Ana səhifə »  KİVDF »  Dövlət proqramlarının uğurlu icrası regionların inkişafında mühüm yer tutur
A+   Yenilə  A-
Dövlət proqramlarının uğurlu icrası regionların inkişafında mühüm yer tutur

Aran iqtisadi regionunun bəzi rayonlarında ötən 14 ildə infrastrukturların yenilənməsində, kənd təsərrüfatı və sənayenin inkişafında əsaslı nəticələr əldə olunub
Ölkəmizdə həyata keçirilən iqtisadi-sosial siyasət vətəndaşların rifahının yüksəldilməsinə xidmət etməklə yanaşı, regionların inkişafında mühüm yer tutur. Belə ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası istiqamətində görülən işlər nəticəsində ölkəmizin bütün bölgələrində genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir, kənd təsərrüfatının inkişafına stimul yaranır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı qeyd edib ki, bütövlükdə Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası çox uğurla gedir. Ölkə başçısı bildirib ki, ötən 14 ildə iqtisadiyyat 3,2 dəfə, qeyri-neft iqtisadiyyatı isə 2,8 dəfə artıb. Eləcə də sənaye sahəsində 2,6, kənd təsərrüfatında 1,7, qeyri-neft ixracında 4,1 dəfə artım müşahidə olunub: “Bizim məqsədimiz bu proqramları icra etməkdir. Ancaq əsas məqsədimiz Azərbaycanın inkişafını daha da sürətləndirməkdir, dayanıqlı, uzunmüddətli inkişafa nail olmaqdır və biz buna nail ola bilmişik. Bugünkü reallıqlar, bölgələrimizin çiçəklənməsi, bütün şəhərlərimizdə gedən quruculuq, abadlıq işləri göstərir ki, biz düzgün yoldayıq”.
Qeyd edilən faktlar regionların timsalında da öz əksini tapır. Məsələn, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları qəbul olunandan bəri Aran iqtisadi rayonuna daxil olan Kürdəmir rayonunda ümumi məhsul buraxılışı 8,3 dəfə, sənaye məhsulunun həcmi 29,1 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 4,4 dəfə və əsas kapitala yönəldilmiş vəsait 66,5 dəfə, o cümlədən tikinti quraşdırma işləri 67,8 dəfə artıb. Rayonda 2004-2017-ci illər ərzində Sahibkarlığa Kömək Milli Fondu vasitəsi ilə 329 sahibkara 21,5 milyon manat güzəştli kredit, kənd təsərrüfatı məhsulları istehsalçılarına ümumilikdə 23 milyon manatdan çox subsidiya verilib.
Vurğulanmalıdır ki, birinci Dövlət Proqramının qəbulundan bəri rayonda abadlıq və quruculuq istiqamətində mühüm addımlar atılıb. Ötən dövrdə Ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkı salınıb, Heydər Əliyev Mərkəzi tikilib. Rayonda Olimpiya İdman Kompleksi, Şəhər Poliklinikası və Psixiatriya şöbəsi, əlil və şəhid ailələri üçün ümumilikdə 32 mənzilli 2 yaşayış binası, Gənclər Evi, Rayon İcra Hakimiyyəti üçün yeni inzibati bina, Bayraq Meydanı və Bayraq Muzeyi, Gənclər kafesi, 100 yerlik körpələr evi-uşaq bağçası, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının inzibatı binası tikilib, 157 çarpayılıq Mərkəzi Rayon Xəstəxanası, Tarix Diyarşünaslıq Muzeyi və Qələbə parkı əsaslı təmir edilib. Bununla yanaşı, Dövlət proqramlarının icrası dövründə rayonda 8076 şagird yerlik 31, o cümlədən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 1220 şagird yerlik 5 yeni məktəb binası tikilib, 1272 şagird yerlik 3 məktəb binası əsaslı təmir olunub. Hazırda rayonun Axtaçı-Qarabucaq kəndində 132 şagird yerlik tam orta məktəb binasının tikintisi başa çatdırılıb, Yeni Şıxımlı, Çöl-Ərəb, Qurd Bayramlı, Pirəköçə və Çərtəyəz kəndlərində modul tipli məktəb binaları quraşdırılıb.
Bundan başqa, ötən dövr ərzində rayonun yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində də xeyli işlər görülüb. 12 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 28 km olan Mollakənd-Axtaçı-Öyləqulu və 7 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 18 km olan Mollakənd-Söyüdlər avtomobil yolu əsaslı təmir edilib. Hazırda rayonun 7 kəndini birləşdirən, uzunluğu 37,2 km olan Karrar-Bağman-Böyük-Kəngərli avtomobil yolunun inşasına başlanılıb. Hazırda icra olunan üçüncü Dövlət Proqramına əsasən Kürdəmir şəhərinin Heydər Əliyev və Bakı prospektlərində, Babək, M.Ə.Rəsulzadə, Anar Yunusov, Şəhid Əbubəkr İsmayılov, Şəhid Tural Qurbanov, Nizami, Xəqani, M.Əsədov, Z.Tağıyev, 20 Yanvar küçələrində və şəhərin 69-cu məhəlləsinin giriş yoluna asfalt örtüyü vurulub.
Regionların sosial-iqtisadi inkişafına yönəlik Dövlət proqramlarının qəbulu Aran iqtisadi regionunun Göyçay rayonunda da yüksək nəticələrin əldə olunmasına yol açıb. Belə ki, Dövlət proqramları çərçivəsində yerli sahibkarlara göstərilən diqqət və qayğı, yaradılan şərait, ayrılan subsidiyalar məhsuldarlığın artmasına və yerli sənayenin inkişafına səbəb olub. Bunun nəticəsidir ki, ötən il Göyçay rayonunda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 2016-cı ilin müvafiq dövrünə nisbətən 7,9 faiz və ya 31,7 milyon manat artaraq 283,4 milyon manat olub. Rayonun sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 32,9 milyon manatlıq sənaye məhsulu istehsal olunub və xidmətlər göstərilib, 2016-cı illə müqayisədə sənaye məhsulu istehsalı 2,6 faiz artıb.
Qeyd edildiyi kimi, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında Göyçay rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi rayonun inkişafında ciddi dönüş yaradıb. Son 14 ildə rayon üzrə ümumi məhsul buraxılışı 6 dəfə, sənaye məhsulunun həcmi 8,3 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 3,6 dəfə, əsas kapitala yönəldilmiş investisiyalar 28,3 dəfə artıb. Birinci Dövlət proqramı qəbul edildikdən sonra rayonda 2984 yerlik 14 məktəb binası istifadəyə verilib, 5124 şagird yerlik məktəb binası əsaslı təmir edilib və ya yenidən qurulub, 5 məktəbdə 576 şagird yerlik əlavə sinif otaqları inşa edilib. 9 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ləkçılpaq-Şıxəmir, 7 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Cəyirli-Yenikənd avtomobil yolu, Göyçay-Ucar avtomagistralı çəkilib. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün Göyçay çayının məcrasında səviyyə qaldıran qurğu, Yuxarı Şirvan kanalı üzərində 3 mq.v gücündə su elektrik stansiyası inşa edilib.
Ötən dövr ərzində rayonda bir sıra infrastruktur obyektləri də istifadəyə verilib, Göyçay şəhərinin su təchizatı və kanalizasiya sistemi yenidən qurulub, rayon mərkəzi də daxil olmaqla 44 yaşayış məntəqəsi qazlaşdırılıb. Rayonun emal müəssisələrində əsaslı yenidənqurma işləri aparılıb, ən müasir avadanlıqlarla təmin olunaraq ixracyönümlü məhsul istehsalına başlanılıb. Ötən illər ərzində Heydər Əliyev və Gənclər mərkəzləri, Olimpiya İdman Kompleksi, Şahmat məktəbi, Musiqi məktəbi, YAP rayon təşkilatı üçün inzibati bina istifadəyə verilib, genişmiqyaslı abadlıq və quruculuq işləri aparılıb. Üçüncü Dövlət Proqramında Göyçay rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi sahəsində 2017-ci ildə də mühüm addımlar atılıb. Belə ki, rayonda emal sənayesinin inkişaf etdirilməsi, mövcud potensialdan daha dolğun istifadə edilməsi sahəsində əməli tədbirlər davam etdirilib, “Aznar” Qapalı Səhmdar Cəmiyyətində şəkərsiz kompot istehsalı sexində avtomatlaşdırılmış axın xətləri quraşdırılıb, “Göyçay-Süd” ASC-nin pendir sexində yenidənqurma işləri aparılmaqla istehsal gücü əlavə olaraq 5 ton artırılıb. Bütün bunlar həmin müəssisələrdə rəqabət qabiliyyətli və ixracyönümlü məhsul istehsalını əsaslı şəkildə artırıb.
Bundan başqa, Asiya İnkişaf Bankının krediti hesabına maliyyələşən Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidənqurma layihəsi çərçivəsində rayonun Şəhadət kəndində şəhərin çirkab sularını təmizləyən qurğu kompleksinin tikintisi davam etdirilib və gün ərzində 10 min kub m. çirkab su təmizləmə gücü olan kompleksin cari ilin aprel ayında istifadəyə verilməsi nəzərdə tutulur.
Rayon ərazisində yol infrastrukturunun təkmilləşdirilməsi, yerli əhəmiyyətli kəndlərarası avtomobil yollarının yenidən qurulması və əsaslı təmirinin davam etdirilməsi istiqamətində əməli tədbirlər görülüb, Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 2017-ci il tarixli Sərəncamına əsasən ayrılmış vəsait hesabına 11 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini əhatə edən Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı avtomobil yolunun tikintisinə başlanılıb.
Təhsil müəssisələrinin tikintisi və əsaslı təmiri istiqamətində işlər davam etdirilib, 2017-ci ildə Hacağabəyli kəndində 24 yerlik modul tipli sinif komplekti, Ərəbşahverdi kəndində 40 yerlik modul tipli ibtidai məktəb binası tikilib istifadəyə verilib, şəhər 2 saylı, Qaraman və Mallı-şıxlı kənd tam orta məktəbləri əsaslı təmir olunub.
Üçüncü Dövlət Proqramının həyata keçirildiyi 2014-2017-ci illərdə rayonda 3831 yeni iş yeri açılıb. Bütövlükdə birinci dövlət proqramı qəbul edilən 2004-cü ildən rayonda 13870 yeni iş yeri açılıb ki, bunun da 11819-u və ya 85,2 faizi daimi iş yerləridir.
Aran iqtisadi rayonunun Ucar rayonunda da ənənəvi sahələr olan pambıqçılığın və baramaçılığın inkişafına güclü təkan verilib. Vurğulamaq lazımdır ki, 2017-ci ildə rayon ərazisində layihələr əsasında aqroparkların tikintisinə başlanıb, “Qarant-Aqro” MMC-nin 4 min hektar torpaq sahəsi olmaqla həmin ərazidə inzibati bina, yer anbarı, texnika üçün talvarlar, 500 başlıq 4 ədəd tövlə, 1000 tonluq anbar tikilib, 1000 baş xırdabuynuzlu, 120 baş iribuynuzlu mal alınıb, əraziyə 2 km-dən işıq xətti çəkilib, 100 kv-luq transformator quraşdırılıb, 5 km-dən su kanalı və 17,0 km sahədaxili suvarma kanalları çəkilib.
Prezident İlham Əliyevin 2017-ci il 28 iyul tarixli Sərəncamı ilə 20 min əhalinin yaşadığı və 3 yaşayış məntəqəsini birləşdirən Ucar-Gəraybəyli-Rəstəcə avtomobil yolunun tikintisi məqsədilə 2,7 milyon manat vəsait ayrılıb, 7,5 km olan yolun əsaslı tikinti işləri aparılaraq müasir tipli yol çəkilib.
Pərviz SADAYOĞLU

 
  • Oxunub:  3360  |  
  • Tarix:  07-02-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatçı hərəkətlərinin layiqli cavabını verir və bundan sonra da verəcək

20:22
20 Sentyabr
Səccad Kərim: Azərbaycanda mövcud olan birgəyaşayış modeli bir çox ölkələr üçün nümunədir
20:04
20 Sentyabr
Nikol Paşinyanın Paris yalvarışları və növbəti böhtanları: erməni baş nazir öz ampluasında
20:00
20 Sentyabr
Azərbaycan-Vyetnam münasibətləri zəngin ənənələrə malikdir
19:51
20 Sentyabr
Gəncədə qanvermə aksiyasında 540 nəfər könüllü qan verib
19:48
20 Sentyabr
“ASAN xidmət”in fəaliyyəti Fransa mətbuatında
19:46
20 Sentyabr
Azərbaycan ilə Qətər arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı müzakirə olunub
19:43
20 Sentyabr
İndiyədək TANAP-la Türkiyəyə 200 milyon kubmetrədək “Şahdəniz” qazı nəql olunub
19:41
20 Sentyabr
İordaniyanın “Ər-Ray” dövlət qəzeti Qarabağ məsələsində Türkiyənin Azərbaycana dəstəyindən yazır
19:07
20 Sentyabr
Azərbaycan Milli Məclisi ilə NATO Parlament Assambleyası arasında sıx əlaqələr mövcuddur
19:06
20 Sentyabr
Azərbaycan-Pakistan təhsil əlaqələrinin geniş perspektivləri var
18:29
20 Sentyabr
Belarus parlamenti Nümayəndələr Palatasının sədri Azərbaycanda səfərdədir
18:26
20 Sentyabr
“İki sahil” Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb
18:14
20 Sentyabr
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə öz xarici ticarət yüklərinin daşınma həcminin artırılmasında maraqlıdır
18:01
20 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
18:00
20 Sentyabr
Milli Məclisdə Hindistan parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib
17:55
20 Sentyabr
Rektor: Dövlət Pedaqoji Universiteti bu günədək 150 mindən çox pedaqoji kadr hazırlayıb
17:54
20 Sentyabr
Xələf Xələfov: Azərbaycan Ermənistan rəhbərliyini sələflərinin səhvini təkrarlamamağa çağırır
17:50
20 Sentyabr
XİN: Cəbhə bölgəsində yaranmış gərginliyin bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür
17:49
20 Sentyabr
Genişmiqyaslı təlimlərdə gündüz vaxtı döyüş atışları keçirilib
17:47
20 Sentyabr
ABŞ Dövlət Departamenti: Azərbaycan 2017-ci ildə terrorçuluqla mübarizədə Birləşmiş Ştatların güclü tərəfdaşı olub
17:46
20 Sentyabr
Bu gün Azərbaycan gəncliyində vətənpərvərlik ruhu çox yüksəkdir
17:43
20 Sentyabr
Birinci vitse-prezident Mehriban Əliyeva NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
17:40
20 Sentyabr
Azərbaycan-Pakistan əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
17:36
20 Sentyabr
Naxçıvanda Aşura mərasimləri keçirilib
17:24
20 Sentyabr
Prezident İlham Əliyev NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
17:22
20 Sentyabr
Prezident İlham Əliyev bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib
17:09
20 Sentyabr
Pakistan Senatının sədri Milli Məclisdə olub
17:05
20 Sentyabr
Ağcabədidə Aşura günündə hemofiliyalı və talassemiyalı xəstələr üçün qan verilib
16:57
20 Sentyabr
Van Çunqan: Azərbaycanın iqtisadiyyatı qarşılıqlı investisiya qoyuluşları üçün əlverişlidir
16:53
20 Sentyabr
AMEA-nın prezidenti Akif Əlizadə Belarusda medalla təltif edilib
16:49
20 Sentyabr
Azərbaycanın Milli Olimpiya Komitəsinin nümayəndəsi Madriddə beynəlxalq marketinq seminarında iştirak edib
16:44
20 Sentyabr
Dövlət İdarəçilik Akademiyasında ilk mühazirə “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”ndə dinlənilib
16:39
20 Sentyabr
Aşura günü Qubada keçirilən humanitar aksiyada 100-dən çox könüllü qan verib
16:29
20 Sentyabr
Fəxri xiyabanda görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb
16:27
20 Sentyabr
Professor Oleq Kuznetsov: SSRİ DTK da daşnakları təhlükəli hesab edib
16:22
20 Sentyabr
Qırğızıstan Joqorku Keneşinin sədri TÜRKPA Katibliyində olub
16:18
20 Sentyabr
UNEC yeni tədris ilinə yüksək keyfiyyət göstəriciləri ilə start verib
16:07
20 Sentyabr
Qurban Qurbanov: “Futbolçular meydanda əlindən gələni edəcək”
15:49
20 Sentyabr
Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq
15:44
20 Sentyabr
Ağsuda keçirilən qanvermə aksiyasında 70 litrədək qan toplanıb
15:38
20 Sentyabr
Aşura günündə Bərdə və Beyləqanda 150 nəfər könüllü qan verib
15:26
20 Sentyabr
Varşavada Avropa Xəbər Agentlikləri Alyansının növbəti konfransı keçirilir
15:22
20 Sentyabr
Suveren Fondların Beynəlxalq Forumunun XII illik yığıncağı Bakıda keçiriləcək
15:07
20 Sentyabr
ATƏT-in İnsan Ölçüsü üzrə illik görüşündə Ermənistanın təcavüzkar siyasətindən danışılıb
15:05
20 Sentyabr
Azərbaycanda Çinlə birgə elektron ticarət platformasının yaradılması təklif olunub
14:45
20 Sentyabr
Kiyevdəki Azərbaycan Ticarət Evi məhsullarımızın Ukrayna bazarında satışı üçün sertifikat və lisenziya alıb
14:42
20 Sentyabr
Bolqarıstan Azərbaycanın həyata keçirdiyi qlobal layihələrə böyük maraq göstərir
14:41
20 Sentyabr
Azərbaycanda kiçik və orta biznes evləri yaradılacaq
14:32
20 Sentyabr
Qida Təhlükəsizliyi Agentliyi uşaq qidaları ilə bağlı maarifləndirici məlumat yayıb
14:30
20 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti Cocuq Mərcanlıda fermerlərin yetişdirdiyi məhsulu satın alıb
14:25
20 Sentyabr
Tsveta Karayançeva: Bolqarıstan-Azərbaycan əlaqələri inkişaf edir
14:22
20 Sentyabr
İsmayıllıda Heydər Əliyev İdarəetmə Məktəbinin növbəti məşğələsi keçirilib
14:20
20 Sentyabr
Cüdoçumuz Aişə Qurbanlı dünya çempionatında mübarizəni dayandırıb
14:18
20 Sentyabr
Sudan Milli Assambleyası sədrinin Azərbaycana səfəri başlayıb
14:16
20 Sentyabr
Milli Məclisdə Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətləri müzakirə olunub
14:15
20 Sentyabr
Bakı Dövlət Universitetində görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb
14:12
20 Sentyabr
Kamran Nəbizadə: Ulu öndər Heydər Əliyevin şah əsəri olan “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına böyük yol açdı
12:59
20 Sentyabr
Dövlət Gömrük Komitəsinin 3 500 əməkdaşı attestasiyadan keçiriləcək
12:45
20 Sentyabr
Pambığın alış qiymətinin artırılması fermerlər üçün 12-13 milyon manat əlavə qazanc deməkdir
12:43
20 Sentyabr
Kəramət Hüseynov rusiyalı Olimpiya çempionuna ipponla qalib gəlib
12:35
20 Sentyabr
Naxçıvanda “Avropa günləri” keçiriləcək
12:32
20 Sentyabr
Bakıda Əfqanıstan üzrə NATO proqramının məzunlarına sertifikatlar təqdim edilib
12:31
20 Sentyabr
Heydər Əliyev Fondu və BP birgə layihələrin icrasına dair əməkdaşlıq memorandumu imzalayıb
12:13
20 Sentyabr
"Bakı-2018": Orxan Səfərov uğurlu çıxışını davam etdirir
12:12
20 Sentyabr
Rouz Gotemoller: Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir
12:01
20 Sentyabr
Azərbaycan beynəlxalq eID Forumunda “Asan İmza” və Rəqəmsal Ticarət Qovşağı ilə təmsil olunub
11:57
20 Sentyabr
Mübariz Qurbanlı: “Hər il xeyli sayda vətəndaşımız qanvermə aksiyasına qoşulur”
11:56
20 Sentyabr
İrəvan xanlığının tarixinə dair əsərlərin erməni və fars dillərinə çevrilmiş nəşrlərinin təqdimatı keçirilib
11:52
20 Sentyabr
Siyavuş Novruzov: “Paşinyanın ordudan xəbəri yoxdur”
11:45
20 Sentyabr
Bakıda “Qadınlar, sülh və təhlükəsizlik” mövzusunda konfrans keçirilir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA