Ana səhifə »  KİVDF »  Azərbaycanın bölgələri uğurla inkişaf edir
A+   Yenilə  A-
Azərbaycanın bölgələri uğurla inkişaf edir

Qəbələ, Göyçay və İsmayıllı rayonlarında bu ilin birinci yarısında əldə olunan nəticələr də bu faktı təsdiqləyir
Öz inkişafına görə regionun lider dövləti olan Azərbaycanda quruculuq-abadlıq işləri uğurla davam etdirilir, həmçinin sosial infrastruktur layihələri reallaşdırılır. Heç şübhəsiz, bu genişmiqyaslı işlərin görülməsinə təkan verən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarıdır. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilən bu proqramlar çərçivəsində həyata keçirilən işlər bölgələrin tarazlı inkişafını şərtləndirir. Məlumat üçün bildirək ki, sözügedən Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib, çoxsaylı sənaye, kənd təsərrüfatı, xidmət, ticarət müəssisəsi fəaliyyətə başlayıb. Onu da qeyd edək ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı davamlı xarakter daşıyır və bu ilin birinci yarısında əldə edilən uğurlar da bunu təsdiqləyir. Ayrı-ayrı rayonların timsalında bu ilin birinci yarısının yekunlarına dair əldə edilən uğurlar, həmçinin hazırda görülən işlər də belə deməyə əsas verir.
Qeyd edək ki, 2017-ci ilin ilk altı ayı Qəbələ rayonu üçün də uğurlu olub. İqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 67034 min manatlıq məhsul istehsal edilib, ötən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışı rayon üzrə 2,5 faiz artıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışı üzrə sənayedə 17,9 faiz, kənd təsərrüfatında 16,5 faiz, nəqliyyatda 5,9 faiz, ticarətdə 20,8 faiz, rabitədə 3 faiz artım olub. Bu dövrdə adambaşına düşən ümumi məhsul buraxılışı 639 manat təşkil edib. Bu faktlar ötən 6 ay ərzində Qəbələ rayonunun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərə dair hesabat yığıncağında səsləndirilib.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev bildirib ki, 2017-ci ilin 6 ayı ərzində Qəbələ rayon Məhkəməsi, Qəbələ rayon Kənd Təsərrüfatı İdarəsi, Qəbələ Peşə Liseyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi, Qəbələ rayon Prokurorluğu, Gömrük Akademiyası üçün inzibati binaların inşası, atçılıq mərkəzi, “Qafqaz Aqua Land Hotel” və “Qafqaz Diamond Akvapark” istirahət mərkəzinin tikintisi, Qəbələ şəhərinin içməli su və kanalizasiya sisteminin yenidən qurulması işləri davam etdirilib.
Ötən yarım ildə şəhərin Muxtar Abduyev küçəsindəki 5 ədəd beşmərtəbəli binanın dam örtüyündə təmir işləri aparılıb, “Xalça toxuculuğu” müəssisəsində tikinti işləri görülüb və hazırda inşaat işləri davam etdirilir. Bununla yanaşı, şəhərin Heydər Əliyev prospektində, Həzi Aslanov küçəsinin 300 metrlik hissəsində və Qarabağ müharibəsi əlillərinə və şəhid ailələri üçün inşa edilmiş 2 ədəd ikimərtəbəli və 1 ədəd dördmərtəbəli yaşayış binalarında əsaslı təmir işləri aparılır. Əhalinin elektrik enerjisi ilə təchizatını yaxşılaşdırmaq məqsədilə Qəbələ şəhərində, qəsəbə və kəndlərdə 14 ədəd yeni transformator yarımstansiyası quraşdırılıb. İl ərzində 4408 nəfər yeni abonentə təbii qaz verilərək, əhali abonentlərinin sayı 16543-ə çatdırılıb. Bum, Nic qəsəbələrinə, Qəmərvan, Mirzəbəyli və Həmzəli kəndlərinə təbii qaz verilib. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün Mirzəbəyli, Cığatelli, Seyidqışlaq, Məmmədağalı, Bəyli və Bunud kəndlərində subartezian quyuları qazılıb.
Bildirilib ki, rayonun iqtisadiyyatının əsasını taxılçılıq təşkil edir və bu ilin məhsulu üçün 21047 hektar sahədə payızlıq dənli bitkilər əkilib. Onun da 16262 hektarı buğda, 4785 hektarı arpa sahələridir. Hazırda sahələrdə taxıl biçini davam edir. Biçilmiş sahələrin məhsuldarlığı 32-33 sentner təşkil edir. Bu il 613 hektar kartof, 854 hektar tərəvəz əkilib. Fındıqçılığın mühüm əhəmiyyət kəsb etməsini nəzərə alaraq, rayon ərazisində 900 hektar yeni fındıq bağları salınıb. Bu il 55 nəfər kümçü tərəfindən 2860 kiloqram barama istehsal edilib. Barama istehsalının artması ilə əlaqədar rayonda barama qəbulu və qurutması məntəqəsinin yaradılması nəzərdə tutulub. Bu il 70 hektar sahədə tütün əkilib.
Bu ilin birinci yarısı Göyçay rayonu üçün də uğurlu olub. Bu dövr ərzində əldə olunan nəticələr və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqda Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək qeyd edib ki, 2017-ci ilin birinci yarısında Göyçay rayonunda da infrastruktur layihələrinin həyata keçirilməsi, aqrar sahənin daha da inkişaf etdirilməsi, yeni istehsal, ticarət və xidmət obyektlərinin inşa edilməsi, daimi iş yerlərinin açılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib, məhsul və xidmətlərin ümumi həcmi 2016-cı ilin birinci yarısına nisbətən 8,2 faiz və ya 5,5 milyon artaraq 126,3 milyon manat olub.
Aqrar sahədə də müəyyən uğurlar əldə edilib, 2017-ci ilin məhsulu üçün 22324,2 hektar sahədə kənd təsərrüfatı bitkilərinin əkini aparılıb ki, bu da ötən ilə nisbətən 1119,2 hektar və ya 5,2 faiz çoxdur. Cari ildə 14841 hektar sahədə dənli və paxlalı bitkilər, 433,7 hektar sahədə qarğıdalı, 219 hektar sahədə çəltik, 41 hektar soya, 156 hektar sahədə kartof, 1080,5 hektarda tərəvəz, 5724 hektar sahədə çoxillik otlar əkilib. Cari mövsümdə 14617 hektar sahədə taxıl biçilib, 41,2 min ton məhsul toplanıb, hər hektardan 28,2 sentner məhsul götürülüb. Ötən ilə nisbətən məhsul istehsalı 11,2 faiz, hər hektardan məhsuldarlıq 5,6 faiz artıb. Baramaçılıq sahəsində rayonun əvvəlki illərdəki şöhrətinin qaytarılması istiqamətində müvafiq iş aparılır. Ötən il rayonda 55 min ədəd, o cümlədən Çin Xalq Respublikasından gətirilən 40 min ədəd tut tingi əkilib. Tut tinglərinə lazımi aqrotexniki qulluq göstərilir və onların qorunması təmin olunur. Cari ildə 44 kümdarla 1900 qram barama qurdu bəslənməsi üçün müqavilələr bağlanılıb, 5293 kq barama tədarük edilərək tapşırığa 105,9 faiz əməl edilib. Barama tədarükünün həcmi ötən ilə nisbətən 4,6 dəfə çox olub.
2017-ci ilin birinci yarısında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 14,3 milyon manat vəsait yönəldilib, 5,4 milyon manatlıq tikinti işləri görülüb. Rayon əhalisinin içməli su, elektrik enerjisi və təbii qazla təchizatının yaxşılaşdırılması sahəsində bir sıra işlər görülüb.
Hesabat dövründə rayon büdcəsinin mədaxil hissəsinə 102,3 faiz, o cümlədən yerli gəlirlər üzrə proqnoza 101 faiz əməl edilib. İclasda qeyd edilib ki, cari ilin büdcəsində diqqət çəkən əsas məqam xərclərin rayonun daxili imkanları hesabına, respublika büdcəsindən dotasiya alınmadan maliyyələşdirilməsidir. İqtisadi səmərəliliyin artırılması son nəticədə rayonun büdcədən asılılığının azaldılmasına, yerli gəlirlərin çoxalması dotasiyanın verilməsinin qarşısının alınmasına, rayonun özünümaliyyələşdirmə prinsipi əsasında yaşamasına, toplanan vergilərin rayon büdcəsini tam formalaşdırmasına imkan verəcəkdir. 2017-ci ilin birinci yarısında şəhərdə təmizlik, abadlıq, yaşıllaşdırma və quruculuq sahəsində xeyli işlər görülüb. Rayonun Ağsu və Ağdaş rayonları istiqamətlərindəki girişləri müasir memarlıq baxımından yenidən qurulub, hər iki ərazidə fərdi layihələr əsasında ünvan göstəriciləri inşa edilib, yaşıllıqlar salınıb. Olimpiya İdman Kompleksinin qarşısında müasir memarlıq üslubunda vaxt göstəricisi inşa edilib, ətrafı abadlaşdırılıb, yeni çəmənlik və gül kolları əkilib, gecə işıqlanması təmin edilib. Bu ərazidə həmçinin Göyçay şəhərinə giriş qapıları inşa edilib, qapılara şəhərin adı, həmçinin rayonun simvolu olan nar maketi vurulub. Şamaxı-Yevlax avtomagistralının Göyçay rayonunun ərazisindən keçən hissəsinin kənarlarında 25 mindən artıq şam, küknar, çinar, tut, qovaq və meyvə ağacları əkilib, onlara vaxtaşırı qulluq göstərilib və mühafizəsi təmin olunub. Göyçay-Bərgüşad avtomobil yolunun Yuxarı Şirvan kanalına qədər olan 2 km-lik hissəsi yenidən qurularaq genişləndirilib, dördzolaqlı olmaqla yeni asfalt örtüyü vurulub, həmin ərazidə yol kənarlarında baxımsız vəziyyətdə olan ticarət və xidmət obyektlərinin qarşısında lazımi səliqə və səhman işləri aparılıb. Kərpic zavodunun yaxınlığında fərdi layihə əsasında ünvan göstəricisi inşa edilib, yol kənarlarında 4000 p/m səki daşları düzülüb, 10000 kv.m-dən artıq sahəyə münbit torpaq daşınaraq çəmən örtüyü salınıb, həmçinin 1500-ə yaxın ağac və bəzək kolları əkilib. Obyektlərin qarşısında 2500 kv.m-dən artıq mişar daşından divar çəkilərək suvanıb və rənglənib, 3000 kv.m-dən artıq dəmir şəbəkələr quraşdırılıb. Göstərilən ərazinin gecə işıqlandırılması təmin edilib, müasir tələblərə cavab verən 50 ədəd yeni işıqlandırma dirəyi, obyektlərin qarşısında 200-dən artıq plafon quraşdırılıb. Bu ərazidə həmçinin ümumi sahəsi 2 hektara yaxın olan müasir tələblərə cavab verən topdan satış meyvə-tərəvəz bazarı da əsaslı yenidənqurmadan sonra istifadəyə verilib. Kənd sakinləri topdan satış bazarının istifadəyə verilməsini böyük razılıq hissi ilə qarşılamışlar.
Onu da qeyd edək ki, rayon ərazisində yol infrastrukturunun təkmilləşdirilməsi, kəndlərarası avtomobil yollarının yenidən qurulması istiqamətində işlər davam etdirilib. Ölkə Prezidentinin kənd yollarının tikilməsi ilə bağlı verdiyi tapşırığa müvafiq olaraq “Azəravtoyol” ASC tərəfindən rayonun Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb. Ümumi uzunluğu 17 km, eni 10 metr olacaq yolun 100 min kv.m-dən çox hissəsinin asfaltlanması nəzərdə tutulur. Yolun istifadəyə verilməsi kənd sakinlərinin Bakı-Şamaxı-Yevlax avtomobil yoluna rahat, maneəsiz və təhlükəsiz şəkildə çıxışını təmin etməklə yük və sərnişin daşınmasını xeyli asanlaşdıracaq.
Göyçay şəhərinin Heydər Əliyev prospektində, Həbibi, Şakərəm Qurbanov küçələrində və 10 çoxmənzilli yaşayış binasının həyətində 26,5 min kv.m. yeni asfalt örtüyü salınıb. Heydər Əliyev parkında, bayraq meydanında aparılan yenidənqurma işləri başa çatdırılıb, ərazidə yeni inşa ediləcək bayraq muzeyinin təməli qoyulub. Uzun illər diqqətdən kənarda qalmış Əli Kərim adına parkda yenidənqurma işlərinə başlanılıb. Parkın ərazisində 5 min kv.m-ə yaxın ən müasir formalı döşəmə-üzlük tavaları vurulmasına başlanılıb. 2500 nəfər tamaşaçı tutumu olan mərkəzi rayon stadionunda əsaslı yenidənqurma işləri davam etdirilir, ərazidə yeni basketbol meydançası inşa edilir. Hesabat dövründə rayon təhsilinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra tədbirlər görülüb.
Ölkə Prezidentinin tapşırığına əsasən uzun illər qəzalı vəziyyətdə, istismara yararsız binalarda yerləşən məktəblər üçün modul tipli binaların quraşdırılmasına başlanılıb. Ötən müddət ərzində rayonun Hacağabəyli kəndində 24 yerlik sinif komplekti, Ərəbşahverdi kəndində 40 yerlik modul tipli məktəb binası istifadəyə verilib, Alıkənd kəndində 40 yerlik modul tipli məktəb binasının tikintisi üçün layihə-smeta sənədləri hazırlanır. Hazırda şəhər 2 saylı və Qaraman kənd tam orta məktəblərinin tədris korpuslarında əsaslı yenidənqurma işləri aparılır və təmir işlərinin yeni dərs ilinə qədər başa çatdırılması nəzərdə tutulur.
İclasda o da qeyd edilib ki, uzun illər səmərəsiz istifadə olunan torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi, həmin torpaq sahələrinin suvarma suyu ilə təminatının bərpa edilməsi istiqamətində əməli tədbirlər görülüb, cari ilin yanvar-iyun aylarında rayonun Kürdşaban və Ləkçıplaq kəndlərinin ərazisindəki təsərrüfatdaxili kollektor-drenaj şəbəkələrinin 11280 p/m-lik hissəsində 31,6 min kub.m həcmində lildən təmizləmə işləri aparılıb, 122,8 km uzunluğunda suvarma arxları lil və çöküntülərdən təmizlənib, arxların su ötürmə qabiliyyəti artırılıb. Rayonda aqrar bölmənin aparıcı sahəsi olan meyvəçiliyin və faraş tərəvəzçiliyin inkişaf etdirilməsinə diqqət daha da artırılıb, cari ilin yanvar-iyun aylarında 84 hektara yaxın sahədə xurma və nar bağları salınıb, 300 hektara yaxın istixana quraşdırılıb, yetişdirilmiş faraş tərəvəz məhsulu xarici və daxili bazarlara çıxarılıb.
Hesabat dövründə həmçinin əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması və ilk növbədə imkansız vətəndaşların işlə təmin olunması istiqamətində müəyyən tədbirlər həyata keçirilib. Belə ki, cari ilin yanvar-iyun ayları ərzində 872 yeni daimi iş yeri açılıb. Ölkə Prezidentinin qeyri-neft sektorunda istehsal edilən malların ixracının artırılması ilə əlaqədar verdiyi tapşırığa müvafiq olaraq rayonun emal müəssisələrində müasir bazar tələblərinə uyğun məhsul istehsalı diqqət mərkəzində saxlanılır, ixrac yönümlü və rəqabət qabiliyyətli məhsul istehsalının artırılması, yeni ixrac bazarlarının araşdırılması və müəyyən edilməsi istiqamətində ciddi iş aparılır. Bütün bunların nəticəsidir ki, cari ilin yanvar-iyun aylarında rayonun müəssisələrində istehsal edilmiş məhsulun 11,8 milyon manatı respublikadan kənara ixrac edilmişdir. Ümumi sənaye məhsulu istehsalında ixrac olunan məhsulun xüsusi çəkisi 68,5 faiz təşkil edir.
Cari ilin birinci yarısında rayonda investisiya mühitinin yaxşılaşdırılması, rayon iqtisadiyyatına investisiyaların cəlb edilməsi istiqamətində müəyyən tədbirlər həyata keçirilib. Rayonun Yalman kəndində Sahibkarlığa Kömək Milli Fondunun və yerli iş adamının vəsaiti hesabına 2000 tonluq soyuducu anbar kompleksinin tikintisinə başlanılıb. Yaxın illərdə anbar kompleksi tikilən ərazidə plastik və karton qablaşdırma müəssisəsi, meyvə kompotları istehsalı sexləri, əlavə soyuducu anbar kompleksləri də inşa ediləcəkdir. “AzNar” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən özəlləşdirilmiş keçmiş pambıq əyirici fabrikin bazasında yeni istehsal sahələrinin yaradılması istiqamətində yenidənqurma və uyğunlaşdırma işləri davam etdirilir. Bu məqsədlə cəmiyyət fabrikin üçmərtəbəli inzibati və istehsalat korpuslarında 38,2 min kv.m. sahədə əsaslı təmir işləri aparıb. Yaxın müddətlərdə bu sahələrdə meyvə qurudulması və karton materiallarının emalı sexləri, çaxır istehsalı sexi və digər istehsal sahələri yaradılacaq. Cəmiyyətin ərazisində 2400 kv.m. ərazidə müasir tipli 2500 tonluq soyuducu kameraların tikilməsi nəzərdə tutulur. Yeni istehsal sahələrinin elektrik enerjisi ilə etibarlı təchizatını təmin etmək məqsədi ilə 2000 kvt. gücündə paylayıcı elektrik məntəqəsi quraşdırılır, yeni istehsal sahələrinə xidmət edəcək ərazidaxili kommunikasiyalar yenidən qurulur. Yerli iş adamlarının vəsaiti hesabına rayonda yeni istehsal və xidmət sahələrinin yaradılması istiqamətində tədbirlər davam etdirilir. Hesabat dövründə rayonun Cəyirli kəndinin ərazisində regionda ən iri olan tikinti materiallarının topdan və pərakəndə satış bazası istifadəyə verilib, hazırda bu ərazidə inşa edilən yaşıl marketin tikintisində son tamamlama işləri aparılır. 2017-ci ilin birinci yarısında rayon üzrə sənaye məhsulunun 80,8 faizi qeyri-dövlət sektorunda istehsal edilib.
Bu ilin birinci yarısı İsmayıllı rayonu üçün də uğurlu olub. Hesabat dövrünün yekunlarına həsr olunmuş yığıncaqda İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov bildirib ki, birinci yarımildə rayonda ümumi məhsul buraxılışı faktiki qiymətlərlə 72 milyon 485 min manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 882 min manat və ya 5,7 faiz çoxdur. Sənayedə 16,7 faiz, tikinti-quraşdırma işlərində 72,3 faiz, nəqliyyatda 3,5 faiz, informasiya və rabitədə 9,8 faiz, ticarətdə 7,9 faiz artım əldə olunub. Hesabat dövründə əsas kapitala investisiya qoyuluşu 20 milyon 620 min manat olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.
Əhaliyə göstərilən pərakəndə əmtəə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz yüksələrək 82 milyon 490 min manata çatıb, yəni 12 milyon 580 min manat artıb.
Rayonda ticarətin nümunəvi təşkili üçün lazımi şərait yaradılması məqsədilə əsaslı işlər görülür. Daha müasir ticarət xidməti təşkil etmək məqsədilə sahibkarlar və iş adamları tərəfindən müasir tələblərə cavab verən ticarət və məişət xidməti obyektləri tikilir. 2017-ci ildən başlayaraq rayon büdcəsi özünümaliyyələşdirmə qaydasında, yəni respublika büdcəsindən dotasiya almadan icra edilir. Hesabat dövründə rayon büdcəsinin gəlirlər hissəsi 2 milyon 813 min manata qarşı 2 milyon 826 min manat icra olunub.
2017-ci ilin yanvar-iyul aylarında rayon ərazisində geniş miqyasda tikinti-quruculuq və abadlıq işləri aparılıb. Yaşayış evləri və digər sosial obyektlərin tikintisi davam etdirilib, yollara asfalt örtük vurulub, yolların kənarına səki daşları düzülüb, şəhər ərazisində yerləşən ictimai yaşayış binaları əsaslı təmir olunub.
Şəhərin Ə.Ələkbərzadə küçəsində insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə piyada səkilərinin və yolun əks tərəfində velosiped yolunun tikintisinə başlanılıb. Mərkəzi meydanda Ulu öndər Heydər Əliyevin abidəsinin ətrafında 3 min kvadratmetrə yaxın ərazidə abadlıq işləri aparılıb. Meydanın ərazisinə yeni döşəmə daşları düzülüb, ətrafda qazon və gül kollarının dəyişdirilməsi üçün hazırlıq işləri görülür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı 11 avqust tarixli 2269 saylı Sərəncamı ilə ayrılmış 3 milyon manat vəsait hesabına İsmayıllı şəhərində 30 ictimai yaşayış binasında əsaslı təmir işlərinin aparılmasına başlanılıb. Sözügedən Sərəncamın icrası ilə əlaqədar rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən binalara baxış keçirilib, görüləcək işlərin həcmi müəyyənləşdirilib, müvafiq layihə-smeta sənədləri hazırlanıb. Hazırda qeyd olunan istiqamətdə tikinti-quraşdırma işləri davam etdirilir. Çoxmənzilli binaların həyətyanı sahələri abadlaşdırılır, hər bir bloka giriş qapısı qoyulur. Pilləkən qəfəsləri təmir olunur, fasad üzlükləri təzələnir, dam örtükləri dəyişdirilir.
Bu il İsmayıllı şəhəri ərazisində Milli su təchizatı və kanalizasiya xidmətləri üzrə 2-ci layihə çərçivəsində çirkab su təmizləyici qurğunun tikintisi də başa çatdırılıb. Hazırda şəhər ərazisində kanalizasiya və çirkab sularının yeni sistemə qoşulması istiqamətində geniş miqyasda tədbirlər həyata keçirilir. Eləcə də şəhərdaxili yollar abadlaşdırılır. Şəhərin H.Əliyev prospektində təmir işləri aparılıb, İstiqlal, Mübariz İbrahimov, Vahab Osmanov, Mikayıl Müşfiq, Salatın Əsgərova, Kamran Məmmədov küçələrinə asfalt örtük vurulub.
Rayonda yeni iş yerlərinin açılması və əhalinin məşğulluğunu təmin etmək məqsədi ilə Keyvəndi kəndində iri heyvandarlıq təsərrüfatının, Kürdmaşı kəndində “Buta” şirkətlər qrupu tərəfindən 2200 ton tutumu olan soyuducu kameranın, şəhərin M.F.Axundov küçəsində iki 9 mərtəbəli yaşayış binasının, S.Ə.Şirvani küçəsində “Azərxalça” ASC tərəfindən 170 nəfər toxucu işləyə biləcək Xalçaçılıq müəssisəsinin, Heydər Əliyev prospektində 5 mərtəbəli 3 ulduzlu hotelin, Tircan kəndi yaxınlığında “Bədo istirahət, müalicə və sanatoriya mərkəzi”nin tikintisi davam etdirilir. Bu ilin sentyabr-oktyabr aylarında həmin obyektlərin bir hissəsinin açılışı nəzərdə tutulur. Rayonda sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması və sərmayələrin cəlb edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi vacib bir məsələ kimi qarşıda durur. Vətəndaşlar tərəfindən ticarət və xidmət obyektləri, fərdi yaşayış evləri, təsərrüfat tikililəri və digər obyektlər də inşa olunur.
İsmayıllı Qaz Xidmət Sahəsi 15586 abonentə xidmət göstərir ki, bunun da 15416-sı əhali, 170-i qeyri-əhali abonentidir. 6 ay ərzində qaz təchizatının yaxşılaşdırılması tədbirləri davam etdirilib. Talıstan, Təzəkənd, Hacıhətəmi və Kürdmaşı kəndlərində və şəhər ərazisində müxtəlif diametrli qaz xətlərində yenidən quraşdırılma işləri görülüb.
2017-ci ildə həmçinin Lahıc qəsəbəsinin, Qalagah, Soltankənd və Uştal kəndlərinin qazlaşdırılması nəzərdə tutulur.
Rayonun bir sıra yaşayış məntəqələrində içməli su əhalinin tələbatını ödəmir. Ona görə də 2017-ci ildə Xəlilli, Eyyubbəyli, Çayqovuşan, Çərmədil və Gideyli kəndlərində əhalini təmiz içməli su ilə təmin etmək üçün modul tipli sutəmizləyici qurğunun quraşdırılması nəzərdə tutulub, artıq Xəlilli, Eyyubbəyli, Çayqovuşan və Gideyli kəndlərində hamarlanma və bünövrə işləri görülüb. Müxtəlif mənbələrdən daxilolmalar, bələdiyyə vəsaitləri, dövlət ayırmaları, qeyri-hökumət təşkilatlarının vəsaitləri hesabına rayonun digər yaşayış məntəqələrinin su təchizatı ilə əlaqədar problemlərin həlli üçün tədbirlər davam etdirilir.
Nardar BAYRAMLI

 
  • Oxunub:  8760  |  
  • Tarix:  16-08-2017  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir

25 Yanvar 19:52
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru ADA Universitetində mühazirə oxuyub
25 Yanvar 19:45
Qafqaz Müsəlmanları İdarəsinin sədri “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə görüşüb
25 Yanvar 17:32
Saatlıda “Pambıqçılıq 2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
25 Yanvar 17:27
Prezident İlham Əliyev Davos Forumunda Azərbaycanın yeni hökumətinin prioritetlərini açıqlayıb
25 Yanvar 17:17
Əli Əhmədov: Beynəlxalq İqtisadi Forum gündən günə inkişaf edən Azərbaycanın və onun iqtisadiyyatının dünyaya açılması üçün gözəl bir imkandır
25 Yanvar 17:11
Deputatlığa namizəd Fatma Yıldırım Bərdə rayonunda şəhid ailələrini ziyarət edib
25 Yanvar 16:37
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
25 Yanvar 16:31
İnanıram ki, seçicilər gələcəyin partiyası olan YAP-ın namizədlərinə səs verəcəklər
25 Yanvar 16:28
Deputatlığa namizəd Elnur Rəhimovun seçicilərlə növbəti görüşü keçirilib
25 Yanvar 16:24
Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik edib
25 Yanvar 16:22
"Seçkilərin yüksək səviyyədə keçirilməsində məntəqə seçki komissiyaları böyük məsuliyyət daşıyırlar"
25 Yanvar 16:17
Yevlax gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar
25 Yanvar 16:15
Deputatlığa namizəd Səməd Seyidov Qazax rayonunda seçicilərlə görüşlər keçirib
25 Yanvar 16:03
Ermənistan işğal olunmuş ərazilərimizdəki abidələri “bərpa” etmək adı altında erməniləşdirmə siyasəti aparır - BƏYANAT
25 Yanvar 15:59
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonu Bucaq kəndində seçicilərlə görüşüb
25 Yanvar 15:54
Prezident İlham Əliyev Türkiyədəki azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqqında tapşırıq verib
25 Yanvar 15:25
Pakistan portalı Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə yayıb
25 Yanvar 15:16
Azərbaycan deputatları AŞPA-nın qış sessiyasında iştirak edəcəklər
25 Yanvar 15:12
Bütün seçiciləri daha güclü Azərbaycan naminə partiyamızın namizədlərinə səs verməyə çağırıram
25 Yanvar 15:03
Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Şatırlı, İkinci Nazırlı, Kürdborakı, Hacılı, Birinci Qazaxlar kəndlərində seçicilərlə görüşüb
25 Yanvar 14:56
Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır”
25 Yanvar 14:22
Azərbaycan Ordusunda Həzi Aslanovun 110 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib
25 Yanvar 13:25
Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib
25 Yanvar 11:47
YAP-ın 11 saylı Qaradağ seçki dairəsindən namizədi Aydın Hüseynovun Ələt qəsəbəsinin sakinləri ilə görüşü keçirilib
25 Yanvar 11:29
Nazirlər Kabinetində icbari sığorta sahəsində qarşıda duran vəzifələr müzakirə edilib
25 Yanvar 11:26
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb
25 Yanvar 11:21
Dilarə Cəbrayılova: Azərbaycanın nüfuzlu Davos İqtisadi Forumu ilə fəal əməkdaşlığı ölkəmizin iqtisadi inkişafı üçün yeni imkanlar açıb
25 Yanvar 11:19
Fevralın 24-dən “Gənclər Paytaxtı 2020” müsabiqəsinin onlayn səsvermə mərhələsi start götürəcək
25 Yanvar 11:17
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub
25 Yanvar 11:15
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ötən ilin yekunları müzakirə olunub
25 Yanvar 11:12
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samuxda və Göygöldə nümayəndəlikləri açılıb
25 Yanvar 11:09
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq
25 Yanvar 10:14
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlaması
25 Yanvar 10:08
Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir
24 Yanvar 18:11
Dövlət Komitəsinin sədri Sabirabadda məcburi köçkünləri qəbul edib
24 Yanvar 18:09
Yeni Azərbaycan Partiyasının Gəncədən olan 4 namizədinin gənclərlə görüşü keçirilib
24 Yanvar 17:43
Deputatlığa namizəd Kamran Bayramov Şəmkirin Mehrili və Abbaslı kəndlərində seçicilərlə görüşüb
24 Yanvar 17:43
Türkiyəli professor: "Azərbaycanda seçici, media və dövlət arasında əlaqə düzgün qurulub"
24 Yanvar 17:40
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Niyazi Tağıyev seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 17:36
Yuli Qusman: "Parlament seçkilərindən sonra da Azərbaycanın demokratik inkişafı davam edəcək"
24 Yanvar 17:28
Mariya Zaxarova: "Parlament seçkilərinin nəticələri dost Azərbaycan xalqının rifahının yaxşılaşmasına xidmət edəcək"
24 Yanvar 17:26
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində “Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirilir
24 Yanvar 17:19
Deputatlığa namizəd Ramil Həsən Ucarda seçicilərlə növbəti görüşlər keçirib
24 Yanvar 17:07
Energetika naziri Siyəzəndə, nazir müavinləri isə Qobustan və Cəlilabadda vətəndaşları qəbul ediblər
24 Yanvar 16:59
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 16:04
“YARAT”da yeni tamaşanın premyerası olacaq
24 Yanvar 15:57
Sabirabadlıların seçimi Əhliman Əmiraslanovdur
24 Yanvar 15:49
Heydər Əliyev Fondunun layihəsi olan “Balaca Şahzadə” növbəti dəfə repertuara salınıb
24 Yanvar 15:40
Deputatlığa namizəd Eldəniz Səlimov Xaçmazda seçicilərlə növbəti görüş keçirib
24 Yanvar 15:36
İmadəddin Nəsimiyə həsr olunmuş “Mənəm, mən...” tamaşası yenidən səhnədə
24 Yanvar 15:34
Seçicilər ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
24 Yanvar 15:31
Bakı məktəblilərinin beynəlxalq yarışlarda əldə etdiyi uğurların sayı artmaqdadır
24 Yanvar 15:26
MSK-nın Şəkidə keçirdiyi regional seminarda seçki mübahisələrinin həllinə dair məsələlər müzakirə olunub
24 Yanvar 15:22
Gəncədə seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair regional müşavirə keçirilib
24 Yanvar 15:12
Ağdaşlılar YAP-ın namizədinə səs verəcəklər
24 Yanvar 14:51
YAP-ın namizədi Kamaləddin Qafarovun təhsil işçiləri ilə görüşü keçirilib
24 Yanvar 14:43
Deputatlığa namizəd Məşhur Məmmədov Masallı rayonu Xırmandalı kəndində seçicilərlə görüşüb
24 Yanvar 14:35
Fikrət Sadıqov: "Cəmiyyətdə seçkilərə maraq kifayət qədər yüksəkdir"
24 Yanvar 14:29
Yeni TV-də qonaq Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa namizədi Məlahət İbrahimqızıdır (VİDEO)
24 Yanvar 14:20
Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub
24 Yanvar 14:15
Prezident İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
24 Yanvar 14:08
Şöhrət Barlas: "Parlament seçkilərindən yalnız müsbət gözləntilərim var”
24 Yanvar 14:04
Azərbaycanda qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur
24 Yanvar 13:58
Prezident İlham Əliyev Davos Forumunun tribunasından Azərbaycan reallıqlarını dünyaya çatdırır
24 Yanvar 13:54
İnanıram ki, 2020-ci il fevral ayının 9-da seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək
24 Yanvar 13:05
Elçin Əhmədov: Prezident İlham Əliyevin Davosdakı görüşləri Azərbaycanın yüksək beynəlxalq nüfuzunun əyani göstəricisidir
24 Yanvar 12:43
Deputatlığa namizəd Fatma Yıldırım növbəti görüşlərini Bərdə rayonunun mədəniyyət və səhiyyə işçiləri ilə keçirib
24 Yanvar 11:46
"Yeni parlamentdə Azərbaycanın daha da inkişafına töhfə verəcək insanların yer alacağına ümid edirəm"
24 Yanvar 11:29
Stefan Şennak: "Əminəm ki, Azərbaycanda parlament seçkiləri ədalət prinsipləri əsasında keçiriləcək"
24 Yanvar 11:15
Moldova MSK-sının və parlamentinin nümayəndələri Azərbaycanda seçkiləri izləyəcəklər

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA