Ana səhifə »  KİVDF »  Ölkəmizin regionlarının qazlaşdırılması prosesi uğurla davam edir
A+   Yenilə  A-
Ölkəmizin regionlarının qazlaşdırılması prosesi uğurla davam edir

Bu amil bölgələrin sosial-iqtisadi inkişafına mühüm təsir göstərir
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan 2016-cı ili bir sıra uğurlarla başa vurdu. Dünyada maliyyə böhranının hökm sürdüyü dövrdə spesifik milli inkişaf modelinə malik olan ölkəmizin tərəqqisi konseptual əsaslara söykənir və müasir çağırışlara cavab verir. Hazırda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi ölkəmizin sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir.
Heç şübhəsiz, müasir Azərbaycanın mənzərəsini səciyyələndirən əsas cəhətlərdən biri də ölkənin regionlarının tarazlı inkişafının təmin edilməsi ilə bağlıdır. Daha dəqiq desək, Prezident İlham Əliyevin müvafiq fərmanları ilə qəbul edilən və 2004-cü ildən etibarən böyük uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları respublikanın bütün bölgələrinin potensialından daha səmərəli istifadə olunmasında, ənənələrin dirçəlməsində, yerlərdə məşğulluq probleminin aradan qaldırılmasında, mədəni mühitin təmin olunmasında mühüm rol oynayıb. Son illərdə bölgələrdə ardıcıllıqla və yüksək səviyyədə həyata keçirilən, həmçinin bütün sahələri əhatə edən infrastruktur layihələri sayəsində Azərbaycan ən müasir dünya standartları səviyyəsində qurulan infrastruktur təminatına malik ölkəyə çevrilib. Məhz bu kontekstdə son 13 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər sırasında bölgələrin qazlaşdırılması ilə bağlı layihələrin əhəmiyyətini xüsusilə vurğulamaq lazımdır. Məhz bunun nəticəsidir ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ötən il 200-ə yaxın yaşayış məntəqəsinə təbii qaz verilib. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədilə “Azəriqaz” tərəfindən təxirəsalınmaz işlər həyata keçirilir. Belə ki, əhali istehlakçılarının mənzillərində istifadə edilən istismar müddəti başa çatmış mexaniki sayğaclar yeni smart-kart tipli sayğaclarla əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri yeniləri ilə əvəz edilir. Eləcə də elektrik enerjisinin istehsalı və istehlakı sahəsində mühüm irəliləyişlər nəzərə çarpmaqdadır. 2004-cü ildən etibarən bu sahədə ardıcıl surətdə həyata keçirilən tədbirlər sayəsində paytaxt Bakının və bölgələrin elektrik enerjisi ilə təchizatında, sözün əsl mənasında, dönüş yaranıb. Belə ki, ötən müddətdə Azərbaycanın elektrik enerjisi sistemində 25 yeni elektrik stansiyası istismara buraxılıb, 10 min kilometrdən çox yeni elektrik xətləri çəkilib, 1500-dən çox yarımstansiya inşa edilib və yaxud yenidən qurulub. Nəticədə 2400 meqavatdan artıq yeni generasiya gücləri əldə edilib. Hazırda respublikanın elektrik enerjisi sisteminin tərkibində 13 istilik və 15 su elektrik stansiyası fəaliyyət göstərir. Enerji təchizatı müəssisələrinin daha da keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə həyata keçirilən yenidənqurma işləri çərçivəsində respublikanın bütün bölgələrində enerji təchizatının yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməkdədir. Eyni zamanda, bu istiqamətdə işlər hazırda da davam etdirilməkdədir. Məlum olduğu kimi, qış mövsümi ilə əlaqədar olaraq enerjiyə tələbat artıb. Bununla əlaqədar müvafiq qurumlar öz işlərini daha da gücləndiriblər. “Azərenerji” ASC-də də enerji sistemi dispetçer qrafikinə uyğun işləyir. İstehlakçıların artan tələbatı və ötürücü xətlərin yüklənməsi, elektrik stansiyaları və şəbəkə avadanlıqlarının sutka ərzində bazis iş rejimində işləməsinə baxmayaraq, “Azərenerji” ASC-nin struktur vahidinə daxil olan qurumlarda hər hansı çətinliklərin yaranması gözlənilmir və bütün imkanlar səfərbər edilib. ASC-nin enerjinin istehsalı idarəsinin stansiyaların daha da keyfiyyətli və dayanıqlı fəaliyyətini təmin etmək üçün bütün müəssisələrində məsul növbətçilər və qəza-bərpa briqadaları fəaliyyət göstərir.
Yeri gəlmişkən, ötən ilin 11 ayı ərzində “Azərbaycan” İstilik Elektrik Stansiyasında (İES) elektrik enerjisi istehsalı 6 milyard 25,6 milyon kilovat-saatdan artıq olub. Təkcə ötən ilin noyabr ayında stansiyada 717,7 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib. Qeyd edək ki, avadanlıqların iş səmərəliliyinin artırılması və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilib. Ötən ilin son üç ayında “Azərbaycan” İES-də 7 saylı enerji blokunun əsaslı təmiri uğurla başa çatdırılıb, 5 saylı enerji bloku təmirə çıxarılıb. Digər enerji blokları isə təftiş edilərək aşkar edilmiş nasazlıqlar aradan qaldırılıb.
Bundan başqa, ötən ilin 11 ayında “Sumqayıt” Elektrik Stansiyasında (ES) 3 milyard 7,8 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 291,9 milyon kilovat-saat artıqdır. Təkcə 2016-cı ilin noyabr ayında 296,7 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da 2015-ci ilin müvafiq dövründəki istehsaldan 8,5 milyon kilovat-saat çoxdur. Ümumiyyətlə, “Sumqayıt” ES-in optimal iş rejimini saxlamaq üçün qrafik üzrə avadanlıqlara texniki xidmət göstərilir, o cümlədən cari ilin son üç ayı ərzində təmir qrafikinə uyğun olaraq 12 saylı qaz-turbin qurğusunda hava filtrləri yenilənib. Hazırda elektrik stansiyası dispetçer qrafikinə uyğun istismar edilir. Qeyd edək ki, ümumi gücü 525 MVt olan bu elektrik stansiyası 2009-cu ildə istismara verilib, hər birinin gücü 169 meqavat olan iki ədəd qaz və gücü 187 meqavat olan bir ədəd buxar turbinlərindən ibarətdir.
2016-cı ilin 11 ayı ərzində “İsmayıllı” kiçik su elektrik stansiyaları silsiləsində (KSESS) elektrik enerjisi istehsalı 2,9 milyon kilovat-saatdan artıq olub. 2016-cı ilin noyabr ayında stansiyada 101 min kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerjisi istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilib. Vurğulanmalıdır ki, “İsmayıllı” KSESS iki stansiyadan ibarətdir. Belə ki, “İsmayıllı-1” kiçik su elektrik stansiyasının aşağı byefindən çıxan təmizlənmiş su “İsmayıllı-2” kiçik su elektrik stansiyasına daxil olur. Beləliklə, “İsmayıllı” su elektrik stansiyası ümumi gücü 3,2 meqavat (MVt) olan kiçik su elektrik stansiyaları silsiləsini təşkil edir.
Hər birinin gücü 1,6 MVt olan və hər biri üç hidroturbin və üç hidrogeneratordan ibarət “İsmayıllı-1” kiçik su elektrik stansiyası 2013-cü ildə, “İsmayıllı-2” kiçik su elektrik stansiyası isə 2016-cı ildə istismara verilib.
Ötən ilin son günlərində Zərdab rayonunun Aşağı Seyidlər və Şahhüseynli kəndlərinə də “mavi yanacaq” verilib. Ümumilikdə 481 abonentin olduğu yaşayış məntəqələrinin qazlaşdırılması üçün müxtəlif diametrli 46219 metr daşıyıcı və paylayıcı xətt çəkilib. Qeyd olunmalıdır ki, artıq rayonun 35 yaşayış məntəqəsi qazlaşdırılıb. Təkcə bu il 13 kəndə qaz xətti çəkilib.
Goranboy rayonunun Qaraçinar və Qaramusalı kəndlərinə də ilk dəfə təbii qaz verilib. 552 abonenti olan Qaraçinar kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 18 min 376 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 1446 metr müxtəlif diametrli metal borularla daşıyıcı, məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 552 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 224 abonenti olan Qaramusalı kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 2 min 389 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 13 min 912 metr müxtəlif diametrli metal borularla daşıyıcı, məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 224 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Hazırda Goranboy rayonunun daha 5 kəndində - Sarov, Yəhərçi Qazaxlar, Yolpaq, Goranlı və Səmədabad kəndlərində tikinti-quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin olunacaq.
Ağsu rayonunda isə ən ucqar yaşayış məntəqələrindən olan, 1512 nəfər əhalinin yaşadığı Padarqışlaq kəndinə “mavi yanacaq” verilib. Rayon mərkəzindən 49 kilometr məsafədə yerləşən kəndin qazlaşdırılması üçün 21249 metr polad, 4968 metr polietilen borulardan istifadə olunub. Bütün evlər sayğaclaşdırılıb. Vurğulanmalıdır ki, son iki ildə Ağsuda 26 yaşayış məntəqəsi qazlaşdırılıb. Bu da ümumi abonentlərin 96 faizini təşkil edir.
Ötən ilin sonunda Saatlı rayonunun Əliabad və Şirinbəyli kəndlərinə də təbii qaz verilib. 243 abonenti olan Əliabad kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 23 min 455 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilində sayğac və fərdi tənzimləyici quraşdırılıb. 729 abonenti olan Şirinbəyli kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 3 min 528 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 54 min 494 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 729 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Hazırda Saatlının daha 4 kəndində - Sarıcalar, Qara Nuru, Qazanbatan və Məmmədabad kəndlərində tikinti-quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilməsi təmin olunacaq. Bütövlükdə, ölkə miqyasında bu proses davamlı xarakter daşıyır.
Nardar BAYRAMLI

 
  • Oxunub:  6840  |  
  • Tarix:  28-01-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülür

20 May 21:07
ADNSU: Dünya Metrologiya Gününə həsr olunan elmi-praktik seminar
20 May 20:59
Əlyazmalar İnstitutunun jurnalları UNESCO-nun “ROAD” elmi indeksləşdirmə reyestrinə daxil edilib
20 May 20:55
Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının təhsil şöbələrinin fəaliyyətinə dair hesabatlar dinlənilib
20 May 19:55
Tamara Sinyavskaya: Heydər Əliyev Müslümü çox sevirdi və Bakıda bizim üçün toy məclisi təşkil etdi
20 May 19:48
Şəmkirdə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda seminar-treninq keçirilib
20 May 19:44
SOCAR-ın vitse-prezidentləri AMEA YT Parkın məhsulları ilə tanış olublar
20 May 19:32
Azərbaycan Çinə nar şirəsi və nar şərabı ixrac edəcək
20 May 19:29
Milli Məclisdə inklüziv təhsilin genişləndirilməsi mövzusunda müzakirələr aparılıb
20 May 19:23
Avropa Şurasının konfransında Azərbaycan uğurlu siyasət aparan ölkə kimi qeyd olunub
20 May 19:20
Pekində Azərbaycanın Çindəki səfirliyi üçün bina inşa olunacaq
20 May 19:17
Cüzeppe Kaniliya: Azərbaycan İtaliya üçün olduqca vacib ölkədir
20 May 19:14
Elçin Mirzəbəyli: Azərbaycan Prezidentinin siyasətinin əsasında insan amili dayanır
20 May 17:47
Samux rayon Əhmədbəyli kənd tam orta məktəbinə Milli Qəhrəman Eltun İsgəndərovun adı verildi
20 May 17:43
Əli Əhmədov: Partiyamızın sıralarında 740 min nəfər insan var ki, burada mədəniyyət işçiləri də kifayət qədər geniş şəkildə təmsil olunur
20 May 17:40
Əbülfəs Qarayev: Yeni Azərbaycan Partiyası və Mədəniyyət Nazirliyinin birgə fəaliyyət planı yeni dövrün çağırışlarına cavab verə biləcək layihədir
20 May 17:28
Kürdəmirdə “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması məqsədilə 20 milyon 145 min manat vəsait ayrılıb
20 May 17:18
Hesablama Palatasının 2018-ci il dövlət büdcəsinin icrasına dair rəyi müzakirə edilib
20 May 17:15
Bu gün Dünya Bal Arısı Günüdür
20 May 17:12
Prezident İlham Əliyev Zurab Seretelinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzaladı
20 May 16:56
Bakıda Avropa Banklar Federasiyasının Assosiativ üzvlərinin 48-ci iclası keçirilib
20 May 16:53
Azərbaycanın müharibə veteranları və hərbi yönümlü QHT nümayəndələri Türkiyədə səfərdədirlər
20 May 16:52
Şəkidə indiyədək 3737 hektarda yazlıq
20 May 16:42
Bakıda Avropa Liqası könüllüləri üçün əyləncə gecəsi təşkil olunub
20 May 16:38
Tahir Mirkişili: Avropa Birliyinin Cənubi Qafqaz ölkələri ilə ticarət həcminin 77 faizi Azərbaycanın payına düşür
20 May 16:18
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərini izləyəcək
20 May 16:08
DİM Direktorlar Şurasının sədri Lənkəranda, sədr müavini isə Masallıda vətəndaşları qəbul ediblər
20 May 15:57
Ekoloji problemin həlli və ətraf mühitin qorunması hər bir insanın mənəvi borcudur
20 May 15:49
UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçiriləcək sessiyasına hazırlıq müzakirə olundu
20 May 15:42
İyulda İsveçrəyə ixrac missiyası təşkil ediləcək
20 May 15:37
Yaponiyanın “Himalaya” radiosunda Azərbaycan və Naxçıvan MR barədə xüsusi veriliş yayımlanıb
20 May 15:31
Azərbaycanın milli bayramı ilə bağlı keçirilən tədbir Polşa mətbuatında işıqlandırılıb
20 May 15:22
UEFA Avropa Liqasının kuboku Gəncədə nümayiş olunub
20 May 15:15
Avropa Liqasının finalı ilə bağlı Bakı-Tbilisi-Bakı marşrut xəttinə əlavə avtobuslar buraxılacaq
20 May 15:11
Azərbaycan təbii qazının Avropaya nəqli prosesi həlledici mərhələdir
20 May 15:07
Rufiz Qonaqov: Prezident İlham Əliyevin daxili və xarici siyasətinin əsasını xalqımızın milli maraqları təşkil edir
20 May 15:05
Sevinc Fətəliyeva: Cənubi Qafqazın güc mərkəzi kimi çıxış edən Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi dividendlər vəd edir
20 May 14:41
Sosial proqramların uğuru və ildən-ilə genişlənməsi bəzi dairələrdə dərin narahatlıq hissi yaradıb
20 May 14:37
Elçin Quliyev: Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq tərəflərin bərabərhüquqluluğu prinsipinə söykənir
20 May 14:32
Dörd ayda toxuculuq sənayesi 48 faiz artıb
20 May 14:30
İspaniya və Portuqaliyada yaşayan azərbaycanlıları əlaqələndirmə şuraları təsis edilib
20 May 14:26
Özəl sektorda ictimai iaşə dövriyyəsinin 59 faizi fərdi sahibkarların payına düşür
20 May 14:20
AzMİU-da İtaliya–Azərbaycan Dizayn Mərkəzinin açılışı olub
20 May 14:18
Milli valyutada olan əmanətlər 20 faizədək artıb
20 May 14:13
UEFA “Avro 2020”nin final mərhələsinə biletlərin qiymətini açıqlayıb
20 May 14:07
Kənd təsərrüfatı naziri Goranboyda fermerlərlə görüşüb
20 May 14:02
Gənc sərhədçilər Vətənə sədaqət andı içiblər
20 May 13:56
Yeni Azərbycan Partiyası və Mədəniyyət Nazirliyinin Azərbaycanın dövlətçilik ənənələrinin yaşadılması məqsədilə vətənpərvərlik və mədəni dəyərlərə hörmət hisslərinin gücləndirilməsinə dair 2019-2020-ci illər üzrə birgə Fəaliyyət Planının təqdimat mərasimi keçirilib
20 May 12:52
Vüsal Qasımlı: Azərbaycanda problemli kreditlərin həll modeli güclü sosial xarakterə malikdir
20 May 12:46
Əli Əhmədov: YAP bütövlükdə cəmiyyətin bütün təbəqələri arasında nüfuz qazanan bir təşkilatdır
20 May 12:43
Azərbaycan İlahiyyat İnstitutu kollektivinin maarifləndirici səfərləri davam edir
20 May 12:41
Ziyad Səmədzadə: İctimai şuralar kiçik və orta biznesin maliyyə bazarlarına çıxışını təkmilləşdirəcək
20 May 12:18
Ümumdünya Metrologiya Günü qeyd olunub
20 May 12:15
Moskvada Heydər Əliyev Kuboku uğrunda illik minifutbol turniri keçirilib
20 May 12:11
Səfir: Koreya problemli kreditlərin həlli üzrə əldə etdiyi nailiyyətləri Azərbaycanla bölüşməyə hazırdır
20 May 12:02
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayı münasibətilə Azərbaycan xalqına xoş arzularını çatdırıb
20 May 11:49
Orxan Məmmədov: Ədalət mühakiməsinin keyfiyyətinin artırılması ölkədə investisiya və biznes mühitinin yaxşılaşdırılmasına xidmət edəcək
20 May 11:36
II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib
20 May 11:28
Vüsal İsayev: Prezidentin Fərmanında əsas istiqamətlərdən biri də sahibkarlığın inkişafına şərait yaratmaqdır
20 May 11:21
Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə Çilidə rəsmi qəbul keçirilib
20 May 11:19
Bakıda “Problemli kreditlərin həlli: Azərbaycan və Koreya təcrübəsi” Mövzusunda konfrans işə başlayıb
20 May 11:14
MM-in sədri Oqtay Əsədov Ukraynanın altıncı Prezidenti Vladimir Zelenskinin andiçmə mərasimində iştirak edir
20 May 11:11
Azərbaycanda məhkəmə-hüquq islahatlarının əsas istiqamətləri sahibkarlarla müzakirə edilir
20 May 11:10
Azərbaycan qida məhsullarının Çinin İvu şəhərinə ixracına dair müzakirələr aparılıb
20 May 10:57
PA rəsmisi: Məhkəmə-hüquq sistemində davam edən islahatların dəstəklənməsinə ehtiyac var
20 May 10:27
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
20 May 10:11
BAKIDAN BRÜSSELƏ, BRÜSSELDƏN BAKIYA...
20 May 10:08
Azərbaycanın dinamik inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən qlobal mərkəzə çevirməkdədir
20 May 09:55
Azərbaycan “OPEC plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü iclasında təmsil olunub
20 May 09:52
Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanında bir sıra görüşlər keçirib
20 May 09:48
Milli Məclisin sədri Oqtay Əsədov Kiyevdə müalicə alan Milli qəhrəmanımızla görüşüb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+22 +26
gecə+15 +18