Ana səhifə »  KİVDF »  2016-cı ildə ölkəmizə gələn turistlərin sayı 11 faiz artıb
A+   Yenilə  A-
2016-cı ildə ölkəmizə gələn turistlərin sayı 11 faiz artıb

Regionlarda yeni turizm obyektlərinin istifadəyə verilməsi, göstərilən dövlət qayğısı, həmçinin bölgələrin turizm potensialının tanıtımı bu sahəyə öz müsbət təsirini göstərib
Məlum olduğu kimi, müasir Azərbaycanın tərəqqisi konseptual əsaslara söykənir və müasir çağırışlara cavab verir. Buna paralel olaraq ölkəmizin inkişaf platforması ildən-ilə yeni iqtisadi proseslərin, industrial cəmiyyət quruculuğunun və innovativ iqtisadiyyatın yaradılması fonunda daha da zənginləşməkdədir. Hazırda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi Azərbaycanın sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir.
Ümumiyyətlə, ölkəmizdə ötən dövr ərzində qeyri-neft sektorunun inkişaf etdirilməsi, paytaxtda və regionlarda sosial və iqtisadi infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün tam şərait yaradır. Bu da, öz növbəsində, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin praqmatik və uzaqgörən siyasət yürütdüyünü təsdiq edir. Yəni ölkədə iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsi və bu istiqamətdə mühüm qərarların qəbul olunması hazırkı dövrdə effektiv iqtisadi siyasətin yürüdülməsinə etibarlı zəmin yaradır.
Bunlarla yanaşı, ölkəmizdə turizmin inkişafı istiqamətində müəyyən edilmiş tədbirlərin ardıcıl və sistemli şəkildə davam etdirilməsi də diqqət mərkəzindədir. Prezident İlham Əliyev Azərbaycanda turizmin inkişafını qeyri-neft sektorunun əsas istiqamətlərindən biri elan edib və bu istiqamətdə atılan addımlar artıq öz bəhrəsini verir. Son illər ölkəmizin uğurlu sosial-iqtisadi inkişafı, möhkəm daxili sabitlik respublikamıza turist axınını şərtləndirən əsas amillərdəndir. Azərbaycanın coğrafi baxımdan əlverişli məkanda yerləşməsi, flora və fauna növlərinin müxtəlifliyi, Xəzər dənizi, infrastruktur təminatının yaxşılaşdırılması ölkəmizin turizm imkanlarını daha da artırır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsi bu sahənin daha da inkişaf etdirilməsinə güclü təkan verib. Əlamətdar haldır ki, ölkəmizin regionlarında turizmin müxtəlif növlərini, o cümlədən biznes, istirahət, sağlamlıq, idman turizmlərini inkişaf etdirmək üçün hər cür imkan var. Elə respublikamızda turizmin perspektiv inkişaf strategiyasında da ölkənin bütün regionlarının bu sahədəki potensialından səmərəli şəkildə istifadə etmək nəzərdə tutulub. Beləliklə, respublikamızda turizm potensialı paytaxt Bakı ilə yanaşı, şimal, şimal-qərb, cənub və qərb bölgələrində inkişaf etdirilir.
Bir sözlə, ötən dövr ərzində Azərbaycan dövləti ölkəmizdə turizmin inkişafına nail olmaq üçün güclü siyasi iradə nümayiş etdirərək bir sıra təşkilati tədbirlər həyata keçirib, həmçinin respublikamızda turizmin inkişafını stimullaşdıran qanunvericilik bazası yaradılıb. Belə ki, Milli Məclis 1999-cu ildə “Turizm haqqında” ayrıca qanun qəbul edib. Ölkə Prezidentinin 2002-ci il 27 avqust tarixli müvafiq Sərəncamı ilə respublikamızda 2002-2005-ci illərdə turizmin inkişafına dair ayrıca Dövlət Proqramı təsdiq olunub. “2009-2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət Proqramı” respublikamızda istifadəsiz qalan turizm-kurort obyektlərinin bərpasına və yenilərinin yaradılmasına təkan verib. Azərbaycanda turizmin inkişafı ilə bağlı 2010-2014-cü illəri əhatə edən Dövlət Proqramının uğurla icra olunması nəticəsində respublikamızda turizm sənayesi yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” 2012-ci il 30 noyabr tarixli Sərəncamı respublikamıza turistlərin gəlib-getmələrini asanlaşdırmaqla ölkəmizin turist cəlbediciliyini əhəmiyyətli dərəcədə artırıb. Belə ki, bu sənədə əsasən onlayn viza sisteminin tətbiqi ilə Azərbaycana gəlmək istəyən əcnəbilər vizaları elektron qaydada əldə edə bilirlər. Bu sistem sənədləşmənin daha asan aparılmasına və vaxta qənaət edilməsinə şərait yaradır.
Ölkəmizdə həyata keçirilən uğurlu turizm siyasətinin nəticəsidir ki, dünya miqyasında Azərbaycanın turizm reytinqi əhəmiyyətli dərəcədə yüksəlib və respublikamız BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) 2013-cü il 24-29 avqust tarixində keçirilən XX Baş Assambleyasında qurumun İcraiyyə Şurasına üzv qəbul olunub. Hazırda Azərbaycan turizm sahəsində geniş beynəlxalq əlaqələr qurub. Belə ki, respublikamızla turizm sahəsində inkişaf etmiş 21 ölkə arasında “Turizm sahəsində əməkdaşlıq haqqında” hökumətlərarası saziş imzalanıb, 29 ölkə ilə isə saziş layihəsi hazırlanıb. Artıq ölkəmizin çoxlu sayda turizm müəssisəsi Dünya Turizm Təşkilatının assosiativ üzvləri sırasına daxil olub.
Yüksək dövlət qayğısı sayəsində Azərbaycanda turizmin qeyri-neft sektorunun mühüm istiqamətlərindən biri kimi sürətlə inkişaf etməsini 2002-ci ildən bəri respublikamızda təşkil olunan Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” sərgisinə marağın ildən-ilə artması da təsdiqləyir. Ötən ilin aprelində 15-ci yubiley Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (AITF-2016) sərgisi böyük uğurla keçib. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə keçirilən “AITF” sərgisi həmçinin bu tədbirdə daim iştirak edən Azərbaycan Turizm Assosiasiyası (“AZTA”) tərəfindən dəstəklənir.
Azərbaycanın zəngin turizm potensialı paytaxt Bakı ilə yanaşı, ölkənin bütün bölgələrində cəmləşib. Buna görə də hər bölgənin turizm sahəsində potensialı və ənənələri əsas götürülməklə müvafiq infrastruktur qurulmasına diqqət yetirilir. Başqa sözlə desək, ölkəmizin turizm siyasəti kompleks xarakter daşıyır. Təsadüfi deyil ki, hazırda respublikanın ayrı-ayrı regionlarında yüksək şəraitə malik turizm obyektləri böyük uğurla fəaliyyət göstərir.
Ölkənin regionlarında müxtəlif turist marşrutları üzrə geniş infrastruktur qurulmasından söhbət açarkən dünya miqyasında məşhur brend hotellərin tikintisini ayrıca vurğulamaq gərəkdir. Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərin sayı 2003-cü illə müqayisədə 5,4 dəfə artaraq 500-ü ötüb ki, onların da böyük əksəriyyəti regionlarda yerləşir.
Yeri gəlmişkən, bu istiqamətdə fəaliyyət 2016-cı ildə də davam etdirilib və ölkəmizə gələn turistlərin sayı artıb. Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bu məqama toxunan Prezident İlham Əliyev “Onu da qeyd etməliyəm ki, “ASAN Viza”nın fəaliyyəti nəticəsində ölkəmizə gələcək turistlərin sayı bundan sonra da artacaq. 2016-cı ildə biz bu istiqamətdə dönüş yarada bildik. Ümumiyyətlə, turistlərin axını dünyada mövcud olan iqtisadi durumla bağlıdır. Əgər vəziyyət yaxşıdırsa, daha çox insanlar xarici ölkələrə turist kimi gedirlər. Ancaq bu gün dünyada, dünyanın demək olar ki, bütün bölgələrində iqtisadi böhran yaşanır. Buna baxmayaraq, 2016-cı ildə ölkəmizə gələn turistlərin sayı 11 faiz artmışdır və əminəm ki, bu il daha da artacaq”, - deyib.
Dövlət başçısı bildirib ki, keçən il ölkəmizdə 35 mehmanxana tikilib, 25 mehmanxana tikilməkdədir, ümumiyyətlə, mehmanxanaların sayı Azərbaycanda 500-dən çoxdur: “Amma tələbat daha da artır, daxili turizm inkişaf edir. Mən çox şadam ki, Azərbaycan vətəndaşları daha çox Azərbaycanda istirahət etməyə üstünlük verirlər. Bizdə gözəl təbiət, gözəl şərait, gözəl mehmanxanalar, istirahət zonaları var. Bu gün bütün dünyadan turistlər Azərbaycana axışırlar. Bu da ölkə iqtisadiyyatına böyük mənfəət gətirir. Biz gələcəkdə turizmdən milyardlarla dollar vəsait qazanacağıq və bu, bizim iqtisadi vəziyyətimizə çox böyük dəstək olacaqdır”.
Beləliklə, məhz həyata keçirilən işlər və bu sahəyə göstərilən dövlət qayğısı sayəsində 2016-cı ildə ölkəmizə gələn turistlərin sayı artıb. Bu artım isə təkcə paytaxtda deyil, regionlarda da nəzərəçarpacaq şəkildə qeydə alınıb. Məsələn, 2016-cı ildə cənub bölgəsinə gələn turistlərin sayında xeyli artım qeydə alınıb. İl ərzində təkcə Lənkəran rayonuna gələn turistlərin sayı 16 mindən çox olub. Regionda yeni turizm obyektlərinin istifadəyə verilməsi, bölgənin turizm potensialının tanıtımı bu sahəyə öz müsbət təsirini göstərib.
Lənkəranda turizm sektorunda çalışanların xidmət keyfiyyətini daha da yüksəltmək üçün türkiyəli mütəxəssis qrupunun iştirakı ilə təlimlər təşkil olunub. Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru İlqar Əzimov AZƏRTAC-a bildirib ki, rayona gələn turistlərin 8 faizini xarici turistlər təşkil edir. Ən çox gələn turistlər İran İslam Respublikasından olub. Sonrakı yerləri MDB və ərəb ölkələrindən gələn turistlər tutur.
Turizm sahəsində uğurlar İsmayıllı rayonunda da qeydə alınıb. Belə ki, keçən il bu rayona 101 min 755 nəfər turist gəlib. Onların sayı bir il əvvəlkindən 2215 nəfər çoxdur. İsmayıllı Turizm İnformasiya Mərkəzindən bildirilib ki, ötən il xarici turistlərin də sayı 1655 nəfər artıb və 16 min 905 nəfərə çatıb. Qeyd etdiyimiz kimi, turizmin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Təsadüfi deyildir ki, bu istiqamətdə İsmayıllıda da xeyli işlər görülüb və görülməkdədir. Rayonda 23 hotel və istirahət mərkəzi fəaliyyət göstərir. Turizmin müxtəlif növləri - ekoturizm, kənd turizmi, mədəni turizm, qış və yay turizm marşrutları fəaliyyətdədir.
Azərbaycanın şimal-qərb sərhədində yerləşən Balakən rayonu əsrarəngiz təbiəti, zəngin faunası və qədim tarixi abidələri ilə turistlər üçün cəlbedici məkana çevrilməkdədir.
Müasir tələblərə cavab verən turizm infrastrukturunun yaradılması nəticəsində son illər rayona gələn turistlərin sayında xeyli artım müşahidə olunur. Belə ki, 2010-cu ildə Balakənə 7 min 935 nəfər turist gəlmişdisə, 2016-cı ildə bu göstərici 22 min 618 nəfər olub. Gələnlərin 7 min 466 nəfərini xarici turistlər təşkil edib. Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin Balakən rayon şöbəsindən bildiriblər ki, rayonda 12 turizm marşrutu və rekresiya zonası müəyyənləşdirilib. Balakəndə əsasən kənd yaşıl turizmi, ekoturizm, həmçinin dağ, atçılıq və balıqçılıq turizmi inkişaf etməkdədir. Kənd yaşıl turizmini daha da inkişaf etdirmək məqsədi ilə kənd yerlərində turistlərin qala biləcəyi, hər cür şəraiti olan evlər müəyyənləşdirilib və onların siyahısı Mədəniyyət və Turizm Nazirliyinin müvafiq şöbəsinə göndərilib.
Hazırda rayonda dövlət qeydiyyatına götürülən 29 tarix və mədəniyyət abidəsi mövcuddur. Bu abidələrin əksəriyyəti turizm marşrutlarına daxil edilib. Balakən şəhərindəki Ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkı isə rayona gələn turistlərin ən çox üz tutduqları istirahət məkanlarından biridir. Parkda turistlərin istirahətlərinin mənalı keçməsi üçün hər cür şərait yaradılıb. 1200 metr uzunluğunda kanat yolu və attraksionlar daim turistlərin xidmətindədir.
Ötən il Naftalanın kurort-sanatoriya və turizm mərkəzləri 54 ölkədən turist qəbul edib. Həmin mərkəzlərdə bir ildə 25 min turist istirahət edib, yaxud müalicə alıb. Bu isə ölkəmiz müstəqillik əldə etdikdən indiyədək Naftalanda qeydə alınan ən yüksək göstəricidir. Bu barədə Naftalan Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, son illər şəhərdə turizmin sağlamlıq, istirahət-əyləncə sahələrinin inkişafı istiqamətində görülən işlər, istifadəyə verilən beşulduzlu hotellər, təklif olunan xidmətlər, hər kəs üçün münasib qiymətlər, eləcə də şəhərin turizm imkanlarının ardıcıl təbliği yerli və xarici turistlərin sayına müsbət təsir göstərib. Şəhərə gələn turistlərdən 5 min 200 nəfəri xaricilər olub. Əcnəbilərdən Rusiya, Qazaxıstan, Qırğızıstan, Ukrayna və İsraildən olan turistlər çoxluq təşkil edib. Həmçinin ötən il ilk dəfə olaraq Cənubi Amerika, Avstraliya, Afrika və Uzaq Şərq ölkələrindən də turistlər qəbul edilib.
Maraqlı keçmişə, unikal təbii imkanlara malik Göygöl rayonu turizmin inkişafı baxımından ölkənin ən böyük potensiala malik bölgələrindən biridir. Göygöl Azərbaycanın qərbində, dağətəyi ərazidə, Kiçik Qafqaz sıra dağlarının ətəyində yerləşir. Göygöl rayonunun tərkibinə bir şəhər, 6 qəsəbə, 38 kənd daxildir. Rayonun ən yüksək zirvəsi Murovdağ silsiləsində 3 min 724 metr hündürlüyə malik Gamışdağdır. Rayon ərazisində 15 min 802 hektar meşə sahəsi və Kəpəz dağı olmaqla Göygöl, Maralgöl, Qaragöl, Ördəkgöl, Zəligöl, Ağgöl, Aynagöl, Şamlıqgöl, eləcə də digər xırda göllər var. Quşqara, Gəncə və Kürək çayları Göygöl rayonunun ərazisindən keçir. Əhalisinin ümumi sayı 60 min 890 nəfərdir. Son illər Gəncəyə gələn çoxsaylı yerli və xarici qonaqların ilin bütün fəsillərində təbiətin bu füsunkar guşəsinə rahat şəkildə gedib zövq almaları üçün şəhərdən Göygölədək olan yol yenidən qurulacaq.
Şahdağın şimal-şərq yamaclarında yerləşən qədim Quba da turistlərin ən çox maraq göstərdiyi rayonlardan biridir. Son illər bu rayonda aparılan abadlıq-quruculuq işləri, həmçinin tarixi məkanlar və zəngin təbiət xarici turistlərin 2016-cı il ərzində də Qubaya üz tutmasına səbəb olub.
Belə ki, müstəqilliyin 25 ili ərzində rayonda aparılan geniş quruculuq-abadlıq işləri sayəsində qədim Quba müasir şəhərə çevrilib. Buradakı Heydər Əliyev Mərkəzi, Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, “Bayraq” kompleksi, Qırmızı Qəsəbədəki “Heydər Bağı”, Müalicə-Diaqnostika Mərkəzi, “Yaşıl teatr”, Tarix Diyarşünaslıq Muzeyi və s. yeni tikililər siyahısına daxildir.
Eyni zamanda, son illərdə Qubanın bir sıra ucqar yaşayış məntəqələrinə müasir standartlara cavab verən yollar çəkilib. 16 yaşayış məntəqəsini birləşdirən 57 kilometr uzunluğunda Quba-İspik-Xınalıq, 41 yaşayış məntəqəsini birləşdirən 33 kilometr uzunluğunda Günəşli-Qırmızı Qəsəbə, 7 yaşayış məntəqəsini birləşdirən 22 kilometr uzunluğunda Quba-Qəçrəş-Qımılqazma, 7 yaşayış məntəqəsini birləşdirən 23 kilometr uzunluğunda Quba-Küpçal-Küsnət avtomobil yolları yenidən qurularaq sakinlərin istifadəsinə verilib. Altı min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının tikintisi artıq yekunlaşmaq üzrədir. Yeni avtomobil yollarının salınması bu ərazidə yaşayan 6 mindən çox əhalinin Quba şəhərinə gediş-gəlişini xeyli asanlaşdıracaq. Yolların tikintisi insanların həyat şəraitinin yaxşılaşması ilə yanaşı, bölgənin turizm potensialının artmasına, eləcə də kənd təsərrüfatının inkişafına da səbəb olacaq.
Onu da qeyd edək ki, ötən ilin son günlərində keçirilən bayram şənliklərində də xarici turistlərin çoxluğu hiss edilib. Məsələn, “Şahdağ” Turizm Mərkəzində keçirilən builki Yeni il şənlikləri əsl qış nağılını xatırladaraq, qonaqlarda unudulmaz təəssüratlar yaradıb. Bayram günlərində qonaqların istirahəti ən yüksək səviyyədə təşkil edilib, təntənəli Yeni il şənlikləri, möhtəşəm atəşfəşanlıq, ardınca sübhün erkən çağlarınadək davam edən musiqi ziyafəti turistlərin zövqünü oxşayıb.
Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, “Şahdağ” Turizm Mərkəzində Yeni il bayramı münasibətilə keçirilən tədbirlər çərçivəsində Rəvan Tohidoğlunun “Taleyin oyunu” əsəri əsasında hazırlanan teatr tamaşası səhnəyə qoyulub. Əsərin səhnələşdirilməsində Qusar Dövlət Ləzgi Dram Teatrının 12 nəfərdən ibarət aktyor heyəti iştirak edib, tamaşada cəmiyyətimizin müasir problemlərinə toxunulub, əxlaqi-tərbiyəvi mesajlar verilib. Dramatik komediya janrında olan tamaşa turistlərin xeyli marağına səbəb olub, aktyorların çıxışları alqışlarla müşayiət edilib.
Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzində Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliğinə daim diqqət ayrılır. Belə ki, ötən mövsümlərdə də qonaqların zövqlü istirahətini təşkil etmək, onların bayram tətilini daha maraqlı və yaddaqalan etmək məqsədilə Mirzə Fətəli Axundzadənin “Hekayəti-xırs quldurbasan” və Üzeyir Hacıbəylinin “Arşın mal alan” kimi klassik əsərləri səhnələşdirilmişdir.
Qeyd edək ki, bu mövsüm turizm mərkəzinin fəaliyyətdə olduğu 5 mövsüm ərzində turistlərin rekord sayı ilə yadda qalıb. Belə ki, bayram günləri ərəfəsində 20.000-dən çox turist qəbul edən mərkəzdə təkcə yanvarın 2-də 6 mindən çox turist qeydə alınıb. Ümumilikdə, qış mövsümü açılandan bu günədək “Şahdağ”ı ziyarət edənlərin sayı 35 mindən çox olub.
Qəbələ rayonu da coğrafi quruluşuna, paytaxta yaxın olmasına və müasir turizm infrastrukturuna görə nəinki isti yay fəslində, hətta soyuq qış aylarında da turistləri özünə cəlb edir. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ölkəmizdə 5 gün davam edən bayram tətilində Qəbələnin turizm məkanlarına üz tutan yerli və xarici turistlərin sayı ötən ildəkindən 2 dəfə çox olub. Qarlı dağlarda motorlu xizəklərlə, at və faytonlarla gəzintiyə çıxmaq, kanatla dağlarda gəzmək və buz üstündə xizəklə sürüşmək, meşələrdə heyvan və quş ovlamaq, göllərdə qayıqla gəzmək, balıq tutmaq barədə düşünənlərin arzusu bu günlərdə Qəbələdə gerçəkləşib. Son günlər rayonda əsl bayram ab-havası yaşanıb, bütün hotellər, istirahət və əyləncə mərkəzləri turistlərlə dolu olub.
Qonaqların istirahətinin mənalı təşkili üçün hotellərdə, “Qəbələnd” istirahət və əyləncə mərkəzində yüksək şərait yaradılıb, tanınmış musiqiçilərin iştirakı ilə konsertlər, müxtəlif əyləncəli tədbirlər keçirilib. Yerli və xarici turistlər Qəbələnin zəngin tarixi, müasir şəhərsalma mədəniyyəti və ləziz mətbəxi ilə yaxından tanış olublar. Burada yerləşən 20 müasir hotel və istirahət mərkəzi bayram günlərində ümumilikdə 4 minə yaxın yerli və xarici turistə xidmət göstərib. Qəbələyə üz tutan turistlər təkcə rayon mərkəzini gəzməklə kifayətlənməyib, həm də dağlardakı ucqar kəndlərə gedərək mənzərəli yerlərlə tanış olublar.
Qəbələ rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nargilə Qafarova AZƏRTAC-a müsahibəsində bayram günlərində rayona gələnlər arasında yerli turistlərin çoxluq təşkil etdiyini bildirib. Yeni ili Qəbələdə qarşılayan xarici turistlər arasında Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Səudiyyə Ərəbistanı, İraq, Qətər, Hindistan, Rusiya və Pakistandan gələnlər daha çox olub. Rayona gələn əcnəbi turistlər arasında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xeyli artım müşahidə edilib.
Qəbələ Turizm İnformasiya Mərkəzindən bildiriblər ki, hər il Qəbələyə gələn əcnəbi turistlər arasında Rusiya və Avropa ölkələrinin vətəndaşları üstünlük təşkil edirdi. Amma 2016-cı ildə ilk dəfə olaraq Qəbələyə müsəlman ölkələrindən gələn turistlərin sayının həddən artıq çox olması rayonun turizm bazarını daha da genişləndirib. Ötən ilin yay və payız aylarında Qəbələyə ərəb turistlərin axını daha çox olub. 2016-cı ildə ilk dəfə olaraq ərəb ölkələrindən Qəbələyə 20 minə yaxın turist gəlib. Təbii ki, xarici turistlərin istirahəti üçün Qəbələdə bütün imkanlar mövcuddur. Hazırda rayonda irili-xırdalı 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyətdədir. Həmin obyektlərdən 20-si beş, dörd və üçulduzlu hotellər və müasir istirahət mərkəzləridir. Bu turizm obyektlərində gün ərzində 2500 qonaq qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür. 2016-cı ildə Qəbələ rayonuna gələn turistlərin sayı 99 min 700 nəfər olub ki, bunun da 32 min 600 nəfəri xarici turistlərdir. 2015-ci ildə isə Qəbələyə 80 min 200 nəfər yerli və xarici turist gəlmişdi.
Nadir AZƏRİ

 
  • Oxunub:  8040  |  
  • Tarix:  17-01-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülür

20 May 21:07
ADNSU: Dünya Metrologiya Gününə həsr olunan elmi-praktik seminar
20 May 20:59
Əlyazmalar İnstitutunun jurnalları UNESCO-nun “ROAD” elmi indeksləşdirmə reyestrinə daxil edilib
20 May 20:55
Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının təhsil şöbələrinin fəaliyyətinə dair hesabatlar dinlənilib
20 May 19:55
Tamara Sinyavskaya: Heydər Əliyev Müslümü çox sevirdi və Bakıda bizim üçün toy məclisi təşkil etdi
20 May 19:48
Şəmkirdə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda seminar-treninq keçirilib
20 May 19:44
SOCAR-ın vitse-prezidentləri AMEA YT Parkın məhsulları ilə tanış olublar
20 May 19:32
Azərbaycan Çinə nar şirəsi və nar şərabı ixrac edəcək
20 May 19:29
Milli Məclisdə inklüziv təhsilin genişləndirilməsi mövzusunda müzakirələr aparılıb
20 May 19:23
Avropa Şurasının konfransında Azərbaycan uğurlu siyasət aparan ölkə kimi qeyd olunub
20 May 19:20
Pekində Azərbaycanın Çindəki səfirliyi üçün bina inşa olunacaq
20 May 19:17
Cüzeppe Kaniliya: Azərbaycan İtaliya üçün olduqca vacib ölkədir
20 May 19:14
Elçin Mirzəbəyli: Azərbaycan Prezidentinin siyasətinin əsasında insan amili dayanır
20 May 17:47
Samux rayon Əhmədbəyli kənd tam orta məktəbinə Milli Qəhrəman Eltun İsgəndərovun adı verildi
20 May 17:43
Əli Əhmədov: Partiyamızın sıralarında 740 min nəfər insan var ki, burada mədəniyyət işçiləri də kifayət qədər geniş şəkildə təmsil olunur
20 May 17:40
Əbülfəs Qarayev: Yeni Azərbaycan Partiyası və Mədəniyyət Nazirliyinin birgə fəaliyyət planı yeni dövrün çağırışlarına cavab verə biləcək layihədir
20 May 17:28
Kürdəmirdə “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması məqsədilə 20 milyon 145 min manat vəsait ayrılıb
20 May 17:18
Hesablama Palatasının 2018-ci il dövlət büdcəsinin icrasına dair rəyi müzakirə edilib
20 May 17:15
Bu gün Dünya Bal Arısı Günüdür
20 May 17:12
Prezident İlham Əliyev Zurab Seretelinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzaladı
20 May 16:56
Bakıda Avropa Banklar Federasiyasının Assosiativ üzvlərinin 48-ci iclası keçirilib
20 May 16:53
Azərbaycanın müharibə veteranları və hərbi yönümlü QHT nümayəndələri Türkiyədə səfərdədirlər
20 May 16:52
Şəkidə indiyədək 3737 hektarda yazlıq
20 May 16:42
Bakıda Avropa Liqası könüllüləri üçün əyləncə gecəsi təşkil olunub
20 May 16:38
Tahir Mirkişili: Avropa Birliyinin Cənubi Qafqaz ölkələri ilə ticarət həcminin 77 faizi Azərbaycanın payına düşür
20 May 16:18
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərini izləyəcək
20 May 16:08
DİM Direktorlar Şurasının sədri Lənkəranda, sədr müavini isə Masallıda vətəndaşları qəbul ediblər
20 May 15:57
Ekoloji problemin həlli və ətraf mühitin qorunması hər bir insanın mənəvi borcudur
20 May 15:49
UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçiriləcək sessiyasına hazırlıq müzakirə olundu
20 May 15:42
İyulda İsveçrəyə ixrac missiyası təşkil ediləcək
20 May 15:37
Yaponiyanın “Himalaya” radiosunda Azərbaycan və Naxçıvan MR barədə xüsusi veriliş yayımlanıb
20 May 15:31
Azərbaycanın milli bayramı ilə bağlı keçirilən tədbir Polşa mətbuatında işıqlandırılıb
20 May 15:22
UEFA Avropa Liqasının kuboku Gəncədə nümayiş olunub
20 May 15:15
Avropa Liqasının finalı ilə bağlı Bakı-Tbilisi-Bakı marşrut xəttinə əlavə avtobuslar buraxılacaq
20 May 15:11
Azərbaycan təbii qazının Avropaya nəqli prosesi həlledici mərhələdir
20 May 15:07
Rufiz Qonaqov: Prezident İlham Əliyevin daxili və xarici siyasətinin əsasını xalqımızın milli maraqları təşkil edir
20 May 15:05
Sevinc Fətəliyeva: Cənubi Qafqazın güc mərkəzi kimi çıxış edən Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi dividendlər vəd edir
20 May 14:41
Sosial proqramların uğuru və ildən-ilə genişlənməsi bəzi dairələrdə dərin narahatlıq hissi yaradıb
20 May 14:37
Elçin Quliyev: Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq tərəflərin bərabərhüquqluluğu prinsipinə söykənir
20 May 14:32
Dörd ayda toxuculuq sənayesi 48 faiz artıb
20 May 14:30
İspaniya və Portuqaliyada yaşayan azərbaycanlıları əlaqələndirmə şuraları təsis edilib
20 May 14:26
Özəl sektorda ictimai iaşə dövriyyəsinin 59 faizi fərdi sahibkarların payına düşür
20 May 14:20
AzMİU-da İtaliya–Azərbaycan Dizayn Mərkəzinin açılışı olub
20 May 14:18
Milli valyutada olan əmanətlər 20 faizədək artıb
20 May 14:13
UEFA “Avro 2020”nin final mərhələsinə biletlərin qiymətini açıqlayıb
20 May 14:07
Kənd təsərrüfatı naziri Goranboyda fermerlərlə görüşüb
20 May 14:02
Gənc sərhədçilər Vətənə sədaqət andı içiblər
20 May 13:56
Yeni Azərbycan Partiyası və Mədəniyyət Nazirliyinin Azərbaycanın dövlətçilik ənənələrinin yaşadılması məqsədilə vətənpərvərlik və mədəni dəyərlərə hörmət hisslərinin gücləndirilməsinə dair 2019-2020-ci illər üzrə birgə Fəaliyyət Planının təqdimat mərasimi keçirilib
20 May 12:52
Vüsal Qasımlı: Azərbaycanda problemli kreditlərin həll modeli güclü sosial xarakterə malikdir
20 May 12:46
Əli Əhmədov: YAP bütövlükdə cəmiyyətin bütün təbəqələri arasında nüfuz qazanan bir təşkilatdır
20 May 12:43
Azərbaycan İlahiyyat İnstitutu kollektivinin maarifləndirici səfərləri davam edir
20 May 12:41
Ziyad Səmədzadə: İctimai şuralar kiçik və orta biznesin maliyyə bazarlarına çıxışını təkmilləşdirəcək
20 May 12:18
Ümumdünya Metrologiya Günü qeyd olunub
20 May 12:15
Moskvada Heydər Əliyev Kuboku uğrunda illik minifutbol turniri keçirilib
20 May 12:11
Səfir: Koreya problemli kreditlərin həlli üzrə əldə etdiyi nailiyyətləri Azərbaycanla bölüşməyə hazırdır
20 May 12:02
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayı münasibətilə Azərbaycan xalqına xoş arzularını çatdırıb
20 May 11:49
Orxan Məmmədov: Ədalət mühakiməsinin keyfiyyətinin artırılması ölkədə investisiya və biznes mühitinin yaxşılaşdırılmasına xidmət edəcək
20 May 11:36
II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib
20 May 11:28
Vüsal İsayev: Prezidentin Fərmanında əsas istiqamətlərdən biri də sahibkarlığın inkişafına şərait yaratmaqdır
20 May 11:21
Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə Çilidə rəsmi qəbul keçirilib
20 May 11:19
Bakıda “Problemli kreditlərin həlli: Azərbaycan və Koreya təcrübəsi” Mövzusunda konfrans işə başlayıb
20 May 11:14
MM-in sədri Oqtay Əsədov Ukraynanın altıncı Prezidenti Vladimir Zelenskinin andiçmə mərasimində iştirak edir
20 May 11:11
Azərbaycanda məhkəmə-hüquq islahatlarının əsas istiqamətləri sahibkarlarla müzakirə edilir
20 May 11:10
Azərbaycan qida məhsullarının Çinin İvu şəhərinə ixracına dair müzakirələr aparılıb
20 May 10:57
PA rəsmisi: Məhkəmə-hüquq sistemində davam edən islahatların dəstəklənməsinə ehtiyac var
20 May 10:27
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
20 May 10:11
BAKIDAN BRÜSSELƏ, BRÜSSELDƏN BAKIYA...
20 May 10:08
Azərbaycanın dinamik inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən qlobal mərkəzə çevirməkdədir
20 May 09:55
Azərbaycan “OPEC plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü iclasında təmsil olunub
20 May 09:52
Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanında bir sıra görüşlər keçirib
20 May 09:48
Milli Məclisin sədri Oqtay Əsədov Kiyevdə müalicə alan Milli qəhrəmanımızla görüşüb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+22 +26
gecə+15 +18