Ana səhifə »  KİVDF »  Bu ilin ilk yarısında regionlarda abadlıq-quruculuq işləri uğurla davam etdirilib
A+   Yenilə  A-
Bu ilin ilk yarısında regionlarda abadlıq-quruculuq işləri uğurla davam etdirilib

Aran iqtisadi rayonunda yeni parkların salınması, iaşə obyektlərinin tikintisi, infrastrukturların yenilənməsi xüsusilə diqqət mərkəzində olub
Azərbaycanda aparılan uğurlu iqtisadi siyasət ölkəmizin iqtisadi qüdrətini daha da yüksəltməklə yanaşı, regionların inkişafına da əhəmiyyətli şəkildə təsir göstərməkdədir. Qeyri-neft sektorunun son bir neçə ildəki sıçrayışlı inkişafı, sahibkarlığın inkişafına göstərilən dövlət qayğısı, eləcə də yeni infrastrukturların qurulması bunu deməyə əsas verir. Artıq uğurla icra edilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları ölkəmizin inkişafında mühüm rola malik olmaqla yanaşı, vətəndaşlarımızın sosial rifahının yüksəlişində də əsaslı yer tutur. İstər yeni sosial iaşə obyektlərinin, istərsə də digər infrastrukturların tikilməsi və yenilənməsi vətəndaşlarımızın sosial rifahının yüksəlişinə xidmət göstərir. Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən Prezident İlham Əliyev də bildirib ki, bu uğurları əldə etmək üçün bizim güclü iqtisadi potensialımız olmalıdır: “Altı ayın göstəriciləri məni çox qane edir. Qeyri-neft iqtisadiyyatımız altı ayda 1,7 faiz artıb. Bu, çox yaxşı göstəricidir. Mən xüsusilə qeyri-neft iqtisadiyyatını qeyd edirəm. Çünki ümumi iqtisadi göstərici, yəni, ümumi daxili məhsulun göstəriciləri daha çox neftin hasilatına və neftin qiymətinə bağlıdır. Bu da dəyişir. Ona görə, bu, bizim gördüyümüz işlərə qiymət vermək üçün əsas amil kimi qəbul edilə bilməz”.
Ölkə başçısı vurğulayıb ki, sosial infrastruktur obyektlərinin tikintisi aparılıb və aparılır: “Birinci altı ayda 26 tibb müəssisəsi tikilmiş və təmir edilmişdir. İyirmidən çox modul tipli məktəb tikilmişdir. İlin sonuna qədər onların sayı 100-ə çatmalıdır. Yəni, sosial infrastruktur məsələlərinin həlli daim diqqət mərkəzindədir”.
Göründüyü kimi, ölkəmizdə sosial həyatın daha da yaxşılaşmasında, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında aparılan dövlət siyasətinin mühüm rolu var. İstehsal müəssisələrinin fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin yaradılması, o cümlədən bölgələrin yerli və ənənəvi istehsal gücündən istifadə, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, sahibkarların fəaliyyətinin daha da stimullaşdırılması istiqamətində atılan addımlar, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması və digər kompleks tədbirlərin görülməsi bu gün bölgələrin simasının birmənalı şəkildə dəyişməsinə yol açıb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında da yerlərdə sənaye komplekslərinin və aqroparkların yaradılmasına toxunaraq bunların daha da genişləndiriləcəyini qeyd edib: “Mingəçevir Sənaye Parkında 9 zavod tikiləcəkdir. Bu zavodların fəaliyyəti nəticəsində 5 mindən çox iş yeri yaradılacaqdır. Ümid edirəm ki, ilin sonunda birinci zavodun açılışı da olacaq və Mingəçevir böyük sənaye şəhəri kimi özünün imkanlarını genişləndirəcək. Balaxanı Parkında 5 zavod fəaliyyətə hazırdır. Neftçala Sənaye Zonasında yaxın vaxtlarda iki müəssisə fəaliyyətə başlayacaq. Pirallahı adasında iki dərman zavodunun təməli qoyuldu. Masallı Sənaye Zonasında isə artıq torpaq sahəsi ayrılıb və 30 milyon manatdan çox investisiya təklifi qəbul edilib. Bax, bu, artıq gördüyümüz işlərin gözəl təzahürüdür. Əminəm ki, bütün rayonlarımızda tapşırıq verdiyim kimi, tezliklə sənaye zonaları yaradılacaqdır”.
Vurğulandığı kimi, 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramının uğurlu icrası yeni infrastrukturun qurulmasına, eləcə də regionlarda abadlıq və quruculuq işlərinin sürətləndirilməsinə də zəmin yaradıb. Yeri gəlmişkən, bu ilin ilk altı ayında ölkəmizin Aran iqtisadi rayonuna daxil olan bir sıra regionlarında da mühüm yenidənqurma və abadlıq işləri görülüb, infrastruktur yenilənib.
Aran iqtisadi rayonunun Yevlax şəhərində tikinti və quruculuq-abadlıq işləri bu ilin ilk altı ayında uğurla davam etdirilib. Rayonda yeni sosial obyektlər tikilib, infrastruktur layihələri həyata keçirilib, çoxmərtəbəli yaşayış binaları və yollar əsaslı təmir olunub. Birinci yarımildə İqtisadiyyat Nazirliyinin Aran regional inkişaf mərkəzinin binası, Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan kəndlərarası avtomobil yolu, Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Mingəçevir-Aran qəsəbəsi hissəsi istifadəyə verilib. Varvara balıqartırma müəssisəsi və Varvara su elektrik stansiyası yenidən qurulub. Aşağı Qarxun və Nemətabad kənd körpələr evi-uşaq bağçaları əsaslı təmir edilib. Heydər Əliyev prospektində 55 nömrəli 5 mərtəbəli binada təmir işləri aparılıb, Sadıqcan, Fətəli xan Xoyski, İlqar Dəmirov, Əmralı Quliyev, Rəsul Rəsulov, Nasir Mansurov, Mirzə Fətəli Axundov, Akif Xəlilov, Nəriman Nərimanov küçələrində və Heydər Əliyev prospekti ilə Bakı-Ələt-Qazax avtomobil yolunun kəsişməsindəki dairədə abadlıq işləri görülüb.
Vurğulamaq yerinə düşər ki, şəhərdə daha 28 binanın dam örtüyünün, 4 binanın isə fasadının əsaslı təmir olunması nəzərdə tutulub. Artıq 12 yaşayış binasının dam örtüyü dəyişdirilib. Bu istiqamətdə işlər davam etdirilir. Bundan başqa, hazırda Kür çayı sahilində 5 ulduzlu otelin, 12 saylı Ərazi Vergilər Departamentinin, 100 yerlik uşaq bağçasının binalarının, dəmiryol körpüsünün, Aran qəsəbəsində ailə sağlamlıq mərkəzinin tikintisi aparılır.
Aran iqtisadi rayonuna daxil olan Zərdab rayonunda isə cari ilin yanvar-iyun aylarında iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin həcmi 48 milyon 187 min manat olub. Hesabat dövründə tikinti-quruculuq və abadlıq işləri uğurla inkişaf etdirilib. Ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə ayrılan 3 milyon manat vəsait hesabına 27 kommunal binada əsaslı təmir işləri görülüb. Görülən tədbirlər nəticəsində sutkalıq gücü 20 ton olan və 100 nəfərə yaxın insanın çalışdığı süd emalı zavodu, əkin dövriyyəsinə yeni daxil edilmiş 10 min hektar sahənin suvarılmasını təmin edəcək su nasos stansiyası, 35 yerlik İsaqbağı kənd körpələr evi-uşaq bağçası istifadəyə verilib. Rayonun müxtəlif küçələrinə asfalt örtüyü döşənib. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən sosial təyinatlı layihələr çərçivəsində “32 hektar” adlanan ərazidə 50 yerlik körpələr evi-uşaq bağçasının tikintisi davam etdirilib. Görülən tədbirlər nəticəsində 545-i daimi olmaqla 2700-dən çox yeni iş yeri yaradılıb. Rayonda elektrik təsərrüfatının yenidən qurulması istiqamətində də konkret addımlar atılıb. Gəlmə, Salahlı və Burunlu kəndlərində transformator məntəqələrindən çıxan açıq elektrik hava xətləri SİP kabellərlə əvəz olunub. 110-35-10 kv-luq Ucar-Zərdab hava xətlərinin yenidən qurulması işləri yekunlaşmaq üzrədir. Şəhərin 5 küçəsində və “32 hektar” adlanan yaşayış massivində ümumilikdə 835,4 paqonometr uzunluğunda paylayıcı qaz xətti çəkilərək sakinlərin istifadəsinə verilib. Yanvar-iyun ayları ərzində magistral yol kənarlarında, pay torpaqlarında və digər ərazilərdə iməcilik yolu ilə 30 minə yaxın şam, küknar, iydə, türk qovağı və digər ağaclar əkilib.
Aran iqtisadi rayonunun başqa bir regionunda - Kürdəmir rayonunda da “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramına uyğun olaraq 2017-ci ilin ilk 6 ayı ərzində tikinti-quraşdırma, yenidənqurma və abadlıq işləri yerinə yetirilib. Rayonun Axtaçı-Qarabucaq kəndində 132 şagird yerlik tam orta məktəbin tikintisinə başlanılıb, tədris korpusunda hörgü işləri tamamlanıb, monolit dəmir-beton tavaları tökülüb, istilik-izolyasiya qatı verilib, dam örtüyünün çat ayaqları və taxta şəbəkələri quraşdırılıb, metal-kirəmit formalı dəmir vərəqələrlə dam örtüyü vurulub, daxili və xarici divarları suvanmış, metal-plastik pəncərələr qoyulub, keramik plitələr düzülməsi üçün dəhlizlərdə hazırlıq işləri aparılıb. Məktəbin qazanxana, nasosxana və təsərrüfat binalarının tikintisi başa çatdırılıb və hazırda son tamamlama işləri aparılır. 2 ədəd 100 tonluq su hovuzu tikilib, divarlarında izolyasiya işləri aparılıb. Obyektə qədər 10 kv-luq elektrik hava xətti çəkilib, 160 kv-luq elektrik transformatoru quraşdırılıb.
Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 yanvar tarixli 2607 nömrəli Sərəncamına əsasən Respublika Təhsil Nazirliyinə ayrılmış vəsait hesabına rayonun Çöl Ərəb kəndində 96, Çərtəyəz kəndində 56, Qurdlar kəndində 40 şagird yerlik ümumi orta, Yeni Şıxımlı və Pirəköcə kəndlərində isə 40 şagird yerlik ibtidai modul tipli məktəbin quraşdırılması nəzərdə tutulub. Yeni Şıxımlı kəndində 40 şagird yerlik ibtidai modul tipli məktəbin quraşdırılması işi başa çatdırılıb, lazımi avadanlıqlarla təmin edilib. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən əhalinin məşğulluğunun artırılması məqsədi ilə 2017-ci ilin dövlət büdcəsindən Kürdəmir rayon İcra Hakimiyyətinə şəhərin 10 çoxmənzilli ictimai yaşayış binalarının təmiri işlərinə ayrılmış vəsait hesabına hazırda şəhərin Koroğlu küçəsində yerləşən 55, 55A, 57, 59, 61 və Aran qəsəbəsi 21 saylı ünvanda yerləşən çoxmənzilli ictimai yaşayış binalarında 6360 m2 dam örtüyü dəyişdirilib, 2520 m2 sahədə xarici divarlarda, 1500 m2 daxili pilləkən qəfəsəsi divarlarında suvaq işləri aparılıb. Bununla yanaşı, 54 m2 dəmir qapı quraşdırılıb, pilləkən meydançalarına 135 m2 sahədə keramika plitələri döşənib. “MKT İK” MMC tərəfindən rayonun Sor-Sor kəndi ərazisində 10 hektar sahədə, Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə isə rayonun Qarabucaq qəsəbəsi ərazisində 6 hektar sahədə pambıq qəbulu məntəqələrinin tikintisi aparılır. 2017-ci ilin birinci yarımilliyində telefona olan tələbatla əlaqədar əhaliyə 198 ədəd telefon çəkilib, 41 ədəd telefon bərpa olunaraq abonentlərin istifadəsinə verilib. Hesabat dövrü ərzində şəhərin “Cənub məhəlləsi”ndəki yeni yaşayış massivində yeni telefon çəkilişi aparmaq məqsədi ilə 100 nömrəlik xətt şəbəkəsinin tikintisi aparılaraq telefon çəkilişinə başlanılıb. Müvafiq Dövlət Proqramının icrası ilə əlaqədar 2017-ci ilin ilk yarısında 21 saylı Yol İstismarı MMC tərəfindən “Azəravtoyol” ASC-nin xətti ilə respublika əhəmiyyətli avtomobil yolunun xidmət etdiyi ərazilərdə və rayon ərazisində bir sıra işlər görülüb.
