Ana səhifə »  KİVDF »  Bölgələrdə yol infrastrukturunun yenilənməsi istiqamətində işlər uğurla davam etdirilir
A+   Yenilə  A-
Bölgələrdə yol infrastrukturunun yenilənməsi istiqamətində işlər uğurla davam etdirilir

Respublika rayonlarını əhatə edən avtomobil yollarının tikintisi və yenidən qurulması ilə bağlı həyata keçirilən tədbirlər davamlı xarakter daşıyır
Azərbaycanda müxtəlif sahələrin inkişafını nəzərdə tutan ayrı-ayrı proqramlar və layihələrin uğurla həyata keçirilməsi müsbət nəticələrin və tərəqqi meyillərinin əldə olunmasını şərtləndirib. Bu kontekstdə infrastruktur quruculuğu istiqamətində görülən işləri də ayrıca qeyd etmək lazımdır. Bu sahədə görülən işlər mükəmməl infrastruktur təminatının yaradılmasına imkan verməklə yanaşı, qarşıya qoyulan digər vəzifələrin uğurla icra olunmasını da mümkün edir.
Qeyd etmək lazımdır ki, yol infrastrukturunun yenilənməsi sahəsində görülən işlər də bu kontekstdə xüsusi əhəmiyyətə malikdir. Ümumiyyətlə, müasir tələblərə cavab verən yol infrastrukturunun yaradılması istiqamətində görülən işlər ardıcıl xarakter daşıyır. Bu istiqamətdə həyata keçirilən tədbirlər paytaxt Bakı ilə yanaşı, ölkəmizin regionlarını da əhatə edir. Prezident İlham Əliyev tərəfindən qarşıya növbəti illər ərzində Azərbaycan Respublikasında bütün kənd yollarının təmirinə nail olmaqla bağlı ciddi vəzifə qoyulub. Məhz bu vəzifədən irəli gələrək yerli əhəmiyyətli və kənd yollarının müasir tələblər səviyyəsində yenidən qurulması istiqamətində görülən işlər daha da intensiv xarakter alıb.
Bu məqamda vurğulamaq yerinə düşər ki, 2017-ci ilin 9 ayı ərzində Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara uyğun olaraq, respublikanın 48 rayonunda 6 respublika əhəmiyyətli, 41 kəndlərarası, 10 Bakı şəhərinin qəsəbələrarası avtomobil yolu layihələri, bir körpü və yeraltı piyada keçidinin tikintisi layihəsi üzrə tikinti və yenidənqurma işləri “Azəravtoyol” tərəfindən davam etdirilib. Ümumilikdə isə, 59 layihənin həyata keçirilməsi 1,7 milyon nəfər əhalinin yaşadığı 548 yaşayış məntəqəsini əhatə edəcək. Onların 1401,1 kilometr uzunluğunda rahat avtomobil yollarından istifadə edərək tədarük etdikləri kənd təsərrüfatı məhsullarını (pambıq, barama, tütün və s.) və meyvə-tərəvəzi qısa vaxt ərzində istədikləri ünvanlara çatdırmağa imkan verəcək. Həmin sərəncamlarda nəzərdə tutulan layihələrdən 24-nün icrası artıq başa çatdırılıb. Bu imkan verib ki, 177 yaşayış məntəqəsində yaşayan 738,5 min nəfər əhali 445,5 kilometr uzunluğunda rahat, təhlükəsiz avtomobil yollarından istifadə etsinlər. Cari ilin 9 ayı ərzində açılış mərasimi keçirilmiş obyektlərdən əlavə, Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsinin, Zaqatala şəhəri ərazisində yeraltı piyada keçidinin, Sabirabad rayonunda Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı, Tərtər rayonunda Tərtər-Seydimli-Qaradağlı-Sarov, Lənkəran rayonunda Liman-Nərimanabad-Balıqçılar, Cəlilabad rayonunda Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı, Abşeron rayonunda Mehdiabad-Fatmayı-Görədil və Mehdiabad-Digah-Məmmədli, Göyçay rayonunda Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı, Sabirabad rayonunda Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı (43 km), Şəki şəhərinin Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd (18 km), Bərdə rayonunda Yeni Daşkənd-Umudalılar, Ağstafa rayonunda Ağstafa-Köçəsgər, həmçinin Biləsuvar rayonunun Əliabad kəndinə gedən (2 km) avtomobil yollarının tikintisi və təmiri işləri də başa çatdırılıb.
Hazırda da bölgələrdə yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində işlər davam etdirilir. Yeri gəlmişkən, Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən, ümumi uzunluğu 22 kilometr olan Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi ilə əlaqədar “Azəravtoyol” ASC tərəfindən müvafiq işlərə başlanılıb. Sözügedən avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun olaraq inşa olunur. Yolun hərəkət hissəsinin eni 6 metr və çiyinlərin eni 2 metr olmaqla torpaq yatağının eni 10 metr təşkil edəcək. Hazırda yol boyu torpaq işləri, həmçinin layihə-axtarış və geoloji işlər də aparılır. Məlumata əsasən, yol çətin relyefə malik olan dağlıq ərazidən keçdiyi üçün burada müxtəlif təyinatlı mühəndis qurğularının inşası nəzərdə tutulub. Layihə üzrə Pirsaatçayın sağ qolu olan Künəçay üzərində 1 avtomobil körpüsünün, həmçinin sunizamlayıcı və sahil bərkidici dəmir-beton istinad divarlarının tikintisi də planlaşdırılıb. Bundan başqa, tikinti işləri çərçivəsində yol boyu avtobus dayanacaqları, məlumatverici lövhələr və yol nişanları da quraşdırılacaq. Sözügedən avtomobil yolunun tikintisi İsmayıllı rayonunun Lahıc kəndi ilə Şamaxı rayonunun Dəmirçi kəndini birləşdirməklə yol boyu yaşayan vətəndaşların rahat gediş-gəlişini təmin edəcək, yük və sərnişin daşımasını xeyli asanlaşdıracaq. Həmçinin yolun tikintisi turistlərin hər iki rayonun turizm bölgələrinə daha qısa və rahat yolla gediş-gəlişini təmin etmiş olacaq ki, bu da öz növbəsində turizmin inkişafına, yeni turizm marşrutlarının yaranmasına səbəb olacaq. Dəmirçi-Lahıc avtomobil yolunun 2018-ci ildə istifadəyə verilməsi nəzərdə tutulub.
Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsində (129-164 km) “Azəravtoyol” ASC tərəfindən təmir-tikinti işləri davam etdirilir. Əsaslı təmir olunan yolun uzunluğu 35 kilometr, eni isə 13 metrdir. Bura hər iki istiqamət üzrə 2 metr enində çiyinlər və genişləndirildikdən sonra 9 metr enində hərəkət hissə daxildir. Hazırda sözügedən yolda köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır. Bundan başqa, zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə xüsusi material tökülərək kipləşdirmə işləri aparılır, yeni yol yatağı inşa olunur. Bu işlər artıq 11 kilometrlik ərazidə yekunlaşdırılıb. Eyni zamanda, yol yatağının və zəruri olan yerlərdə yol əsasının tikintisindən sonra yolda asfaltlanma işlərinə başlanılacaq. Ümumilikdə yolun 300 min kvadratmetrdən çox sahəsinə 3 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək. Layihə çərçivəsində “Azəravtoyol” ASC tərəfindən yol boyu mövcud olan 5 avtomobil körpüsünün əsaslı şəkildə təmiri nəzərdə tutulub. Artıq onların birində - Zaqatala şəhərində, Tala çayı üzərində yerləşən avtomobil körpüsündə işlər yekunlaşmaq üzrədir.
Bundan başqa, layihə çərçivəsində yolun altından suların ötürülməsi üçün 68 ədəd müxtəlif ölçülü dəmir-beton boruların 32-si qurulub və bu istiqamətdə işlər davam etdirilir. Bütün işlər texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. Əsaslı təmir işləri tamamilə başa çatdıqdan sonra yola məlumatverici lövhələr və yol nişanları quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq, həmçinin 70 avtobus dayanacağı quraşdırılacaq.
Qeyd olunub ki, əsaslı təmir olunan Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun (M5) tərkib hissəsinə aid olan Zaqatala-Balakən-Mazımçay hissəsi 100,7 min nəfər əhalinin yaşadığı 2 rayonun inzibati ərazisindən keçməklə, 16 yaşayış məntəqəsini birləşdirir. Əsaslı təmir işləri yol boyu yaşayan əhali ilə yanaşı, yoldan istifadə edən bütün vətəndaşların gediş-gəlişini rahatlaşdıracaq, Gürcüstan, həmçinin əks istiqamətdə yük və sərnişindaşımasını xeyli asanlaşdırmaqla kənd təsərrüfatının və turizmin inkişafına təkan verəcək.
Bəhs edilən sahəni daim diqqətdə saxlayan Prezident İlham Əliyev respublika rayonlarını əhatə edən avtomobil yollarının tikintisi, yenidən qurulması ilə bağlı bir sıra yeni sərəncamlar imzalayıb. Belə ki, dövlətimizin başçısı oktyabrın 23-də “Şəki şəhərinin Şəki-Kiş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. On yeddi min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Şəki-Kiş avtomobil yolunun tikintisi məqsədilə 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,8 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Bundan başqa, Prezident İlham Əliyev oktyabrın 25-də “Goranboy rayonunun Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. On beş min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun tikintisi məqsədi ilə 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,7 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Prezident İlham Əliyev oktyabrın 27-də isə “Ağdam rayonunun Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. İyirmi doqquz min nəfər əhalinin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirən Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun tikintisi məqsədi ilə 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,4 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Bütövlükdə, regionları əhatə edən avtomobil yollarının tikintisi və yenidən qurulması ilə bağlı davamlı tədbirlər həyata keçirilir.
Nurlan QƏLƏNDƏRLİ

 
  • Oxunub:  8310  |  
  • Tarix:  02-11-2017  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir

25 Yanvar 19:52
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru ADA Universitetində mühazirə oxuyub
25 Yanvar 19:45
Qafqaz Müsəlmanları İdarəsinin sədri “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə görüşüb
25 Yanvar 17:32
Saatlıda “Pambıqçılıq 2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
25 Yanvar 17:27
Prezident İlham Əliyev Davos Forumunda Azərbaycanın yeni hökumətinin prioritetlərini açıqlayıb
25 Yanvar 17:17
Əli Əhmədov: Beynəlxalq İqtisadi Forum gündən günə inkişaf edən Azərbaycanın və onun iqtisadiyyatının dünyaya açılması üçün gözəl bir imkandır
25 Yanvar 17:11
Deputatlığa namizəd Fatma Yıldırım Bərdə rayonunda şəhid ailələrini ziyarət edib
25 Yanvar 16:37
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
25 Yanvar 16:31
İnanıram ki, seçicilər gələcəyin partiyası olan YAP-ın namizədlərinə səs verəcəklər
25 Yanvar 16:28
Deputatlığa namizəd Elnur Rəhimovun seçicilərlə növbəti görüşü keçirilib
25 Yanvar 16:24
Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik edib
25 Yanvar 16:22
"Seçkilərin yüksək səviyyədə keçirilməsində məntəqə seçki komissiyaları böyük məsuliyyət daşıyırlar"
25 Yanvar 16:17
Yevlax gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar
25 Yanvar 16:15
Deputatlığa namizəd Səməd Seyidov Qazax rayonunda seçicilərlə görüşlər keçirib
25 Yanvar 16:03
Ermənistan işğal olunmuş ərazilərimizdəki abidələri “bərpa” etmək adı altında erməniləşdirmə siyasəti aparır - BƏYANAT
25 Yanvar 15:59
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonu Bucaq kəndində seçicilərlə görüşüb
25 Yanvar 15:54
Prezident İlham Əliyev Türkiyədəki azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqqında tapşırıq verib
25 Yanvar 15:25
Pakistan portalı Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə yayıb
25 Yanvar 15:16
Azərbaycan deputatları AŞPA-nın qış sessiyasında iştirak edəcəklər
25 Yanvar 15:12
Bütün seçiciləri daha güclü Azərbaycan naminə partiyamızın namizədlərinə səs verməyə çağırıram
25 Yanvar 15:03
Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Şatırlı, İkinci Nazırlı, Kürdborakı, Hacılı, Birinci Qazaxlar kəndlərində seçicilərlə görüşüb
25 Yanvar 14:56
Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır”
25 Yanvar 14:22
Azərbaycan Ordusunda Həzi Aslanovun 110 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib
25 Yanvar 13:25
Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib
25 Yanvar 11:47
YAP-ın 11 saylı Qaradağ seçki dairəsindən namizədi Aydın Hüseynovun Ələt qəsəbəsinin sakinləri ilə görüşü keçirilib
25 Yanvar 11:29
Nazirlər Kabinetində icbari sığorta sahəsində qarşıda duran vəzifələr müzakirə edilib
25 Yanvar 11:26
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb
25 Yanvar 11:21
Dilarə Cəbrayılova: Azərbaycanın nüfuzlu Davos İqtisadi Forumu ilə fəal əməkdaşlığı ölkəmizin iqtisadi inkişafı üçün yeni imkanlar açıb
25 Yanvar 11:19
Fevralın 24-dən “Gənclər Paytaxtı 2020” müsabiqəsinin onlayn səsvermə mərhələsi start götürəcək
25 Yanvar 11:17
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub
25 Yanvar 11:15
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ötən ilin yekunları müzakirə olunub
25 Yanvar 11:12
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samuxda və Göygöldə nümayəndəlikləri açılıb
25 Yanvar 11:09
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq
25 Yanvar 10:14
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlaması
25 Yanvar 10:08
Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir
24 Yanvar 18:11
Dövlət Komitəsinin sədri Sabirabadda məcburi köçkünləri qəbul edib
24 Yanvar 18:09
Yeni Azərbaycan Partiyasının Gəncədən olan 4 namizədinin gənclərlə görüşü keçirilib
24 Yanvar 17:43
Deputatlığa namizəd Kamran Bayramov Şəmkirin Mehrili və Abbaslı kəndlərində seçicilərlə görüşüb
24 Yanvar 17:43
Türkiyəli professor: "Azərbaycanda seçici, media və dövlət arasında əlaqə düzgün qurulub"
24 Yanvar 17:40
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Niyazi Tağıyev seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 17:36
Yuli Qusman: "Parlament seçkilərindən sonra da Azərbaycanın demokratik inkişafı davam edəcək"
24 Yanvar 17:28
Mariya Zaxarova: "Parlament seçkilərinin nəticələri dost Azərbaycan xalqının rifahının yaxşılaşmasına xidmət edəcək"
24 Yanvar 17:26
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində “Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirilir
24 Yanvar 17:19
Deputatlığa namizəd Ramil Həsən Ucarda seçicilərlə növbəti görüşlər keçirib
24 Yanvar 17:07
Energetika naziri Siyəzəndə, nazir müavinləri isə Qobustan və Cəlilabadda vətəndaşları qəbul ediblər
24 Yanvar 16:59
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 16:04
“YARAT”da yeni tamaşanın premyerası olacaq
24 Yanvar 15:57
Sabirabadlıların seçimi Əhliman Əmiraslanovdur
24 Yanvar 15:49
Heydər Əliyev Fondunun layihəsi olan “Balaca Şahzadə” növbəti dəfə repertuara salınıb
24 Yanvar 15:40
Deputatlığa namizəd Eldəniz Səlimov Xaçmazda seçicilərlə növbəti görüş keçirib
24 Yanvar 15:36
İmadəddin Nəsimiyə həsr olunmuş “Mənəm, mən...” tamaşası yenidən səhnədə
24 Yanvar 15:34
Seçicilər ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
24 Yanvar 15:31
Bakı məktəblilərinin beynəlxalq yarışlarda əldə etdiyi uğurların sayı artmaqdadır
24 Yanvar 15:26
MSK-nın Şəkidə keçirdiyi regional seminarda seçki mübahisələrinin həllinə dair məsələlər müzakirə olunub
24 Yanvar 15:22
Gəncədə seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair regional müşavirə keçirilib
24 Yanvar 15:12
Ağdaşlılar YAP-ın namizədinə səs verəcəklər
24 Yanvar 14:51
YAP-ın namizədi Kamaləddin Qafarovun təhsil işçiləri ilə görüşü keçirilib
24 Yanvar 14:43
Deputatlığa namizəd Məşhur Məmmədov Masallı rayonu Xırmandalı kəndində seçicilərlə görüşüb
24 Yanvar 14:35
Fikrət Sadıqov: "Cəmiyyətdə seçkilərə maraq kifayət qədər yüksəkdir"
24 Yanvar 14:29
Yeni TV-də qonaq Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa namizədi Məlahət İbrahimqızıdır (VİDEO)
24 Yanvar 14:20
Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub
24 Yanvar 14:15
Prezident İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
24 Yanvar 14:08
Şöhrət Barlas: "Parlament seçkilərindən yalnız müsbət gözləntilərim var”
24 Yanvar 14:04
Azərbaycanda qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur
24 Yanvar 13:58
Prezident İlham Əliyev Davos Forumunun tribunasından Azərbaycan reallıqlarını dünyaya çatdırır
24 Yanvar 13:54
İnanıram ki, 2020-ci il fevral ayının 9-da seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək
24 Yanvar 13:05
Elçin Əhmədov: Prezident İlham Əliyevin Davosdakı görüşləri Azərbaycanın yüksək beynəlxalq nüfuzunun əyani göstəricisidir
24 Yanvar 12:43
Deputatlığa namizəd Fatma Yıldırım növbəti görüşlərini Bərdə rayonunun mədəniyyət və səhiyyə işçiləri ilə keçirib
24 Yanvar 11:46
"Yeni parlamentdə Azərbaycanın daha da inkişafına töhfə verəcək insanların yer alacağına ümid edirəm"
24 Yanvar 11:29
Stefan Şennak: "Əminəm ki, Azərbaycanda parlament seçkiləri ədalət prinsipləri əsasında keçiriləcək"
24 Yanvar 11:15
Moldova MSK-sının və parlamentinin nümayəndələri Azərbaycanda seçkiləri izləyəcəklər

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA