Ana səhifə »  KİVDF »  Azərbaycanın regionlarının enerji təminatı möhkəmlənir
A+   Yenilə  A-
Azərbaycanın regionlarının enerji təminatı möhkəmlənir

Respublika üzrə elektrik şəbəkələrinin qoyuluş gücünün 2015-ci ilin əvvəlindəki 9500 meqavoltamperdən 2017-ci ilin sonunadək 11900 meqavoltamperə çatdırılması nəzərdə tutulub
Son 13 ildə müstəqil Azərbaycanın nail olduğu sürətli sosial-iqtisadi inkişaf dinamikasını həmçinin elektroenergetika sistemindəki yeniliklərin timsalında da aydın şəkildə görmək mümkündür. Bəhs olunan dövrdə Prezident İlham Əliyevin davamlı diqqət və qayğısı sayəsində bütün ölkə boyu son dərəcə müasir elektroenergetika infrastrukturu qurulub. Maddi-texniki bazanın möhkəmləndirilməsi, o cümlədən də innovativ yeniliklərin tətbiqi həm istehsal obyektlərini, həm də bütün ölkə boyu ötürücü və paylayıcı şəbəkələri əhatə edir. Həyata keçirilən yeni layihələrin sayəsində paytaxt Bakıda olduğu kimi, regionlarda da istehlakçıların elektrik enerjisi ilə təchizatında ciddi keyfiyyət dəyişikliyi baş verib. Hazırda Azərbaycanın ən ucqar kəndlərinə belə dayanıqlı enerji ötürülməsində hər hansı bir problem yaşanmır.
Ölkədə yeni generasiya güclərinin yaradılması müstəqil Azərbaycanın böyük uğurudur
Bütün ölkə boyu elektroenergetika sisteminin yenilənməsindən söhbət açarkən yeni generasiya güclərinin yaradılmasının önəmini xüsusi qeyd etmək lazımdır. 2004-cü ildən bəri respublikamızda ümumi istehsal gücü 2400 meqavat olan 26 elektrik stansiyası tikilib, həmçinin çoxlu sayda yarımstansiya istismara verilib, yeni elektrik verilişi xətləri çəkilib. Yeni çəkilən xətlər hesabına respublika ərazisində yüksəkgərginlikli ötürmə xətlərinin ümumi uzunluğu 7600 kilometri ötüb. Nəticədə, Azərbaycanın enerji təminatı əhəmiyyətli dərəcədə möhkəmlənib. Qürurverici haldır ki, hazırda ölkəmiz həm daxili enerji istehlakını bütünlüklə yerli istehsal hesabına təmin edir, eyni zamanda, bu sahədə özünün ixrac imkanlarını daha da artırır. Hazırda Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən respublikada kiçik su elektrik stansiyalarının geniş tətbiq edilməsinə böyük diqqət göstərilir. Bu məqsədlə indiyədək 12 su elektrik stansiyası istifadəyə verilib və daha beş stansiyanın inşası davam etdirilir.
Maddi-texniki bazanın möhkəmləndirilməsi, yeni generasiya güclərinin yaradılması sayəsində Azərbaycan enerji istehsalını getdikcə artırır. “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin məlumatına əsasən, 2017-ci ilin oktyabr ayında “Azərenerji” ASC tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 1,733 milyard kilovat-saat olub. Digər göstəricilər də nikbinlik üçün ciddi əsaslar verir. Elektroenergetika sisteminin tranzit imkanlarının genişləndirilməsi nəticəsində 2017-ci ildə ölkəmiz elektrik enerjisi ixracatında çox yüksək göstəricilərə nail olub.
Regionlarda elektrik enerjisinin ötürülməsi sisteminin dayanıqlılığı daha da artırılır
Mövcud qurğu və avadanlıqlarda, yüksək gərginlikli hava xətlərində mütəmadi olaraq təftişlər aparılması, nasazlıqları aşkar edib profilaktiki tədbirlər görülməsi, habelə payız-qış mövsümünə hazırlıq tədbirlərinin planauyğun şəkildə yerinə yetirilməsi əsas vəzifələrdən biri hesab olunur. “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin məlumatında bildirilir ki, 2017-ci ilin doqquz ayı ərzində yüksəkgərginlikli yarımstansiyalarda və elektrik verilişi xətlərində bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilib. Məlumatda vurğulanır ki, respublikanın elektroenergetika sistemi üçün strateji əhəmiyyətə malik sistem təşkiledici şəbəkə xüsusi diqqət mərkəzində saxlanılır. Belə ki, cari ilin ötən 9 ayı ərzində 500 kV-lik “Abşeron” yarımstansiyasında 3 ədəd 133 MVA gücündə avtotransformatorun yeni tikilən 10 kV-lik qapalı paylayıcı qurğusu sxemə salınıb. 220 kV-lik 7-ci “Abşeron” hava xəttində 2 ədəd tutum gərginlik transformatoru quraşdırılıb. 10 kV-lik II bölmə avadanlıqları-avtotransformatorun və 2 saylı 630 kVA-lıq xüsusi sərfiyyat transformatorunun 10 kV-lik yağ açarları vakuum açarlı yuvalarla, gərginlik transformatorunun yuvası isə yenisi ilə əvəz olunub. 330 kV-lik “İmişli” YS-də 1 və 2 saylı 240 MVA gücə malik avtotransfarmatorların 330 kV-lik tərəfində eleqaz açarlarının quraşdırılmasına başlanılıb. Eyni zamanda, 330 kV-lik “Gəncə” YS-də 1 saylı 200 MVA-lik avtotransformator əsaslı təmir olunub, 1 saylı 200 MVA avtotransfarmatorun yeni tikilən 10 kV-lik qapalı paylayıcı qurğusu sxemə salınıb, 2 saylı 250 MVA-lik avtotransfarmatorun 110 kV-lik cərəyan transformatoru yenisi ilə əvəz olunub. 330 kV “Ağstafa” YS-də 110 kV-lik 1-ci “Ağstafa” HX-nin I, II sistem şinlərində şin ayırıcıları yeniləri ilə əvəz edilib, 330 kV I, II və dolayı şin sistemində izolyatorlar yenilənib, 330 kV-lik 3-cü “Ağstafa” hava xətlərinin boşaldıcıları yeni tipli boşaldıcı ilə əvəz olunub. Bütün bunlarla yanaşı, 220 kV-lik “Səngəçal”, “Hövsan” YS-lərdə şin ayırıcıları, dolayı eleqaz açarları, boşaldıcılar və digər avadanlıqlar yenilənib.
Bəhs olunan dövrdə Regional Elektrik Şəbəkələrin balans mənsubiyyətinə aid olan 110 kV-lik “Binəqədi”, “Ramana”, “Qala”, “Binə” və bir neçə digər yarımstansiyada da müxtəlif təyinatlı təmir işləri həyata keçirilib. Ümumilikdə, son 9 ay ərzində yarımstansiyalarda 145-dən artıq transformator, 510-dan artıq eleqaz, 480 ədəd yağ və 410-dan çox vakuum açarları əsaslı və cari təmir olunub. Yarımstansiyalarda fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlıqların yeniləri ilə əvəz olunması, müasir mühafizə, idarəetmə və avtomatika panellərinin quraşdırılması işləri həyata keçirilib və hazırda bu işlər davam etdirilir.
Avadanlıqlardakı çatışmazlıqların müəyyənləşdirilib aradan qaldırılması üçün 225 ədəd transformator və avtotransformator, 700-dən artıq müxtəlif tipli açar, 1520-yə yaxın boşaldıcı, 760-dan çox gərginlik və cərəyan transformatorunda profilaktik sınaq-yoxlama işləri aparılıb.
2017-ci ilin əvvəlindən bəri Mingəçevir SES-də 110 kV-lik yarımstansiyalarda yeni açıq paylayıcı qurğunun tikintisi ilə əlaqədar, 110 kV-lik 1-ci və 2-ci “Gəncə”, 1-ci və 2-ci “Yevlax”, 1-ci və 2-ci “Şəhər” hava xətlərinin trasında anker və aralıq dayaqlar quraşdırılıb, 220 kV-lik 2-ci “Ağdaş” hava xəttinin Turyançay vadisindən keçən hissəsində hava xəttinin 2,5 km hissəsi yeni əraziyə köçürülüb. Eyni zamanda, 220 kV-lik ikidövrəli “Şimal ES - Zabrat YS” və “Şimal ES - Hövsan YS” hava xətlərinin tikintisi layihəsi üzrə tikinti işləri başa çatdırılıb, 110 kV-lik 3-cü, 4-cü “Ağdaş” hava xətlərinin tikintisi tamamlanıb və hava xətləri şəbəkəyə qoşulub. Bütün bunlarla yanaşı, 330 kV-lik “Qardabani” hava xəttinin ikidövrəli variantda yenidən qurulması, 330 kV-lik “3-cü İmişli” hava xəttinin “Ağ göl” ərazisindən kənara çıxarılması” layihəsi üzrə tikinti işləri davam edir.
Elektrik Verilişi Xətlərində də görülmüş işlərin həcmi kifayər qədər böyükdür. Ümumilikdə, 9 ayda balans mənsubiyyətinə aid olan elektrik verilişi xətləri üzrə 896 km-dən artıq hava xətti əsaslı təmir edilib. Təmir qrafiki çərçivəsində 11 min 400-ə yaxın izolyator, 70-dən artıq dayaq dəyişdirilib, 30-a yaxın dayaq isə təmir olunub.
Paylayıcı şəbəkədə də yeni layihələr reallaşdırılır
Son illərdə respublikanın regionlarında paylayıcı şəbəkədə də intensiv şəkildə yeni layihələr reallaşdırılır. “Azərişıq” ASC tərəfindən regionlarda elektrik təchizatının dayanıqlığını və etibarlılığını təmin etmək məqsədilə 18 ədəd 110 kV-luq, 64 ədəd 35 kV-luq, 2920 ədəd 10-6 kV-luq YS inşa edilib, 17725 km müxtəlif gərginlikli elektrik veriliş xətləri çəkilib, 337982 ədəd dayaq quraşdırılıb. Ümumiyyətlə, son 10 ildə “Azərişıq” ASC-nin balansındakı paylayıcı elektrik şəbəkələrində 40 ədəd 110 kV-luq yarımstansiya tikilib. Yeni 35 kV yarımstansiyaların sayı isə 141-ə çatır. 2006-2017-ci illərdə 4894 transformator və komplekt transformator məntəqəsi inşa olunub, 577514 dayaq quraşdırılıb, 45818 kilometr uzunluğunda hava və kabel xətti çəkilib. Quraşdırılan yeni tipli elektron sayğacların sayı 1621871-ə çatır. Silsilə və kompleks tədbirlər hesabına “Azərişıq” ASC-nin regional elektrik şəbəkələrində texniki itkilər 2017-ci ilin 9 ayının yekununa görə 9,9 faizə endirilib. Respublika üzrə elektrik şəbəkələrinin qoyuluş gücü “Azərişıq” ASC-nin yarandığı 2015-ci ilin əvvəlindəki 9500 meqavoltamperdən 2017-ci ilin sonunadək 11900 meqavoltamperə çatdırılacaq. Faydalı elektrik enerjisinə görə yığım respublika üzrə 87 faiz, Bakı şəhəri üzrə isə 98,3 faiz təşkil edir.
Bu ilin avqust ayında Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilən Şəmkir avtomatik idarəetmə və nəzarət mərkəzinin fəaliyyətə başlaması ilə “Azərişıq” ASC bir ilkə imza atıb. Bu, respublikada ilk dəfə aşağı gərginlikli 10/0,4 kV-luq şəbəkənin avtomatik idarəetmə və nəzarət sistemi layihəsidir. Bu layihənin icrası ilə alçaq gərginlikli və yüksək gərginlikli şəbəkələrdə fasiləsiz və keyfiyyətli elektrik enerjisinə nəzarətin təmin edilməsi, sərfiyyat göstəricilərinin real vaxt rejimində monitorinqi, abonent məmnunluğunun təmin olunması məqsədilə fasiləsiz elektrik enerjisinin parametrlərinə nəzarətin təşkili, 10 və 0,4 kV-luq elektrik şəbəkələrində açma-qoşmaların real vaxt rejimində qeydiyyatının aparılması mümkündür. Bundan başqa, avtomatik idarəetmə və nəzarət mərkəzinin fəaliyyətə başlaması ilə sayğacların göstəricilərinin on-line rejimdə oxunması təmin edilir, insan amili aradan qaldırılıb. Sistem həmçinin qəzaların qarşısını almağa imkan verir.
Enerji təsərrüfatının yenilənməsi Zərdab rayonunda intensiv şəkildə davam etdirilir
İndiyədək “Azərişıq” tərəfindən ayrı-ayrı rayonların paylayıcı şəbəkəsində əsaslı təmir və yenidənqurma işləri uğurla başa çatdırılıb. Hazırda bu istiqamətdə işlər Zərdab rayonunda intensiv şəkildə davam etdirilir. “Azərişıq” ASC-nin sifarişi ilə Asiya İnkişaf Bankının vəsaiti hesabına Ucar yarımstansiyasından çıxan 10 kilovoltluq 1,2 və 4 saylı kənd hava xətlərinin yenidən qurulması işlərinə başlanılıb. Gəlmə, Salahlı və Burunlu kəndlərində transformator məntəqələrindən çıxan açıq elektrik hava xətləri SİR kabel xətləri ilə əvəz olunub.
Ucar-Zərdab hava xəttinin yenidən qurulması işləri başa çatmaq üzrədir. Zərdab elektrik şəbəkəsinin yerləşdiyi ərazidə yeni 35/10 kilovoltluq yarımstansiyanın tikintisi davam etdirilir. 65 kilometr məsafədə hava xətləri və dirəklər dəyişdirilib. 65,4 kilometrdə 0,4 kilovoltluq elektrik naqilləri SİP kabellərlə əvəz olunub. 4 min ağac dayaq dəmir-beton və metal dayaqlarla əvəz olunub. Habelə, rayon ərazisində 31 ədəd yeni transformator quraşdırılıb, Yuxarı Seyidlər, Rəvanlı, Məmmədqasımlı, Alıcanlı, İsaqbağı, Bıçaqçı kəndlərində transformatorlar təmir edilib, şəhərdə, Gödəkqobu və Məmmədqasımlı kəndlərində zədələnən transformatorlar yenisi ilə əvəz olunub.
Gəncə şəhərində ilk dəfə olaraq 110 və 35 kV-luq dairəvi elektrik təchizat sxemi yaradılır
Bu günlərdə Prezident İlham Əliyev Cəncəyə səfəri çərçivəsində burada 2x40 meqavat-amper gücündə 110/35/10 kilovoltluq “Yeni Gəncə” yarımstansiyasının açılışında iştirak edib və dəyərli tövsiyələrini verib. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verib. Bildirilib ki, yarımstansiyanın ümumi sahəsi 11 min kvadratmetr təşkil edir. Burada 110, 35 və 10 kV-luq qapalı paylayıcı qurğular, elektrik avadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatikası, texniki online nəzarət şkafları, açılma və qoşulmaların avtomatik idarəetmə sistemi quraşdırılıb. Yarımstansiya binasının zirzəmisində 35 və 10 kV-luq kabel kanallarının estakadası və şkafları yerləşdirilib. Bununla yanaşı, yarımstansiyanı qidalandıran 110 kV-luq I və II “Yeni Gəncə” hava xətlərinin 24 kilometrlik hissəsi yenidən qurulub. Gəncə şəhərinin mərkəzi hissəsinin 30 faizdən çoxunun elektrik enerjisi ilə təminatında 110/35/10 kV-luq “Yeni Gəncə” yarımstansiyası mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, “Yeni Gəncə” yarımstansiyasından çıxan 10 kV-luq “Yeni Gəncə” və 10 kV-luq IV “Yeni Gəncə” hava xətlərindən 30 min abonent elektrik enerjisi ilə təchiz olunur.
Bununla yanaşı, hazırda inşa olunan 2x10 mVA gücündə 35/10 kV-luq “Məhsəti” yarımstansiyasını qidalandırmaq üçün “Yeni Gəncə” yarımstansiyasından 3,1 kilometr uzunluğunda 35 kV-luq I və II “Məhsəti” kabel, həmçinin 35/10/6 kV-luq “Sənaye Rabitə” yarımstansiyasının qidalandırılması üçün 35 kV-luq I və II “Sənaye-Rabitə” elektrik verilişi xətləri çəkilib. “Yeni Gəncə” yarımstansiyasının hazırda inşa olunan yarımstansiyalarla əlaqələndirilməsi nəticəsində Gəncə şəhərində ilk dəfə olaraq 110 və 35 kV-luq dairəvi elektrik təchizat sxemi yaradılacaq.
“Azərişıq” ASC-dən verilən məlumatda bildirilir ki, ümumilikdə son 2 ildə 89 min abonenti olan Gəncə Elektrik Şəbəkəsinin xidməti ərazisində elektrik təchizatının yaxşılaşdırılması, elektrik enerjisi verilişində yaranan fasilələrin qarşısının alınması məqsədi ilə 35 kV-luq “Nizami” yarımstansiyası inşa olunub, şəhər ərazisində yüksək gərginlikli 110/35 kV-luq hava xəttinin əvəzinə 3,1 kilometr, aşağı gərginlikli 10/6 kv-luq hava xəttinin əvəzinə isə 75,5 kilometr yeraltı kabel və Gəncə şəhərində 4 kilometr 110 kV-luq, 2 kilometr 35 kV-luq, 20,2 kilometr 10/6 kV-luq hava xətləri çəkilib, 305 kilometrdən çox magistral, 92 kilometrə yaxın abonent xətti özünüdaşıyan izolyasiyalı naqillərlə əvəz edilib. Şəhərdə 75 yeni komplekt transformator məntəqəsi, eyni zamanda, 4211 sayğac quraşdırılıb.
“Azərişıq” ASC-nin tətbiq etdiyi yeni “Elektron xəritə” müştəri məmnunluğunu daha da artıracaq
“Azərişıq” ASC-nin qarşıya qoyduğu əsas hədəf müştəri məmnunluğunu təmin etməkdən ibarətdir. Bu məqsədlə qurum tərəfindən ardıcıl şəkildə müxtəlif tədbirlər həyata keçirilir. Əhali və qeyri-əhali istehlakçı qrupuna aid sifarişçilərin enerji təchizatı şəbəkəsinə qoşulması və sayğacların quraşdırılması “Azərişıq” ASC-nin yeni elektron xəritə sistemi vasitəsi ilə həyata keçirilir. Bundan başqa, “Azərişıq” ASC ilə “ASAN xidmət” mərkəzlərinin birgə fəaliyyəti ilə vətəndaşlara göstərilən xidmətdə mütəmadi yeniliklər edilir. Belə yeniliklərdən biri də Səyyar “ASAN Kommunal Xidmət” vasitəsidir. Evinə, bağına və ya tikinti obyektinə işıq çəkdirmək istəyən vətəndaş sənədlərini Səyyar “ASAN Kommunal Xidmət”ə təqdim edir. Qeyd olunan obyekt elektron xəritənin məlumat bazasında müəyyən edilir və şəbəkəyə qoşulması üçün məsafə, lazım olan mal-material, işin həcmi və görüləcək işlərin dəyəri müəyyənləşdirilir. Sifarişçi tərəfindən görüləcək işlərin dəyəri ödənildikdən sonra “Azərişıq” ASC-nin əməkdaşları operativ qaydada göstərilən ünvana yollanır, vətəndaşın obyektinə elektrik enerji xətti çəkilir, abonent üçün sayğac quraşdırılır. Əvvəllər müraciətləri qeydə almaq, araşdırmaq, baxış keçirmək, məsafəni ölçmək, hesablamaq, qoşulma ilə bağlı xərclər, elektrik xəttini çəkmək və elektrik sayğacı quraşdırmaq üçün 10 gün vaxt lazım olurdusa, indi bir iş günü ərzində həllini tapır, şəffaflıq tam təmin olunur.
Qeyd edək ki, “ASAN xidmət”lə “Azərişıq” ASC-nin birgə göstərdiyi xidmətlər təkcə abonentlərin enerji təchizatı şəbəkəsinə qoşulması prosesi ilə yekunlaşmır. Eyni zamanda, abonentlərin elektrik enerjisinə ödənişlərinin (borclarının) araşdırılması, əhali və qeyri-əhali istehlakçısının ad dəyişməsi, üzləşmə aktlarının təqdim olunması, abonentin geniş tarixçəsinin verilməsi, smart kartların bərpası və yenilənməsi və s. xidmətlər göstərilir. Bütün bu müraciətlər “bir pəncərə” prinsipi əsasında təmin olunur.
“Azərişıq” indiyədək müvafiq Strateji Yol Xəritəsi üzrə 11 tədbirin yüksək səviyyədə reallaşdırılmasına nail olub
Məlum olduğu kimi, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən ayrı-ayrı sahələr üzrə genişmiqyaslı hədəflər müəyyənləşdirilib. Şübhə yoxur ki, nəzərdə tutulan tədbirlərin mərhələlər üzrə reallaşdırılması sayəsində paytaxt Bakıda və bölgələrdə əhaliyə kommunal xidmətlər sektorunda əsaslı keyfiyyət dəyişiklikləri baş verəcək ki, sənədin qəbul edilməsində əsas məqsəd də elə bundan ibarətdir.
Artıq bəhs olunan Strateji Yol Xəritəsinin icrası çərçivəsində ilk uğurlar əldə olunub. Xəbər verildiyi kimi, bir qədər bundan əvvəl mətbuatda strateji yol xəritələrinin icra vəziyyətinə dair yarımillik monitorinq və qiymətləndirmə hesabatı dərc edilib. Hesabatda bildirilir ki, 2017-ci ilin ilk altı ayı ərzində “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin 17 faizinin icrası tamamlanıb və 38 faizinin icrası üzrə işlərə başlanılıb.
Strateji Yol Xəritəsinin icrası çərçivəsində konkret istiqamətlər, o cümlədən enerji təchizatı üzrə görülən işlərin miqyası da kifayət qədər genişdir. Sənəddə strateji məqsəd kimi tam şaxələndirilmiş və fasiləsiz ekoloji təmiz elektrik enerjisi istehsalının təmin edilməsi, beynəlxalq göstəricilərə uyğun səmərəlilik və keyfiyyət standartlarının yaradılması, elektrik enerjisi sahəsində məqsədləri reallaşdırmaq üçün əsas hərəkətverici mexanizmlərin işə salınması müəyyənləşdirilib.
Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsində “Azərişıq” ASC-yə aid 3 strateji hədəf, 3 prioritet istiqaməti əhatə edən 11 tədbir üzrə müvafiq işlər yerinə yetirilib. “Azərişıq” ASC tərəfindən 2025-ci ilədək respublika üzrə elektrik enerjisinə olan tələbatın proqnoz göstəricilərinə dair məlumatlar hazırlanaraq “Azərenerji” ASC ilə razılaşdırılıb, həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 2030-cu ilə qədər tikintisi nəzərdə tutulan obyektlərin elektrik enerjisinə olan tələbatının proqnoz göstəriciləri hazırlanaraq Energetika Nazirliyinin işçi qrupuna təqdim edilib.
Regionların enerji təminatının yaxşılaşması həm iqtisadi, həm də sosial əhəmiyyətə malikdir
Azərbaycan regionların tarazlı şəkildə inkişaf etdirilməsini özünün strateji hədəflərindən biri kimi müəyyənləşdirib. Respublikamızda Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları uğurla yerinə yetirilir. Bəhs olunan Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin reallaşdırılması sayəsində Azərbaycanın bölgələrinin siması tamam dəyişib, regionlar da iqtisadi güc amilinə çevrilib. Təbii ki, burada infrastruktur layihələrinin, o cümlədən də enerji təminatının dayanıqlılığının artırılmasının önəmi də kifayət qədər böyükdür. Enerji sektoruna aid obyektlər də daxil olmaqla bütün ölkə boyu infrastruktur layihələri bir qayda olaraq dövlət investisiyaları hesabına reallaşdırılır. Sonradan bu infrastruktur qurğuları regionlarda iqtisadi aktivliyin təmin olunmasında mühüm amilə çevrilir. İnvestorlar yüksək səviyyəli infrastruktur təminatından bəhrələnərək aqrar sektora, regionlarda sənaye obyektlərinin yaradılmasına inamla sərmayələr yönəldirlər.
Bölgələrin infrastruktur təminatının, o cümlədən də enerji təchizatının yaxşılaşması dərin iqtisadi əhəmiyyəti ilə yanaşı, həm də ciddi sosial mahiyyət daşıyır. Zəruri infrastruktur quruculuğu sayəsində kommunal xidmətlər sektorunda paytaxt Bakı ilə regionlar arasında fərq minimuma enib və yaxud tamam aradan qaldırılıb. Regionlarda kommunal xidmətlərlə təchizatın yaxşılaşması isə öz növbəsində insanları, ələlxüsus da gəncləri möhkəm tellərlə öz doğma yurd-yuvalarına bağlayır. Təsadüfi deyil ki, son vaxtlarda respublikanın bölgələrindən paytaxt Bakıya və digər iri şəhərlərə insanların axını səngiyib.
Yeri gəlmişkən onu da vurğulayaq ki, kommunal sektorda görülən işlər də daxil olmaqla ölkə üzrə həyata keçirilən infrastruktur quruculuğu Dünya İqtisadi Forunmunun bu yaxınlarda yaydığı “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda da yüksək dəyərləndirilib. Hesabatda respublikamız infrastruktur indikatoru üzrə mövqeyini 4 pillə yaxşılaşdıraraq 51-ci yerdə qərarlaşıb ki, bu da kifayət qədər uğurlu göstəricidir.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  7830  |  
  • Tarix:  16-11-2017  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir

25 Yanvar 19:52
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru ADA Universitetində mühazirə oxuyub
25 Yanvar 19:45
Qafqaz Müsəlmanları İdarəsinin sədri “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə görüşüb
25 Yanvar 17:32
Saatlıda “Pambıqçılıq 2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
25 Yanvar 17:27
Prezident İlham Əliyev Davos Forumunda Azərbaycanın yeni hökumətinin prioritetlərini açıqlayıb
25 Yanvar 17:17
Əli Əhmədov: Beynəlxalq İqtisadi Forum gündən günə inkişaf edən Azərbaycanın və onun iqtisadiyyatının dünyaya açılması üçün gözəl bir imkandır
25 Yanvar 17:11
Deputatlığa namizəd Fatma Yıldırım Bərdə rayonunda şəhid ailələrini ziyarət edib
25 Yanvar 16:37
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
25 Yanvar 16:31
İnanıram ki, seçicilər gələcəyin partiyası olan YAP-ın namizədlərinə səs verəcəklər
25 Yanvar 16:28
Deputatlığa namizəd Elnur Rəhimovun seçicilərlə növbəti görüşü keçirilib
25 Yanvar 16:24
Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik edib
25 Yanvar 16:22
"Seçkilərin yüksək səviyyədə keçirilməsində məntəqə seçki komissiyaları böyük məsuliyyət daşıyırlar"
25 Yanvar 16:17
Yevlax gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar
25 Yanvar 16:15
Deputatlığa namizəd Səməd Seyidov Qazax rayonunda seçicilərlə görüşlər keçirib
25 Yanvar 16:03
Ermənistan işğal olunmuş ərazilərimizdəki abidələri “bərpa” etmək adı altında erməniləşdirmə siyasəti aparır - BƏYANAT
25 Yanvar 15:59
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonu Bucaq kəndində seçicilərlə görüşüb
25 Yanvar 15:54
Prezident İlham Əliyev Türkiyədəki azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqqında tapşırıq verib
25 Yanvar 15:25
Pakistan portalı Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə yayıb
25 Yanvar 15:16
Azərbaycan deputatları AŞPA-nın qış sessiyasında iştirak edəcəklər
25 Yanvar 15:12
Bütün seçiciləri daha güclü Azərbaycan naminə partiyamızın namizədlərinə səs verməyə çağırıram
25 Yanvar 15:03
Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Şatırlı, İkinci Nazırlı, Kürdborakı, Hacılı, Birinci Qazaxlar kəndlərində seçicilərlə görüşüb
25 Yanvar 14:56
Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır”
25 Yanvar 14:22
Azərbaycan Ordusunda Həzi Aslanovun 110 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib
25 Yanvar 13:25
Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib
25 Yanvar 11:47
YAP-ın 11 saylı Qaradağ seçki dairəsindən namizədi Aydın Hüseynovun Ələt qəsəbəsinin sakinləri ilə görüşü keçirilib
25 Yanvar 11:29
Nazirlər Kabinetində icbari sığorta sahəsində qarşıda duran vəzifələr müzakirə edilib
25 Yanvar 11:26
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb
25 Yanvar 11:21
Dilarə Cəbrayılova: Azərbaycanın nüfuzlu Davos İqtisadi Forumu ilə fəal əməkdaşlığı ölkəmizin iqtisadi inkişafı üçün yeni imkanlar açıb
25 Yanvar 11:19
Fevralın 24-dən “Gənclər Paytaxtı 2020” müsabiqəsinin onlayn səsvermə mərhələsi start götürəcək
25 Yanvar 11:17
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub
25 Yanvar 11:15
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ötən ilin yekunları müzakirə olunub
25 Yanvar 11:12
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samuxda və Göygöldə nümayəndəlikləri açılıb
25 Yanvar 11:09
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq
25 Yanvar 10:14
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlaması
25 Yanvar 10:08
Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir
24 Yanvar 18:11
Dövlət Komitəsinin sədri Sabirabadda məcburi köçkünləri qəbul edib
24 Yanvar 18:09
Yeni Azərbaycan Partiyasının Gəncədən olan 4 namizədinin gənclərlə görüşü keçirilib
24 Yanvar 17:43
Deputatlığa namizəd Kamran Bayramov Şəmkirin Mehrili və Abbaslı kəndlərində seçicilərlə görüşüb
24 Yanvar 17:43
Türkiyəli professor: "Azərbaycanda seçici, media və dövlət arasında əlaqə düzgün qurulub"
24 Yanvar 17:40
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Niyazi Tağıyev seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 17:36
Yuli Qusman: "Parlament seçkilərindən sonra da Azərbaycanın demokratik inkişafı davam edəcək"
24 Yanvar 17:28
Mariya Zaxarova: "Parlament seçkilərinin nəticələri dost Azərbaycan xalqının rifahının yaxşılaşmasına xidmət edəcək"
24 Yanvar 17:26
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində “Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirilir
24 Yanvar 17:19
Deputatlığa namizəd Ramil Həsən Ucarda seçicilərlə növbəti görüşlər keçirib
24 Yanvar 17:07
Energetika naziri Siyəzəndə, nazir müavinləri isə Qobustan və Cəlilabadda vətəndaşları qəbul ediblər
24 Yanvar 16:59
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 16:04
“YARAT”da yeni tamaşanın premyerası olacaq
24 Yanvar 15:57
Sabirabadlıların seçimi Əhliman Əmiraslanovdur
24 Yanvar 15:49
Heydər Əliyev Fondunun layihəsi olan “Balaca Şahzadə” növbəti dəfə repertuara salınıb
24 Yanvar 15:40
Deputatlığa namizəd Eldəniz Səlimov Xaçmazda seçicilərlə növbəti görüş keçirib
24 Yanvar 15:36
İmadəddin Nəsimiyə həsr olunmuş “Mənəm, mən...” tamaşası yenidən səhnədə
24 Yanvar 15:34
Seçicilər ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
24 Yanvar 15:31
Bakı məktəblilərinin beynəlxalq yarışlarda əldə etdiyi uğurların sayı artmaqdadır
24 Yanvar 15:26
MSK-nın Şəkidə keçirdiyi regional seminarda seçki mübahisələrinin həllinə dair məsələlər müzakirə olunub
24 Yanvar 15:22
Gəncədə seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair regional müşavirə keçirilib
24 Yanvar 15:12
Ağdaşlılar YAP-ın namizədinə səs verəcəklər
24 Yanvar 14:51
YAP-ın namizədi Kamaləddin Qafarovun təhsil işçiləri ilə görüşü keçirilib
24 Yanvar 14:43
Deputatlığa namizəd Məşhur Məmmədov Masallı rayonu Xırmandalı kəndində seçicilərlə görüşüb
24 Yanvar 14:35
Fikrət Sadıqov: "Cəmiyyətdə seçkilərə maraq kifayət qədər yüksəkdir"
24 Yanvar 14:29
Yeni TV-də qonaq Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa namizədi Məlahət İbrahimqızıdır (VİDEO)
24 Yanvar 14:20
Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub
24 Yanvar 14:15
Prezident İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
24 Yanvar 14:08
Şöhrət Barlas: "Parlament seçkilərindən yalnız müsbət gözləntilərim var”
24 Yanvar 14:04
Azərbaycanda qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur
24 Yanvar 13:58
Prezident İlham Əliyev Davos Forumunun tribunasından Azərbaycan reallıqlarını dünyaya çatdırır
24 Yanvar 13:54
İnanıram ki, 2020-ci il fevral ayının 9-da seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək
24 Yanvar 13:05
Elçin Əhmədov: Prezident İlham Əliyevin Davosdakı görüşləri Azərbaycanın yüksək beynəlxalq nüfuzunun əyani göstəricisidir
24 Yanvar 12:43
Deputatlığa namizəd Fatma Yıldırım növbəti görüşlərini Bərdə rayonunun mədəniyyət və səhiyyə işçiləri ilə keçirib
24 Yanvar 11:46
"Yeni parlamentdə Azərbaycanın daha da inkişafına töhfə verəcək insanların yer alacağına ümid edirəm"
24 Yanvar 11:29
Stefan Şennak: "Əminəm ki, Azərbaycanda parlament seçkiləri ədalət prinsipləri əsasında keçiriləcək"
24 Yanvar 11:15
Moldova MSK-sının və parlamentinin nümayəndələri Azərbaycanda seçkiləri izləyəcəklər

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA