Ana səhifə »  KİVDF »  Regionlarda ixracyönümlü məhsul istehsalına diqqət artırılır
A+   Yenilə  A-
Regionlarda ixracyönümlü məhsul istehsalına diqqət artırılır

Ölkəmizdən meyvə-tərəvəz məhsullarının ixrac həcmi 21,8 faiz artıb və 270,8 milyon ABŞ dolları təşkil edib
Yeni şəraitdə ölkəmizin ixrac imkanlarının artırılması baxımından regionlarda kənd təsərrüfatının potensialından səmərəli istifadə olunması böyük aktuallıq daşıyır. Azərbaycan yaxın və uzaq istehlak bazarlarına böyük həcmlərdə kənd təsərrüfatı məhsulları çıxarmaq imkanına malik olan ölkədir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev indiki mərhələdə ölkənin neft gəlirlərinin azalmasını qeyri-neft sektorunda, o cümlədən də aqrar sahədə yeni ixrac imkanlarının yaradılması ilə kompensasiya etməyi qarşıya mühüm vəzifə kimi qoyub. Hədəflənən nəticələrin əldə olunması məqsədilə hazırda regionlarda kənd təsərrüfatının ölkəmiz üçün yeni ixrac imkanları yaradacaq istiqamətlərinin intensiv şəkildə inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə ayrı-ayrı regionlarda zəruri tədbirlər həyata keçirilir. Bütün ölkəboyu fermerlərə güzəştli subsidiyaların artırılması, dövriyyəyə yeni torpaqların cəlb olunması, kollektiv təsərrüfatların yaradılması, zəruri texnikanın alınması, intensiv metodların tətbiqinə geniş meydan verilməsi aqrar sektorda yeni istehsal və ixrac imkanları yaradır.
Səmərəli təşviq mexanizminin yaradılması respublikanın ixrac imkanlarının artırılması baxımından böyük aktuallıq daşıyır
Ölkənin ixrac imkanlarının artırılmasına yönələn məqsədyönlü tədbirlər sırasında səmərəli təşviq mexanizminin yaradılmasının önəmini xüsusi qeyd etmək lazımdır. Ötən ildən yeni dövrün tələbinə uyğun olaraq ixracın təşviqi sisteminin işə salınması respublikanın ixrac imkanlarının artırılması baxımından böyük aktuallıq daşıyır. Məlum olduğu kimi, dövlət başçısı qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması, bu sahədə əlverişli şəraitin daha da genişləndirilməsi məqsədi ilə qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Prezident İlham Əliyevin qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı Fərmanda isə yerli məhsulların ixracı ilə bağlı bir sıra mühüm məsələlərin geniş spektri öz əksini tapıb. Qeyd olunan Fərmanda 2016-2020-ci illərdə Azərbaycan Respublikasında istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi istiqamətində əlavə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Fərmana əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal olunan və istehsal prosesində istifadə olunan yerli komponentlərin və Azərbaycan Respublikasının ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisindən, habelə ixrac olunan həmin məhsulların növündən asılı olaraq, Azərbaycan Respublikasının ərazisində qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi nəzərdə tutulur. Prezident İlham Əliyevin imzaladığı “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında müvafiq Fərman da həm sənayedə, həm də aqrar sektorda ixrac imkanlarının genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Dövlət başçısının Fərmanı ilə təsdiqlənən Qaydada müəyyən olunmuş dəstək tədbirlərindən istifadə etmək hüququna Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracatçısı olaraq Azərbaycan Respublikasında vergi ödəyicisi kimi uçota alınmış fiziki və hüquqi şəxslər malikdirlər. Fərmana əsasən, Qaydada müəyyənləşdirilən dəstək tədbirlərinin maliyyələşdirilməsi üçün 2016-cı ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə 3 (üç) milyon manat ayrılıb.
Bəlli olduğu kimi, ölkəmizin aqrar sektorunda kifayət qədər geniş ixrac potensialına malik istiqamətlərdən biri meyvəçilikdir. Bu da onunla şərtlənir ki, respublikamız bağçılıq üçün dünyanın ən əlverişli iqlim qurşağı üzərində yerləşir. Təbiətin bizə bəxş etdiyi bu imkandan istifadə edərək meyvəciliyi geniş inkişaf etdirə bilərik. Qeyd etmək yerinə düşər ki, meyvəçilik Azərbaycanda kənd təsərrüfatının ixtisaslaşmış sahələrindəndir. Ölkəmizdə tumlu meyvələr üzrə Quba-Xaçmaz, qərzəxli meyvələr (şabalıd, qoz, fındıq) üzrə Şəki-Zaqatala, çəyirdəkli (ərik, şaftalı) meyvələr üzrə Naxçıvan MR, quru subtropik meyvələr (nar, heyva) üzrə Kür-Araz, sitrus meyvələr (narıngi, portağal, feyxoa, limon) üzrə Lənkəran, cənub bitkiləri (əncir, zeytun, püstə, badam və s.) üzrə Abşeron yarımadası ixtisaslaşıb. Azərbaycanın ən iri meyvəçilik rayonu Qubadır. İstehsal olunan meyvənin 2/3 -ni Quba-Xaçmaz, 15 faizini isə Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi rayonları verir. Qərzəxli meyvələrin istehsalının 95 faizi Şəki-Zaqatala iqtisadi rayonunda cəmləşib. Kür-Araz və Yuxarı Qarabağda çoxlu tut ağacı var.
Qeyd olunanlardan da göründüyü kimi, Azərbaycanın qeyri-neft məhsulları üzrə ixrac imkanlarının artırılmasında meyvəçilik mühüm rol oynaya bilər. Bu sahədə Azərbaycana üstünlük qazandıran həm də o amildir ki, ölkəmizi əhatə edən regionun istehlak bazarları əsasən geni dəyişdirilmiş məhsullarla doldurulub. Ölkəmizdə isə müxtəlif növ meyvələr əsasən təbii şəraitdə yetişdirilir və yüksək keyfiyyəti ilə fərqlənir. Buna görə də xarici bazarlarda artıq yaxşı tanınan meyvələrimizin satışı ilə bağlı heç bir problem yoxdur.
Əlamətdar haldır ki, ölkənin qeyri-neft məhsulları ixracının strukturunda kənd təsərrüfatında istehsal olunan meyvə-tərəvəzin çəkisi getdikcə artır. İxrac dinamikası 2016-cı ildə də yüksək olub. Belə ki, ötən ilin 10 ayında 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə meyvə-tərəvəz məhsullarının ixrac həcmi 21,8 faiz artıb və 270,8 milyon ABŞ dolları təşkil edib.
Azərbaycandan xarici bazarlara ixrac olunan məhsullar sırasında nar xüsusi yer tutur. Ümumiyyətlə, son illərdə ölkəmizdə gəlirli sahə olan narçılığın inkişafına böyük diqqət göstərilir. Son 5 ildə Göyçayda nar bağlarının ümumi sahəsinin 3 dəfə artaraq 3620 hektara çatması bu sahənin perspektivindən xəbər verir. Hər il Göyçayda yetişən nar məhsulunun 40 faizi Rusiya bazarlarına göndərilir. Xarici ölkələrin istehlak bazarlarında respublikamızın ayrı-ayrı bölgələrində yetişdirilən xurma da yaxşı tanınır. Ötən il regionlarda, o cümlədən də Ağstafanın, Goranboyun, Balakənin və digər bölgələrin bağlarından yığılan keyfiyyətli xurma məhsulunun böyük hissəsi Rusiyanın istehlak bazarlarına göndərilib.
Xarici bazarlarda Azərbaycanda yetişdirilən keyfiyyətli fındığa böyük tələbat var
Xarici bazarlarda Azərbaycanda yetişdirilən yüksəkkeyfiyyətli fındığın satışı ilə də bağlı hər hansı bir problem yoxdur. Qəbələ fındıq emalı müəssisəsində emal olunmuş məhsullar əsasən Almaniya, İtaliya, İspaniya, Rusiya və Ukraynaya ixrac edilir. Yaxın perspektivdə ölkəmizdə fındıq istehsalının daha da artırılması hədəflənib. Xəbər verildiyi kimi, ötən il Prezident İlham Əliyev “İpəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamda “Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 mart tarixli Sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinə ayrılmış vəsait hesabına fındıq pöhrələrinin alınmasına 700 min manat vəsait ödənilməsi nəzərdə tutulub.
Ümumiyyətlə, respublikamızda ixrac potensialı yüksək olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı məqsədyönlü iş aparılır. Son illərdə köhnə fındıq bağlarının bərpası və yenilərinin salınması nəticəsində Zaqatala rayonunda mövcud fındıq bağlarının ümumi sahəsi 6 min 847 hektar artırılaraq 16 min 419 hektara çatdırılıb. Bu bağların 9 min 15 hektarı barverəndir. 2016-cı ildə fındıq bağlarından 9 min tona yaxın məhsul tədarük olunub. Təkcə ötən ilin payız mövsümündə Zaqatala rayonunun ərazisində 2 min 560 hektar sahədə yeni fındıq bağları salınıb. Yaxın illərdə rayon ərazisində 10 min hektar sahədə yeni fındıq bağlarının salınması nəzərdə tutulur.
Qax rayonunda da fındıqçılıq əhalinin əsas gəlir mənbələrindən biri hesab olunur. Hazırda rayonda mövcud fındıq bağlarının ümumi sahəsi 5041 hektardır. Bu bağların 4600 hektarı barverəndir. Dövlətimizin başçısının fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə hazırda Qax rayonunda da yeni fındıq bağlarının salınması istiqamətində iş aparılır. Yaxın illərdə rayon ərazisində 4 min hektar sahədə yeni bağların salınması nəzərdə tutulur.
Hazırda bölgənin ən iri fındıqçılıq rayonu sayılan Qəbələdə 3480 hektar bar verən fındıq bağı var. Son 3 ayda isə rayonun 20-yə yaxın kəndində əhali arasında geniş maarifləndirmə işləri aparılmaqla yanaşı, kütləvi şəkildə fındıq tinglərinin əkilməsi işləri həyata keçirilib. Qısa müddətdə rayonda 700 hektar sahədə yeni fındıq bağı salınıb. Mirzəbəyli, Zərgərli, Tikanlı, Nic, Mıxlıqovaq, Solqıca, Bum və digər kəndlərin sakinləri istifadə etdikləri və bələdiyyə mülkiyyətində olan boş torpaq sahələrini kol-kosdan təmizləyərək əraziyə fındıq tingləri əkiblər. Tinglər kəndlilərin fərdi təsərrüfatlarındakı mövcud fındıq bağlarından çıxarılaraq sakinlərə paylanılır. Bundan əlavə, “Gilan Holdinq” tərəfindən də rayonda böyük fındıq bağlarının salınması üçün tədbirlər görülüb. Bu ilin yaz aylarında rayonda daha 300 hektar sahədə fındıq bağının salınması üçün işlər davam etdirilir. Hər il rayonda 100-120 hektar sahədə yeni fındıq bağı salınırdısa, yeni plana uyğun olaraq, ümumilikdə Qəbələdə, 1000 hektar sahədə yeni bağın salınması qarşıya məqsəd qoyulub.
Qeyd edək ki, 2016-cı ildə Qəbələdə mövcud bar verən fındıq bağlarından 8 min 200 ton məhsul yığılıb. Kəndlilər məhsulu yerli bazarlara çıxarmaqla yanaşı, bir kiloqramını 5 manata fındıq qəbulu məntəqələrinə də satıblar.
Şabran rayonunda fındıq bağları yeni üsulla salınır. Rayonun Aygünlü kəndində salınan bağlarda İspaniya və Türkiyə təcrübəsindən istifadə olunur. Yeni üsulla salınan bağlarda fındıq ağacları arasındakı məsafə 50 santimetrə bərabərdir. Ənənəvi bağlarda isə bu göstərici 5-8 metr arasındadır.
On iki hektar ərazidə salınan bağdakı ağaclar damcı üsulu ilə suvarılacaq. Şimal regionunda ilk dəfə sınaqdan keçirilən əkin prosesində hər hektarda 3 mindən çox ting əkiləcək. Fındıq tingləri Şəki-Zaqatala bölgəsindən gətirilib.
Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktor müavini Vahid Əliyev yeni üsulla salınan bağlarda məhsuldarlığın ənənəvi bağlara nisbətən 3-4 dəfə çox olduğunu bildirir. Mütəxəssis qeyd edib ki, yeni bağlara qulluq da fərqlidir. Əvvəllər fındıq bağlarına demək olar ki, aqrotexniki qulluq olunmurdu. Fermerlər yalnız ağacların suvarılması ilə kifayətlənirdi. Yeni salınan bağlarda əkilən ağaclar isə mütəmadi budanaraq formaya salınacaq, dərmanlama işləri aparılacaq. Üç ildən sonra yeni salınan bağlardan ilk məhsul əldə olunacaq.
Respublikada baramaçılığın şöhrəti geri qaytarılır
Respublikamızda tarixən gəlirli sahə olan baramaçılıq sahəsində zəngin ənənələr formalaşıb. Azərbaycanın 30-dan çox inzibati-ərazi vahidində, o cümlədən də Şəki-Zaqatala, Kür-Araz, Yuxarı Qarabağ və Naxçıvanın düzən və dağətəyi zonalarında yerli əhalinin baramaçılıq sahəsində zəngin təcrübəsi var. Prezident İlham Əliyevin yeni iqtisadi şəraitdə ixractutumlu məhsul istehsalının genişləndirilməsi istiqamətdə müəyyənləşdirdiyi məsələlərdən biri də baramaçılığın inkişaf etdirilməsi ilə bağlıdır. 2016-cı ilin əvvəlindən regionlarda baramaçılığın inkişafı ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ardıcıl işlər həyata keçirilib. Çin Xalq Respublikasından gətirilən 800 qutu və İran İslam Respublikasından alınan 750 qutu ipəkqurdu toxumu Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya edilərək respublikanın 23 rayonundan olan fermerlərə pulsuz paylanılıb. Stansiyada əlavə olaraq, daha 200 qutu ipəkqurdu toxumu inkubasiya edilərək kümçülərin istifadəsinə verilib. Həyata keçirilən bu və digər tədbirlər nəticəsində barama istehsalı artıb. Əgər 2015-ci ildə ancaq bir rayonda - Şəkidə 200 kiloqramdan bir qədər çox barama istehsal edilibsə, ötən il 25 rayonda qısa müddətdə 70 ton barama istehsal olunub. Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyevin bildirdiyinə görə, 2018-ci ildən başlayaraq müəssisənin özündə yerli cinsdən olan barama toxumunun yetişdirilməsinə başlanılacaq və xaricdən toxum gətirilməsinə ehtiyac qalmayacaq.
Baramaçılıq sahəsində gələcək planlar daha genişdir
Respublikada gəlirli sahə olan baramaçılığın inkişafı ilə bağlı perspektiv planlar isə daha genişdir. Ötən mövsümdə yaş baramanın tədarük qiymətinin təxminən üç dəfə artırılaraq 3 manatdan 8 manata qaldırılması regionlarda bu sahəyə böyük maraq oyadıb. 2016-cı ildə dövlət dəstəyindən bəhrələnməklə baramaçılıqdan qısa müddətdə yaxşı qazanc götürən kümçülər cari ildə daha böyük həcmdə məhsul istehsal etməklə bağlı niyyətlərini bildirirlər. Respublikanın regionlarında baramaçılığın intensiv inkişafını şərtləndirən əsas amillərdən biri tut bağlarının genişləndirilməsidir. Verilən məlumata görə, hazırda Azərbaycanda 354 min tut ağacı var. Baramaçılığın intensiv inkişafına nail olmaq üçün bu rəqəm əhəmiyyətli dərəcədə artırılmalıdır. Hazırda bu məqsədlə zəruri tədbirlər həyata keçirilir. Ölkə ərazisində 1 milyon 600 min tut tingi əkilməsi nəzərdə tutulub. Mütəxəssislərin qənaətinə görə, tut bağlarının genişləndirilməsi ilə bağlı planlar reallaşdırılacağı təqdirdə ölkədə barama istehsalını 2015-ci ildəki 232 kiloqramdan 2019-cu ildə 1300 tona çatdırmaq mümkün olacaq. Təbii ki, buna müvafiq surətdə kümçülərin gəlirləri də artacaq.
Respublikamızda baramaçılığın etibarlı yem bazasının yaradılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi ilə Çin Xalq Respublikasının “Shandong Guangtong Silkworm Eggs Co” LTD şirkəti arasında imzalanmış tender müqaviləsinə əsasən ötən il dekabrın ilk günlərində ölkəmizə 1,5 milyon ədəd tut tingi gətirilib və 37 bölgəyə paylanılıb.
Kürdəmir rayonunda ixracyönümlü məhsullardan olan baramaçılığın inkişafı üçün möhkəm yem bazasının yaradılması istiqamətində tədbirlər görülür. Artıq payız mövsümü üçün nəzərdə tutulan yeni tut bağlarının salınması və köhnə bağların bərpası işləri başa çatdırılıb. Rayon ərazisində payız mövsümündə 46 min ədəd tut tingi əkilib. Bunun 40 mini Çindən alınan və Kənd Təsərrüfatı Nazirliyinin bölgüsü ilə rayona ayrılan tinglərdir. Həmin tinglər Muradxan, Karrar, Köhünlü, Mollakənd və digər ərazi nümayəndəliklərində əkilib.
Bundan başqa, daxili imkanlar hesabına əldə edilən 5 min ədəd tut tingi Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən dövlət meşə fondu torpaqlarında, habelə kümçülərə məxsus pay torpaqlarında əkilib.
Zərdab rayonunda baramaçılığın inkişafı üçün vacib olan möhkəm yem bazasının yaradılması xüsusi diqqət mərkəzində saxlanılır. Hazırkı mövsümdə yeni tut bağlarının salınması və köhnə bağların bərpası üçün görülən işlər müvəffəqiyyətlə yekunlaşıb. Qabaqcadan müəyyənləşdirilən yerlərdə 263 min 700 ədəd tut tingi əkilib. Əkilən tinglərin 250 min ədədi Çindən gətirilib və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən rayona ayrılıb. 13 min 700 ədədi isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilib. Tut tingləri rayonun, əsasən Qoşaoba, Çallı, Əlibəyli, Şıxbağı, İsaqbağı və bir sıra digər ərazi vahidlərində mütəxəssislərin nəzarəti ilə əkilib.
Ölkəyə gətirilən yeni tut tinglərindən 35 min ədədi İmişli rayonuna verilib. Yeni gətirilən tinglərin əkini üçün rayonun Göbəktala və Bəcirəvan kənd ərazi nümayəndəliyində kifayət qədər sahə ayrılıb.
Pambıqçılığın inkişafı ölkəyə valyuta daxilolmalarını əhəmiyyətli dərəcədə artıra bilər
Ötən ildən etibarən həmçinin respublikamızda yeni ixrac imkanları yarada biləcək texniki bitkilərin becərilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirilir. Son illərdə respublikanın bölgələrində yaradılan müasir infrastruktur, həmçinin aqrar sektorun zəruri texnika ilə təminatının gücləndirilməsi, yeni suvarma sistemlərinin yaradılması, genişmiqyaslı meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsi, toxumçuluğun inkişafına göstərilən diqqət digər gəlirli sahə olan pambıqçılıqda məhsuldarlığın artırılmasına geniş imkanlar açır.
Qeyd edək ki, hazırda 24 rayonda pambıqçılıq inkişaf edir. 2015-ci ildə 18 min hektardan cəmi 30 min ton pambıq yığılıb. 2016-cı ildə respublikanın müxtəlif bölgələrində 52 min hektarda pambıq əkini təmin edilib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari il yanvarın ilk ongünlüyü də daxil olmaqla ölkə üzrə pambıq tədarükü 88 min 596,9 ton təşkil edib. Pambıq tədarükünə görə hazırda Biləsuvar rayonu birinci yerdədir. Rayonun fermerləri tarlalardan 11966,7 ton “ağ qızıl” yığıblar. Saatlıda 11924,5 ton, İmişlidə 10096,9 ton, Ağcabədidə 8704,4 ton, Beyləqanda 7810 ton pambıq tədarük olunub.
Ölkəmizdə pambıqçılığın inkişaf perspektivləri isə daha genişdir. 2017-ci ildə ayrı-ayrı bölgələrdə 120 min hektar ərazidə pambıq əkilməsi nəzərdə tutulub. Qarşıya yeni texnologiyaların, yeni suvarma sistemlərinin tətbiqi sayəsində hər hektardan məhsuldarlığı indiki 20 sentnerdən minimum 30 sentnerə qaldırmaq kimi mühüm vəzifə qoyulub. Bu yolla 2017-ci ildə respublikada pambıq tədarükünü 300 min tona çatdırmaq realdır.
Tütünçülüyə diqqətin artması böyük perspektiv vəd edir
Yeni iqtisadi şəraitdə tütün kimi gəlirli sahəyə də diqqətin artırılması böyük perspektiv vəd edir. Tütünçülük respublikamızda əsasən Qax, Balakən, Zaqatala kimi rayonlarda geniş yayılıb. Hazırda respublikamızda tütünün əkini ilə 4 şirkət - “Araz” , “İntertabako” , “İlham”, “Tobako hause” MMC kimi qurumlar məşğul olur. Bu 4 şirkət məhsul istehsalçıları ilə müqavilə bağlayaraq ayrı-ayrı regionlarda tütün əkini həyata keçirir. 2016-cı ildə respublikamızda 2500 hektarda tütün əkilib və növbəti illərdə tütün əkilib-becəriləcək sahələr daha da genişləndiriləcək.
Respublikanın ən böyük tütünçülük rayonu sayılan Şəkidə bu sahənin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər artıq müsbət nəticə verməkdədir. Belə ki, 2016-cı ildə rayonda quru tütün istehsalı əvvəlki illə müqayisədə 632 ton artaraq 2440 ton təşkil edib. Tütün əkini sahələri isə 2015-ci illə müqayisədə 189 hektar artırılaraq 785 hektara çatdırılıb.
Ötən il rayonun təsərrüfatlarında əsasən iki növ - “İnter Tobacco” MMC tərəfindən “Virciniya” növlü ətirli tütün, fermerlərin özləri tərəfindən isə ənənəvi sortlardan olan “İtiyarpaq” tütün növü yetişdirilib. Mövsüm ərzində plantasiyalardan 4627 ton ətirli tütün yarpağı yığılaraq qurudulmaq üçün yaş halda MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə təhvil verilib. “İtiyarpaq” növlü tütün isə fermerlərin özləri tərəfindən qurudulduqdan sonra tədarük məntəqələrinə təhvil verilir və hazırda bu iş davam etdirilir.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  8910  |  
  • Tarix:  13-01-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülür

19 May 17:54
Avropada təhsil alan azərbaycanlı gənclərin Roma forumu keçirilib
19 May 16:06
Bədii gimnastika üzrə Avropa çempionatında top və halqa üzrə yarışların qalibləri müəyyənləşib
19 May 15:28
II və III ixtisas qruplarının abituriyentləri üçün keçirilən qəbul imtahanı başa çatıb
19 May 15:25
Rusiya millisi Bakıda bədii gimnastika üzrə Avropa çempionatının qrup hərəkətləri yarışında iki qızıl medal qazanıb
19 May 14:56
Polşalı gimnast: Azarkeşlərin güclü dəstəyi mübarizəyə xüsusi rəng qatır
19 May 14:49
Sabaha olan hava proqnozu açıqlanıb
19 May 14:27
Milli Məclisin deputatı AŞPA-nın komitə iclasında iştirak edəcək
19 May 14:22
Pərvin Kərimzadə: Azərbaycan Avropa İttifaqı ilə bərabər hüquqlu tərəfdaşdır
19 May 14:19
Qazaxıstan sahibkarları Azərbaycanda investisiya yatırmaqda maraqlıdırlar
19 May 12:51
Bakıda bədii gimnastika üzrə Avropa çempionatı davam edir
19 May 12:05
Samsundan başlanan milli qurtuluş mübarizəsi Türkiyə vətəndaşının qürur mənbəyidir
19 May 11:54
İtaliya Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib
18 May 19:09
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatının ilk qalibləri müəyyənləşib
18 May 19:06
İtaliyalı senator Azərbaycanın diaspor siyasəti barədə məlumatlandırılıb
18 May 19:01
Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsidir
18 May 17:14
Ölkə başçısının müvafiq Fərmanı üzrə 300-dək vətəndaşa mənzil üzərində çıxarışlar verilib
18 May 17:04
Türkiyənin Azərbaycandakı səfirliyində gənclik və idman bayramı qeyd olunub
18 May 16:45
Erməni vandalları Laçın rayonunun Hacılar və Sadınlar kəndlərindəki 65 hektar meşə sahəsini tamamilə məhv ediblər
18 May 16:21
Maliyyə Bazarlarına Nəzarət Palatası Avropa Banklar Federasiyası ilə əməkdaşlıqda maraqlıdır
18 May 15:57
“DOST” mərkəzləri əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə rahat şəkildə təminatı imkanlarını artıracaq
18 May 15:52
“Azərsu” ASC-nin sədri Beyləqanda vətəndaşları qəbul edib
18 May 15:49
Sevinc Hüseynova: Qadın məsələlərinə dair Bakıda keçiriləcək konfransda dünya ictimaiyyəti üçün aktual mövzular müzakirə ediləcək
18 May 15:45
“Gənclər təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri naminə” mövzusunda müzakirələr aparılır
18 May 15:40
Dövlət Komitəsində Laçın rayonunun işğalının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
18 May 15:34
Elşad Mirbəşiroğlu: Azərbaycan Avropa İttifaqının etibarlı və məsuliyyətli tərəfdaşıdır
18 May 13:52
Azərbaycan-Fransa parlamentlərarası əlaqələri müzakirə olunub
18 May 13:44
Əli Əhmədov: Azərbaycanın imkanları genişləndikcə insanların rifahının daha da yaxşılaşdırılması üçün bundan sonra da addımlar atılacaq
18 May 13:39
Azərbaycan-Çin elmi əməkdaşlığı iki ölkə arasında münasibətlərin dərinləşməsinə töhfələr verir
18 May 13:30
Yeni Azərbaycan Partiyası rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib
18 May 13:26
Musa Qasımlı: Azərbaycanın təhsil müəssisələrində maddi-texniki baza yüksək səviyyədədir
18 May 13:19
Əli Əhmədov: Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə əməkhaqqı, pensiya və müavinətlər də artırılacaq
18 May 12:54
Komitə sədri: Əhalinin yarısını təşkil edən qadınlar inkişaf etməsə, ölkənin demoqrafik inkişafından danışmaq olmaz
18 May 12:45
Dilarə Cəbrayılova: Azərbaycan hər bir beynəlxalq təşkilatla münasibətlərini dövlət və xalq maraqları çərçivəsində qurur
18 May 12:43
Bu gün “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi keçiriləcək
18 May 12:40
Baş nazirin müavini: Gənclər Azərbaycanın inkişafına öz töhfələrini verməkdən kənarda qalmaq istəmirlər
18 May 11:08
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Laçının işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
18 May 10:58
Elman Nəsirov: Radikal müxalifətin heç bir niyyəti baş tutmayacaq
18 May 10:45
Bu gün Beynəlxalq Muzeylər Günüdür
18 May 10:42
Birinci rübdə ölkədə 53,9 min yeni iş yeri açılıb
18 May 10:39
Hikmət Babaoğlu: Aİ-nin dəstəyinə nail olmaq bizim üçün vacib əhəmiyyətli məsələdir
18 May 10:35
Bakıda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Baş Məclisinin iclası işə başlayıb
18 May 10:33
İspaniyalı gimnast: Bakının Milli Gimnastika Arenası çox möhtəşəmdir
18 May 10:31
Estoniya Azərbaycan ilə münasibətlərə önəm verir
18 May 10:11
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini pozmaqda davam edir
18 May 09:54
BDU-da Himayəçilər Şurasının ilk iclası keçirilib
18 May 09:52
Avropa Liqasının finalı: Bakı düzgün seçim oldu?
18 May 09:51
Azərbaycan Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaşdır
18 May 09:49
Həqiqət uğrunda mübarizə aparan şair
18 May 09:46
“Bakcell”dən eşitmə məhdudiyyətli gənclər arasında ənənəvi futzal turnirinə dəstək
18 May 09:44
Azərbaycan gəncləri beynəlxalq tədbirlərdə və yarışlarda ölkəmizi layiqincə təmsil edirlər
18 May 09:40
2019-cu ilin birinci rübündə cənub bölgəsinin sosial-iqtisadi inkişaf göstəriciləri uğurlu olub
17 May 21:11
Azərbaycan ilə Fransa arasında əməkdaşlığın inkişafı üçün geniş potensial mövcuddur
17 May 21:09
Estoniyalı idmançı: Azərbaycanda gimnastika yarışları yüksək səviyyədə təşkil olunub
17 May 20:43
Abşeron yarımadasında heyvan mənşəli bütün xəstəliklərin identifikasiya sistemi və izlənməsi həyata keçiriləcək
17 May 20:39
Avropa Şurasının Nazirlər Komitəsi bütün üzv dövlətlərin müstəqilliyinə və ərazi bütövlüyünə dəstəyini təsdiq edib
17 May 20:36
AZƏRTAC-ın əməkdaşı Çinin məşhur CGTN telekanalında Azərbaycan həqiqətlərindən danışıb
17 May 20:32
Erməni siyasətinin "söz taciri": Paşinyanın Pekin rəzaləti
17 May 17:57
Avrasiya Kitabxanalar Assambleyasının növbəti iclası Düşənbədə keçiriləcək
17 May 17:55
Vüqar Rəhimzadə: Azərbaycan Avropa İttifaqı üçün mühüm və etibarlı tərəfdaşdır
17 May 17:52
YAP Səbail rayon təşkilatı Cocuq Mərcanlı məktəblilərini Bakıya gətirib
17 May 17:48
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Astara, Masallı və Lənkəran rayonlarında vətəndaşlarla görüşüb
17 May 17:46
Yaz mövsümündə Qaxda 165,5 hektarda yeni fındıq bağları salınıb
17 May 17:43
Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri birgə yanğın-taktiki təlim keçirib
17 May 17:35
Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 15 illiyi münasibətilə Həştərxanda bir sıra tədbirlər keçirilib
17 May 17:33
Avropa Gənclər Yay Olimpiya Festivalının biletləri iyunun 10-da satışa çıxarılacaq
17 May 17:30
Qəbələ rayonu üzrə tibbi müayinələrə 65 mindən çox sakin cəlb olunub
17 May 17:28
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib
17 May 17:23
Türk Şurasına üzv ölkələr “Ticarət evi”nin açılmasında Azərbaycan təcrübəsindən istifadə edəcəklər
17 May 17:21
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb
17 May 17:20
Çexiya Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA