Ana səhifə »  KİVDF »  Bu ilin altı ayında da regionlarda uğurlu iqtisadi inkişaf göstəriciləri qeydə alınıb
A+   Yenilə  A-
Bu ilin altı ayında da regionlarda uğurlu iqtisadi inkişaf göstəriciləri qeydə alınıb

Şəki-Zaqatala iqtisadi rayonunda əldə olunan nəticələr bunu deməyə əsas verir
2004-cü ildən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları ölkəmizin iqtisadi inkişafının əsas bazası sayılır. Belə ki, məhz bu proqramların uğurlu icrası ölkəmizin hərtərəfli inkişafını təmin edib, vətəndaşların sosial rifahının yüksəlişində əsaslı rol oynayıb, eləcə də regionların inkişafını daha da sürətləndirib. Sahibkarlığa göstərilən diqqət və qayğı, aqrar sahənin inkişaf etdirilməsi, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, o cümlədən rayonlarda zəruri kənd təsərrüfatı infrastrukturunun formalaşdırılması qeyri-neft sektorunun inkişafında mühüm yer tutur. Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev də bildirib ki, altı ayın göstəriciləri çox qaneedicidir: “Qeyri-neft iqtisadiyyatımız altı ayda 1,7 faiz artıb. Bu, çox yaxşı göstəricidir. Mən xüsusilə qeyri-neft iqtisadiyyatını qeyd edirəm. Çünki ümumi iqtisadi göstərici, yəni ümumi daxili məhsulun göstəriciləri daha çox neftin hasilatına və neftin qiymətinə bağlıdır. Bu da dəyişir. Ona görə bu, bizim gördüyümüz işlərə qiymət vermək üçün əsas amil kimi qəbul edilə bilməz. Qeyri-neft iqtisadiyyatımızda 1,7 faiz artım bizim apardığımız iqtisadi islahatların nəticəsidir. Hesab edirəm ki, bu, xüsusilə indiki şəraitdə çox yaxşı göstəricidir. Qeyri-neft sənayesi daha çox artıb. Burada artım 4,4 faizdir. Hesab edirəm ki, bu da mümkün olan ən gözəl göstəricidir. Bu, onu göstərir ki, islahatlar və apardığımız siyasət öz nəticəsini verir”.
Vurğulanmalıdır ki, respublikada iri təsərrüfatların yaradılması məqsədilə 18 rayonun inzibati ərazilərindən yeni əkin dövriyyəsinə cəlb ediləcək 150 min hektara yaxın torpaq massivlərinin və bir sıra rayonlarda yeni suvarılacaq ərazilərin kadastr xəritələri hazırlanıb. Eləcə də ölkə ərazisi üzrə 166 min hektar torpaq sahələrinin kateqoriyası dəyişdirilərək aqroparkların və iri təsərrüfatların yaradılması məqsədi ilə investorların istifadəsinə verilib. Həmçinin yerli icra hakimiyyəti orqanları ilə birlikdə görülmüş tədbirlər nəticəsində 240 min hektar səmərəsiz istifadə olunan kənd təsərrüfatı təyinatlı torpaq sahələri geri qaytarılıb və əkin dövriyyəsinə cəlb olunması üçün zəmin yaradılıb.
Qeyd edək ki, əldə olunan nailiyyətlər ölkəmizin bir sıra regionlarının, eləcə də Şəki-Zaqatala iqtisadi rayonunun 6 aylıq göstəricilərində öz əksini tapmaqdadır.
Bəhs edilən dövrdə bu iqtisadi rayon ərazisində əldə edilən uğurlara keçməmişdən öncə qeyd edək ki, Şəki-Zaqatala iqtisadi rayonuna Balakən, Qax, Qəbələ, Zaqatala, Oğuz, Şəki inzibati rayonları və respublika tabeli Şəki şəhəri daxildir.
Şəki-Zaqatala iqtisadi rayonu respublikanın həm də mühüm kurort-sanatoriya regionlarından sayılır. Şəki-Zaqatala iqtisadi rayonunun gözəl təbiəti onu Azərbaycanın mühüm istirahət-turizm regionuna çevirib. Qəbələdə, Şəkidə, Zaqatalada yüksək səviyyəli istirahət-turizm müəssisələri fəaliyyət göstərir. Ərazidən Gürcüstana beynəlxalq turizm marşrutu keçir. Eləcə də Şəki-Zaqatala iqtisadi rayonunda yerləşən sənaye müəssisələri əsasən kənd təsərrüfatı məhsulları emal edir. Alazan-Əyriçay vadisi, Baş Qafqaz silsiləsinin dağətəyi zonaları, Acınohur ovalığı iqtisadi rayonun mühüm kənd təsərrüfatı sahələridir. Bu ərazilərdə becərilən tütün, qərzəkli meyvələr, taxıl, bəslənən barama iqtisadi rayonun kənd təsərrüfatının əsas sahələridir. Tütün yığımına görə Şəki və Zaqatala rayonları, meyvə yığımına görə isə Şəki, Oğuz, Balakən, Zaqatala, Qax rayonları ilk sıralardadırlar. Şəki, Zaqatala, Qəbələ rayonlarında həm də taxılçılıq mühüm sahələrdən sayılır.
Vurğulanmalıdır ki, bu ilin birinci yarısında Zaqatala rayonunda 114,1 milyon manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,3 faiz çoxdur. Məhsul istehsalı sənayedə 51,9 faiz, kənd təsərrüfatında 1,3 faiz, ticarətdə 13 faiz, rabitədə 9 faiz artıb, pərakəndə əmtəə dövriyyəsinin həcmi 10,3 faiz, pullu xidmətlərin həcmi isə 6,7 faiz çoxalıb. Bu müddət ərzində 1832-si daimi olmaqla, 1872 yeni iş yeri açılıb. Zaqatala Rayon İcra Hakimiyyətində keçirilən 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında da qeyd olunduğu kimi, Prezident İlham Əliyevin mövcud iqtisadi potensialdan daha səmərəli istifadə olunması, ixracyönümlü istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması və inkişaf etdirilməsi istiqamətində verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə rayonda zəruri tədbirlər davam etdirilir. Belə ki, 2017-ci ildə Zaqatala rayonunda 700 hektar sahədə tütün əkilməsi proqnozlaşdırılsa da, fermerlər arasında aparılan maarifləndirmə tədbirləri nəticəsində builki mövsümdə 743 hektar sahədə tütün əkilib. Artıq məhsul yığımına da başlanılıb və bu günədək 128 tondan çox yaşıl tütün kütləsi tədarük edilərək, qurudulmaq üçün “İnter-Tobacco” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinin kameralarına yığılıb.
Diqqətə çatdırılıb ki, dövlətimizin başçısının ixracyönümlü məhsulların istehsalının artırılması ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, Zaqatala rayonunda yeni fındıq bağlarının salınması ilə əlaqədar zəruri tədbirlər həyata keçirilir. Bu məqsədlə ötən ilin payızında 1 milyon 540 min ədəd pöhrə tədarük olunmaqla, 2 min 560 hektar sahədə yeni fındıq bağları salınıb və bağların ümumi sahəsi 16 min 420 hektara çatdırılıb. Cari ilin yaz mövsümündə isə daha 598 hektar sahədə yeni fındıq bağları salınıb. Bundan əlavə, 5 hektar sahədə fındıq tingliyi təsərrüfatı yaradılıb və hazırda burada 300 min ədəd ting yetişdirilir. Bu tinglərin gələcəkdə 600 hektar sahəyə köçürülməsi planlaşdırılır.
Bildirilib ki, cari mövsümdə rayonda 21 ton yaş barama istehsal edilməsi nəzərdə tutulsa da, kümçülər tapşırığa artıqlaması ilə əməl edib, 21 ton 328 kiloqram barama istehsal edərək “Şəki-İpək” ASC-yə təhvil veriblər. Barama istehsalı əvvəlki illə müqayisədə 3,5 dəfədən çox artıb.
Rayonda ənənəvi və ixrac potensialı yüksək sahələrdən olan gülçülüyün inkişaf etdirilməsi, yeni gül plantasiyasının salınması məqsədi ilə Aşağı Tala kəndində 100 hektar torpaq sahəsi ayrılıb. Ötən ilin payızında ayrılmış sahənin 64 hektarında Bolqarıstandan gətirilmiş 250 min ədəd “qızılgül”, cari ilin yazında isə 25 hektar sahədə 500 min ədəd “lavanda” tinglərinin əkilməsi təmin olunub. Artıq bu ərazidə gül yağı istehsalı zavodunun tikintisinə də başlanılıb. Bildirilib ki, rayonda bütün maliyyə mənbələri hesabına 4,2 milyon manat həcmində tikinti, təmir və abadlıq işləri görülüb. Yığıncaqda həmçinin 2017-ci ilin birinci yarısında əhalinin elektrik enerjisi, təbii qaz, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər ətraflı təhlil olunub.
Bu ilin ötən dövründə Qax rayonunda da ənənəvi istehsal sahələrindən olan tütünçülüyün, baramaçılığın və fındıqçılığın inkişaf etdirilməsi istiqamətində tədbirlər davam etdirilib. Belə ki, cari mövsümdə rayonda tütün əkini sahələri əvvəlki illə müqayisədə 275 hektar artırılaraq 605,8 hektara çatdırılıb. Hazırda təsərrüfatlarda tütün yığımı davam edir. Fermerlər indiyədək 430 ton yaşıl tütün yarpağı tədarük edərək “İnter-Tobacco” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə təhvil veriblər. Rayonun kümçüləri isə cari mövsümdə 12,5 ton yüksəkkeyfiyyətli yaş barama məhsulu istehsal ediblər. Barama istehsalı ötən illə müqayisədə 8,7 ton artıb. Cari ildə rayon ərazisində 513 hektar sahədə yeni fındıq bağları da salınıb. Qax Rayon İcra Hakimiyyətində keçirilən və 2017-ci ilin birinci yarısının yekunlarına həsr olunan yığıncaqda bildirilib ki, bu ilin birinci yarısında rayonda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,2 faiz artaraq, 49 milyon 746 min manat olub. Müddət ərzində 2 milyon 389 min manatlıq sənaye, 17 milyon 167 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. Aqrar sahədə məhsul istehsalı keçən ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artıb. Tikinti işlərinin həcmi isə 2,4 dəfə artaraq, 8 milyon 247 min manat təşkil edib. Hesabat dövründə rayonda 418 yeni, daimi iş yeri açılıb.
Diqqətə çatdırılıb ki, ölkədə aqrar-sənaye kompleksinin inkişafı ilə bağlı dövlətimizin başçısının verdiyi tapşırığa uyğun olaraq, rayonda 2044 hektar ərazidə ixtisaslaşmış aqroparkın yaradılması nəzərdə tutulur. Ötən müddət ərzində aqroparkın infrastrukturunun yaradılması istiqamətində xeyli iş görülüb. Ərazinin suvarma suyu ilə təmin olunması üçün Əyriçay dəryaçasından 4,5 kilometr uzunluğunda su xəttinin çəkilişi başa çatıb. Ərazidə 9 vaqon-ev, 1 tərəzi quraşdırılıb, ofis binaları tikilib. Aqroparkın ərazisində 50 hektar sahədə soya, 33 hektar sahədə dən üçün qarğıdalı, 19 hektarda yem üçün qarğıdalı, 43 hektar sahədə günəbaxan əkilib. Yaxın vaxtlarda “pivot” suvarma sisteminin quraşdırılmasına başlanılacaq.
Cari ildə rayonda 4 min 739 hektar sahədə yazlıq bitkilərin əkini aparılıb. Əkin sahələri ötən illə müqayisədə 714 hektar artıb. Bu il rayonun tarixində ilk dəfə olaraq rekord miqdarda - 43,2 min ton payızlıq dənlilər istehsal olunub.
Bu ilin ilk altı ayında Oğuz rayonunun təsərrüfatlarında da 200 hektar sahədə tütün əkilib. Tütün əkini sahələri əvvəlki illə müqayisədə 14 dəfədən çox artıb. Oğuzlu fermerlər bu il 31 hektar sahədə “Virciniya” növlü ətirli, 169 hektar sahədə isə yerli tütün sortları yetişdiriblər. Hazırda təsərrüfatlarda tütünün yığılması və qurudulması işləri mütəşəkkil qaydada davam etdirilir. Fermerlər bu günədək sahələrdən 36 ton “Virciniya” növlü yaşıl tütün kütləsi toplayaraq qurudulması üçün “İnter-Tobacco” MMC-nin Şəkidə fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə təhvil veriblər. Bundan əlavə, oğuzlu fermerlər indiyədək yetişdirdikləri yerli tütün sortlarından 6,4 ton quru tütün də istehsal ediblər.
Qeyd olunmalıdır ki, bu il Oğuz rayonunda tikinti-ababdlıq işləri də uğurla davam etdirilib. Yeni iaşə obyektlərinin, istirahət mərkəzlərinin tikilməsi, parkların yenidən qurulması rayonun turizm potensialının artmasını da şərtləndirib. Belə ki, son illər rayonda müasir turizm infrastrukturunun yaradılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Hazırda rayonda 4 turizm istirahət mərkəzi, 6 hotel, 20-dən çox ailəvi istirahət mərkəzi fəaliyyət göstərir. Vurğulanmalıdır ki, ötən il Oğuza 15 mindən çox turist gəlib. Cari ilin ötən dövründə isə rayona gələn turistlərin sayı 5 mini ötüb.
Şəki Şəhər İcra Hakimiyyətində keçirilən 2017-ci ilin birinci yarısının yekunları ilə bağlı hesabat yığıncağında isə bildirilib ki, ilin birinci yarısında, ilkin hesablamalara görə, rayonda faktiki qiymətlərlə 181 milyon 194 min manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. Ümumi məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz artıb. Buraxılan məhsulun 11 faizi dövlət, 89 faizi isə özəl bölmənin payına düşür. Hesabat dövründə rayonda əmtəə dövriyyəsinin həcmi artaraq 213 milyon 917 min manat olub, rayonda 2 min 169 yeni, daimi iş yeri açılıb.
Hesabat dövründə rayonda məhsul istehsalının artırılması, kənd təsərrüfatında özəl bölmənin genişləndirilməsi diqqət mərkəzində saxlanılıb, rayon iqtisadiyyatında mühüm yer tutan taxılçılığın, ənənəvi sahələrdən olan tütünçülüyün, baramaçılığın inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirilib. 2017-ci ilin məhsulu üçün payızlıq taxıl əkilmiş 66 min 634 hektar sahəyə aqrotexniki qulluq olunub. Bu günədək 60 min hektardan çox sahənin taxılı biçilib, 200 min tona yaxın məhsul tədarük edilib. Hər hektardan orta məhsuldarlıq 32 sentnerdən yuxarı olub.
Diqqətə çatdırılıb ki, cari ildə rayonda 843 hektar sahədə tütün bitkisi yetişdirilib. Əkin sahələri əvvəlki illə müqayisədə 58 hektar artırılıb. Hazırda təsərrüfatlarda tütün yığımı davam edir. Rayonda barama istehsalının artırılması diqqət mərkəzində saxlanılıb. Kümçülər cari mövsümdə 17,7 ton yaş barama məhsulu istehsal ediblər. Bu, ötən illə müqayisədə 8 ton çoxdur. İxracyönümlü məhsullardan olan fındıqçılığı inkişaf etdirmək məqsədi ilə ötən ilin payız mövsümündə rayon ərazisində 724 hektar, cari ilin yazında isə 58,5 hektar sahədə yeni fındıq bağları salınaraq, fındıq bağlarının ümumi sahəsi 1761,5 hektara çatdırılıb.
Bildirilib ki, dövlətimizin başçısının iri fermer təsərrüfatlarının, aqroparkların yaradılması ilə bağlı verdiyi tapşırığa uyğun olaraq rayonda meyvə, tərəvəz, istixana təsərrüfatı və orqanik gübrə istehsalı ilə məşğul olan “Sənaye - Aqropark” yaradılıb, 78 hektar sahədə İtaliya və Fransadan gətirilmiş, müxtəlif meyvə - ərik, şaftalı, armud və gavalı tingləri əkilib. Əlavə olaraq, həmin ərazidə 24 hektar sahədə mebel sənayesini inkişaf etdirmək məqsədi ilə Türkiyədən gətirilmiş pavloniya ağacları əkilib. Hazırda aqroparkda 200 nəfər işlə təmin olunub. Bu il sahələrdən 500 tona yaxın məhsul yığılıb və satış üçün yerli bazarlara çıxarılıb. Gələn ildən etibarən məhsulun xarici bazarlara çıxarılması üçün məqsədyönlü iş aparılır.
Yığıncaqda həmçinin ilin birinci yarısında əhalinin təbii qaz, elektrik enerjisi, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən bəhs olunub. Bildirilib ki, 2017-ci ildə Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin 3-cü mərhələsinın icrasına başlanılıb. Hesabat dövründə 647 mənzil qazlaşdırılıb.
İlin ilk altı ayı Şəki-Zaqatala iqtisadi rayonunun digər rayonu - Qəbələ rayonu üçün də uğurlu olub. İqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 67034 min manatlıq məhsul istehsal edilib, ötən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışı rayon üzrə 2,5 faiz artıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışı üzrə sənayedə 17,9 faiz, kənd təsərrüfatında 16,5 faiz, nəqliyyatda 5,9 faiz, ticarətdə 20,8 faiz, rabitədə 3 faiz artım olub. Bu dövrdə adambaşına düşən ümumi məhsul buraxılışı 639 manat təşkil edib.
Bu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan yığıncaqda bildirilib ki, ötən dövr ərzində Qəbələ rayon Məhkəməsi, Qəbələ rayon Kənd Təsərrüfatı İdarəsi, Qəbələ Peşə Liseyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi, Qəbələ rayon Prokurorluğu, Gömrük Akademiyası üçün inzibati binaların inşası, atçılıq mərkəzi, “Qafqaz Aqua Land Hotel” və “Qafqaz Diamond Akvapark” istirahət mərkəzinin tikintisi, Qəbələ şəhərinin içməli su və kanalizasiya sisteminin yenidən qurulması işləri davam etdirilib.
Ötən yarım ildə şəhərin Muxtar Abduyev küçəsindəki 5 ədəd beşmərtəbəli binanın dam örtüyündə təmir işləri aparılıb, “Xalça toxuculuğu” müəssisəsində tikinti işləri görülüb və hazırda inşaat işləri davam etdirilir. Bununla yanaşı, şəhərin Heydər Əliyev prospektində, Həzi Aslanov küçəsinin 300 metrlik hissəsində və Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmiş 2 ədəd ikimərtəbəli və 1 ədəd dördmərtəbəli yaşayış binalarında əsaslı təmir işləri aparılır. Əhalinin elektrik enerjisi ilə təchizatını yaxşılaşdırmaq məqsədilə Qəbələ şəhərində, qəsəbə və kəndlərdə 14 ədəd yeni transformator yarımstansiyaları quraşdırılıb. İl ərzində 4408 nəfər yeni abonentə təbii qaz verilərək, əhali abonentlərinin sayı 16543-ə çatdırılıb. Bum, Nic qəsəbələrinə, Qəmərvan, Mirzəbəyli və Həmzəli kəndlərinə təbii qaz verilib. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün Mirzəbəyli, Cığatelli, Seyidqışlaq, Məmmədağalı, Bəyli və Bunud kəndlərində subartezian quyuları qazılıb.
Bildirilib ki, rayonun iqtisadiyyatının əsasını taxılçılıq təşkil edir və bu ilin məhsulu üçün 21047 hektar sahədə payızlıq dənli bitkilər əkilib. Onun da 16262 hektarı buğda, 4785 hektarı arpa sahələridir. Hazırda sahələrdə taxıl biçini davam edir. Biçilmiş sahələrin məhsuldarlığı 32-33 sentner təşkil edir. Bu il 613 hektar kartof, 854 hektar tərəvəz əkilib. Fındıqçılığın mühüm əhəmiyyət kəsb etməsini nəzərə alaraq, rayon ərazisində 900 hektar yeni fındıq bağları salınıb. Bu il 55 nəfər kümçü tərəfindən 2860 kiloqram barama istehsal edilib. Barama istehsalının artması ilə əlaqədar rayonda barama qəbulu və qurutması məntəqəsinin yaradılması nəzərdə tutulub. Bu il 70 hektar sahədə tütün əkilib.
Bu ilin ilk yarısında Balakən rayonunda 662 hektar sahədə yeni fındıq bağları salınıb. Rayonda 2017-ci ilin birinci yarısında mövcud iqtisadi potensialdan səmərəli istifadə edilməsi, ixracyönümlü sahələrin inkişaf etdirilməsi istiqamətində tədbirlər davam etdirilib. Cari mövsümdə rayonda 11,5 ton barama istehsal olunub. Məhsul istehsalı ötən illə müqayisədə 3,7 dəfə artıb. Cari ildə rayonda 241 hektar sahədə “Virciniya” növlü ətirli, 8 hektar sahədə “Berley” və 279 hektar sahədə yerli tütün sortları olmaqla, ümumilikdə, 528 hektar sahədə tütün əkilib. Hazırda təsərrüfatlarda tütün yığımı davam edir.
Balakən rayonunun 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan tədbirdə vurğulanıb ki, ənənəvi sahələrdən olan fındıqçılığın inkişaf etdirilməsi məqsədi ilə 662 hektarı cari ildə olmaqla, son illər rayon ərazisində, ümumilikdə, 2264 hektar sahədə yeni fındıq bağları salınıb.
Diqqətə çatdırılıb ki, cari ildə rayonun təsərrüfatlarında 11 min 514 hektar sahədə yazlıq bitkilər əkilib. Rayonda taxıl biçini artıq başa çatıb. Fermerlər 1560,5 hektar taxıl sahəsindən 4 min 807 ton məhsul götürüblər. Eyni zamanda, indiyədək rayonda 10 min 535 ton tərəvəz, 2 min 115 ton kartof və digər kənd təsərrüfatı məhsulları istehsal edilib.
Bildirilib ki, meyvəçilik məhsullarının, əsasən də xurmanın qurudulması üçün Katex kəndində “Balxurma” MMC-nin fəaliyyətə başlaması xurma məhsullarının satışında uzun illər mövcud olan problemlərin həllinə müsbət təsir göstərəcək. Eyni zamanda, sosial xarakterli “Ailə Biznesinə ASAN Dəstək” - ABAD pilot layihəsi çərçivəsində Balakən rayonunda 12 ailəyə kənd təsərrüfatı məhsullarının emalı üçün müasir standartlara cavab verən zəruri istehsal avadanlığı ilə təchiz edilmiş monoblok-konteynerlər verilib. Hazırda 8 ailədən müxtəlif növ cem və mürəbbə məhsullarının nümunələri götürülərək, sertifikatlaşdırılması üçün aidiyyəti dövlət qurumlarına göndərilib. Ötən müddətdə cem-mürəbbə istehsalı ilə məşğul olan ABAD-çılar tərəfindən 6 tondan çox məhsul istehsal edilib. Sertifikatlaşdırma işləri başa çatdıqdan sonra həmin məhsullar qablaşdırılaraq satışına başlanılacaq.
Rayonda əkin sahələrinin suvarılmasını yaxşılaşdırmaq məqsədi ilə başlanğıcını İnterçaydan götürən 5,3 kilometr uzunluğunda beton suvarma kanalının tikintisində suqəbuledici və suötürücü qurğuların tikintisi başa çatmaq üzrədir. Bu kanal vasitəsilə Qaysa, Şərif, Yeni Şərif və Meşəşambul kəndlərinin ərazisində 1300 hektar əkin sahəsinin suvarılması təmin olunacaq.
Qeyd edilməlidir ki, hesabat dövründə Şərif kəndində 360 şagird yerlik yeni məktəb binasının, Sarıbulaq və Mahamalar kəndlərində modul tipli məktəblərin, Balakən şəhərində “Bayraq muzeyi”nin, “ABAD-park” kompleksinin, Katex kəndində “Balxurma” MMC-nin qurutma sexinin və anbar binasının tikintisi davam etdirilib.
Pərviz SADAYOĞLU

 
  • Oxunub:  9450  |  
  • Tarix:  28-07-2017  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir

25 Yanvar 19:52
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru ADA Universitetində mühazirə oxuyub
25 Yanvar 19:45
Qafqaz Müsəlmanları İdarəsinin sədri “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə görüşüb
25 Yanvar 17:32
Saatlıda “Pambıqçılıq 2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
25 Yanvar 17:27
Prezident İlham Əliyev Davos Forumunda Azərbaycanın yeni hökumətinin prioritetlərini açıqlayıb
25 Yanvar 17:17
Əli Əhmədov: Beynəlxalq İqtisadi Forum gündən günə inkişaf edən Azərbaycanın və onun iqtisadiyyatının dünyaya açılması üçün gözəl bir imkandır
25 Yanvar 17:11
Deputatlığa namizəd Fatma Yıldırım Bərdə rayonunda şəhid ailələrini ziyarət edib
25 Yanvar 16:37
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
25 Yanvar 16:31
İnanıram ki, seçicilər gələcəyin partiyası olan YAP-ın namizədlərinə səs verəcəklər
25 Yanvar 16:28
Deputatlığa namizəd Elnur Rəhimovun seçicilərlə növbəti görüşü keçirilib
25 Yanvar 16:24
Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik edib
25 Yanvar 16:22
"Seçkilərin yüksək səviyyədə keçirilməsində məntəqə seçki komissiyaları böyük məsuliyyət daşıyırlar"
25 Yanvar 16:17
Yevlax gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar
25 Yanvar 16:15
Deputatlığa namizəd Səməd Seyidov Qazax rayonunda seçicilərlə görüşlər keçirib
25 Yanvar 16:03
Ermənistan işğal olunmuş ərazilərimizdəki abidələri “bərpa” etmək adı altında erməniləşdirmə siyasəti aparır - BƏYANAT
25 Yanvar 15:59
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonu Bucaq kəndində seçicilərlə görüşüb
25 Yanvar 15:54
Prezident İlham Əliyev Türkiyədəki azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqqında tapşırıq verib
25 Yanvar 15:25
Pakistan portalı Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə yayıb
25 Yanvar 15:16
Azərbaycan deputatları AŞPA-nın qış sessiyasında iştirak edəcəklər
25 Yanvar 15:12
Bütün seçiciləri daha güclü Azərbaycan naminə partiyamızın namizədlərinə səs verməyə çağırıram
25 Yanvar 15:03
Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Şatırlı, İkinci Nazırlı, Kürdborakı, Hacılı, Birinci Qazaxlar kəndlərində seçicilərlə görüşüb
25 Yanvar 14:56
Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır”
25 Yanvar 14:22
Azərbaycan Ordusunda Həzi Aslanovun 110 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib
25 Yanvar 13:25
Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib
25 Yanvar 11:47
YAP-ın 11 saylı Qaradağ seçki dairəsindən namizədi Aydın Hüseynovun Ələt qəsəbəsinin sakinləri ilə görüşü keçirilib
25 Yanvar 11:29
Nazirlər Kabinetində icbari sığorta sahəsində qarşıda duran vəzifələr müzakirə edilib
25 Yanvar 11:26
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb
25 Yanvar 11:21
Dilarə Cəbrayılova: Azərbaycanın nüfuzlu Davos İqtisadi Forumu ilə fəal əməkdaşlığı ölkəmizin iqtisadi inkişafı üçün yeni imkanlar açıb
25 Yanvar 11:19
Fevralın 24-dən “Gənclər Paytaxtı 2020” müsabiqəsinin onlayn səsvermə mərhələsi start götürəcək
25 Yanvar 11:17
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub
25 Yanvar 11:15
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ötən ilin yekunları müzakirə olunub
25 Yanvar 11:12
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samuxda və Göygöldə nümayəndəlikləri açılıb
25 Yanvar 11:09
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq
25 Yanvar 10:14
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlaması
25 Yanvar 10:08
Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir
24 Yanvar 18:11
Dövlət Komitəsinin sədri Sabirabadda məcburi köçkünləri qəbul edib
24 Yanvar 18:09
Yeni Azərbaycan Partiyasının Gəncədən olan 4 namizədinin gənclərlə görüşü keçirilib
24 Yanvar 17:43
Deputatlığa namizəd Kamran Bayramov Şəmkirin Mehrili və Abbaslı kəndlərində seçicilərlə görüşüb
24 Yanvar 17:43
Türkiyəli professor: "Azərbaycanda seçici, media və dövlət arasında əlaqə düzgün qurulub"
24 Yanvar 17:40
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Niyazi Tağıyev seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 17:36
Yuli Qusman: "Parlament seçkilərindən sonra da Azərbaycanın demokratik inkişafı davam edəcək"
24 Yanvar 17:28
Mariya Zaxarova: "Parlament seçkilərinin nəticələri dost Azərbaycan xalqının rifahının yaxşılaşmasına xidmət edəcək"
24 Yanvar 17:26
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində “Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirilir
24 Yanvar 17:19
Deputatlığa namizəd Ramil Həsən Ucarda seçicilərlə növbəti görüşlər keçirib
24 Yanvar 17:07
Energetika naziri Siyəzəndə, nazir müavinləri isə Qobustan və Cəlilabadda vətəndaşları qəbul ediblər
24 Yanvar 16:59
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 16:04
“YARAT”da yeni tamaşanın premyerası olacaq
24 Yanvar 15:57
Sabirabadlıların seçimi Əhliman Əmiraslanovdur
24 Yanvar 15:49
Heydər Əliyev Fondunun layihəsi olan “Balaca Şahzadə” növbəti dəfə repertuara salınıb
24 Yanvar 15:40
Deputatlığa namizəd Eldəniz Səlimov Xaçmazda seçicilərlə növbəti görüş keçirib
24 Yanvar 15:36
İmadəddin Nəsimiyə həsr olunmuş “Mənəm, mən...” tamaşası yenidən səhnədə
24 Yanvar 15:34
Seçicilər ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
24 Yanvar 15:31
Bakı məktəblilərinin beynəlxalq yarışlarda əldə etdiyi uğurların sayı artmaqdadır
24 Yanvar 15:26
MSK-nın Şəkidə keçirdiyi regional seminarda seçki mübahisələrinin həllinə dair məsələlər müzakirə olunub
24 Yanvar 15:22
Gəncədə seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair regional müşavirə keçirilib
24 Yanvar 15:12
Ağdaşlılar YAP-ın namizədinə səs verəcəklər
24 Yanvar 14:51
YAP-ın namizədi Kamaləddin Qafarovun təhsil işçiləri ilə görüşü keçirilib
24 Yanvar 14:43
Deputatlığa namizəd Məşhur Məmmədov Masallı rayonu Xırmandalı kəndində seçicilərlə görüşüb
24 Yanvar 14:35
Fikrət Sadıqov: "Cəmiyyətdə seçkilərə maraq kifayət qədər yüksəkdir"
24 Yanvar 14:29
Yeni TV-də qonaq Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa namizədi Məlahət İbrahimqızıdır (VİDEO)
24 Yanvar 14:20
Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub
24 Yanvar 14:15
Prezident İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
24 Yanvar 14:08
Şöhrət Barlas: "Parlament seçkilərindən yalnız müsbət gözləntilərim var”
24 Yanvar 14:04
Azərbaycanda qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur
24 Yanvar 13:58
Prezident İlham Əliyev Davos Forumunun tribunasından Azərbaycan reallıqlarını dünyaya çatdırır
24 Yanvar 13:54
İnanıram ki, 2020-ci il fevral ayının 9-da seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək
24 Yanvar 13:05
Elçin Əhmədov: Prezident İlham Əliyevin Davosdakı görüşləri Azərbaycanın yüksək beynəlxalq nüfuzunun əyani göstəricisidir
24 Yanvar 12:43
Deputatlığa namizəd Fatma Yıldırım növbəti görüşlərini Bərdə rayonunun mədəniyyət və səhiyyə işçiləri ilə keçirib
24 Yanvar 11:46
"Yeni parlamentdə Azərbaycanın daha da inkişafına töhfə verəcək insanların yer alacağına ümid edirəm"
24 Yanvar 11:29
Stefan Şennak: "Əminəm ki, Azərbaycanda parlament seçkiləri ədalət prinsipləri əsasında keçiriləcək"
24 Yanvar 11:15
Moldova MSK-sının və parlamentinin nümayəndələri Azərbaycanda seçkiləri izləyəcəklər

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA