Ana səhifə »  KİVDF »  Azərbaycanın regionlarında aqrar sektorun davamlı inkişafına nail olmaq üçün zəruri tədbirlər həyata keçirilir
A+   Yenilə  A-
Azərbaycanın regionlarında aqrar sektorun davamlı inkişafına nail olmaq üçün zəruri tədbirlər həyata keçirilir

Fermerlərə verilən subsidiyaların artırılması, dövriyyəyə yeni torpaqların cəlb olunması, kollektiv təsərrüfatların yaradılması, müasir texnikanın alınması, intensiv metodların tətbiqi bu kimi tədbirlər sırasındadır
Ölkəmizin iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən olan aqrar sahənin dinamik inkişafının təmin edilməsi hər zaman diqqət mərkəzindədir. Belə ki, davamlı və hərtərəfli dövlət dəstəyi sayəsində respublikamızda kənd təsərrüfatında əhəmiyyətli artıma nail olunub. Öz növbəsində, görülən tədbirlər, aparılan işlər, sahibkarlara göstərilən dövlət dəstəyi perspektivdə Azərbaycanda aqrar sahənin daha da sürətlə inkişaf edəcəyini proqnozlaşdırmağa imkan verir.
Daha dəqiq desək, ölkənin regionlarında aqrar sektorun davamlı inkişafına nail olmaq məqsədilə zəruri tədbirlər həyata keçirilir. Fermerlərə verilən subsidiyaların artırılması, dövriyyəyə yeni torpaqların cəlb olunması, kollektiv təsərrüfatların yaradılması, müasir texnikanın alınması, intensiv metodların tətbiqi bu kimi tədbirlər sırasındadır. Bütün bunlarla yanaşı, yeni təsərrüfatçılıq metodlarının tətbiqi, müasir aqrar-sənaye müəssisələrinin yaradılması sayəsində regionlarda aqrar sektorun inkişafında yeni mərhələ başlayıb. Eyni zamanda, hazırda respublikamızda iri fermer təsərrüfatlarının yaradılması uğurla həyata keçirilir.
Onu da qeyd edək ki, müvafiq Dövlət proqramlarının uğurla reallaşdırılması da ölkəmizin regionlarda kənd təsərrüfatının inkişafına təkan verib. Belə ki, 2004-cü il fevralın 11-də təsdiqlənmiş və hazırda üçüncüsü icra olunan regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı bölgələrin inkişafında mühüm rol oynayıb. İcra olunmuş iki Dövlət Proqramı əsasında əldə edilmiş nailiyyətlər hazırkı, üçüncü Dövlət Proqramının da regionların inkişafına xüsusi töhfə verəcəyini deməyə əsas verir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməklə yanaşı, kənd təsərrüfatının inkişafına da zəmin yaradıb. Elə ayrı-ayrı rayonlarda aqrar sahənin müxtəlif istiqamətləri üzrə əldə edilən uğurlar da deyilənləri təsdiqləyir.
Yeri gəlmişkən, Şamaxı rayonunda üzüm yığım başa çatıb. Rayonun plantasiyalarından 8399,5 ton məhsul götürülüb. Bu göstərici ötən ildəkindən 2868,2 ton çoxdur. Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan və qəbul olunan “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Artıq rayonda üzüm plantasiyalarının sahəsi 1710 hektara çatıb ki, bunun da 1315 hektarı məhsuldardır. Əksər ərazilərdə, xüsusilə Mədrəsə, Sabir qəsəbələrində, Məlikçobanlı, Çarhan, Kərkənc və bir sıra digər ərazi vahidlərində, o cümlədən “Az-Qranata” MMC-nin Şamaxı təsərrüfatında, “Mədrəsə” MMC-də üzümçülük daha sürətlə inkişaf etdirilir və təsadüfi deyil ki, istehsal olunan məhsulun xeyli hissəsi adları çəkilən ərazi və təsərrüfatların payına düşür. Plantasiyalarda yetişdirilən yeni, məhsuldar üzüm sortları və yüksək texnoloji becərmə işləri bol məhsul istehsalına imkan verir. Təkcə bu il ötən ilə nisbətən hər hektardan məhsuldarlıq 21,1 sentner artıb.
İsmayıllı rayonunun üzümçüləri də məhsul yığımı kampaniyasını müvəffəqiyyətlə başa çatdırıblar. Plantasiyalardan 2560 ton məhsul götürülüb ki, bu da ötənilki göstəricidən 440 ton çoxdur. Vurğulamaq lazımdır ki, hazırda İsmayıllıda 1090 hektar üzüm bağı var. Bunun 888,2 hektarı bar verəndir. Plantasiyalar əsasən Kürdmaşı, Hacıhətəmli, Mollaisaqlı, Qalınçaq ərazi vahidlərinin sahələrindədir. İlkin olaraq avqustun əvvəllərində tez yetişən “Kardinal”, “Prima” süfrə sortları yığılıb. Hər hektardan 50-60 sentner süfrə üzümü götürən sahibkarlar məhsulu rayon, habelə Bakı bazarlarında satıblar. Texniki sortlar isə emal müəssisələrinə təhvil verilib.
İsmayıllı rayonunda fındıqçılığın inkişafı istiqamətində də tədbirlər davam etdirilir. 2016-cı ildə 458,7 hektar, bu ilin yazında isə 142,5 hektar olmaqla, ümumilikdə 601,2 hektar sahədə yeni bağlar salınıb. Hazırda rayonda payızlıq fındıq əkini aparılır. Təkcə Qalaçıq kəndində 37 hektarda yeni bağ salınıb. Fındıq əkini, habelə Gəraybəyli kəndində, İsmayıllı şəhəri ərazisində də davam etdirilir. Ümumiyyətlə, cari ilin sonunadək rayonda 750 hektar sahədə yeni fındıq bağlarının salınması nəzərdə tutulub.
Salyanda da üzüm yığımı başa çatıb. Fermerlər cari mövsümdə üzüm bağlarından 1945 ton məhsul yığıblar. Salyanlı bağbanlar rayonda mövcud olan 954 hektar üzüm bağından 1945 ton məhsul tədarük edilib. Yığılan məhsulun 75-80 faizi süfrə üzümü olub. Qalanını isə texniki sort təşkil edib. Qeyd edilməlidir ki, ötən il üzüm sahələrindən 1109 ton məhsul yığılıb.
Qax rayonunda isə fındıq bağlarında məhsul yığımı yekunlaşıb. Bu il bağlardan 4 min 144 ton məhsul tədarük olunub. Fındıq istehsalı ötən illə müqayisədə 992 ton artıb. Xatırladaq ki, Prezident İlham Əliyevin fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə hazırda rayonda yeni fındıq bağlarının salınması istiqamətində iş davam etdirilir. 2017-ci ilin yaz əkini dövründə rayon ərazisində 513 hektar sahədə yeni fındıq bağları salınıb. Payız mövsümündə isə daha 600 hektar sahədə yeni bağların salınması nəzərdə tutulur. Artıq fındıq pöhrələrinin sahələrə köçürülməsinə başlanılıb. Hazırda Qax rayonunda mövcud fındıq bağlarının ümumi sahəsi 6 min 800 hektardır. Bu bağların 5 min hektarı barverəndir.
Göygöl rayonundakı əkin sahələrindən isə mövsüm ərzində 592 hektardan günəbaxan, 582 hektardan kartof, 456 hektardan tərəvəz, 40 hektardan qarğıdalı, 35 hektardan şəkər çuğunduru, 1 hektardan isə bostan bitkiləri toplanıb. Tarlalardan ötən dövrdə 1210 ton dən üçün günəbaxan, 6 min 323 ton kartof, 4 min 744 ton tərəvəz, 80 ton qarğıdalı, 1597 ton şəkər çuğunduru, 10 ton isə bostan bitkisi yığılıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bostan bitkiləri istisna olmaqla dən üçün günəbaxan bitkisi 634 ton və ya 2,1 dəfə, kartof bitkisi 3 min 687 ton və ya 36,8 faiz, tərəvəz 1114 ton və ya 19 faiz, dən üçün qarğıdalı isə 24 ton və ya 42,9 faiz çox istehsal olunub.
İqtisadiyyatının əsasını həm də kartofçuluğun təşkil etdiyi Gədəbəy rayonunda bu sahənin daha da inkişaf etdirilməsi məqsədilə məhsul istehsalçılarına lazımi diqqət və qayğı göstərilir. Bu il rayon üzrə 11 min 963 hektar sahədə kartof əkilib. Sahələrdən məhsul yığımı dövründə 127 min 107 ton kartof tədarük edilib. Bu ötən illə müqayisədə 18 min 50 ton çoxdur. Məhsuldarlıq isə hər hektara görə 107 sentner təşkil edib. Bu da ötən ilin məhsuldarlığı ilə müqayisədə 17,5 sentner çoxdur.
Respublikanın iri kartofçuluq rayonlarından sayılan Tovuzda sahibkarlar bu il 7375 hektar sahədə bol məhsul yetişdiriblər. Sahibkarlar artıq 7373 hektar sahənin kartofunu yığıblar. Sahələrdən ümumilikdə 169 min 686 ton məhsul yığılıb. Hər hektardan orta məhsuldarlıq 230,1 sentner təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,2 sentner çoxdur.
Ağsu rayonunda da kartof yığımı başa çatıb, sahələrdən 1370 ton məhsul götürülüb. Qeyd edilməlidir ki, bölgədə kartofçuluğa maraq ildən-ilə artır. Təsadüfi deyildir ki, cari mövsümdə əkin sahələri 16 hektar artaraq 168 hektara çatıb. Torpaq mülkiyyətçiləri bu il sahələrdən ötən ildəkindən 140 ton çox məhsul yığıblar.
Vurğulayaq ki, kartofçuluq rayonda qeyri-ənənəvi sahə hesab olunur. Lakin ilboyu yerli bazarlarda kartofa tələbat çox olduğundan bu sahəyə maraq getdikcə artır. Son illər rayonun dağətəyi ərazilərində, o cümlədən Padar, Qaraqoyunlu, dağlıq ərazilər olan Kalva, Nuran, Gürcüvan və bir sıra digər yaşayış məntəqələrində sakinlər kartof əkin sahələrini ildən-ilə artırırlar.
Bu il Şəmkir rayoynunda bibər əkininə də maraq artmaqdadır. Şəmkir rayonunun Sarıtəpə kənd sakini, sahibkar Əli Ələkbərov bildirib ki, 50 sot sahədə bibər əkib. Sahədə acı, şirin və qırmızı bibər becərilib. Əkinə bol su verildiyindən və aqrotexniki qulluq göstərildiyindən yaxşı məhsul yetişib. Təxminən hər yığımda sahibkara 200-250 manat qazanc verən bibərin gələn il daha geniş ərazidə əkilməsi nəzərdə tutulur.
Bərdə rayonunda kənd təsərrüfatı məhsulları istehsalının artım dinamikası əvvəlki illərdə olduğu kimi, 2017-ci ildə də davam edib. Bu ilin doqquz ayında rayonda 149,8 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 12,4 faiz çoxdur. İstehsal olunan məhsulun 94,5 milyon manatı heyvandarlıq, 55,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür. Bundan başqa 1672,5 ton qarğıdalı, 1991 kartof, 37 min 500 ton tərəvəz, 28 min 200,3 ton bostan məhsulları, 550,6 ton dən üçün günəbaxan, 12 min 777 ton şəkər çuğunduru, 7261 ton meyvə istehsal olunub. Fermerlər 2018-ci ilin məhsulu üçün əkin-səpin işlərini də davam etdirirlər. Cari ilin payızlıq əkinləri üçün 6425 hektar sahədə şum qaldırılıb, gələn ilin məhsulu üçün 195 hektar sahədə payızlıqlar səpilib.
Lənkəran Dövlət Universitetində (LDU) isə aqraryönümlü ixtisaslarda tədrisin əyaniliyinə nail olmaq, tələbələrdə praktik vərdişləri formalaşdırmaq, elmlə təcrübəni uzlaşdırmaq məqsədi ilə çay plantasiyası salınır. LDU-nun yardımçı təsərrüfatında 0,50 hektar sahədə 12 min çay şitili əkilib. Əkin prosesində fəal iştirak edən tələbələrə əkin texnologiyası, bitkiyə aqrotexniki qulluq, becərmə və suvarmanın təşkili barədə ətraflı məlumat verilib. Qeyd edək ki, universitetdə bu il 1 hektara yaxın sahədə çay plantasiyasının salınması planlaşdırılıb. Böyük ixrac potensialı olan, dünya və daxili bazarda qiyməti və istehlak tələbatı artan çayçılığın inkişafı gələcəkdə LDU-ya həm də gəlir gətirə bilər. LDU-nun yardımçı təsərrüfatında, həmçinin 5 hektar sahədə sitrus bağlarının salınması və digər əkinlərin keçirilməsi də nəzərdə tutulub.
Pərviz SADAYOĞLU

 
  • Oxunub:  6930  |  
  • Tarix:  17-11-2017  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir

25 Yanvar 19:52
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru ADA Universitetində mühazirə oxuyub
25 Yanvar 19:45
Qafqaz Müsəlmanları İdarəsinin sədri “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə görüşüb
25 Yanvar 17:32
Saatlıda “Pambıqçılıq 2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
25 Yanvar 17:27
Prezident İlham Əliyev Davos Forumunda Azərbaycanın yeni hökumətinin prioritetlərini açıqlayıb
25 Yanvar 17:17
Əli Əhmədov: Beynəlxalq İqtisadi Forum gündən günə inkişaf edən Azərbaycanın və onun iqtisadiyyatının dünyaya açılması üçün gözəl bir imkandır
25 Yanvar 17:11
Deputatlığa namizəd Fatma Yıldırım Bərdə rayonunda şəhid ailələrini ziyarət edib
25 Yanvar 16:37
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
25 Yanvar 16:31
İnanıram ki, seçicilər gələcəyin partiyası olan YAP-ın namizədlərinə səs verəcəklər
25 Yanvar 16:28
Deputatlığa namizəd Elnur Rəhimovun seçicilərlə növbəti görüşü keçirilib
25 Yanvar 16:24
Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik edib
25 Yanvar 16:22
"Seçkilərin yüksək səviyyədə keçirilməsində məntəqə seçki komissiyaları böyük məsuliyyət daşıyırlar"
25 Yanvar 16:17
Yevlax gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar
25 Yanvar 16:15
Deputatlığa namizəd Səməd Seyidov Qazax rayonunda seçicilərlə görüşlər keçirib
25 Yanvar 16:03
Ermənistan işğal olunmuş ərazilərimizdəki abidələri “bərpa” etmək adı altında erməniləşdirmə siyasəti aparır - BƏYANAT
25 Yanvar 15:59
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonu Bucaq kəndində seçicilərlə görüşüb
25 Yanvar 15:54
Prezident İlham Əliyev Türkiyədəki azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqqında tapşırıq verib
25 Yanvar 15:25
Pakistan portalı Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə yayıb
25 Yanvar 15:16
Azərbaycan deputatları AŞPA-nın qış sessiyasında iştirak edəcəklər
25 Yanvar 15:12
Bütün seçiciləri daha güclü Azərbaycan naminə partiyamızın namizədlərinə səs verməyə çağırıram
25 Yanvar 15:03
Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Şatırlı, İkinci Nazırlı, Kürdborakı, Hacılı, Birinci Qazaxlar kəndlərində seçicilərlə görüşüb
25 Yanvar 14:56
Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır”
25 Yanvar 14:22
Azərbaycan Ordusunda Həzi Aslanovun 110 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib
25 Yanvar 13:25
Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib
25 Yanvar 11:47
YAP-ın 11 saylı Qaradağ seçki dairəsindən namizədi Aydın Hüseynovun Ələt qəsəbəsinin sakinləri ilə görüşü keçirilib
25 Yanvar 11:29
Nazirlər Kabinetində icbari sığorta sahəsində qarşıda duran vəzifələr müzakirə edilib
25 Yanvar 11:26
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb
25 Yanvar 11:21
Dilarə Cəbrayılova: Azərbaycanın nüfuzlu Davos İqtisadi Forumu ilə fəal əməkdaşlığı ölkəmizin iqtisadi inkişafı üçün yeni imkanlar açıb
25 Yanvar 11:19
Fevralın 24-dən “Gənclər Paytaxtı 2020” müsabiqəsinin onlayn səsvermə mərhələsi start götürəcək
25 Yanvar 11:17
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub
25 Yanvar 11:15
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ötən ilin yekunları müzakirə olunub
25 Yanvar 11:12
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samuxda və Göygöldə nümayəndəlikləri açılıb
25 Yanvar 11:09
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq
25 Yanvar 10:14
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlaması
25 Yanvar 10:08
Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir
24 Yanvar 18:11
Dövlət Komitəsinin sədri Sabirabadda məcburi köçkünləri qəbul edib
24 Yanvar 18:09
Yeni Azərbaycan Partiyasının Gəncədən olan 4 namizədinin gənclərlə görüşü keçirilib
24 Yanvar 17:43
Deputatlığa namizəd Kamran Bayramov Şəmkirin Mehrili və Abbaslı kəndlərində seçicilərlə görüşüb
24 Yanvar 17:43
Türkiyəli professor: "Azərbaycanda seçici, media və dövlət arasında əlaqə düzgün qurulub"
24 Yanvar 17:40
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Niyazi Tağıyev seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 17:36
Yuli Qusman: "Parlament seçkilərindən sonra da Azərbaycanın demokratik inkişafı davam edəcək"
24 Yanvar 17:28
Mariya Zaxarova: "Parlament seçkilərinin nəticələri dost Azərbaycan xalqının rifahının yaxşılaşmasına xidmət edəcək"
24 Yanvar 17:26
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində “Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirilir
24 Yanvar 17:19
Deputatlığa namizəd Ramil Həsən Ucarda seçicilərlə növbəti görüşlər keçirib
24 Yanvar 17:07
Energetika naziri Siyəzəndə, nazir müavinləri isə Qobustan və Cəlilabadda vətəndaşları qəbul ediblər
24 Yanvar 16:59
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 16:04
“YARAT”da yeni tamaşanın premyerası olacaq
24 Yanvar 15:57
Sabirabadlıların seçimi Əhliman Əmiraslanovdur
24 Yanvar 15:49
Heydər Əliyev Fondunun layihəsi olan “Balaca Şahzadə” növbəti dəfə repertuara salınıb
24 Yanvar 15:40
Deputatlığa namizəd Eldəniz Səlimov Xaçmazda seçicilərlə növbəti görüş keçirib
24 Yanvar 15:36
İmadəddin Nəsimiyə həsr olunmuş “Mənəm, mən...” tamaşası yenidən səhnədə
24 Yanvar 15:34
Seçicilər ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
24 Yanvar 15:31
Bakı məktəblilərinin beynəlxalq yarışlarda əldə etdiyi uğurların sayı artmaqdadır
24 Yanvar 15:26
MSK-nın Şəkidə keçirdiyi regional seminarda seçki mübahisələrinin həllinə dair məsələlər müzakirə olunub
24 Yanvar 15:22
Gəncədə seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair regional müşavirə keçirilib
24 Yanvar 15:12
Ağdaşlılar YAP-ın namizədinə səs verəcəklər
24 Yanvar 14:51
YAP-ın namizədi Kamaləddin Qafarovun təhsil işçiləri ilə görüşü keçirilib
24 Yanvar 14:43
Deputatlığa namizəd Məşhur Məmmədov Masallı rayonu Xırmandalı kəndində seçicilərlə görüşüb
24 Yanvar 14:35
Fikrət Sadıqov: "Cəmiyyətdə seçkilərə maraq kifayət qədər yüksəkdir"
24 Yanvar 14:29
Yeni TV-də qonaq Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa namizədi Məlahət İbrahimqızıdır (VİDEO)
24 Yanvar 14:20
Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub
24 Yanvar 14:15
Prezident İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
24 Yanvar 14:08
Şöhrət Barlas: "Parlament seçkilərindən yalnız müsbət gözləntilərim var”
24 Yanvar 14:04
Azərbaycanda qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur
24 Yanvar 13:58
Prezident İlham Əliyev Davos Forumunun tribunasından Azərbaycan reallıqlarını dünyaya çatdırır
24 Yanvar 13:54
İnanıram ki, 2020-ci il fevral ayının 9-da seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək
24 Yanvar 13:05
Elçin Əhmədov: Prezident İlham Əliyevin Davosdakı görüşləri Azərbaycanın yüksək beynəlxalq nüfuzunun əyani göstəricisidir
24 Yanvar 12:43
Deputatlığa namizəd Fatma Yıldırım növbəti görüşlərini Bərdə rayonunun mədəniyyət və səhiyyə işçiləri ilə keçirib
24 Yanvar 11:46
"Yeni parlamentdə Azərbaycanın daha da inkişafına töhfə verəcək insanların yer alacağına ümid edirəm"
24 Yanvar 11:29
Stefan Şennak: "Əminəm ki, Azərbaycanda parlament seçkiləri ədalət prinsipləri əsasında keçiriləcək"
24 Yanvar 11:15
Moldova MSK-sının və parlamentinin nümayəndələri Azərbaycanda seçkiləri izləyəcəklər

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA