Ana səhifə »  KİVDF »  Azərbaycanın regionlarında yeni enerji gücləri yaradılır
A+   Yenilə  A-
Azərbaycanın regionlarında yeni enerji gücləri yaradılır

Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən respublikada kiçik su elektrik stansiyalarının geniş tətbiq edilməsi məqsədilə indiyədək 12 su elektrik stansiyası istifadəyə verilib və daha beş stansiyanın inşası davam etdirilir
Azərbaycanın son 13 ildə böyük uğurla həyata keçirdiyi yüksək səviyyəli infrastruktur quruculuğu siyasətinin konkret nəticələri bütün ölkə miqyasında yeni enerji güclərinin yaradılmasında, ümumiyyətlə, paytaxt Bakıda və regionlarda enerji təsərrüfatının bütünlüklə yenilənməsində daha qabarıq şəkildə nəzərə çarpır. 2004-cü ildən etibarən respublikamızda icrasına başlanılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarına əsasən ölkədə əhali və qeyri-əhali istehlakçılarının dayanıqlı enerji təchizatına nail olmaq məqsədilə çoxlu sayda layihələr reallaşdırılıb. Belə ki, son 13 ildə respublikamızda ümumi istehsal gücü 2400 meqavat olan 26 elektrik stansiyası tikilib. Paylayıcı şəbəkələrdə, yarımstansiyalarda, transformator məntəqələrində dayanıqlılığın artırılması məqsədilə aparılan yenidənqurma işlərinin miqyası da kifayət qədər genişdir.
Ölkənin enerji təsərrüfatının müasir standartlar səviyyəsində yenilənməsi həm iqtisadi, həm də sosial baxımdan böyük aktuallıq daşıyır. Dövlət vəsaiti hesabına yeni enerji güclərinin yaradılması respublikanın hər yerində iqtisadi aktivliyin artmasına müsbət təsir göstərir. Beləliklə, yerlərdə yeni istehsal imkanları yaranır, məşğulluq problemi uğurla həllini tapır. Eyni zamanda, kommunal xidmətlərlə təchizatın keyfiyyəti də yüksəlir ki, bu da insanlarda böyük məmnunluq hissi yaradır. Əlamətdar haldır ki, enerji təsərrüfatının yenilənməsi davamlı xarakter daşıyır və ölkənin bütün regionlarını əhatə edir.
Ölkənin Şimal-Qərb bölgəsində enerji təsərrüfatının yenilənməsi davam etdirilir
Azərbaycanın regionlarında enerji təsərrüfatının yenilənməsi ilə bağlı statistika kifayət qədər zəngindir. “Azərişıq” ASC-nin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Prezident İlham Əliyevin qarşıya qoyduğu tapşırıqlara uyğun olaraq qurum tərəfindən ölkənin Şimal-Qərb bölgəsində istehlakçıların dayanıqlı, fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi üçün istismar müddətini başa vurmuş elektrik şəbəkələrində genişmiqyaslı yenidənqurma, təmir-tikinti və bərpa işləri davam etdirilir. “Azərişıq” ASC-nin Balakən, İsmayıllı, Qəbələ, Şəki, Qax, Zaqatala, Oğuz, Şamaxı rayonlarının daxil olduğu Şimal-Qərb RETSİ (Regional Enerji Təchizatı və Satışı İdarəsi) 8 rayon üzrə 471 kənd, 54 yaşayış məntəqəsi və 14 qəsəbəyə xidmət edir ki, burada da ümumilikdə 198 min abonent olmaqla 690 min əhali yaşayır.
Turizm zonası sayılan Şimal-Qərb bölgəsində “Azərişıq” ASC fəaliyyətə başladıqdan sonra müasir standartlara cavab verən 110/35/10 kV-luq “Bəhmədli”, “Cəfərabad” “Göynük” yarımstansiyaları istifadəyə verilib. 35/10 kV-luq yarımstansiyalar üzrə isə “Qəbələ”, “Zəyzid”, “Ulduz” yarımstansiyaları tikilib, “Oğuz”, “İlisu” “Yeni Basqal”, “Yeni Şamaxı” və “Qax-2” yarımstansiyalarında isə işlər başa çatmaqdadır. Bundan əlavə, Şimal-Qərb RETSİ-nin xidməti ərazisində 287 ədəd yeni KTM (Komplekt Transformator məntəqəsi) quraşdırılıb. Region üzrə 298.049 kilometr özünüdaşıyan izolyasiyalı naqil, 307.243 kilometr naqil çəkilib, 26.137 ədəd yeni dayaq basdırılıb və yaxud dəyişdirilib. Şimal-Qərb RETSİ-nin fəaliyyət dairəsinə daxil olan 80-ə yaxın kənd və qəsəbədə yenidənqurma işləri aparılıb və hazırda 75-dən artıq kənd və qəsəbədə işlər davam etdirilir. 8 rayon üzrə ümumilikdə 17.225 ədəd yeni sayğac quraşdırılıb, 14.025 ədəd sayğac yenisi ilə əvəzlənib. Ümumilikdə istismar müddətini başa vurmuş şəbəkələrdə görülən işlər nəticəsində texniki itkilər azalıb, elektrik enerjisinin dəyərinin yığım faizi artıb.
Bir qədər bundan əvvəl Oğuz Elektrik Şəbəkəsinin yeni ofis binasının açılışı keçirilib. İki mərtəbədən ibarət yeni ofis binasında əməkdaşların operativ fəaliyyət göstərmələri üçün hər cür şərait yaradılıb. Burada abonentlərə xidmətin keyfiyyətinin artırılması, enerji satışı, qəza xidməti, müştəri xidmətləri üçün xüsusi otaqlar yaradılıb. Ümumiyyətlə, son iki ildə Oğuz Elektrik Şəbəkəsinin xidməti ərazisində master-plana uyğun kifayət qədər yenidənqurma işləri həyata keçirilib. O cümlədən 31 ədəd yeni KTM quraşdırılıb, 30 km kabel, 22.6 km naqil, 432 ədəd dayaq yenidən qurulub. Rayonda10-0.4 kV-luq şəbəkənin yenidən qurulması işləri uğurla həyata keçirilir. Hazırda Oğuz şəhəri, Calut, Malıx, Bucaq, Muxas, Daşağıl, Bayan, Qumlaq, Şirvanlı, Tayfılı, Hallavar, Ərmənət, Xalxal, Xalxalqışlaq, Filfili, Xaçmaz, Xaçmazqışlaq kəndlərində yenidənqurma işləri davam etdirilir.
Qeyd edək ki, bu qəbildən olan işlər digər enerji şəbəkələri üzrə də davam etdirilir. Son illərdə rayon mərkəzi, 5 qəsəbə, 57 kənd daxil olmaqla 22 min abonentə xidmət göstərən Şamaxı Elektrik Şəbəkəsində genişmiqyaslı tikinti, yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirilir.
Ölkə Prezidentinin qarşıya qoyduğu məqsədlərə uyğun olaraq Şamaxı rayonunda 1 ədəd 35/10 kV-luq 1x1.6 MVA gücündə “Pirqulu” yarımstansiyası inşa edilib və 1x2.5 MVA gücündə yeni transformator quraşdırılıb. Həmçinin Şamaxı EŞ-nin xidməti ərazisində 47 ədəd köhnə KTM-lər müxtəlif güclü yeni KTM-lərlə əvəz edilib.
Son iki ildə Şamaxı rayonu ərazisində 10 kV-luq hava xətti üzrə 1.212 ədəd dayaq, 54,5 km naqil yenilənib. 0,4 kV-luq hava xətti üzrə isə 44,14 km ÖİN kabel xətti, 36,0 km hava xətti çəkilib.
Hazırda “Azərişıq” ASC-nin daxili imkanları hesabına 12 min əhalisi olan Qaleybuğurd, Muğanlı, Mirikənd, Hacılı, Kiçik Xınıslı, Mərzəndiyyə Nağaraxana kəndlərində və Sabir qəsəbəsində kabelləşmə işləri davam etdirılır.
Şəmkirdə istifadəyə verilən avtomat idarəetmə və nəzarət mərkəzi müştəri məmnunluğunu təmin edəcək
Əlamətdar haldır ki, Prezident İlham Əliyev regionlara səfərləri çərçivəsində bölgələrin enerji təsərrüfatında görülən işlərlə tanış olur, yeni enerji obyektlərinin açılışında şəxsən iştirak edir və Özünün dəyərli tövsiyələrini verir. Dövlət başçısı regionlara son səfəri zamanı “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir avtomat idarəetmə və nəzarət mərkəzinin açılışına qatılıb. Bəhs olunan layihənin icrası ilə alçaqgərginlikli və yüksəkgərginlikli şəbəkələrdə fasiləsiz və keyfiyyətli elektrik enerjisinə nəzarətin təmin edilməsi, sərfiyyat göstəricilərinin real vaxt rejimində monitorinqi, abonent məmnunluğunun təmin olunması məqsədilə fasiləsiz elektrik enerjisinin parametrlərinə nəzarətin təşkili, 10 və 0,4 kV-luq elektrik şəbəkələrində açma-qoşmaların real vaxt rejimində qeydiyyatının aparılması mümkün olacaq. Bundan başqa, sayğacların göstəricilərinin “on-line” rejimdə oxunması təmin ediləcək, insan amili aradan qaldırılacaq, qəzaların qarşısının alınması təmin olunacaq.
Açılış mərasimində dövlət başçısına həmçinin respublikada ilk dəfə aşağıgərginlikli 10/0,4 kV-luq şəbəkənin avtomatik idarəetmə və nəzarət layihəsi də təqdim olunub. Qısa müddətdə yüksək səviyyədə görülən işlər nəticəsində Şəmkir şəhər elektrik şəbəkəsinin tamamilə yenidən qurulması və şəbəkənin avtomat idarəetmə və nəzarət layihəsi tam hazır vəziyyətə gətirilib, həmçinin Şəmkir Elektrik Şəbəkəsinin yeni ofis binasında bu prosesin aparılması üçün bütün şərait yaradılıb. Şəmkir avtomat idarəetmə və nəzarət mərkəzinin yeni binasında işçilərin səmərəli fəaliyyəti üçün elektroenergetika sahəsinin avadanlıqları ilə bərabər, kompüter texnikası və sürətli internet də var. Burada nəzarət-monitorinq, avtomat idarəetmə kabinetləri, həmçinin enerji satışı, qəza və müştəri xidmətləri üçün xüsusi otaqlar yaradılıb. Mərkəzin binasının ətrafında abadlıq işləri aparılıb, yaşıllıq zolağı salınaraq dekorativ ağaclar əkilib.
Ümumiyyətlə, Şəmkir Elektrik Şəbəkəsində son illərdə görülən işlərin miqyası kifayət qədər genişdir. Son iki il yarım ərzində rayon mərkəzi, şəhər tipli 4 qəsəbə, 61 kənd daxil olmaqla ümumilikdə 52100 abonentə və bununla da 210 mindən artıq əhaliyə xidmət edən Şəmkir Elektrik Şəbəkəsində köhnə tipli transformator məntəqələri yeniləri ilə əvəz edilib. Ümumilikdə, Şəmkir Elektrik Şəbəkəsinin qoyuluş gücü 35 MVA artırılıb. Şəbəkə üzrə 16 kilometr uzunluğunda 35 kV-luq, 126 kilometr uzunluğunda 6-10 kV-luq, 130 kilometr uzunluğunda 0,4 kV-luq xətlər yenidən qurulub. Həmçinin istismara yararsız 5504 sayğac dəyişdirilib, 1846 yeni sayğac quraşdırılıb.
Gədəbəy rayonunda etibarlı güc mənbələri yaradılıb
İndiyədək Gədəbəy rayonuna elektrik enerjisi istismar müddətini başa vurmuş birdövrəli 35 kilovoltluq hava xətti ilə verilirdi. Bu isə rayonun ümumi inkişaf tempinə uyğun gəlmirdi. Hətta bəzi obyektlərin, o cümlədən qızıl mədənlərinin elektrik enerjisi ilə təchizatı generatorlar vasitəsilə həyata keçirilirdi. Görülmüş işlər nəticəsində Gədəbəy rayonunda perspektiv tələbat da nəzərə alınmaqla müvafiq güc mənbələri yaradılıb. 110/35/10 kV-luq “Gədəbəy” yarımstansiyasından əlavə, 35/10 kV-luq “Gədəbəy” adlı digər bir yarımstansiya yenidən qurulub. İkidövrəli 110 kV-luq Zəyəm-Gədəbəy hava xətti çəkilib. 35/10 kV-luq “Gədəbəy” yarımstansiyasında 6,3 MVA gücündə transformatorlar quraşdırılıb, köhnə tipli 40 transformator məntəqəsi yeni transformator məntəqələri ilə əvəz edilib. Görülən işlərin davamı olaraq 10 kV-luq İsalı və Göyəlli hava xətlərində istismara yararsız dirəklər yeni metal dirəklərlə əvəzlənib. Həmçinin rayon üzrə istismara yararsız 1284 sayğac dəyişdirilib, 996 yeni sayğac quraşdırılıb.
Prezident İlham Əliyevin regionlara son səfəri çərçivəsində açılışına qatıldığı 110/35/10 kilovoltluq yeni “Gədəbəy” elektrik yarımstansiyası rayonun elektrik təchizatının yaxşılaşdırılması, elektrik enerjisinə artan tələbatın ödənilməsi, güc qıtlığının aradan qaldırılması, inkişafda olan sosial-iqtisadi infrastrukturun dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün tikilib. Yeni “Gədəbəy” yarımstansiyası 21 min abonentə xidmət edir. Yarımstansiyada 110 kV-luq açıq, 35 və 10 kV-luq qapalı paylayıcı qurğular inşa edilib. Bu qurğularda müasir standartlara cavab verən elektrik avadanlığı, elektron tipli avtomat rele mühafizəsi quraşdırılıb. Bu yarımstansiyanı qidalandırmaq üçün “Zəyəm” yarımstansiyasından 48 kilometr uzunluğunda 110 və 35 kV-luq birdövrəli hava xətləri çəkilib. Paralel olaraq Gədəbəy rayonunun böyük bir hissəsini elektrik enerjisi ilə təmin edən 35 kV-luq “Gədəbəy-Saratovka” hava xətti tam yenidən qurulub. Ümumilikdə “Gədəbəy” yarımstansiyasından 35 kV-luq “Saratovka” və “Mədən”, həmçinin 10 kV-luq “Söyüdlü”, “Arıxdam”, “Ticarət mərkəzi” hava xətləri çəkilib. 10 kV-luq hava xətləri isə 1795 abonentin elektrik enerjisi ilə təchizatını təmin edir.
Yeni yarımstansiyanın açılış mərasimində bildirilib ki, Gəncə, Şəmkir, Göygöl, Samux, Daşkəsən, Gədəbəy, Ağstafa, Tovuz, Qazax elektrik şəbəkələrinin birləşdiyi “Azərişıq” ASC-nin Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində respublika əhəmiyyətli 1 şəhər, 8 rayon mərkəzi, 37 qəsəbə və 341 kənd var ki, burada da ümumilikdə 288 min 119 abonent olmaqla 1 milyon əhali yaşayır. Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində indiyədək “Azərişıq” ASC tərəfindən 96 kənd və qəsəbədə yenidənqurma işləri aparılıb. Hazırda 78-dən çox yaşayış məntəqəsində bu işlər davam etdirilir. Region üzrə ümumilikdə 11 min 290 yeni sayğac quraşdırılıb, 28 min 961 sayğac yenisi ilə əvəz edilib, qoyuluş gücü 1731 MVA-dan 1911 MVA-dək artırılıb.
Samuxda köhnə qurğular 110 kV-luq eleqaz açarlar və avadanlıqla əvəz olunub
“Azərişıq” ASC-nin son vaxtlarda tamamilə yenidən qurduğu enerji obyektlərindən biri də 110/35/10 kV-luq “Yenikənd” yarımstansiyasıdır. Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən yarımstansiyada 16 MVA gücündə iki transformator quraşdırılıb. Fiziki cəhətdən köhnəlmiş 110 kV-luq avadanlıq müasir tipli 110 kV-luq eleqaz açarlar və avadanlıqla əvəz olunub. Yarımstansiyada 2 ədəd 35 kV-luq “1-ci Poylu” və “2-ci Poylu”, 6 kV-luq “Qırmızı Samux”, “Yenikənd”, “Fövqəladə hallar” hava xətləri qurulub. 35 kV-luq “1-ci və 2-ci Poylu” hava xətlərindən budaqlanan Qırmızı Samux kəndi ərazisində 35/6 kV-luq, gücü 2,5 MVA olan “Lüksemburq” adlı müasir qapalı tipli yarımstansiya tikilib. Yarımstansiyadan ümumi uzunluğu 150 kilometr olan 35 kV-luq dörd kabel xətti çəkilib. Həmin xətlər kənd təsərrüfatı təyinatlı torpaqların suvarılmasında müstəsna əhəmiyyətə malikdir. Belə ki, 9500 hektarda əkiləcək pambıq və qarğıdalı sahələrinin suvarılması üçün nasosların elektrik enerjisi ilə təchiz olunmasını məhz bu yarımstansiya həyata keçirir.
Samux rayonunda 35/10 kV-luq “Qarayeri” yarımstansiyası da tam yenidən qurulub. Bu yarımstansiya ümumilikdə 2545 abonentə xidmət edir. Bu isə 12 min əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasına imkan verir.
Son illərdə 57 min insanın yaşadığı və 16 min abonentə xidmət edən Samux Elektrik Şəbəkəsində 110 və 35 kV-luq elektrik hava verilişi xətləri təmir olunub. Köhnə transformator məntəqələri yeni transformator məntəqələri ilə əvəzlənib. Şəbəkənin 54 kilometr hava xətti kabelləşdirilib, 405 kilometr hava xətti isə əsaslı təmir olunub.
Yeni su elektrik stansiyaları regionların enerji təchizatını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq
Son illər ölkənin elektroenergetika sistemində icra edilən layihələr arasında yeni su elektrik stansiyalarının inşası, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması xüsusi əhəmiyyət daşıyır. Bir qədər bundan əvvəl Prezident İlham Əliyevin iştirakı ilə Balakəndə yeni inşa edilən Su Elektrik Stansiyası istifadəyə verilib. Bu cür layihələrin icrası bölgələrin enerji təminatının gücləndirilməsində mühüm rol oynayır, eyni zamanda, regionların inkişafına təkan verməklə, əlavə iş yerlərinin açılmasına səbəb olur. Mütəxəssislərin araşdırmalarına görə, respublikanın müxtəlif bölgələrində dağ çayları və suvarma kanalları üzərində onlarla kiçik su elektrik stansiyasının tikintisini həyata keçirmək mümkündür. Kiçik su elektrik stansiyalarının tikintisi bir tərəfdən elektrik enerjisinin istehsalında yanacağa qənaət edilməsinə imkan yaradır, digər tərəfdən isə ətraf mühitə heç bir zərər yetirmədən istehlakçıları elektrik enerjisi ilə təmin edir.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev stansiya barədə məlumat verərək bildirib ki, Balakən çayı üzərində tikilmiş və ümumi gücü 1,5 meqavat olan yeni stansiyanın təməlini Prezident İlham Əliyev 2010-cu ildə qoyub. Stansiya texniki göstəricilərinə görə olduqca səmərəli və müasirdir. Layihə çərçivəsində burada hündürlüyü 5,6 metr olan bənd tikilib. Bəndin maksimum eni 28, qaşının eni isə 4 metr təşkil edir. Burada saniyədə 63 kubmetr suburaxma qabiliyyəti olan sutullayıcı, saniyədə 23 kubmetr suburaxma qabiliyyəti olan suqəbuledici yaradılıb. Stansiyanın inşası zamanı uzunluğu 2 min metr, diametri isə 1550 millimetr olan boru, 10 və 0,4 kilovoltluq yarımstansiya və elektrik verilişi xətləri çəkilib, hər birinin gücü 0,5 meqavat olan üç hidroturbin və hidrogenerator quraşdırılıb. Bundan başqa, ərazidə turbin zalı və stansiyanın idarəetmə binası da inşa edilib.
Açılış mərasimində bildirildiyi kimi, layihə olduqca əhəmiyyətlidir. İldə 10 milyon kilovat-saat elektrik enerjisi istehsalı gücünə malik stansiya rayonun tələbatının 15 faizini, Balakən şəhərinin tələbatının isə 25-30 faizini ödəyəcək.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 2009-cu ildə imzaladığı Sərəncama əsasən, respublikada kiçik su elektrik stansiyalarının geniş tətbiq edilməsi məqsədilə xüsusi proqramlar hazırlanıb. Bu günədək ümumi gücü təqribən 150 meqavat olan 12 su elektrik stansiyası istifadəyə verilib. Hazırda isə ümumi gücü təqribən 18 meqavat olan beş stansiyanın inşası davam etdirilir.
“Çiçəkli” Su Elektrik Stansiyası Göygöl şəhərinin tələbatının 75 faizini ödəyəcək
Daha bir su elektrik stansiyası bu günlərdə Göygöl rayonunda istifadəyə verilib. 1927-ci ildə inşa edilmiş “Çiçəkli” su elektrik stansiyası 1997-ci ildə sel nəticəsində tamamilə dağılaraq istismara yararsız vəziyyətə düşmüşdü. Azərbaycan Respublikası Prezidentinin ölkə iqtisadiyyatına özəl investisiyaların cəlb edilməsi tapşırığına uyğun olaraq, stansiya hazırda investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilib. Burada əsaslı yenidənqurma işləri aparılıb, yeni avadanlıq quraşdırılıb.
Yenidənqurma işləri çərçivəsində stansiyanın turbin zalı, üçmərtəbəli idarəetmə və inzibati binası da müasir səviyyədə qurulub. Stansiyada hər birinin gücü 1 MVt olan 3 hidroturbin və 3 hidrogenerator quraşdırılıb. Yenidənqurma işləri çərçivəsində stansiyada 35/6/0,4 kV-luq yarımstansiyalar yaradılıb və elektrik verilişi xətləri çəkilib. Stansiyanın su hövzəsinin tutumu 153 min kubmetr, bəndinin hündürlüyü 10, uzunluğu 134, qaşının eni 5, dibinin eni isə 60 metrdir. Burada suburaxma qabiliyyəti saniyədə 65 kubmetr olan sutullayıcı, suburaxma qabiliyyəti saniyədə 10 kubmetr olan suqəbuledici quraşdırılıb. Stansiyanın derivasiya kanalının en kəsiyi 5 kvadratmetr, uzunluğu isə 3800 metrdir. Burada həmçinin uzunluğu 500 metr, diametri 1600 millimetr olan boru quraşdırılıb.
Tamamilə yenidən qurulan “Çiçəkli” yarımstansiyası bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Açılış mərasimində vurğulandığı kimi, “Çiçəkli” Su Elektrik Stansiyası iqtisadi və sosial cəhətdən olduqca əhəmiyyətlidir. İldə 20 milyon kVt-saat elektrik enerjisi istehsal etmə gücünə malik olan bu stansiya Göygöl rayonunun tələbatının 15 faizini, Göygöl şəhərinin tələbatının isə 75 faizini ödəyəcək. Stansiyanın tikintisində 80 işçi çalışıb. Ərazidə müasir işıqlandırma sistemi quraşdırılıb, abadlıq işləri aparılıb və yaşıllıq zolaqları salınıb. Burada 20 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
“Azərbaycan” İES-in payız-qış mövsümünə hazırlığı uğurla davam edir
Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan, 8 enerji blokunu özündə birləşdirən, ümumi gücü 2400 meqavat (MVt) təşkil edən “Azərbaycan” İES-də enerji bloklarının və avadanlıqların texniki-istismar səviyyəsinin yüksəldilməsi, texniki-iqtisadi göstəricilərin yaxşılaşdırılması, yanacaq və enerji resurslarına qənaət olunması, eləcə də müəssisənin qarşıdakı payız-qış mövsümünə hazırlığının təmin edilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilir.
Konfiqurasiya sisteminin texniki tələblərinə uyğun aparılan profilaktik yoxlama və sınaq-sazlama işləri nəticəsində stansiyanın dayanıqlı və qənaətli iş rejimi təmin edilir, elektrik enerjisi istehsalı dispetçer yük qrafikinə uyğun aparılır, əməliyyat heyəti tərəfindən avadanlıqların zədələnməsinə və sıradan çıxmasına gətirə biləcək qəza və imtina hallarına yol verilmir.
Müəssisədə bu ilin yeddi ayının texniki-iqtisadi göstəricilər üzrə proqnoz tapşırıqları tam həcmdə yerinə yetirilib. Həmin müddətdə stansiyada 4,6 milyard kilovat-saata yaxın, təkcə iyul ayında isə 873 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib.
Ümumiyyətlə, stansiyanın ilk enerji bloku işə düşdüyü 1981-ci ilin dekabr ayından indiyədək burada 300 mlrd. kVt-saata yaxın elektrik enerjisi istehsal edilib. Hazırda stansiyanın yanacaq-nəqliyyat sexində genişləndirmə işləri aparılır, daha 6 ədəd mazut çəni inşa edilir. Beləliklə, mazut ehtiyatının saxlandığı çənlərin sayı 18-ə çatdırılacaq.
Bundan başqa, 500 kV-lik Açıq Paylayıcı Quruluşda da yeni texnologiyalar tətbiq edilməklə yenidənqurma işlərinə başlanılıb. Mütəxəssislərin bildirdiklərinə görə, həyata keçirilən yenidənqurma işləri payız-qış mövsümündə stansiyanın dayanıqlı işləməsini təmin edəcək.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  8040  |  
  • Tarix:  30-08-2017  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir

25 Yanvar 19:52
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru ADA Universitetində mühazirə oxuyub
25 Yanvar 19:45
Qafqaz Müsəlmanları İdarəsinin sədri “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə görüşüb
25 Yanvar 17:32
Saatlıda “Pambıqçılıq 2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
25 Yanvar 17:27
Prezident İlham Əliyev Davos Forumunda Azərbaycanın yeni hökumətinin prioritetlərini açıqlayıb
25 Yanvar 17:17
Əli Əhmədov: Beynəlxalq İqtisadi Forum gündən günə inkişaf edən Azərbaycanın və onun iqtisadiyyatının dünyaya açılması üçün gözəl bir imkandır
25 Yanvar 17:11
Deputatlığa namizəd Fatma Yıldırım Bərdə rayonunda şəhid ailələrini ziyarət edib
25 Yanvar 16:37
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
25 Yanvar 16:31
İnanıram ki, seçicilər gələcəyin partiyası olan YAP-ın namizədlərinə səs verəcəklər
25 Yanvar 16:28
Deputatlığa namizəd Elnur Rəhimovun seçicilərlə növbəti görüşü keçirilib
25 Yanvar 16:24
Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik edib
25 Yanvar 16:22
"Seçkilərin yüksək səviyyədə keçirilməsində məntəqə seçki komissiyaları böyük məsuliyyət daşıyırlar"
25 Yanvar 16:17
Yevlax gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar
25 Yanvar 16:15
Deputatlığa namizəd Səməd Seyidov Qazax rayonunda seçicilərlə görüşlər keçirib
25 Yanvar 16:03
Ermənistan işğal olunmuş ərazilərimizdəki abidələri “bərpa” etmək adı altında erməniləşdirmə siyasəti aparır - BƏYANAT
25 Yanvar 15:59
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonu Bucaq kəndində seçicilərlə görüşüb
25 Yanvar 15:54
Prezident İlham Əliyev Türkiyədəki azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqqında tapşırıq verib
25 Yanvar 15:25
Pakistan portalı Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə yayıb
25 Yanvar 15:16
Azərbaycan deputatları AŞPA-nın qış sessiyasında iştirak edəcəklər
25 Yanvar 15:12
Bütün seçiciləri daha güclü Azərbaycan naminə partiyamızın namizədlərinə səs verməyə çağırıram
25 Yanvar 15:03
Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Şatırlı, İkinci Nazırlı, Kürdborakı, Hacılı, Birinci Qazaxlar kəndlərində seçicilərlə görüşüb
25 Yanvar 14:56
Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır”
25 Yanvar 14:22
Azərbaycan Ordusunda Həzi Aslanovun 110 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib
25 Yanvar 13:25
Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib
25 Yanvar 11:47
YAP-ın 11 saylı Qaradağ seçki dairəsindən namizədi Aydın Hüseynovun Ələt qəsəbəsinin sakinləri ilə görüşü keçirilib
25 Yanvar 11:29
Nazirlər Kabinetində icbari sığorta sahəsində qarşıda duran vəzifələr müzakirə edilib
25 Yanvar 11:26
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb
25 Yanvar 11:21
Dilarə Cəbrayılova: Azərbaycanın nüfuzlu Davos İqtisadi Forumu ilə fəal əməkdaşlığı ölkəmizin iqtisadi inkişafı üçün yeni imkanlar açıb
25 Yanvar 11:19
Fevralın 24-dən “Gənclər Paytaxtı 2020” müsabiqəsinin onlayn səsvermə mərhələsi start götürəcək
25 Yanvar 11:17
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub
25 Yanvar 11:15
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ötən ilin yekunları müzakirə olunub
25 Yanvar 11:12
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samuxda və Göygöldə nümayəndəlikləri açılıb
25 Yanvar 11:09
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq
25 Yanvar 10:14
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlaması
25 Yanvar 10:08
Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir
24 Yanvar 18:11
Dövlət Komitəsinin sədri Sabirabadda məcburi köçkünləri qəbul edib
24 Yanvar 18:09
Yeni Azərbaycan Partiyasının Gəncədən olan 4 namizədinin gənclərlə görüşü keçirilib
24 Yanvar 17:43
Deputatlığa namizəd Kamran Bayramov Şəmkirin Mehrili və Abbaslı kəndlərində seçicilərlə görüşüb
24 Yanvar 17:43
Türkiyəli professor: "Azərbaycanda seçici, media və dövlət arasında əlaqə düzgün qurulub"
24 Yanvar 17:40
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Niyazi Tağıyev seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 17:36
Yuli Qusman: "Parlament seçkilərindən sonra da Azərbaycanın demokratik inkişafı davam edəcək"
24 Yanvar 17:28
Mariya Zaxarova: "Parlament seçkilərinin nəticələri dost Azərbaycan xalqının rifahının yaxşılaşmasına xidmət edəcək"
24 Yanvar 17:26
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində “Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirilir
24 Yanvar 17:19
Deputatlığa namizəd Ramil Həsən Ucarda seçicilərlə növbəti görüşlər keçirib
24 Yanvar 17:07
Energetika naziri Siyəzəndə, nazir müavinləri isə Qobustan və Cəlilabadda vətəndaşları qəbul ediblər
24 Yanvar 16:59
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 16:04
“YARAT”da yeni tamaşanın premyerası olacaq
24 Yanvar 15:57
Sabirabadlıların seçimi Əhliman Əmiraslanovdur
24 Yanvar 15:49
Heydər Əliyev Fondunun layihəsi olan “Balaca Şahzadə” növbəti dəfə repertuara salınıb
24 Yanvar 15:40
Deputatlığa namizəd Eldəniz Səlimov Xaçmazda seçicilərlə növbəti görüş keçirib
24 Yanvar 15:36
İmadəddin Nəsimiyə həsr olunmuş “Mənəm, mən...” tamaşası yenidən səhnədə
24 Yanvar 15:34
Seçicilər ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
24 Yanvar 15:31
Bakı məktəblilərinin beynəlxalq yarışlarda əldə etdiyi uğurların sayı artmaqdadır
24 Yanvar 15:26
MSK-nın Şəkidə keçirdiyi regional seminarda seçki mübahisələrinin həllinə dair məsələlər müzakirə olunub
24 Yanvar 15:22
Gəncədə seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair regional müşavirə keçirilib
24 Yanvar 15:12
Ağdaşlılar YAP-ın namizədinə səs verəcəklər
24 Yanvar 14:51
YAP-ın namizədi Kamaləddin Qafarovun təhsil işçiləri ilə görüşü keçirilib
24 Yanvar 14:43
Deputatlığa namizəd Məşhur Məmmədov Masallı rayonu Xırmandalı kəndində seçicilərlə görüşüb
24 Yanvar 14:35
Fikrət Sadıqov: "Cəmiyyətdə seçkilərə maraq kifayət qədər yüksəkdir"
24 Yanvar 14:29
Yeni TV-də qonaq Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa namizədi Məlahət İbrahimqızıdır (VİDEO)
24 Yanvar 14:20
Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub
24 Yanvar 14:15
Prezident İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
24 Yanvar 14:08
Şöhrət Barlas: "Parlament seçkilərindən yalnız müsbət gözləntilərim var”
24 Yanvar 14:04
Azərbaycanda qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur
24 Yanvar 13:58
Prezident İlham Əliyev Davos Forumunun tribunasından Azərbaycan reallıqlarını dünyaya çatdırır
24 Yanvar 13:54
İnanıram ki, 2020-ci il fevral ayının 9-da seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək
24 Yanvar 13:05
Elçin Əhmədov: Prezident İlham Əliyevin Davosdakı görüşləri Azərbaycanın yüksək beynəlxalq nüfuzunun əyani göstəricisidir
24 Yanvar 12:43
Deputatlığa namizəd Fatma Yıldırım növbəti görüşlərini Bərdə rayonunun mədəniyyət və səhiyyə işçiləri ilə keçirib
24 Yanvar 11:46
"Yeni parlamentdə Azərbaycanın daha da inkişafına töhfə verəcək insanların yer alacağına ümid edirəm"
24 Yanvar 11:29
Stefan Şennak: "Əminəm ki, Azərbaycanda parlament seçkiləri ədalət prinsipləri əsasında keçiriləcək"
24 Yanvar 11:15
Moldova MSK-sının və parlamentinin nümayəndələri Azərbaycanda seçkiləri izləyəcəklər

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA