Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / / Azərbaycanı yüksək infrastruktur təminatına malik ölkəyə çevirmək mühüm vəzifə kimi müəyyənləşdirilib

Azərbaycanı yüksək infrastruktur təminatına malik ölkəyə çevirmək mühüm vəzifə kimi müəyyənləşdirilib

17.08.2016 [16:00]

Bölgələrin qazlaşdırılması ilə bağlı həyata keçirilən layihələr də bu baxımdan müstəsna əhəmiyyət kəsb edir və davamlı xarakter daşıyır
Sirr deyil ki, həyata keçirilən uğurlu daxili siyasət sayəsində ölkəmizin sosial-iqtisadi inkişafı intensiv xarakter daşıyır, əldə edilən nailiyyətlər bu inkişafın davamlı olacağına əminlik yaradır. Hazırda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi Azərbaycanın sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Digər tərəfdən, reallıqlar onu deməyə əsas verir ki, yeni mərhələdə iqtisadi sektorda ardıcıl islahatların davam etdirilməsi müəyyən olunmuş hədəflərə çatmağa imkan verəcək. Əlbəttə, ötən dövr ərzində qeyri-neft sektorunun inkişaf etdirilməsi, paytaxtda və regionlarda sosial və iqtisadi infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün tam şərait yaradır. Bunlarla yanaşı, yeni iqtisadi kursun fonunda sahibkarlığın inkişafına davamlı dəstək verilməsi, Azərbaycanın iş adamlarının, ilk növbədə, ölkəmizə sərmayə qoymalarının stimullaşdırılması və təmin olunması, daxili bazarda istehsal məhsullarının qiymətlərinin təbii yolla tənzimlənməsi üçün tədbirlər görülməsi, iqtisadi fəallığın artırılması və digər reallıqları da qeyd etmək lazımdır.
Ümumiyyətlə, institusional islahatlar, praqmatik tədbirlər davamlı iqtisadi inkişafın əsası qismində çıxış edir. Bu siyasətə uyğun olaraq ölkəmizdə qeyri-neft sektorunun mühüm bölməsi olan qeyri-neft sənayesinin inkişafına xüsusi əhəmiyyət verilir. Zəngin yerli xammal, nəhəng və çoxşəbəkəli sənaye kompleksinin imkanlarının səfərbər edilməsi sənaye sektorunun son illərdə keyfiyyət və kəmiyyət baxımından sıçrayışına təkan verib. Sənayenin strukturuna diqqət yetirdikdə qeyri-neft sənayesi sahələrinin artım tempinin daha yüksək olduğunu görmək mümkündür. Başqa sözlə, rəqabətədavamlı istehsal və emal müəssisələrinin yaradılması, yerli istehsalın stimullaşdırılması, sahibkarlara güzəştli maliyyə yardımı mexanizmlərinin gücləndirilməsi, habelə sənaye potensialının möhkəmləndirilməsi istiqamətində görülən işlər inkişaf dinamikasını qeyri-neft sektorunun xeyrinə dəyişib.
Respublikamızda modern inkişaf strategiyasının əsas hədəflərindən biri Azərbaycanı yüksək infrastruktur təminatına malik ölkəyə çevirməkdən ibarətdir. Bu baxımdan dövlət başçısının müvafiq fərmanları ilə təsdiqlənən və ölkəmizdə 2004-cü ildən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən layihələr respublikamızı infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri sırasına çıxarıb.
Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafının davamlılığının təmin edilməsi xüsusi diqqət mərkəzindədir. Azərbaycanın sürətli sosial-iqtisadi inkişaf dinamikasında regionların payı ilbəil artır. Bu da, ilk növbədə, bölgələrin ənənələri, inkişaf perspektivləri, əmək resursları və digər cəhətlər nəzərə alınmaqla qəbul edilən məqsədli Dövlət proqramları nəticəsində mümkün olur. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları bölgələrin tarazlı inkişafını şərtləndirir. Belə ki, Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib, çoxsaylı sənaye, kənd təsərrüfatı, xidmət, ticarət müəssisəsi fəaliyyətə başlayıb.
Ölkəmizin ümumi iqtisadi, sosial inkişafını şərtləndirən əsas amillər arasında mütləq şəkildə regionların inkişafını nəzərdə tutan konkret proqram və layihələrin rolu əvəzsizdir. Ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı sayəsində bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsinə nail olunub. Hazırda Azərbaycanın bütün rayonlarında böyük infrastruktur layihələri həyata keçirilir. Bölgələrin qazlaşdırılması ilə bağlı həyata keçirilən layihələr də bu baxımdan müstəsna əhəmiyyət kəsb edir və davamlı xarakter daşıyır.
Son 12 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər sırasında bölgələrin qazlaşdırılması ilə bağlı layihələrin əhəmiyyətini xüsusilə vurğulamaq lazımdır. Dövlət başçısının ölkənin qazlaşdırılması ilə bağlı qarşıya qoyduğu hədəflərə uyğun olaraq SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, eləcə də “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində mühüm tədbirlər həyata keçirilir.
Beləliklə, bölgələrdə qazlaşdırma prosesi uğurla davam etdirilməkdədir. Hətta indiyə qədər təbii qazla təmin edilməmiş kəndlər belə “mavi yanacaq”la təmin olunurlar. Ümumiyyətlə, bu istiqamətdə görülən işlər davamlı xarakter daşıyır. Yeri gəlmişkən, Kürdəmir rayonunda 221 yaşayış evinin olduğu Carlı kəndinə “mavi yanacaq” verilib. Kəndin qazlaşdırılmasında 25 min 456 metrlik müxtəlif diametrli metal və polietilen borulardan istifadə olunub. Avqustun 10-da kəndə təbii qazın verilməsi təntənəli mərasimlə qeyd olunub. Mərasimi açan rayon icra hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ağali Kərimli sakinləri təbrik edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə bölgələrdə, o cümlədən Kürdəmirdə həyata keçirilən sosial-iqtisadi layihələrdən, əhalinin sosial qayğılarının həllinə göstərilən diqqətdən danışıb. Rayon icra hakimiyyəti başçısının birinci müavini Tacəddin Novruzov mərasimdə çıxış edərək regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramından irəli gələn vəzifələrlə əlaqədar Kürdəmirdə görülən işlərdən, həyata keçirilən layihələrdən bəhs edib. Vurğulayıb ki, hazırda Muradxan, Mollakənd və Türkədi kəndlərində qazlaşdırma işləri davam edir. Yaxın vaxtlarda həmin yaşayış məntəqələrinə də təbii qaz veriləcək. Habelə ilin sonunadək Qarabucaq qəsəbə, Qarabucaq kənd, Qarasu və Qurdbayram kəndlərinin də qazlaşdırılması nəzərdə tutulub. Kənd sakinləri göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Sonda rəmzi məşəl alovlandırılıb, kəndə təbii qaz verilib. Qeyd edək ki, Kürdəmir rayonu üzrə 62 yaşayış məntəqəsindən Carlı kəndi də daxil olmaqla, 55-i qazlaşdırılıb.
Bundan başqa, Ağsu rayonunun Kalva kəndinə ilk dəfə təbii qazın verilməsi münasibətilə də tədbir keçirilib. Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Mikayıl İsmayılov, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev və ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 484 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 38 min 923 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərinə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Rövnəq Abdullayev son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb. Qeyd edib ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətli templərlə “mavi yanacaq”la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. SOCAR prezidenti respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Bundan başqa, Göyçay rayonunda kənd yaşayış məntəqələrinin qazlaşdırılması üçün görülən işlər də uğurla davam etdirilir. Hazırda Göyçay rayonunun bir sıra yaşayış məntəqəsinə metal və polietilen borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilir. Bəzi kəndlərdə isə mənzillərə qaz sayğacları və fərdi tənzimləyicilər quraşdırılır.
Göründüyü kimi, bölgələrdə qazlaşdırma prosesi uğurla davam etdirilir. Bütövlükdə, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafı infrastruktur layihələrinin uğurla reallaşdırılmasını təmin edib.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı proqramlara əlavə xarakteri daşıyan tədbirlər planları da yeni dövrün tələblərindən meydana çıxır, innovasiyaların tətbiqi zərurətindən yaranır. Bu gün bölgələrin hər bir guşəsində quruculuq işlərinin aparılması, yeni yolların çəkilməsi, su və kanalizasiya xətlərinin dəyişdirilməsi, qazlaşdırmanın aparılması, məktəb, xəstəxana və digər sosial obyektlərin istifadəyə verilməsi hazırkı müasir inkişaf mərhələsinin reallıqlarıdır. Azərbaycan inkişaf etdikcə ölkə qarşısında yeni proqressiv meyillərə uyğun sosial-iqtisadi məsələlər meydana çıxmaqdadır. Dövlət isə bütün bu tədbirləri də perspektiv inkişaf planında nəzərə alacaq, gələcəkdə daha yeni layihələrin hazırlanaraq həyata keçirilməsinə qərar verəcək.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 727 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30