Kürdəmir-Zərdab avtomobil yolunda asfalt-beton qarışığı ilə çala təmir işləri aparılıb, yolun çökmüş hissələrinə çınqıl əlavə edilərək avtoqreyderlə hamarlanıb. Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunun 15 kilometr məsafəsində və Qarasaqqal kəndinə giriş yolunun 7 kilometr məsafəsində yolun əsası xışlanaraq yumşaldılıb, çökmüş hissələrinə çınqıl əlavə edilib, yolun əsası avtoqreyderlə hamarlanaraq, katokla kipləşdirilib. Rayonun Xınıslı, Muğanlı, Çərtəyəz kəndlərinin giriş yolunda uzunluğu 11 kilometr məsafədə yolun çökmüş hissələrinə çınqıl əlavə edilərək avtoqreyderlə hamarlanıb. Rayonun Xırdapay-Qağacılı avtomobil yolunun 1-3-cü kilometrində yolun gediş-gəliş hissəsində asfalt-beton qarışığı ilə 1750 m2 sahədə çala təmiri işləri aparılıb, yolun 4-5-ci km-də isə hərəkətin təhlükəsizliyini təmin etmək üçün yolun çökmüş yerlərinə 2000 m2 çınqıl tökülərək avtoqreyderlə hamarlanıb. Bundan başqa, 2017-ci il üçün şəhərin küçə və meydanlarının əsaslı təmiri proqramına əsasən ötən ilin aprel döyüşlərində Şəhid olmuş Əbubəkr İsmayılovun və Tural Qurbanovun adları verilmiş küçələrin əsaslı təmiri və asfaltlaşdırılması işlərinə başlanılıb, hazırda işlər davam etdirilir.
Aran iqtisadi rayonuna daxil olan İmişli rayonunda da bu ilin ilk yarısında abadlıq və quruculuq işləri diqqət mərkəzində saxlanılıb. Belə ki, 2017-ci ilin 6 ayında ümumi istifadədə olan avtomobil yollarının saxlanması və cari təmir işlərinə 36 saylı yol istismarı idarəsi tərəfindən rayon ərazisində magistral və kənddaxili avtomobil yollarında müvafiq təmir işləri görülüb. Hazırda 23 kilometrlik İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunda əsaslı təmir işləri aparılır. Bundan əlavə, şəhərin M.Müşfiq, M.Quliyev, C.Quliyev, Xiyabani, E.İbrahimov, X.Bəylərov, Qaçaq Nəbi və T.İsmayılov küçələrində ümumi uzunluğu 5646 metr məsafədə asfalt çəkilib. Şəhərin Heydər Əliyev prospektində və parkında, Bayraq Meydanı ətrafında, Z.Əliyeva küçəsində isə 420 min manatlıq müvafiq abadlıq işləri aparılıb.
Bundan başqa, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İmişli şəhərində 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasında tikinti işləri tamamlanmaq üzrədir. Həmçinin rayonda bu təbəqədən olan insanlar üçün ikinci 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasının tikintisi nəzərdə tutulub. Eləcə də “Azərişıq” ASC-nin İmişli rayonu Elektrik Şəbəkəsinin və İmişli rayon Məhkəməsinin inzibati binalarında tikintisi başa çatıb, “ASAN Xidmət” Mərkəzinin inzibati binalarının tikintisinə başlanılıb. Rayonda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin tikintisi nəzərdə tutulur.
Aran iqtisadi rayonunun digər bir bölgəsində - Ağcabədi rayonunda 2017-ci ilin birinci yarısında Yuxarı Qiyaməddinli kənd Alı Mustafayev adına 360 şagird yerlik tam orta məktəb binasının əsaslı təmiri və yeni 640 şagird yerlik tam orta məktəbin tikintisi başa çatıb, istifadəyə verilib. Həmçinin Aran kənd 35 yerlik 1 saylı körpələr evi-uşaq bağçası və Ağcabədi Elektrik şəbəkəsinin yeni inzibati binası da istifadəyə verilib. Qeyd edilməlidir ki, hazırda Ağcabədi rayonu Hacılar kəndində Elşən Rüstəmov adına 200 şagird yerlik tam orta məktəbin əsaslı təmiri, həmçinin Ağcabədi Olimpiya İdman Kompleksində tikinti davam etdirilir. Bundan başqa, rayon ərazisində Atçılıq Kompleksində də tikinti işləri davam etdirilməkdədir. Vurğulayaq ki, 2017-ci ilin birinci yarısında rayonda 2018 yeni iş yeri açılıb. Onlardan da 1056-sı daimi iş yeridir.
Aran iqtisadi rayonuna daxil olan Bərdə rayonunda ilin birinci yarısında 193,6 milyon manatlıq ümumi məhsul, o cümlədən 7,6 milyon manatlıq sənaye, 87,3 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib, 29,4 milyon manatlıq tikinti-quraşdırma işləri aparılıb. 2016-cı ilin müvafiq dövrünə nisbətən ümumi məhsul istehsalı 11,1 faiz, sənaye məhsulu istehsalı 21,3 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 5,3 faiz, tikinti-quraşdırma işləri 48,5 faiz artıb.
İlin ötən dövründə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası istiqamətində işlər uğurla davam etdirilib. Bu dövrdə Bərdə şəhərində və kəndlərdə geniş abadlıq işləri aparılıb. Küçə və meydanlara, yolların kənarlarına 5 mindən çox ağac və 15 mindən çox gül kolları əkilib. Xanqaraqoyunlu kənd tam orta məktəbinin binası əsaslı təmir edilib, Hacılar kəndində südtoplama məntəqəsi tikilib. Bərdə şəhərində 6 ədəd beşmərtəbəli, 2 ədəd ikimərtəbəli kommunal yaşayış binasının dam örtükləri, fasad və giriş hissələri əsaslı təmir olunub.
Hazırda Mədəniyyət Mərkəzinin, Gənclər Mərkəzinin, Yuxarı Qarabağ kanalının maşın qolunun, Yeni Daşkənd-Umudalılar, Bərdə-Ağcabədi avtomobil yollarının tikintisi davam etdirilir. Tərtər çayı yatağında sahilbərkitmə işləri aparılır, şəhər 2 və 6 nömrəli tam orta məktəblərinin binaları, İmamzadə kompleksi əsaslı təmir olunur, “Bərdə” türbəsi bərpa edilir.
Eləcə də Göyçay rayonunda uğurlu abadlıq-quruculuq işləri davam etdirilməkdədir. Göyçay şəhərindəki parklar yenidən qurulur, əhalinin istirahətinin mənalı təşkili üçün hər cür şərait yaradılır. Rayon mərkəzindəki Heydər Əliyev parkında aparılan əsaslı təmir işləri başa çatdırılıb. Yenidənqurma işləri zamanı Ulu öndərin adını daşıyan parkın ərazisi xeyli genişləndirilib, burada yeni oturacaqlar, fəvvarə, müasir işıqlandırma sistemi quraşdırılıb, tamet plitələr döşənib və gül kolları əkilib. Bayraq Meydanı da əsaslı təmirdən sonra rayon sakinlərinin istifadəsinə verilib.
Hazırda şəhərin şimalında yerləşən Əli Kərim parkında yenidənqurma işləri davam etdirilir. Vaxtilə parkın ərazisində dəfn edilən Göyçayın tanınmış şairləri - Əli Kərim, İsgəndər Coşqun və Əli Səmədlinin məzarları bərpa edilib, ətrafı abadlaşdırılıb. Əli Kərimin heykəli parkın mərkəzinə gətirilərək ətrafına mərmər döşənib. Hazırda parkın ərazisinə tamet plitələr döşənir, su xətti çəkilir, yeni işıqlandırma sistemi və oturacaqlar quraşdırılır, gül kolları əkilir. Parkın giriş qapısı da yenidən qurulub.
Həmçinin parkda ucaldılan “31 Mart - Azərbaycanlıların Soyqırımı” abidə kompleksi əsaslı təmir edilir, ətrafda abadlıq işləri görülür.
Aran iqtisadi rayonunun Sabirabad rayonunda isə bu ilin birinci yarısında 8 milyon 123 min manatlıq sənaye məhsulu istehsal edilib. Hesabat dövründə rayonda geniş tikinti-quruculuq, abadlıq işləri görülüb. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ayrılan vəsait hesabına şəhərdə 10 beşmərtəbəli, 9 ikimərtəbəli yaşayış binalarında cari təmir aparılır. Beton zavod adlanan qəsəbədə 4 ikimərtəbəli və 6 birmərtəbəli yataqxana binaları təmir edilib, Heydər Əliyev prospektində yerləşən beşmərtəbəli yaşayış binasının həyətində istirahət parkı salınıb. Rayon İcra Hakimiyyətinin inzibati binası və Gənclər Mərkəzi əsaslı təmir olunub. Heydər Əliyev prospektində yerləşən Bayraq Meydanı ərazisində Bayraq muzeyinin tikintisi davam etdirilib.
Bununla yanaşı, Nizami kəndi ərazisində ildə 200 milyon ədəd yumurta, 1000 ton quş əti istehsal edəcək və 300 nəfərin daimi iş yeri ilə təmin olunacağı quşçuluq kompleksi tikilir. Dövlət başçısının tapşırığına əsasən rayonun Moranlı, Sarxanbəyli, Bala Həşimxanlı və Əliləmbəyli kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün mənbəyi Kür çayından olmaqla uzunluğu 27 kilometr olan kanalın çəkilişinə başlanılıb. Birinci mərhələdə kanalın 7,8 kilometrlik hissəsi istifadəyə verilib, kanalın qalan 19,2 kilometrlik hissəsinin tikintisinin başa çatdırılması üçün tədbirlər görülür. Bu layihə 11 min 498 hektar sahənin su təchizatının yaxşılaşdırılmasına imkan yaradacaq.
Vurğulamaq yerinə düşər ki, ötən müddətdə rayonda kəndarası yolların tikintisində də xeyli iş görülüb. Belə ki, 10 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 43 kilometr olan Suqovuşan-Məmişlər-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisi başa çatdırılıb. Həmçinin 15 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 60 kilometr olan Qalağayın-Osmanlı-Çöl Beşdəli-Zalqarağac-Çöl Ağaməmmədli-Azadkənd-Muğan Gəncəli avtomobil yolunun tikintisinə Prezidentin Sərəncamı ilə 14 milyon 400 min manat vəsait ayrılıb və yolun inşasına başlanılıb.
Eləcə də təhsil və məktəbəqədər tərbiyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, məktəblərin və məktəbəqədər müəssisələrin yenidən qurulması istiqamətində də bir sıra tədbirlər reallaşdırılıb. 432 şagird yerlik Moranlı kənd tam orta məktəbi üçün binanın tikintisi başa çatdırılıb, 360 şagird yerlik Yaxa Dəllək kənd tam orta məktəbinin binasının tikintisi və 1176 şagird yerlik Qaratəpə kənd tam orta məktəbinin binasında əsaslı təmir işləri davam etdirilir. Qəfərli kəndi ərazisində 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması yekunlaşıb. Surra, Qaralar kənd tam, Kürkəndi kənd ümumi orta və şahmat məktəblərində cari təmir işləri aparılıb.
Mingəçevir şəhərində də bu ilin ilk yarısında abadlıq-quruculuq işlərinə xüsusi diqqət yetirilib. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramının Mingəçevirə aid olan bəndləri uğurla yerinə yetirilib. Ötən dövrdə 1080 yeni iş yeri açılıb, “ASAN Həyat” və sənaye parkının tikintisində işlər davam etdirilib. Vurğulamaq lazımdır ki, hesabat dövründə şəhərin məhəllədaxili yollarına, yol və səkilərə 30 min kvadratmetr asfalt, park və xiyabanlara 6,2 min kvadratmetr tamet döşənib.
Pərviz SADAYOĞLU

 
  • Oxunub:  9150  |  
  • Tarix:  03-08-2017  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir

25 Yanvar 19:52
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru ADA Universitetində mühazirə oxuyub
25 Yanvar 19:45
Qafqaz Müsəlmanları İdarəsinin sədri “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə görüşüb
25 Yanvar 17:32
Saatlıda “Pambıqçılıq 2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
25 Yanvar 17:27
Prezident İlham Əliyev Davos Forumunda Azərbaycanın yeni hökumətinin prioritetlərini açıqlayıb
25 Yanvar 17:17
Əli Əhmədov: Beynəlxalq İqtisadi Forum gündən günə inkişaf edən Azərbaycanın və onun iqtisadiyyatının dünyaya açılması üçün gözəl bir imkandır
25 Yanvar 17:11
Deputatlığa namizəd Fatma Yıldırım Bərdə rayonunda şəhid ailələrini ziyarət edib
25 Yanvar 16:37
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
25 Yanvar 16:31
İnanıram ki, seçicilər gələcəyin partiyası olan YAP-ın namizədlərinə səs verəcəklər
25 Yanvar 16:28
Deputatlığa namizəd Elnur Rəhimovun seçicilərlə növbəti görüşü keçirilib
25 Yanvar 16:24
Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik edib
25 Yanvar 16:22
"Seçkilərin yüksək səviyyədə keçirilməsində məntəqə seçki komissiyaları böyük məsuliyyət daşıyırlar"
25 Yanvar 16:17
Yevlax gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar
25 Yanvar 16:15
Deputatlığa namizəd Səməd Seyidov Qazax rayonunda seçicilərlə görüşlər keçirib
25 Yanvar 16:03
Ermənistan işğal olunmuş ərazilərimizdəki abidələri “bərpa” etmək adı altında erməniləşdirmə siyasəti aparır - BƏYANAT
25 Yanvar 15:59
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonu Bucaq kəndində seçicilərlə görüşüb
25 Yanvar 15:54
Prezident İlham Əliyev Türkiyədəki azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqqında tapşırıq verib
25 Yanvar 15:25
Pakistan portalı Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə yayıb
25 Yanvar 15:16
Azərbaycan deputatları AŞPA-nın qış sessiyasında iştirak edəcəklər
25 Yanvar 15:12
Bütün seçiciləri daha güclü Azərbaycan naminə partiyamızın namizədlərinə səs verməyə çağırıram
25 Yanvar 15:03
Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Şatırlı, İkinci Nazırlı, Kürdborakı, Hacılı, Birinci Qazaxlar kəndlərində seçicilərlə görüşüb
25 Yanvar 14:56
Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır”
25 Yanvar 14:22
Azərbaycan Ordusunda Həzi Aslanovun 110 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib
25 Yanvar 13:25
Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib
25 Yanvar 11:47
YAP-ın 11 saylı Qaradağ seçki dairəsindən namizədi Aydın Hüseynovun Ələt qəsəbəsinin sakinləri ilə görüşü keçirilib
25 Yanvar 11:29
Nazirlər Kabinetində icbari sığorta sahəsində qarşıda duran vəzifələr müzakirə edilib
25 Yanvar 11:26
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb
25 Yanvar 11:21
Dilarə Cəbrayılova: Azərbaycanın nüfuzlu Davos İqtisadi Forumu ilə fəal əməkdaşlığı ölkəmizin iqtisadi inkişafı üçün yeni imkanlar açıb
25 Yanvar 11:19
Fevralın 24-dən “Gənclər Paytaxtı 2020” müsabiqəsinin onlayn səsvermə mərhələsi start götürəcək
25 Yanvar 11:17
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub
25 Yanvar 11:15
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ötən ilin yekunları müzakirə olunub
25 Yanvar 11:12
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samuxda və Göygöldə nümayəndəlikləri açılıb
25 Yanvar 11:09
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq
25 Yanvar 10:14
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlaması
25 Yanvar 10:08
Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir
24 Yanvar 18:11
Dövlət Komitəsinin sədri Sabirabadda məcburi köçkünləri qəbul edib
24 Yanvar 18:09
Yeni Azərbaycan Partiyasının Gəncədən olan 4 namizədinin gənclərlə görüşü keçirilib
24 Yanvar 17:43
Deputatlığa namizəd Kamran Bayramov Şəmkirin Mehrili və Abbaslı kəndlərində seçicilərlə görüşüb
24 Yanvar 17:43
Türkiyəli professor: "Azərbaycanda seçici, media və dövlət arasında əlaqə düzgün qurulub"
24 Yanvar 17:40
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Niyazi Tağıyev seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 17:36
Yuli Qusman: "Parlament seçkilərindən sonra da Azərbaycanın demokratik inkişafı davam edəcək"
24 Yanvar 17:28
Mariya Zaxarova: "Parlament seçkilərinin nəticələri dost Azərbaycan xalqının rifahının yaxşılaşmasına xidmət edəcək"
24 Yanvar 17:26
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində “Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirilir
24 Yanvar 17:19
Deputatlığa namizəd Ramil Həsən Ucarda seçicilərlə növbəti görüşlər keçirib
24 Yanvar 17:07
Energetika naziri Siyəzəndə, nazir müavinləri isə Qobustan və Cəlilabadda vətəndaşları qəbul ediblər
24 Yanvar 16:59
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 16:04
“YARAT”da yeni tamaşanın premyerası olacaq
24 Yanvar 15:57
Sabirabadlıların seçimi Əhliman Əmiraslanovdur
24 Yanvar 15:49
Heydər Əliyev Fondunun layihəsi olan “Balaca Şahzadə” növbəti dəfə repertuara salınıb
24 Yanvar 15:40
Deputatlığa namizəd Eldəniz Səlimov Xaçmazda seçicilərlə növbəti görüş keçirib
24 Yanvar 15:36
İmadəddin Nəsimiyə həsr olunmuş “Mənəm, mən...” tamaşası yenidən səhnədə
24 Yanvar 15:34
Seçicilər ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
24 Yanvar 15:31
Bakı məktəblilərinin beynəlxalq yarışlarda əldə etdiyi uğurların sayı artmaqdadır
24 Yanvar 15:26
MSK-nın Şəkidə keçirdiyi regional seminarda seçki mübahisələrinin həllinə dair məsələlər müzakirə olunub
24 Yanvar 15:22
Gəncədə seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair regional müşavirə keçirilib
24 Yanvar 15:12
Ağdaşlılar YAP-ın namizədinə səs verəcəklər
24 Yanvar 14:51
YAP-ın namizədi Kamaləddin Qafarovun təhsil işçiləri ilə görüşü keçirilib
24 Yanvar 14:43
Deputatlığa namizəd Məşhur Məmmədov Masallı rayonu Xırmandalı kəndində seçicilərlə görüşüb
24 Yanvar 14:35
Fikrət Sadıqov: "Cəmiyyətdə seçkilərə maraq kifayət qədər yüksəkdir"
24 Yanvar 14:29
Yeni TV-də qonaq Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa namizədi Məlahət İbrahimqızıdır (VİDEO)
24 Yanvar 14:20
Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub
24 Yanvar 14:15
Prezident İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
24 Yanvar 14:08
Şöhrət Barlas: "Parlament seçkilərindən yalnız müsbət gözləntilərim var”
24 Yanvar 14:04
Azərbaycanda qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur
24 Yanvar 13:58
Prezident İlham Əliyev Davos Forumunun tribunasından Azərbaycan reallıqlarını dünyaya çatdırır
24 Yanvar 13:54
İnanıram ki, 2020-ci il fevral ayının 9-da seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək
24 Yanvar 13:05
Elçin Əhmədov: Prezident İlham Əliyevin Davosdakı görüşləri Azərbaycanın yüksək beynəlxalq nüfuzunun əyani göstəricisidir
24 Yanvar 12:43
Deputatlığa namizəd Fatma Yıldırım növbəti görüşlərini Bərdə rayonunun mədəniyyət və səhiyyə işçiləri ilə keçirib
24 Yanvar 11:46
"Yeni parlamentdə Azərbaycanın daha da inkişafına töhfə verəcək insanların yer alacağına ümid edirəm"
24 Yanvar 11:29
Stefan Şennak: "Əminəm ki, Azərbaycanda parlament seçkiləri ədalət prinsipləri əsasında keçiriləcək"
24 Yanvar 11:15
Moldova MSK-sının və parlamentinin nümayəndələri Azərbaycanda seçkiləri izləyəcəklər

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA