Ana səhifə »  KİVDF »  İstehlakçıların içməli su təchizatının yaxşılaşdırılması diqqət mərkəzindədir
A+   Yenilə  A-
İstehlakçıların içməli su təchizatının yaxşılaşdırılması diqqət mərkəzindədir

Dövlət proqramları çərçivəsində iri şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərdə də bu istiqamətdə genişmiqyaslı layihələr həyata keçirilir
Son illərdə bütün ölkə boyu müasir infrastruktur qurulmasından söhbət açarkən meliorasiya və su təsərrüfatının da yenilənməsini xüsusi vurğulamaq lazımdır. Heç şübhəsiz, bunun da əsas səbəbi Azərbaycanın etibarlı su təchizatına nail olunmasının strateji hədəf kimi qarşıya qoyulmasıdır. Və dünyada baş verən hadisələr fonunda bu addımın atılmasının, yəni ölkəmizin etibarlı su təchizatına nail olunmasının strateji hədəf kimi qarşıya qoyulmasının heç də təsadüfi olmadığını deyə bilərik. Çünki müasir dövrdə dünya bir sıra yeni çağırışlarla üz-üzə dayanıb. Eyni zamanda, yeni minillikdə etibarlı su təchizatının da hər bir ölkə üçün strateji əhəmiyyət daşıyan məsələ səviyyəsinə yüksəldiyi, hətta dövlətlərarası münasibətlərə təsir göstərə bilən faktorlar sırasında yer aldığı heç kəsdə şübhə doğurmur. Mütəxəssislər yeni minillikdə su ehtiyatlarının geostrateji əhəmiyyətinə diqqət çəkərək bildirirlər ki, XXI əsrdə su neftin ötən əsrdəki yerini tuta bilər. Son dövrlərdə Yaxın Şərqdə, MDB-də və başqa məkanlarda baş verən geosiyasi kataklizmlərin həm də bu və ya digər su mənbələrinə nəzarəti ələ keçirmək iddialarından qaynaqlandığı deyilənləri bir daha təsdiqləyir. Getdikcə daha çox sayda dövlət malik olduğu su ehtiyatlarından başqa dövlətlərə qarşı təzyiq, iqtisadi-siyasi rıçaq vasitəsi kimi istifadə etməyə üstünlük verir.
Bir sözlə, müasir dövrdə su mənbələrinin çatışmazlığı dünyanı təhdid edən qlobal problemlərdən birinə çevrilib. Birləşmiş Millətlər Təşkilatının yaydığı hesabat həyəcan təbili çalmağa əsas verir. Qurumun 1998-ci ildə hazırladığı hesabatda göstərilir ki, ötən əsrin 50-ci illərində əhalisi 50 milyondan az olan yalnız 12 ölkə su qıtlığı problemi ilə qarşılaşıb. Ötən əsrin 90-cı illərində bu göstərici 2 dəfədən çox artıb və əhalisi 300 milyon nəfər olan 26 ölkə su çatışmazlığı problemindən əziyyət çəkib. Bu minvalla 2050-ci ildə 65 ölkədə 10 milyard nəfərə yaxın insanın su çatışmazlığı ilə üz-üzə qalmaq ehtimalı var.
Etibarlı su təchizatına nail olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Bütün bu deyilənlərə su çatışmazlığının ayrı-ayrı ölkələrdə yaratdığı ekoloji problemləri, iqtisadi əngəlləri və digər mənfi təzahürləri də əlavə etsək, onda etibarlı su təchizatı qayğısına qalmağın hər bir ölkə üçün həyati əhəmiyyətli məsələ olduğu barədə konkret təsəvvür yaranar. Azərbaycan da bu cəhətdən istisna deyil. Respublika ərazisində içməyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanıb. Hazırda ölkənin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20-21 kubkilometrə qədər azalır. Yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Ölkəmizin şirin su ehtiyatlarının 70-72 faizi ölkə hüdudlarından kənarda formalaşır. Respublikamızı qidalandıran əsas su mənbələrinin ölkənin hüdudlarından kənarda formalaşması məsələyə daha həssas yanaşmağı tələb edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev etibarlı su təchizatına nail olunmasını müstəqil Azərbaycanın strateji hədəflərindən biri kimi müəyyənləşdirib. Şabran rayonu ərazisində inşa olunan Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılış mərasimindəki çıxışında dövlət başçısı İlham Əliyev bununla bağlı fikirlərini ifadə edərək deyib: “Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək, yeni layihələri icra etmək, yeni kanalları inşa etmək və su anbarlarını yaratmaq Azərbaycan üçün strateji əhəmiyyətli bir məsələdir”.
Qeyd etdiyimiz kimi, ölkəmizdə etibarlı su təchizatına nail olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib və bu istiqamətdə işlər Prezident İlham Əliyevin səyləri ilə intensiv şəkildə davam etdirilir. 2004-cü il sentyabrın 1-də dövlət başçısının yanında keçirilən müşavirədə Azərbaycanın su təchizatı, içməli suya olan tələbatı, eləcə də meliorativ layihələrin inkişaf perspektivləri müzakirə olundu və Samur-Abşeron suvarma sisteminin Dövlət Neft Fondunun vəsaiti ilə yenidən qurulması barədə qərar qəbul olundu. Sözügedən müşavirədə dövlət başçısının qarşıya qoyduğu vəzifələrə uyğun olaraq ölkəmizdə irimiqyaslı su layihələrinin icrasına start verildi. 2006-cı ildə İslam İnkişaf Bankının vəsaiti ilə inşa olunan Xanarx kanalının tikintisi başa çatdırıldı. 2007-ci ildə Vəlvələçay-Taxtakörpü kanalına suyu gətirən 50 kilometrlik birinci hissənin yenidən qurulması başa çatdırıldı və sonra Vəlvələçay-Taxtakörpü kanalının inşasına başlanıldı.
2013-cü ildə dövlət başçısının iştirakı ilə istifadəyə verilən Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının inşası layihələri Azərbaycanın su təchizatı probleminin həllində çox böyük uğurdur. Tarixi əhəmiyyət daşıyan bəhs olunan su layihələrinin texniki parametrləri kifayət qədər genişdir. Cəmi bir neçə il ərzində Vəlvələçaydan Ceyranbatan gölünə qədər uzanan və mürəkkəb relyefi ilə seçilən ərazidə böyük həcmdə işlər reallaşdırılıb. Bu layihələrin unikallığı həm də ondadır ki, Samur çayından götürülən su öz axarı ilə Vəlvələçay-Taxtakörpü kanalı ilə Taxtakörpü su anbarına ötürülür. Kanal üzərində 57 mükəmməl hidrotexniki qurğu quraşdırılıb. Taxtakörpü su anbarının sahəsi 8,71 kvadratkilometrdir. Qurğunun ümumi su tutumu isə 270 milyon kubmetr, faydalı su həcmi isə 238,4 milyon kubmetrdir.
Bu layihə respublikanın şimal zonasında ekoloji tarazlığın təmin edilməsinə də böyük töhfədir. Bütövlükdə Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi 14 il ərzində dörd mərhələdə reallaşdırılacaq.
2014-cü ilin noyabrında istifadəyə verilən Şəmkirçay su anbarı da böyük investisiya tutumlu su layihəsidir. Layihənin yerinə yetirilməsinə 700 milyon manatdan çox dövlət vəsaiti yönəldilib. Ümumiyyətlə, Şəmkirçay su anbarı Taxtakörpü su anbarından sonra qeyri-neft sektorunda reallaşdırılan ən böyük investisiya tutumlu layihədir. Şəmkirçay su anbarının ümumi su tutumu 164,5 milyon kubmetr, faydalı həcmi isə 156,3 milyon kubmetrdir. Anbarın bəndinin nüvə hissəsindən hündürlüyü 196 metrdir. Layihəyə əsasən orta illik su ehtiyatı 265,2 milyon kubmetr olan Şəmkirçay çayının sularını bu anbarda nizamlamaqla ildə 207,9 milyon kubmetr sudan istifadə olunacaq. Layihəyə uyğun olaraq su anbarında nəqledici, qəza sutullayıcı və təzyiqli enerji tunelləri tikilib. Layihə çərçivəsində Şəmkirçay su anbarında yığılan suyu əkin sahələrinə nəql edəcək əsas magistral kanal, sağ və sol sahil magistral kanalları, həmçinin maşın kanalı üçün qidalandırıcı kanal inşa olunub. Ən müasir standartlara cavab verən həmin kanallar açıq dəmir-beton üzlüklüdür. Şəmkirçay su anbarından Gəncə və Şəmkir şəhərlərinə, Samux rayonunun Nəbiağalı qəsəbəsinə saniyədə 1,6 kubmetr su verməklə əhalinin içməli su təchizatı yaxşılaşdırılacaq. Bəhs olunan irimiqyaslı su layihəsi həmçinin bölgənin ekoloji vəziyyətinin yaxşılaşmasına da müsbət təsir göstərəcək.
Hər bir layihə istehlakçıların dayanıqlı su təchizatı üçün yeni imkanlar açır
Son illərdə Azərbaycanda su təminatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən infrastruktur layihələrindən biri də 2016-cı ilin fevralında Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Tovuzçay su anbarıdır. İnşası uzun müddət yarımçıq qalan Tovuzçay su anbarında tikinti işləri 2006-cı ildən davam etdirilib. Ümumi su tutumu 20 milyon kubmetr, faydalı həcmi 18 milyon kubmetr olan Tovuzçay su anbarının gil nüvəli torpaq bəndinin hündürlüyü 45 metr, üstdən eni 10 metr, uzunluğu isə 1340 metrdir. Anbarın su hövzəsinin sahəsi 160 hektar, uzunluğu 2,6 kilometrdir. Layihəyə uyğun olaraq, anbarda suburaxma qabiliyyəti saniyədə 250 kubmetr və uzunluğu 731 metr olan qəza sutullayıcısı, maksimum suburaxma qabiliyyəti saniyədə 125 kubmetr olan dəmir-beton borulu qülləli suburaxıcı, saniyədə 6 kubmetr suvarma suyunun verilməsi üçün uzunluğu 468,8 metr olan nov-kanal inşa olunub. Su anbarının inşası zamanı tarixi abidələrin mühafizəsi, köçürülməsi, avtomobil yolunun və körpülərin tikintisi, eləcə də digər tədbirlər həyata keçirilib. Belə ki, Qazqulu qəbiristanlığı, Şərif Sultan və Məhəmməd-Hüseyn Sultan türbələri köçürülüb. XVII əsr memarlıq abidəsi olan Sultan körpüsünün mühafizəsi üçün uzunluğu 344 metr olan torpaq damba tikilib. Həmçinin Vahidli kənd qəbiristanlığının mühafizəsi məqsədilə suyığıcı kanalın və mühafizə dambasının tikintisi həyata keçirilib. Bundan başqa, layihənin icrası zamanı Tovuzçay çayı üzərində 8 aşırımlı avtomobil körpüsü tikilib, bəndə və ətraf kəndlərə gedən, ümumi uzunluğu 6800 metr olan avtomobil yolu yenidən qurulub. Uzunluğu 86 metrdən çox olan Axıncaçay çayı üzərində körpünün tikintisi də başa çatdırılıb. Görülən mühüm işlərdən biri də Tovuz və Şəmkir rayonlarının mövcud əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə bu sahələri suvarma suyu ilə təmin edən Ağstafaçay sağ sahil kanalına əlavə su verilməsi üçün sərfi saniyədə 1,5 kubmetr, uzunluğu 7004 metr olan polad boru kəmərinin tikintisidir.
Qeyd edək ki, bölgəni qidalandıran əsas su mənbələrindən biri olan Tovuzçay çayının sululuq səviyyəsi ilin fəsillərinə uyğun dəyişir. Çayın ən yüksək sululuq səviyyəsi bir qayda olaraq yazda qeydə alınır. İsti yay günlərində isə Tovuzçayın sululuq səviyyəsi aşağı düşür, hətta bəzən çay tamam quruyur. Beləliklə də, yay mövsümündə əhalinin və ərazidəki təsərrüfatların su təminatında ciddi gərginlik yaşanırdı. Bundan sonra Tovuzçayın su ehtiyatları yeni inşa olunan anbara yığılacaq ki, bu da bölgənin ilin bütün fəsillərində tələbata uyğun su təchizatına imkan yaradacaq.
Başqa bir amil də çox önəmlidir. Tovuz və digər qonşu rayonlar Azərbaycana qarşı iyirmi ildən artıqdır ki, işğalçılıq siyasəti həyata keçirən Ermənistanla sərhəd bölgəsində yerləşir. Məlumdur ki, bu forpost ölkə Azərbaycana münasibətdə bütün beynəlxalq normaları pozur və respublikamıza təzyiq göstərmək məqsədilə müxtəlif vasitələrə əl atır. Ermənistan Azərbaycanı qidalandıran bəzi su mənbələrinin forpost ölkənin ərazisindən keçməsindən və yaxud işğal altındakı torpaqlarda qalmasından sui-istifadə etməyə çalışır. Su mənbələrinin davamlı olaraq çirkləndirilməsi, mövsüm vaxtı süni su qıtlığı yaratması bu ölkənin respublikamıza qarşı sərgilədiyi çirkin əməllərin siyahısına daxildir. Bütün bu deyilənlər Tovuzçay su anbarının istifadəyə verilməsinin sərhədyanı rayonların su təminatı üçün necə strateji əhəmiyyət daşıdığı barədə konkret təsəvvür yaradır. Qeyd edək ki, Tovuzçay su anbarının ümumi su tutumu 20 milyon kubmetr, faydalı həcmi isə 18 milyon kubmetrdir.
Deyilənlərdən də göründüyü kimi, bəhs olunan layihələrin həcmi kifayət qədər genişdir. Müstəqillik illərində həyata keçirilən bu layihələr ölkəmizin gücünü və qüdrətini təsdiqləyir. Belə layihələri həyata keçirməyə yalnız Azərbaycan kimi geniş, hərtərəfli potensialı olan ölkə qadirdir.
Kənd və qəsəbələrdə yeni magistral su xətləri çəkilir
Beləliklə, sadalananların fonunda vurğulamaq yerinə düşər ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində layihələrin icrasını davam etdirir. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Səhmdar Cəmiyyətin Təxirəsalınmaz Tədbirlər Proqramına uyğun olaraq içməli su çatışmazlığı müşahidə olunan kənd və qəsəbələrdə davamlı olaraq layihələr həyata keçirilir. İçməli su problemindən əziyyət çəkən Abşeron rayonunun Çaylı qəsəbəsinin su təchizatının yaxşılaşdırılması məqsədilə yeni magistral su xəttinin tikintisi yekunlaşıb.
Layihənin birinci mərhələsində Abşeron rayonunun Pirəküşkül qəsəbəsi və məcburi köçkün yaşayış massivinin içməli su təchizatı yaxşılaşdırılmışdır. Həmin yaşayış məntəqələrini içməli su ilə təmin etmək üçün + 145 Müşfiqabad su anbarından 10,2 kilometr uzunluğunda magistral su xətti çəkilib. Magistral xətt həmin yaşayış məntəqələrinin mövcud şəbəkələrinə qoşulub və suyun verilməsi təmin olunub.
Növbəti mərhələdə Çaylı qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə qəsəbəni su ilə təmin edən və uzun müddət istismar olunaraq yararsız vəziyyətə düşmüş magistral su xəttinin dəyişdirilməsi qərara alınıb. Bu məqsədlə 225 millimetr diametrli borularla 1,6 kilometr uzunluğunda magistral su xətti çəkilib. Hazırda yeni çəkilmiş magistral su xəttinin mövcud su təchizatı sistemlərinə birləşdirilməsi işləri aparılır. Magistral xətdən suyun verilməsi ilə 1600-dək sakini olan Çaylı qəsəbəsinin içməli su təchizatı yaxşılaşacaq.
Masallı rayonunun daha 24 kəndinin içməli su ilə təchizatı yaxşılaşdırılır
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı” Dövlət Proqramı” çərçivəsində iri şəhər və rayon mərkəzləri ilə yanaşı, içməli su çatışmazlığı müşahidə edilən kəndlərdə də layihələr həyata keçirir. Belə layihələrdən biri Masallı rayonunun içməli su mənbələri məhdud olan Muğanlı zonasında icra edilir.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən bildirilib ki, Masallı rayonunun Muğanlı zonasında yerləşən yaşayış məntəqələrinin içməli su təchizatının yaxşılaşdırılması layihəsi 24 kəndi əhatə edir. Layihə çərçivəsində Şərəfə, Həsənli, Hacıtəpə, Sığıncaq, Ərəb, Xırmandalı, Məmmədxanlı, Təkdam, Köçəkli Kürdəbazlı, Eminli, Qarğalıq, Şəhriyar, Dəlləkli, Xallıcalı, Ağakişibəyli, Bala Təklə, Alışanlı, Ətçələr, Birinci Səmədxanlı, İkinci Səmədxanlı, Xoşçobanlı, Mollahəsənli və Qədirli kəndlərində yaşayan 30 mindən çox sakini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək nəzərdə tutulub.
Həmin kəndləri içməli su ilə təmin etmək üçün daha məhsuldar və etibarlı mənbədən istifadə olunması qərara alınaraq, su mənbəyi Viləşçay hövzəsində inşa edilən sutəmizləyici qurğu seçilib.
Qeyd olunub ki, “Masallı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi” çərçivəsində inşa edilən qurğunun tikintisi yekunlaşmaq üzrədir.
Kəndləri içməli su ilə təmin etmək üçün su mənbəyindən müxtəlif diametrli borularla 20 kilometrə yaxın magistral xətt inşa edilib. Eyni zamanda 5 kəndi - Şərəfə, Sığıncaq, Məmmədxanlı, Kürdəbazlı və Bala Təklə kəndlərini içməli su ilə təmin etmək məqsədilə həmin kəndlərdə ümumi uzunluğu 4,5 kilometr su xətləri çəkilib.
Hazırda bu sahədə işlər yekunlaşmaq ərəfəsindədir və yaxın vaxtlarda həmin kəndlərə içməli suyun verilməsi təmin olunacaq. Növbəti mərhələdə isə Muğanlı zonasının digər kəndlərində də işlərə başlanılacaq.
Məlumatda həmçinin nəzərə çatdırılıb ki, Muğanlı zonasında yerləşən yaşayış məntəqələrində içməli su təchizatı sistemləri mövcud deyil və sakinlər tələbatını fərdi qaydada ödəyirlər.
Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenilənir
Bu məqamda onu da qeyd edək ki, “Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində görülən işlərin 60 faizi yekunlaşıb.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən bildirilib ki, hazırda layihənin ikinci mərhələsinə uyğun olaraq şəhər ərazisində şəbəkə su və kanalizasiya xətləri çəkilir. Şəbəkə su xətlərinin ümumi uzunluğu 165,6 kilometrdir. Çəkilməkdə olan kanalizasiya xətlərinin ümumi uzunluğu isə 149 kilometrə bərabərdir. Tikinti işləri şəhər ərazisində mərhələli şəkildə həyata keçirilir. Su və kanalizasiya xətlərinin tikintisi yekunlaşdıqdan sonra 12 minə yaxın abunəçi su sayğacı ilə təmin olunacaq.
Layihənin birinci mərhələsində Uçqun bulağı bərpa edilib. Bununla da bu mənbədən saniyədə 200 litr və ya sutkada 17 min 300 kubmetr su götürmək mümkün olacaq. Bununla yanaşı, 400 millimetr diametrli 2 kilometr uzunluğunda magistral su xətti də çəkilib. Tutumu 3 və 2 min kubmetr olan dörd su anbarı inşa edilib. Bu mərhələdə 1,5 kilometr uzunluğunda anbarlararası qidalandırıcı su xətti çəkilib, xlorator qurğusu da daxil olmaqla, yeni xlorator binası tikilib.
Layihəyə əsasən, Xaçmaz rayonunun Gülalan kəndində inşa ediləcək çirkab sutəmizləyici qurğunun yerləşəcəyi ərazidən şəhər istiqamətində kanalizasiya xətləri çəkilib.
Layihənin icrası Xaçmaz şəhərində 46 min 776, Qobuqırax, Armudpadar, Qaraçı, Qaraqurdlu, Köhnə Xaçmaz kəndlərində isə 10 min 863 nəfər olmaqla, ümumilikdə, 57 min 639 nəfərin su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşmasına hesablanıb.
Yaranan çirkab suları Xaçmaz rayonunun Gülalan kəndi ərazisində tikiləcək, məhsuldarlığı sutkada 50 min kubmetr olacaq çirkab sutəmizləyici qurğuda emal ediləcək. Xaçmazla yanaşı, Quba və Qusar şəhərlərində yaranan çirkab suları da emal üçün bu təmizləyici qurğuya nəql olunacaq. Xaçmaz su-kanalizasiya sisteminin yenilənməsi işlərinin iki il ərzində başa çatdırılması nəzərdə tutulub.
Zaqatalanın Muxax kəndində su təchizatı sistemi istifadəyə verilib
Bu istiqamətdə həyata keçirilən işlərdən danışarkən bildirmək yerinə düşər ki, Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı” çərçivəsində iyunun 22-də Zaqatala rayonunda daha bir layihənin icrası uğurla başa çatıb. Muxax kəndində su təchizatı sisteminin istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi, rayon rəhbərliyi və kənd sakinləri iştirak ediblər.
Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək, Yaponiyanın Azərbaycandakı səfirliyi ilə Zaqatala rayon İcra Hakimiyyəti arasında əməkdaşlığın 9 ildir ki, uğurla davam etdiyini bildirib. Diqqətə çatdırılıb ki, qrant yardımı proqramı çərçivəsində indiyədək Zaqatala rayonunda bu layihə də daxil olmaqla, ümumi dəyəri 711 min 813 ABŞ dolları olan 7 layihə reallaşıb. Həmin layihələr məktəb və tibb məntəqələrinin tikintisi, tullantıların idarə olunması və su təchizatı sahələrini əhatə edir.
Zaqatala rayonuna növbəti səfərindən məmnun qaldığını vurğulayan səfir Tsuquo Takahaşi Yaponiya hökumətinin dəstəyi ilə həyata keçirilən layihələrin insanların yaşayış səviyyəsini daha da yaxşılaşdırmaq məqsədi daşıdığını bildirib.
Diqqətə çatdırılıb ki, icrası yenicə başa çatan bu layihə üzrə qrant müqaviləsi Yaponiya səfirliyi ilə “Azərbaycan İcma İnkişafı, Tədqiqat, Təlim və Resurs Mərkəzi” İctimai Birliyi arasında 2016-cı ilin fevralında imzalanıb. Layihənin əsas məqsədi Zaqatala rayonunun Muxax və Qımır kəndlərinin içməli su təchizatını yaxşılaşdırmaqdır. Layihənin ümumi dəyəri 90 min 832 ABŞ dolları təşkil edir. Su təchizatı sisteminin açılışını bildirən rəmzi lent kəsildikdən sonra mərasim iştirakçıları layihə çərçivəsində görülən işlərlə tanış olublar.
Nadir AZƏRİ

 
  • Oxunub:  7440  |  
  • Tarix:  29-06-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar büdcə gəlirlərinin və ölkənin maliyyə imkanlarının artmasına səbəb olub

23 Aprel 21:19
Üçüncü Respublika İnnovasiya Müsabiqəsi elan olunacaq
23 Aprel 21:15
Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar polis gücləndirilmiş iş rejimində işləyəcək
23 Aprel 21:13
Diplomatik korpusun nümayəndələrinə Azərbaycanda aparılan aqrar islahatlar barədə məlumat verilib
23 Aprel 21:11
Leyla Abdullayeva: Ermənistan insan hüquqlarından bəhs edən hər hansı sənəd yaymağa utanmalıdır
23 Aprel 21:07
AzMİU-da Azərbaycan və Türkiyə ali məktəblərinin rəhbərlərinin iştirakı ilə dəyirmi masa keçirilib
23 Aprel 21:05
Çinin Xinhua agentliyi Formula 1 Azərbaycan Qran-Prisindən yazıb
23 Aprel 21:03
Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq işlər müzakirə olunub
23 Aprel 20:46
TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli komissiya və komitələrinin 7-ci görüşü keçirilib
23 Aprel 20:45
Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri Tbilisidə gürcü oxuculara təqdim olunub
23 Aprel 20:42
Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası keçirilib
23 Aprel 20:40
Kamran İmanov: Azərbaycan innovasiya sahəsində sürətli inkişaf yoluna qədəm qoyub
23 Aprel 20:35
RF Əqli Mülkiyyət Akademiyasının rektoru: Azərbaycan postsovet məkanında öncül mövqedədir
23 Aprel 20:33
Azərbaycanın səfiri etimadnaməsini Portuqaliya Prezidentinə təqdim edib
23 Aprel 20:27
Bakıda Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Günü qeyd olunub
23 Aprel 17:53
Azərbaycan Prezidenti: Biz daxil olan əlavə gəlirləri, ilk növbədə, sosial məsələlərin həllinə yönəldirik
23 Aprel 17:50
Şarl Lekler: Ən sevdiyim traslardan biri Azərbaycandadır
23 Aprel 17:48
İsmayıllı ilə Özbəkistanın Riştan şəhəri arasında əməkdaşlıq haqqında saziş imzalanıb
23 Aprel 17:47
Azərbaycanda ekoloji monitorinq sisteminin təkmilləşdirilməsinə həsr olunan layihə yekunlaşıb
23 Aprel 17:40
FHN-in Akademiyasında “Fövqəladə hallarla mübarizənin aktual məsələləri” mövzusunda konfrans keçirilib
23 Aprel 17:33
Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub
23 Aprel 17:31
Ankara-Bakı-Ankara istiqamətində birbaşa uçuşların rəsmi açılış mərasimi baş tutub
23 Aprel 17:29
FHN Akademiyasında “Alyans” Xüsusi Xidmət Veteranlar Birliyinin nümayəndələri ilə görüş
23 Aprel 17:20
Prezident İkinci Dünya müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb
23 Aprel 17:19
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
23 Aprel 17:10
Mixael Kindsqrab: Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən vacib tərəfdaşıdır
23 Aprel 17:08
Azərbaycan Hökuməti ilə YUNESKO arasında Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına dair Saziş təsdiqlənib
23 Aprel 16:57
Sahibə Qafarova: Azərbaycan bundan sonra da öz müstəqil siyasətini və dinamik inkişafını davam etdirəcək
23 Aprel 16:51
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti beynəlxalq təhlükəsizlik konfransında iştirak edir
23 Aprel 16:49
Hikmət Babaoğlu: Hazırda Azərbaycan televiziyalarının efirində yeni keyfiyyət dəyişiklikləri baş verməkdədir
23 Aprel 16:43
Leyla Abdullayeva: Azərbaycan ilə Aİ arasında tərəfdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edəcək Saziş üzrə danışıqlar davam etdirilir
23 Aprel 16:39
Türkiyə hökuməti: Ermənistan 1915-ci il arxivlərini açmağa qorxur
23 Aprel 16:38
Milli Məclisin plenar iclasında 19 məsələ müzakirə olunub
23 Aprel 16:26
Anar İsgəndərov: Tarixdə olmayan bir hadisəni bu gün dövriyyədə saxlamaq cəhdləri siyasi məqsədlər üçündür
23 Aprel 16:02
Prezident: Azərbaycan indi inkişafın yeni mərhələsindədir və bundan sonra iqtisadi artım çox sürətli olacaq
23 Aprel 15:41
Prezident İlham Əliyev: Mən çalışıram və bundan sonra da çalışacağam ki, doğma xalqıma ləyaqətlə xidmət edim
23 Aprel 15:29
Vüsal Qasımlı: Azərbaycanın növbəti ildə də “ən islahatçı ölkə” statusunu qoruyacağı gözlənilir
23 Aprel 15:11
Xaçmazda görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin abidəsi ucaldılıb
23 Aprel 14:56
Birgə təlimdə iştirak edəcək türkiyəli hərbçilər Bakının görməli yerlərində olublar
23 Aprel 14:41
Tom Butçer: Bakı şəhər halqası Formula 1 yarışlarına tam hazırdır
23 Aprel 14:16
Ankara Ticarət Palatasının nümayəndə heyəti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
23 Aprel 14:11
UEFA nümayəndələrinin televiziya yayımı ilə bağlı Bakıya səfəri başlayıb
23 Aprel 14:01
Birinci vitse-prezidentin köməkçisi: Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən iri ticarət tərəfdaşıdır
23 Aprel 13:57
Azay Quliyev: BMT təxribata şərait yaradıb, saytında qondarma rejimin hesabatı yerləşdirilib
23 Aprel 13:49
Siyavuş Novruzov: Anti-Azərbaycan qüvvələr xaricdə və daxildə müxtəlif fikirlərlə xalqı çaşdırmağa çalışırlar
23 Aprel 13:46
Orxan Məmmədov: Turizm klasterləşməsinin təşviqi prioritet hədəflərimizdəndir
23 Aprel 13:43
Prezident İlham Əliyev Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib
23 Aprel 13:13
Birinci rübdə 126,4 min hektar sahədə yazlıq bitki səpini aparılıb
23 Aprel 12:47
Türkiyə Böyük Millət Məclisinin fəaliyyətə başlamasından 99 il ötür
23 Aprel 12:31
SOCAR Formula 1 Azərbaycan Qran-prisinin yeni titul sponsoru olub
23 Aprel 12:16
Uşaq bağçalarına qəbul elektron qaydada olacaq
23 Aprel 12:14
Azərbaycanda sağlamlıq turizmi sahəsinin inkişafı ilə bağlı fəaliyyət planı qəbul olunacaq
23 Aprel 12:07
Milli Məclisin növbəti plenar iclası keçirilir
23 Aprel 12:06
AHİK-də Türkiyə həmkarlar ittifaqlarının nümayəndə heyəti ilə görüş keçirilib
23 Aprel 11:54
Azərbaycanın Formula 1 yüksəkliyi, milli qürur hissi və Əli Kərimli kimilərin mədə təfəkkürü
23 Aprel 11:53
Məmməd Musayev: Azərbaycan artıq səyahət həvəskarlarının seçdiyi məkana çevrilməkdədir
23 Aprel 11:44
Muxtar respublikada 246 milyon manatlıq sənaye məhsulu istehsal olunub
23 Aprel 11:33
Təhsil naziri İstanbul Texniki Universitetinin rektoru ilə görüşüb
23 Aprel 11:21
“Sağlam məktəbli” layihəsi çərçivəsində keçirilən görüşdə Lənkəran və Ağdaş məktəblilərinə qida təhlükəsizliyi ilə əlaqədar məlumat verilib
23 Aprel 11:16
Fərid Şəfiyev: Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi müasir dövrün tələblərinə cavab verən düşüncə mərkəzi olacaq
23 Aprel 11:13
Bakıda 3-cü Qlobal Sağlamlıq Turizm Forumu öz işinə başlayıb
23 Aprel 11:02
Bakı Rusiya elitasının May bayramı günlərində istirahət etdiyi 5 məkandan biridir
23 Aprel 10:48
Daha iki qurumun rüsum ödənişləri “ASAN ödəniş” sisteminə inteqrasiya olunub
23 Aprel 10:38
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
23 Aprel 10:22
Müdafiə Nazirliyi: Düşmən sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub
23 Aprel 10:17
Neftçalada orta məktəbə Milli Qəhrəman Samid İmanovun adı verilib
23 Aprel 10:15
Banklar Assosiasiyasının sədri: Növbəti həftədən kreditlərin restrukturizasiyası həyata keçiriləcək
23 Aprel 10:14
Azərbaycana Çin və Yaponiyadan da turist axını artıb
23 Aprel 09:31
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar büdcə gəlirlərinin və ölkənin maliyyə imkanlarının artmasına səbəb olub
23 Aprel 09:29
“Uğurlu sosial siyasətin yeni hədəfləri”
23 Aprel 09:27
“Qarayaxma kampaniyası aparanlar eyni mərkəzdən idarə olunurlar”

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA