Ana səhifə »  KİVDF »  Bölgələrdə əsaslı şəkildə inkişaf etdirilən sahələrdən biri tütünçülükdür
A+   Yenilə  A-
Bölgələrdə əsaslı şəkildə inkişaf etdirilən sahələrdən biri tütünçülükdür

Göstərilən hərtərəfli dövlət dəstəyi fermerlərin tütün əkininə marağının artmasına səbəb olub
Məlum olduğu kimi, Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlər nəticəsində ölkəmizdə digər sahələrdə olduğu kimi kənd təsərrüfatının inkişafında da əsaslı dönüş yaranıb. Daha dəqiq desək reallaşdırılan müvafiq proqramlar, həmçinin atılan addımlar sayəsində kənd təsərrüfatının bütün sahələrində tərəqqi əldə edilib. Və son illərdə ölkəmizdə əsaslı şəkildə inkişaf etdirilən sahələrdən biri də tütünçülükdür. Məlumat üçün bildirək ki, tütünçülük kənd təsərrüfatının ən çox mənfəət gətirən sahələrindən biridir. Tütünçülükdə aqrotexniki qaydalara düzgün əməl etməklə məhsuldarlığın artırılması və məhsulun keyfiyyətinin yüksəldilməsi hesabına hər hektardan təxminən 1000 manat mənfəət əldə etmək mümkündür. Beləliklə, Prezident İlham Əliyevin tütünçülüyün inkişafına göstərdiyi diqqət və qayğı sayəsində son illərdə ölkəmizdə bu sahədə xeyli iş görülüb. Göstərilən hərtərəfli dövlət dəstəyi isə öz növbəsində fermerlərin tütün əkininə marağının artmasına səbəb olub və nəticədə əkin sahələri genişlənib. Ənənəvi növdən olan tütünlərin istehsalı bərpa olunub, həmçinin daha qiymətli tütün növlərindən olan “Virciniya” və “Berley” növlü tütünlərin istehsalı artırılmaqdadır. Eyni zamanda, ölkəmizdə tütün əkinlərinin coğrafiyası genişləndirilir, tütünçülüklə məşğul olan fermerlərin sayı ilbəil artır.
Bir sözlə, dövlət tərəfindən güzəştli kreditlərin verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi və son məhsula görə subsidiyanın verilməsi bu sahənin inkişafını daha da stimullaşdırır. Bu isə öz növbəsində tütün əkininin çoxalmasına təkan verir. Vurğulamaq yerinə düşər ki, 2015-ci ildə cəmi üç rayonda tütün əkilmişdir - Şəki, Zaqatala və Qax rayonlarında. Bu gün 13 rayonda tütün əkilir. Əgər 2015-ci ildə Şəkidə 600 hektarda tütün əkilmişdisə, hazırda bu, 843 hektara çatıb. Zaqatalada əkin sahələri 468 hektardan 744 hektara, Qaxda isə 300 hektardan 600 hektara çatdırılıb. Hazırda 3200 hektarda tütün əkilir.
Eyni zamanda, bölgələrdə bu istiqamətdə işlər uğurla davam edir. Məsələn, Şəki rayonunun təsərrüfatlarında tütün yığımı mütəşəkkil şəkildə davam edir. “Azərtütün” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə bu günədək fermer təsərrüfatlarından 2 min 200 ton yaşıl tütün kütləsi daxil olub. Həmçinin mövsümün əvvəlindən indiyədək məntəqədə 240 ton quru tütün istehsal olunub. Bu barədə emal məntəqəsinin müdiri Kamran Şərifov məlumat verib. Məntəqə müdiri bildirib ki, hər gün məntəqəyə qurudulmaq üçün 40-50 ton yaşıl tütün kütləsi daxil olur. Hazırda məntəqədə olan 56 ədəd odla tütünqurutma kamerasının hamısı işlək vəziyyətdədir. Qurudulan tütün preslənərək anbara yığılır və daha sonra cəmiyyətin Zaqatala rayonunda fəaliyyət göstərən tütün emalı zavoduna göndərilir. O qeyd edib ki, Cumakənddən olan fermer Əbülfət Səfərov indiyədək məntəqəyə hamıdan çox - 100 ton yaşıl tütün kütləsi təhvil verib. Baş Göynük kəndindən Cəlal İmamov isə bu günədək məntəqəyə 91 ton yaşıl tütün gətirib.
Bu il Şəki rayonunun təsərrüfatlarında 843 hektar sahədə tütün yetişdirilib. Tütün əkini sahələri əvvəlki illə müqayisədə 58 hektar artırılıb. Ötən il rayonda 20 hektar sahədə tütün əkib bol məhsul tədarük edən tovuzlu fermerlər cari ildə tütün əkilən sahələri 50 hektaradək genişləndiriblər. İkinci ildir ki, bu sahəyə maraq göstərən fermerlər cari mövsümdə sahələrdən bol məhsul toplayırlar. Rayon İcra Hakimiyyətindən bildiriblər ki, hazırda rayonda tütün yığımının qızğın çağıdır. Tütünçülüklə məşğul olan fermerlər sahələrdən hələlik 60 ton yaş tütün toplayıblar. Yığılan məhsul qurudulandan sonra tütün kombinatına təhvil veriləcək. Rayonda tütünçülüyün yenidən bərpası nəticəsində 200 nəfərə qədər kənd sakini işlə təmin olunub. Qeyd edək ki, ötən il 20 hektar ərazidə tütün becərən fermerlər 3140 kiloqram məhsul istehsal ediblər. Rayonda tütün yığımı oktyabr ayına qədər davam edəcək.
Qazax rayonunda da kənd təsərrüfatı məhsullarının istehsalının artırılması məqsədilə bir sıra səmərəli işlər görülüb və əkin sahələri daha da genişləndirilib. Bunun nəticəsidir ki, bu il bütün əkinlər nəzərdə tutulduğundan xeyli çox sahədə əkilib. Əkin sahəsi genişləndirilən belə məhsullardan biri də tütündür. Rayon kənd təsərrüfatı idarəsindən bildiriblər ki, ötən il rayonda 10 hektar sahədə tütün əkilib və nəzərdə tutulduğundan xeyli çox məhsul götürülüb. Məhsuldarlığın yüksək olduğu və tütünün rayon üçün əlverişliliyi nəzərə alınaraq bu il əkin sahələri genişləndirilib. Ötən ildən fərqli olaraq bu il rayon üzrə 50 hektar sahədə tütün əkilib ki, bunun da 30 hektarı Kosalar kəndindədir. Rayonda tütün yığımı uğurla davam etdirilir. Bu günədək 50 ton tütün yığılıb.
Cari ildə Balakən rayonunun təsərrüfatlarında isə 528 hektar sahədə tütün əkilib. Əkin sahələri əvvəlki illə müqayisədə 27 hektar artırılıb. Hazırda təsərrüfatlarda tütün yığımının qızğın çağıdır. Balakənli fermerlər bu günədək emal müəssisəsinə 617 ton “Virciniya” növlü yaşıl tütün kütləsi təhvil veriblər. Bundan əlavə, fermerlər indiyədək 25,5 ton quru tütün də istehsal ediblər. Builki mövsümdə rayonda quru tütün istehsalının 250 tona çatdırılması nəzərdə tutulur. Hazırda tütünçülük sahəsində 1400 nəfərdən çox mövsümi işçi çalışır.
Talalar kəndindən olan fermer Nurlan Əhmədov bu il həmkəndliləri ilə birlikdə 39 hektar sahədə “Virciniya” növlü ətirli tütün əkib. Əkin sahəsi ötən illə müqayisədə 11 hektar genişləndirilib. İndiyədək sahələrdən 130 ton yaşıl tütün kütləsi yığılıb. İstehsalçılar mövsümün sonunadək sahələrdən daha 200 ton yaşıl tütün toplamağı düşünürlər.
Püştətala kəndindən olan fermer Şamsu Bayramova da rayonda iri tütün istehsalçılarından hesab olunur. Fermer bildirib ki, ötən il 7 hektar sahədə “Virciniya” növlü ətirli tütün yetişdirib, 100 tona yaxın yaşıl tütün əldə edib. Dövlətin dəstəyindən ruhlanan fermer builki mövsümdə əkin sahələrini artıraraq 33 hektara çatdırıb. O, bu günədək emal müəssisəsinə 60 ton “Virciniya” növlü yaşıl tütün kütləsi təhvil verib. Mövsümün sonunadək məhsul istehsalının 200 tona çatacağı gözlənilir. Rayonda tütün yığımı davam edir.
“Azərtütün” MMC-nin Qax rayonunda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə isə bu günədək fermer təsərrüfatlarından 1915 ton yaşıl tütün kütləsi daxil olub. Eyni zamanda, mövsümün əvvəlindən indiyədək məntəqədə 134 ton quru tütün istehsal edilib. Bu barədə məntəqənin müdiri Məmmədəli Sultanov məlumat verib. O bildirib ki, hər gün məntəqəyə qurudulmaq üçün orta hesabla 50 tonadək yaşıl tütün kütləsi daxil olur. Hazırda məntəqədə olan 60 ədəd odla tütünqurutma kamerasının hamısı işlək vəziyyətdədir. Hər gün bu kameralardan altısından qurudulmuş tütün boşaldılır və kameralara yenidən yaşıl tütün kütləsi qoyulur. Qurudulan tütün preslənərək anbara yığılır və sonra tütün emalı zavoduna göndərilir.
Gənc fermer Həsən Səfərov cari mövsümdə məntəqəyə ən çox yaşıl tütün təhvil verən fermerlərdən biridir. Tütünçülüklə ikinci ildir ki, məşğul olan fermer keçən il 31, bu il isə 64 hektar sahədə tütün yetişdirib. İstehsalçı indiyədək qəbul məntəqəsinə 400 tona yaxın yaşıl tütün kütləsi təhvil verib. Tütün yığımına 50 nəfərədək mövsümi işçi cəlb olunub. Hələlik sahələrdə məhsul boldur. Fermer bildirib ki, mövsümün sonunadək daha 400 ton tütün istehsal etməyi qarşısına məqsəd qoyub.
Rayon sakini Fətəli Toğrul da ikinci ildir tütünçülüklə məşğul olur. Ötən il 3 hektar tütün sahəsindən 87 ton məhsul əldə edib. Dövlətin qayğısından ruhlanan gənc fermer bu il əkin sahəsini artıraraq 8,7 hektara çatdırıb. Fermer bu günədək məntəqəyə 50 ton yaşıl tütün kütləsi təhvil verib. O, mövsümün sonunadək tütün istehsalını 130 tona çatdırmağı düşünür. Xatırladaq ki, cari ildə rayonda tütün əkini sahələri əvvəlki illə müqayisədə 275 hektar artırılaraq 605,8 hektara çatdırılıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında da tütünçülükdə əsaslı təsərrüfatçılıq ənənələri mövcud olub, bu gün isə həmin sahənin inkişaf etdirilməsi üçün geniş imkanlar var. Belə ki, statistikalara əsasən, ötən əsrin 70-80-ci illərində Azərbaycanda tütünçülük öz əhəmiyyətinə görə texniki bitkilər arasında pambıqdan sonra ikinci yeri tuturdu. O dövrdə istehsal olunmuş on minlərlə ton tütünün mühüm bir hissəsi isə Naxçıvanın payına düşürdü. Başqa sözlə, o dövrdə Naxçıvan iqtisadi rayonu tütünçülüyün inkişaf həcminə görə Şəki-Zaqatala zonasından sonra ikinci sırada yer almışdı. Həmin dövrlərdə tütün, əsasən, Kəngərli rayonu ərazisində əkilib-becərilib, bu sahədən təsərrüfatlar xeyli gəlir əldə edib.
Son illərdə ölkəmizdə qeyri-neft sektoru sahələrinə olan diqqətin daha da artması ilə muxtar respublikada ənənəvi sahələr arasında olmuş tütünçülüyə də maraq artıb. Bu məqsədlə cari il “Cahan Tobacoo” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Kəngərli rayonunun ərazisində tütün əkininə başlanılıb. Şirkətdən aldığımız məlumata əsasən, bu məqsədlə ilk olaraq müxtəlif yerlərdən götürülmüş torpaq nümunələri laboratoriyada analiz edilib, rayonun Xıncab və Təzəkənd ərazilərinin tütün əkini üçün yararlılığına qərar verilib.
Bu ilin mart ayının əvvəllərindən Xıncab kəndində 5 sot torpaq sahəsində istixanalar qurulub, yetişdirilmiş tütün şitilləri 10 hektara yaxın ərazidə əkilib. Artıq iyul ayından başlayaraq yarpaq yığımına, məhsulun qurudulmasına başlanılıb. “Cahan Tobacoo” MMC-dən bildiriblər ki, tütünçülüyə marağın artması idxal xammalın əvəz olunmasına, bu sahə ilə məşğul olan torpaq mülkiyyətçilərinin gəlirlərinin çoxalmasına səbəb ola bilər. Əkilmiş sahələrdən 10 min kiloqramdan artıq quru tütün əldə olunması gözlənilir. Şirkətdən onu da qeyd ediblər ki, bu layihədə hazırda 8 nəfər daimi, 10-12 nəfər günəmuzd işlə təmin edilib.
Nardar BAYRAMLI

 
  • Oxunub:  7860  |  
  • Tarix:  06-09-2017  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir

25 Yanvar 19:52
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru ADA Universitetində mühazirə oxuyub
25 Yanvar 19:45
Qafqaz Müsəlmanları İdarəsinin sədri “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə görüşüb
25 Yanvar 17:32
Saatlıda “Pambıqçılıq 2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
25 Yanvar 17:27
Prezident İlham Əliyev Davos Forumunda Azərbaycanın yeni hökumətinin prioritetlərini açıqlayıb
25 Yanvar 17:17
Əli Əhmədov: Beynəlxalq İqtisadi Forum gündən günə inkişaf edən Azərbaycanın və onun iqtisadiyyatının dünyaya açılması üçün gözəl bir imkandır
25 Yanvar 17:11
Deputatlığa namizəd Fatma Yıldırım Bərdə rayonunda şəhid ailələrini ziyarət edib
25 Yanvar 16:37
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
25 Yanvar 16:31
İnanıram ki, seçicilər gələcəyin partiyası olan YAP-ın namizədlərinə səs verəcəklər
25 Yanvar 16:28
Deputatlığa namizəd Elnur Rəhimovun seçicilərlə növbəti görüşü keçirilib
25 Yanvar 16:24
Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik edib
25 Yanvar 16:22
"Seçkilərin yüksək səviyyədə keçirilməsində məntəqə seçki komissiyaları böyük məsuliyyət daşıyırlar"
25 Yanvar 16:17
Yevlax gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar
25 Yanvar 16:15
Deputatlığa namizəd Səməd Seyidov Qazax rayonunda seçicilərlə görüşlər keçirib
25 Yanvar 16:03
Ermənistan işğal olunmuş ərazilərimizdəki abidələri “bərpa” etmək adı altında erməniləşdirmə siyasəti aparır - BƏYANAT
25 Yanvar 15:59
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonu Bucaq kəndində seçicilərlə görüşüb
25 Yanvar 15:54
Prezident İlham Əliyev Türkiyədəki azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqqında tapşırıq verib
25 Yanvar 15:25
Pakistan portalı Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə yayıb
25 Yanvar 15:16
Azərbaycan deputatları AŞPA-nın qış sessiyasında iştirak edəcəklər
25 Yanvar 15:12
Bütün seçiciləri daha güclü Azərbaycan naminə partiyamızın namizədlərinə səs verməyə çağırıram
25 Yanvar 15:03
Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Şatırlı, İkinci Nazırlı, Kürdborakı, Hacılı, Birinci Qazaxlar kəndlərində seçicilərlə görüşüb
25 Yanvar 14:56
Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır”
25 Yanvar 14:22
Azərbaycan Ordusunda Həzi Aslanovun 110 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib
25 Yanvar 13:25
Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib
25 Yanvar 11:47
YAP-ın 11 saylı Qaradağ seçki dairəsindən namizədi Aydın Hüseynovun Ələt qəsəbəsinin sakinləri ilə görüşü keçirilib
25 Yanvar 11:29
Nazirlər Kabinetində icbari sığorta sahəsində qarşıda duran vəzifələr müzakirə edilib
25 Yanvar 11:26
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb
25 Yanvar 11:21
Dilarə Cəbrayılova: Azərbaycanın nüfuzlu Davos İqtisadi Forumu ilə fəal əməkdaşlığı ölkəmizin iqtisadi inkişafı üçün yeni imkanlar açıb
25 Yanvar 11:19
Fevralın 24-dən “Gənclər Paytaxtı 2020” müsabiqəsinin onlayn səsvermə mərhələsi start götürəcək
25 Yanvar 11:17
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub
25 Yanvar 11:15
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ötən ilin yekunları müzakirə olunub
25 Yanvar 11:12
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samuxda və Göygöldə nümayəndəlikləri açılıb
25 Yanvar 11:09
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq
25 Yanvar 10:14
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlaması
25 Yanvar 10:08
Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir
24 Yanvar 18:11
Dövlət Komitəsinin sədri Sabirabadda məcburi köçkünləri qəbul edib
24 Yanvar 18:09
Yeni Azərbaycan Partiyasının Gəncədən olan 4 namizədinin gənclərlə görüşü keçirilib
24 Yanvar 17:43
Deputatlığa namizəd Kamran Bayramov Şəmkirin Mehrili və Abbaslı kəndlərində seçicilərlə görüşüb
24 Yanvar 17:43
Türkiyəli professor: "Azərbaycanda seçici, media və dövlət arasında əlaqə düzgün qurulub"
24 Yanvar 17:40
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Niyazi Tağıyev seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 17:36
Yuli Qusman: "Parlament seçkilərindən sonra da Azərbaycanın demokratik inkişafı davam edəcək"
24 Yanvar 17:28
Mariya Zaxarova: "Parlament seçkilərinin nəticələri dost Azərbaycan xalqının rifahının yaxşılaşmasına xidmət edəcək"
24 Yanvar 17:26
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində “Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirilir
24 Yanvar 17:19
Deputatlığa namizəd Ramil Həsən Ucarda seçicilərlə növbəti görüşlər keçirib
24 Yanvar 17:07
Energetika naziri Siyəzəndə, nazir müavinləri isə Qobustan və Cəlilabadda vətəndaşları qəbul ediblər
24 Yanvar 16:59
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 16:04
“YARAT”da yeni tamaşanın premyerası olacaq
24 Yanvar 15:57
Sabirabadlıların seçimi Əhliman Əmiraslanovdur
24 Yanvar 15:49
Heydər Əliyev Fondunun layihəsi olan “Balaca Şahzadə” növbəti dəfə repertuara salınıb
24 Yanvar 15:40
Deputatlığa namizəd Eldəniz Səlimov Xaçmazda seçicilərlə növbəti görüş keçirib
24 Yanvar 15:36
İmadəddin Nəsimiyə həsr olunmuş “Mənəm, mən...” tamaşası yenidən səhnədə
24 Yanvar 15:34
Seçicilər ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
24 Yanvar 15:31
Bakı məktəblilərinin beynəlxalq yarışlarda əldə etdiyi uğurların sayı artmaqdadır
24 Yanvar 15:26
MSK-nın Şəkidə keçirdiyi regional seminarda seçki mübahisələrinin həllinə dair məsələlər müzakirə olunub
24 Yanvar 15:22
Gəncədə seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair regional müşavirə keçirilib
24 Yanvar 15:12
Ağdaşlılar YAP-ın namizədinə səs verəcəklər
24 Yanvar 14:51
YAP-ın namizədi Kamaləddin Qafarovun təhsil işçiləri ilə görüşü keçirilib
24 Yanvar 14:43
Deputatlığa namizəd Məşhur Məmmədov Masallı rayonu Xırmandalı kəndində seçicilərlə görüşüb
24 Yanvar 14:35
Fikrət Sadıqov: "Cəmiyyətdə seçkilərə maraq kifayət qədər yüksəkdir"
24 Yanvar 14:29
Yeni TV-də qonaq Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa namizədi Məlahət İbrahimqızıdır (VİDEO)
24 Yanvar 14:20
Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub
24 Yanvar 14:15
Prezident İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
24 Yanvar 14:08
Şöhrət Barlas: "Parlament seçkilərindən yalnız müsbət gözləntilərim var”
24 Yanvar 14:04
Azərbaycanda qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur
24 Yanvar 13:58
Prezident İlham Əliyev Davos Forumunun tribunasından Azərbaycan reallıqlarını dünyaya çatdırır
24 Yanvar 13:54
İnanıram ki, 2020-ci il fevral ayının 9-da seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək
24 Yanvar 13:05
Elçin Əhmədov: Prezident İlham Əliyevin Davosdakı görüşləri Azərbaycanın yüksək beynəlxalq nüfuzunun əyani göstəricisidir
24 Yanvar 12:43
Deputatlığa namizəd Fatma Yıldırım növbəti görüşlərini Bərdə rayonunun mədəniyyət və səhiyyə işçiləri ilə keçirib
24 Yanvar 11:46
"Yeni parlamentdə Azərbaycanın daha da inkişafına töhfə verəcək insanların yer alacağına ümid edirəm"
24 Yanvar 11:29
Stefan Şennak: "Əminəm ki, Azərbaycanda parlament seçkiləri ədalət prinsipləri əsasında keçiriləcək"
24 Yanvar 11:15
Moldova MSK-sının və parlamentinin nümayəndələri Azərbaycanda seçkiləri izləyəcəklər

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA