Ana səhifə »  KİVDF »  Sahibkarlar regionların sosial-iqtisadi inkişafı prosesində yaxından iştirak edirlər
A+   Yenilə  A-
Sahibkarlar regionların sosial-iqtisadi inkişafı prosesində yaxından iştirak edirlər

Dövlətin verdiyi güzəştli kreditlər nəticəsində ölkə sahibkarları bölgələrdə yeni sənaye müəssisələri yaradırlar
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının uğurla həyata keçirilməsi nəticəsində Azərbaycanda bütün sahələrin hərtərəfli inkişafı təmin edilib. Bu mənada respublikamızın bölgələrinin də sosial-iqtisadi inkişafı xüsusilə diqqətəlayiqdir. 2004-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində ölkəmizin bölgələri hərtərəfli inkişaf edir, infrastruktur yenilənir, sosial obyektlər, yollar, körpülər, sənaye müəssisələri tikilib istifadəyə verilir. Bütün bunlar bölgələrin simasını əhəmiyyətli dərəcədə dəyişdirməklə yanaşı, əhalinin rifahını da xeyli yüksəldir. Çünki açılan müəssisələr yeni iş yerlərinin yaradılması deməkdir. Son illərdə isə açılan müəssisələrin böyük əksəriyyəti regionların payına düşür.
Regionların inkişafı prosesində sahibkarların da rolu böyük əhəmiyyət kəsb edir. Dövlətin sahibkarlara göstərdiyi güclü dəstək sayəsində iş adamları bölgələrin sosial-iqtisadi inkişafında yaxından iştirak edirlər. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun verdiyi güzəştli kreditlər nəticəsində iş adamları həm aqrar sahədə, həm də sənaye sahəsində yeni müəssisələr yaradırlar. Təkcə iyun ayında Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bir neçə rayonda sahibkarlara güzəştli kreditlər verilib. İyunun 30-da Qazax rayonunun Qazaxbəyli kəndində keçirilən işgüzar forumda Qazax və ətraf rayonlardan olan 65 sahibkara 8 milyon manat güzəştli kredit verilib. Kreditlər, əsasən, heyvandarlıq, çörək və un məmulatları, tikinti materialları, sönmüş əhəng, mebel istehsalı sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 400-dən çox yeni iş yerinin açılması mümkün olacaq. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, işgüzar forumun keçirilməsində məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Qazaxda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.
Doxsana yaxın sahibkarın iştirak etdiyi forumda Qazax rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”, kartofçuluq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının (o cümlədən balın sənaye üsulu ilə emalı müəssisəsinin), ət kəsimi və pendir istehsalı müəssisələrinin və 3 ulduz hotelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin bütün hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev deyib ki, 2016-cı ilin ötən dövrü ərzində 1252 sahibkara 71,6 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3 mindən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 5914 investisiya layihəsinin maliyyələşdirilməsinə 220,7 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarlarının, istixana təsərrüfatlarının, quşçuluq fabrikinin, cins iribuynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, süfrə sularının, tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib.
Forum çərçivəsində Qazax rayonunun Daş Salahlı kəndində güzəştli kredit ayrılmış və ildə 91 min ton sönmüş əhəng istehsal etmək gücündə olan zavodun tikinti işlərinə baxış keçirilib. Zavod fəaliyyətə başlayanda burada 350 nəfər işçi çalışacaq.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iyun ayında Lerik rayonunun Anbu kəndində də işgüzar forum keçirib. Forumda Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 59 sahibkara 516 min manat güzəştli kredit verilib. Bu kreditlər, əsasən, heyvandarlıq, arıçılıq, çörək istehsalı sahələrinin inkişafına yönəldiləcək. Kreditlərin reallaşdırılması hesabına 80-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq. Forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Lerikdə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.
Səksənə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Lerik rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, pendir, şirniyyat məhsullarının istehsalı, meyvə və balın sənaye üsulu ilə emalı və qablaşdırılması müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin bütün hissəsinin güzəştli kreditlər hesabına maliyyələşdiriləcəyi bildirilib.
Ümumilikdə, indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2891 investisiya layihəsinin maliyyələşdirilməsinə 105,6 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarı, cins heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, çörək zavodlarının, meyvə-tərəvəz emalı, tikinti materialları, süfrə suları, mebel istehsalı müəssisələrinin, çayçılıq, üzümçülük, intensiv bağçılıq təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 10 min 500-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb. Forum çərçivəsində Lerikdə güzəştli kredit ayrılmış və gün ərzində 6 ton çörək istehsal etmək gücü olan müəssisəyə və illik istehsal gücü 3,5 min ton olan quşçuluq fabrikinə baxış keçirilib.
Ağsu rayonunun Muradlı kəndində keçirilən sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forumda isə güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib. Ümumilikdə, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1800-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 64,3 milyon manat güzəştli kredit verilib. Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərinin, ixtisaslaşdırılan “Yaşıl market”in, çörək zavodunun, quşçuluq fabrikinin, heyvandarlıq komplekslərinin, üzümçülük, bağçılıq təsərrüfatlarının, tikinti materialları istehsalı müəssisəsinin yaradılması və sair sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 5100-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.
İşgüzar forum çərçivəsində Ağsu və ətraf rayonlardan olan 51 sahibkara 371 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən heyvandarlıq, kartofçuluq, bağçılıq, arıçılıq sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 50-dən çox yeni iş yerinin açılması mümkün olacaq. Forumda vurğulanıb ki, əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, respublikanın 19 rayonunda 40 min hektardan artıq sahədə 30 iri fermer təsərrüfatı yaradılır. Bu təsərrüfatların yaradılmasına 72,4 milyon manat güzəştli kredit verilib.
İyun ayı ərzində belə bir tədbir Saatlı rayonunda da baş tutub. Saatlıda keçirilən forumda rayonda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib. 100-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, iri fermer, intensiv bağçılıq, cins heyvandarlıq və tərəvəzçilik təsərrüfatlarının, çörək istehsalı və süd emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb. Ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 12300-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 482 milyon manat güzəştli kredit verilib. Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, quşçuluq fabriklərinin, cins heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, quru meyvə, tikinti materiallarının istehsalı müəssisələrinin, iri fermer, üzümçülük, intensiv bağçılıq təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib.
İşgüzar forum çərçivəsində Saatlı və ətraf rayonlardan olan 86 sahibkara 620 min manat güzəştli kredit verilib. Kreditlər əsasən pambıqçılıq, heyvandarlıq, quşçuluq və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 90 yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Saatlıda güzəştli kredit ayrılan pambıqçılıq üzrə iri fermer təsərrüfatında aparılan işlərə baxış keçirilib. Ümumilikdə indiyədək pambıqçılığın inkişafı ilə bağlı 270-ə yaxın sahibkara 59,4 milyon manat, o cümlədən 5 iri fermer təsərrüfatına 23 milyon manat, 250-dək kiçik və ortahəcmli pambıqçılıq təsərrüfatına 2,6 milyon manat, pambığın ilkin emalı ilə bağlı 7 sahibkara 3,8 milyon manat və müasir texnologiyalara əsaslanan 7 tekstil fabrikinə 30 milyon manat güzəştli kredit verilib.
Göründüyü kimi, sahibkarlara dövlət dəstəyi nəticəsində iş adamları bölgələrin inkişafında yaxından iştirak edirlər. Bunun nəticəsində regionlarda həm yeni müəssisələr, həm də xeyli sayda iş yerləri açılır.
Nardar BAYRAMLI

 
  • Oxunub:  8580  |  
  • Tarix:  02-07-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yeni müəssisələrin işə düşməsi Azərbaycanda sənayenin inkişafına güclü təkan verib

25 Aprel 21:26
Azərbaycanın cinayətkarlıqla mübarizə sahəsində həyata keçirdiyi tədbirlər ABŞ tərəfindən müsbət qiymətləndirilir
25 Aprel 21:23
“ASAN xidmət”də beynəlxalq tərəfdaşlarla görüş keçirilib
25 Aprel 21:14
Elçin Əhmədov: ermənilərin Azərbaycana və Türkiyəyə qarşı əsassız iddiaları beynəlxalq hüququn prinsiplərinə ziddir
25 Aprel 20:30
Birinci vitse-prezident Mehriban Əliyeva Buzovnadakı 229 saylı uşaq bağçasında, Mərdəkandakı gimnaziyada və 32 saylı Laçın rayon məktəbində mövcud şəraitlə tanış olub
25 Aprel 20:24
Təhsil Nazirliyində “Cisco” şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub
25 Aprel 20:16
Mahsa Mehdizadə: XX əsrin əvvəllərində erməni quldurları Arazın cənubunda 150 mindən çox müsəlman-türkü qətlə yetirib
25 Aprel 20:06
Akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümünü Suraxanıda təntənəli şəkildə qeyd edilib
25 Aprel 20:00
Çingiz Hüseynzadə: Yay aylarında bütün idman növləri üzrə kurslar təşkil etməyi planlaşdırırıq
25 Aprel 19:46
Ədliyyə Nazirliyində CISCO şirkətinin nümayəndə heyəti ilə görüş olub
25 Aprel 19:38
Bakıda “Dinlərarası dialoq və radikalizmlə mübarizə” mövzusunda beynəlxalq konfrans keçirilir
25 Aprel 19:37
Təhsil naziri “Bir kəmər, bir yol” ikinci beynəlxalq əməkdaşlıq forumunda iştirak edib
25 Aprel 19:20
Kənd təsərrüfatı naziri Qəbələdə fermerlərlə görüşüb
25 Aprel 19:15
XİN: Rəsmi Bakı Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası prosesini ən qısa müddətdə başa çatdırmağa hazırdır
25 Aprel 19:13
Formula 1 SOCAR Azərbaycan Qran-Prisi ərəfəsində avtomobil həvəskarları üçün yeni sayt istifadəyə verilib
25 Aprel 19:04
Məmməd Musayev: Azərbaycanda güclü sahibkarlar sinfi formalaşıb
25 Aprel 17:50
Nəsiminin yubileyi Budapeştdə qeyd olunub
25 Aprel 17:42
Nurlana Əliyeva: Zərifə Əliyeva bütün insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaradıb
25 Aprel 17:29
Azərbaycan öz qəti və ardıcıl mövqeyini saxlayır – danışıqlar indiki formatda davam etdirilməlidir
25 Aprel 17:21
Üç ayda dəniz limanlarında 2 milyon tonluq yükləmə-boşaltma işləri həyata keçirilib
25 Aprel 17:19
Mədəniyyət naziri Cenevrədə beynəlxalq konfransda iştirak edib
25 Aprel 17:17
Akademik Zərifə Əliyevanın adı Azərbaycanda hər zaman fəxrlə, sonsuz qürur hissi ilə səslənir
25 Aprel 17:11
“Azərpoçt” ötən üç gündə 8 milyon manatdan çox kompensasiya ödəyib
25 Aprel 17:07
İçərişəhər DTMQİ: Sosial şəbəkələrdə İçərişəhərlə bağlı yayılan fotogörüntülər həqiqətə tamamilə ziddir
25 Aprel 17:04
Polad Bülbüloğlu: Bakı əslində Qəhrəman şəhərdir
25 Aprel 16:58
Veteranlar Heydər Əliyev Mərkəzini ziyarət ediblər
25 Aprel 16:48
Malik Həsənov: Azərbaycan dünyada güclü və nüfuzlu dövlət kimi tanınır
25 Aprel 16:45
YAP Laçın rayon təşkilatı akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirib
25 Aprel 16:39
Milli Olimpiya Komitəsində atletika məşqçilərinin təltif edilməsi mərasimi olub
25 Aprel 16:36
YAP Saatlı rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirildi
25 Aprel 16:33
Ankara Ticarət Palatasının nümayəndələrinə türk iş adamları ilə birgə üçüncü ölkələrdə biznes qurmaq təklif edilib
25 Aprel 16:31
Jan-Kristof Posel: Azərbaycan müxtəlif sivilizasiyalara məxsus insanların sülh şəraitində yaşaya biləcəyini göstərən ən gözəl nümunədir
25 Aprel 16:14
Azərbaycanlı paralimpiyaçı dünya kubokunda qızıl medal qazanıb
25 Aprel 16:09
“Jewish Journal” nəşrində minlərlə yəhudini Holokostdan xilas etmiş azərbaycanlı haqqında məqaləsi dərc olunub
25 Aprel 16:07
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının müəllim və tələbə heyəti ilə görüş olub
25 Aprel 16:01
Mübariz Qurbanlı: Azərbaycanda multikultural dəyərlər dövlət səviyyəsində qorunur
25 Aprel 15:58
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
25 Aprel 15:49
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun 50 illik yubileyi münasibətilə tədbir keçirilib
25 Aprel 15:44
Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi diqqət mərkəzində saxlanılır
25 Aprel 15:35
Formula-1 SOCAR Azərbaycan Qran-Prisi öncəsi pit-yolu gəzintisi təşkil olunub
25 Aprel 15:27
YAP Qadınlar Şurasının kollektivi akademik Zərifə Əliyevanın məzarını ziyarət edib
25 Aprel 15:04
Paytaxt məktəbliləri beynəlxalq konfransda
25 Aprel 15:01
Ölkəmiz 83-cü Florensiya Beynəlxalq Əl İşləri Sərgisində təmsil olunur
25 Aprel 14:50
Qadınlar İKT-də Beynəlxalq Gününə həsr edilən respublika elmi-praktik konfransı keçirilib
25 Aprel 14:45
Nizami rayonunda akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi anılıb
25 Aprel 14:43
“Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresi keçiriləcək
25 Aprel 14:39
Dövlət Gömrük Komitəsi Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransında təmsil olunur
25 Aprel 14:27
Azərbaycanla Çinin enerji sahəsində əlaqələrinin genişləndirilməsi perspektivləri müzakirə olunub
25 Aprel 14:24
Nazir: TANAP və TAP böyük bir coğrafiyada enerji təhlükəsizliyinin təminatına, qarşılıqlı faydalı əməkdaşlığa töhfə verir
25 Aprel 14:20
Bu gün F1 pilotlarının Bakıda mətbuat konfransı keçiriləcək
25 Aprel 14:16
YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
25 Aprel 14:12
Azərbaycan Prezidentinin Çin rəsmiləri ilə görüşləri yerli KİV-lər tərəfindən geniş işıqlandırılıb
25 Aprel 14:11
“Digital HUB” proqramı çərçivəsində “AzerTelecom” və “China Telecom” strateji anlaşma memorandumu imzalayıb
25 Aprel 13:22
YAP Gənclər Birliyinin nümayəndəsi Qazaxıstanın Türküstan şəhərində “Türk Şurası Gənclərinin II Forumu”nda iştirak edir
25 Aprel 12:46
Azərbaycan İlahiyyat İnstitutunda “Rusiyada İslam tarixi” kitabının təqdimatı olub
25 Aprel 12:43
Azərbaycanın ABŞ-dakı səfirliyi Kolorado Senatına ölkəmizlə bağlı yol verilmiş yanlışlıqların aradan qaldırılmasına çağıran məktublar göndərib
25 Aprel 12:18
Heydər Əliyev Beynəlxalq Aeroportu “Sky Travel Awards” versiyası üzrə ən yaxşı aeroport seçilib
25 Aprel 12:15
Azərbaycan İlahiyyat İnstitutu ilə Moskva İslam İnstitutu arasında əməkdaşlıq əlaqələri qurulur
25 Aprel 12:14
Formula 1 azarkeşləri bu gündən yarış məkanına daxil ola biləcəklər
25 Aprel 11:55
Bu gün Azərbaycanda Sahibkarlar Günüdür
25 Aprel 11:53
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri 7-ci Baltik Aqroforumunda iştirak ediblər
25 Aprel 11:46
Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə keçirilən IV SOCAR Forumu başa çatdı
25 Aprel 11:39
Azərbaycan Prezidenti İlham Əliyev "China Poly Group" Korporasiyasının sədri ilə görüşüb
25 Aprel 11:28
Prezident İlham Əliyev Pekində “China National Electric Engineering” şirkətinin prezidenti ilə görüşüb
25 Aprel 11:02
Nazir müavini: Ölkədə 990 mindən çox sahibkar fəaliyyət göstərir
25 Aprel 10:58
Kiçik yaşlı yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyi start götürüb
25 Aprel 10:50
Aprelin 25-i Beynəlxalq DNT Günüdür
25 Aprel 10:43
AZƏRTAC 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalının rəsmi media tərəfdaşı olub
25 Aprel 10:40
Hərbi Hava Qüvvələrinin aviasiya bazasının yeni komanda məntəqəsinin açılışı olub
25 Aprel 10:37
“Sky Sport” televiziya kanalının saytında oxuculara Formula 1 Azərbaycan Qran-Prisi barədə məlumat verilib
25 Aprel 10:17
Ermənistan ordusu sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA