Ana səhifə »  KİVDF »  Azərbaycanın regionlarında heyvandarlıq intensiv əsaslarla inkişaf etdirilir
A+   Yenilə  A-
Azərbaycanın regionlarında heyvandarlıq intensiv əsaslarla inkişaf etdirilir

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, 2018-ci ildə respublikamıza xaricdən 10 min baş damazlıq heyvan gətirilməsi nəzərdə tutulub
Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması məqsədi ilə həyata keçirilən siyasət müsbət nəticələr verir. Belə ki, regionlarda sahibkarlığın ardıcıl şəkildə dəstəklənməsi, fermerlərə güzəştli kreditlərin verilməsi, subsidiyaların həcminin artırılması, müasir təsərrüfatların yaradılması, qabaqcıl təcrübənin tətbiqi, texnika ilə təminatın gücləndirilməsi sayəsində aqrar sektorda ərzaq məhsulları istehsalı əhəmiyyətli dərəcədə artıb. Əlamətdar haldır ki, artıq respublikamız bir sıra mühüm pozisiyalar üzrə daxili tələbatın sırf yerli istehsal hesabına təmin edilməsinə yaxınlaşıb.
Respublikamızda özünütəminetmə səviyyəsi yüksək olan pozisiyalardan biri də heyvandarlıqdır. Artıq ölkədə bir sıra heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi 100 faizə çatıb, hətta müəyyən həcmlərdə ixrac imkanlarımız da yaranıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2017-ci ilin sonlarına respublika miqyasında 8465,6 min baş qoyun və keçi, 2679,3 min baş iribuynuzlu mal-qara, o cümlədən 1289,8 min baş inək və camış mövcud olub. Ötən il ölkədə 540,5 min ton, yaxud əvvəlki ilə nisbətən 3,2 faiz çox diri çəkidə ət, 2024,1 min ton (0,7 faiz çox) süd, 1714,0 milyon ədəd (6,5 faiz çox) yumurta istehsal olunub.
Ölkədə heyvanların cins tərkibinin yaxşılaşdırılması əsas vəzifələrdən biri kimi qarşıya qoyulub
Azərbaycanda aqrar sahənin digər istiqamətləri kimi, heyvandarlıq da intensiv əsaslarla inkişaf etdirilir. Ölkədə heyvanların cins tərkibinin yaxşılaşdırılması əsas vəzifələrdən biri kimi qarşıya qoyulub. Bu məqsədlə bir tərəfdən ölkəmizə xaricdən cins mal-qara gətirilir, digər tərəfdən isə təsərrüfatlarda heyvanların baş sayının intensiv metodlarla artırılması, süni mayalandırma tədbirləri geniş şəkildə təşviq edilir. Belə ki, süni mayalanma yolu ilə alınan hər buzova görə fermerlərə 100 manat həcmində subsidiya ödənilir. Bu praktikadan artıq respublikanın əksər bölgələrində istifadə olunur. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, ötən il respublika miqyasında süni mayalanma yolu ilə 52 min baş damazlıq buzov alınıb. Dövlət dəstəyindən bəhrələnən fermerlər öz təsərrüfatlarında mal-qaranın baş sayının süni mayalandırma yolu ilə artırılmasına böyük maraq göstərirlər. Fermerlər bildirirlər ki, köhnə cinsdən olan mal-qara az məhsuldardır. Süni mayalandırma yolu ilə alınan buzovlar isə tez böyüyürlər və onların məhsuldarlığı daha yüksəkdir.
Xaricdən respublikamıza cins mal-qaranın gətirilməsi cari ildə də davam etdiriləcək. Kənd təsərrüfatı naziri Heydər Əsədovun məlumatına əsasən 2018-ci ildə Azərbaycana xaricdən 10 min baş damazlıq heyvan gətirilməsi nəzərdə tutulub. Nazirlik rəsmisinin sözlərinə görə, xaricdən gətirilən cins heyvanlar arasında tələfat hallarının qarşısını almaq üçün onların düzgün yem rasionu tərtib olunmalı, qulluq cədvəli hazırlanmalı və fermerlər bu barədə məlumatlandırılmalıdırlar.
Qeyd edək ki, 2015-ci ildən etibarən Bərdə, İmişli və Ağcabədi rayonlarında “Ətlik-südlük istiqamətli müasir ailə-fermer təsərrüfatlarının yaradılması” pilot mikrokredit layihəsi də uğurla icra olunur.
Layihə çərçivəsində ailə-fermer təsərrüfatlarına güzəştli şərtlərlə lizinq yolu ilə ümumilikdə 516 baş Avstriyadan gətirilmiş “Simmental” cinsli iribuynuzlu heyvan paylanılıb və layihənin icra olunduğu ötən dövr ərzində paylanılmış heyvanların 2 dəfə artımı baş tutub. Bundan əlavə, layihə çərçivəsində Bərdə rayonu üzrə 804 ton, Ağcabədi rayonu üzrə 1060 ton, İmişli rayonu üzrə isə 973 ton olmaqla ümumilikdə 2837 ton süd istehsal edilib.
Xaçmaz rayonunda yeni yaradılan təsərrüfatda cins heyvanların sayı 800 başa çatdırılıb
Xaçmaz rayonunun Sayad kəndində 2017-ci ildən fəaliyyətə başlayan yeni təsərrüfata lizinq yolu ilə xarici ölkələrdən “Holstein-friz” və “Simmental” cinsindən olan 600 başa yaxın iribuynuzlu heyvan gətirilib. Təsərrüfata ilk olaraq gətirilən inəklər ətlik-südlük istiqamətlidir. Sonuncu gətirilən 200 başa yaxın inək isə sırf südlük istiqamətli heyvanlardır. Dövlət qayğısı və əlverişli şərait nəticəsində hazırda təsərrüfatda olan mal-qaranın sayı 800 başa çatdırılıb. Bu heyvanlar təsərrüfatdakı yeddi fermada saxlanılır. Yeni doğulan buzovların böyüməsi və çəki alması üçün ərazidə daha 3 tövlənin tikintisi aparılır.
Aqronom Müşfiq Axundov bildirir ki, hazırda təsərrüfatda 250 baş sağmal inək var. Bu heyvanlardan gündəlik 6 tona yaxın süd əldə olunur. İstehsal olunan məhsul xammal şəklində süd zavodlarına satılır. Ətlik heyvanlar isə ət kombinatları ilə yanaşı, yerli qəssablara da satılır. Heyvanların yem ehtiyacını ödəmək üçün təsərrüfata məxsus 500 hektara yaxın ərazidə hər il arpa, qarğıdalı və yonca kimi yem bitkiləri əkilir.
Burada çalışan mütəxəssislər qeyd edirlər ki, cins inəklər qısa zamanda kökəlir və daha çox ət verir. Həm süd, həm də ət istehsalında sərfəlidir. “Simmental” cins inəklərin dişisinin ağırlığı 600-650, erkəyinin çəkisi isə 750-800 kiloqrama çatır. Bu inəklər bir laktasiya dövründə 4-4,5 ton süd verə bilir. “Simmental” cinsi həm də sağlam, dözümlü və uzunömürlü olması ilə seçilir. Ağ-qara rənglərdə olan “Holstein-friz” cinsi isə daha iri inəklərdir və bir laktasiya dövründə 10-12 ton süd vermək qabiliyyətinə malikdir. Süddəki yağlılıq isə 3,6 faizə bərabərdir.
Təsərrüfatda süni mayalanma da tətbiq olunur. Mayalanma aparılan heyvanlar yerli cinslərə nisbətən daha tez inkişaf edir. Cins heyvanların digər üstünlüyü isə regionun iqliminə daha tez uyğunlaşmasıdır.
Regionlarda süni mayalandırma tədbirləri diqqət mərkəzində saxlanılır
Respublikanın digər bölgələrində olduğu kimi, Daşkəsəndə də süni mayalandırma tədbirləri diqqət mərkəzində saxlanılır. Ötən il Daşkəsən rayonundakı heyvandarlıq təsərrüfatlarında süni yolla mayalandırılan 172 baş iribuynuzlu mal-qaradan 97 baş bala alınıb.
Daşkəsən rayon Statistika İdarəsindən bildirilib ki, heyvanların cins tərkibini yaxşılaşdırmaq üçün hazırda rayonda iki süni mayalama mərkəzi fəaliyyət göstərir. Keçən il bu mərkəzlərdə əvvəlki illə müqayisədə 68 baş çox heyvan mayalandırılıb və 81 baş çox buzov alınıb.
Ötən il Samux rayonunun maldarlıq təsərrüfatlarındakı inəklərdən 211 baş cins buzov alınıb. Bu, 2016-cı ilin göstəriciləri ilə müqayisədə 172 baş çoxdur. Maldarlıq təsərrüfatlarında doğulan cins buzovların statistikasının ildən-ilə artdığını deyən Samux rayon İcra Hakimiyyətinin sektor müdiri Elmar Qarayev bildirib ki, bu il də kəndlilər və təsərrüfat sahibləri arasında heyvanların cins tərkibinin yaxşılaşdırılması barədə təbliğat işləri davam etdiriləcək. Qeyd edilib ki, keçən il Samux rayonu üzrə iribuynuzlu mal-qaranın sayı 11 min 750 başa çatıb.
Hazırda respublikamızın hər yerində olduğu kimi, Ucarda da mal-qaranın cins tərkibinin süni mayalandırma üsulu ilə yaxşılaşdırılması, daha məhsuldar heyvanlarla əvəz edilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Təkcə ötən il 952 baş inək süni yolla mayalandırılıb. Rayon üzrə 320 nəfərə cinsi yaxşılaşdırılan 329 baş buzova görə subsidiya verilib.
Heyvanlar arasında xəstəliklərə qarşı ciddi mübarizə aparılır
Regionlarda epizootik durumun nəzarət altında saxlanılması heyvandarlığın inkişafına müsbət təsir göstərən çox ciddi amillərdən biridir. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı”na uyğun olaraq, 2018-ci ilin əvvəlindən regionlarda müalicə-profilaktik və epizootik tədbirlərin aparılması davam etdirilir. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) bildirilib ki, cari ilin ilk günlərindən ölkə ərazisində iribuynuzlu, donuz və təkdırnaqlı heyvanlar arasında qarayara, ev itləri arasında quduzluq, quşlar arasında nyukasl xəstəliklərinə qarşı peyvəndləmə, iribuynuzlu heyvanlar arasında bruselyoza görə seroloji müayinələrin aparılmasına başlanılıb.
Bununla əlaqədar Dövlət Baytarlıq Nəzarəti Xidmətinin və Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyasının baytarlıq mütəxəssisləri əməli köməklik və tövsiyə məqsədi ilə rayonlara ezam olunublar. Ölkədə epizootik tədbirlərin aparılması üçün rayon (şəhər) baytarlıq idarələri lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Hər il olduğu kimi, cari ildə də dövlət vəsaiti hesabına alınmış biopreparatlar, dezinseksiya və müalicəvi dərman preparatları rayon (şəhər) baytarlıq idarələrinin əməkdaşları tərəfindən “Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı”na uyğun olaraq əhalinin mal-qarasına ödənişsiz əsaslarla (pulsuz) tətbiq edilir.
Cari ilin yanvar ayı ərzində ölkə ərazisində qarayara xəstəliyinə qarşı 140633 baş iribuynuzlu, 49477 baş təkdırnaqlı, 827 baş donuzlarda, quduzluq xəstəliyinə qarşı 112232 baş ev itlərində, nyukasıl xəstəliyinə qarşı 1695761 baş quşda “H” vaksini, 2072878 baş quşda isə “La-sota” vaksini ilə profilaktik peyvəndləmə aparılıb, bruselyoza görə 162753 baş iribuynuzlu heyvan seroloji müayinəyə cəlb edilib. Həmçinin yanvar ayı ərzində 105 baş dəvədə, 111798 baş xırdabuynuzlu heyvanda qarayara, 250 baş atda rinopnevmoniya və qrip xəstəliklərinə qarşı peyvəndləmə, 5159 baş atda manqo xəstəliyinə görə diaqnostik müayinələr aparılıb.
Heyvanlara tətbiq edilmiş baytarlıq preparatlarının istifadəsinin tənzimlənməsi, şəffaflığın təmin edilməsi və nəzarətin gücləndirilməsi məqsədi ilə rayon (şəhər) baytarlıq idarələrinə müvafiq tapşırıqlar verilib. Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, heyvanlarda özbaşına müalicə, peyvəndləmə və digər tədbirlər aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  3240  |  
  • Tarix:  24-02-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Şərqdə ilk demokratik respublikanın parlamentinin 100 illiyi təntənə ilə qeyd olunub

15:07
22 Sentyabr
Milli Məclisdə Azərbaycan-Oman əlaqələrinin inkişafı məsələləri müzakirə edilib
14:43
22 Sentyabr
Azərbaycan Prezidenti parlamentin 100 illiyi münasibətilə keçirilən iclasda ciddi mesajlar verdi
14:37
22 Sentyabr
GUAM-a üzv dövlətlərin hökumət başçılarının iclasına hazırlıq məsələləri müzakirə olunub
14:30
22 Sentyabr
Avropalı diplomatlar Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini ziyarət ediblər
14:26
22 Sentyabr
Elmin İnkişafı Fondu yeni qrant müsabiqələri elan edəcək
14:23
22 Sentyabr
XİN: KTMT baş katibinin Ermənistan-Azərbaycan münaqişəsinə dair açıqlama verməsi təşkilatın mandatından kənardır
14:18
22 Sentyabr
Nyu-Yorkda keçiriləcək ABŞ-Xəzər Biznes Forumuna 100-dən çox şirkət qatılacaq
14:17
22 Sentyabr
Tahir Rzayev: Azərbaycan Parlamenti 100 il ərzində şərəfli bir yol keçib
12:50
22 Sentyabr
Favzi Daoud: Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
12:41
22 Sentyabr
Aydın Hüseynov: Azərbaycan parlamenti tarixdə şərəfli iz qoyub
12:35
22 Sentyabr
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
12:18
22 Sentyabr
İndoneziya Regional Nümayəndələr Şurasının sədri Azərbaycana səfərə gəlib
11:24
22 Sentyabr
Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşları qəbul edəcək
10:30
22 Sentyabr
Kristina Marti Lanq: İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
10:27
22 Sentyabr
Cüdo üzrə dünya çempionatı: Azərbaycanın 3 idmançısı mübarizəyə qoşulub
10:24
22 Sentyabr
Bolqarıstanın Varna şəhərində Azərbaycan mədəniyyətinə dair fotosərgilər nümayiş etdirilib
10:22
22 Sentyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 112 dəfə pozub
20:45
21 Sentyabr
BMT və qlobal çağırışlar: "intertarixi" zərurət kontekstində
20:43
21 Sentyabr
Bilgəhdə Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilib
20:40
21 Sentyabr
Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Müdafiə Sənayesi Nazirliyində olub
20:39
21 Sentyabr
Soçi və İdlib: Rusiya-Türkiyə əməkdaşlığı qlobal geosiyasi proseslər kontekstində
20:23
21 Sentyabr
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşüb
20:13
21 Sentyabr
Bakıda keçirilən cüdo üzrə dünya çempionatının ikinci gününə yekun vurulub
20:05
21 Sentyabr
Mərzuq Əli əl-Ğanim: Küveyt və Azərbaycan hər zaman bir-birinin yanındadır
19:56
21 Sentyabr
Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində özünüqiymətləndirmə təlimi keçirilib
19:52
21 Sentyabr
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
19:29
21 Sentyabr
Azərbaycan ilə Britaniya Şurası arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
19:24
21 Sentyabr
“Azİz” Beynəlxalq Assosiasiyasının nümayəndə heyəti Bakı Kitab Mərkəzinin qonağı olub
19:23
21 Sentyabr
AQTA ilə Asiya İnkişaf Bankı arasında strateji əməkdaşlıq imkanları öyrənilir
19:09
21 Sentyabr
Naxçıvanda yeni Asfalt-Beton Zavod Kompleksi istifadəyə verilib
18:37
21 Sentyabr
“ASAN xidmət” təcrübəsi Uqandada tətbiq olunacaq
18:29
21 Sentyabr
Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasın iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
18:26
21 Sentyabr
Prezident İlham Əliyev: Azərbaycanın dünyada təhlükəsizliyə töhfəsi getdikcə artır
18:13
21 Sentyabr
Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünya xəritəsində bir uğur nümunəsidir
18:08
21 Sentyabr
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
18:06
21 Sentyabr
Azərbaycan Dillər Universiteti Çinin müxtəlif universitetləri ilə əlaqələr qurub
18:01
21 Sentyabr
Prezident İlham Əliyev: Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq
17:49
21 Sentyabr
Prezident: Bu gün Ermənistandan səslənən çox ziddiyyətli və bəzən cəfəng fikirlər münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir
17:46
21 Sentyabr
Hikmət Babaoğlu: "Prezidentin nitqi Ermənistan rəhbərliyinin savadsız çıxışlarına tutarlı cavab idi"
17:41
21 Sentyabr
Prezident: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir
17:38
21 Sentyabr
Prezident İlham Əliyev: Demokratik inkişafla bağlı siyasətimizin aparılmasında Azərbaycan parlamentinin çox böyük rolu var
17:37
21 Sentyabr
Azərbaycan UNESCO-nun sülh konfransında təmsil olunub
17:28
21 Sentyabr
Adil Əliyev: Azərbaycan parlamentinin bir əsrlik keçdiyi şərəfli yol müasir dövlətimizin inkişafında özünəməxsus yer tutur
17:15
21 Sentyabr
Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilib
16:43
21 Sentyabr
İbrahim Əhməd Ömər: Sudan Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirmək əzmindədir
16:29
21 Sentyabr
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
16:25
21 Sentyabr
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
16:23
21 Sentyabr
BDU ilə Darüssəlam Qontor Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb
16:13
21 Sentyabr
Bəstəkarlar İttifaqı Anarı “Üzeyir Hacıbəyli” medalı ilə təltif edib
16:12
21 Sentyabr
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
15:52
21 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti ilə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin Analitik Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanacaq
15:36
21 Sentyabr
Jan-Fransua Mansel: Fransa-Azərbaycan əlaqələrinin inkişafında parlamentlərarası münasibətlər xüsusi rol oynayır
15:34
21 Sentyabr
Dünya şöhrətli Sadhquru Heydər Əliyev Mərkəzində mühazirə deyəcək
15:27
21 Sentyabr
Bob Bləkmən: Demokratik inkişaf nəticəsində Azərbaycan dünyaya açılan bir ölkəyə çevrilib
15:25
21 Sentyabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşüb
14:35
21 Sentyabr
Kənd Təsərrüfatı Nazirliyində Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib
14:32
21 Sentyabr
Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib
14:29
21 Sentyabr
Dövlət Gömrük Komitəsinin sədri Lənkəran şəhərində vətəndaşları qəbul edib
14:27
21 Sentyabr
Polad Bülbüloğlu Mixail Şvıdkoya Azərbaycan Prezidentinin fəxri diplomun təqdim edib
14:23
21 Sentyabr
Dastanbek Cumabekov: Azərbaycan parlamentinin qəbul etdiyi qanunlar ölkənin demokratik inkişafı üçün əsaslı zəmin yaradıb
14:20
21 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi naziri dörd rayon və şəhərin sakinləri ilə görüşüb
14:18
21 Sentyabr
Mərzuq əl Ğanim: Küveyt Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır
14:15
21 Sentyabr
ATƏT PA-nın sədri: Azərbaycanın regionda vacib ölkəyə çevrilməsinə parlament də öz töhfəsini verib
14:14
21 Sentyabr
Piter Kropş Avropa Xəbər Agentlikləri Alyansının prezidenti seçilib
14:11
21 Sentyabr
Arif Məlikovun yubileyinə həsr edilmiş elmi sessiya
14:09
21 Sentyabr
Tsveta Karayançeva: Sevindiricidir ki, 100 il sonra müstəqil Azərbaycan müasir dövlət kimi inkişaf edir
13:32
21 Sentyabr
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib
13:29
21 Sentyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
12:57
21 Sentyabr
Məleykə Abbaszadə: Gələn tədris ili üzrə ali məktəblərə qəbul üçün maksimal bal 700 olacaq
12:37
21 Sentyabr
Zakir Həsənov NATO baş katibinin müavini ilə görüşüb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+25 +28
gecə+17 +20