Ana səhifə »  KİVDF »  Regionların sosial-iqtisadi inkişafı bu ilin 9 ayı ərzində də davam edib
A+   Yenilə  A-
Regionların sosial-iqtisadi inkişafı bu ilin 9 ayı ərzində də davam edib

Aran iqtisadi rayonuna daxil olan ayrı-ayrı rayonlarda əldə edilən uğurlar da bunu təsdiqləyir
Ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət kursu əldə olunan nailiyyətlərin davamlılığını təmin edir. İqtisadiyyatımızın daha da şaxələndirilməsi, eləcə də qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması yeni mərhələdə iqtisadi sektorda ardıcıl islahatların davam etdirilməsi üçün müəyyən olunmuş hədəflərə çatmağa imkan verir. Eyni zamanda, regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramlarının uğurlu icrası Azərbaycanın ayrı-ayrı regionlarında sıçrayışlı inkişafa da təkan verib.
Dövlət proqramları çərçivəsində atılan addımlar nəticəsində respublikada açılan yeni iş yerlərinin, yaradılan yeni infrastrukturun mütləq əksəriyyəti məhz regionların payına düşüb ki, bu da bölgələrin daha da yüksək səviyyədə inkişafına yol açıb. Elə bu ilin 9 ayı ərzində əldə olunan nəticələr də bunu deməyə əsas verir. Yeri gəlmişkən ölkənin hər yerində olduğu kimi, Aran iqtisadi rayonuna daxil olan ayrı-ayrı rayonlarda bəhs edilən dövrdə əldə edilən nəticələr də deyilənləri təsdiqləyir.
Məsələn, verilən məlumata görə, bu ilin doqquz ayında Aran iqtisadi rayonuna daxil olan Göyçay rayonunda infrastruktur layihələrinin həyata keçirilməsi, aqrar sahənin daha da inkişaf etdirilməsi, yeni istehsal, ticarət və xidmət obyektlərinin inşa edilməsi, daimi iş yerlərinin açılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib, məhsul istehsalı və xidmətlərin ümumi həcmi 2016-cı ilin birinci yarısına nisbətən 5,5 faiz və ya 19,8 milyon manat artaraq 199,1 milyon manat olub. Ötən 9 ayda aqrar sahədə bir sıra uğurlar əldə edilib. Belə ki, 2017-ci ilin məhsulu üçün 22324,2 hektar sahədə kənd təsərrüfatı bitkilərinin əkini aparılıb ki, bu da ötən ilə nisbətən 1119,2 hektar və ya 5,2 faiz çoxdur. Cari ildə 14841 hektar dənli və paxlalı bitkilər, 433,7 hektar qarğıdalı, 219 hektar çəltik, 41 hektar soya, 156 hektar kartof, 1080,5 hektar tərəvəz, 5724 hektar yonca əkilib.
Cari mövsümdə 14617 hektar sahədən 41,2 min ton taxıl biçilib. Cari ildə 44 kümçüyə 1900 qram ipəkqurdu verilib, 5293 kiloqram barama tədarük edilib. Həmçinin 219 hektar sahədən 250 tondan artıq çəltik, 434 hektar sahədən 438 ton qarğıdalı, 280 hektar ərazidə salınmış 7565 istixanadan 30 min tondan artıq faraş pomidor və xiyar istehsal olunub. 2017-ci ilin 9 ayı ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 19,1 milyon manat vəsait yönəldilib, 18,5 milyon manatlıq tikinti işləri görülüb ki, bunun da 83,1 faizi istehsal təyinatlı obyektlərin tikintisində istifadə edilib.
Hesabat dövründə “Azəravtoyol” ASC tərəfindən rayonun Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb. Yolun ümumi uzunluğu 17 kilometr, eni 10 metr olacaq. Bundan əlavə, rayonda avtovağzal binası da tikilir. Heydər Əliyev parkında, bayraq meydanında aparılan yenidənqurma işləri başa çatdırılıb, ərazidə yeni bayraq muzeyinin tikintisi, Əli Kərim parkının əsaslı şəkildə yenidən qurulması işləri davam etdirilir. Həmçinin 2500 nəfər tamaşaçı tutumu olan mərkəzi stadionda əsaslı yenidənqurma işləri davam etdirilir, ərazidə yeni basketbol meydançası inşa olunur.
Bundan başqa, əsaslı təmir olunan Göyçay şəhər 2 nömrəli orta məktəbin və Qaraman kənd orta məktəbin binaları, Hacağabəyli kəndində yeni tikilən 24 yerlik sinif komplekti, Ərəbşahverdi kəndində 40 yerlik modul tipli məktəb binası istifadə verilib, hazırda Alıkənd kəndində 40 yerlik modul tipli məktəb binasının tikintisi üçün layihə-smeta sənədləri hazırlanır. Rayonun Yalman kəndində Sahibkarlığa Kömək Milli Fondunun və sahibkarın vəsaiti hesabına Logistik Mərkəz və Xurma Qurutma Fabriki, 2000 tonluq soyuducu anbar kompleksi tikilir. Keçmiş Pambıq Əyirici və Toxuculuq Fabrikinin bazasında yeni istehsal sahələrinin yaradılması istiqamətində yenidənqurma işləri davam etdirilir.
Eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi ilə rayonun 6 kəndində modul tipli sutəmizləyici qurğu inşa edilir, “Azərsu” ASC-nin sifarişi ilə 15 kəndə içməli su xətti çəkilir. Hesabat dövründə rayonun Cəyirli kəndinin ərazisində regionda ən iri tikinti materiallarının topdan və pərakəndə satış bazası istifadəyə verilib, hazırda inşa edilən “yaşıl market”in tikintisində son tamamlama işləri aparılır. Cari ilin yanvar-sentyabr ayları ərzində 1033 yeni iş yeri açılıb ki, bunun da 1026-sı daimidir.
Aran iqtisadi rayonunun Zərdab rayonunda isə cari ilin doqquz ayında 64 milyon 589 min manatlıq məhsul istehsal olunub. Bunun da 41 milyon 215 min manatı və ya 63,8 faizi kənd təsərrüfatının payına düşür. Bu il 480 qutu ipəkqurdundan 27 min 45 kiloqram barama istehsal olunub. Bu, respublikada ən yüksək göstəricidir. 611 nəfər kümçü barama istehsalına görə 250 min manata yaxın pul əldə edib. Cari mövsümdə 3232,3 hektar sahədə pambıq yetişdirilib. Hazırda məhsul yığımında 2000 nəfərdən çox işçi qüvvəsi çalışır. Hələlik 2389 ton pambıq yığılaraq emal müəssisələrinə təhvil verilib. Çəltikçilik sahəsində də diqqətəlayiq inkişaf var. Hesabat dövründə 202 hektar sahədə çəltik əkilib. Bu ayın əvvəlinədək 690,7 ton məhsul istehsal olunub. Hazırda biçin davam edir.
Rayonda ötən 9 ayda “Ram Süd” MMC-nin süd emalı müəssisəsi istifadəyə verilib. Sutkalıq istehsal gücü 20 ton olan müəssisədə 100 nəfərə yaxın işçi qüvvəsi çalışır. “SEDA” layihəsi çərçivəsində rayonun Hüseynxanlı, Gödəkqobu, Dəli Quşçu kəndlərində yem sexlərinin, Əlibəyli kəndində tibb məntəqəsinin tikintisi davam etdirilir.
Bölgəyə daxil olan Bərdə rayonunda ötən 9 ayda 322,6 milyon manatlıq ümumi məhsul, o cümlədən 10,8 milyon manatlıq sənaye, 149,8 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib, 48,6 milyon manatlıq tikinti-quraşdırma işləri aparılıb. 2016-cı ilin müvafiq dövrünə nisbətən ümumi məhsul istehsalı 20,5 faiz, sənaye məhsulu istehsalı 16,3 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 12,4 faiz, tikinti-quraşdırma işləri 2 dəfə artıb. İlin ötən dövründə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası istiqamətində işlər uğurla davam etdirilib. Bu dövrdə Bərdə şəhərində və kəndlərdə geniş abadlıq işləri aparılıb. Küçə və meydanlara, yolların kənarlarına 5 mindən çox ağac və 15 mindən çox gül kolları əkilib. Xanqaraqoyunlu kənd tam orta məktəbi əsaslı təmir edilib, Hacılar kəndində südtoplama məntəqəsi tikilib. Bərdə şəhərində 6 ədəd beşmərtəbəli, 2 ədəd ikimərtəbəli kommunal yaşayış binasının dam örtükləri, fasad və giriş hissələri əsaslı təmir olunub. Yeni Daşkənd-Umudalılar avtomobil yolunun tikintisi başa çatıb. Rayonun Lək, Lənbəran, Qasımbəyli, Piyadalar, Qurdlar, Qullar, Bala Qacar, Məşədiibişli kəndlərində və Təhlə kəndində məcburi köçkünlərin məskunlaşdığı ərazidə elektrik şəbəkəsi yenidən qurulub.
Hazırda Mədəniyyət Mərkəzinin, Gənclər Mərkəzinin, Yuxarı Qarabağ kanalının maşın qolunun, Bərdə-Ağcabədi avtomobil yolunun tikintisi davam etdirilir. Tərtər çayı yatağında sahilbərkitmə işləri aparılır. Şəhər 2 və 6 nömrəli tam orta məktəbləri, İmamzadə kompleksi əsaslı təmir olunur, “Bərdə” türbəsi bərpa edilir. Rayonun 18 kəndində elektrik şəbəkəsi yenidən qurulur.
Vurğulanmalıdır ki, rayonda cari ilin məhsulu üçün 15 min 846 hektar sahədə yazlıq bitkilər əkilib. Hər hektardan 38,3 sentner olmaqla, 53 min 506,3 ton taxıl istehsal olunub. 8518,5 hektar pambıq sahəsində isə yığım davam edir. Rayonda heyvandarlığın inkişafı istiqamətində də tədbirlər davam etdirilib.
Kürdəmir rayonunda da ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışının həcmi 0,9 faiz artaraq 252 milyon 860,8 min manat təşkil edib. Ümumi məhsul buraxılışının 41,8 faizi iqtisadiyyatın aparıcı sahəsi olan kənd təsərrüfatının payına düşüb. Cari mövsümdə təkcə 80 min 700 ton mühüm strateji məhsul olan taxıl istehsal edilib. Hazırda taxıl əkini sürətlə davam edir. 1500 hektardan çox sahədə səpin aparılıb. Bu il ötən ilkindən 5000 hektar çox olmaqla, azı 45 min hektarda taxıl əkilməsi nəzərdə tutulub.
Rayonda baramaçılığın, pambıqçılığın inkişafı da xüsusi diqqət mərkəzindədir. Bu mövsümdə 160 kümçü tərəfindən 300 qutu ipəkqurdu bəslənilib, 11 min 512 kiloqram barama istehsal olunub. Pambıq əkininə gəldikdə, cari mövsümdə 4027 hektar sahədə “ağ qızıl” yetişdirilib. Hazırda pambıq yığımı davam edir. Yığıma 2000 nəfərdən çox işçi qüvvəsi, 6 pambıqyığan maşın və digər texnikalar cəlb olunub. İndiyədək 2500 tondan çox məhsul yığılıb və bunun 2394 tonu məntəqələrə təhvil verilib.
Ötən 9 ayda rayonda aqrar sektorda dinamik inkişafı təmin etmək məqsədilə ciddi işlər aparılıb. “Şirvan” massivində 6150 hektar, Muradxan-Pirli massivində isə 4500 hektar sahənin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq üçün Kür çayı sahilində nasos stansiyaları, dəmir-beton qurğular tikilir, kanallar çəkilir. Rayonda təyinatı dəyişdirilən 10650 hektar torpaq sahəsində artıq 3 aqropark yaradılıb. Bu sahələrdə meliorasiya işlərinin aparılması, müasir suvarma sistemlərinin qurulması istiqamətində tədbirlər görülür.
Eləcə də “Qlobal Aqro” MMC tərəfindən dənli bitkilərin saxlanılması üçün 27 min tonluq anbarın, “Smart” dəyirmanının, yağ və yem emalı zavodlarının, toxum emalı müəssisəsinin tikilməsi nəzərdə tutulub. Hazırda 9 min tonluq anbar istifadəyə verilib, kommunikasiya və digər quraşdırma işləri davam etdirilir. Bu müəssisənin tam işə düşməsi yüzlərlə yeni iş yerinin açılmasına imkan verəcək.
Pərviz SADAYOĞLU

 
  • Oxunub:  8640  |  
  • Tarix:  25-10-2017  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir

25 Yanvar 19:52
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru ADA Universitetində mühazirə oxuyub
25 Yanvar 19:45
Qafqaz Müsəlmanları İdarəsinin sədri “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə görüşüb
25 Yanvar 17:32
Saatlıda “Pambıqçılıq 2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
25 Yanvar 17:27
Prezident İlham Əliyev Davos Forumunda Azərbaycanın yeni hökumətinin prioritetlərini açıqlayıb
25 Yanvar 17:17
Əli Əhmədov: Beynəlxalq İqtisadi Forum gündən günə inkişaf edən Azərbaycanın və onun iqtisadiyyatının dünyaya açılması üçün gözəl bir imkandır
25 Yanvar 17:11
Deputatlığa namizəd Fatma Yıldırım Bərdə rayonunda şəhid ailələrini ziyarət edib
25 Yanvar 16:37
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
25 Yanvar 16:31
İnanıram ki, seçicilər gələcəyin partiyası olan YAP-ın namizədlərinə səs verəcəklər
25 Yanvar 16:28
Deputatlığa namizəd Elnur Rəhimovun seçicilərlə növbəti görüşü keçirilib
25 Yanvar 16:24
Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik edib
25 Yanvar 16:22
"Seçkilərin yüksək səviyyədə keçirilməsində məntəqə seçki komissiyaları böyük məsuliyyət daşıyırlar"
25 Yanvar 16:17
Yevlax gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar
25 Yanvar 16:15
Deputatlığa namizəd Səməd Seyidov Qazax rayonunda seçicilərlə görüşlər keçirib
25 Yanvar 16:03
Ermənistan işğal olunmuş ərazilərimizdəki abidələri “bərpa” etmək adı altında erməniləşdirmə siyasəti aparır - BƏYANAT
25 Yanvar 15:59
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonu Bucaq kəndində seçicilərlə görüşüb
25 Yanvar 15:54
Prezident İlham Əliyev Türkiyədəki azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqqında tapşırıq verib
25 Yanvar 15:25
Pakistan portalı Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə yayıb
25 Yanvar 15:16
Azərbaycan deputatları AŞPA-nın qış sessiyasında iştirak edəcəklər
25 Yanvar 15:12
Bütün seçiciləri daha güclü Azərbaycan naminə partiyamızın namizədlərinə səs verməyə çağırıram
25 Yanvar 15:03
Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Şatırlı, İkinci Nazırlı, Kürdborakı, Hacılı, Birinci Qazaxlar kəndlərində seçicilərlə görüşüb
25 Yanvar 14:56
Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır”
25 Yanvar 14:22
Azərbaycan Ordusunda Həzi Aslanovun 110 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib
25 Yanvar 13:25
Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib
25 Yanvar 11:47
YAP-ın 11 saylı Qaradağ seçki dairəsindən namizədi Aydın Hüseynovun Ələt qəsəbəsinin sakinləri ilə görüşü keçirilib
25 Yanvar 11:29
Nazirlər Kabinetində icbari sığorta sahəsində qarşıda duran vəzifələr müzakirə edilib
25 Yanvar 11:26
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb
25 Yanvar 11:21
Dilarə Cəbrayılova: Azərbaycanın nüfuzlu Davos İqtisadi Forumu ilə fəal əməkdaşlığı ölkəmizin iqtisadi inkişafı üçün yeni imkanlar açıb
25 Yanvar 11:19
Fevralın 24-dən “Gənclər Paytaxtı 2020” müsabiqəsinin onlayn səsvermə mərhələsi start götürəcək
25 Yanvar 11:17
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub
25 Yanvar 11:15
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ötən ilin yekunları müzakirə olunub
25 Yanvar 11:12
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samuxda və Göygöldə nümayəndəlikləri açılıb
25 Yanvar 11:09
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq
25 Yanvar 10:14
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlaması
25 Yanvar 10:08
Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir
24 Yanvar 18:11
Dövlət Komitəsinin sədri Sabirabadda məcburi köçkünləri qəbul edib
24 Yanvar 18:09
Yeni Azərbaycan Partiyasının Gəncədən olan 4 namizədinin gənclərlə görüşü keçirilib
24 Yanvar 17:43
Deputatlığa namizəd Kamran Bayramov Şəmkirin Mehrili və Abbaslı kəndlərində seçicilərlə görüşüb
24 Yanvar 17:43
Türkiyəli professor: "Azərbaycanda seçici, media və dövlət arasında əlaqə düzgün qurulub"
24 Yanvar 17:40
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Niyazi Tağıyev seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 17:36
Yuli Qusman: "Parlament seçkilərindən sonra da Azərbaycanın demokratik inkişafı davam edəcək"
24 Yanvar 17:28
Mariya Zaxarova: "Parlament seçkilərinin nəticələri dost Azərbaycan xalqının rifahının yaxşılaşmasına xidmət edəcək"
24 Yanvar 17:26
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində “Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirilir
24 Yanvar 17:19
Deputatlığa namizəd Ramil Həsən Ucarda seçicilərlə növbəti görüşlər keçirib
24 Yanvar 17:07
Energetika naziri Siyəzəndə, nazir müavinləri isə Qobustan və Cəlilabadda vətəndaşları qəbul ediblər
24 Yanvar 16:59
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 16:04
“YARAT”da yeni tamaşanın premyerası olacaq
24 Yanvar 15:57
Sabirabadlıların seçimi Əhliman Əmiraslanovdur
24 Yanvar 15:49
Heydər Əliyev Fondunun layihəsi olan “Balaca Şahzadə” növbəti dəfə repertuara salınıb
24 Yanvar 15:40
Deputatlığa namizəd Eldəniz Səlimov Xaçmazda seçicilərlə növbəti görüş keçirib
24 Yanvar 15:36
İmadəddin Nəsimiyə həsr olunmuş “Mənəm, mən...” tamaşası yenidən səhnədə
24 Yanvar 15:34
Seçicilər ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
24 Yanvar 15:31
Bakı məktəblilərinin beynəlxalq yarışlarda əldə etdiyi uğurların sayı artmaqdadır
24 Yanvar 15:26
MSK-nın Şəkidə keçirdiyi regional seminarda seçki mübahisələrinin həllinə dair məsələlər müzakirə olunub
24 Yanvar 15:22
Gəncədə seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair regional müşavirə keçirilib
24 Yanvar 15:12
Ağdaşlılar YAP-ın namizədinə səs verəcəklər
24 Yanvar 14:51
YAP-ın namizədi Kamaləddin Qafarovun təhsil işçiləri ilə görüşü keçirilib
24 Yanvar 14:43
Deputatlığa namizəd Məşhur Məmmədov Masallı rayonu Xırmandalı kəndində seçicilərlə görüşüb
24 Yanvar 14:35
Fikrət Sadıqov: "Cəmiyyətdə seçkilərə maraq kifayət qədər yüksəkdir"
24 Yanvar 14:29
Yeni TV-də qonaq Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa namizədi Məlahət İbrahimqızıdır (VİDEO)
24 Yanvar 14:20
Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub
24 Yanvar 14:15
Prezident İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
24 Yanvar 14:08
Şöhrət Barlas: "Parlament seçkilərindən yalnız müsbət gözləntilərim var”
24 Yanvar 14:04
Azərbaycanda qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur
24 Yanvar 13:58
Prezident İlham Əliyev Davos Forumunun tribunasından Azərbaycan reallıqlarını dünyaya çatdırır
24 Yanvar 13:54
İnanıram ki, 2020-ci il fevral ayının 9-da seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək
24 Yanvar 13:05
Elçin Əhmədov: Prezident İlham Əliyevin Davosdakı görüşləri Azərbaycanın yüksək beynəlxalq nüfuzunun əyani göstəricisidir
24 Yanvar 12:43
Deputatlığa namizəd Fatma Yıldırım növbəti görüşlərini Bərdə rayonunun mədəniyyət və səhiyyə işçiləri ilə keçirib
24 Yanvar 11:46
"Yeni parlamentdə Azərbaycanın daha da inkişafına töhfə verəcək insanların yer alacağına ümid edirəm"
24 Yanvar 11:29
Stefan Şennak: "Əminəm ki, Azərbaycanda parlament seçkiləri ədalət prinsipləri əsasında keçiriləcək"
24 Yanvar 11:15
Moldova MSK-sının və parlamentinin nümayəndələri Azərbaycanda seçkiləri izləyəcəklər

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA