Ana səhifə »  KİVDF »  Azərbaycanın regionlarında heyvandarlığın inkişafına hərtərəfli dəstək göstərilir
A+   Yenilə  A-
Azərbaycanın regionlarında heyvandarlığın inkişafına hərtərəfli dəstək göstərilir

Mütəxəssislərin qənaətinə görə, Göygöl Süni Mayalama Mərkəzi respublikada mal-qaranın cins tərkibinin yaxşılaşmasını kompleks şəkildə təmin edəcək
Son illərdə Azərbaycanın regionlarında aqrar sektorun ölkənin ərzaq təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edən sahələrinin inkişafı xüsusi diqqət mərkəzində saxlanılır. Belə sahələrdən biri də heyvandarlıqdır. Ölkəmiz qlobal miqyasda meydana çıxan çağırışlara adekvat olaraq özünün ərzağa, o cümlədən də heyvandarlıq məhsullarına olan tələbatını sırf daxili istehsal hesabına qarşılamağı hədəfləyib. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində vurğulayıb ki, heyvandarlığın sürətli inkişafı da prioritetlərdən biridir. Bu il bu istiqamətdə çox işlər görülüb və gələn il də görüləcək.
Ölkənin regionlarında heyvandarlıq müasir yanaşmalar əsasında inkişaf etdirilir
Respublikamızda müəyyənləşdirilən hədəflərə və prioritetlərə uyğun olaraq dövlət tərəfindən regionlarda heyvandarlığın inkişafına güclü siyasi və maddi dəstək göstərilir. Reallaşdırılan təşviq tədbirləri, həmçinin sahibkarlara güzəştli kreditlərin verilməsi sayəsində heyvandarlığın maddi-texniki bazası möhkəmlənib. Hazırda respublikanın regionlarında heyvandarlıq profilli müxtəlif təsərrüfatlar fəaliyyət göstərir. Həmin təsərrüfatlar heyvanların baş sayına görə quruplaşdırılıb. Belə ki, 2017-ci ilin əvvəlində respublikamızda hər birində 50-99 başadək iribuynuzlu heyvan mövcud olan 602 təsərrüfat, 100-199 başadək 118 təsərrüfat, 200-499 başadək 28 təsərrüfat, 500 baş və ondan yuxarı 16 təsərrüfat, eyni zamanda, 100-499 başadək xırdabuynuzlu heyvan mövcud olan 8733 təsərrüfat, 500 baş və ondan yuxarı xırdabuynuzlu heyvan mövcud olan 873 iri heyvandarlıq təsərrüfatları fəaliyyət göstərib. Mövcud təsərrüfatların 28-i modern heyvandarlıq kompleksidir. Bununla yanaşı, respublikanın müxtəlif bölgələrində 78 quşçuluq müəssisəsi fəaliyyət göstərir.
Məlumdur ki, son illərdə respublikanın ayrı-ayrı bölgələrində 32 fermer təsərrüfatı yaradılıb və hazırda ölkə üzrə 38 aqroparkın yaradılması geniş təşviq olunur. Uğurla fəaliyyət göstərən iri fermer təsərrüfatlarının bir çoxu heyvandarlıq üçün yem bazası rolunu oynayır. Eyni zamanda, heyvandarlıq istiqamətli aqroparkların yaradılmasına böyük maraq var. Heyvandarlıq üzrə belə aqroparklardan biri Xaçmaz rayonunun Yalama qəsəbəsində yaradılıb və böyük uğurla fəaliyyət göstərir.
Regionlarda heyvandarlığın yeni yanaşmalar əsasında inkişaf etdirilməsi artıq öz müsbət nəticəsini verir. Belə ki, ölkəyə iri və xırdabuynuzlu heyvan, quş ətinin, süd və süd məhsullarının, yumurtanın idxalı əhəmiyyətli dərəcədə azalıb. Artıq respublikamız bir sıra heyvandarlıq məhsulları ilə özünü 100 faiz təmin edir və hətta müəyyən həcmlərdə ixrac imkanlarımız da yaranıb. Ötən il respublikamızdan 1163 baş əmtəəlik at və 128 baş damazlıq qaramal, 582,2 ton ət və ət məhsulları, 1381,7 ton süd və süd məhsulları, 31,8 ton yun ixrac edilib. Şübhə yoxdur ki, cari ildə respublikamızdan heyvandarlıq məhsullarının ixracı daha böyük rəqəmlərlə ifadə olunacaq.
Ayrı-ayrı bölgələrdə heyvandarlıq məhsullarının istehsalında daha yüksək artım var
Heyvandarlıq məhsullarının istehsalının artımı üzrə statistik göstəricilər ayrı-ayrı bölgələr üzrə kifayət qədər yüksəkdir. Bu baxımdan Tovuz rayonunda fermerlərin əldə etdikləri uğurlar da sevindiricidir. Cari ilin yanvar-sentyabr aylarında rayonda heyvandarlıqla məşğul olan sahibkarlar tərəfindən 6 min 407,6 ton ət, 29 min 903,9 ton süd və 14 milyon 980 min ədəd yumurta istehsal olunub. Bu, o deməkdir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə rayon üzrə 88,1 ton ət, 18,5 ton süd və 375 min ədəd çox yumurta istehsal olunub.
Heyvanların baş sayında da artım qeydə alınıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mallar 206 baş, qoyun-keçilər isə 912 baş artıb.
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq sabit inkişaf edir. Rayonda heyvanların sayı və heyvandarlıq məhsullarının istehsalı ilbəil artır. Hazırda rayonda 27 min 139 baş qaramal, 70 min 558 baş qoyun-keçi bəslənilir. İribuynuzlu mal-qaranın 99,1 faizi, xırdabuynuzlu heyvanların 96,1 faizi ailə-kəndli və ev təsərrüfatlarına məxsusdur.
Cari ilin doqquz ayında rayonda bütün təsərrüfat kateqoriyaları üzrə 2170,2 ton diri çəkidə ət, 17 min 612,4 ton süd, 7850 min ədəd yumurta, 131,2 ton yun istehsal edilib. 2016-cı ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,7 faiz, süd istehsalı 15,1 faiz, yumurta istehsalı 2,3 faiz, yun istehsalı isə 5,3 faiz artıb.
Cari ilin doqquz ayında Bərdə rayonunda 149,8 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 12,4 faiz çoxdur. İstehsal olunan məhsulun 94,5 milyon manatı heyvandarlıq məhsullarının payına düşür. Oktyabrın 1-nə olan məlumata görə, rayonun təsərrüfatlarında 96 min 611 baş iribuynuzlu mal-qara, o cümlədən 43 min 520 baş inək və camış, 144 min 563 baş qoyun və keçi olub. 2016-cı ilin eyni dövrünə nisbətən iribuynuzlu mal-qaranın sayı 2 faiz, o cümlədən inək və camışların sayı 1,3 faiz, qoyun və keçilərin sayı 1,3 faiz artıb. İlin doqquz ayında rayon üzrə diri çəkidə 15 min 314 ton mal-qara və quş əti, 58 min 524 ton süd, 26,2 milyon ədəd yumurta istehsal edilib. Əvvəlki ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,4 faiz, süd istehsalı 4,1 faiz, yumurta istehsalı 3,4 faiz artıb.
Ölkədə 12 regional süni mayalama məntəqəsi fəaliyyətə başlayıb
Respublikamızda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması baxımından Prezident İlham Əliyevin cari ildə regionlara növbəti səfəri zamanı açılışına qatıldığı Göygöl Süni Mayalama Mərkəzinin istifadəyə verilməsi böyük aktuallıq daşıyır. Dövlət başçısı Nazirlər Kabinetinin yuxarıda bəhs olunan iclasındakı nitqində mərkəzin əhəmiyyətinə diqqət çəkərək bildirib: “Göygöl rayonunda Süni Mayalama Mərkəzinin yaradılması bu sahədə dünyanın ən mütərəqqi təcrübəsini Azərbaycana gətirməyi təmin edir. Yerli cinslərin sağlamlaşdırılması, yaxşılaşdırılması, cins mal-qaranın alınması məsələnin həllini kompleks şəkildə təmin edəcək və əminəm ki, biz bir neçə ildən sonra südçülük və ətçilik sahəsində daha da böyük uğurlara nail ola biləcəyik”.
Qeyd edək ki, Göygöl rayonunda Respublika Süni Mayalama Mərkəzinin layihələndirilməsinə və tikintisinə dövlətimizin başçısı İlham Əliyevin 2014-cü ildə imzaladığı Sərəncamla start verilib. Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlər çərçivəsində ölkədə heyvan mənşəli məhsulların istehsalını artırmaq, mal-qaranın cins tərkibini yaxşılaşdırmaq, süni mayalanma tədbirlərinin həyata keçirilməsini sürətləndirmək baxımından bu mərkəzin müstəsna rolu var. Respublika Süni Mayalama Mərkəzinin ümumi ərazisi 3,26 hektardır. Ərazidə enerji təchizatı obyektləri, su hovuzları və nasosxana, kanalizasiya şəbəkəsi, yanğınsöndürmə sistemi, kənd təsərrüfatı texnikalarının saxlanması üçün qaraj, silos anbarı və digər yardımçı binalar tikilib. Ötən dövrdə Respublika Süni Mayalama Mərkəzi ilə paralel olaraq ölkədə 12 regional süni mayalama məntəqəsi də yaradılıb.
Bu məqamda vurğulamaq yerinə düşər ki, indiyədək 41 min 42 baş heyvan süni mayalandırılıb. Süni mayalandırmadan 19 min 385 buzov doğulub. Eyni zamanda, süni mayalanma yolu ilə alınan buzovlara görə heyvan sahiblərinə 3 milyon 179 min 400 manat məbləğində subsidiya verilib.
Respublikada süd məhsulları bazarı inkişaf etdirilir
Regionlarda heyvandarlıq üzrə təsərrüfatların çoxalması öz növbəsində müvafiq təyinatlı emal müəssisələrinin, o cümlədən də süd zavodlarının yaradılması zərurətini gündəmə gətirib. Prezident İlham Əliyev bununla bağlı qarşıda duran vəzifələrə diqqət çəkərək deyib: “Azərbaycanda yeni süd zavodları yaradılmalıdır. Çünki bizdə bu sahədə bu qədər ki, inkişaf gözlənilir, mövcud istehsal gücü bizi qane etməyəcək”.
Artıq ölkəmizdə süd istehsalının artırılmasına nail olmaq üçün həm yeni istehsalatların yaradılmasına, həm də digər tədbirlərin reallaşdırılmasına start verilib. Kənd Təsərrüfatı Nazirliyi ölkədə süd məhsulları dəyər zəncirinin inkişafı üçün beynəlxalq şirkətlə müqavilə bağlayıb. Nazirlikdən verilən məlumatda bildirilir ki, qurumun Dünya Bankı ilə birgə həyata keçirdiyi “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsi çərçivəsində ölkədə süd məhsulları dəyər zənciri araşdırılacaq və dəstəklənəcək. Dəyər zəncirinin araşdırılması və qiymətləndirilməsi məqsədilə layihəyə beynəlxalq məsləhətçi şirkət cəlb edilib. Tender nəticəsində seçilmiş qlobal “Stewart Routlege MENA” şirkəti ilə müqavilə imzalanıb. Şirkətin rəhbəri Stüart Rutleci ilə görüşdə kənd təsərrüfatı naziri Heydər Əsədov süd məhsulları bazarının ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyət daşıdığını bildirib.
Nazir bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” Layihəsi çərçivəsində ölkədə brusellyoz xəstəliyi təhlükəsinin tamamilə aradan qaldırılması kimi əhəmiyyətli fəaliyyətə başlayıb ki, bu da süd məhsulları istehsalına birbaşa təsir edəcək müsbət addımdır.
“Süd məhsulları dəyər zəncirinin inkişafı” komponenti iki mərhələdə həyata keçiriləcək. İlk mərhələdə ölkənin süd məhsulları bazarı - istehsalçılar, istehlak həcmi araşdırılıb dəyərləndiriləcək və ünvanlı dəstək göstərilməsi ilə bağlı tövsiyələr hazırlanacaq. Növbəti mərhələdə isə süd məhsulu istehsalı üçün iri və orta ferma və müəssisələrin yaradılması (dizayn və qiymətləri) barədə layihələr təklif ediləcək”, - deyə H.Əsədov vurğulayıb.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  8760  |  
  • Tarix:  21-10-2017  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu

22 Yanvar 13:03
Kestutis Yankauskas: "Azərbaycanın yeni formalaşacaq parlamenti ilə də əməkdaşlıq edəcəyik"
22 Yanvar 11:53
MSK Milli Məclisə seçkilərlə əlaqədar bülletenlərin çapına yaxın günlərdə başlayacaq
22 Yanvar 11:42
Əli Əhmədov: Azərbaycan islahatlara açıq ölkədir
22 Yanvar 11:38
Seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda layihəyə start verilib
22 Yanvar 11:31
Məzahir Pənahov: “İndiyə qədər MSK-ya 32 şikayət daxil olub”
22 Yanvar 11:25
Bu gün xalqımızın igid oğlu, general-mayor Həzi Aslanovun anadan olmasının 110 illik yubileyidir
22 Yanvar 11:23
Tieri Mariani: “Yeni tərkibli parlament ölkənin gələcək inkişafında mühüm rol oynayacaq”
22 Yanvar 11:16
19 saylı Nərimanov I seçki dairəsinin məntəqələri bütün zəruri avadanlıqlarla təmin olunub
22 Yanvar 11:13
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi vətəndaşların müraciətlərini dinləyib
22 Yanvar 10:07
IDEA İctimai Birliyi vətəndaşlara müraciət edib
21 Yanvar 22:58
Gürcüstan Parlamentinin sədri Azərbaycanın Müdafiə naziri ilə görüşüb
21 Yanvar 22:46
Arye Qut: Qanlı Qara Yanvar Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinin mərdlik və qəhrəmanlıq səhifəsidir
21 Yanvar 22:41
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda aparılan uğurlu islahatları yüksək qiymətləndirir
21 Yanvar 22:11
Prezident İlham Əliyev Davosda Xorvatiya Respublikasının Baş Naziri Andrey Plenkoviç ilə görüşüb
21 Yanvar 21:52
Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb
21 Yanvar 21:33
Prezident İlham Əliyev Davosda Türkiyənin Xarici İşlər naziri ilə görüşüb
21 Yanvar 20:47
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
21 Yanvar 20:32
"Signify" şirkətinin baş icraçı direktoru ilə görüşdə Azərbaycana yeni texnologiyaların gətirilməsi məsələsi müzakirə olunub
21 Yanvar 18:56
Azərbaycanın Müdafiə naziri Tbilisidə Qəhrəmanlar meydanını ziyarət edib
21 Yanvar 18:31
70 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizəd Məşhur Məmmədovun qadın seçicilərlə görüşü keçirilib
21 Yanvar 18:27
13 saylı Xəzər - Pirallahı seçki dairəsindən namizədliyi irəli sürülmüş Rauf Əliyevin Pirallahı qəsəbəsində ağsaqqal və ziyalı seçiciləri ilə görüşü keçirildi
21 Yanvar 18:26
Mustafa Şəntop: Türkiyə Dağlıq Qarabağ münaqişəsini özünün də çox ciddi problemi hesab edir
21 Yanvar 18:19
38 saylı dairənin seçiciləri: Birmənalı olaraq Naqif Həmzəyevə səs verəcəyik
21 Yanvar 18:15
Mövlud Çavuşoğlu: Türkiyənin məqsədi Liviyada daimi atəşkəsi təmin etməkdir
21 Yanvar 18:14
Səhər yuxudan oyanan kimi su için!
21 Yanvar 18:11
Milli Məclisə seçkilərlə əlaqədar 112 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
21 Yanvar 18:09
MSK: "95 nəfər namizədliyini geri götürərək mübarizəsini dayandırıb"
21 Yanvar 17:59
Deputatlığa namizəd Vüqar İskəndərov Şəki şəhərində Qarabağ qaziləri və şəhid ailələri ilə görüşüb
21 Yanvar 17:51
MSK sədri: "1542 nəfərin namizədliyi qeydə alınıb"
21 Yanvar 17:20
YAP tərəfindən 48 saylı Yevlax seçki dairəsindən deputatlığa namizəd İlham Məmmədovun seçicilərlə görüşü keçirilib
21 Yanvar 17:01
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüş keçirib
21 Yanvar 17:00
Yol hərəkəti təhlükəsizliyinin vəziyyəti müzakirə olunub
21 Yanvar 16:47
Azərbaycan və Gürcüstanın Müdafiə nazirlikləri arasında 2020-ci il üçün ikitərəfli əməkdaşlıq Planı imzalanıb
21 Yanvar 16:44
Ağdaş seçiciləri: Hər zaman yanımızda olan YAP-ın namizədinə səs verəcəyik
21 Yanvar 16:40
Vüsal Qasımlı: Azərbaycan Davos platformasından səmərəli istifadə edir
21 Yanvar 16:35
YAP-ın namizədi Emin Hacıyev Sumqayıt şəhərində seçicilərlə görüşüb
21 Yanvar 16:34
Azərbaycan ilə Dubay aqroturizm sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib
21 Yanvar 16:30
91 saylı Ucar seçki dairəsi üzrə YAP tərəfindən namizədliyi irəli sürülmüş Ramil Həsənin seçicilərlə görüşləri keçirilib
21 Yanvar 16:28
Zakir Həsənov: Azərbaycan və Gürcüstan həm ikitərəfli, həm də üçtərəfli formatlarda səmərəli əməkdaşlıq edir
21 Yanvar 16:22
Türkiyəli politoloq: “Azərbaycanda demokratik seçki ənənəsi formalaşıb”
21 Yanvar 16:06
YAP-ın 103 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizədi Sevinc Hüseynova Kiçik Qaramurad və Parakənd kəndlərinin seçiciləri ilə görüşüb
21 Yanvar 15:54
Anadolu Agentliyi 20 Yanvar faciəsi ilə bağlı infoqrafika hazırlayıb
21 Yanvar 15:50
ABŞ Konqresinin daha bir üzvü 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanat verib
21 Yanvar 15:34
MDB müşahidəçilər missiyası XİN, DİN və Baş Prokurorluqda görüş keçirəcək
21 Yanvar 15:21
68 saylı Cəlilabad kənd seçki dairəsində 74 müşahidəçi qeydiyyatdan keçib
21 Yanvar 15:02
Azərbaycanın Müdafiə naziri Tbilisidə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib
21 Yanvar 14:58
Akademik Musiqili Teatrın səhnəsində “Fransızsayağı qarnir” təqdim olunacaq
21 Yanvar 14:54
Multikulturalizm Mərkəzi 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş konfrans keçirib
21 Yanvar 14:51
Bakıda “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda beynəlxalq simpozium keçiriləcək
21 Yanvar 14:46
AŞPA nümayəndə heyəti sabah Azərbaycana gələcək
21 Yanvar 14:39
Dünya Səhiyyə Təşkilatı yanvarın 22-də təcili iclas çağırır
21 Yanvar 14:30
WhatsApp-da reklam göstərilməyəcək
21 Yanvar 14:26
Somalidə törədilən partlayış zamanı yaralananlar Türkiyəyə gətirilib
21 Yanvar 14:18
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonunda seçicilərlə görüşüb
21 Yanvar 14:15
Şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundovanın anadan olmasından 96 il ötür
21 Yanvar 14:07
Deputatlığa namizəd Ziyafət Əsgərov 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüşüb
21 Yanvar 14:03
Yeni Azərbaycan Partiyasının Milli Məclisə seçkilərlə əlaqədar yap2020.az seçki saytı fəaliyyətə başladı
21 Yanvar 12:51
“Carlsberg Group” şirkəti Azərbaycana investisiya qoyuluşunu artırmaq niyyətindədir
21 Yanvar 12:27
UNEC-də növbəti “Açıq qapı” günü
21 Yanvar 12:21
Elxan Şahinoğlu: “Formalaşacaq parlament ölkəmizdəki yeni çağırışlara cavab verməlidir”
21 Yanvar 12:11
Lev Spivak: Əminəm ki, formalaşacaq parlament ölkədəki yeniliklərə uyğun olacaq
21 Yanvar 12:09
Azərbaycanın Müdafiə nazirinin Gürcüstana səfəri başlayıb
21 Yanvar 12:03
Bakı Ali Neft Məktəbinin altı tələbəsi İspaniyada təhsil alacaq
21 Yanvar 11:59
Bu gün Davosda Dünya İqtisadi Forumu işə başlayır
21 Yanvar 11:47
Parlament seçkilərində heç bir siyasi təşkilat Yeni Azərbaycan Partiyasına rəqib ola bilməz
21 Yanvar 11:25
Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Hicran Hüseynovanın seşicilərlə görüşləri davam edir
21 Yanvar 11:20
Sədaqət Vəliyeva ev görüşlərinə şəhid Zakir Cəfərovun ailəsinin mənzilindən başladı
21 Yanvar 11:16
YAP parlament seçkilərində növbəti möhtəşəm qələbəsini qazanacaq
21 Yanvar 10:52
“Formalaşacaq parlament ölkədə davamlı siyasi sabitliyin daha da möhkəmləndirilməsində mühüm rol oyanyacaq”
21 Yanvar 10:47
MSK parlament seçkiləri ilə bağlı yeni kitabçalar nəşr edib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +10
gecə0 +3