Ana səhifə »  KİVDF »  Regionlarda genişmiqyaslı sosial infrastruktur layihələri həyata keçirilir
A+   Yenilə  A-
Regionlarda genişmiqyaslı sosial infrastruktur layihələri həyata keçirilir

Cari ildə Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında modul tipli 22 məktəbin quraşdırılması, 6 şəhərdə isə yeni rayon mərkəzi xəstəxanalarının tikintisinin başa çatdırılması nəzərdə tutulub
Azərbaycan sosial dövlətdir. Ölkənin iqtisadi gücünün artması, maliyyə imkanlarının genişlənməsi sosial təşəbbüslərin yüksək səviyyədə dəstəklənməsini təmin edir. Dinamik iqtisadi inkişafın yaratdığı imkanlardan geniş şəkildə insanların rifah halının yaxşılaşdırılması, gəlir imkanlarının artırılması məqsədilə istifadə olunur. Təsadüfi deyil ki, sosial məsələnin prioritetliyi “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda da bütün ciddiliyi ilə gündəmə gətirilib. Konfransda birmənalı şəkildə vurğulanıb ki, ölkədə aparılan siyasətin təməlində Azərbaycan vətəndaşının maraqları dayanır.
Bütün ölkə boyu sosial infrastruktur quruculuğunun genişlənməsi Azərbaycanın siyasətinin əlamətidir
Son illərdə bütün ölkə boyu sosial infrastruktur quruculuğu əhəmiyyətli dərəcədə genişlənib ki, bu da respublikada aparılan siyasətin əlamətidir. Ötən 14 ildə müvafiq Dövlət proqramları çərçivəsində bütün ölkə boyu 600-dən çox tibb ocağı tikilib və yaxud əsaslı şəkildə təmir edilib. Ən yüksək standartlar səviyyəsində qurulan və müasir avadanlıqla təchiz edilən bu tibb ocaqlarında müxtəlif xəstəlikləri müayinə və müalicə etmək mümkündür. Regionlarda istifadəyə verilən yeni tibb ocaqlarında əhaliyə yüksəkkeyfiyyətli səhiyyə xidməti göstərilir.
2017-ci ildə yüksək səviyyədə yenidən qurularaq istifadəyə verilən tibb ocaqlarından biri Neftçala Mərkəzi rayon Xəstəxanasıdır. Xəstəxanadakı 11 şöbədə müxtəlif xəstəliklərin müayinəsi və müalicəsi mümkündür.
Ötən il həmçinin Masallı Rayon Mərkəzi Xəstəxanası əsaslı təmirdən sonra qapılarını yerli sakinlərin üzünə açıb. 1986-cı ildə 5,70 hektar ərazidə inşa edilmiş tibb ocağı 10 korpusdan ibarətdir.
Bütövlükdə ötən il ərzində respublika miqyasında otuz tibb müəssisəsi tikilib və əsaslı təmir edilib. Bu məqamda vurğulamaq yerinə düşər ki, ötən il respublikanın tibb müəssisələrində 5 milyondan çox insan pulsuz tibbi müayinədən keçib.
Bölgələrdə yeni məktəblərin tikintisinin və yaxud əsaslı şəkildə yenidən qurulmasının intensiv hal alması da ölkəmizdə sosial infrastruktur quruculuğuna yaxşı nümunədir. Son 14 ildə Bakı şəhərində və respublikanın bölgələrində 3000-dən çox yeni məktəb tikilib və yaxud əsaslı təmir edilib. Bunun nəticəsində təxminən 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb, birnövbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin sayı əhəmiyyətli dərəcədə artıb. Ölkədə təkcə 2017-ci ildə 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib, 500-ə yaxın məktəbdə isə cari təmir aparılıb.
Son illərdə respublikamızda modul tipli məktəb binalarının tikintisi geniş vüsət alıb. 2017-ci ildə respublikanın 40 rayonunda təxminən beş min şagirdi əhatə edən yüz modul tipli məktəb inşa edilib.
Regionlarda modul tipli məktəblərin inşası 2018-ci ildə də intensiv şəkildə davam etdiriləcək
Cari ilin əvvəlindən respublikanın daha bir neçə bölgəsində yeni modul tipli məktəblərin tikintisinə start verilib. Elə bu günlərdə Xaçmaz rayonunun Çılğır kəndində 80 şagird yerlik yeni modul tipli məktəb binası qapılarını şagirdlərin üzünə açıb. Ümumi orta məktəbin yeni binasında 9 sinif və digər təyinatlı otaqlar var. Modul tipli bina yanğın xəbərdarlıq sistemi, işıq və su təchizatı ilə təmin olunub. Tikintisinə 2017-ci ilin oktyabrında başlanılan birmərtəbəli tədris ocağının ümumi sahəsi 300 kvadratmetrdir.
Çılğır kəndində məktəbin açılış mərasimində rayon İcra Hakimiyyətinin, Təhsil Şöbəsinin rəhbər şəxsləri, məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak ediblər. Açılış mərasimində qeyd olunub ki, Xaçmaz rayonunda son on ildə 50-dən çox məktəb binası tikilərək istifadəyə verilib. Rayonun Bayoba, Gəncəli və Aşağı Ləgər kəndlərinin şagirdləri isə bu tədris ilindən başlayaraq yeni modul tipli məktəbdə təhsil alırlar. Yaxın günlərdə Əzizli kəndində də modul tipli məktəb binasının açılışı olacaq.
Zaqatala rayonunun Höytala, Uzunqazmalar və Car kəndlərində də qəzalı vəziyyətdə olan ümumi orta məktəblər üçün inşa edilən modul tipli binalarda tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. Həmin məktəb binaları müvafiq olaraq 96, 56 və 40 şagird yerinə uyğun quraşdırılır. Hazırda son tamamlama işləri görülür. Hər üç məktəb binasının yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulur.
Cari ildə həmçinin Ağsuda Abbasxanlı kənd tam orta, Sanqalan və Sarvan ümumi orta məktəbləri üçün modul tipli yeni binalar tikiləcək. Bu barədə rayon Təhsil Şöbəsinin müdiri Səftər Əlabbasov məlumat verib. Onun sözlərinə görə, ötən il respublikamızın bütün bölgələrində olduğu kimi, Ağsuda da yeni məktəb binaları tikilib, təhsil müəssisələrinin bir qismi əsaslı təmir edilib, onların maddi-texniki bazası mökəmləndirilib. Belə ki, 80 yerlik Göydəlləkli ümumi orta və 40 yerlik Hacman kənd ibtidai məktəbləri üçün yeni, hər cür şəraiti olan modul tipli binalar inşa olunub. Padar, Cəfərli kənd ümumi orta və Suraxanı kənd ibtidai məktəb binaları əsaslı, daha üç kənd məktəb binası isə cari təmir edilib.
Perspektivdə ölkə ərazisində modul tipli məktəblərin inşası daha da genişlənəcək. Xəbər verildiyi kimi, dövlət başçısı cari il fevralın 2-də “Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında cəmi 1332 şagird yerlik modul tipli 22 məktəbin quraşdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsünün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 6 milyon 870 min manatı Təhsil Nazirliyinə ayrılıb.
Bölgələrdə yeni tibb müəssisələri inşa olunur
Cari ilin sonunadək Qazax, Qobustan, Şəmkir, Quba, Naftalan və Goranboy şəhərlərində yeni rayon mərkəzi xəstəxanalarının tikintisi başa çatdırılacaq. Bu barədə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda məlumat verilib. Paralel şəkildə Füzuli rayonunda və Qəbələ şəhərində də rayon mərkəzi xəstəxanalarının tikintisi aparılacaq.
Hazırda Qazax rayon Mərkəzi Xəstəxanasının tikintisi sürətlə davam etdirilir. Rayon İcra Hakimiyyətinin məlumatına əsasən, səhiyyə ocağının tikintisi ilə 10 briqada məşğul olur. Bu da tikintinin sürətlə aparılmasına imkan verir.
Artıq binanın üst hissəsində işlər yekunlaşmaq üzrədir. Fasadda aparılan suvaq işləri də başa çatır. Elektrik və havalandırma sistemləri quraşdırılıb. Bütün işlər paralel aparılır. Qeyd edək ki, 145 çarpayılıq xəstəxanada cərrahiyyə, travmatologiya, terapiya, reanimasiya, infeksiya, doğuş, uşaq, dializ, poliklinika şöbələri və təcili yardım stansiyası fəaliyyət göstərəcək.
Şamaxı rayonunun Göylər kəndində isə tibb məntəqəsi tikiləcək. Bu günlərdə Yaponiya hökumətinin maliyyə dəstəyi ilə həyata keçiriləcək “Şamaxı rayonunun Göylər kəndində tibb məntəqəsinin tikintisi” layihəsi üzrə qrant müqaviləsi imzalanıb. Qrant müqaviləsi Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində “Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev və səfir Katori Teruyuki tərəfindən imzalanıb.
İmzalanma mərasimində çıxış edən səfir layihənin icrasının rayon mərkəzindən uzaqda məskunlaşan sakinlərə ilkin tibbi yardımın yaxşılaşdırılmasına kömək edəcəyinə ümidvar olduğunu deyib.
İcra Hakimiyyətinin başçısı Asif Ağayev Yaponiya hökumətinin maliyyə dəstəyinə görə təşəkkürünü bildirib, sözügedən layihənin Şamaxı rayonunun tibb infrastrukturunun yaxşılaşmasına töhfə verəcəyini söyləyib.
Məlumat verilib ki, layihənin ümumi dəyəri 90118 ABŞ dolları təşkil edir. Bundan əvvəl Şamaxıda Yaponiya hökuməti tərəfindən internat məktəbi təmir olunub, “İnşaatçılar” qəsəbəsində məktəb binasının tikintisi, Məlikçobanlı və Quşçu kəndlərində su təchizatı sistemlərinin inşası həyata keçirilib.
Respublikanın 15 şəhər və rayonunda uşaq bağçaları tikiləcək
Perspektivdə respublikanın 15 şəhər və rayonunda yeni uşaq bağçaları tikiləcək. Regionlarda yeni uşaq bağçalarının inşası “Azərbaycan Respublikasının regionlarında uşaq bağçalarının tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncama uyğun olaraq həyata keçiriləcək. Sərəncama əsasən, əhalisi 306 min nəfərdən çox olan 15 şəhər və rayonda ümumilikdə 1230 yerlik 15 uşaq bağçasının tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsünün 1.43.7-ci yarımbəndində göstərilmiş məbləğin 19 milyon 577 min manatı Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyə ayrılıb.
Regionlarda uşaq bağçalarının inşası digər layihələr çərçivəsində də davam etdiriləcək. Bu günlərdə Yevlax şəhər İcra Hakimiyyətində Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində həyata keçiriləcək “Yevlax rayonunun 2 saylı uşaq bağçasının təmiri” layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi keçirilib.
Layihənin əsas məqsədi uşaq bağçasına gedəcək 1-6 yaş qrupu uşaqlar üçün məktəbəqədər təhsil şəraitini yaxşılaşdırmaqdır. Ümumi məbləği 90.860 ABŞ dolları təşkil edən layihənin icrası nəticəsində 2 saylı uşaq bağçasında 120 nəfərin təhsil şəraiti yaxşılaşacaq.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  5040  |  
  • Tarix:  17-02-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir

22 Aprel 21:14
Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyevin 110 illiyi qeyd olunub
22 Aprel 21:01
Azərbaycan BMT ilə faydalı və hərtərəfli əməkdaşlıq edir
22 Aprel 20:57
Bakıda X Beynəlxalq Mstislav Rostropoviç Festivalının açılışı olub
22 Aprel 20:42
Məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi üzrə təsirli tədbirlər görülür
22 Aprel 20:38
BDU-nun rektoru tələbə müraciətlərini cari və perspektiv fəaliyyət proqramına daxil edib
22 Aprel 20:35
Bakı Şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib
22 Aprel 20:32
ADA Universitetində tanınmış meksikalı rəssama həsr olunmuş tamaşa təqdim edilib
22 Aprel 20:28
Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi Azərbaycan Ordusunda silsilə tədbirlərlə qeyd edilir
22 Aprel 20:23
Nazirlərin Moskva görüşü: ehtimallar, ssenarilər və ümidlər
22 Aprel 20:21
Prezident İlham Əliyev Ukraynanın yeni seçilmiş Prezidenti Vladimir Zelenskini təbrik edib
22 Aprel 20:18
Azərbaycan Respublikası Burundi qaçqınlarına yardım edib
22 Aprel 17:50
AZAL-ın prezidenti ABŞ səfiri ilə görüşüb
22 Aprel 17:40
Şahin İsmayılov: Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib
22 Aprel 17:38
YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
22 Aprel 17:33
Milli Məclisin deputatı Sahibə Qafarova Şəmkir rayonunda seçicilərlə görüş keçirib
22 Aprel 17:30
Balakəndə 10 yaşayış məntəqəsini əhatə edən yol yenidən qurulur
22 Aprel 17:28
“Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”
22 Aprel 17:27
Tahir Süleymanov: Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi təşkil edir
22 Aprel 17:17
Cavanşir Paşazadə: Qazanılan nailiyyətlərin başlıca səbəbi dövlət başçısının həyata keçirdiyi siyasətin milli maraqlarımıza xidmət etməsidir
22 Aprel 17:15
ADU-nun tələbələri Macarıstanın təqaüd proqramları barədə məlumatlandırılıb
22 Aprel 16:51
ADNSU, BP və “British Council” arasında müqavilə imzalanıb
22 Aprel 16:39
Toxuculuq sənayesində 61,4 faiz artım olub
22 Aprel 16:35
ABŞ-ın Azərbaycandakı səfiri Dillər Universitetində olub
22 Aprel 16:22
Bakıda SOCAR-ın “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya” Forumu keçirilir
22 Aprel 16:09
İsveçrə səfirinin diplomatik fəaliyyəti başa çatıb
22 Aprel 16:07
Prezident İlham Əliyev Qazaxda yol tikintisinə 6,8 milyon manat ayırıb
22 Aprel 15:43
Reza Rəhmani: İranla Azərbaycanın münasibətləri qarşılıqlı etimada əsaslanır
22 Aprel 15:29
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıqlar başa çatır
22 Aprel 15:27
AzMİU ilə İstanbul Texniki Universiteti arasında Niyyət Protokolu imzalanıb
22 Aprel 15:15
“Washington Times” erməni lobbisinin pozucu fəaliyyəti haqqında yazıb
22 Aprel 15:09
Fuad Muradov: Azərbaycan dövləti hər zaman xaricdə yaşayan soydaşlarımızın yanındadır
22 Aprel 14:49
Qubada yaşayan dağ yəhudiləri Pesax bayramını qeyd edirlər
22 Aprel 14:28
Hərbi pilotlarımız “Super Muşşak”, L-39 təyyarələri və “Mi” seriyalı helikopterlərdə uçuşlara başlayıblar
22 Aprel 14:18
Vergilər naziri “AmCham”ın nümayəndələri ilə görüşüb
22 Aprel 14:17
DOST könüllüləri DOST mərkəzlərində fəaliyyətə hazırlaşırlar
22 Aprel 14:11
Hanoyda AZƏRTAC və Yonhap informasiya agentlikləri rəhbərlərinin görüşü olub
22 Aprel 14:10
Kiyevdə GUAM-ın Milli Əlaqələndiricilər Şurasının növbəti iclası keçiriləcək
22 Aprel 13:24
YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib - Yenilənəcək
22 Aprel 13:08
Azərbaycan Prezidenti Şri-Lanka Prezidentinə başsağlığı məktubu göndərib
22 Aprel 13:06
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
22 Aprel 12:48
Nazir: AÇG yataqlarından 156 milyard kubmetrdən çox təbii qaz hasil olunub
22 Aprel 12:38
Pərviz Şahbazov: Bu il təbii qaz ixracında 25 faiz artım gözlənilir
22 Aprel 12:34
“Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə döyüş atışlı birgə taktiki təlimi keçiriləcək
22 Aprel 12:24
“Azərbaycanda regional inkişafın idarə olunmasında yeni istiqamətlər” mövzusunda respublika elmi konfransı keçirilib
22 Aprel 12:00
Bu vaxtadək “Azəri-Çıraq-Günəşli”dən 482 milyon tonadək neft çıxarılıb
22 Aprel 11:39
Pirallahıda “Beynəlxalq Mədəniyyət Günü”nə həsr olunmuş tədbir keçirildi
22 Aprel 11:38
Vyetnam KİV-ləri OANA İcraiyyə Komitəsinin 44-cü iclasına böyük diqqət ayırıb
22 Aprel 11:36
Elman Nəsirov: Azərbaycanın uğurlarını həzm edə bilməyən xarici və daxili bədxahlarımız unutmsasınlar ki, heç bir qüvvə ölkəmizi öz düzgün yolundan sapdıra bilməz
22 Aprel 11:10
Şirvanda kütləvi tibbi müayinə aksiyası çərçivəsində 92 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb
22 Aprel 11:09
Heydər Əliyev Mərkəzində “Oxu günü” keçirilib
22 Aprel 11:03
“100 yaşlı tarix fakültəsinin məzunları” layihəsi çərçivəsində növbəti görüş
22 Aprel 11:02
“ASAN Akademiya 2019” layihəsinin açılış mərasimi keçirilib
22 Aprel 10:58
Maliyyə Bazarlarına Nəzarət Palatasında yaradılmış Apelyasiya Komissiyasının fəaliyyəti açıqlanıb
22 Aprel 10:56
Los-Ancelesdə Azərbaycana həsr olunmuş fotosərgi keçirilib
22 Aprel 10:48
Azərbaycan İlahiyyat İnstitutu ilə Lənkəran Dövlət Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb
22 Aprel 10:30
Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskvada beynəlxalq konfransda iştirak edəcək
22 Aprel 10:22
Ermənistan ordusu cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 23 dəfə pozub
22 Aprel 09:30
UEFA Avropa Liqasının Bakıda keçiriləcək final matçının səfirləri Moskvada azarkeşlərlə görüşüblər
22 Aprel 09:21
Azərbaycan mətbəxi Pekində beynəlxalq qida sərgisində nümayiş olunub
22 Aprel 09:19
Gənc gimnastlarımız: Yaxşı nəticələr əldə etdiyimiz üçün çox xoşbəxtik
22 Aprel 09:16
Stokholmda Azərbaycan mədəniyyəti nümayiş olunub
21 Aprel 20:47
Bakıda keçirilən bədii gimnastika üzrə II "AGF Junior Trophy" beynəlxalq turnirinə yekun vurulub
21 Aprel 19:52
“Oş-Türk dünyasının mədəniyyət paytaxtı” tədbirləri çərçivəsində biznes-forum keçirilib
21 Aprel 19:40
Rafael Ağayev "Karate 1" seriyasından Premyer Liqa turnirində bürünc medal qazanıb
21 Aprel 19:38
Naqif Həmzəyev: Ukraynada səsvermə xirda problemlər çıxmaq şərti ilə yaxşı təşkil olunub
21 Aprel 16:20
Bakı Qarnizonunda nizam-intizamın vəziyyəti təhlil edilib
21 Aprel 15:48
Milli Məclisin deputatı Ukraynada seçki məntəqələrində səsvermə prosesini izləyir
21 Aprel 15:45
Orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanları başa çatıb
21 Aprel 15:11
Azərbaycan gimnastı lentlə hərəkətlərdə gümüş medal qazanıb
21 Aprel 14:53
Bədii gimnastika üzrə II "AGF Junior Trophy" turnirində gürzlərlə hərəkətlərdə mükafatçıların adları məlum olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA