Ana səhifə »  KİVDF »  Regionlarda özəl bölmənin inkişafına hərtərəfli dəstək göstərilir
A+   Yenilə  A-
Regionlarda özəl bölmənin inkişafına hərtərəfli dəstək göstərilir

2016-cı ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən əksəriyyəti bölgələrdə olmaqla 1252 sahibkara 71,6 milyon manat güzəştli kredit verilib və yeni layihələr hesabına 3 mindən çox iş yerinin açılmasına imkan yaranıb
Azərbaycanın regionlarının davamlı və hərtərəfli inkişaf strategiyasında özəl bölmənin potensialının daha da artırılması mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Respublikamızda 2004-cü ildən etibarən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarında özəl bölmənin inkişafının təşviq edilməsinə, sahibkarlıq subyektlərinə texniki dəstək göstərilməsinə, onların maliyyə təminatının gücləndirilməsinə yönələn tədbirlərə geniş yer verilib. Zamanında respublikanın bütün bölgələrində iqtisadiyyatın neftdənkənar sahələrinin, o cümlədən də özəl bölmənin inkişafının stimullaşdırılması bu gün etibarlı platforma qismində çıxış edərək ölkəmizin yeni qlobal çağırışlara yüksək dayanıqlılığına möhkəm təminat yaradır.
Azərbaycanda özəl bölmənin inkişafına göstərilən dövlət qayğısı çoxşaxəlidir
Respublikamızda Prezident İlham Əliyevin bəyan etdiyi “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından keçir” tezisinə uyğun olaraq dövlət bu sahənin inkişafına həm siyasi, həm də maddi dəstək verir. Özəl bölmənin inkişaf etdirilməsi məqsədilə özəlləşdirmə həyata keçirilib, ayrıca proqramlar qəbul edilib, hüquqi-qanunvericilik bazası möhkəmləndirilib. Ölkədə sahibkarlığın inkişafının təşviq edilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu təsis edilib. Son bir ildə fond tərəfindən 5243 sahibkara 248,5 milyon manat güzəştli kredit verilib. Kreditlərin 40 faizi büdcə, 60 faizi isə qaytarılmış vəsaitlər hesabına verilib.
Respublikada sahibkarlığın inkişafına digər vasitələrlə də dəstək verilir. Son illərdə 256 sahibkarın Almaniyada iqtisadi kooperasiya üzrə ixtisas artırması təşkil olunub. Təkcə 2015-ci ildə sahibkarların maarifləndirilməsi, onlara metodiki köməyin, məsləhət və informasiya xidmətlərinin göstərilməsi məqsədilə ölkədə 3 mindən artıq sahibkarın iştirakı ilə 132 tədbir keçirilib. Regionlarda sahibkarların uzun illərdir banklarda üzləşdikləri girov probleminin həlli üçün kiçikhəcmli güzəştli kreditlərin girovsuz verilməsi məqsədilə 32 bank olmayan kredit təşkilatı əməkdaşlığa cəlb edilib və onların vasitəsilə 7 minədək fermerə 53 milyon manat kredit verilib. İnvestisiya imkanlarının təşviqi və yeni bazarlara çıxış məqsədilə 84-ü xaricdə olmaqla, 261 biznes forumu, sərgi, “dəyirmi masa” və bu qəbildən olan digər tədbirlər keçirilib. Bəhs olunan tədbirlərdə ölkənin investisiya mühiti təqdim olunub.
Göründüyü kimi, ölkəmizdə özəl bölmənin inkişafına göstərilən dövlət qayğısı çoxşaxəlidir. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində 2004-cü ildən etibarən respublikamızda sahibkarlara böyük dəstək göstərildiyini nəzərə çatdıraraq deyib: “Biz sahibkarlığın inkişafına böyük dəstək vermişik. Güzəştli şərtlərlə 1,7 milyard manat kreditlər verilmişdir. Əgər biz bu ili də nəzərə alsaq, 2 milyard manat təşkil edəcəkdir”.
Təbii ki, yeni dövr yeni yanaşmalar tələb edir. Respublikamızda xarici mənfi təsirlər nəticəsində yaranan yeni şəraitdə sahibkarlıq subyektlərinin fəaliyyətinin dəstəklənməsi məqsədilə əlavə tədbirlər həyata keçirilir, müvafiq islahatlar aparılır. Dövlət başçısının müəyyənləşdirdiyi yeni iqtisadi kurs iqtisadiyyatın neftdənkənar sahələrinin, o cümlədən də özəl bölmənin üstün inkişafının təmin edilməsinə geniş imkanlar açır. Prezident İlham Əliyevin ölkədə yaranmış yeni şəraitdə biznes mühitinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vergi bazasının genişləndirilməsi yolu ilə sahibkarların vergi yükünün azaldılması, qeyri-formal iqtisadiyyatın leqallaşdırılması ilə bağlı müəyyənləşdirdiyi hədəflər xüsusi aktuallıq daşıyır. Dövlət başçısının ölkədə biznes mühitinin yaxşılaşdırılmasına hesablanan başqa bir tələbi gömrük rəsmiləşdirilməsinin və bütün idxal-ixrac əməliyyatlarının tam şəffaf aparılması, inhisarçılığın qarşısının alınması ilə bağlıdır. Bundan başqa, Prezident İlham Əliyevin siyasi iradəsi əsasında sahibkarlıq subyektlərində yoxlamalar 2 il müddətinə dayandırılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsinə başlanılıb.
Davamlı dövlət qayğısı özəl bölmədə diqqətəlayiq uğurların əldə olunması ilə nəticələnib
Respublikamızda özəl bölməyə göstərilən dövlət dəstəyi bu sahədə diqqətəlayiq uğurların əldə olunması ilə nəticələnib. Son 12 ildə ölkə üzrə məşğulluqda və vergi daxilolmalarında özəl bölmənin çəkisi 70 faizi ötüb. Ölkəmizdə sahibkarlıq subyektlərinin sayı 2004-cü illə müqayisədə 2,6 dəfə artaraq 386 minə çatıb.
Ölkədə sahibkarlığın dəstəklənməsinin güclü potensiala malik aqrar sektorun və bütövlükdə regionların inkişafında mühüm rol oynadığını ayrıca qeyd etmək lazımdır. Sahibkarlıq subyektlərinin artması sayəsində regionlardan vergi daxilolmaları əhəmiyyətli dərəcədə çoxalılb, həmçinin xərclərini yerli gəlirlər hesabına maliyyələşdirən şəhər və rayonların sayı 6-ya çatıb. Ümumiyyətlə, son 12 ildə ölkə üzrə sahibkarlara verilən kreditlərin 78 faizi, açılan iş yerlərinin isə 81 faizi regionların payına düşüb.
Ölkəmizdə yaradılan aqrar-sənaye müəssisələri uğurla fəaliyyət göstərir. Son illərdə dövlətin güzəştli kreditləri hesabına əksəriyyəti regionlarda olmaqla 43 müasir quşçuluq və 25 heyvandarlıq kompleksinin, 39 intensiv bağçılıq təsərrüfatının, 53 logistik mərkəzin və 22 taxıl anbarının, 16 meyvə-tərəvəz emalı, 9 süd emalı, 8 ət emalı müəssisəsinin, 28 çörək zavodunun, 46 istixana kompleksinin, 6 yem zavodunun və digər müasir müəssisələrin yaradılması aqrar sektorda dönüşün əldə olunmasına, ixrac potensialının artmasına, idxaldan asılılığın azalmasına səbəb olub.
Azərbaycanda sahibkarlığın dəstəklənməsi sayəsində regionlarda yeni kənd təsərrüfatı sistemi formalaşmaqdadır ki, bu da istər bütövlükdə ölkənin iqtisadi inkişafı, istərsə də ərzaq təminatının daxili istehsal hesabına təmin olunması baxımından çox önəmlidir. Regionlarda sahibkarlığın dəstəklənməsi dünya miqyasında təsdiqini tapan qabaqcıl təcrübənin ölkəmizin aqrar sektorunda da geniş şəkildə tətbiqinə imkan yaradıb. Bu baxımdan respublikanın müxtəlif bölgələrində iri fermer təsərrüfatlarının yaradılması diqqətəlayiq haldır. Dövlət Torpaq Fondunun hesabına iri fermer təsərrüfatlarının yaradılması respublikamızda kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını stimullaşdırmaq və əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədi daşıyır. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq hazırda Ağcabədi, Beyləqan, Kürdəmir, Ağsu, İmişli, Hacıqabul, Cəlilabad, Salyan, Xaçmaz, Füzuli, Saatlı və digər rayonlarda iri fermer təsərrüfatları yaradılır. İndiyədək 19 rayonda 40 min hektardan artıq sahədə 29 iri fermer taxılçılıq təsərrüfatının yaradılması başa çatıb və məhsuldarlıq hər hektardan 58-60 sentner təşkil edir. Şəmkir və Xaçmaz rayonlarında yaradılan aqroparklarda birinci mərhələ üzrə işlər yekunlaşmaq üzrədir.
Yeni iqtisadi şəraitdə regionlarda özəl bölmənin dəstəklənməsi daha intensiv hal alıb
Yeni iqtisadi şəraitdə ölkəmizin regionlarında sahibkarlara dəstək tədbirləri daha intensiv hal alıb. Ölkə miqyasında özəl bölmənin dəstəklənməsinin hüquqi bazasının möhkəmləndirilməsi ilə paralel surətdə, sahibkarlıq subyektlərinin maliyyə təminatının gücləndirilməsi istiqamətində də intensiv tədbirlər həyata keçirilir. Sahibkarlığa Kömək Milli Fondu regionlarda sahibkarlığın inkişafının dəstəklənməsi tədbirləri çərçivəsində bölgələrdə ardıcıl surətdə işgüzar forumlar keçirir. Cari il iyunun 30-da Qazax rayonunun Qazaxbəyli kəndində keçirilən işgüzar forumda Qazax və ətraf rayonlardan olan 65 sahibkara 8 milyon manat güzəştli kredit verib. Bu kreditlərin reallaşdırılması hesabına 400-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
Forumda çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev deyib ki, 2016-cı ilin ötən dövrü ərzində 1252 sahibkara 71,6 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3 mindən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 5914 investisiya layihəsinin maliyyələşdirilməsinə 220,7 milyon manat güzəştli kredit verilib.
Sahibkarlığa Kömək Milli Fondunun cari il iyun ayının son ongünlüyündə Lerik rayonunun Anbu kəndində keçirdiyi işgüzar forumda isə Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 59 sahibkara 516 min manat güzəştli kredit verilib. Bu kreditlər, əsasən, heyvandarlıq, arıçılıq, çörək istehsalı sahələrinin inkişafına yönəldiləcək. Kreditlərin reallaşdırılması hesabına 80-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq. Səksənə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Lerik rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, pendir, şirniyyat məhsullarının istehsalı, meyvə və balın sənaye üsulu ilə emalı və qablaşdırılması müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin bütün hissəsinin güzəştli kreditlər hesabına maliyyələşdiriləcəyi bildirilib.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  9570  |  
  • Tarix:  06-07-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Avrasiyada strateji nəqliyyat mərkəzinə çevrilir

25 İyun 20:17
Gədəbəy rayonunda ilk dəfə Milli Yaylaq Festivalı keçiriləcək
25 İyun 19:54
AŞPA-nın komitə iclasında azərbaycanlı deputatın məruzəsi qəbul olunub
25 İyun 19:38
AŞPA-da azərbaycanlı deputat İstanbul Konvensiyasından danışıb
25 İyun 19:35
AŞPA-da azərbaycanlı mülki girovların məsələsi müzakirə olunub
25 İyun 19:20
İsrail qəzeti: Azərbaycanda yəhudilər cəmiyyətin ayrılmaz bir hissəsi kimi qəbul edilir
25 İyun 18:15
Rauf Əliyev: Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə tam hazırdır
25 İyun 18:00
Hüseynbala Mirələmov: Prezidentimizin uğurlu kadr islahatları dövlət idarəçiliyinin təkmilləşdirilməsinə xidmət edir
25 İyun 17:41
Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın yekunlarına dair protokol imzalanıb
25 İyun 17:37
Azərbaycan qadınları ictimai həyatın bütün sahələrində fəallıqları ilə seçilirlər
25 İyun 17:34
Terri Miller: Azərbaycan “İqtisadi Azadlıq İndeksi”ndə ən böyük irəliləyiş edən ölkədir
25 İyun 17:30
Naxçıvanda taxıl biçini mütəşəkkil aparılır
25 İyun 17:23
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün həssas qrupların sosial müdafiəsi ilə bağlı yeniliklər
25 İyun 17:20
Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib
25 İyun 17:13
Səmərəli və məsuliyyətli dövlət qurumlarının inkişafı
25 İyun 17:09
Gövhər Baxşəliyeva: Sosialyönümlü sənədlərin hər biri Azərbaycan vətəndaşının rifahının yüksəldilməsinə xidmət edir
25 İyun 17:06
Qarabağ qazisi Kamil Musəvi İlahiyyat İnstitutunun tələbələrinə döyüş yolundan danışıb
25 İyun 17:02
Cavanşir Paşazadə: Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər uğurla davam etdirilir
25 İyun 17:00
Adil Əliyev: Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına cavab verən səviyyədə formalaşıb
25 İyun 16:51
Avropa Şurası kürsüsündən yalan və saxtakarlığın Ermənistanın real sifəti olması bəyan edildi
25 İyun 16:46
Çinin vitse-prezidenti: Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi Qlobal Bakı Forumu çox əhəmiyyətlidir
25 İyun 16:36
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Oğuzda, nazirin birinci müavini Qəbələdə vətəndaşları qəbul edib
25 İyun 16:34
Gədəbəy rayonunun daha üç yaşayış məntəqəsinə təbii qaz verilib
25 İyun 16:21
Səməd Seyidov: Etnik təmizləmə aparan, monoetnik ölkə demokratiyadan danışa bilməz
25 İyun 16:12
İşçilərin məzuniyyət hüquqları barədə işəgötürənlərə ətraflı məlumatlar verilib
25 İyun 16:00
Çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsinə dair Fərmanın icrası davam etdirilir
25 İyun 15:55
Nazir: Azərbaycan və Monteneqro arasında mövcud olan ticarət əlaqələrinə yeni seqmentlər əlavə edilməlidir
25 İyun 15:51
UNEC-də vahid tələbə kartı tətbiq olunacaq
25 İyun 15:45
Prezident İlham Əliyev Ramil Usubovu Təhlükəsizik Şurasının katibi vəzifəsinə təyin olunması münasibətilə qəbul edib
25 İyun 15:41
“Moskva 24” telekanalı Rusiya Azərbaycanlı Gənclər Birliyinin 10 illiyinə həsr olunmuş tədbirdən reportaj hazırlayıb
25 İyun 15:22
Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədrlərinin görüşü olub
25 İyun 15:15
Milli Ordu: dövlətin güc, millətin qürur mənbəyi
25 İyun 15:13
Tanınmış alim və pedaqoq Şirməmməd Hüseynov son mənzilə yola salınıb
25 İyun 15:07
2030-cu il Gündəliyi kontekstində hökumətin fəaliyyətinin qabaqcıl texnologiyaların gücü ilə əlaqələndirilməsi
25 İyun 15:04
Azərbaycan Monteneqronun əsas xarici investorlarından biridir
25 İyun 14:52
Müdafiə naziri Silahlı Qüvvələr Günü ərəfəsində xidməti müşavirə keçirib
25 İyun 14:49
Muxtar Babayev: "Abşeron ərazisində yaşıllıq azdır və yeni ağacların əkilməsinə ehtiyac var"
25 İyun 14:44
Yerli səviyyədə xidmətlərin səmərəli göstərilməsinin təkmilləşdirilməsi: çağırışlar və innovativ yanaşmalar
25 İyun 14:43
Azərbaycan Ordusu – qürur mənbəyimiz, şərəf tariximiz!
25 İyun 14:35
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi “ARMY-2019” sərgisində təmsil olunur
25 İyun 14:33
Şirməmməd Ağaməmməd oğlu Hüseynov
25 İyun 14:31
Gənclər üçün festivalın növbəti ünvanı Quba şəhəri olub
25 İyun 14:19
Azərbaycan və Monteneqro arasında beş yeni müqavilənin imzalanması üzrə iş aparılır
25 İyun 14:17
Berlində keçirilən beynəlxalq tədbirdə ölkəmiz də təmsil olunub
25 İyun 14:03
Alia El Yassir: BMT-nin Bakı Forumu dövlət xidmətlərinin daha səmərəli çatdırılmasına töhfə verəcək
25 İyun 14:01
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
25 İyun 13:55
Dövlət qulluqçularının düşüncə tərzinin dəyişdirilməsinə kömək edən strategiya, bilik və amillər
25 İyun 13:53
UNESKO-ya üzv ölkələrin Milli Komissiyalarının fəaliyyəti barədə illik hesabat dərc olunub
25 İyun 13:46
Azərbaycan Hökuməti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə sıx əlaqələrə malikdir
25 İyun 12:19
Bakıda Azərbaycan-Monteneqro biznes forumu keçirilib
25 İyun 12:16
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Çeçenistanın başçısı Ramzan Kadırovla görüşündən danışıb
25 İyun 12:11
Azərbaycanlı şagirdlərin daha bir uğuru
25 İyun 12:07
Azərbaycan atletləri “Minsk 2019”un beşinci günündə idmanın 8 növü üzrə mübarizə aparacaqlar
25 İyun 12:05
Müdafiə Nazirliyinin rəhbərliyi ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
25 İyun 12:02
Hikmət Şikarov: Azərbaycan Ordusu xalqın güvənc yeri və qürur mənbəyidir
25 İyun 11:29
BMT-nin Dövlət Xidmətləri Forumu işini davam etdirir
25 İyun 11:25
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskvada Azərbaycan Mədəniyyəti Günündə iştirak edib
25 İyun 11:07
Liseylərin V və VII siniflərinə qəbul üzrə müsabiqə keçirilib
25 İyun 10:57
“Könüllü gömrükçü”lər Gömrük Komitəsinin müxtəlif strukturlarında fəaliyyətə başlayıblar
25 İyun 10:41
İsveçrəli deputat: məcburi köçkünlərin həyatı çətindir, onlar daha çox əziyyət çəkirlər
25 İyun 10:31
Killion Munyama: Məruzənin əsas məqsədi məcburi köçkünlərlə bağlı vəziyyəti öyrənməkdir
25 İyun 10:25
Respublika Günü, Silahlı Qüvvələr Günü və diplomatik xidmət orqanlarımızın 100 illiyi Vyanada qeyd edilib
25 İyun 10:22
Salim Al Busaidi: "ASAN xidmət" mürəkkəb və mükəmməl modeldir
25 İyun 10:07
Azərbaycan ilə Monteneqro arasındakı münasibətlər yüksək səviyyədədir
25 İyun 10:01
UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində “Dünya irsi. Gənc Peşəkarlar Forumu” işə başlayıb
25 İyun 09:59
Azərbaycanın “ASAN xidmət” modeli sayəsində Əfqanıstanda vətəndaşlara yüksək səviyyədə xidmət göstərilir
25 İyun 09:56
Xalqımızın mədəni irsinin dünyaya tanıdılması istiqamətində daha bir önəmli addım
25 İyun 09:55
YAP Sumqayıt şəhər təşkilatında “Nəsimi şeirlərinin ən yaxşı qiraətçisi” müsabiqəsinin ikinci turu keçirilib
25 İyun 09:54
Azərbaycanlılar “Gələcəyə baxış” Avrasiya Patent Universiadasının qalibi olublar
25 İyun 09:53
“Bəbirləri mühafizə edək!” düşərgəsi çərçivəsində futbol çempionatı təşkil edilib
25 İyun 09:51
Ağdaşda su və kanalizasiya şəbəkələrinin tikintisi yekunlaşıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+31 +36
gecə+22 +25