Ana səhifə »  KİVDF »  Azərbaycanın regionları uğurla inkişaf edir
A+   Yenilə  A-
Azərbaycanın regionları uğurla inkişaf edir

Ağstafa və Qazax rayonlarında cari ilin 9 ayında qazanılan müsbət nəticələr bu faktı təsdiqləyir
Regionun lider dövləti olan Azərbaycanda quruculuq-abadlıq işləri uğurla davam etdirilir, həmçinin sosial infrastruktur layihələri reallaşdırılır. Heç şübhəsiz, bu genişmiqyaslı işlərin görülməsinə təkan verən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarıdır. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilən bu proqramlar çərçivəsində həyata keçirilən işlər bölgələrin tarazlı inkişafını şərtləndirir. Məlumat üçün bildirək ki, sözügedən Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib, çoxsaylı sənaye, kənd təsərrüfatı, xidmət, ticarət müəssisəsi fəaliyyətə başlayıb.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclası keçirilib. İclasda ölkə başçısı cari ilin doqquz ayı ərzində Azərbaycanda həyata keçirilmiş geniş miqyaslı işlərə, qazanılan uğur və nailiyyətlərə öz münasibətini bildirib, qarşıda duran vəzifələrdən danışıb. Ölkə başçısı Öz çıxışında doqquz ayda ölkəmizin uğurla və hərtərəfli inkişaf etdiyini, bütün sahələrdə dinamik inkişafın təmin olunduğunu bildirib: “Qeyri-neft sektorunun inkişafı bizim əsas prioritetimizdir və 2,5 faiz artan qeyri-neft iqtisadiyyatımız həm uğurlu islahatlarımızın göstəricisidir, həm də onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi məsələləri öz həllini uğurla tapıb. Qeyri-neft sənayesi 9 ayda 3,1 faiz artıb. Bu da sənayeləşmə siyasətimizin gözəl nəticəsidir. Kənd təsərrüfatının hərtərəfli inkişafı dövlət prioritetidir və bu sahədə də nəticələr özünü göstərir. Kənd təsərrüfatı 2,8 faiz artmışdır”.
Onu da qeyd edək ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı da davamlı xarakter daşıyır və bu ilin 9 ayında əldə edilən uğurlar da bunu təsdiqləyir. Ayrı-ayrı rayonların timsalında 9 ayın yekunlarına dair əldə edilən uğurlar, həmçinin hazırda görülən işlər də belə deməyə əsas verir. Bu uğurlar Ağstafa və Qazax rayonunda da özünü göstərir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sədrliyi ilə oktyabrın 9-da Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasından irəli gələn məsələlərin Ağstafa rayonunda həyata keçirilməsinə dair Ağstafa rayonu İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti geniş tərkibdə iclası keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Aydın Hacıyev geniş məruzə ilə çıxış edərək hesabat dövründə görülən işlər barədə məlumat verib. Qeyd olunub ki, 2017-ci ilin 9 ayı ərzində Ağstafa rayonu üzrə ümumi məhsul buraxılışının həcmi 43,6 faiz artaraq 143,7 milyon manata çatıb. Keçən ilin eyni dövrü ilə müqayisədə sənaye məhsulunun ümumi həcmi 38,3 faiz, kənd təsərrüfatı məhsullarının həcmi 0,9 faiz, nəqliyyat xidmətində 3,3 faiz, rabitə xidmətində 4,3 faiz, ticarət sahəsində 0,4 faiz, tikinti sahəsində 3 dəfə artım olub. Əsas kapitala yönəldilən investisiyaların həcmi 2,7 dəfə artaraq 68,7 milyon manatdan çox olub. Rayon üzrə orta aylıq nominal əmək haqqı 240,70 manata çatdırılıb.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası Ağstafa rayonunda tədbirlər planına uyğun həyata keçirilib. Ağstafa rayonu üzrə 2017-ci ilin yanvar-sentyabr ayları ərzində həyata keçirilmiş bir sıra tədbirlər nəticəsində rayonda 1183 nəfər işlə təmin olunub. Ölkə iqtisadiyyatında xüsusi çəkisi olan kənd təsərrüfatının əsas strateji hədəfi əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinə xidmət edir. Bu il Ağstafa rayonu üzrə cəmi 30883 ton taxıl istehsal olunub və hər hektardan 30,0 sentner məhsul götürülüb. Kənd təsərrüfatı məhsullarının əkilib becərilməsində 19776 nəfər məşğul olub. Azərbaycan Respublikasında şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq rayonda 500 hektar şəkər çuğunduru əkilib. Tovuz Subartezian Quyularının İstismarı İdarəsinin Ağstafa İstismar sahəsi 226 ədəd subartezian quyusunun istismarına xidmət edir. İlin 9 ayı ərzində 47 ədəd subartezian quyusunda cari, 68 ədəd subartezian quyusunda əsaslı təmir işləri aparılıb. Mövcud subartezian quyuları vasitəsilə 3554 hektar əkin sahələrinin suvarılması həyata keçirilib. Rayonun Pirili (2), Kolxəlfəli (1), Aşağı Kəsəmən (2), Zəlimxan (1), Qıraq Kəsəmən (1), Poylu kəndi (2), Qarahəsənli (1), Molla Cəfərli (1), Ağstafa şəhəri (1) ərazisində 12 ədəd yeni subartezian quyusunda qazma işləri başa çatdırılaraq istifadəyə verilib. Azərbaycan Respublikası Prezidentinin 05.06.2017-ci il tarixli Sərəncamı ilə rayonda 7 ədəd subartezian quyusunun qazma işləri aparılır. Rayonda əkin sahələrinin suvarma suyuna olan tələbatının yaxşılaşdırılması üçün Pirili, Xılxına, Köçəsgər, Eynallı, Aşağı Göycəli, Aşağı Kəsəmən və Poylu kəndlərində quyuların qazılması həyata keçirilir.
Rayonda təhsil infrastrukturunun daha da yaxşılaşdırılması istiqamətində də ciddi işlər aparılır. Belə ki, 1320 şagird yerlik Ağstafa şəhər 3 saylı tam orta məktəbin əsaslı təmir işləri həyata keçirilir. Köhnəqışlaq kənd tam orta məktəbi üçün 108 yerlik yeni məktəb binasının və Kolayır kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəb binasının tikintisi işləri başa çatdırılıb.
Ağstafa rayonunda abadlıq-quruculuq və təmir-tikinti sahəsində sürətli inkişaf təmin edilib. Ağstafa şəhərinin abadlaşdırılması, küçə və meydanların yenidən qurulması, çoxmənzilli yaşayış bunalarının təmiri işləri ön plana çəkilib. C.Cabbarlı küçəsində abadlıq-yenidənqurma işləri aparılıb. Aşıq Ələsgər, Mehdi Mustafayev, H.Aslanov və Nizami küçələrində abadlıq işləri üçün hazırlıq işləri aparılır. Şəhərin Ş.Qurbanov 4, 23 və 24 saylı, M.Allahverdiyev 16, 20, 22 saylı, R.Alıcanov 1 və 2 saylı, C.Cabbarlı küçəsində 17, 19 və 38 saylı, Heydər Əliyev prospekti 36 saylı yaşayış binalarının dam örtüyü dəyişdirilib, fasad hissəsi, pilləkən boşluqları və həyətlərində təmir-bərpa işləri görülüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrlə yanaşı, nəqliyyat-yol kompleksində, eləcə də yol təsərrüfatında sistemli və kompleks tədbirlər həyata keçirilir. Son illər Ağstafa rayonunda yol infrastrukturunun əsaslı, yenidən qurulması uğurla icra olunur. Əsaslı şəkildə yenidən qurulan Vurğun, Həsənsu, Qırılı, Eynallı və Köçəsgər kəndlərini Ağstafa şəhəri ilə əlaqələndirən uzunluğu 15,5 km olan Ağstafa - Köçəsgər avtomobil yolunda əsaslı yenidənqurma işləri başa çatdırılıb. Vurğun, Ğöycəli, Tatlı, Yaradullu və Köhnəqışlaq kəndlərini rayon mərkəzi ilə əlaqələndirən uzunluğu 24 km olan Vurğun-Köhnəqışlaq avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir. 9,5 km uzunluğunda Köçvəlili-Qarayazı avtomobil yolunun əsaslı surətdə yenidənqurulması başa çatdırılıb.
Həmçinin, 9,5 km uzunluğunda olan Ağstafa-Aşağı Kəsəmən-Zəlimxan-Poylu avtomobil yolunun tikintisi həyata keçirilir. Ağstafa rayonu ərazisində əhalinin rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək məqsədilə 4 körpünün tikintisi, Ağstafa-Poylu-Gürcüstan dövlət sərhədi avtomobil yolunda 3, Ağstafa-Poylu-Düzqışlaq-Qazax yerli avtomobil yolunun üzərində isə 1 körpünün inşası başa çatdırılıb. Layihə çərçivəsində dəmir yolu, Ağstafaçay və Acıdərəçay üzərindəki körpülər sökülüb, Kür çayı üzərindəki körpü isə tarixi əhəmiyyəti nəzərə alınaraq saxlanılıb.
Qazax rayonunda da 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş toplantı keçirilib. Toplantıda rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov geniş məruzə ilə çıxış edib. Bildirilib ki, 2017-ci ilin 9 ayı Qazax rayonu üçün də uğurlu olub. 2017-ci ilin 9 ayında yerli gəlirlər cəmi 7195439 manat proqnoza qarşı 8054928 manat, yəni 111,94 faiz yerinə yetirilərək bütövlükdə büdcəyə 859489 manat, yəni 11,94 faiz çox vəsait mədaxil olunub. Qazaxda Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 94 yeni iş yeri açılması nəzərdə tutulan 75 layihə üzrə 935000 manat kredit verilib.
Hesabat dövrü ərzində əhalinin elektrik enerjisi və təbii qaz yanacağı ilə təmin olunması sahəsində də müəyyən işlər görülüb. Belə ki, 2017-ci ilin 9 ayı ərzində Qazax Elektrik şəbəkəsi tərəfindən 110/35/6 və 35/10/6 kv-luq Daş Salahlı və Şıxlı yarımstansiyalarında, eləcə də 12 ədəd 35/10 kv-luq yarımstansiyalarda olan avadanlıqlarda cari təmir işləri aparılıb.
Məlum olduğu kimi, Qazax rayonunun bütün yaşayış məntəqələri təbii qazla təmin olunub. Şəmkir RQİİ-nin Qazax Xidmət Sahəsi tərəfindən 9 ayda 106 nəfər yeni abonent təbii qazla təmin edilib.
Azərbaycan Respublikası Prezidentinin 20 oktyabr 2016-cı il tarixli Sərəncamına əsasən Qazax şəhərində təmir işləri nəzərdə tutulmuş 24 ədəd çoxmənzilli binanın dam örtüyündə və fasad hissəsində təmir işləri başa çatıb. Vətəndaşların müraciətlərini nəzərə alaraq əlavə 20 ədəd çoxmənzilli binada təmir işləri aparılıb. Cəmi 24 binaya qarşı 42 binada işlər görülərək başa çatdırılıb, 2 binada isə son tamamlama işləri aparılır.
2017-ci ilin 9 ayı ərzində rayonun mədəniyyət, təhsil və səhiyyə müəssisələri tərəfindən də bir sıra işlər görülüb. Dövlət Proqramına uyğun olaraq Qazax şəhərində tikintisi nəzərdə tutulmuş 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisində son tamamlama işləri aparılır. Bundan əlavə, “HGC GROUP” MMC tərəfindən Daş Salahlı kəndində 2 və 3 saylı uşaq bağçalarında əsaslı təmir və yenidənqurma işlərində son tamamlama işləri aparılır. Kosalar kəndində 2 və 3 saylı körpələr evi-uşaq bağçaları əsaslı təmir olunaraq istifadəyə verilib.
Rayonda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq təmir-tikinti, abadlıq, bərpa, quruculuq işləri ötən ildə olduğu kimi, 2017-ci ildə də davam etdirilib.
Qazax şəhərinin mərkəzində yerləşən “Fəxri Qazaxlılar” parkında yenidənqurma işləri aparılıb, fəvvarə kompleksləri yenidən qurulub, parkın ərazisinə tamet döşənib. Bu işlərin davamı olaraq Şəhidlər Xiyabanı küçəsində, Cümə məscidinin qarşısında abadlıq işləri davam etdirilərək əraziyə tamet döşənib, bardür düzülüb, işıq sistemi quraşdırılıb və yaşıllıqlar salınıb. Şəhidlərin abidə kompleksində tamamilə yenidənqurma işləri davam etdirilir.
Qazax şəhəri ərazisində hərbi şəhərcikdə şəhidlərin xatirəsinə 1 bulaq, Milli Qəhrəman Firuddin Şamoyevin xatirəsinə 1 bulaq tikilib istifadəyə verilib. 6 bulaq yenidən qurularaq müasir görkəmə salınıb.
Nardar BAYRAMLI

 
  • Oxunub:  6630  |  
  • Tarix:  20-10-2017  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu

22 Yanvar 11:53
MSK Milli Məclisə seçkilərlə əlaqədar bülletenlərin çapına yaxın günlərdə başlayacaq
22 Yanvar 11:42
Əli Əhmədov: Azərbaycan islahatlara açıq ölkədir
22 Yanvar 11:38
Seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda layihəyə start verilib
22 Yanvar 11:31
Məzahir Pənahov: “İndiyə qədər MSK-ya 32 şikayət daxil olub”
22 Yanvar 11:25
Bu gün xalqımızın igid oğlu, general-mayor Həzi Aslanovun anadan olmasının 110 illik yubileyidir
22 Yanvar 11:23
Tieri Mariani: “Yeni tərkibli parlament ölkənin gələcək inkişafında mühüm rol oynayacaq”
22 Yanvar 11:16
19 saylı Nərimanov I seçki dairəsinin məntəqələri bütün zəruri avadanlıqlarla təmin olunub
22 Yanvar 11:13
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi vətəndaşların müraciətlərini dinləyib
22 Yanvar 10:07
IDEA İctimai Birliyi vətəndaşlara müraciət edib
21 Yanvar 22:58
Gürcüstan Parlamentinin sədri Azərbaycanın Müdafiə naziri ilə görüşüb
21 Yanvar 22:46
Arye Qut: Qanlı Qara Yanvar Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinin mərdlik və qəhrəmanlıq səhifəsidir
21 Yanvar 22:41
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda aparılan uğurlu islahatları yüksək qiymətləndirir
21 Yanvar 22:11
Prezident İlham Əliyev Davosda Xorvatiya Respublikasının Baş Naziri Andrey Plenkoviç ilə görüşüb
21 Yanvar 21:52
Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb
21 Yanvar 21:33
Prezident İlham Əliyev Davosda Türkiyənin Xarici İşlər naziri ilə görüşüb
21 Yanvar 20:47
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
21 Yanvar 20:32
"Signify" şirkətinin baş icraçı direktoru ilə görüşdə Azərbaycana yeni texnologiyaların gətirilməsi məsələsi müzakirə olunub
21 Yanvar 18:56
Azərbaycanın Müdafiə naziri Tbilisidə Qəhrəmanlar meydanını ziyarət edib
21 Yanvar 18:31
70 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizəd Məşhur Məmmədovun qadın seçicilərlə görüşü keçirilib
21 Yanvar 18:27
13 saylı Xəzər - Pirallahı seçki dairəsindən namizədliyi irəli sürülmüş Rauf Əliyevin Pirallahı qəsəbəsində ağsaqqal və ziyalı seçiciləri ilə görüşü keçirildi
21 Yanvar 18:26
Mustafa Şəntop: Türkiyə Dağlıq Qarabağ münaqişəsini özünün də çox ciddi problemi hesab edir
21 Yanvar 18:19
38 saylı dairənin seçiciləri: Birmənalı olaraq Naqif Həmzəyevə səs verəcəyik
21 Yanvar 18:15
Mövlud Çavuşoğlu: Türkiyənin məqsədi Liviyada daimi atəşkəsi təmin etməkdir
21 Yanvar 18:14
Səhər yuxudan oyanan kimi su için!
21 Yanvar 18:11
Milli Məclisə seçkilərlə əlaqədar 112 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
21 Yanvar 18:09
MSK: "95 nəfər namizədliyini geri götürərək mübarizəsini dayandırıb"
21 Yanvar 17:59
Deputatlığa namizəd Vüqar İskəndərov Şəki şəhərində Qarabağ qaziləri və şəhid ailələri ilə görüşüb
21 Yanvar 17:51
MSK sədri: "1542 nəfərin namizədliyi qeydə alınıb"
21 Yanvar 17:20
YAP tərəfindən 48 saylı Yevlax seçki dairəsindən deputatlığa namizəd İlham Məmmədovun seçicilərlə görüşü keçirilib
21 Yanvar 17:01
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüş keçirib
21 Yanvar 17:00
Yol hərəkəti təhlükəsizliyinin vəziyyəti müzakirə olunub
21 Yanvar 16:47
Azərbaycan və Gürcüstanın Müdafiə nazirlikləri arasında 2020-ci il üçün ikitərəfli əməkdaşlıq Planı imzalanıb
21 Yanvar 16:44
Ağdaş seçiciləri: Hər zaman yanımızda olan YAP-ın namizədinə səs verəcəyik
21 Yanvar 16:40
Vüsal Qasımlı: Azərbaycan Davos platformasından səmərəli istifadə edir
21 Yanvar 16:35
YAP-ın namizədi Emin Hacıyev Sumqayıt şəhərində seçicilərlə görüşüb
21 Yanvar 16:34
Azərbaycan ilə Dubay aqroturizm sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib
21 Yanvar 16:30
91 saylı Ucar seçki dairəsi üzrə YAP tərəfindən namizədliyi irəli sürülmüş Ramil Həsənin seçicilərlə görüşləri keçirilib
21 Yanvar 16:28
Zakir Həsənov: Azərbaycan və Gürcüstan həm ikitərəfli, həm də üçtərəfli formatlarda səmərəli əməkdaşlıq edir
21 Yanvar 16:22
Türkiyəli politoloq: “Azərbaycanda demokratik seçki ənənəsi formalaşıb”
21 Yanvar 16:06
YAP-ın 103 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizədi Sevinc Hüseynova Kiçik Qaramurad və Parakənd kəndlərinin seçiciləri ilə görüşüb
21 Yanvar 15:54
Anadolu Agentliyi 20 Yanvar faciəsi ilə bağlı infoqrafika hazırlayıb
21 Yanvar 15:50
ABŞ Konqresinin daha bir üzvü 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanat verib
21 Yanvar 15:34
MDB müşahidəçilər missiyası XİN, DİN və Baş Prokurorluqda görüş keçirəcək
21 Yanvar 15:21
68 saylı Cəlilabad kənd seçki dairəsində 74 müşahidəçi qeydiyyatdan keçib
21 Yanvar 15:02
Azərbaycanın Müdafiə naziri Tbilisidə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib
21 Yanvar 14:58
Akademik Musiqili Teatrın səhnəsində “Fransızsayağı qarnir” təqdim olunacaq
21 Yanvar 14:54
Multikulturalizm Mərkəzi 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş konfrans keçirib
21 Yanvar 14:51
Bakıda “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda beynəlxalq simpozium keçiriləcək
21 Yanvar 14:46
AŞPA nümayəndə heyəti sabah Azərbaycana gələcək
21 Yanvar 14:39
Dünya Səhiyyə Təşkilatı yanvarın 22-də təcili iclas çağırır
21 Yanvar 14:30
WhatsApp-da reklam göstərilməyəcək
21 Yanvar 14:26
Somalidə törədilən partlayış zamanı yaralananlar Türkiyəyə gətirilib
21 Yanvar 14:18
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonunda seçicilərlə görüşüb
21 Yanvar 14:15
Şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundovanın anadan olmasından 96 il ötür
21 Yanvar 14:07
Deputatlığa namizəd Ziyafət Əsgərov 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüşüb
21 Yanvar 14:03
Yeni Azərbaycan Partiyasının Milli Məclisə seçkilərlə əlaqədar yap2020.az seçki saytı fəaliyyətə başladı
21 Yanvar 12:51
“Carlsberg Group” şirkəti Azərbaycana investisiya qoyuluşunu artırmaq niyyətindədir
21 Yanvar 12:27
UNEC-də növbəti “Açıq qapı” günü
21 Yanvar 12:21
Elxan Şahinoğlu: “Formalaşacaq parlament ölkəmizdəki yeni çağırışlara cavab verməlidir”
21 Yanvar 12:11
Lev Spivak: Əminəm ki, formalaşacaq parlament ölkədəki yeniliklərə uyğun olacaq
21 Yanvar 12:09
Azərbaycanın Müdafiə nazirinin Gürcüstana səfəri başlayıb
21 Yanvar 12:03
Bakı Ali Neft Məktəbinin altı tələbəsi İspaniyada təhsil alacaq
21 Yanvar 11:59
Bu gün Davosda Dünya İqtisadi Forumu işə başlayır
21 Yanvar 11:47
Parlament seçkilərində heç bir siyasi təşkilat Yeni Azərbaycan Partiyasına rəqib ola bilməz
21 Yanvar 11:25
Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Hicran Hüseynovanın seşicilərlə görüşləri davam edir
21 Yanvar 11:20
Sədaqət Vəliyeva ev görüşlərinə şəhid Zakir Cəfərovun ailəsinin mənzilindən başladı
21 Yanvar 11:16
YAP parlament seçkilərində növbəti möhtəşəm qələbəsini qazanacaq
21 Yanvar 10:52
“Formalaşacaq parlament ölkədə davamlı siyasi sabitliyin daha da möhkəmləndirilməsində mühüm rol oyanyacaq”
21 Yanvar 10:47
MSK parlament seçkiləri ilə bağlı yeni kitabçalar nəşr edib
21 Yanvar 10:44
Osman Gündüz: “Seçkilərdə texnologiyaların tətbiqi şəffaflığın təmin edilməsində mühüm rol oynayır”

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +10
gecə0 +3