Ana səhifə »  KİVDF »  Azərbaycanın regionlarında taxıl biçini intensiv davam etdirilir
A+   Yenilə  A-
Azərbaycanın regionlarında taxıl biçini intensiv davam etdirilir

Cari ilin taxıl yığımı mövsümündə respublika üzrə 927,4 min hektar sahədə biçin aparılması və sahələrə 2400-dən çox kombayn çıxarılması nəzərdə tutulub
Hazırda qlobal miqyasda müşahidə edilən arzuolunmaz tendensiyaların fonunda yaranan yeni çağırışlardan biri də ölkələrin ərzaq təminatı ilə bağlıdır. Beynəlxalq səviyyəli ayrı-ayrı qurumların proqnozlarına əsasən, 2050-ci ildə dünyada ərzağa olan tələbat 2006-cı ildəki ilə müqayisədə 70 faiz artacaqdır. Təkcə bu fakt bir daha təsdiqləyir ki, müasir dövrdə aqrar sektorun inkişaf etdirilməsi, ələlxüsus da ərzaq təhlükəsizliyinə nail olunması hər bir ölkə və xalq üçün ümummilli, strateji əhəmiyyət kəsb edir. Bu mənada Prezident İlham Əliyevin ölkənin ərzaq təhlükəsizliyini daim diqqət mərkəzində saxlaması və bu məqsədlə davamlı olaraq zəruri tədbirlər həyata keçirilməsi nikbinlik doğurur. Prezident İlham Əliyevin 25 avqust 2008-ci il tarixli müvafiq Sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” qəbul edilib. Dövlət başçısı 2014-cü il yanvarın 16-da “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sənəddə respublikanın ərzaq təhlükəsizliyi ilə bağlı qəbul edilən Dövlət Proqramının icrası sahəsində əlavə tədbirlərin görülməsi, kənd təsərrüfatı məhsullarının ixracının artırılması, aqrar sahədə istehsalçıların və istehlakçıların maraqlarının qorunması, ərzaq bazarının səmərəli fəaliyyətinin təşkil edilməsi ilə bağlı qarşıya mühüm vəzifələr qoyulub. Sərəncama uyğun olaraq qısa müddətdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Azərbaycan Respublikasında aqrar-sənaye kompleksinin inkişafı strategiyası”nın layihəsi hazırlanıb. Burada ölkədə gələcək aqrar siyasətin əsas prinsipləri, kənd təsərrüfatının inkişafı ilə bağlı strateji hədəflər və prioritet istiqamətlər öz əksini tapıb.
Son illərdə Prezident İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradəyə uyğun olaraq respublikanın ərzaq təhlükəsizliyinin daxili istehsal hesabına təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin miqyası kifayət qədər genişdir. Respublikanın 19 rayonunda 40 quşçuluq təsərrüfatına, 13 rayonda 20 heyvandarlıq və 8 rayonda südçülük komplekslərinə, 6 rayonda 7 ət kəsimi və emalı müəssisəsinə 240 milyon manat güzəştli kreditin verilməsi istehsalın artması, ət və ət məhsullarının idxalının əhəmiyyətli dərəcədə azalması ilə nəticələnib. Bundan başqa, 20 rayonda 33 intensiv bağçılıq və üzümçülük təsərrüfatına, 9 rayonda 37 istixana kompleksinə və 11 rayonda 16 meyvə-tərəvəz emalı müəssisəsinə 171 milyon manat güzəştli kreditlərin verilməsi bu məhsullara daxili tələbatın ödənilməsini təmin edib və yeni ixrac imkanları yaradıb. Ötən illər ərzində kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı infrastrukturunun yaradılması, o cümlədən 26 rayonda tutumu 290 min ton olan 48 logistik mərkəzin və 14 rayonda tutumu 340 min ton olan 22 taxıl anbarı kompleksinin yaradılması əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında mühüm rol oynayır, istehlak bazarında qiymətlərin sabitliyini təmin edir.
Həyata keçirilən bu və digər tədbirlər nəticəsində ölkəmizin aqrar sektorunda ərzaq məhsulları istehsalı imkanları əhəmiyyətli dərəcədə artıb. Dünya Bankının hesabatına əsasən, son 10 ildə dünyada ərzaq məhsullarının istehsalında artım 18 faiz olduğu halda, ölkəmizdə bu göstərici 39 faiz təşkil edib. Belə yüksək dinamikanın nəticəsidir ki, son illərdə ölkəmizin bir sıra ərzaq məhsulları ilə təminatı sırf daxili istehsal hesabına həyata keçirilir. Respublikamızda əhalinin ət və ət məhsullarına, üzümə, kartofa, tərəvəzə olan tələbatının yerli istehsal hesabına təmin olunmasının səviyyəsinin 100 faizə çatması məmnunluq doğurur.
Ölkəmizdə ərzaq təminatı ilə bağlı qarşıya qoyulan hədəf isə belədir: növbəti 5 il ərzində Azərbaycan bütün istiqamətlər üzrə daxili tələbatı tam şəkildə yerli istehsal hesabına təmin etməlidir.
Ölkənin regionlarında taxıl tədarükünün artırılması məqsədilə zəruri tədbirlər həyata keçirilir
Ölkənin etibarlı ərzaq təminatına nail olunmasında taxılçılıq strateji əhəmiyyət daşıyır. Belə ki, taxılçılıq əhalinin əsas ərzaq məhsulu sayılan çörəyə və digər un məmulatlarına tələbatını ödəməklə yanaşı, eyni zamanda, quşçuluq və maldarlıq üçün də yem bazası rolunu oynayır.
Son illərdə taxılçılığın respublikanın etibarlı ərzaq təminatı baxımından strateji əhəmiyyəti nəzərə alınaraq regionlarda bu sahənin inkişafı və təsərrüfatlarda məhsuldarlığın artırılması məqsədilə zəruri tədbirlər həyata keçirilir. Qeyd edək ki, son illərədək respublika üzrə taxıl istehsalında məhsuldarlıq hər hektarda cəmi 23-24 sentner təşkil edirdi. Bu, əlbəttə ki, aşağı göstəricidir. Bunun əsas səbəbi isə taxıl istehsalının xırda təsərrüfatlarda cəmləşməsi ilə bağlı idi. Təcrübə göstərir ki, iri fermer təsərrüfatlarında daha yüksək məhsuldarlığa nail olmaq mümkündür. Buna görə də respublikamızda taxılçılıq üzrə iri fermer təsərrüfatlarının yaradılmasına start verilib. İlkin nəticələrə əsasən, iri fermer təsərrüfatlarında məhsuldarlıq hər hektar üzrə 55 sentner səviyyəsində olub ki, bu da kifayət qədər yüksək göstəricidir. Respublikamızda bu proses davam etdiriləcək. İlkin mərhələdə taxılçılıq üzrə iri fermer təsərrüfatlarının yaradılması 4 min 800 hektar torpaq sahəsini əhatə edib. Nəzərdə tutulan layihələr hesabına isə 30 min hektar ərazidə taxılçılıq üzrə iri fermer təsərrüfatları fəaliyyət göstərəcək.
Taxılçılıq təsərrüfatlarında məhsuldarlığın artırılmasında həmçinin intensiv metodların tətbiqi, yeni suvarma üsullarından geniş istifadə olunması, aqrotexniki qaydalara əməl edilməsi və bu qəbildən olan digər tədbirlər də mühüm rol oynayır. Regionlarda taxılçılıq təsərrüfatlarında həyata keçirilən zəruri tədbirlərin nəticəsidir ki, son illərdə taxıl istehsalında davamlı olaraq artım müşahidə edilir. Ölkə miqyasında 2014-cü ildə 2 milyon 300 min ton, 2015-ci ildə isə 2 milyon 900 min ton taxıl istehsal olunub. Ekspertlərin qənaətinə görə, bu, kifayət qədər yaxşı inkişaf göstəricisidir. Müqayisə üçün bildirək ki, 2015-ci ildə ayrı-ayrı iri fermer təsərrüfatlarında taxıl tədarükü hər hektardan 55 sentnerə çatıb, orta məhsuldarlıq isə 30 sentner səviyyəsində olub.
Prezident İlham Əliyev ölkəmizdə taxıla olan tələbatın daxili istehsal hesabına ödənilməsini hazırkı 64 faizdən yaxın perspektivdə 100 faizə çatdırılması ilə bağlı vəzifə qoyub. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində bununla bağlı fikirlərini açıqlayan Prezident İlham Əliyev deyib: “Dövriyyəyə yeni torpaq sahələri verilməlidir. Dövlət infrastruktur layihələrini icra etməlidir. Biz özümüzü 100 faiz taxılla təmin etməliyik, 100 faiz. Qarşıya belə vəzifə qoyulur”.
Məhsuldarlığı artırmaq üçün yeni taxıl sortlarının yaradılması və toxumçuluğun inkişafı diqqət mərkəzində saxlanılır
Taxılçılıqda məhsuldarlığı artırmaq üçün zəruri amillərdən biri də yeni taxıl sortlarının yaradılması, onların rayonlaşdırılması, eləcə də toxumçuluğun inkişafı ilə bağlıdır. Məlum olduğu kimi, Prezident İlham Əliyev 2015-ci il 2 mart tarixində “Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamda ölkədə ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədi ilə yüksək məhsuldarlığa malik və quraqlığadavamlı yeni növ toxumlara tələbat yarandığı vurğulanır. Sərəncamla ölkədə məhsul istehsalçılarının yüksək məhsuldar toxumlara tələbatının dolğun şəkildə ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondunun yaradılması qərara alınıb. Dövlət başçısının imzaladığı bu sənədə əsasən, Nazirlər Kabinetinə Dövlət Toxum Fondunun fəaliyyətinin təmin edilməsi, habelə yüksək məhsuldar toxumların istehsalının və tədarükünün həyata keçirilməsini stimullaşdırmaq üçün müvafiq tədbirlər həyata keçirmək tapşırılıb.
Toxumçuluğun inkişafı və daha məhsuldar sortların yetişdirilməsi ilə bağlı qarşıya qoyulan vəzifələrə uyğun olaraq bu günlərdə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, nazirliyin yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti və Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən Qobustan rayonunda “Dəmyə bölgələr üçün yeni taxıl sortlarının yaradılması və toxumçuluğun təşkili” mövzusunda elmi-praktik seminar keçirilib. Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında keçirilən elmi-praktik seminarda Qobustan, Şamaxı, Ağsu, Quba, Xaçmaz, Şabran, Xızı və Qəbələ rayonlarının kənd təsərrüfatı idarələrinin rəisləri, mütəxəssislər və fermerlər iştirak ediblər.
Seminarda Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayev çıxış edərək, aqrar sahədə aparılan elmi-tədqiqatlar, onların nəticələrinin tətbiqi və elmlə istehsal arasında səmərəli, çevik əlaqələrin yaradılmasının əhəmiyyəti barədə ətraflı məlumat verib.
Seminarda Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai “Yeni taxıl sortlarının dəmyə şəraitində potensial məhsuldarlığı və ona təsir edən amillər”, Qobustan Bölgə Təcrübə Stansiyasının direktoru Atabəy Cahangirov “Qobustan BTS-də aparılan tədqiqatlar” barədə çıxış ediblər. Bildirilib ki, dünyada taxılın orta məhsuldarlığı 30 sentner təşkil edir. Artıq Azərbaycanda da orta məhsuldarlıq bu səviyyəyə çatdırılıb. Buna baxmayaraq, strateji məhsul olan taxılçılığın inkişafına göstərilən dövlət dəstəyi, bu sahəyə ayrılan subsidiyalar daha yaxşı nəticələr əldə etməyə imkan yaradır. Bu gün tez yetişən sortlar böyük səmərə verir. “Qobustan”, yeni rayonlaşdırılan “Qızıl buğda” sortları bu baxımdan çox sərfəlidir. Quraqlığa davamlı olan həmin buğda sortları vegetasiya dövrünü tez qurtarır. Əlbəttə, məhsuldarlıq üçün qara herik də çox vacibdir.
Qeyd olunub ki, yeni sortların yaradılması, toxum istehsalı sahəsində Qobustan Bölgə Təcrübə Stansiyasında böyük işlər görülür. Burada dənli bitkilərdən arpa və buğdanın, dənli-paxlalı bitkilərdən isə ərzaq noxudunun seleksiyası aparılır. Bu sahədə tədqiqatlar üç istiqamətdə - Əkinçilik Elmi-Tədqiqat İnstitutundan daxil olan F2 hibrid materialları, beynəlxalq seleksiya mərkəzlərindən daxil olan, habelə yerli şəraitdə aparılan hibridləşmədən alınan materiallar əsasında həyata keçirilir. Son illər bu materiallar əsasında buğdanın “Ruzi 84”, “Qızıl buğda”, “Ləyaqətli 80”, arpanın “Dəyanətli”, “Qüdrətli 48”, ərzaq noxudunun “Sultan” sortları yaradılıb.
Bunlar əvvəlki sortlardan fərqli olaraq tez yetişir, xəstəliyə və quraqlığa davamlıdır. Məhsuldarlıqları isə orta hesabla 7-10 sentner çoxdur. Mərkəzdə, həm də müasir texnologiya ilə həmin sortların elit toxumları istehsal olunur. Hər il kənd təsərrüfatı bölgüsü əsasında toxumçuluq fermer təsərrüfatlarına orta hesabla 300-350 ton toxum satılır.
Çıxışlar zamanı bildirilib ki, seleksiyaçı alimlər tərəfindən Azərbaycanda istehsal olunan taxılın, habelə meyvə və tərəvəzin keyfiyyətinə görə xarici ölkələrdəki məhsullardan üstün olduğu sübut edilib.
Yeni təsərrüfatlar toxumçuluğun inkişafına öz töhfələrini verirlər
Son illərdə respublikamızda məhsuldar, yerli iqlim şəraitinə və xəstəliklərə davamlı, yüksək reproduksiyalı taxıl toxumlarının istehsalı məqsədilə yeni toxumçuluq təsərrüfatları yaradılır, onlar müasir kənd təsərrüfatı texnikaları ilə təmin olunurlar. Belə müəssisələrdən biri də 2015-ci ildə yaradılmış “Kraun KO-1” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
MMC-nin direktoru Elvüsal Mahmudov AZƏRTAC-a müsahibəsində bildirib ki, Füzuli rayonu ərazisində aqrotexniki qaydalara əməl olunmaqla, 10 min hektarda taxıl yetişdirilib. Səpin zamanı, əsasən, yerli şəraitə uyğunlaşdırılmış “Azəri”, “Qobustan, “Bərəkətli-95”, “Krasnodar-99”, “Batko”, “Nota” sortlarına üstünlük verilib. Təsərrüfata taxılçılıq sahəsində təcrübəsi olan mütəxəssislər cəlb edilib. Becərilmə zamanı buğdanın məhsuldarlığına və keyfiyyətinə təsir edən xəstəliyə, zərərvericilərə və alaq otlarına qarşı vaxtlı-vaxtında mübarizə tədbirləri aparılıb. Biçinə qədər zəmilərdə vaxtaşırı tarla günləri keçirilib.
E.Mahmudov qeyd edib ki, iyunun 1-dən zəmilərdə taxıl biçininə başlanılıb. Biçin zamanı təhlükəsizlik tədbirləri ilə bağlı hazırlıq işləri görülüb, sahələrin kənarı şumlanıb. Biçinə kifayət qədər “New Holland”, “CLAAS” və “Sampo” markalı kombaynlar, habelə xeyli sayda nəqliyyat vasitəsi cəlb edilib.
Yığılan taxıl Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisində yerləşən taxıl terminalına daşınır. Taxıl burada Almaniya istehsalı, gücü sutkada 120 ton olan avadanlıqlarda təmizlənir. Müəssisədə həmçinin hər biri 2,5 min ton olan 4 taxıl bunkeri də var. Burada toxumların təmizlənməsi, dərmanlanması və paketlənməsi həyata keçiriləcək.
“Bu il 5 min tondan artıq toxum istehsal ediləcəyi nəzərdə tutulur. İstehsal edilən super elit, elit və R-1 reproduksiyalı toxumlar həm “Kraun KO-1” MMC-nin tələbatını ödəyəcək, həm də Beyləqan, Füzuli və ətraf rayonlarda taxılçılıqla məşğul olan fermerlərin toxumla təmin edilməsində mühüm rol oynayacaq”, - deyə Elvüsal Mahmudov bildirib.
Cari mövsümdə regionlarda taxıl biçini vaxtında və itkisiz başa çatdırılacaq
Hazırda Kənd Təsərrüfatı Nazirliyinin və digər müvafiq qurumların bütün qüvvələri cari mövsümdə regionlarda taxıl biçininin vaxtında və itkisiz başa çatdırılmasına yönəldilib. Bu barədə iyunun 4-də Kənd Təsərrüfatı Nazirliyində keçirilən taxıl biçininin qısa müddətdə və itkisiz aparılmasının təşkili ilə bağlı qarşıda duran vəzifələrə həsr olunmuş respublika müşavirəsində bildirilib.
AZƏRTAC-ın verdiyi məlumata əsasən, müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin, rayon kənd təsərrüfatı idarələrinin, “Aqrolizinq” ASC-nin və onun regional nümayəndəliklərinin rəhbərləri iştirak ediblər.
Kənd təsərrüfatı naziri Heydər Əsədov son dövrlərdə ölkəmizdə aqrar sektorda həyata keçirilən institusional islahatlar, ölkə rəhbərliyinin bu sahənin inkişafına göstərdiyi diqqət və qayğı, son dövrlərdə qəbul olunmuş qərar və sərəncamlar, kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar barədə geniş məlumat verib. Həmçinin ixracın stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən, eyni zamanda, torpaqlardan istifadənin səmərəliliyinin artırılması, istifadəsiz torpaqlara vergi uçot dərəcəsinin artırılması, süni mayalama işlərinin həyata keçirilməsinin sürətləndirilməsi, heyvandarlıqda möhkəm yem bazasının yaradılması, suvarma sistemlərinin yenidən qurulması ilə bağlı görülən işlərdən danışıb.
Bildirilib ki, cari ilin taxıl yığımı mövsümündə respublika üzrə cəmi 927,4 min hektar sahədə biçin aparılması nəzərdə tutulub. Bunun 344 min hektarı arpa, 583 min hektarı buğda sahələridir. Ümumilikdə ötən illə müqayisədə payızlıq buğda sahəsi 42 min hektar çoxdur. Mayın 25-dən etibarən aran bölgələrində arpa biçini başlanıb və məhsuldarlıq hektardan 30-35 sentner təşkil edir. Biçinə hazırlıqla əlaqədar respublikada mövcud olan taxılyığan kombayn parkının dislokasiyası müəyyənləşdirilib və biçin qrafiki tərtib edilib.
Cari mövsümdə 2400-dən çox taxılyığan kombayn biçinə cəlb olunacaq. Mövcud olan kombaynlar tam saz vəziyyətə gətirilib, bölgələr üzrə taxılın yetişmə ardıcıllığı nəzərə alınmaqla kombaynların rayonlararası hərəkət qrafiki tərtib olunub. Bununla yanaşı, regional nümayəndəliklərin istifadəsində olan 500-dən çox kombayn biçin kampaniyasına cəlb ediləcək.
Nazir Heydər Əsədov təbliğat işinin genişləndirilməsi, taxıl biçininin qısa müddətdə və itkisiz aparılması, yanğından mühafizə işinin təşkili, subsidiyaların verilməsində şəffaflığın təmin edilməsi, lizinq xidmətlərinin vaxtında aparılması, gübrələrdən istifadə ilə bağlı rayon kənd təsərrüfatı idarələrinə və “Aqroservis” ASC-nin rayon filiallarının rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verib.
Zəmilərdən bol məhsul toplanır
Cari mövsümdə ölkənin regionlarında taxıl biçini başlayandan bəri zəmilərdən bol məhsul toplanır. Yeni mövsümdə Zaqatala rayonunda 12 min 221 hektar taxıl sahəsinin biçilməsi gözlənilir. Rayonun Qanıx çayı vadisində yerləşən təsərrüfatlarında artıq bir neçə gündür taxıl biçini kampaniyasına start verilib. Faldarlı, Muğanlı, Qandax, Kəpənəkçi kəndlərinin təsərrüfatlarında ilk günlər 200 hektara yaxın arpa sahəsinin məhsulu biçilib. Hələlik hər hektardan orta hesabla 30 sentnerə yaxın məhsul götürülür.
Rayon üzrə biçin kampaniyasına 39 ədəd taxılbiçən kombayn, həmçinin lazımi qədər yük maşını, qoşqu, küləş presləyən aqreqat və digər texnika cəlb edilib. Biçin dövründə, ehtiyac yaranarsa, digər rayonlardan əlavə olaraq 10-12 ədəd kombaynın gətirilməsi də nəzərdə tutulur. Havalar əlverişli, yağmursuz keçərsə, rayonda taxıl biçini kampaniyası iyunun sonunadək başa çatdırılacaq.
Ağdaş rayonunda taxıl istehsalçıları məhsulu vaxtında və itkisiz toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər. Biçinin ilk 3 günü ərzində rayonda 700 hektar sahənin taxılı biçilib. Havanın yağmurlu olması taxıl biçini kampaniyasını qismən ləngidir. Biçin üçün sahələrə 45 kombayn və lazımi qədər yük maşını cəlb olunub.
Dövlət qayğısından yararlanan ağdaşlı fermerlər bu il təsərrüfatlarında 11 min 93 hektar sahədə taxıl becəriblər. Bu da ötən ildəkindən 745 hektar çoxdur. Taxıl sahələrinin 2619 hektarını buğda, 8474 hektarını arpa təşkil edir. Sahələrdə aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi, ziyanvericilərin qarşısının alınması və hava şəraitinin əlverişli olması nəticəsində bol məhsul yetişib.
Mütəxəssislərin fikrincə, cari ildə məhsuldarlıq ötən illə müqayisədə daha çox, hər hektardan orta hesabla 26 sentner gözlənilir. Hava şəraiti imkan verərsə, rayonda taxıl biçini kampaniyasının iyunun 25-dək başa çatdırılması nəzərdə tutulur. Mexanizator və kombaynçılar taxılın yanğından qorunması və digər təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı təlimatlandırılıblar.
Cəbhə bölgəsində yerləşən Füzuli rayonunda taxıl biçininin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması üçün bütün qüvvələr səfərbər edilib. İndiyədək 7470 hektar arpa, 1001 hektar buğda zəmisində biçin aparılıb, 28 min 600 ton məhsul tədarük olunub. Hər hektarın məhsuldarlığı buğda sahələrində 30, arpa zəmilərində isə 34 sentnerdir.
Hazırda taxıl biçini uğurla davam edir. Mütəxəssislər əvvəlki illərdə olduğu kimi, bu il də rayonda 100 min tondan artıq taxıl istehsal ediləcəyini proqnozlaşdırırlar.
Qeyd edək ki, cari ilin məhsulu üçün rayonda 35 min 818 hektarda taxıl yetişdirilib. Bu, əvvəlki illə müqayisədə 4134 hektar çoxdur. Zəmilərin 23 min 895 hektarı buğda, 11 min 923 hektarı isə arpadır.
Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə də taxıl biçininə başlanılıb. Rayonun Turan qəsəbəsi və Suçma kəndinin ərazilərindəki təsərrüfatlarda arpa biçilir. İlk iki gündə 80 hektar sahənin məhsulu biçilib. Hər hektardan orta məhsuldarlıq hələlik 27 sentner təşkil edir. Məhsuldarlıq ötən ildəkindən bir neçə sentner yüksəkdir.
Xatırladaq ki, rayonda 2016-cı ilin məhsulu üçün 67 min 373 hektar sahədə payızlıq taxıl əkilib. Taxıl əkinlərinin 42 min 167 hektarını buğda, 24 min 956 hektarını arpa, qalanını isə xəsil sahələri təşkil edir. Taxıl biçini kampaniyasının mütəşəkkil qaydada başa çatdırılması üçün fermerlər tərəfindən bütün lazımi tədbirlər görülüb, texnika saz hala gətirilib. Keçən il rayonda 186 min ton taxıl istehsal olunub. Cari mövsümdə isə taxıl istehsalının 200 min tona çatacağı proqnozlaşdırılır.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  8880  |  
  • Tarix:  11-06-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Baş nazirin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndə heyəti ilə görüşüb

24 İyul 10:30
Almaniyalı tennisçi: Bakı tarixi ənənələri və müasirliyi özündə birləşdirir
24 İyul 09:56
Beynəlxalq Astronavtika Federasiyasının nümayəndələrinə “ASAN Viza” sistemi haqqında məlumat verilib
24 İyul 09:31
Mübariz Qurbanlı: Sosial mediada dinlə bağlı yayılan yazılar bəzi hallarda bizi qane etmir
24 İyul 09:25
Yeganə Əsgərli: Yay məktəbləri vasitəsi ilə gənclər öz siyasi biliklərini, dünyagörüşlərini, intellektual səviyyələrini artırıblar
24 İyul 09:22
Qarabağ Komitəsinin təşəbbüs qrupunun üzvlərinə Bakı Şəhər Baş Polis İdarəsində xəbərdarlıq edilib
24 İyul 09:21
Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur
24 İyul 09:18
Regionlarda avtomobil yollarının tikintisi və əsaslı şəkildə yenidən qurulması işləri intensiv şəkildə davam etdirilir
23 İyul 20:39
Hakimlərin Seçki Komitəsinin iclası keçirilib
23 İyul 20:37
Dövlət Komitəsində Ağdamın işğal günü ilə bağlı tədbir keçirilib
23 İyul 20:23
Argentinalı və uruqvaylı jurnalistlərə ölkəmizdə mövcud olan dini vəziyyət barədə məlumat verilib
23 İyul 20:20
Azərbaycanın Xarici İşlər naziri Ekvatorial Qvineyanın dövlət katibi ilə görüşüb
23 İyul 20:15
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ağdam rayonunun işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb
23 İyul 20:13
İdlib qlobal geosiyasi kontekstdə: Türkiyə və supergüclərin mübarizəsi
23 İyul 20:10
“EYOF Bakı 2019”: Cəbrayıl Hacıyev Azərbaycana səkkizinci qızıl medalı qazandırıb
23 İyul 20:08
“Bakı 2019”: Ukrayna millisi idman gimnastikası üzrə komanda yarışlarının qalibi olub
23 İyul 20:04
DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tabeçiliyində olan orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
23 İyul 20:02
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Komitə könüllüləri ilə görüşüb
23 İyul 19:59
XV Avropa Gənclər Olimpiya Festivalında velosiped idmanı üzrə oğlanlar arasında yarışlar başa çatıb
23 İyul 19:55
Çin nümayəndə heyəti Yeni Azərbaycan Partiyasının üzvü Mübariz Abdullayevin ailəsinin qonağı olmuşdur
23 İyul 17:51
Azərbaycan ilə İsrail arasında daxili və ictimai təhlükəsizlik məsələlərində əməkdaşlığın inkişafı müzakirə edilib
23 İyul 17:45
Milli Mətbuat Gününə həsr olunmuş “Din və media” mövzusunda konfrans keçirilib
23 İyul 17:40
Oktyabrda Bakıda İslam Ölkələri Gənc Sahibkarlar Şəbəkəsinin 3-cü Baş Assambleyası keçiriləcək
23 İyul 17:32
Baş nazirin müavini, YAP Sədrinin müavini – İcra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndə heyəti ilə görüşüb
23 İyul 17:29
Azərbaycan biznesə başlama üzrə dünyanın ən yaxşıları sırasına daxil ola bilər
23 İyul 17:25
Beynəlxalq İnformatika Olimpiadasının praktiki sessiyası işə başlayıb
23 İyul 17:10
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb
23 İyul 16:54
Yunan-Roma güləşçisi Xasay Həsənli əzmkar qələbə qazanaraq “EYOF 2019”un çempionu olub
23 İyul 16:32
“EYOF Bakı 2019”: Yunan-Roma güləşçimiz Elmir Əliyev komandamızın beşinci qızıl medalını qazanıb
23 İyul 16:11
Azərbaycan Banklar Assosiasiyasının Ekspert Qrupunun iclası keçirilib
23 İyul 16:10
ADA Universitetində XIII Bakı Yay Enerji Məktəbi başa çatıb
23 İyul 15:46
Samuxda kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınıb
23 İyul 15:39
XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək
23 İyul 14:57
Eldəniz Səlimov: Azərbaycanla Çin arasında münasibətlər daha da genişlənir
23 İyul 14:53
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
23 İyul 14:49
Mübariz Qurbanlı: Sosial mediada dinlə bağlı yayılan yazılar bəzi hallarda bizi qane etmir
23 İyul 14:36
Gədəbəydə metodiki tövsiyələrin təqdimatı olub
23 İyul 14:24
Xanlar Fətiyev: Azərbaycan istənilən böyük və mötəbər yarışlara ev sahibliyi etməyə qadirdir
23 İyul 14:17
Həmkarlar təşkilatlarının xətti ilə hər il 100 mindən çox vətəndaşa istirahət etmək imkanı yaradılır
23 İyul 14:16
Robert Landa: Azərbaycan bu səviyyəli idman tədbirləri keçirilməsində zəngin təcrübəyə malikdir
23 İyul 14:11
TAP-ın İtaliya hissəsində boruların inşasına başlanılıb
23 İyul 14:03
Mübariz Qurbanlı: Ağdamda 17 məscidin dağıdılması ilə bağlı bizdə məlumatlar var
23 İyul 14:00
“Eternity-2019” təliminin yekun planlaşdırma konfransı keçirilib
23 İyul 13:55
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sonq Taonun başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
23 İyul 12:40
XV Avropa Gənclər Olimpiya Festivalında velosiped idmanı üzrə qızlar arasında yarışların qalibləri müəyyən edilib
23 İyul 12:23
Artıq ödənilmiş vergilərin qalan məbləğləri 45 gün ərzində vergiödəyicisinə qaytarılır
23 İyul 12:13
Prezident İlham Əliyev Çinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 12:09
BDU-nun məzunu müəllimlərin işə qəbulu imtahanlarında maksimum nəticə göstərib
23 İyul 12:05
Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 12:00
Prezident İlham Əliyev İsveçrənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 11:57
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 11:51
Prezident İlham Əliyev Kolumbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 11:17
“EYOF Bakı 2019”: Tennisçilərin fərdi yarışlarında otuzikidəbir final mərhələsinin görüşləri keçirilir
23 İyul 11:15
“EYOF Bakı 2019”: güləş yarışlarının sonuncu günündə yeddi idmançımız mübarizə aparır
23 İyul 11:13
Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının ikinci gününə start verilib
23 İyul 11:06
“EYOF Bakı 2019”: Bakı Su İdmanı Sarayında üzgüçülük yarışlarının ikinci gününə start verilib
23 İyul 11:02
XV Avropa Gənclər Yay Olimpiya Festivalında idman gimnastikası yarışları başlayıb
23 İyul 11:01
Hesablama Palatasının nümayəndə heyəti Nyu-Yorkda beynəlxalq toplantıda iştirak edib
23 İyul 10:56
DOST xidmətləri sırasına övladlığagötürmə üzrə xidmətlər də əlavə edilib
23 İyul 10:31
Ermənistan ordusu iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 18 dəfə pozub
23 İyul 10:24
“Azeri Light”ın bir barreli 65,34 dollara satılır
23 İyul 10:22
Neftin qiyməti bahalaşıb
23 İyul 09:38
Azərbaycan söz və mətbuat azadlığının yüksək səviyyədə təmin olunduğu ölkədir
23 İyul 09:35
Hikmət Babaoğlu: Media azadlığının təmin edilməsi və mətbuata qayğı keyfiyyətcə yeni KİV formalaşdırdı
23 İyul 09:34
Qurban Qurbanov: Azarkeşlərin inamını doğrultduğum üçün sevinirəm
23 İyul 09:32
Regionların elektrik enerjisi ilə təminatı gücləndirilir
23 İyul 09:30
Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il keçir
22 İyul 21:54
Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb
22 İyul 21:44
Litvanın və İordaniyanın Azərbaycandakı səfirlərinin diplomatik fəaliyyəti başa çatır
22 İyul 20:58
“EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının ikinci günü başa çatıb
22 İyul 20:45
Azərbaycanın Gənclər və İdman naziri Slovakiya Baş Nazirinin müavini ilə görüşüb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +34
gecə+21 +25