Ana səhifə »  KİVDF »  Bölgələrdə aqrar sektorun inkişafı ərzaq təhlükəsizliyinin təmin olunmasına əsaslı töhfələr verir
A+   Yenilə  A-
Bölgələrdə aqrar sektorun inkişafı ərzaq təhlükəsizliyinin təmin olunmasına əsaslı töhfələr verir

Regionlarda ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir
Bu, bir həqiqətdir ki, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Bununla yanaşı, milli təhlükəsizlik strategiyası kontekstində müəyyən olunmuş prioritetlərdən biri ərzaq təhlükəsizliyinin təmin olunmasıdır ki, bu da ölkəmizdə həyata keçirilən siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Ümumiyyətlə, dünya əhalisinin sürətlə artdığı, təbii ehtiyatların tükəndiyi bir şəraitdə ərzaq təhlükəsizliyi məsələsi daha kəskin şəkildə özünü büruzə verir. Ərzaq təhlükəsizliyi probleminin kəskin xarakter almasından sonra bu, istənilən dövlət, o cümlədən Azərbaycan üçün milli təhlükəsizliyin təmin edilməsi istiqamətində diqqət yetirilməsi zəruri olan ən mühüm məsələlərdən birinə çevrilib. Bu problemin həlli, ilk növbədə, yoxsulluğun azaldılması, ərzaq təminatının və ərzaq məhsullarından istifadənin səmərəsinin artırılması ilə bağlıdır. Ölkəmizdə ərzaq təhlükəsizliyinin təminatı, daxili bazarın idxaldan asılılığının aradan qaldırılması, yerli istehsalın inkişafı məqsədyönlü siyasətin əsas istiqamətlərini təşkil etməkdədir. Ümumilikdə, dövlətimiz tərəfindən ərzaq təhlükəsizliyinə bilavasitə aidiyyəti olan ayrı-ayrı sahələrdə kompleks tədbirlər görülür və mühüm nəticələr əldə edilməkdədir. Ölkəmizdə ərzaq məhsullarının istehsalının artırılması, əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi, ərzaq təminatı sisteminin institusional inkişafının həyata keçirilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması və digər istiqamətlərdə tədbirlər həyata keçirilib, səmərəli istehsal və satış infrastrukturunun yaradılması, ərzaq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi sahəsi üzrə əsaslı islahatlar reallaşdırılıb. Sadalanan faktlar göstərir ki, bu istiqamətdə regionların payı özünəməxsus, müstəsna əhəmiyyət kəsb edir və ərzaq təhlükəsizliyinin təmin olunması yönündə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün geniş potensial mövcuddur.
Qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərə uyğun olaraq ölkəmizdə qeyri-neft sektorunun mühüm bölməsi olan sənayenin inkişafına xüsusi əhəmiyyət verilir. Zəngin yerli xammal, nəhəng və çoxşəbəkəli sənaye kompleksinin imkanlarının səfərbər edilməsi sənaye sektorunun son illərdə keyfiyyət və kəmiyyət baxımından sıçrayışına təkan verib. Sənayenin strukturuna diqqət yetirdikdə qeyri-neft sənayesi sahələrinin artım tempinin daha yüksək olduğunu görmək mümkündür. Başqa sözlə, rəqabətədavamlı istehsal və emal müəssisələrinin yaradılması, yerli istehsalın stimullaşdırılması, sahibkarlara güzəştli maliyyə yardımı mexanizmlərinin gücləndirilməsi, habelə sənaye potensialının möhkəmləndirilməsi istiqamətində görülən işlər inkişaf dinamikasını qeyri-neft sektorunun xeyrinə dəyişib.
Bunlara paralel olaraq Azərbaycanın sürətli sosial-iqtisadi inkişaf dinamikasında regionların payı ilbəil artır. Bu da, ilk növbədə, bölgələrin ənənələri, inkişaf perspektivləri, əmək resursları və digər cəhətlər nəzərə alınmaqla qəbul edilən məqsədli Dövlət proqramları nəticəsində mümkün olur. Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları bölgələrin tarazlı inkişafını şərtləndirir. Belə ki, Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib, çoxsaylı sənaye, kənd təsərrüfatı, xidmət, ticarət müəssisəsi fəaliyyətə başlayıb. Paralel surətdə Azərbaycanın idxaldan asılılığı aradan qalxıb və ölkəmizin qeyri-neft məhsullarının ixracı üzrə geniş potensialı bərqərar olub.
Ümumiyyətlə, ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində də həyata keçirilən ardıcıl islahatlar əhəmiyyətli nəticələrin əldə edilməsini şərtləndirib. Regionlarda aqrar sektorun intensiv inkişafı əhalinin ərzaq təminatına etibarlı zəmin yaradır. Məlum olduğu kimi, ölkəmizdə aqrar sektorun müasir inkişaf mərhələsində qarşıya kənd təsərrüfatında yeni keyfiyyət dəyişikliyinə nail olunması ilə bağlı hədəflər qoyulub. Dövlət başçısının “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” 16 yanvar 2014-cü il tarixli Sərəncamı və “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” 16 aprel 2014-cü il tarixli Fərmanı kənd təsərrüfatında müasir dünya çağırışları nəzərə alınmaqla müəyyənləşdirilən hədəflərə çatılması üçün idarəetmənin və institusional strukturun təkmilləşdirilməsinə, innovativ dəyişikliklərin həyata keçirilməsinə möhkəm hüquqi təminat yaradır. Dövlət başçısı həmçinin “Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamla ölkədə məhsul istehsalçılarının yüksək məhsuldar toxumlara tələbatının dolğun şəkildə ödənilməsi məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondunun yaradılması qərara alınıb. Prezident İlham Əliyevin ötən ilin avqustunda imzaladığı müvafiq sərəncamlar isə ölkəmizdə heyvandarlığın maddi-texniki bazasının möhkəmləndirilməsi və cins tərkibinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Əlverişli coğrafi-iqlim xüsusiyyətləri ölkəmizdə sənaye əsaslı aqrar sektorun geniş inkişaf imkanlarına malik olmasını şərtləndirir. Eyni zamanda, həyata keçirilən səmərəli siyasət sayəsində ölkənin iqtisadi potensialının artması respublikamızda kənd təsərrüfatı sahəsində mövcud olan imkanlardan geniş istifadə edilməsinə, yeni emal müəssisələrinin yaradılmasına münbit zəmin formalaşdırır. Elə ölkələr var ki, orada aqrar sektorun inkişafından söhbət belə gedə bilməz. Azərbaycanda isə münbit torpaqlar, əlverişli coğrafi amillər aqrar sahənin intensiv metodlarla inkişafına geniş imkanlar açır. Ölkəmizin coğrafi-iqlim xüsusiyyətləri elədir ki, burada qabaqcıl dünya təcrübəsini, bir sıra intensiv metodları tətbiq etməklə həm heyvandarlığı, həm də bitkiçiliyi inkişaf etdirmək və bu əsasda ölkənin daxili istehsal imkanlarını artırmaq, əhalinin ərzaq təminatını gücləndirmək, eyni zamanda, yeni ixrac bazarlarına çıxmaq mümkündür.
Bütövlükdə, davamlı və hərtərəfli dövlət dəstəyi sayəsində respublikamızda kənd təsərrüfatında əhəmiyyətli artıma nail olunub. Dünya Bankının məlumat bazasına əsasən, son 10 il ərzində dünya miqyasında kənd təsərrüfatı sahəsi üzrə artım 31,8 faiz təşkil edib. Azərbaycanda isə bu göstərici dünya üzrə orta göstəricidən çox olub ki, bu da respublikamızda aqrar sahənin dinamik inkişafını təsdiqləyir. Respublikamızda indiyədək dövlətin ayırdığı güzəştli kreditlər hesabına 13 quşçuluq fabriki, 2 heyvandarlıq kompleksi, 12 soyuducu və taxıl anbarı, 8 istixana kompleksi, 3 ət emalı, 2 konserv, 7 çörək zavodu tikilib istifadəyə verilib. Təkcə son illərdə Şirvanda Şirvan-Muğan qrup su kəməri, Abşeron rayonunda “Milla” süd məhsulları və dondurma istehsalı zavodlarının, Gədəbəydə “Halal Qida” süd emalı zavodu və tərəvəz məhsullarının tədarükü, saxlanılması kompleksinin tikintisi başa çatdırılıb. Ağcabədi rayonunda “Aqat-Aqro” heyvandarlıq kompleksi, Balakən və Gədəbəy rayonlarında soyuducu anbar kompleksləri, Qəbələdə üzüm emalı zavodu, heyvandarlıq-südçülük kompleksi, Sabirabad rayonunda istixana kompleksi, Yardımlı rayonunda isə meyvə tədarükü və emalı ilə məşğul olan yeni limonad, su, kompot və mürəbbə sexi tikilib.
Son illərdə aqrar sektorda həyata keçirilən davamlı tədbirlər sayəsində ölkənin ərzaq məhsulları ilə təminat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Belə bir faktı məmnunluqla vurğulamaq yerinə düşər ki, respublikamızda əhalinin daxili istehsal hesabına əsas ərzaq məhsulları ilə təminatı səviyyəsi iki dəfəyə qədər artıb. Ötən illər ərzində məhsulların tədarükü, saxlanması və satışı infrastrukturunun yaradılması, o cümlədən 26 rayonda tutumu 290 min ton olan 48 logistik mərkəzin və 14 rayonda tutumu 340 min ton olan 22 taxıl anbarı kompleksinin yaradılması əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında mühüm rol oynayır və istehlak bazarında qiymətlərin sabitliyi təmin edilir.
Qeyd etdiyimiz kimi, Azərbaycanda aqrar sektorda ərzaq məhsulları istehsalının artım dinamikası heyvandarlıqda daha qabarıq şəkildə nəzərə çarpır. Ölkədə heyvandarlığın inkişafında intensiv metodlardan istifadə edilməsinin rolunu xüsusi vurğulamaq lazımdır. Heyvandarlıqda əldə olunan uğurlar son nəticədə ölkəmizə ət və ət məhsulları idxalının azalmasını, istehlakın tam olaraq yerli istehsal hesabına ödənilməsini təmin edib. Ümumiyyətlə, bu sahədə davam etdirilən işlər aqrar sektorun inkişafının təşviqi baxımından əhəmiyyət kəsb edir. Bütövlükdə, regionlarda aqrar sektorun inkişafı respublikanın ərzaq məhsulları ilə təminat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşmasını şərtləndirib.
Nurlan QƏLƏNDƏRLİ

 
  • Oxunub:  5820  |  
  • Tarix:  27-01-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülür

20 May 21:07
ADNSU: Dünya Metrologiya Gününə həsr olunan elmi-praktik seminar
20 May 20:59
Əlyazmalar İnstitutunun jurnalları UNESCO-nun “ROAD” elmi indeksləşdirmə reyestrinə daxil edilib
20 May 20:55
Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının təhsil şöbələrinin fəaliyyətinə dair hesabatlar dinlənilib
20 May 19:55
Tamara Sinyavskaya: Heydər Əliyev Müslümü çox sevirdi və Bakıda bizim üçün toy məclisi təşkil etdi
20 May 19:48
Şəmkirdə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda seminar-treninq keçirilib
20 May 19:44
SOCAR-ın vitse-prezidentləri AMEA YT Parkın məhsulları ilə tanış olublar
20 May 19:32
Azərbaycan Çinə nar şirəsi və nar şərabı ixrac edəcək
20 May 19:29
Milli Məclisdə inklüziv təhsilin genişləndirilməsi mövzusunda müzakirələr aparılıb
20 May 19:23
Avropa Şurasının konfransında Azərbaycan uğurlu siyasət aparan ölkə kimi qeyd olunub
20 May 19:20
Pekində Azərbaycanın Çindəki səfirliyi üçün bina inşa olunacaq
20 May 19:17
Cüzeppe Kaniliya: Azərbaycan İtaliya üçün olduqca vacib ölkədir
20 May 19:14
Elçin Mirzəbəyli: Azərbaycan Prezidentinin siyasətinin əsasında insan amili dayanır
20 May 17:47
Samux rayon Əhmədbəyli kənd tam orta məktəbinə Milli Qəhrəman Eltun İsgəndərovun adı verildi
20 May 17:43
Əli Əhmədov: Partiyamızın sıralarında 740 min nəfər insan var ki, burada mədəniyyət işçiləri də kifayət qədər geniş şəkildə təmsil olunur
20 May 17:40
Əbülfəs Qarayev: Yeni Azərbaycan Partiyası və Mədəniyyət Nazirliyinin birgə fəaliyyət planı yeni dövrün çağırışlarına cavab verə biləcək layihədir
20 May 17:28
Kürdəmirdə “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması məqsədilə 20 milyon 145 min manat vəsait ayrılıb
20 May 17:18
Hesablama Palatasının 2018-ci il dövlət büdcəsinin icrasına dair rəyi müzakirə edilib
20 May 17:15
Bu gün Dünya Bal Arısı Günüdür
20 May 17:12
Prezident İlham Əliyev Zurab Seretelinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzaladı
20 May 16:56
Bakıda Avropa Banklar Federasiyasının Assosiativ üzvlərinin 48-ci iclası keçirilib
20 May 16:53
Azərbaycanın müharibə veteranları və hərbi yönümlü QHT nümayəndələri Türkiyədə səfərdədirlər
20 May 16:52
Şəkidə indiyədək 3737 hektarda yazlıq
20 May 16:42
Bakıda Avropa Liqası könüllüləri üçün əyləncə gecəsi təşkil olunub
20 May 16:38
Tahir Mirkişili: Avropa Birliyinin Cənubi Qafqaz ölkələri ilə ticarət həcminin 77 faizi Azərbaycanın payına düşür
20 May 16:18
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərini izləyəcək
20 May 16:08
DİM Direktorlar Şurasının sədri Lənkəranda, sədr müavini isə Masallıda vətəndaşları qəbul ediblər
20 May 15:57
Ekoloji problemin həlli və ətraf mühitin qorunması hər bir insanın mənəvi borcudur
20 May 15:49
UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçiriləcək sessiyasına hazırlıq müzakirə olundu
20 May 15:42
İyulda İsveçrəyə ixrac missiyası təşkil ediləcək
20 May 15:37
Yaponiyanın “Himalaya” radiosunda Azərbaycan və Naxçıvan MR barədə xüsusi veriliş yayımlanıb
20 May 15:31
Azərbaycanın milli bayramı ilə bağlı keçirilən tədbir Polşa mətbuatında işıqlandırılıb
20 May 15:22
UEFA Avropa Liqasının kuboku Gəncədə nümayiş olunub
20 May 15:15
Avropa Liqasının finalı ilə bağlı Bakı-Tbilisi-Bakı marşrut xəttinə əlavə avtobuslar buraxılacaq
20 May 15:11
Azərbaycan təbii qazının Avropaya nəqli prosesi həlledici mərhələdir
20 May 15:07
Rufiz Qonaqov: Prezident İlham Əliyevin daxili və xarici siyasətinin əsasını xalqımızın milli maraqları təşkil edir
20 May 15:05
Sevinc Fətəliyeva: Cənubi Qafqazın güc mərkəzi kimi çıxış edən Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi dividendlər vəd edir
20 May 14:41
Sosial proqramların uğuru və ildən-ilə genişlənməsi bəzi dairələrdə dərin narahatlıq hissi yaradıb
20 May 14:37
Elçin Quliyev: Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq tərəflərin bərabərhüquqluluğu prinsipinə söykənir
20 May 14:32
Dörd ayda toxuculuq sənayesi 48 faiz artıb
20 May 14:30
İspaniya və Portuqaliyada yaşayan azərbaycanlıları əlaqələndirmə şuraları təsis edilib
20 May 14:26
Özəl sektorda ictimai iaşə dövriyyəsinin 59 faizi fərdi sahibkarların payına düşür
20 May 14:20
AzMİU-da İtaliya–Azərbaycan Dizayn Mərkəzinin açılışı olub
20 May 14:18
Milli valyutada olan əmanətlər 20 faizədək artıb
20 May 14:13
UEFA “Avro 2020”nin final mərhələsinə biletlərin qiymətini açıqlayıb
20 May 14:07
Kənd təsərrüfatı naziri Goranboyda fermerlərlə görüşüb
20 May 14:02
Gənc sərhədçilər Vətənə sədaqət andı içiblər
20 May 13:56
Yeni Azərbycan Partiyası və Mədəniyyət Nazirliyinin Azərbaycanın dövlətçilik ənənələrinin yaşadılması məqsədilə vətənpərvərlik və mədəni dəyərlərə hörmət hisslərinin gücləndirilməsinə dair 2019-2020-ci illər üzrə birgə Fəaliyyət Planının təqdimat mərasimi keçirilib
20 May 12:52
Vüsal Qasımlı: Azərbaycanda problemli kreditlərin həll modeli güclü sosial xarakterə malikdir
20 May 12:46
Əli Əhmədov: YAP bütövlükdə cəmiyyətin bütün təbəqələri arasında nüfuz qazanan bir təşkilatdır
20 May 12:43
Azərbaycan İlahiyyat İnstitutu kollektivinin maarifləndirici səfərləri davam edir
20 May 12:41
Ziyad Səmədzadə: İctimai şuralar kiçik və orta biznesin maliyyə bazarlarına çıxışını təkmilləşdirəcək
20 May 12:18
Ümumdünya Metrologiya Günü qeyd olunub
20 May 12:15
Moskvada Heydər Əliyev Kuboku uğrunda illik minifutbol turniri keçirilib
20 May 12:11
Səfir: Koreya problemli kreditlərin həlli üzrə əldə etdiyi nailiyyətləri Azərbaycanla bölüşməyə hazırdır
20 May 12:02
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayı münasibətilə Azərbaycan xalqına xoş arzularını çatdırıb
20 May 11:49
Orxan Məmmədov: Ədalət mühakiməsinin keyfiyyətinin artırılması ölkədə investisiya və biznes mühitinin yaxşılaşdırılmasına xidmət edəcək
20 May 11:36
II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib
20 May 11:28
Vüsal İsayev: Prezidentin Fərmanında əsas istiqamətlərdən biri də sahibkarlığın inkişafına şərait yaratmaqdır
20 May 11:21
Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə Çilidə rəsmi qəbul keçirilib
20 May 11:19
Bakıda “Problemli kreditlərin həlli: Azərbaycan və Koreya təcrübəsi” Mövzusunda konfrans işə başlayıb
20 May 11:14
MM-in sədri Oqtay Əsədov Ukraynanın altıncı Prezidenti Vladimir Zelenskinin andiçmə mərasimində iştirak edir
20 May 11:11
Azərbaycanda məhkəmə-hüquq islahatlarının əsas istiqamətləri sahibkarlarla müzakirə edilir
20 May 11:10
Azərbaycan qida məhsullarının Çinin İvu şəhərinə ixracına dair müzakirələr aparılıb
20 May 10:57
PA rəsmisi: Məhkəmə-hüquq sistemində davam edən islahatların dəstəklənməsinə ehtiyac var
20 May 10:27
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
20 May 10:11
BAKIDAN BRÜSSELƏ, BRÜSSELDƏN BAKIYA...
20 May 10:08
Azərbaycanın dinamik inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən qlobal mərkəzə çevirməkdədir
20 May 09:55
Azərbaycan “OPEC plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü iclasında təmsil olunub
20 May 09:52
Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanında bir sıra görüşlər keçirib
20 May 09:48
Milli Məclisin sədri Oqtay Əsədov Kiyevdə müalicə alan Milli qəhrəmanımızla görüşüb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+22 +26
gecə+15 +18