Ana səhifə »  KİVDF »  Regionların təbii qazla təmin edilməsi prosesi ardıcıl xarakter daşıyır
A+   Yenilə  A-
Regionların təbii qazla təmin edilməsi prosesi ardıcıl xarakter daşıyır

Respublikanın ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində məqsədyönlü tədbirlər görülür
Müasir Azərbaycanın mənzərəsini səciyyələndirən əsas cəhətlərdən biri də ölkənin regionlarının tarazlı inkişafının təmin edilməsi ilə bağlıdır. Vurğulamaq lazımdır ki, 2004-cü ildən etibarən böyük uğurla reallaşdırılan və hazırda üçüncüsü icra edilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları respublikanın bütün bölgələrinin potensialından daha səmərəli istifadə olunmasında, ənənələrin dirçəlməsində, yerlərdə məşğulluq probleminin aradan qaldırılmasında, mədəni mühitin təmin olunmasında mühüm rol oynayıb. Son illərdə bölgələrdə ardıcıllıqla və yüksək səviyyədə həyata keçirilən, həmçinin bütün sahələri əhatə edən infrastruktur layihələri sayəsində Azərbaycan ən müasir dünya standartları səviyyəsində qurulan infrastruktur təminatına malik ölkəyə çevrilib. Məhz bu kontekstdə son 14 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər sırasında bölgələrin qazlaşdırılması ilə bağlı layihələrin əhəmiyyətini xüsusilə vurğulamaq lazımdır. Yeri gəlmişkən, “Azəriqaz” çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. Görülmüş işlərin nəticəsidir ki, bu ilin yanvar-oktyabr ayları ərzində birliyin operativ fəaliyyətinin nəticəsi olaraq, hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılıb və müvafiq sənədləri təqdim etmiş 355 çoxmərtəbəli binanın qazının açılması təmin olunub. Bu isə ümumilikdə 16 min 893 mənzili əhatə edir. Ümumiyyətlə, “Azəriqaz” qazın satışı ilə məşğul olan bir qurum olaraq zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə qaz açılmasının təmin olunmasında hər zaman maraqlıdır.
Qeyd etmək lazımdır ki, regionların qazlaşdırılması prosesi də uğurla davam etməkdədir. Məsələn, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq noyabrın 8-də Dövlət Bayrağı günü ərəfəsində Ağcabədi rayonunun Qaravəlli kəndinə ilk dəfə təbii qaz verilib. 732 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 4 min 22 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 33 min 737 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
“Azəriqaz” İstehsalat Birliyi tərəfindən Xaçmaz rayonunun üç kəndində də sakinlərin “mavi yanacaq”la təchizatının yaxşılaşdırılması üçün yeni qaz xəttinin çəkilişinə başlanılıb. Tikinti işləri yekunlaşdıqdan sonra Dədəli, Palıdlı və Qusarçay kəndlərində yaşayan 3 minə yaxın abonentin yüksəktəzyiqli təbii qazla təchizatı təmin olunacaq. Yaşayış məntəqələrində qazın təzyiqi aşağı olduğundan yeni mənbədən 3 min 100 metr məsafədən polietilen borularla yeraltı xətt çəkilir. Qaz xəttinin çəkilişinin noyabrın 20-dək yekunlaşdırılması gözlənilir.
Goranboy rayonunun Sarov kəndinə də ilk dəfə təbii qaz verilib. 193 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 4 min 17 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 15 min 572 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Hazırda rayonun Yəhərçi Qazaxlar, Yolpaq və Goranlı kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın vaxtda tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin olunacaq.
Bununla yanaşı, Masallının Xanalion kəndinə də 34 ildən sonra təbii qaz verilib. 1982-ci ildə kəndə verilən təbii qaz bir il sonra dayandırılmışdı. Xanalion kəndinin qazlaşdırılması məqsədilə müxtəlif diametrli borularla 20 min paqonmetr qaz xətti çəkilib, 289 evdə fərdi qaz sayğacı quraşdırılıb.
Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq Lerik rayonunun Murya və Əvilə kəndlərinə də təbii qaz verilib. Bu münasibətlə keçirilən mərasimdə kənd sakinləri əhalinin sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qaz təchizatından söz düşmüşkən vurğulamaq yerinə düşər ki, bu ilin ötən 9 ayı ərzində qazlaşdırma ilə bağlı tədbirlər uğurla davam etdirilib. Belə ki, 2017-ci ilin 9 ayı ərzində Daşkəsən rayonunun Qazax Yolçular kəndində 109, Qaraqollar kəndində 100 abonent təbii qazla təmin olunub. Xoşbulaq kəndinə isə təbii qaz xəttinin çəkilişi davam edir.
Cəlilabad rayonunun Gülməmmədli kəndində isə 373 abonentə təbii qaz verilib. Eləcə də Oğuz rayonunun Xaçmaz-Qışlaq kəndinə qaz xətti çəkilərək, 142 abonent “mavi yanacaq”la təmin olunub. Cari ilin doqquz ayında Şamaxı rayonunda ən ucqar yaşayış məntəqələrindən olan Dəmirçi kəndi də qazlaşdırılıb.
Hacıqabul rayonunun bütün yaşayış məntəqələrinin təbii qazla təminatı da tam həyata keçirilib. Belə ki, bu ilin 9 ayı ərzində Hacıqabul Qaz Xidməti sahəsi tərəfindən istehlakçılara dəyəri 3407085,76 manat olan 23467184 kubmetr qaz satılıb. 117 ədəd fərdi yaşayış evlərində yeni qazlaşdırma işi görülüb, 483 ədəd smart kart tipli sayğaclar nasaz işlədiyi üçün yenisi ilə əvəz olunub.
Kürdəmir rayonunda da müvafiq Dövlət Proqramına uyğun olaraq “Azəriqaz” İstehsalat Birliyinin Kürdəmir Xidmət Sahəsi tərəfindən 2017-ci ilin 9 ayında qaz təchizatı sahəsində bir sıra işlər yerinə yetirilib, əhalinin və rayon iqtisadiyyatının təbii qaz yanacağı ilə təminatının yaxşılaşdırılması istiqamətində nəzərdə tutulan əsas tədbirlər həyata keçirilib. Hesabat dövründə istifadə edilmiş təbii qazın dəyəri rayon üzrə 97,2 faiz ödənilib. 2017-ci ilin 9 ayında xidmət sahəsi qaz təchizatı mənbələrindən 24,2 milyon m3 təbii qaz alıb, xidmət sahəsinin müxtəlif yerlərində olan qaz sızmaları 3110 dəfə vaxtında aradan qaldırılaraq qaz itkilərinin qarşısı alınıb. Eləcə də müxtəlif diametrli 850 p/m qaz xətti təmir olunub, 8 ədəd qaztənzimləyici şkaf quraşdırılıb, xidmət sahəsində olan 112 ədəd qaz tənzimləyicilərinə və 820 ədəd siyirtmələrə hər ay texniki xidmət göstərilib. Rayonun Xırdapay, Atakişili kəndində və şəhərin H.Hüseynov və Azərbaycan küçələrində ümumilikdə 875 p/m qaz xətti çəkilib. Rayonda 2017-ci ilin ötən 9 ayında yeni qeydiyyata alınan 308 abonentə sayğaclar quraşdırılıb. Rayonun 56 yaşayış məntəqəsi tam qazlaşdırılıb, Muradxan və Mollakənd kəndlərində işlərin 80 faizə qədəri görülüb. Bu işlərin yaxın vaxtlarda başa çatdırılacağı gözlənilir.
Eləcə də Qazax rayonunda abonentlərin təbii qazla təminatı istiqamətində mühüm addımlar atılır. Bilindiyi kimi, Qazax rayonunun bütün yaşayış məntəqələri təbii qazla təmin olunub. Şəmkir RQİİ-nin Qazax Xidmət Sahəsi tərəfindən bu ilin 9 ayında 106 nəfər yeni abonent təbii qazla təmin olunub. 587 ədəd məişət qaz sayğacları yeniləri ilə, 126 ədəd mexaniki qaz sayğacı Smart tipli sayğaclarla əvəz olunub. Rayon ərazisində 1527 p/m qaz xətləri korroziyaya uğradığına görə yenisi ilə əvəz edilib, müxtəlif diametrli 2595 p/m qaz xətti torpaq altından çıxarılaraq dayaq üzərinə qaldırılıb, 6360 p/m qaz xətləri rənglənib. Rayon ərazisində 13 ədəd müasir tipli qaztənzimləyici şkaflar (ŞQTM) quraşdırılıb. Əhali abonentlərə satılmış qazın dəyəri 2451858 manat, yığım isə 2759724 manat olmaqla 112,6 faiz yerinə yetirilib.
Saatlı rayonunda da abonentlərin təbii qaz təminatının yaxşılaşdırılması məqsədi ilə mühüm işlər aparılır. Verilən məlumata görə, Saatlı şəhərinin Şəhriyar, H.B.Zərdabi, M.Əzizov, Q.Qarayev, M.Əliyev, Nəsimi küçələrində qaz boru xətləri yenilənib, 68 ədəd qaztənzimləyici şkaflarda, 771 ədəd siyirtmələrdə profilaktik tədbirlər görülüb və 4223 nöqtədə qaz sızması ləğv edilib.
Samux rayonunda da əhalinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində işlər görülməkdədir. Qeyd edək ki, hazırda rayonun 30 yaşayış məntəqəsində mavi yanacaqdan istifadə olunur. Bu isə rayon üzrə 85,7 faiz yaşayış məntəqəsinin təbii qazla təmin olunması deməkdir. Bu ilin 9 ayı ərzində rayonun Qarayeri qəsəbəsində diametri 57 mm-lik 570 p/m və diametri 76 mm-lik 590 p/m uzunluğunda qaz xətti çəkilərək rənglənib. Sərkar, Çobanabdallı və Əlibayramlı kəndlərində bir ədəd qaztənzimləyici məntəqə quraşdırılıb. Çobanabdallı, Qarabağlar və Əhmədbəyli kəndlərində yol kənarında olan qaz xətləri əsaslı təmir edilib. Qeyd olunan hesabat dövründə 195 yeni abonent təbii qazla təmin edilib, 531 qaz sayğacı yenisi ilə əvəz olunub.
İmişli rayonunda da bu ilin 9 ayında qaz təchizatı ilə bağlı problemlərin həlli istiqamətində əsaslı tədbirlər görülüb. Regional Qaz İstismarı İdarəsinin İmişli Xidmət sahəsi tərəfindən rayonda 2017-ci ilin 9 ayında 6072 yeni fərdi ev, 12 qeyri-əhali sektorunu təmsil edən obyekt qazlaşdırılaraq istismara təhvil verilib. Beləliklə, bu ilin oktyabr ayına qədər İmişli rayonunda təbii qaz istehlakçılarının əhali sektoru üzrə ümumi sayı 24467 nəfər təşkil edir. Qeyri-əhali sektoru üzrə isə abonent sayı 103 olub. Rayonun 36 yaşayış məntəqəsinin tam qazlaşdırılması təmin edilib, Çahar, Gövhərli, Xubyarlı, Məzrəli, Çaxırlı, Mirili, Qaravəlili kəndlərində isə qaz çəkilişi işləri başa çatdırılaraq əhalinin istifadəsinə verilib. Bundan əlavə, şəhərin bir neçə küçəsində fərdi qaztəmizləyici, siyirtmə və ŞQTM quraşdırılıb, qaz xətlərində təmir işləri aparılıb.
Pərviz SADAYOĞLU

 
  • Oxunub:  6540  |  
  • Tarix:  21-11-2017  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu

22 Yanvar 11:53
MSK Milli Məclisə seçkilərlə əlaqədar bülletenlərin çapına yaxın günlərdə başlayacaq
22 Yanvar 11:42
Əli Əhmədov: Azərbaycan islahatlara açıq ölkədir
22 Yanvar 11:38
Seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda layihəyə start verilib
22 Yanvar 11:31
Məzahir Pənahov: “İndiyə qədər MSK-ya 32 şikayət daxil olub”
22 Yanvar 11:25
Bu gün xalqımızın igid oğlu, general-mayor Həzi Aslanovun anadan olmasının 110 illik yubileyidir
22 Yanvar 11:23
Tieri Mariani: “Yeni tərkibli parlament ölkənin gələcək inkişafında mühüm rol oynayacaq”
22 Yanvar 11:16
19 saylı Nərimanov I seçki dairəsinin məntəqələri bütün zəruri avadanlıqlarla təmin olunub
22 Yanvar 11:13
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi vətəndaşların müraciətlərini dinləyib
22 Yanvar 10:07
IDEA İctimai Birliyi vətəndaşlara müraciət edib
21 Yanvar 22:58
Gürcüstan Parlamentinin sədri Azərbaycanın Müdafiə naziri ilə görüşüb
21 Yanvar 22:46
Arye Qut: Qanlı Qara Yanvar Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinin mərdlik və qəhrəmanlıq səhifəsidir
21 Yanvar 22:41
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda aparılan uğurlu islahatları yüksək qiymətləndirir
21 Yanvar 22:11
Prezident İlham Əliyev Davosda Xorvatiya Respublikasının Baş Naziri Andrey Plenkoviç ilə görüşüb
21 Yanvar 21:52
Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb
21 Yanvar 21:33
Prezident İlham Əliyev Davosda Türkiyənin Xarici İşlər naziri ilə görüşüb
21 Yanvar 20:47
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
21 Yanvar 20:32
"Signify" şirkətinin baş icraçı direktoru ilə görüşdə Azərbaycana yeni texnologiyaların gətirilməsi məsələsi müzakirə olunub
21 Yanvar 18:56
Azərbaycanın Müdafiə naziri Tbilisidə Qəhrəmanlar meydanını ziyarət edib
21 Yanvar 18:31
70 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizəd Məşhur Məmmədovun qadın seçicilərlə görüşü keçirilib
21 Yanvar 18:27
13 saylı Xəzər - Pirallahı seçki dairəsindən namizədliyi irəli sürülmüş Rauf Əliyevin Pirallahı qəsəbəsində ağsaqqal və ziyalı seçiciləri ilə görüşü keçirildi
21 Yanvar 18:26
Mustafa Şəntop: Türkiyə Dağlıq Qarabağ münaqişəsini özünün də çox ciddi problemi hesab edir
21 Yanvar 18:19
38 saylı dairənin seçiciləri: Birmənalı olaraq Naqif Həmzəyevə səs verəcəyik
21 Yanvar 18:15
Mövlud Çavuşoğlu: Türkiyənin məqsədi Liviyada daimi atəşkəsi təmin etməkdir
21 Yanvar 18:14
Səhər yuxudan oyanan kimi su için!
21 Yanvar 18:11
Milli Məclisə seçkilərlə əlaqədar 112 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
21 Yanvar 18:09
MSK: "95 nəfər namizədliyini geri götürərək mübarizəsini dayandırıb"
21 Yanvar 17:59
Deputatlığa namizəd Vüqar İskəndərov Şəki şəhərində Qarabağ qaziləri və şəhid ailələri ilə görüşüb
21 Yanvar 17:51
MSK sədri: "1542 nəfərin namizədliyi qeydə alınıb"
21 Yanvar 17:20
YAP tərəfindən 48 saylı Yevlax seçki dairəsindən deputatlığa namizəd İlham Məmmədovun seçicilərlə görüşü keçirilib
21 Yanvar 17:01
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüş keçirib
21 Yanvar 17:00
Yol hərəkəti təhlükəsizliyinin vəziyyəti müzakirə olunub
21 Yanvar 16:47
Azərbaycan və Gürcüstanın Müdafiə nazirlikləri arasında 2020-ci il üçün ikitərəfli əməkdaşlıq Planı imzalanıb
21 Yanvar 16:44
Ağdaş seçiciləri: Hər zaman yanımızda olan YAP-ın namizədinə səs verəcəyik
21 Yanvar 16:40
Vüsal Qasımlı: Azərbaycan Davos platformasından səmərəli istifadə edir
21 Yanvar 16:35
YAP-ın namizədi Emin Hacıyev Sumqayıt şəhərində seçicilərlə görüşüb
21 Yanvar 16:34
Azərbaycan ilə Dubay aqroturizm sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib
21 Yanvar 16:30
91 saylı Ucar seçki dairəsi üzrə YAP tərəfindən namizədliyi irəli sürülmüş Ramil Həsənin seçicilərlə görüşləri keçirilib
21 Yanvar 16:28
Zakir Həsənov: Azərbaycan və Gürcüstan həm ikitərəfli, həm də üçtərəfli formatlarda səmərəli əməkdaşlıq edir
21 Yanvar 16:22
Türkiyəli politoloq: “Azərbaycanda demokratik seçki ənənəsi formalaşıb”
21 Yanvar 16:06
YAP-ın 103 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizədi Sevinc Hüseynova Kiçik Qaramurad və Parakənd kəndlərinin seçiciləri ilə görüşüb
21 Yanvar 15:54
Anadolu Agentliyi 20 Yanvar faciəsi ilə bağlı infoqrafika hazırlayıb
21 Yanvar 15:50
ABŞ Konqresinin daha bir üzvü 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanat verib
21 Yanvar 15:34
MDB müşahidəçilər missiyası XİN, DİN və Baş Prokurorluqda görüş keçirəcək
21 Yanvar 15:21
68 saylı Cəlilabad kənd seçki dairəsində 74 müşahidəçi qeydiyyatdan keçib
21 Yanvar 15:02
Azərbaycanın Müdafiə naziri Tbilisidə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib
21 Yanvar 14:58
Akademik Musiqili Teatrın səhnəsində “Fransızsayağı qarnir” təqdim olunacaq
21 Yanvar 14:54
Multikulturalizm Mərkəzi 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş konfrans keçirib
21 Yanvar 14:51
Bakıda “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda beynəlxalq simpozium keçiriləcək
21 Yanvar 14:46
AŞPA nümayəndə heyəti sabah Azərbaycana gələcək
21 Yanvar 14:39
Dünya Səhiyyə Təşkilatı yanvarın 22-də təcili iclas çağırır
21 Yanvar 14:30
WhatsApp-da reklam göstərilməyəcək
21 Yanvar 14:26
Somalidə törədilən partlayış zamanı yaralananlar Türkiyəyə gətirilib
21 Yanvar 14:18
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonunda seçicilərlə görüşüb
21 Yanvar 14:15
Şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundovanın anadan olmasından 96 il ötür
21 Yanvar 14:07
Deputatlığa namizəd Ziyafət Əsgərov 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüşüb
21 Yanvar 14:03
Yeni Azərbaycan Partiyasının Milli Məclisə seçkilərlə əlaqədar yap2020.az seçki saytı fəaliyyətə başladı
21 Yanvar 12:51
“Carlsberg Group” şirkəti Azərbaycana investisiya qoyuluşunu artırmaq niyyətindədir
21 Yanvar 12:27
UNEC-də növbəti “Açıq qapı” günü
21 Yanvar 12:21
Elxan Şahinoğlu: “Formalaşacaq parlament ölkəmizdəki yeni çağırışlara cavab verməlidir”
21 Yanvar 12:11
Lev Spivak: Əminəm ki, formalaşacaq parlament ölkədəki yeniliklərə uyğun olacaq
21 Yanvar 12:09
Azərbaycanın Müdafiə nazirinin Gürcüstana səfəri başlayıb
21 Yanvar 12:03
Bakı Ali Neft Məktəbinin altı tələbəsi İspaniyada təhsil alacaq
21 Yanvar 11:59
Bu gün Davosda Dünya İqtisadi Forumu işə başlayır
21 Yanvar 11:47
Parlament seçkilərində heç bir siyasi təşkilat Yeni Azərbaycan Partiyasına rəqib ola bilməz
21 Yanvar 11:25
Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Hicran Hüseynovanın seşicilərlə görüşləri davam edir
21 Yanvar 11:20
Sədaqət Vəliyeva ev görüşlərinə şəhid Zakir Cəfərovun ailəsinin mənzilindən başladı
21 Yanvar 11:16
YAP parlament seçkilərində növbəti möhtəşəm qələbəsini qazanacaq
21 Yanvar 10:52
“Formalaşacaq parlament ölkədə davamlı siyasi sabitliyin daha da möhkəmləndirilməsində mühüm rol oyanyacaq”
21 Yanvar 10:47
MSK parlament seçkiləri ilə bağlı yeni kitabçalar nəşr edib
21 Yanvar 10:44
Osman Gündüz: “Seçkilərdə texnologiyaların tətbiqi şəffaflığın təmin edilməsində mühüm rol oynayır”

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +10
gecə0 +3