Ana səhifə »  KİVDF »  Həyata keçirilən islahatlar ölkənin regionlarında bütün sahələrin inkişafını təmin edib
A+   Yenilə  A-
Həyata keçirilən islahatlar ölkənin regionlarında bütün sahələrin inkişafını təmin edib

Bu ilin 9 ayı ərzində əldə edilən uğurlardan Şəki-Zaqatala iqtisadi rayonuna da pay düşüb
Məlum olduğu kimi, həyata keçirilən düşünülmüş siyasət nəticəsində ölkəmizdə bütün sahələrdə uğurlar əldə edilib. Və bu siyasət 2017-ci ilin 9 ayı ərzində də davam edirilib. Yeri gəlmişkən, oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da bəyan edildiyi kimi, bu doqquz ayda da ölkəmiz uğurla və hərtərəfli inkişaf edib.
Beləliklə, əksər ekspertlərin də vurğuladıqları kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, reallaşdırılan müvafiq Dövlət proqramları istər bütövlükdə ölkənin, istərsə də ayrı-ayrılıqda regionların sosial-iqtisadi inkişafını təmin etməklə yanaşı, bütün sahələrdə uğurların əldə olunmasına təkan verib.
Onu da bildirmək yerinə düşər ki, əvvəlki illərdə olduğu kimi, bu ilin 9 ayında əldə edilən uğurlardan ölkəmizin bütün bölgələrinə, o cümlədən Şəki-Zaqatala iqtisadi rayonuna da pay düşüb. Bəhs edilən dövrdə bu iqtisadi rayon ərazisində əldə edilən uğurlara keçməmişdən öncə qeyd edək ki, Şəki-Zaqatala iqtisadi rayonuna Balakən, Qax, Qəbələ, Zaqatala, Oğuz, Şəki inzibati rayonları və respublika tabeli Şəki şəhəri daxildir.
Məlumat üçün bildirək ki, Böyük Qafqaz dağlarının cənub yamaclarında, respublikanın şimalında yerləşən Şəki-Zaqatala iqtisadi rayonu ərazisinin ümumi sahəsi 8,96 min kv.km-dir. Şəki-Zaqatala iqtisadi rayonunun əsas təbii sərvətlərinə Filizçay hövzəsində tapılmış polimetal filizləri, qum, çınqıl, gil, gips və s. aiddir.
Şəki-Zaqatala respublikanın mühüm kurort-sanatoriya regionları sırasındadır. Şəki-Zaqatala iqtisadi rayonunun gözəl təbiəti onu Azərbaycanın mühüm istirahət-turizm regionuna çevirib. Qəbələdə, Şəkidə, Zaqatalada istirahət-turizm müəssisələri fəaliyyət göstərir. Ərazidən Gürcüstana beynəlxalq turizm marşrutu keçir. Şəki-Zaqatala iqtisadi rayonunda yerləşən sənaye müəssisələri əsasən kənd təsərrüfatı məhsullarını emal edir. Alazan-Əyriçay vadisi, Baş Qafqaz silsiləsinin dağətəyi zonaları, Acınohur ovalığı mühüm kənd təsərrüfatı sahələridir. Bu ərazilərdə becərilən tütün, qərzəkli meyvələr, taxıl, bəslənən barama iqtisadi rayonun kənd təsərrüfatının əsas sahələridir. Tütün yığımına görə Şəki və Zaqatala rayonları, meyvə yığımına görə Şəki, Oğuz, Balakən, Zaqatala, Qax rayonları irəlidə durur. Şəki, Zaqatala, Qəbələ rayonlarında daha çox taxıl yığılır.
Beləliklə, 2017-ci ilin ötən doqquz ayında Şəki-Zaqatala iqtisadi rayonunun Oğuz rayonunda kənd təsərrüfatının ənənəvi sahələrindən olan tütünçülüyün və baramaçılığın inkişaf etdirilməsi istiqamətində tədbirlər davam etdirilib. Verilən məlumatlara görə, cari mövsümdə təsərrüfatlarda 200 hektar sahədə tütün yetişdirilib. Tütün əkini sahələri əvvəlki illə müqayisədə 14 dəfədən çox artıb. Mövsümün əvvəlindən indiyədək sahələrdən 1015 ton yaşıl tütün yarpağı tədarük olunub. Hazırda təsərrüfatlarda tütün yığımı davam edir. Cari ildə rayonda barama yetişdirilməsinə 38 kümçü cəlb olunub, 2524 kiloqram yaş barama məhsulu istehsal edilərək “Şəki-İpək” ASC-yə təhvil verilib. Barama istehsalçılarına nağd və subsidiya şəklində, ümumilikdə, 21 min 315 manat vəsait ödənilib.
Oğuz rayon İcra Hakimiyyətindən verilən məlumatda bildirilir ki, 2017-ci ilin ötən dövründə Oğuz rayonunda bütün maliyyə mənbələri hesabına əsas kapitala 5 milyon 817 min manatlıq investisiya yönəldilib, 3 milyon 124 min manatlıq əsas fondlar istifadəyə verilib. Hesabat dövründə əhali təsərrüfatlarında ümumi dəyəri 2 milyon 20 min manat olan 64 fərdi yaşayış evi tikilib. Bu müddət ərzində rayonda 275 yeni daimi iş yeri açılıb.
Bu il oğuzlu fermerlər 17 min 293 hektar payızlıq taxıl sahəsindən 41 min 824 ton məhsul əldə ediblər. 2018-ci ilin məhsulu üçün payızlıq taxıl səpini ilə əlaqədar indiyədək təsərrüfatlarda 4,7 min hektar sahədə şum çıxarılıb, səpin üçün 3 min 300 ton toxum fondu ayrılıb. Artıq təsərrüfatlarda payızlıqların səpininə başlanılıb.
Hesabat dövründə, eyni zamanda, Oğuz Elektrik Şəbəkəsinin yeni inzibati binası tikilib, Xaçmaz-Qışlaq kəndinə qaz xətti çəkilərək, 142 abonent “mavi yanacaq”la təmin olunub. Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədi ilə Oğuz şəhərində, Muxas, Zərrab və Padar kəndlərində yeni subartezian quyularının qazılmasına başlanılıb.
Hesabat dövründə rayonun kəndlərində modul tipli 3 məktəb quraşdırılaraq istifadəyə verilib. Hazırda Oğuz şəhərində iki uşaq bağçasının tikintisi, Padar kəndindəki tam orta məktəb binasında təmir və bərpa-gücləndirmə işləri davam etdirilir.
Bu ilin doqquz ayında Şəki-Zaqatala iqtisadi rayonuna daxil olan Zaqatala rayonunda isə 267,2 milyon manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 28 faiz çoxdur. Məhsul istehsalı sənayedə 50,2 faiz, kənd təsərrüfatında 8,9 faiz, ticarətdə 7,6 faiz, rabitədə 9 faiz artıb. Pərakəndə əmtəə dövriyyəsinin həcmi 7,3 faiz, pullu xidmətlərin həcmi isə 9,6 faiz çoxalıb. Bu müddət ərzində rayonda 2168-i daimi olmaqla, 2228 yeni iş yeri açılıb.
Bu barədə Zaqatala rayon İcra Hakimiyyətində keçirilən 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə məlumat verilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin ixracyönümlü istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması və inkişaf etdirilməsi istiqamətində verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə Zaqatala rayonunda zəruri tədbirlər davam etdirilir. Belə ki, cari ildə rayonda 743 hektar sahədə tütün əkilib. Bu günədək fermerlər tərəfindən 3 min 390 ton “Virciniya” növlü yaşıl tütün kütləsi tədarük edilərək emal məntəqəsinə göndərilib və ondan 473,4 ton quru tütün əldə olunub. Eyni zamanda, fermerlər yerli tütün sortlarından da 34 tona yaxın quru tütün istehsal ediblər.
Eyni zamanda, ixrac potensialı yüksək sahələrdən olan fındıqçılığı inkişaf etdirmək məqsədi ilə rayonda yeni fındıq bağlarının salınması istiqamətində də işlər davam etdirilir. Ötən ilin payızında rayon ərazisində 2 min 560 hektar, cari ilin yazında isə 598 hektar sahədə yeni bağlar salınaraq, fındıq bağlarının ümumi sahəsi 17 min hektara çatdırılıb. Payız mövsümündə rayonda əlavə olaraq 1100 hektar sahədə yeni bağların salınması nəzərdə tutulur. Bundan əlavə, fındıq məhsullarında mövcud olan aflatoksinlərin tədqiqinin aparılması məqsədi ilə cari ilin avqustunda Dövlət Gömrük Komitəsi tərəfindən Zaqatala şəhərində Mərkəzi Gömrük Ekspertizası İdarəsinin Gömrük Laboratoriyası yaradılıb.
Bildirilib ki, 2017-ci ildə rayonda 21 ton yaş barama istehsal edilməsi nəzərdə tutulsa da, kümçülər tapşırığı artıqlaması ilə yerinə yetiriblər. Belə ki, 21 ton 328 kiloqram barama istehsal edilərək “Şəki-İpək” ASC-yə təhvil verilib. Barama istehsalı əvvəlki illə müqayisədə 3,5 dəfədən çox artıb.
Ənənəvi və ixrac potensialı yüksək sahələrdən olan gülçülüyün inkişaf etdirilməsi üçün rayonun Aşağı Tala kəndinin ərazisində 82 hektar sahədə “Dəməşq qızılgülü” və 25 hektar sahədə “Lavanda” gülü plantasiyası salınıb. Hazırda həmin ərazidə “AzRose” MMC-nin qızılgül yağı istehsalı müəssisəsinin tikintisi davam etdirilir. Obyektdə 30 daimi və 600 mövsümi iş yerinin açılması nəzərdə tutulur.
Bundan başqa, 2017-ci ilin doqquz ayı ərzində rayonda bütün maliyyə mənbələri hesabına 25 milyon 762 min manat həcmində tikinti, təmir və abadlıq işləri görülüb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ayrılmış vəsait hesabına hazırda rayon ərazisindən keçən magistral və kəndarası avtomobil yollarında təmir və yenidənqurma işləri aparılır. Eyni zamanda, Zaqatala şəhərində inşa olunan yeraltı piyada keçidində də tikinti işləri yekunlaşmaq üzrədir.
İqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsulları istehsalı təşkil edən Balakən rayonunda 2017-ci ilin doqquz ayında mövcud iqtisadi potensialdan səmərəli istifadə olunması, ixracyönümlü sahələrin dirçəldilməsi istiqamətində tədbirlər davam etdirilib. Cari ildə rayonda 528 hektar sahədə tütün yetişdirilib. İndiyədək 1068 ton yaşıl tütün kütləsi və 94 ton quru tütün tədarük edilərək qəbul məntəqələrinə təhvil verilib. 2018-ci ildə tütün əkini sahələrinin 720 hektara çatdırılması proqnozlaşdırılır.
Məlumat üçün onu da bildirək ki, cari mövsümdə rayonda 11,5 ton yaş barama istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə 3,7 dəfə artıb. Barama istehsalı ilə məşğul olan 115 kümçüyə 54 min 423 manat məbləğində subsidiyanın verilməsi təmin edilib. Ənənəvi sahələrdən olan fındıqçılığın inkişaf etdirilməsi məqsədi ilə bu ilin yaz aylarında rayon ərazisində 662 hektar sahədə yeni fındıq bağları salınıb. Cari ilin payız mövsümündə daha 1000 hektarda yeni bağların salınması nəzərdə tutulur.
Ötən müddətdə “Azəryem Sənaye” MMC tərəfindən 348,5 ton heyvan və quş yemi istehsal edilib. Katex kəndində meyvə və giləmeyvələrin quru və yarımquru emalı üzrə “Balxurma” müəssisəsinin tikilməsi xurma məhsullarının satışında uzun illər mövcud olan problemlərin aradan qaldırılmasına imkan verəcək.
Cari ilin doqquz ayında rayon ərazisində tikinti-quruculuq işləri də davam etdirilib, 24 çoxmənzilli yaşayış binasında təmir işləri başa çatdırılıb. Rayonun Sarıbulaq və Mahamalar kəndlərində modul tipli yeni məktəb binaları tikilib istifadəyə verilib, Şərif kəndində 360 şagird yerlik məktəb binasının tikintisi davam etdirilib.
Cari ilin doqquz ayında Şəki-Zaqatala iqtisadi rayonuna daxil olan Qax rayonunda aqrar sahədə məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,4 faiz artaraq 44 milyon 604 min manat olub.
Bu mövsüm rayonun tarixində rekord miqdarda - 43,2 min ton taxıl istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə 6,8 min ton artıb. Hesabat dövründə rayonun kənd təsərrüfatı üçün ənənəvi olan tütünçülük, baramaçılıq və fındıqçılığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilib. Rayonda tütün əkini sahələri ötən illə müqayisədə 275 hektar artırılaraq 606 hektara çatdırılıb. Fermerlər indiyədək 4100 ton yaşıl tütün kütləsi tədarük edərək emal məntəqəsinə təhvil veriblər. Barama istehsalı əvvəlki illə müqayisədə 8,7 ton artaraq 12,5 tona çatıb. Rayonun ayrı-ayrı ərazilərində 513 hektar sahədə yeni fındıq bağları salınıb.
Bu faktlar 2017-ci ilin doqquz ayının yekunları ilə əlaqədar oktyabrın 17-də Qax rayon İcra Hakimiyyətində keçirilən yığıncaqda səsləndirilib. Bildirilib ki, 2017-ci ilin ötən doqquz ayı rayon iqtisadiyyatı üçün uğurlu olub. Belə ki, iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 11,2 faiz artaraq 92 milyon 972 min manat təşkil edib. Bu müddət ərzində rayonda 12 milyon 837 min manatlıq tikinti-quruculuq işləri həyata keçirilib. Tikinti işlərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 59,9 faiz artıb. Hesabat dövründə rayonda 511 daimi iş yeri açılıb. Əhalinin işgüzar fəaliyyətinin artırılması və yeni iş yerlərinin yaradılması məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara 40 layihə üzrə 860 min manat güzəştli kredit verilib.
Diqqətə çatdırılıb ki, ölkədə aqrar-sənaye kompleksinin inkişafı ilə bağlı dövlətimizin başçısının verdiyi tapşırığa uyğun olaraq, rayonda 2044 hektar ərazidə ixtisaslaşmış aqroparkın yaradılması nəzərdə tutulur. Ötən müddət ərzində aqroparkın infrastrukturunun yaradılması istiqamətində xeyli iş görülüb. Hazırda əraziyə 16 kilometr uzunluğunda elektrik xəttinin çəkilişi davam etdirilir. Tezliklə pivot suvarma sisteminin quraşdırılmasına başlanılacaq.
Bildirilib ki, Prezident İlham Əliyevin 2017-ci il 19 may tarixli Sərəncamına əsasən, Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqla təchiz olunması üçün Kənd Təsərrüfatı Nazirliyinə 4,5 milyon manat vəsait ayrılıb. Artıq stansiyanın bərpası ilə bağlı işlərə başlanılıb.
Hesabat dövründə Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun tikintisi başa çatıb, Qax-Qorağan-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsində isə tikinti işləri davam etdirilib. Qax şəhərində Bayraq Muzeyi, 110/35/10 kilovoltluq yeni elektrik yarımstansiyası, 180 yerlik körpələr evi-uşaq bağçası tikilib istifadəyə verilib.
Yığıncaqda həmçinin cari ilin doqquz ayında əhalinin elektrik enerjisi, təbii qaz, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində görülən işlər təhlil olunub, qarşıda duran vəzifələrdən bəhs edilib.
Bu ilin doqquz ayı ərzində Şəki-Zaqatala iqtisadi rayonuna daxil olan Qəbələdə də bütün sahələrdə uğurlar əldə edilib. Bəhs edilən dövrdə rayonda iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 126.100 min manatlıq məhsul istehsal edilib. Keçən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışı sənayedə 4.776 min manat, yaxud 26,4 faiz, kənd təsərrüfatında 1.116 min manat, yaxud 2,1 faiz, ticarətdə 2.192 min manat, yaxud 8,9 faiz artıb.
Bu barədə ötən doqquz ayda Qəbələ rayonunun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərə dair hesabat yığıncağında məlumat verilib. Bildirilib ki, hesabat dövründə Qəbələ şəhərinin su və kanalizasiya təchizatının yenidən qurulması işlərinin ikinci mərhələsinə başlanılıb. Rayonun Aydınqışlaq kənd tam orta məktəbi əsaslı təmir olunub, Seyidqışlaq və Cığatelli kəndlərində modul tipli məktəblər tikilərək istifadəyə verilib. Ötən müddətdə Qəbələ şəhərinin Muxtar Abduyev küçəsindəki 5 ədəd beşmərtəbəli binanın dam örtükləri yenisi ilə əvəz edilib, xalça toxuculuğu müəssisəsinin və atçılıq mərkəzinin tikintisi davam etdirilib. Bununla yanaşı, şəhərin Heydər Əliyev prospektində, Həzi Aslanov, 28 May, Xalid Qasımov küçələrində, eləcə də Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmiş 2 ədəd ikimərtəbəli və 1 ədəd dördmərtəbəli yaşayış binalarında əsaslı təmir işləri aparılıb. Tikanlı kənd uşaq bağçasında isə əsaslı təmir işləri başa çatmaq üzrədir.
Tikintisi yarımçıq qalmış “Qafqaz Aqua Land Hotel”, “Qafqaz Diamond Akvapark”, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi, Qəbələ rayon Prokurorluğu, Gömrük Akademiyası üçün binaların inşası, şəhərin içməli su və kanalizasiya sisteminin yenidən qurulması işlərinin davam etdirilməsi nəzərdə tutulur. Son 9 ayda Qəbələ rayonuna 218118 nəfər yerli və xarici turist gəlib. Qəbələ rayonunda 2003-cü ilin oktyabr ayından 1 oktyabr 2017-ci ilədək 14.638-ü daimi olmaqla, 16.437 yeni iş yeri açılıb.
Bildirilib ki, ötən dövrdə yeni inşa edilən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində pilot layihə olaraq, 3 yeni ixtisas-aqroservis, bitkiçilik və heyvandarlıq mütəxəssisi ixtisasları üzrə şagird qəbulu aparılıb.
Qeyd olunub ki, cari ildə Qəbələ rayonunda 21148 hektar taxıl sahəsindən 67917 ton məhsul tədarük olunub. Kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən cari ildə 12260 ton kartof, 7601 ton tərəvəz, 1803 ton qarğıdalı, 116 ton bostan məhsulları istehsal edilib. Hazırda rayonda 6854 hektar meyvə bağı, 509 hektar üzüm plantasiyası mövcuddur. Həmin bağlardan bu il 13697 ton meyvə, 1906 ton üzüm yığılıb. Qəbələdə 900 hektar sahədə yeni fındıq bağları salınıb. Cari ildə 55 kümçü tərəfindən 2860 kiloqram barama istehsal edilib. Bu il 70 hektar sahədə tütün əkilib və bu günədək 74 ton quru tütün istehsal olunub.
2017-ci ilin doqquz ayında Şəki-Zaqatala iqtisadi rayonuna daxil olan Şəki rayonunda faktiki qiymətlərlə 279 milyon 786 min manatlıq məhsul buraxılıb və xidmətlər göstərilib. Buraxılan məhsulun 9 faizi dövlət mülkiyyətinin, 91 faizi isə özəl bölmənin payına düşür. Hesabat dövründə rayonda əmtəə dövriyyəsinin ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə artaraq 303 milyon 405 min manat təşkil edib. Doqquz ayda rayonda 2 min 636 yeni, daimi iş yeri açılıb. Bu faktlar 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı oktyabrın 12-də Şəki şəhər İcra Hakimiyyətində keçirilən yığıncaqda səsləndirilib.
Bildirilib ki, respublikamızın ən iri aqrar rayonlarından olan Şəkidə hesabat dövründə məhsul istehsalının artırılması, kənd təsərrüfatında özəl bölmənin genişləndirilməsi diqqət mərkəzində saxlanılıb, rayonun iqtisadiyyatında mühüm yer tutan taxılçılığın, həmçinin ənənəvi sahələrdən olan baramaçılığın, tütünçülüyün inkişaf etdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. 2017-ci ilin məhsulu üçün payızlıq taxıl əkilmiş 66 min 634 hektar sahədən 214 min ton məhsul əldə olunub. Taxıl istehsalı əvvəlki illə müqayisədə 21 min ton artıb. Gələn ilin məhsulu üçün 65,5 min hektar sahədə payızlıq taxıl səpini proqnozlaşdırılır. Artıq təsərrüfatlarda taxıl səpininə başlanılıb.
Diqqətə çatdırılıb ki, 2015-ci ildə rayonda cəmi 200 kiloqram barama istehsal edildiyi halda, 2017-ci ildə yaş barama istehsalının həcmi 18 tona çatıb. Dövlətimizin başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün 2018-ci ildə rayonda barama istehsalının 70 tona çatdırılması nəzərdə tutulub. Bildirilib ki, cari ildə rayonda tütün əkini sahələri əvvəlki illə müqayisədə 58 hektar artırılaraq 843 hektara çatdırılıb. Hazırda rayonun 11 kəndində 2 minə yaxın sakin tütünçülüklə məşğul olur. Cari ildə rayonda 2 min 600 ton quru tütün istehsalı proqnozlaşdırılır. İndiyədək təsərrüfatlarda 2 min 238 ton quru tütün istehsal olunub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 164 ton çoxdur. Hazırda təsərrüfatlarda tütün yığımı davam edir.
İxracyönümlü məhsullardan olan fındıqçılığı inkişaf etdirmək məqsədi ilə cari ilin yaz mövsümündə Şəkidə 58,5 hektar sahədə yeni fındıq bağları salınaraq bağların ümumi sahəsi 1761,5 hektara çatdırılıb. Cari ilin sonunadək rayon ərazisində əlavə olaraq 700 hektar sahədə yeni fındıq bağlarının salınması nəzərdə tutulur. Bildirilib ki, Azərbaycan Prezidentinin iri fermer təsərrüfatlarının, aqroparkların yaradılması ilə bağlı verdiyi tapşırığın icrası olaraq rayonda meyvə-tərəvəz, istixana təsərrüfatı, povloniya və qoz ağaclarının yetişdirilməsi, orqanik gübrə istehsalı ilə məşğul olan “Sənaye-Aqropark” yaradılıb. Hazırda burada 200 nəfər işlə təmin olunub. Bu il sahələrdən 500 tona yaxın məhsul yığılıb və satış üçün yerli bazara çıxarılıb. Gələn ildən məhsulun xarici bazarlara çıxarılması üçün məqsədyönlü iş aparılır.
Hesabat məruzəsində 2017-ci ilin ötən dövrü ərzində rayonun mədəni həyatında baş verən yeniliklərdən ətraflı bəhs edilib. Bildirilib ki, ənənəvi olaraq keçirilən beynəlxalq festivallar xalqımızın malik olduğu mədəni irsin qorunub saxlanması və təbliğində, eyni zamanda, şəhərin turizm potensialının genişləndirilməsi və beynəlxalq səviyyədə tanıdılmasında mühüm rol oynayır. Həyata keçirilən tədbirlər nəticəsində Şəki turistlər üçün cəlbedici məkana çevrilib. Son 5 ildə rayona gələn turistlərin sayı yeddi dəfədən çox artaraq 150 min nəfərə çatıb.
Beləliklə, yuxarıda bəhs edilən faktlardan da bəlli olduğu kimi, 2017-ci ilin doqquz ayı ərzində də ölkəmizdə inkişaf davam edib. Azərbaycanın ayrı-ayrı bölgələrində, o cümlədən Şəki-Zaqatala iqtisadi rayonuna daxil olan rayonlarda kənd təsərrüfatı, iqtisadiyyat, təhsil, səhiyyə, abadlıq-quruculuq işləri, həmçinin əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində genişmiqyaslı işlər görülüb.
Nadir AZƏRİ

 
  • Oxunub:  7980  |  
  • Tarix:  29-10-2017  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir

25 Yanvar 19:52
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru ADA Universitetində mühazirə oxuyub
25 Yanvar 19:45
Qafqaz Müsəlmanları İdarəsinin sədri “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə görüşüb
25 Yanvar 17:32
Saatlıda “Pambıqçılıq 2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
25 Yanvar 17:27
Prezident İlham Əliyev Davos Forumunda Azərbaycanın yeni hökumətinin prioritetlərini açıqlayıb
25 Yanvar 17:17
Əli Əhmədov: Beynəlxalq İqtisadi Forum gündən günə inkişaf edən Azərbaycanın və onun iqtisadiyyatının dünyaya açılması üçün gözəl bir imkandır
25 Yanvar 17:11
Deputatlığa namizəd Fatma Yıldırım Bərdə rayonunda şəhid ailələrini ziyarət edib
25 Yanvar 16:37
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
25 Yanvar 16:31
İnanıram ki, seçicilər gələcəyin partiyası olan YAP-ın namizədlərinə səs verəcəklər
25 Yanvar 16:28
Deputatlığa namizəd Elnur Rəhimovun seçicilərlə növbəti görüşü keçirilib
25 Yanvar 16:24
Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik edib
25 Yanvar 16:22
"Seçkilərin yüksək səviyyədə keçirilməsində məntəqə seçki komissiyaları böyük məsuliyyət daşıyırlar"
25 Yanvar 16:17
Yevlax gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar
25 Yanvar 16:15
Deputatlığa namizəd Səməd Seyidov Qazax rayonunda seçicilərlə görüşlər keçirib
25 Yanvar 16:03
Ermənistan işğal olunmuş ərazilərimizdəki abidələri “bərpa” etmək adı altında erməniləşdirmə siyasəti aparır - BƏYANAT
25 Yanvar 15:59
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonu Bucaq kəndində seçicilərlə görüşüb
25 Yanvar 15:54
Prezident İlham Əliyev Türkiyədəki azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqqında tapşırıq verib
25 Yanvar 15:25
Pakistan portalı Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə yayıb
25 Yanvar 15:16
Azərbaycan deputatları AŞPA-nın qış sessiyasında iştirak edəcəklər
25 Yanvar 15:12
Bütün seçiciləri daha güclü Azərbaycan naminə partiyamızın namizədlərinə səs verməyə çağırıram
25 Yanvar 15:03
Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Şatırlı, İkinci Nazırlı, Kürdborakı, Hacılı, Birinci Qazaxlar kəndlərində seçicilərlə görüşüb
25 Yanvar 14:56
Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır”
25 Yanvar 14:22
Azərbaycan Ordusunda Həzi Aslanovun 110 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib
25 Yanvar 13:25
Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib
25 Yanvar 11:47
YAP-ın 11 saylı Qaradağ seçki dairəsindən namizədi Aydın Hüseynovun Ələt qəsəbəsinin sakinləri ilə görüşü keçirilib
25 Yanvar 11:29
Nazirlər Kabinetində icbari sığorta sahəsində qarşıda duran vəzifələr müzakirə edilib
25 Yanvar 11:26
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb
25 Yanvar 11:21
Dilarə Cəbrayılova: Azərbaycanın nüfuzlu Davos İqtisadi Forumu ilə fəal əməkdaşlığı ölkəmizin iqtisadi inkişafı üçün yeni imkanlar açıb
25 Yanvar 11:19
Fevralın 24-dən “Gənclər Paytaxtı 2020” müsabiqəsinin onlayn səsvermə mərhələsi start götürəcək
25 Yanvar 11:17
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub
25 Yanvar 11:15
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ötən ilin yekunları müzakirə olunub
25 Yanvar 11:12
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samuxda və Göygöldə nümayəndəlikləri açılıb
25 Yanvar 11:09
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq
25 Yanvar 10:14
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlaması
25 Yanvar 10:08
Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir
24 Yanvar 18:11
Dövlət Komitəsinin sədri Sabirabadda məcburi köçkünləri qəbul edib
24 Yanvar 18:09
Yeni Azərbaycan Partiyasının Gəncədən olan 4 namizədinin gənclərlə görüşü keçirilib
24 Yanvar 17:43
Deputatlığa namizəd Kamran Bayramov Şəmkirin Mehrili və Abbaslı kəndlərində seçicilərlə görüşüb
24 Yanvar 17:43
Türkiyəli professor: "Azərbaycanda seçici, media və dövlət arasında əlaqə düzgün qurulub"
24 Yanvar 17:40
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Niyazi Tağıyev seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 17:36
Yuli Qusman: "Parlament seçkilərindən sonra da Azərbaycanın demokratik inkişafı davam edəcək"
24 Yanvar 17:28
Mariya Zaxarova: "Parlament seçkilərinin nəticələri dost Azərbaycan xalqının rifahının yaxşılaşmasına xidmət edəcək"
24 Yanvar 17:26
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində “Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirilir
24 Yanvar 17:19
Deputatlığa namizəd Ramil Həsən Ucarda seçicilərlə növbəti görüşlər keçirib
24 Yanvar 17:07
Energetika naziri Siyəzəndə, nazir müavinləri isə Qobustan və Cəlilabadda vətəndaşları qəbul ediblər
24 Yanvar 16:59
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 16:04
“YARAT”da yeni tamaşanın premyerası olacaq
24 Yanvar 15:57
Sabirabadlıların seçimi Əhliman Əmiraslanovdur
24 Yanvar 15:49
Heydər Əliyev Fondunun layihəsi olan “Balaca Şahzadə” növbəti dəfə repertuara salınıb
24 Yanvar 15:40
Deputatlığa namizəd Eldəniz Səlimov Xaçmazda seçicilərlə növbəti görüş keçirib
24 Yanvar 15:36
İmadəddin Nəsimiyə həsr olunmuş “Mənəm, mən...” tamaşası yenidən səhnədə
24 Yanvar 15:34
Seçicilər ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
24 Yanvar 15:31
Bakı məktəblilərinin beynəlxalq yarışlarda əldə etdiyi uğurların sayı artmaqdadır
24 Yanvar 15:26
MSK-nın Şəkidə keçirdiyi regional seminarda seçki mübahisələrinin həllinə dair məsələlər müzakirə olunub
24 Yanvar 15:22
Gəncədə seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair regional müşavirə keçirilib
24 Yanvar 15:12
Ağdaşlılar YAP-ın namizədinə səs verəcəklər
24 Yanvar 14:51
YAP-ın namizədi Kamaləddin Qafarovun təhsil işçiləri ilə görüşü keçirilib
24 Yanvar 14:43
Deputatlığa namizəd Məşhur Məmmədov Masallı rayonu Xırmandalı kəndində seçicilərlə görüşüb
24 Yanvar 14:35
Fikrət Sadıqov: "Cəmiyyətdə seçkilərə maraq kifayət qədər yüksəkdir"
24 Yanvar 14:29
Yeni TV-də qonaq Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa namizədi Məlahət İbrahimqızıdır (VİDEO)
24 Yanvar 14:20
Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub
24 Yanvar 14:15
Prezident İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
24 Yanvar 14:08
Şöhrət Barlas: "Parlament seçkilərindən yalnız müsbət gözləntilərim var”
24 Yanvar 14:04
Azərbaycanda qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur
24 Yanvar 13:58
Prezident İlham Əliyev Davos Forumunun tribunasından Azərbaycan reallıqlarını dünyaya çatdırır
24 Yanvar 13:54
İnanıram ki, 2020-ci il fevral ayının 9-da seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək
24 Yanvar 13:05
Elçin Əhmədov: Prezident İlham Əliyevin Davosdakı görüşləri Azərbaycanın yüksək beynəlxalq nüfuzunun əyani göstəricisidir
24 Yanvar 12:43
Deputatlığa namizəd Fatma Yıldırım növbəti görüşlərini Bərdə rayonunun mədəniyyət və səhiyyə işçiləri ilə keçirib
24 Yanvar 11:46
"Yeni parlamentdə Azərbaycanın daha da inkişafına töhfə verəcək insanların yer alacağına ümid edirəm"
24 Yanvar 11:29
Stefan Şennak: "Əminəm ki, Azərbaycanda parlament seçkiləri ədalət prinsipləri əsasında keçiriləcək"
24 Yanvar 11:15
Moldova MSK-sının və parlamentinin nümayəndələri Azərbaycanda seçkiləri izləyəcəklər

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA