə yanaşı, ölkənin bütün bölgələrində cəmləşib. Buna görə də turizm sahəsində dövlət siyasətində hər bölgənin turizm sahəsində potensialı və ənənələri əsas götürülməklə müvafiq infrastruktur qurulmasına diqqət yetirilir. Başqa sözlə desək, ölkəmizin turizm siyasəti kompleks xarakter daşıyır. Təsadüfi deyil ki, hazırda respublikanın ayrı-ayrı regionlarında yüksək şəraitə malik turizm obyektləri böyük uğurla fəaliyyət göstərir. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində respublikamızın regionlarında Şahdağ, Naftalan, Duzdağ kimi dünya səviyyəli turizm obyektlərinin olduğuna diqqət çəkib. Son illərdə ölkəmizdə turizmin inkişafında diqqətəlayiq uğurların qazanılmasından məmnunluğunu ifadə edən dövlət başçısı ölkəyə çoxlu sayda turistin gəlməsinə nail olmaq üçün daha fəal işləmək lazım gəldiyini vurğulayıb. Ölkənin regionlarında müxtəlif turist marşrutları üzrə geniş infrastruktur qurulmasından söhbət açarkən dünya miqyasında məşhur brend hotellərin tikintisini ayrıca vurğulamaq gərəkdir. Ölkəmizdə mehmanxana və mehmanxana tipli obyektlərin sayı 2003-cü illə müqayisədə 5,4 dəfə artaraq 500-ü ötüb ki, onların da böyük əksəriyyəti regionlarda yerləşir.
Regionlarda müxtəlif mədəni tədbirlər, idman yarışları, əyləncəli oyunlar və maraqlı diskussiyalar təşkil edilir
Artıq regionlarda yay turizm mövsümünə hazırlıq işlərinə start verilib. Bu məqsədlə bir sıra rayon və şəhərlərdə iməciliklər təşkil edilib, turizm imkanları geniş olan bölgələrdə yol-nəqliyyat və digər sosial infrastrukturun yenilənməsi işləri görülüb. Eyni zamanda, turizmin təşviqi məqsədilə müxtəlif mədəni tədbirlər, idman yarışları və digər əyləncəli oyunlar və maraqlı diskussiyaların təşkili də yay mövsümünə hazırlıq proqramının tərkib hissəsini təşkil edir. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, yay turizm mövsümünə hazırlıqla bağlı nazirliyin tədbirlər planına uyğun olaraq, respublikanın 8 şəhər və rayonunda, həmçinin Bakı şəhərində yeni pilot-layihənin icrasına başlanılıb. Tədbirlər planına əsasən, iyun-avqust aylarında Şəki şəhəri, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarında əvvəlcədən razılaşdırılmış məkanlarda yerli sakinlər və turistlər üçün hər gün xüsusi mədəni proqramların təşkil edilməsi nəzərdə tutulur. Layihə çərçivəsində iyunun 4-də Qax şəhərindəki Rəsm Qalereyasının qarşısında həvəskar rəssamların və tətbiqi sənət ustalarının əl işlərindən ibarət ilk satış-sərgi təşkil edilib. Sərgiyə yerli sənətkarların iki yüzə yaxın rəsm əsəri və əl işləri çıxarılıb. Sərginin açılışında iştirak edən Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov bildirib ki, belə tədbirlərin açıq havada keçirilməsində əsas məqsəd daha çox insan, turist cəlb etməkdir. Çünki qapalı məkanlara turistlər o qədər də maraq göstərmirlər. Bildirilib ki, mədəni proqramlar yalnız sərgilərlə məhdudlaşmayacaq. Qonaqlar, turistlər rayonun, bölgənin milli musiqisi, folkloru, mətbəxi ilə də yaxından tanış ola biləcəklər. Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Sənətə yenicə qədəm qoyan balaca rəssamlar da sərgidə öz bacarıqlarını nümayiş etdiriblər.
Bundan başqa, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Xaçmazın Nabran istirahət zonasında “Atam, anam və mən turist ailəsiyik” idman-turizm yarışı keçirilib. Yarışda müxtəlif idman cəmiyyətlərini, eləcə də respublikanın müxtəlif rayonlarını təmsil edən, ümumilikdə, 30-dan çox ailə komandası mübarizə aparır. İştirakçılar qalib adını qazanmaq üçün çadırın quraşdırılması, meşə zolağındakı maneələrin dəf edilməsi və çay üzərindən ip vasitəsilə keçmə mərhələlərində mübarizə aparırlar. Qaydalara görə, yarışda qalib gəlmək üçün təkcə valideynlərin deyil, həm də ailənin ən kiçik üzvlərinin də çevikliyi vacibdir.
Lənkəranda isə Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları təmizlik aksiyası keçiriblər. Aksiya Xəzər dənizi sahilində tullantılarla çirkləndirilmiş ərazilərdə həyata keçirilib. Aksiya zamanı sahilboyu ərazilər tullantılardan təmizlənib. Qeyd edək ki, bu, 1 saylı ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən artıq ikinci belə bir aksiyadır. İlk aksiya “Yer Günü” ilə bağlı təşkil olunub və təmizlik aksiyasına ümumtəhsil məktəblərinin şagirdləri cəlb ediliblər.
Şöbənin baş məsləhətçisi Afiq Məlikov bildirib ki, qarşıdan turizm və yay mövsümü gəlir. Dənizin sahilboyu əraziləri həm yerli, həm də əcnəbi turistlər tərəfindən ən çox ziyarət ediləcək yerlərdən biri olacaq. Məhz buna görə də qərara aldıq ki, iməciliyi bu ərazidə təşkil edək.
Ölkəmizin səfalı guşələrindən biri olan Xəzər dənizi və Talış dağları ilə əhatələnən Masallıda isə rayonun turizm obyektləri və istirahət mərkəzləri yeni mövsümdə turistləri qəbul etməyə artıq tam hazırdır. Masallı xüsusilə müalicəvi turizmi ilə turistlərin sevimli məkanına çevrilib. Rayon həm termal, həm də soyuq mineral bulaqlarla, bəzi yerlərdə isə tərkibində kükürd və digər elementlərin olduğu bulaqlarla zəngindir.
Ötən il ölkəmizdə ilk Avropa Oyunlarının keçirilməsinin turizm sektoruna müsbət təsir etdiyini bildirən yerli sahibkarlar qeyd ediblər ki, Bakıda keçiriləcək “Formula-1” yarışları da bölgəyə turist axınına müsbət təsir göstərəcək.
Qeyd edək ki, Masallının turizm obyektlərində birotaqlı kotteclər müştərilərə 25-30 manata, üçotaqlı kotteclər isə 40-45 manata təklif edilir. Bu xidmətə səhər yeməyi də daxildir. Kəndlərdə fərdi evlər isə daha ucuz qiymətə təklif olunur. İstirahət günlərində turistlər üçün rayonun görməli yerlərinə gəzintilər də təşkil edilir.
Aqşin ŞAHİNOĞLU

 
  • Oxunub:  11220  |  
  • Tarix:  08-06-2016  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Hamı bilməlidir ki, şəhər nəqliyyatı həm insanların rahatlığıdır, həm bizim sağlamlığımızdır, həm də havanın təmiz olmasıdır

20 Fevral 10:05
Tokioda “Imegine One World-Kimono Project” layihəsi çərçivəsində Azərbaycan kimonosunun təqdimatı keçirilib
20 Fevral 09:57
BMT-də keçirilən tədbirdə Dağlıq Qarabağ münaqişəsi barədə danışılıb
20 Fevral 09:52
Münxendə Azərbaycanın alternativ enerji sektorunun inkişafı istiqamətində atdığı addımlar yüksək dəyərləndirilib
20 Fevral 09:50
Ermənistan silahlı qüvvələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 23 dəfə pozub
20 Fevral 09:48
Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir
20 Fevral 09:39
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
20 Fevral 09:34
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə işbirliyi davam etdirilir
20 Fevral 09:33
Tarixçi alim Həsən Həsənov Atropatena/Adorbaygan/ Azərbaycan adlı dövlətin yaranması haqqında
20 Fevral 09:30
İstanbulda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
20 Fevral 09:24
Əsas vəzifəmiz yüksək peşəkar musiqiçi kadrlar yetişdirməkdir
20 Fevral 09:12
Ermənistan ordusundakı acınacaqlı vəziyyət sadə erməniləri qəzəbləndirib
20 Fevral 09:09
Xocalı soyqırımı qurbanlarının xatirəsi mədəniyyət ocaqlarında da anılacaq
20 Fevral 08:59
Prezident İlham Əliyev: Hamı bilməlidir ki, şəhər nəqliyyatı həm insanların rahatlığıdır, həm bizim sağlamlığımızdır, həm də havanın təmiz olmasıdır
19 Fevral 20:22
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
19 Fevral 20:20
SOCAR-la Sumqayıt Texnologiyalar Parkı birgə müəssisə yaradıb
19 Fevral 20:16
Prezident İlham Əliyevin Münxen qələbəsi: erməni baş nazirin növbəti iflası
19 Fevral 20:12
Naxçıvanda inşa olunan yeni uçuş-enmə zolağı sınaqdan keçirilib
19 Fevral 20:10
AMEA-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevlə görüş keçirilib
19 Fevral 19:46
Bölgələrdə tikilən Olimpiya kompleksləri idmanın kütləviliyinin təmin edilməsində mühüm rol oynayır
19 Fevral 17:49
Prezident İlham Əliyev Romada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib
19 Fevral 17:48
AzTU Türkiyə universitetləri ilə əlaqələri genişləndirir
19 Fevral 17:36
Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya dövlət səfərinə gəlib
19 Fevral 17:28
Mədəniyyət naziri Əbülfəs Qarayevin Böyük Britaniyada görüşləri davam edir
19 Fevral 17:25
Ötən ay ölkədən 60 min tonadək neft məhsulları ixrac olunub
19 Fevral 17:08
Qaradağ rayonunda ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib
19 Fevral 16:45
Amerikalı ekspert Piter Teys: Ermənistan hökumətinin üzvlərinə qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq edilməlidir
19 Fevral 16:36
Azərbaycan-Latviya əməkdaşlıq əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub
19 Fevral 16:33
Vüsal Qasımlı: Son bir ildə Azərbaycanda elektron ticarət rekord həddə çatıb
19 Fevral 16:26
AZTU ilə Rusiya şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub
19 Fevral 16:21
Bakıda beynəlxalq humanitar hüquq sahəsində seminar işə başlayıb
19 Fevral 16:08
“Onlar heç vaxt böyüməyəcəklər” kitabının Türkiyədə təqdimatı olub
19 Fevral 16:00
Vüqar Rəhimzadə: Ümumavropa Qarabağ mitinqi Azərbaycan həqiqətlərinin təbliğinə böyük dəstək olacaq
19 Fevral 15:54
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində amerikalı ekspertlərlə görüş keçirilib
19 Fevral 15:29
Azərbaycanın turizm potensialı Belarusda təbliğ olunub
19 Fevral 15:24
İsmayıllıda ötən il ümumi məhsul istehsalının həcmi 14 milyon 757 min manat artıb
19 Fevral 15:15
Keçən il ölkədəki bərpaolunan enerji mənbələrinin 7,3 faizindən istifadə edilib
19 Fevral 14:53
Elçin Quliyev: Sərhədçilər Prezident İlham Əliyevin tapşırıqlarını yüksək səviyyədə icra edirlər
19 Fevral 14:47
Qədim Buxara şəhəri bu il İslam mədəniyyətinin paytaxtı seçiləcək
19 Fevral 14:29
Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir
19 Fevral 14:22
Muğamsevərlər Heydər Əliyev Sarayında yenidən bir araya gəliblər
19 Fevral 14:10
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək
19 Fevral 14:03
V İngilis dili olimpiadası keçiriləcək
19 Fevral 14:00
Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Münxendə keçirilən müzakirələr Misir mətbuatında da geniş işıqlandırılıb
19 Fevral 12:45
Elxan Məmmədov: Avro 2020 Bakıya Avropa Liqasının finalından üç dəfə çox turist cəlb edəcək
19 Fevral 12:41
Xalq şairi Nəriman Həsənzadəyə həsr olunmuş kitab sərgisi açılıb
19 Fevral 12:40
ABŞ radiosunda Azərbaycanda mövcud olan dinlərarası harmoniyadan danışılıb
19 Fevral 12:30
İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələrində ödənişlərin nağdsız aparılması üçün bank kartı buraxılıb
19 Fevral 12:21
Prezident Administrasiyasına daxil olan müraciətlər hərtərəfli öyrənilir
19 Fevral 12:17
Ötən il Beyləqanda ümumi məhsul buraxılışının həcmi 528,11 milyon manat olub
19 Fevral 12:14
Prezident İlham Əliyevin yeni islahatları bütün sahələrdə inkişafın sürətləndirilməsinə şərait yaradıb
19 Fevral 11:48
Macarıstanda Azərbaycan Kinosu Günləri keçirilir
19 Fevral 11:38
Nazir müavini: 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması planlaşdırılır
19 Fevral 11:32
Zaur Əliyev: “İcbari tibbi sığortanın tətbiq olunduğu bəzi regionlarda həkim çatışmazlığı müşahidə olunur” – MÜSAHİBƏ
19 Fevral 11:27
Azərbaycan Avropanın aparıcı dəmir yolu şirkətləri ilə əlaqələri genişləndirir
19 Fevral 11:23
“Qış Məktəbi”nin iştirakçıları Şəkinin tarixi məkanlarında
19 Fevral 11:16
Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır
19 Fevral 11:14
Elmar Məmmədyarov Brüsseldə Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varheyli ilə görüşüb
19 Fevral 11:06
Vətəndaşlarımızın ictimai təəssübkeşlik nümunəsi olan bütün təkliflərinə diqqətlə yanaşılır
19 Fevral 10:39
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin bölgüsü təsdiq edilib
19 Fevral 10:34
Azərbaycan və İspaniya arasında ticari-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensial mövcuddur
19 Fevral 10:26
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini 21 dəfə pozub
19 Fevral 10:24
UEFA Çempionlar Liqası: səkkizdədir final mərhələsinin növbəti oyunları keçiriləcək
19 Fevral 10:22
Prezident İlham Əliyev Paşinyanın bütün yalanlarını faktlarla və məntiqlə ifşa etdi
19 Fevral 10:17
Bahar Muradova: Dalana dirənmiş danışıqları nəticəyə yönəlmiş prosesə çevirmək üçün bu debatı yeni bir başlanğıc hesab etmək olar
19 Fevral 10:13
Azərbaycanlı tədqiqatçı - alim Misirdə beynəlxalq konfransda çıxış edib
19 Fevral 10:06
Heydər Əliyev irsinin tədqiqi işinə daha bir dəyərli töhfə
19 Fevral 10:03
Türkiyə mediası: Prezident İlham Əliyev Paşinyanı çətin vəziyyətə saldı
19 Fevral 10:00
Ermənistan mətbuatı: Paşinyanın Münxen biabırçılığı...
19 Fevral 09:57
“The USA Tribune”: Müzakirələr Paşinyan üçün uğursuz başa çatdı
19 Fevral 09:55
“Vestikavkaza.ru”: Prezident İlham Əliyev Münxendə Paşinyanı darmadağın etdi

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+8 +10
gecə+4 +6